Göy öskürək
 hekimtap.az

Göy öskürək

Göy öskürək nədir? Göy öskürək – yuxarı tənəffüs yollarının iltihabı və tutmaya bənzər spazmatik öskürəklə müşayiət olunan kəskin infeksion xəstəlikdir. Bu xəstəliyə daha çox 5 yaşa qədər peyvənd olunmamış uşaqlar yoluxurlar. Göy öskürək 1 yaşa qədər uşaqlarda daha ağır gedişata malikdir. Daha yuxarı yaşlı uşaqlarda bu infeksiya əhəmiyyətli dərəcədə zəif inkişaf edir.  Göy öskürək “Bordetella pertussis” adlı spesifik bakteriya tərəfindən törədilir. Mikrob xəstə insanla yaxın təmas zamanı hava-damcı vasitəsilə (öskürək, asqıraq və s.) yoluxur. Xəstəliyin yoluxuculuq xüsusiyyəti çox yüksəkdir. Lakin infeksiyanın kontakt vasitəsilə (məsələn, ouncaq üzərindən) keçməsi mümkün deyil, belə ki, o, xarici mühitdə tez məhv olmur. Xəstəlikdən sonra yaranan immunitet çox dayanıqlıdır və adətən, ömürlük saxlanılır. Yaşlı insanlarda təkrar xəstələnmə müşahidə edilə bilər. Lakin bir qayda olaraq, həkimlər bunu, tezliklə sağaldığı üçün, adi soyuqdəymə kimii qəbul edirlər.    Göy öskürəyin yaranma səbəbləri Göy öskürək bakteriyaları tənəffüs yollarının selikli qişasının qıcıqlandıran xüsusi toksinlər ifraz edir. Nəticədə diafraqma və bronx əzələllərinin, necə deyərlər, spastik öskürəyi yaranır. Öskürək refleksi tədricən uzunsov beyinin (baş beynin bir bölməsi) tənəffüs mərkəzində özünə yer edir ki, bu da öskürək tutmalarının güclənməsinə və tez-tez yaranmasına şərait yaradır. Xəstəliyin inkubasiya dövrü (yoluxmadan ilkin simptomların özünü göstərməsinədək olan period) adətən, 1-2 həftə çəkir. Göy öskürək tədricən inkişaf edir. Temperatur o qədər də yüksəlmir, zökəm və öskürək başlayır. Bu fazada valideynlər yanlış olaraq, övladlarının “azca soyuqladığını” zənn edirlər və uşaq məktəbə və ya baxçaya getməklə başqa uşaqları da xəstəliyə yoluxdurur. Öskürək tədricən şiddətlənir və davam etmə müddəti artır, daha sonra spazmatik hala keçir. Göy öskürək o dərəcədə spesifikdir ki, həkim onu bir dəfə eşitməklə düzgün diaqnoz qoya bilir.   Göy öskürəyin əlamətləri Xəstə fit səsini xatırladan nəfəs aldıqdaqısa, tutmalı və ard-arda gələn öskürək müşahidə edilir.  Bəzən belə tutmalar qusma, üzün göyərməsi və ya qızarması, bəlğəm gəlməsi ilə müşayiət olunur. Bir gün ərzində, xəstəliyin ağırlığından asılı olaraq, bu cür tutmaların sayı 20-30 və daha artıq ola bilər. Xəstənin üzü şişkinləşır, bəzən dəridə qanaxmalar yaranır. Konyuktivit başlaya, dil yüyənində yara əmələ gələ bilər. Qıcolma ilə müşayiət olunan öskürək tutmaları sutkanın istənilən vaxtında, əsasən isə, gecə saatlarında və ya səhərə yaxın müşahidə edilir.      Tutmalar olmadıqda uşağın vəziyyəti demək olar ki, tam normal görünür. Bu halda bədən hərarəti normal olur. Spazmatik öskürək zamanı temperaturun qalxması ağırlaşmalardan xəbər verir. Göy öskürəyin ağırlaşmaları Göy öskürəyin ən çox rast gəlinən ağırlaşması – pnevmoniyadır, hansı ki, artıq başqa mikroblar – streptokokk və stafilokokklar tərəfindən törədilir. Bir yaşa qədər olan uşaqlarda göy öskürək tutmaları bir neçə saniyədən başlamış, bir neçə dəqiqəyə qədər dvam edən tənəffüs dayanması yarada bilər. Bu zaman oksigen çatışmazlığından skelet əzələlərində qıcolmalar, ensafalopatiya və s. inkişaf edə bilər. Göy öskürəyin diaqnostikası Göy öskürək diaqnozu tipik öskürək əsasında qoyulur. Bunun təsdiqlənməsi üçün boğazdan götürülmüş bəlğəm və seliyin əkilməsinin həyata keçirilməsi tələb oluna bilər.  Göy öskürəyin müalicəsiə Müalicə bir qayda olaraq, ev şəraitində aparılır. Göy öskürək diaqnozu qoyulmuş pasiyentləri nadir hallarda hospitallaşdırırlar (əsasən, körpə uşaqlar və xəstəliyin ağırlaşması qeyd olunan pasiyentlər ). Bu xəstəliyin müalicəsində təmiz, xəstənin otağını nəmləndirən havanın böyük rolu var. Qidalanma tez-tez lakin az-az qəbul edilməlidir. Kənar qıcıqlandırıcıların təsiri azaldılmalıdır (işıq, səs-küy və s.). Bədən hərarəti normal olarsa, təmiz havada (temperaturun -10C-dən aşağı olmamaq şərtilə) gəzinti tövsiyə olunur. Dərman preparatlarına gəlincə, həkim adətən antibiotik, antihistamin və öskürək əleyhinə preparatlar təyin edir. Bəzən spazmatik öskürəyi zəiflətmək məqsədilə neyroleptiklər məsləhət ola bilər. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 08.06.2018

HekimTap Pro
98612
Alt və üst göz qapaqlarının estetikası (Blefaroplastika) hekimtap.az

Alt və üst göz qapaqlarının estetikası (Blefaroplastika)

Alt və üst göz qapaqlarının estetikası nədir? Bəli, yaşa dolduqca, istər-istəməz simamızda keçən illərin izləri qalır. Bunlar özünü qırışlar, sallaq dəri və s. cür göstərir.  Ötən məqalələrimdə ayrı-ayrı plastik cərrahiyyə üsulları haqda sizlərə geniş məlumat vermişdim. Budəfəki mövzumuz “alt və üst göz qapaqlarının estetikası”, başqa sözlə, “Blefaroplastikadır”. Blefaroplastika gözləri gəncləşdirən, onlara uzun müddətlik sağlam və mənalı ifadə verən cərrahi müdaxilədir. Alt və üst göz qapaqlarının estetikası dedikdə, göz qapaqlarının alt və üst nahiyələrində artıq dəri və piy toxumalarının kənarlaşdırılması nəzərdə tutulur. Blefaroplastika altda yerləşən yağ toxuması ilə bərabər alt və üst göz qapağının hər ikisindən artıq dərinin çıxarıldığı bir cərrahi müdaxilədir. Bu cərrahi üsul sallanmış və bollaşmış göz ətrafı dərini yaxşılaşdırır. Amma göz ətrafinda yaranan qaz ayağı qırışlarını götürməz, göz altında olan qara kölgəni ağartmaz, düşmüş qaşı qaldırmaz. Göz qapağı estetik əməliyyatı ilə bərabər bunların da düzəlməsini istiyirsinizsə, o zaman sizə əlavə müdaxilələr də təklif olunacaq. Göz qapağı cərrahiyyəsi qocalmanı dayandırmasa da, göz ətrafındakı nahiyənin sallanmış və yorğun görüntüsünü azaldır. Göz qapağı əməliyyatından əvvəl qaşın vəziyyəti dəyərləndirilməlidir. Ehtiyac yaranarsa, eyni vaxtda qaş qaldırma və alın gərmə əməliyyatı da icra oluna bilər. Bunlar konsultasiya zamanı pasiyentlə ətraflı müzakirə edilir. Blefaroplastika əməliyyatından əvvəlki mənzərə Alt və üst göz qapağı əməliyyatı həm ayrı-ayrılıqda, həm də hər  ikisi eyni vaxtda icra oluna bilər. Burada həm yerli, həm də ümumi anesteziya tətbiq edilə bilər. Əməliyyatdan öncə ətraflı anamnez toplanır, səhhətinizin vəziyyətini dəqiqləşdirmək üçün bəzi müayinələr tələb olunur. Əvvəllər keçirdiyiniz ağır xəstəliklər barəsində, habelə, daimi qəbul etdiyiniz dərmanlar haqqında həkimə mütləq məlumat verməlisiniz. Əməliyyat təqribən 1.5 saat davam edir. Blefaroplastika əməliyyatından sonrakı mənzərə Əməliyyatdan sonra alt və üst göz qapaqlarınızda sarğı olacaq, lakin sarğılar görmənizə heç bir maneçilik törətməyəcək. Sarğılar 2 gün sonra açılır, daha iki gün sonra artıq yaranın yerinə su dəyə bilər. Göz ətrafındakı şişlər 2 gün müddətində artsa da,3-cü gündən etibarən sürətlə çəkilməyə başlayacaq. 1həftə -10 gündən sonra şişlər sizi narahat etməyəcək. Əməliyyatın nəticələri sizi çox gözlətməyəcək. Belə ki, 70% nəticə 1 ay sonra, tam nəticə isə 6 aydan sonra özünü göstərəcək. Əməliyyatdan sonra ilk günlər yaranacaq ağrı və diskomfort hissləri yüngül ağrıkəsicilərin köməyi ilə aradan qaldırılacaq. 5-6 gün sonra makiyajdan istifadə etmək olar. Əməliyyatdan sonra 1 ay müddətində ağır idman hərəkətləri etmək, sauna və solyariyə getmək olmaz. 1 ay müddətində səhər yuxusundan sonra gözlərdə şişkinlik müşahidə olunsa da, bu vəziyyət gün ərzində aradan qalxacaq. Əməliyyat izləri xüsusi vasitələrlə gizlədilir, 1 ilin tamamında isə tamamilə itir.   Blefaroplastika əməliyyatına göstərişlər  – Yuxarı və aşağı göz qapaqlarında dəri artıqlığı (sallaqlığı);  – Aşağı göz qapaqları nahiyəsində qırışlar;  – Gözlərin aşağı künclərinin enməsi;  – Aşağı göz qapaqları nahiyəsində və göz künclərində dərin qatlar;  – Göz forması və ya kəsiyinin dəyişdirilməsi. Blefaroplastika əməliyyatına əks-göstərişlər  – Arterial və ya gözdaxili təzyiqin yuxarı olması;  – Gözlərdə quruluq;  – Qalxanabənzər vəzi xəstəlikləri;  – Ürək-damar sistemi xəstəlikləri, daxili orqanların ağır xəstəlikləri;  – Şəkərli diabet;  – Onkoloji xəstəliklər;  – Qan laxtalanması pozuntusu.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 07.06.2018

Akromeqaliya
 hekimtap.az

Akromeqaliya

Akromeqaliya nədir? Bədənin ayrı-ayrı hissələrinin patoloji böyüməsidir, hansı ki, hipofizin şiş zədələnməsi nəticəsində somatotrop hormonun (boy hormonu) hiofizin ön payı tərəfindən artmış ifrazı ilə əlaqədardır. Adətən yetkin insanlarda yaranır və üz cizgilərinin (burun, qulaq, dodaqların, aşağı çənənin), əl və ayaqların ölçülərinin böyüməsi, daimi baş ağrıları, kişi və qadınlarda cinsi və çoxalma funksiyasının pozulması ilə təzahür edir. Boy hormonunun artmış miqdarı onkoloji, ağciyər və ürək-damar xəstəlikərində ölüm riskini də artırır. Akromeqaliya adətən orqanizmin boyatması dayandıqdan sonra tədricən inkişaf edir. Orta hesabla akromeqaliya xəstəliyin başlanmasından 7 il sonra diaqnostika olunur. Qadınlar və kişilər arasında demək olar ki, eyni və adətən 40-60 yaşda müşahidə olunur . Səbəbləri Hipofizin ön paynın hüceyrələri müxtəlif səbəblərdən dolayı, hipotalamusun tənziminə tabe olmur və aktiv çoxalmağa başlayır. Hipofiz hüceyrələrinin çoxalması hipofizin xoşxassəli, somatotropin ifraz edən adenomasının yaramasına səbəb olur. Adenomanın ölçüləri bir neçə santimetrə çata bilər və bu zaman ətraf toxuma və strukturlar sıxıla bilər. Hipofizin adenomasına səbəb olan faktorlara kəllə-beyin travmaları, hipotalamusun şişləri, burun ciblərinin xronik iltihabları ola bilər. Akromeqaliyanın inkişafında müəyyən rolu qohumlarda hipofiz adenomasl olma faktoru tutur. Fizioloji boyatma və skeletin sümükləşməsi bitdikdən sonra STH-nun hipersekresiyası, akromeqaliya tipli pozğunluqlara- sümüklərin disproporsional qalınlaşması, daxili orqanların böyüməsi və xarakter maddələr mübadiləsi pozğunluqlarına səbəb olur. Akromeqaliya zamanı daxili orqanların- ürək, ağciyər, qaraciyər,  dalaq və bağırsağın və s.böyüməsi baş verir. Birləşdirici toxumanın artması, bu orqanların sklerotik dəyişikliklərinə, xoş və bədxassəli, o cümlədən endokrin şişlərin yaranmasına səbəb ola bilər. Akromeqaniyanın simptomları Akromeqaliyanın əlamətləri ya şiş toxumasının ətraf sinir və toxumalara təsirindən, ya da STH hormonun artıq ifrazı ilə əlaqədar yaranır.  Hormonun artıqlığı, pasientlərə xarakter xarici görünüş dəyişikliklərinə: aşağı çənənin, almacıq sümüklərinin, qaşüstü qövsün qalınlaşmasına, dodağın, burun və qulaqların byüyərək üz cizgilərinin qabarıqlaşmasına səbəb olur. Aşağı çənənin böyüməsi ilə əlaqədar dişarası sahələrin aralanması və dişləmənin pozulması baş verir. Həmçinin dilin böyüməsi ( makroqlossiya), dilin kənarlarında diş izləri qeyd olunur. Dilin, qırlağın, səs tellərinin hipertrofiyası nəticəsində səs dəyişilir, daha alçaq və xırıltılı olur. Xaici görünüşdəki dəyişikliklər tədricən yarandığından pasient bunu hiss etmir. Həmçinin barmaqların qalınlaşması, başın, əl və ayaqların  ölçülərinin böyüməsi o qədər olur ki, pasient məcbur olur ki, daha böyük ölçülü baş örtükləri, ayaqqabı və əlcəklər almalı olur. Akromeqaliya zamanı skeletin deformasiyası yarana bilər: onurğa əyilir, döş qəfəsi ön-arxa ölçüsünün böyüməsi hesabına çəlləyə bənzəməyə başlayır, qabırğarası sahələr genişlənir. Birləşdirivci və qığırdaq toxumasının hipertrofiyası artralgiyalara və oynaqların hərəkət məhdudluğuna səbəb olur. Akromeqaliya zamanı dəridə çoxlu tər və yağ ifrazı müşahidə olunur ki, bu da piy və tər vəzilərinin aktivliyinin artması ilə əlaqədardır. Akromeqaliyalı pasientlərin dərisi qalınlaşır, xüsusilə başın saçlı hissəsi də daxil olmaqla dəridə dərin büküşlər yaranır. Akromeqaliya zamanı əzələlərin və daxili orqanların böyüməsi baş verir. Pasientlə halsızlıq, tez yorulma, əmək qabiliyyətinin proqressiv azalmasından narahat olurlar. Ürək miokardın hipertrofiyası, miokardiodistrofiyalar, tədriən artan ürək çatışmazlığı inkişaf edir. Üçdə bir hissə pasientlərdə artrial hipertenziya, yuxarı tənəffüs yollarının hipertrofiyası ilə əaqədar yuxu apnoesi sindromu yarana bilər. Akromeqaiya zamanı cinsi funksiya da zədələnir. Əksər qadınlarda aybaşı siklinin pozulması və sonsuzluq, hamiləlik və doğuşla əlaqəsi olmayan döşlərdən süd gəlmə yarana bilir. Kişilərdə potensiyanın azalması müşahidə oluna bilər. Antidiuretik hormonun hiposekresiyası, şəkərsiz diabetin inkişafına səbəb ola bilər. Şişin ölçülərinin böyüməsi, sinir və ətraf beyin toxumalarının sıxılması nəticəsində kəllədaxili təzyiqin artması, işıqdan qorxma, gözlərdə ikiləşmə, almacıq və alın nahiyəsində ağrılar, başgicəllənmə, qusma, eşitmə və iy bilmə qabiliyyətinin pozulması, əl və ayaqlarda keyləşmə ola bilər. Akromeqaliyalı pasientlərdə qalxanvari vəzin, mədə-bağrsaq traktının və uşaqlığın şişləri yaranma riski arta bilər. Diaqnostikası Gecikmiş mərhələlərdə ( xəstəliyin başlnğıcından 5-6 il sonra) akromeqaliyadan pasientin xarici görünüş əlamətlərinə  və ətrafların ölçülərinin böyüməsinə görə şübhələnmək olar. Belə hallarda pasient endokrinoloqa yönləndirilir ki, laborator diaqnostika aparılsın. Akromeqaliyanın əsas laborator kriteriyalarına qanda insulinəbənzər boy faktorunun müayinəsivə oraql qlukoza tolerant test fonunda boy hormonunun dəyrləndirilməsi aiddir. Somatotrop homon orqanizmə insulinəbənzər boy faktoru vasitəsi ilə təsir etdiyindənqanda sonuncunun artması akromeqaliyanın göstəricisi ola bilər. Oftalmoloji müayinə zamanı görmə sahələrinin daralması qeyd olunur. Belə ki, anotomik olaraq görmə sinirləri baş beyində hipofizə yaxın yerləşir.  Hipofizdə şişin vizualizasiyası üçün MRT və ya KT müayinələri gərəkli olur. Bundan başqa pasientlər akromeqaliyanın ağırlaşmalarına görə: bağırsaq polipozu, şəkərli diabet, çoxdüyünlü ura görə müayinə olunur. Müalicəsi Akromeqaliya zamanı müalicənin əsas məqsədi somatotrop hormonun həddən artıq ifrazının aradan qaldırmaqla remissiya əldə etməkdir. Müalicə medikamentoz, cərrahi, şüa və kombinə olunmuş metodlarla aparılır. Akromeqaliyanın müalicəsində effektiv müalicə cərrahi hesab olunur. Cərrahi müalicənin aparılmasına əks göstərişlər olduqda  dərman terapiyası aparılır. Proqnoz və profilaktikası Akromeqaliyanın müalicə olunmaması əlilliyə gətirir və erkən ölüm riskini artırır. Profilaktikası üçün başın travmalardan qorumaq, burun udlağın xroniki iltihab ocaqlarının sanasiyasını aparmaq lazımdır. Akromeqaliyanın erkən aşkarlanması və boy hormonunun konsentrasiyasının normallaşdırılması ağırlaşmaların yaranmasının və davaml remissiyanın yaranmasına səbəb olur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 07.06.2018

Cinsiyyət yollarında olan axıntılar
 hekimtap.az

Cinsiyyət yollarında olan axıntılar

Cinsiyyət yollarında olan axıntılar – ümumi məlumat Uşaqlıq yolunda olan axıntılar demək olar ki, bütün qadınları nartahat edir. Uşaqlıq yolunda axıntılar bütün sağlam qadınlarda var və bu, normaldır. Uşaqlıq yolunda olan normal axıntılar maye şəklində, şəffaf, miqdarı az olur.      Normalda uşaqlıq yolundakı axıntılar qoxusuz olur, cinsiyyət orqanlarının dəri və selikli qişasını qıcıqlandırmır, hər hansı xəstəlik  simptomları ilə (göynəmə, temperatur, ağrılar, cinsiyyət sistemi nahiyəsində diskomfort) müşayiət edilmir. Sağlam qadınlarda uşaqlıq yolunda olann axıntılar uşaqlıq boynu vəziləri tərəfindən ifraz olunur, cinsiyyət yollarını təmizləyir və infeksiyaların qarşısını alır. Sağlam qadınlarda axıntı miqdarının artması menstrual tsiklin ortalarında (ovulyasiyadan əvvəl), seksual ehtiraslanma, stress, iqlim dəyiklikliyi və ya bəzi dərman preparatlarının (məsələn, hormonal kontraseptivlər) qəbulu, hamiləlik dövründə müşahidə edilə bilər. Uşaqlıq yolundan xoşagəlməz axıntılar xəstəlik simptomu ola bilər. Uşaqlıq yolunda olan axıntıların rənginin, şəffaflığının, konsistensiyasının, qoxusunun dəyişməsi bəzi xəstəliklərdən xəbər verə bilər.  Qanlı axıntılar Uşaqlıq yolunda olan axıntıların qəhvəyi rəngdə olması burada qanın olmasına dəlalət edir. Əgər qanlı axıntılar kontraseptiv qəbulu və ya uşaqlıqdaxili spiralın istifadəsi fonunda yaranarsa, ginekoloqla məsləhətləşmək lazımdır. Menstruasiya ilə əlaqəsi olmayan qanlı axıntılar demək olar ki, həmişə xəstəliklərdən xəbər verir. Uşaqlıq yolundan qanlı axıntıların ayrılması uşaqlıq boynu eroziyası və ya xərçəngindən, menstrual tsiklin pozulmasından, endometrio əlamətləridir. Ağ rəngli axıntılar Uşaqlıq yolundan ağ və ya sarı rəngli axıntının ayrılması cinsi yolla ötürülən infeksiyalara işarədir. Çoxsaylı mikroblar və leykositlər axıntılara ağımtıl və ya sarı (bəzi hallarda yaşıl və ya boz rəng) rəng verir. Uşaqlıqdan irinli, yaşıl axıntının ayrılması trixomoniaz, qonoreya, xlamidioz və digər infeksion xəstəliklərdən xəbər verir. Cinsiyyət sistemində irinli axıntıların olması, adətən, göynəmə və cinsiyyət orqanları nahiyəsində diskomfortla müşayiət edilir. Bəzən qarının aşağı hissəsində və bel nahiyəsində ağrılar müşahidə olunur. Kəsmiyəbənzər axıntılar Uşaqlıq yolundan kəsmiyəbənzər, qatı axıntıların ayrılması urogenital trixomoniaz, bakterial vaginoz, kandidoz kimi xəstəliklərə dəlalət edir. Qoxulu axıntılar Uşaqlıq yolundan gələn qoxulu axıntılar (balıq qoxulu) cinsi yolla yoluxan infeksiyalardan xəbər verir. Pis qoxuya səbəb patogen miqrobların həyat fəaliyyətidir. Onlar qida maddələrini parçalayır və pis qoxulu qazlar ifraz edir. Qəhvəyi axıntılar Hamiləlik zamanı uşaqlıq yolundan ayrılan qəhvəyi axıntılar uşaqlıq boynu damarlarından az miqdarda qan ayrılmasının səbəbi ola bilər ki, bu da həkim müdaxiləsi tələb edir. Yuxarıda qeyd olunan hallarda qətiyyən özünümüalicə ilə məşğul olmayın! Uşaqlıq yolundan normadan kənar axıntının olması ginekoloqun qəbuluna getmək üçün ciddi səbəbdir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 07.06.2018

HekimTap Pro
23607
Kriptorxizm
 hekimtap.az

Kriptorxizm

Kriptorxizm nədir? Kriptorxizm oğlan uşaqları doğulduğu zaman bir və ya hər iki xayanın xayalıqda olmaması ilə xarakterizə olunan anadangəlmə anomaliyadır. Uşqaq urologiyasında xayaların enməməsi və ya kriptorxizm ən çox anadangəlmə anomaliyalardan biri hesab olunur. Bu anomaliya normal doğulmuş körpələrin 4%-də, erkən doğulmuş uşaqların  isə 10-20%-də rast gəlinir. Adətən, kriptorxizmlə doğulmuş uşaqların 75%-də anadan olandan 6 ay müddətində bu anomaliyə öz-özünə aradan qalxır, bu da çox güman ki, testosteronun tədricən artması ilə izah olunur. Bir yaşına çatanadək uşaqların cəmi 1%-də kriptorxizm əlamətləri qalır. Daha sonra tibbi müdaxilə olunmazsa, xayaların xayalığa enmə ehtimalı çox azdır. Kriptorxizmin yaranma səbəbləri Dölün xayalarının formalaşması (testikul) qarın boşluğunda baş verir. Hamiləliyin sonuncu trimestrində xayalar qasıq kanalı ilə xayalığa enir. Hesab olunur ki,xayaların vaxtında və müstəqil olaraq enməsi bir sıra mexanizmlərin hesabına baş verir – qarın boşluğundakı təzyiq, testesteronun lokal səviyyəsi, xayanın istiqamətləndirici bağlarının vəziyyəti və onun xayalığa bərkidilməsi.   Uşaq doğulduqdan sonra testikulların gələcək inkişafı yalnız xayalıqda mümkündür – buradakı temperatur qarın boşluğundakı temperaturla müqayisədə 2-3C aşağıdır. Temperaturlar arasındakı bu fərq normal spermatogenez üçün vacib şərtdir. Adətən enməmiş xayanın ölçüləri vaxtında enmiş xayanın ölçülərindən daha az olur. Kriptorxizmin simptom və ağırlaşmaları Kriptorxizmin başlıca əlaməti bir və ya hər iki xayanın xayalıqda yerləşməməsidir. Uroloq bunu palpator üsulla müəyyənləşdirir. Belə olan halda, xayalıq inkişafdan qalmış, daralmış və asimmetrik görünüşə malik olur. Kriptorxizm qasıq nahiyəsi və ya qarın boşluğunda gizildəyici və dartıcı ağrı verir. Xayanın qarın boşluğunda lokallaşması zamanı ağrılar bir qayda olaraq, yalnız pubertatda özünü göstərir və əzələ gərginliyi, gücənmə,qəbizlik və ya cinsi oyanma zamanı arta bilir. Daha böyük yaşlarda kriptorxizm xayaların xərçəngi (seminoma), fertillik pozuntusu (sperma miqdarının azalması), ikitərəfli kriptorxizm zamanı isə sonsuzluğa səbəb ola bilər.   Kriptorxizmin diaqnostikası Kriptorxizm xayalığa baxış və palpasiya vasitəsilə aşkara çııxır. Xaya xayalaqda olmayan zaman inkişafdan qalmış və yığılmış şəkildə olur. Qarın boşluğu retensiyası zamanı xaya nı palpasiya etmək mümkün olmur: digər hallarda xaya qasıq kanalında aşkara çıxır. Xaya qasıq nahiyəsində yerləşdiyi təqdirdə, müəyyən qədər hərəkətli, mütəhərrik olur, yalançı kriptorxizm zamanı asanlıqla xayalığa endirilə bilir. Həqiqi kriptorxizm zamanı isə xayanı xayalığa endirmək mümkün olmur.   Xayalığın xayalıqda yerləşməməsini müvafiq USM müayinəsi təsdiqləyir.   Palpator müayinə vasitəsilə xayanın yerini müəyyənləşdirmək mümkün olmadıqda qarın boşluğu və qasıq nahiyəsinin USM-i, qarın boşluğunun rentgenoqrafiyası aparılır. USM-in verdiyi məlumat yetərli olmazsa, kontrast MRT və ya KT, ağır hallarda isə diaqnostik laparoskopiya tələb oluna bilər. Kriptorxizmin müalicəsi Yalançı kriptorxizm heç bir müalicə tələb etmir. Həqiqi kriptorxizmin korreksiyası uşaq endokrinoloqları, cərrah-uroloqlar (androloqlar) tərəfindən həyata keçirilir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 06.06.2018

Uşaqlarda dəmir defisiti anemiyası
 hekimtap.az

Uşaqlarda dəmir defisiti anemiyası

Dəmir çatışmalığı bir çox problemlərə səbəb ola bilər: yorğunluq və saç tökülməsindən tutmuş, anemiyayadək. Milyonlarla insanda bu mirkoelementin defisiti olsa da, problemdən heç şübhələnmirlər də. Dəmir defisiti anemiyasını vaxtında necə aşkar edib və tədbir görməli? Ciddi müalicə qəbul etmədən bunun öhdəsindən gəlmək olarmı? Özünüzü və övladınızı bu problemdən necə qorumalı? Bütün bunlar haqqında məqalədən biləcəksininz. Dəmir defisiti anemiyası nədir? Anemiyaların təqribən 70 %-i dəmir çatışmazlığından yaranır. Bu mikroelimentin azlığından hemoqlobin molekullarının əmələ gəlməsi zəifləyir. Nəticədə qanın daşıdığı oksigenin miqdarı azalır. Dəmirin digər toxumalrdakı çatışmazlığı dəri, saç, ürək və həzm sistemi ilə əlaqədar problemlər yaradır. Əgər orqanizm dəmir çatımazlığı hiss edərsə, amma xəstəlik hələ inkişafa başlamayıbsa, bu sideropeniya və ya dəmir defisiti adlanır. Anemiyaya daha çox qadınların fertillik dövründə, hamiləlik zamanı, eləcə də 12-17 yaşlı yeniyetmələrdə rast gəlinir. Yaşlanma dövründə sindromun yaranma tezliyi kişilərlə qadınlarda eyni olur, hətta kişilər zəif cinsin nümayəndələrini geridə qoyurlar. Çoxdöllü hamiləlikdən doğulmuş uşaqların 60%-ə qədəri və bir yaşa qədər uşaqlar da dəmir çatışmazlığından əziyyət çəkirlər. Uşaqlarda dəmir defisiti anemiyasının əlamətləri Anemiyanən əlamətləri hələ sindrom başlamazdan əvvəl özünü büruzə verir. Daha çox dırnaq və saçlar, mədə və bağırsaqlar, ürək əzələsi, sinir sistemi zədələnir. Anemiyanın əlamətləri bunlardır:  – Dərinin quruması;  – Sınmaya həssas dırnaqlar;  – Dırnaq formasının dəyişməsi  – Saç uclarının sınması, zəiflik, rəngin avazıması;  – Dadın dəyişməsi, diş məcunu, təbaşir, boya və s. yemək istəyi;  – İylərə qarşı qəribə alüdəçilik;  – Dodaqların kənarında çatların əmələ gəlməsi. Hemoqlobin aşağı düşərkən qanın oksigen çatışmazlığı – başgicəllənmə, bayılma müşahidə edilir. Tez-tez ürək döyüntüləri və qulaqda küyün olması qeydə alınır. Gizli və ya aşkar sideropeniyanı müəyyən etmək üçün qan analizi zamanı aşağıdakılar aşkarlanır:  – Hemoqlobin;  – Eritrositlərdə hemoqlobinlərin orta tərkibi, eritrositlərdə hemoqlobinin konsentrasiyası;  – Transferrin;  – Ferritin;  – Qanın dəmiri birləşdirmək qabiliyyəti və s.  Dəmir defisiti anemiyası zamanı qanın dəmiri birləşdirmək qabiliyyətindən başqa, bütün göstəricilər aşağı düşür. Uşaqlarda dəmir defisiti anemiyasının səbəbləri Sideropeniya sindromunu yaranma səbəbləri müxtəlifdir: balanslanmamış qidalanma, mədə-bağırsaq xəstəlikləri, qan itirilməsi, dəmirə olan ehtiyacın artması. Məhz sononcu amil hamilə qadınlar və uşaqlarda dəmir defisiti anemiyasının yaranmasına səbəb olur.      Risk qrupuna daha çox aşağıdakılar aiddirlər:  – Yeni doğulmuşlar;  – Aktiv boyatma periodunda olan uşaqlar;  – Hamilə və süd verən qadınlar;  – Reproduktiv yaş dövründə olan qadınlar. Dəmir defisiti anemiyasının əsas faktorlardan biri – hamiləlikdir. Gələcək ana təkcə özünü yox, həm də körpəsini bu mikroelementlə təmin etməlidir. Doğuşadək körpənin orqanizmində 300 mq qədər (ananın orqanizmindən alınmış) dəmir toplanır. Yeni doğulmuş körpələr üçün yegənə dəmir mənbəyi ana südüdür.    Əgər ananın orqanizmində dəmir kifayət qədər olmazsa, bu çatışmazlıq özünü körpədə göstərəcək. Dəmir sinir toxumasının formalaşmasında iştirak edir və onun defisiti körpənin inkişafına ciddi mane ola bilər.   Aktiv böyümə zamanı sideropeniya praktik olaraq 50% uşaqlrda inkişaf edir. Qız uşaqları daha aktiv böyüdüyü və menstruasiya öncəsi periodda sideropeniyaya qarşı daha həssasdırlar. Ümumiyyətlə, qadınlar menstruasiya dövründə müntəzəm olaraq qan itirdiyi üçün dəmir çatışmazlığına daha meyillidirlər, xüsusən də qanaxmalr uzun müddətli və çox olarsa.      Uşaqlarda dəmir defisiti anemiyasının müalicəsi Gizli defisit zamanı, yəni hemoqlobin hələ aşağıya düşməmiş qidanı korreksiya etmək, vitamin və biloji aktiv əlavələrin qəbuluna başlamaq kifayətdir.  Orqanizm dəmirin bağırsaqdan sorulmasını özü gücləndirir və tezliklə demir defisitini aradan qaldırır. İfadə olunmuş anemiya zamanı artıq xüsusi preparatlar qəbul olunmalıdır. Onların köməyi ilə dəmir ehtiyatı qısa müddət ərzində bərpa olunur, hemoqlobin və eritrosit yaranması aktivləşir.     Diyeta ciddi anemiya qarşısında acizdir. Lakin düzgün qidalanma birincili dəmir defisitinin qarşısını ala bilər. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 06.06.2018

Uşaqlarda qızılca xəstəliyi
 hekimtap.az

Uşaqlarda qızılca xəstəliyi

Uşaqlarda qızılca xəstəliyi nədir? Uşaqlarda qızılca xəstəliyi infeksion xəstəliklər arasında xüsusi yer tutur. Bu xəstəlik uşaqlarda özünü yüksək temperatur, xarakterik səpgilər, boğazda ağrı, öskürək və orqanizmin intoksikasiyası kimi əlamətlərlə büruzə verir. Qızılca xəstəliyi bəzən ağır gedişatlı olub, ölümlə nəticələnə bilər. Qızılca infeksiyasının mənbəyi – yoluxmuş insandır, virus hava-damcı üsulu ilə keçir və yüksək kontagionezliyi ilə fərqlənir. Uşaqlarda qızılca xəstəliyinin əlamətləri Uşaqlarda qızılca xəstəliyi özünü aşağıdakı əlamətlərlə büruzə verir:  – Bədən hərarətinin qalxması;  – Yuxunun pozulması, qıcıqlandırıcılara qarşı hiperreaksiya, ərköyünlük;  – Rinit;  – Öskürək;  – Konyuktivit;  – Üzün şişkinliyi;  – Qarında ağrı, iştahanın pozulması, defekasiyanın tez-tez baş verməsi, ürəkbulanma, qusma və.s Uşaqlarda qızılca xəstəliyinin diaqnostikası Qızılca infeksiyasının kliniki mənzərəsi onu əksər hallarda vizual müayinədən sonra müəyyənləşdirməyə imkan verir. Lakin xəstəliyin ilkin mərhələlərində - yüngül və ya atipik gedişat zamanı skarlatina, məxmərək, infeksion eritema və s. xəstəliklərlə differensasiya aparmaq vacibdir.   Müasir müayinə metodları sayəsində (xüsusən də immunoferment analiz) qanın spesifik antitellərini aşkara çıxarmaq olur ki, bunun əsasında xəstəliyin forması müəyyənləşdirilir. Bu cür müayinənin  aparılması üçün qanın immunoqlobin tərkibini müəyyənləşdirirlər.   Əlavə müayinə üsulları diaqnoza yönəldiməsə də, onun vasitəsi ilə prosesin inkişaf xarakteri və ağırlaşma ehtimallarını müəyyənləşdirmək olur.  Uşaqlarda qızılca xəstəliyinin müalicəsi Birbaşa paramiksovirussla mübarizə aparacaq xüsusi preparat hələ ki, mövcud deyil. Müalicə simtomların zəiflədilməsinə və ya ağırlaşmaların qarşısının kəsilməsinə yönəldilir. Zərurət olarsa, elektrolit məhlullardan istifadə edilir. Vitamin balansını normallaşdırmaq məqsədilə monopreparat və ya polivitaminlər təyin edilir. Simptomatik terapiya xəstəliyin hansı simtomlu gedişata malik olmasından asılıdır. Uşaqlarda qızılca xəstəliyinin profilaktikası Qızılca xəstəliyinin ağırlaşmaları çox təhlükəlidir. Onlara misal olaraq qızılca pnevmoniyasını, meningit, ensefalit, obstruktiv bronxit və s. göstərmək olar. Ağırlaşmaların qarşısı vaxtında alınmazsa, xəstəlik ölümlə nəticələnə bilər. Xəstəliyin qarşısını almaq üçün uşaq (1 və 6 yaşlarında) peyvənd olunmalıdır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 05.06.2018

Qadınlarda xlamidioz xəstəliyi
 hekimtap.az

Qadınlarda xlamidioz xəstəliyi

Qadınlarda xlamidioz xəstəliyi barədə ümumi məlumat Xlamidioz təhlükəli, geniş yayılmış, infeksiya mənşəli xəstəlikdir. Bu xəstəliyə müxtəlif yaşlı həm kişi, həm də qadınlar yoluxa bilər. Xəstəliyə yoluxma riski gənclərdə daha yüksəkdir, çünki bu infeksiya əksər hallarda cinsi yolla keçir.     Xlamidioz qadınlar üçün daha təhlükəlidir. Ən pisi odur ki, əksər qadınlar bu infeksiyanın daşıyıcısı olduqlarından xəbərsizdirlər, çünki, xəstəlik adətən simptomsuz gedişata malik olur. Xəstəliyə yoluxma hallarının  dəqiq statistikası məlum olmasa da, onun digər dəri-zöhrəvi xəstəliklərindən daha geniş yayıldığı faktdır.  Müxtəlif  hesablamalara görə, bu xəstəlikdən əziyyət çəkən qadınların sayı 8-10% arasında dəyişir. Bütün Yer üzündə bu xastəliyə yoluxmuş qadınların sayı isə 1 milyarda yaxındır. Ona görə də xlamidioza yoluxma riski çox yüksəkdir. Qadınlarda xlamidioz xəstəliyinin simptomları Xlamidioza yoluxmuş qadınlarda xəstəliyin simptomları özünü çox zəif büruzə verir ya da, ümumiyyətlə, simptom vermir. Bu xüsusiyyət kişilərdən çox, qadınlara aiddir.    Qadınlarda xlamidiozun əlamətlərin biri kimi, bədən hərarətinin yüksəlməsini  (+37-37.5C) göstərmək olar. Bu, adətən yoluxmadan az müddət sonra baş verir, yorğunluq və ya zəiflik müşahidə edilə bilər. Lakin daha sonra temperatur normal göstəricilərə qayıda bilər. Xlamidioz simtomları sidik-cinsiyyət sisteminin vəziyyəti ilə sıx əlaqədardır. Xlamidioz qadınlarda hər şeydən əvvəl onların selikli qişalarını zədələyir. Ona görə də qadınlarda xlamidioz özünü dolayısı ilə uşaqlıq boynu, uşaqlıq boruları, endometriyanın iltihabı, uretrit, sistit və ya kolpit şəklində göstərə bilər. Xlamidioz, həmçinin, qarın boşluğunda birləşmələrin yaranmasına səbəb ola bilər ki, bu da sonsuzluqla nəticələn bilər. Xlamidiozun digər əlamətləri aşağıdakılardır:  – Qarının aşağı nahiyəsində çox da möhkəm olmayan ağrılar;  – Sidik ifrazı zamanı göynəmə, yanma, kəsilmə hissi;  – Cinsi orqanlar nahiyəsində izafi nəmişlik hissi;  – Tez-tez sidiyə getmə, menstrual tsiklin pozulması, beldə ağrılar.   Təəssüf ki,bir çox qadınlar bu simptomlara etinasız yanaşır və onları hansısa başqa səbəblərlə izah edirlər. Qadınlarda xlamidiozun əsas simtomlarından biri də cinsiyyət orqanlarında qeyri-adi axıntıların əmələ gəlməsidir. Xlamidioz zamanı bu axıntılar anomal görünüşə, ağ və ya sarı rəngə, irinli seliyə və xoşagəlməz qoxuya malik olur. Qadınlarda xlamidiozun diaqnostikası Xlamidiozun yuxarıda sadalanan əlamətlərinə əsasən, şübhə yaranarsa mütləq həkimə müraciət etmək lazımdır.  İnfeksiyanı müəyyənləşdirmək üçün bir neçə dioqnastik tədbir görülür. Əvvəlcə, ginekoloq vizual müayinə aparır. O, Infeksion xəstəliklərə xas olan cinsiyyət orqanların selikli qişasındakı zədələnmələri, uşaqlıq boynu patologiyalarını müəyyənləşdirir.    Həmçinin, xəstədən anamnez toplanır, onda əvvəllər ginekoloji problemlərin olub-olmaması müəyənləşdirilir. Xlamidiozdan şübhələnməyə əsas verən bir neçə xəstəlik mövcuddur:  – Sonsuzluq (bir və ya bir neçə il ərzində);  – Servisit;  – Hamiləliyin ağırlaşması (su çoxluğu, dölün inkişafında ləngimə, düşük təhlükəsi). Qadınlarda xlamidiozun müalicəsi Qadınlarda xlamidiozun müalicə etmək məqsədilə çoxlu üsullar işlənib hazırlanmışdır. Qadınlıarın əksəriyyətində xlamidiozun əsas müalicəsi kompleks şəkildə aparılır. Əsas terapiya antibiotiklər vasitəsilə həyata keçirilir. Xoşbəxtlikdən xlamidiya antibiotiklərə qarşı çox həssasdır. Bundan başqa, qadınlarda xlamidiozu müalicə edərkən preparatın düzgün seçiminə, dozasına, pasiyentin immun vəziyyətinə diqqət yetirilməlidir.   Qadınlarda xlamidiya infeksiyasını antibiotiklə özbaşına müalicəsi qəti yolverilməzdir. Əks halda, xəstə qadının vəziyyəti pisləşə, problem xroniki gedişat ala bilər, bu isə müalicə tədbirlərini xeyli çətinləşdirir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 04.06.2018

Spinner