Ürək xəstəlikləri və Şəkərli Diabet nəticəsində yaranan Cinsi zəiflik
 hekimtap.az

Ürək xəstəlikləri və Şəkərli Diabet nəticəsində yaranan...

Müasir dövrdə cəmiyyətdə insanlar arasında seksual münasibətlərin mühüm əhəmiyyət kəsb etməsi diqqəti cəlb edir.Belə ki,insanlar üçün seks təkcə  bioloji deyil həm də, psixoloji tələbatdır. Müxtəlif ölkələrdə aparılan tədqiqatların statistik araşdırmaları göstərir ki,seksual funksiyanın aşağı düşməsi və ya tamamilə olmaması təkcə kişilərin həyatı-yaşama keyfiyyətini deyil, onların ömürlərinin də qısalmasına səbəb olur. İnfarkt keçirmiş xəstələr yenidən cinsi funksiyalarının bərpa olunmasında çətinlik çəkirlər. Aparılan araşdırmalara görə ürək-damar sistemi xəstələrində erektil disfunksiya 56% təşkil edir ki,bu da sağlam adamlarla müqayisədə 4 dəfə çoxluq təşkil edir. Bu onunla əlaqədardır k,penil arteriyaların diametri qan damarlarının arteriyalarına nisbətən 2-3 dəfə, yuxu arteriyalarına nisbətdə isə 3-4 dəfə azdır. Məntiqi olaraq risk faktoru olan xəstələrdə yəni miokard infarktı zamanı kiçik arteriyaların funksional və üzvi zədələnməsi baş verir ki,bu da cinsi funksiyanın pozulmasının əsas faktorlarındandır. Səbəbləri: 1.Qan-damar sistemində yaranan çatışmamazlıqlar.  2.Psixoloji problemlər. Bu xəstələrdə psixoloji faktorlar üstünlük təşkil edir ki, onların arasında da ən çox gərginlik, depressiya ilə bağlı hallar daha aktivdir.İnfarkt keçirmiş xəstələrin cinsi funksiyanı icra edə bilməmələri onlarda ciddi psixotravmaya səbəb olaraq ölüm riski kimi ciddi problemlər yarada bilər.Ən əsas məsələlərdən biri isə kişilərdə kişi kimi özünə inamın itməsidir ki, bu da mühüm həyati əhəmiyyət kəsb edir. Şikayətləri: Cinsi funksiyanın zəif və ya tamamilə olmaması,cinsi həvəsin itməsi,emosional gərginlik. Diaqnostika: İnfarkt keçirmiş xəstələrin anamnezi və təqdim etdikləri müayinə-diaqnostika,EKQ,EXO,laborator müayinələrin nəticələri. Əlavə olaraq, PSA, Testosteron, Penil doppler və s. Müalicə: Xüsusi tərtib olunmuş sxem üzrə kardioloqun və ya öz müalicə həkiminin məsləhəti ilə hər bir xəstə üçün fərdi qaydada aparılır. Şəkərli Diabet nəticəsində yaranan cinsi zəiflik. Şikayətlər: Cinsi aktın normal icra oluna bilinməməsi,cinsi həvəsin sönməsi,cinsi zəiflik. Səbəbləri: 1.Hormonal mübadilə prosesinin pozulması,əsasən də testosteronun səviyyəsinin aşağı enməsi cinsi həvəsin sönməsinə gətirib çıxarır. 2.Neyropatiyanın inkişafı-sinir impulslarının cinsi orqandan beyinə və geriyə ötürülmə prosesinin pozulması ilə nəticələnir. 3.Vegetativ sinir sisteminin zədələnməsi nəticəsində retroqrad eyakulyat axınına səbəb olur,yəni eyakulyasiya zamanı spermanın geriyə sidik kisəsinə atılmasına səbəb olur. Potensiyanın pozulması vegetativ sinir sisteminin hansı şöbəsinin pataloji prosesə cəlb olunmasında asılıdır. Belə ki, potensiyaya simpatik,eyakulyasiyaya parasimpatik şöbə cavabdehdir. 4.Diabetik angiopatiya birbaşa cinsi orqan-penisin qanla təchizatını pozur. 5.Potensiya ilə bağlı psixoloji problemlər. Kompensə olunmuş şəkərli diabet zamanı qanda şəkərin səviyyəsini normada saxlamaqla potensiya pozğunluğunun qarşısını almaq olar. Dietaya düzgün riayət edilməsi,düzgün insulin terapiyası, sağlam həyat tərzi nəticəsində müsbət nəticə əldə etmək olar. Bütün bunlarla yanaşı ailədə ər-arvad arasında və ya partnyorlar arasında olan açıq münasibət,harmoniya psixoloji baryerin aradan götürülməsində mühüm rol oynayır. Diaqnostikası: USM müayinə,Hormonların müayinəsi,Penil doppler. Müalicə: Xüsusi tərtib olunmuş sxem üzrə təyin edilir.

Опубликовано: 26.03.2020

Koronavirus pandemiyası zamanı göz təhlükəsizliyi
 hekimtap.az

Koronavirus pandemiyası zamanı göz təhlükəsizliyi

Çoxlu sayda koronavirus infeksiyasına yoluxma hallarını nəzərdən keçirərək  bu nəticəyə gəlmək olar ki bütün dünayada yayılan koronavirus infeksiyasına ağız, burun ilə yanaşı gözlər vasitəsi ilə də yoluxmadan qorunmaq çox vacibdir. Əgər sizin göz həkiminə planlaşdırılmış müayinəniz nəzərdə tutulubsa və bu müayinə təcili deyilsə virusa yoluxma riskini almamaq üçün həkiminizə öncədən bildirməniz və göz müayinəsini təxirə salmanız məsləhətdir. Gözlərinizi koronavirusdan qoruyaraq özünüzə və başqalarına kömək edə bilərsniz. Bildiyimiz kimi bu yeni virus yüngül və ağır respirator xəstəliklər yaradır. Xəstəliyə yoluxduqda soyuqlama, oskürək, nəfəs çatışmamazlığı kimi əlamətlər 2-14 gün ərzində özünü biruzə verir.  Xroniki xəstəlikləri olan xəstələrdə pnevmaniya kimi ağırlaşmalar baş verə və xəstə hayatını itirə bilər. Gözlərinizi aşağıda sadalanan hallara görə qorumaq çox vacibdir: Virusa yoluxmuş xəstə öskürərkən və asqırarkən ağzından və burnundan ayrılan vurus hissəcikləri hava-damcı vasitəsi ilə ətrafdakı insanların yoluxmasına səbəb olur. Bildiyimiz kimi əsasən ağız və burun vasitəsi ilə yoluxma baş verir. Amma bir çox hallarda gözünüz vasitəsi ilə də yoluxma mümkündür. Koronavirus infeksiyası yoluxmuş xəstənin göz damcıları vasitəsi ilə də yayıla bilər. Bu xəstənin göz damcısına və onun təmasda olduğu yerlərə toxunmaqla baş verir. Eyni zamanda koronavirus infeksiyası olan səthlərə toxunduqdan sonra əllərinizi gözünüzə təmas etdirməklə də yoluxma baş verə bilər. Koronavirus infeksiyasına yoluxmuş insanların az hallarda 1-3 faizində çəhrayı göz simptomu və ya konyunqtivit müşahidə oluna bilər. Belə olduqda xəstənin gözündən ayrılan ifrazat və toxunuduğu səthlər vasitəsi ilə virus asanlıqla yayılır. Koronavirus infeksiyası ciddi sağlamlıq problemləri yaratsa da ona tutulma riskinin qarşısını əhəmiyyətli dərəcədə almaq mümkündür. Bunun üçün aşağıdakı tövsiyələrə əməl olunmalıdır: Kontakt linza istifadə edirsinizsə onu bir müddət eynək ilə əvəz edin. Kontakt linza istifadəçiləri gözlərinə daha çox toxunur və bununla da virus infeksiyasının yayılmasına şarait yaratmış olurlar. Koronavirus infeksiyasından qorunmaq üçün eynəkdən istifadə mütləqdir. Ancaq bu tam qorunmanı təmin etmir çünki eynəyin açıq qalan hissələrindən virus infeksiyasının gözünüzə keçməsi mümkündür. Tam qorunmaq üçün xüsusi qoruyucu eynəkdən istifadə edilməlidir. Koronavirus infeksiyasının pandemiya halını aldığını nəzərə alsaq əgər siz karantində olsanız dərman çatışmamazlığı ilə üzləşə bilərsiniz. Bunun üçün mütəmadi istifadə etdiyiniz göz damcılarının ehtiyatını saxlayın. Gözlərinizi ovxalamayın! Bu insanlarda təbii bir vərdişdir amma bunu etməməklə siz virusa yoluxma riskini azaltmış olursunuz. Əgər gözünüzü ovxalamaq və eynəyinizi düzəltmək vacibdirsə quru salfetdən istifadə edin. Quru gözlər daha çox qaşınma hissi yaratdığı üçün çalışın nəmləndirici damcılardan istifadə edəsiniz. Hansısa göz damcısını mütləq gözünüzə toxunaraq əlavə etməlisinizsə öncə əllərinizi 20 saniyədən az olmamaqla sabunlu su ilə yuyun və ya spirt ilə təmizləyin. Koronavirus infeksiyasına yoluxma riskini azaltmaq üçün aşağıda göstərilən ÜST tövsiyyələrinə əməl etməniz çox vacibdir. Özünüzü və ailənizi qoruyun! ÜST Tövsiyyələr

Опубликовано: 25.03.2020

Immunitet və osteopatiya
 hekimtap.az

Immunitet və osteopatiya

İmnuniteti gücləndirmək üçün osteopatiya Zəifləmiş immunitet- bir çox xəstəliklərin  yaranma səbəbidir. İmmunitet zəifdirsə orqanizm bakteriyalarla mübarizə apara bilmir, kiçik travma və ya stressə tab gətirə bilmir, toxumaların xroniki iltihabı tez-tez kəskinləşir.  Zəifləmiş immun sisteminin əlamətləri -xroniki yorğunluq, -tez haldan düşmə, -yuxululuq və ya əskinə yuxusuzluq, -baş ağrıları, -müxtəlif nahiyələrdə herpesin çıxması, -tez-tez infeksion xəstəliklərə yoluxma, -əzələ və oynaqlarda ağrılar, -çoxsaylı xroniki xəstəliklər və onların ağırlaşması ola bilər. Biz hamımız anadangəlmə  və  qazanılma  immunitetə  sahibik,  immuniteti  gücləndirmək  isə bizim öz əlimizdədir.    Bəs immuniteti gücləndirmək  üçün nə etməliyik? -Vitamin və minerallar -A, B5, C, D,F,PP, Se, Zn,Mg, Ca, Fe,J -Qidalanma - asan həzm olunan karbohidrat, şəkər və trans yağlardan azad, bitki və proteinlə zəngin qidalanma -Bol maye qəbulu -Probiotiklərin qəbulu -Aktiv həyat tərzi -Kontrast duş qəbulu İmmuniteti gücləndirmək üçün xüsusi dieta, vitamin qəbulu, daimi fiziki aktivlik məsləhət görülsə də, bu məsləhətlər bəzən  kömək etmir. Orqanizmin daxilində olan somatik disfunksiyaları müalicə etmədikcə, bu tədbirlər yetərli olmaya bilər.   Bu işdə sizə osteopat həkimin müalicə taktikası kömək edə bilər. Düzgün osteopatiyadan sonra orqanizmin daxili bərpa mexanizmləri heç bir dərmansız aktivləşir və orqanizmin müqaviməti artır. Osteopat həkim immuniteti gücləndirməkdə sizə necə kömək edə bilər? -orqanizmdə gərginlikləri aradan qaldırmaqla (hər bir gərgin, spazmlı və ağrılı toxuma qan dövranı pozulur, arteriyal qan xeyrli maddələri toxumaya çatdıra bilmir, ziyanlı iltihab mediatorları və toksiki maddələr isə toxumada toplanıb qalır, nəticədə yerli immunitet pozulur) -Limfa dövranı aktivləşdiyi üçün immun hüceyrələri orqanizmin bütün nahiyələrinə rahatlıqla ötürülə bilir; -Stress vəziyyətindən xilas etməklə - stress vəziyyətində olan insanlarda osteopatiyadan sonra  immun sisteminin göstəriciləri artır.  İmmun sisteminin gücünü göstəricisi İgA -dır. Orqanizmin vacib antitellərindən olan İgA selikli qişalarda yerləşir və orqanizmi zərərli bakteriyalar, virus və mikroblardan qoruyur. Müasir tədqiqatlar İg A nın stress vəziyyətində azaldığını sübut etmişdir. Osteopatiya immun sistemini necə aktivləşdirir İmmun sisteminin gücləndirmək üçün osteopat həkimin arsenalında yüzlərlə texnika vardır. Bu osteopatiya proseduralardan  lifodrenaj texnikaları immun sisteminin gücləndirilməsində çox effektlidir. Bunun üçün pasientə cəmi 40 dəqiqə vaxt lazımdır, 40 dəqiqədən sonra pasientdə yorğunluq və halsızlıq azalmış, əzələ və oynaq ağrıları keçmiş olacaq, özünü gümrah və enerji dolu hiss edəcəkdir. Həftədə bir dəfə təkraralanan osteopatiya proseduruası ilə sizi güclü immunitetinizi təmin edə bilərsiniz.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az    

Опубликовано: 18.03.2020

Vaginoplastika
 hekimtap.az

Vaginoplastika

Vaginoplastika Əməliyyatı Nədir? Hər bir qadında vagina başqa-başqa uzunluqda və genişlikdə ola bilər. Vagina toxumasının özəllikləri və keyfiyyətindən asılı olaraq yığılma və genişlənmə xüsusiyyəti var. Bu xüsusiyyət hər bir qadının təbii doğuş edə bilməsi üçün normal bir haldır. Yenə doğuşlarla bağlı uşaqlıq yolu yan divarlarında çatlar, ya da dərinləşdikdə yırtıqlar ola bilir, vagina normadan çox artıq genişlənə bilir. Hansı ki, cinsi əlaqə zamanı vaginanın darlığı həm kişi, həm də qadınlar üçün çox önəmlidir. Normada qadınlar cinsi əlaqə zamanı vaginanın yan divar əzələlərini yığaraq vaginanı darlaşdıra bilərlər. Ancaq çox doğuşu olan qadınlarda bu əzələlər boşalır. Bir çox qadınlar bu əzələləri necə gücləndirməyi bilmirlər. Vaginadakı genişlik kişilərdə cinsi yaşayış zamanı aldıqları həzzi azaldır. Vaginanın çox geniş olması zamanı içəriyə hava qaçaraq cinsi əlaqə zamanı qaz çıxarma tərzində səslər yarada bilir və bu da hər 2 tərəfə olduqca pis duyğular yaşadır. Qadınlar problemin nə olduğunu və nədən qaynaqlandığını bilmədiklərindən, ya da utandıqlarından dolayı hələ də həkimlərinə bu tip problemlərini söyləməyə çəkinirlər. İndiki çağlarda isə bu tip problemləri konservativ, ya da cərrahi müalicə ilə düzəldə bilirik. Elə bu məqsədlə vaginada aparılan əməliyyatlara Vaginoplastika deyilir. Vaginoplastika əməliyyatı anatomik quruluşundan, öndə sidik kisəsi, arxada düz bağırsaq ilə qonşu olan ciddi bir zonada aparıldığına görə vaginal cərrahiyyədə böyük təcrübəsi olan ginekoloq cərrah tərəfindən aparılmalıdır. Bu səbəblə də genital estetika sahəsində yetərincə təcrübəsi olmayan həkimlər və özəlliklə də genital zonada profesionallığı olmayan plastik cərrahlar tərəfindən genital estetik əməliyyatlar aparılmamalıdır. Əməliyyat ümumi anesteziya altında aparılır. Bu əməliyyatın müddəti əməliyyat olunacaq zonaya və görüləcək işlərə görə dəyişir. Vaginoplastika əməliyyatı başlıca olaraq 45 dəq-1,5 saat çəkir. Bu zaman sorulan saplardan istifadə edildiyinə görə postoperasion dövrdə sap sökülməsindən söhbət gedə bilməz. Xəstə haradasa 1,5-2 ay sonra cinsi həyatına qayıda bilir. Qadınların vaginaplastika əməliyyatını seçməsinin səbəb Əksər qadın vaginoplastika əməliyatını vaginada yaranmış anormal hissiyyat - “bollaşma” hissi səbəbi ilə istəyir. Qadınlar cinsi əlaqə zamanı azalan sürtünmə səbəb ilə daha az zövq aldıqlarını, daha çətin orqazmın yaranmasını bildirirlər. Vaginaplastika cinsi əlaqə zamanı sürtünməni artırır. Əməliyyat sanrası əlaqə zamanı hər iki cins dəyişikliyi hiss edir. Vaginaplastika əməliyyatının riskləri haqqında Hər bir cərrahi əməliyyatda olduğu kimi bu əməliyyat zamanı xəstədə qanaxma və infeksiya riski vardır. Qanaxma olarsa əməliyyat zamanı dayandırılır, infeksiya riski isə əməliyyat zamanı və sonrası təyin olunan antibiotiklə qarşısı alınır. Xəstədə normadan artıqda daralma ola bilər. Lakin normal keçən əməliyyat zamanı bu rast gəlinmir. Vaginoplastika əməliyyatı vaginanın vəziyyətinə görə 1-1.5 saat davam edir. Cərrahi əməliyyat həm yerli, həm də ümumi anesteziya ilə icra oluna bilir. İlk 2 gün əməliyyat nahiyəsində yüngül ağrı və rahatsızlıq olur. Əməliyyatdan sonra xəstəyə antibiotik və ağrıkəsici təyin olunur (5 gün). Tikiş üçün istifadə olunan saplar sorulan olduğu üçün xəstə tikiş sökdürmür. Əksər xəstə bir gün xətəxanada qalır və iki gün sonra isə işinə qayıda bilir. Bəzi xəstələrdə isə bu 5 gün çəkir. Əməliyyatdan sonrakı dövr Əməliyyatdan sonra əməliyyat nahiyəsində agrı müşahidə olunmur. Əməliyyatdan sonra xəstəyə antibiotik (5 gün) və antiseptiklərlə yerli yuyunmalar təyin edilir. Ağrıkəsicilərin təyin olunmasına ehtiyac olmur. Tikiş üçün istifadə olunan saplar sorulan olduğu üçün bu tikişlər sökülmür. Əməliyyatdan 4-6 həftə sonra cinsi əlaqənin olmasına icazə verilir. Bu əməliyyatlar cütlüklərin cinsi münasibətinə necə təsir edir? - Qadınlar özlərinə daha çox güvəndikləri üçün cinsi əlaqədədə aktiv olurlar. Əvəllər ayda bir dəfə cinsi əlaqə yaşayan cütlüklər əməliyyatdan sonra həftədə 1-2 dəfə münasibətdə olmağa başlayırlar. Vagionaplastika təkcə estetik görüntünü yaxşılaşdırmır, həm də cinsi həyata müsbət təsir edir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az    

Опубликовано: 17.03.2020

Otoplastika
 hekimtap.az

Otoplastika

Otoplastika nədir? Otoplastika qulaqda olan anadangəlmə və ya sonradan yaranan qüsurların aradan qaldırılmasına xidmət edir. İnsanın üzündə estetik və funksional əhəmiyyəti olan qulaq seyvanlarının böyük olması, formasının düzgün olmaması və ya heç inkişaf etməməsi kimi anomaliyaları ola bilir. Bunların arasında ən çox rastlaşdığımız qulaq seyvanlarının önə doğru yerləşməsidir. Qulaqlar normal ölçüdə olsa da başla əmələ gətirdiyi bucaq böyük olduqda estetik cəhətdən ciddi problemlər yarada bilər. Bu estetik çatışmazlıq xüsusilə uşaqlıq və gənclik yaşlarında insanın psixologiyasında və sosiallaşmasında  ciddi problemlər yarada bilir. Otoplastika əməliyyatı ön tərəfə doğru böyük bucaq əmələ gətirmiş qulaq seyvanının təbii anatomik qırışlarını yenidən formalaşdıraraq normal bucaq əmələ gətirmə əməliyyatıdır. Otoplastika əməliyyatı hansı yaşda aparılır Demək olar ki, bütün yaşlarda otoplastika əməliyyatı aparıla bilər. Ən erkən 5-6 yaşdan sonra cərrahi əməliyyat aparıla bilər. Ancaq əməliyyatın uşağın məktəbə başlamasından əvvəl aparılması psixoloji və özünə inam problemlərinin yaranmasının qarşısını alaraq məktəbə adaptasiyanı tezləşdirir. Qulaqlarının formasından narazı olan yetkin yaşlı insanlarda da bu əməliyyat aparıla bilər. Əməliyyat necə aparılır? Qulaq ilə baş arasındakı bucaq qadınlarda ən çox 20, kişilərdə 25 dərəcə olmalıdır. Əməliyyatda qarşıya qoyulan məqsəd qulaqla baş arasında bucağı azaltmaq və qulaq qırışlarının fomasındakı pozğunluqları düzəltməkdir. Uğurlu bir otoplastika əməliyyatı qulaqların ölçülərini mütənasib olmasını və formasının başa uyğun olmasını təmin edir. Bu əməliyyat təqribən 1-2 saat davam edir. Bu əməliyyatı çox vaxt ümumi anesteziya altında aparmağa üstünlük verirəm. Əməliyyat qulaq arxasında qulaq seyvanın başa yapıştığı qövsə parallel bir kəsik aparmaqla başlayır. Normadan artıq olduğu müəyyənləşdirilmiş dəri çıxarılır. Müəyyən yerlərdə qığırdaq hissələrə şırımlar ataraq qığırdağın forması kövşəkləşdirilir. Qalıcı tikişlərlə qığırdağa son forması verilir. Qulağın baş ilə əmələ gətirdiyi bucağı yoxlamaqla yanaşı qulaq seyvanının yuxarı və aşağı hissələrinin öz aralarındə əmələ gətirdiyi bucaq da yoxlanmalıdır. Əməliyyat qulaq arxasındakı dəriyə tikişlərin və drenajın qoyulması ilə başa çatır. Otoplastika əməliyyatından sonra Əməliyyatdan çıxdıqdan sonra qulaqlarınız da daxil olmaqla başınızın bandajla sarıldığını görəcəksiniz. Burada məqsəd həm əməliyyat nahiyəsində ödem əmələ gəlməsinin qarşısını almaq həm də qulağa qoyduğumuz tikişləri qorumaqdır. əməliyyatdan sonra qızartı və şişkinlik ola bilər. Qızartı və şişkinlik birinci həftədən sonra öz-özünə çəkiləcək. Qulaq arxasındakı tikişlər adətən 7-10 gün sonra sökülür. Birinci həftə ərzində arxasıüstə yatmağınız qulaq ətrafı nahiyənin travmaya məruz qalmasının qarşısını alır. Qulaq tikişlərinin qorunması və yeni formasına alışa bilməsi üçün əməliyyatdan sonra bandaj istifadə olunur. Bir neçə gün sonra başdakı bandaj çıxarılaraq daha yumşaq sarğılara və ya saç və qulaq bantlarına keçmək olar. 2-3 həftə ərzində qulaqlarınızı hər hansı bir zərbədən qorumalı və qulağın önə doğru bükülməsinə səbəb ola biləcək hərəkətlərdən uzaq durmalısınız. Effektivliyi. Otoplastikanın nəticəsi sabit və ömürlük olur. Zaman keçdikcə qulaq qığırdaqlarınını cüzi sərtləşməsi müşahidə olunur. Eyni zamanda, qulaq seyvanlarının havanın temperatur dəyişikliklərinə həssaslığı arta bilər. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az    

Опубликовано: 12.03.2020

Abdominoplastika hekimtap.az

Abdominoplastika

   Abdominoplastika qarın dartılması ya da yığılması kimi də adlanan bir əməliyyatdır. Qarnın ön divarının sallanması və eybəcər hala gəlməsi çoxlu hamiləlik və doğuşlar, əzələlərin zəyifləməsi, piylənmə, arıqlamaq üçün aparılan əməliyyatlar nəticəsi kimi səbəblərdən ortaya çıxır. Qadınlarda qarın sallanması daha çox hamiləlik və doğuşdan sonra müşahidə edilir, kişilərdə isə əsas səbəb çox vaxt piylənmə (həddindən artıq kökəlmə) olur.    Sallanmış qarın pis görünüşdən başqa bəzi problemlərə də yol açır. Belə ki, insanın gündəlik təmizlik alışqınlıqlarının yerinə yetirilməsi çətinləşir, sallanmış dəri ( “önlük” ya da rus dilində “fartuk”) ilə ön qarın divarı altında piy və tər vəzilərinin ifrazatı toplanır. Bu isə öz növbəsində pis qoxu, dəri qıcıqlanması, qaşıntı və hətta kiçik yaraların əmələ gəlməsinə səbəb olur. Bədən xətlərinin təhrifi insanda üzünə qarşı mənfi hisslər və psixoloji gərginlik yaradır. Kişilərdə öz cinsiyyət orqanını sallanmış dəri səbəbiylə daha qısa olduğuna dair yalançı fikirlər yarana bilər.    Qarın dərisinin sallanması ilə birlikdə xəstələrdə yırtıqlar (rus dilində “qrıja”) və qarnın düz əzələlərinin ayrılması da müşahidə oluna bilər.    Yuxarıda sadalanan problemlərin həlli plastik cərrahiyyədə ümumi şəkildə abdominoplastika olaraq adlanan əməliyyat ilə mümkündür. Əməliyyat həddi buluğa çatmış bütün xəstələrdə aparıla bilər. Lakin, daha cavan xəstələrdə, az sallanma olduqda tək başına liposaksiya (piy çıxartma) əməliyyatı da effektiv ola bilər. Dəriləri çox sallanmış və tonusunu itirmiş yaşlı xəstələrdə isə abdominoplatika növlərindən biri aparılır.    Mini abdominoplstika əməliyyatında qarın dərisinin sadəcə göbəkdən aşağı hissəsi çıxardılır və əzələ qatı sıxlaşdırılır.    Klassik abdominoplastikada qarın dərisi geniş şəkildə sərbəstləndirildikdən sonra artıq hissəsi çıxardılır. Göbək kiçildilir və daha üstə yerləşdirilir. Qarnın düz əzələləri orta xətdə birləşdirilir. Lazım olduqda qarnın müxtəlif hissələrinə liposaksiya aparılaraq daha gənc və cazibəli bədən şəkli əldə edilir.    Yaşlı və ya yanaşı gedən xəstəlikləri olanlara sadəcə sallanan  dəri qatı çıxardılır (əməliyyat pannikuloektomiya adlanır). Bəzən sallanma daha çox qarnın alt hissələrində və qasıq nahiyəsində olur. Belə pasientlərə qasıq dartılması, qasıq-bud dartılması, ya da dairəvi bədən dartılması aparılır.    Abdominoplastika əksər hallarda ümumi narkoz altında icra olunur, amma mini əməliyyat ya da pannikuloektomiya spinal anesteziya ilə (beldən keyləşdirmə ilə) aparıla bilər. Əgər xəstədə qarın yırtığı varsa, abdominoplastika vaxtı o da bərpa edilir.    Əməliyyat izi alt qeyimin altında qalacaq şəkildə planlanır və beləliklə gizli olur. Əməliyyatdan 10 gün əvvəl xəstə qanı incəldən dərmanların (məs. aspirin kimi), vitaminlərin, bitki çaylarının və bioloji aktiv əlavələrin qəbulunu kəsməlidir. Siqaret çəkən xəstələrə isə əməliyyatdan ən az 2 həftə əvvəl bunun tərgitmək məsləhət edilir. Əməliyyatdan sonra xəstəxanada 1-2 gün qalmaq kifayətdir. Evdə 5-7 gün yarı yataq rejimi tətbiq edilir. Tikişlər 14-20 gün sonra çıxardılır, 1 ay qarın toxumalarını dəstəkləyən korset geyilir. İdman növlərinə 6 həftə sonra başlamaq olar.    Qeyd etmək istəyirəm ki, abdominoplastika qətiyyən arıqlama əməliyyatı deyil! Piylənmə pəhriz və dərman qəbulu yolu ilə, ya da bəzi xəstələrdə piylənmə əleyhinə aparılan əməliyyatlar (məsələn mədə kiçildilməsi) ilə müalicə olunur. Xəstə müəyyən dərəcədə artıq çəkidən azad olduqdan sonra salanmış toxumalar, o cümlədən qarın plastik əməliyyatlar ilə dartılaraq daha ahəngli şəklə gətirilir.    Əgər yaxın zamanlarda hamiləlik planlaşdırılırsa, bu barədə həkimə məlumat verilməlidir. Düzdür, qarın gərmə əməliyyatı olmuş qadınlar təkrar hamilə qala bilərlər, heç bir əks göstəriş yoxdur. Lakin hamiləlik əməliyyatın nəticəsinə mənfi təsir göstərir və yenidən dəri boşalması, artıq piylərin yaranmasına səbəb olur. Ona görə də əməliyyatın hamiləlikdən sonra icra olunması daha məqsədəuyğundur. Qarın gərmə əməliyyatına aşağıdakılar göstərişdir: - Qarın nahiyəsində artıq piy qatlarının olması;  - Qarında çoxsaylı sallaq dərilər;  - Qarın əzələsinin zəifliyi;  - Çapıq deformasiyası;  Klassik abdominoplastika qarın divarında çox artıq  miqdarda toplanmış piy kütləsini və qarın dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə icra olunur. Mini-abdominoplastika isə  əsasən qarın divarındaki orta miqdarda toplanmış piy kütləsini və qarnın aşağı yarısında görüldüyü və qarın aşağı yarısının  dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə icra olunur. Marriage abdominoplastika mini abdominoplastikada olduğu kimi əsasən qarın divarındaki orta miqdarda toplanmış piy kütləsini və  qarnın aşağı yarısında görüldüyü və qarın aşağı yarısının dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə və əlavə olaraq bel nahiyyəsində  piylənmə olan pasiyentlərdə icra olunur.

Опубликовано: 12.03.2020

Yeni ailə quranlarda cinsi zəiflik hekimtap.az

Yeni ailə quranlarda cinsi zəiflik

Son vaxtlar yeni ailə quranlarda cinsi zəiflik problemlərinə tez-tez rast gəlinir.Bu çox ciddi bir problemdir və gələcək genefondun qorunmasında xüsusi əhəmiyyət kəsb edir. Səbəbləri: Sinir-psixoloji gərginlik, Nevrozlar, Cinsi yolla keçən infeksiyalar, Hormonal pozğunluqlar, Cinsi sferada düzgün maariflənmənin olmaması və s. Ümumiyyətl yuxarıda sadalanan səbəblərin əmələ gəlməsində əsas 2 məqamı göstərmək lazımdır. Bu Fizioloji və psixoloji məqamlardır. Belə ki, fizioloji olaraq problemin əmələ gəlməsində aşağıdakı səbəbləri göstərmək olar: ---Şəkərli diabet: Orqanizmdə qan-damar sistemində, sinir uclarında mikrosirkulyasiyanın pozulması sonda cinsiyyət orqanına qan axınının zəifləməsinə gətirib çıxarır. ----Qan dövranında olan pozğunluqlar: Ürək-damar sisteminin xəstəlikləri, hipertoniya, dərman preparatlarının qəbulu, zərərli vərdişlər. -----Sinir sisteminin xəstəlikləri: Baş beyin və onurğa beynindən gələn sinir impulslarının ötürülmə prosesinin pozulması. Bunun nəticəsində ereksiya və toxumçıxarma prosesi pozulur ki, bu da ereksiyanın tez baş verməsi, tez boşalma kimi özünü biruzə verir. -----Hormonal çatmamazlıq: Testosteronun aşağı olması nəticəsində seksual həvəsin bloklanması baş verir. Bu çox vaxt qara ciyər,böyrəklərin funksiyasının pozulması, qadın hormonlarının (prolaktin,esteroqen) çox ifraz olunması ilə əlaqədar olur. -----Həddən artıq fiziki yüklənmə: Həddən artıq fiziki aktivlik-qaçış, üzgüçülük, müxtəlif ağır fiziki işlər sonda potensiyanı zəiflədə bilər. ----Qeyri-düzgün qidalanma: Kofe və kofein tərkibli içklərdən həddən artlq istifadə potensiyaya mənfi təsir edir. Yeni ailə quran gənclərdə və cavan yaşlı kişilərdə tez-tez sinir-psixi gərginlik, stress, depresiya ilə bağlı hallar potensiyanın zəifləməsinə və ya itməsinə səbəb ola bilər. Burada əsas problemlər aşağıdakılardır: 1.Cütlüklər arasında psixoloji münasibətlərin zəifləməsi: ----Hisslərin sönməsi. Bu proses çox vaxt düşüncəli şəkildə baş verir. Belə ki,həyat yoldaşı öz xanımını çəkisinin artması,sellülit, oçki taxırsan, linza tax, məni daha həvəsə gətirmirsən kimi və s. sözlərlə haqsız olaraq günahlandırırlar. Bəzən ailədə hər biri özünə qapanır və qarşı tərəfin problemini görmür. Məsələn xanım özünə qapanaraq həyat yoldaşının işdə yaranan problemini nəzərdən qaçırır ki, bu da ərin ona qarşı marağın sönməsi kimi qiymətləndirir və cinsi marağı get-gedə sönür. Bu da ailədə qarşılıqlı marağın sönməsinə səbəb olur. -----Seksdə yeniliklərin hər iki tərəf tərəfindən müxtəlif qiymətləndirilməsi. Belə ki,cinsi münasibətlərdə fantaziya və maraqların üst-üstə düşməməsi sonda cinsi həvəs və marağın sönməsi ilə nəticələnir. -----Daimi stress. Bu hal hər gün qazanc dalınca qaçan, ağır fiziki və ya əqli işlə məşğul olanlarda daha çox müşahidə olunur. Yəni iş yerində (ofisdə) yaşanan daimi stress,uzun müddət kompyuterdən istifadə, uzun növbəli tıxaclar, ardı-arası kəsilməyən telefon zəngləri və s.,kişilərin sinir sisteminə çox neqativ təsir edir. Onlar az yatırlar, qeyri-düzgün qidalanırlar, vitamin-mineral defisiti yaranır ki, bu da sonda stresin toplanmasına və qarşılıqlı münasibətlərin sönməsinə gətirib çıxara bilər. Sonda onu qeyd etmək istəyirəm ki,əgər yuxarıda sadalanan halların qarşısını vaxtında almaq mümkün olsa onda hər bir ailədə normal harmoniya, normal intim münasibətlər, normal ailə strukturunun formalaşdırmaq olar. Bunun üçün hər iki tərəf istəsə -münasibətlərin bərpa olunmasına maraqlı olmalı və düzgün seçilmiş androloqun köməyi ilə istəklərinə-arzularına çata bilərlər.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az    

Опубликовано: 09.03.2020

Mammoplastika
 hekimtap.az

Mammoplastika

MAMMOPLASTİKA NƏDİR? Süd vəziləri qadın cinsinin təyin olunmasını ifadə edən, estetik baxımdan qadınlıq və analıq hissini təmsil edən, gələcəkdə sağlam nəslin formalaşmasında çox böyük əhəmiyyəti olan orqanlardandır. Mammoplastika dedikdə kiçik və inkişadan qalmış süd vəzilərinin böyüdülməsi, orta və irihəcmli (Makromastiya) süd vəzilərinin kiçildilməsi (Reduksiyon mammoplastika) və sallanmış süd vəzilərinin dikləşdirilməsi (mastopeksiya) başa düşülür. Süd vəzilərinin böyüdülməsi (augumentation mammoplasty). Süd vəzilərinin böyüdülməsi, az inkişaf etmiş süd vəzilərində və ya hamiləlikdən sonra atrofiyalaşaraq kiçilmiş süd vəzilərində tətbiq edilir. Bu gün ən çox istifadə olunan metod protez implantlarla böyütmə metodudur. Əməliyyat nəticəsində süd vəzisinin alacağı ölçü xəstənin istəyinə və əməliyyatı icra edəcək cərrahın məsləhətinə əsasən planlaşdırılır. Protez ya bilavasitə süd vəzisi toxumasının altına, ya da musculus pektoralisin altına yeridilməklə həyata keçirilir. Süd vəzilərinin kiçildilməsi. Süd vəzinlərinin həddən artıq böyük (makromastiya) olması baxımdan kompleks yaratmaqla yanaşı, ciddi sağlamlıq prolemlərinə yol aça bilən bir patologiya kimi mövcuddur. Süd vəziləri pubertar, hamiləlik, menustral pozğunluqlar, piy distrofiyaları zamanı və irsi meyilliklə patoloji ölçülərə çata bilir. Makromastiyalı xəstələrdə fiziki, psixi və sosial simptomlar müşahidə oluna bilər ki, bu da süd vəz kiçiltmə əməliyyatına birbaşa göstəriş sayılır. Rediksion mammoplastika bir çox metodlarla şəxsin öz toxumasının rekonstruksiyası hesabına həyata keçirilir ki, bu da qənaətbəxş hesab olunur. Süd vəzi dikləşdirmə (mastopeksiya) qadınların yaşa dolması və toxumaların sallanaraq normal döş səviyyəsindən aşağı düşməsinə səbəb olan hallarda həyata keçirilir. Döşün həcmini dəyişmədən döş giləsini və süd vəzi toxumasını lazım olan səviyyəyə daşınmasına mastopeksiya əməliyyatı deyilir. Mastopeksiya texniki cəhətdən icra olunması asan olan əməliyyat qruplarına aid olmaqla yanaşı pasiyent üçün də heç bir təhlükəsi yoxdur.

Опубликовано: 04.03.2020

Spinner