Ailəvi Ağ dəniz qızdırması xəstəliyi (FMF)
 hekimtap.az

Ailəvi Ağ dəniz qızdırması xəstəliyi (FMF)

Ailəvi Ağ dəniz xəstəliyi (FMF) – bu epizodik qızdırma tutmaları, qarında, oynaqlarda və döş qəfəsində ağrı ilə müşayiət olunan irsi xəstəlikdir.  FMF - əksər hallarda gen mutasiyası ilə dəqiqləşdirilən klinik diaqnozdur.  Aparılan daimi müalicə təkrari tutmaların və daxili orqanların zədələnməsinin qarşısını almaq üçündür.  Ailəvi Ağ dəniz qızdırması xəstəliyi (FMF) – bu genetik xəstəlikdir. Təkrarlanan epizodik qızdırma tutmaları və onu müşayiət edən qarın ağrıları, oynaqlarda və döş qəfəsində ağrı ilə keçir. Bu xəstəlik adətən, Aralıq dənizi ətrafı və Yaxın Şərq ölkələrində (yəhudi, türk, ərəb və erməni millətlərdə) rast gəlinir. İlkin əlamətləri uşaqlıq vaxtından başlayır.  Genetika inkişaf etdikdən sonra bu xəstəliyin genetik analiz yolu ilə dəqiqləşdirilməsi mümkün oldu. Əksər hallarda xəstələrdə tutmalar 20 yaşa qədər müddətdə yaranır.  Ailəvi Ağ dəniz xəstəliyinin (FMF) əlamətləri Xəstələrdə bütün simptomlar büruzə verməyə və illər keçdikcə dəyişə də bilər. Tutmalar adətən 1-3 günə qədər davam edir və müalicəsiz keçir. Uşaqların əksəriyyəti tutmalar arası dövrdə özlərini sağlam hiss edirlər. Amma bəzi uşaqlarda elə tez-tez tutma epizodları olur ki, onlar tam sağalmır  və düzgün inkişaf etmirlər. Bəzi tutma epizodları elə ağrılı olur ki, xəstə hətta təxirəsalınmaz yardıma müraciət edir. Qarında güclü ağrı apendisiti xatırlatdığından bəzi xəstələrə apendektomiya icra olunur. Döş qəfəsində güclü ağrı tənəffüsdə çətinliklər yaradır.  Oynaq ağrılarını qızdırma tutmaları müşayiət edə bilər. Adətən bir oynaq, ən çox aşıq-baldır və ya diz oynağı ağrayır. Oynaqda şişkinlik və ağrı elə çox ola bilər ki, uşaq hətta gəzməkdə çətinlik çəkə bilər. Xəstələrin 1/3 hissəsində aşağı ətraflarda qırmızı səpgilər rast gəlinə bilər. Bəzi uşaqlarda xəstəliyin yeganə əlaməti oynaqda ağrı və şişkinlik olur. Bunu bəzən səhv olaraq kəskin revmatik qızdırma və ya yuvenil idiopatik artrit kimi müalicə edirlər. Oynaqdakı şişkinlik adətən 1-2 həftə ərzində keçir, amma bəzən xroniki (uzun müddətli) də ola bilir.  Bəzi uşaqlar xüsusən fiziki yükdən sonra ayaq əzələlərində ağrıdan şikayət edir. Nadir hallarda uşaqlarda residivləşən perikardit (ürəyin xarici qatının iltihabı), miozit (əzələ iltihabı), meningit (baş beyin və onurğa beynini əhatə edən qişanın iltihabı) və ya orxit (yumurtalıqların iltihabı) də rast gəlinə bilər. 5 yaşdan kiçik uşaqlarda siptomsuz residivləşən qızdırma epizodları ola bilər. Ailəvi Ağ dəniz xəstəliyinin (FMF) səbəbi FMF – bu MEFV geninin mutasiyası nəticəsində yaranan genetik xəstəlikdir. Əvvəllər elə hesab olunurdu ki, bu MEFV geninin 2 anormal nüsxəsinin – biri atadan, digəri anadan olması ilə yaranan resessiv xəstəlikdir.  Amma uşaqlarda ancaq bir mutasiyaya uğramış genin olması da FMF yarada bilər.  MEFV geni pirin adlı zülal sintez edir. Pirin zülalı orqanizmdə iltihabi prosesə təbii yolla nəzarət edir. Bu gen düzgün işləmədikdə, iltihab nəzarətdən çıxır və xəstə infeksiya olmadan qızdırma tutmasından, ağrıdan əziyyət çəkir. FMF xəstəliyinin kəskinləşmə səbəbləri infeksiya, travma, fiziki gərginlik, menstrual sikl və ya psixoloji stres ola bilər.  FMF xəstəliyinə şübhə olduqda genetik müayinə aparıla bilər. Ancaq bir genin defekti və ya heç defektin olmaması zamanı da FMF yarana bilər. ABŞ da 30% xəstələrdə hər iki gendə mutasiya aşkarlanmır. Beləliklə FMF diaqnozu xəstəliyin simptomlarına, xəstənin ümumi baxışına əsasən qoyulur.  Ailə üzvündə FMF və ya səbəbsiz böyrək çatımazlığı ola bilər. Əsasən 5 yaşdan aşağı uşaqlarda heç bir əlavə simptom olmadan periodik qızdırma ola bilər, ona görə də diaqnozun qoyulması zamanı ətraflı müşahidə lazımdır. Uşağa qızdırma dövründə həkim baxışı və laborator analizlər diaqnozu qoymağa kömək edə bilər.  Ailəvi Ağ dəniz xəstəliyinin (FMF) müalicəsi Bəzi hallarda kolxisin adlı preparat - 6 ay ərzində təyin olunur və xəstəliyin tutmalarının azaldığını müşahidə ediriksə FMF diaqnozunu dəqiqləşdirə bilirik.  FMF xəstəliyi tam müalicə olunmur. Kolxisin preparatını daimi qəbul etmək lazımdır (gündə 1-2 dəfə). Kolxisin epizodik tutmaların qarşısını alır, amma başlanmış tutmanı müalicə etmir. Əgər xəstə dərman qəbulunu dayandırırsa, tutmalar tezləşə bilər. Preparat müntəzəm qəbul olunsa, əksər xəstələr normal həyat yaşayacaq. Həkimlə məsləhətləşmədən preparatın dozasını dəyişmək olmaz.  Kolxisinin ən tez-tez rast gəlinən əlavə təsiri qarında ağrı, diarreya, ürək bulanma, qusmadır. Belə halda dərmanın dozasını əlavə təsir azalana qədər endirmək, sonra isə müvafiq dozaya qədər tədricən artırmaq lazımdır. Qidada süd və süd məhsulları azaltmaq xəstənin vəziyyətinə müsbət təsir göstərir.  Hamiləlik və ya süd vermə dövründə Kolxisinin qəbulunu dayandırmaq olmaz. Kolxisin qəbul edən xəstələr ildə 2 dəfədən az olmayaraqü qan və sidik analizi verməlidirlər.  Xəstələrin 10% qədər hissəsində Kolxisinə qarşı dözümsüzlük rast gəlinir. Bəzi son tədqiqatlar göstərib ki, interleykin-1 (iltihabi prosesdə iştirak edən zülaldır) blokatorlarının istifadəsi bəzi xəstələrdə effekt verir. Bu preparatlardan: Anakinra və Kanakinumab (İlaris) qeyd edə bilərik.  Ailəvi Ağ dəniz xəstəliyinin (FMF) fəsadları  FMF xəstəliyinin müalicə olunmamış formasının ağırlaşması amiloidozdur. Amiloid – xroniki iltihabi prosesi olan xəstələrin orqanlarında toplanan zülaldır. Ən çox zədələnən orqan böyrəkdir, amma amiloid bağırsaqlarda, dəridə və ürəkdə də toplana bilir. Amiloidoz nəticəsində böyrək çatışmazlığı yaranır. Təsdiqlənmiş fakt göstərir ki, həyat boyu Kolxisin qəbulu amiloidozun inkişafına mane olur. Böyrək amiloidozu zamanı sidikdə zülal aşkarlanır.  Bəzi uşaqlara ömür boyu dərman qəbulunun vacibliyini inandırmaq üçün psixoloqun yardımına ehtiyac duyulur.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 17.09.2020

OSTEOARTROZ
 hekimtap.az

OSTEOARTROZ

Osteoartroz – artritin ən geniş yayılmış formalarındandır. Faktiki olaraq 60 yaşdan yuxarı bütün insanlarda osteoartrit rast gəlinir, amma hazırda cavanlar arasında da tez-tez rast gəlinir. Xəstəlik oynağın normal strukturlarının mexaniki dağılması, oynaq kapsulasının və qığırdağının zədələnməsi nəticəsində yaranır. Osteoartroz əsasən iri oynaqları – diz oynaqlarını, bud-çanaq oynaqlarını və onurğa sütununu zədələyir. Əl oynaqlarının da zədələnməsi rast gəlinir.  Oynaq necə zədələnir? Oynaq — sümüklərin hərəkətli birləşməsidir. Oynaq ətrafdan oynaq kapsulası ilə əhatə olunmuşdur. Oynaq başı və oynaq çuxuru nazik hialin qığırdaq qatı ilə örtülüdür, hansı ki, bu qığırdaqda sinir ucları və qan damarları yoxdur. Hərəkət zamanı qığırdaq amortizator funksiyasını yerinə yetirir, sümük səthlərinə təzyiqi azaldır və oynaq başının oynaq çuxurunda rahat sürüşməsini təmin edir. Oynağı təşkil edən sümüklər öz aralarında vətər və bağlar vasitəsilə birləşiblər, nəticədə sümüklərin hərəkət zamanı düzgün istiqamətdə yerdəyişməsi təmin olunur. Oynaq ətrafdan oynaq kapsulası ilə əhatə olunmuşdur. Oynaq kapsulu daxildən nazik sinovial qişa ilə örtülüdür, bu qişa oynaq boşluğuna oynaq mayesi ifraz edir. Oynaq mayesi hialin qığırdağın qidalanmasını təmin edir və hərəkət zamanı oynaq səthlərinin sürtünməsinə mane olur. Sinovial qişanın iltihabı (sinovit), oynaq boşluğuna qansızma(hemartroz) nəticəsində oynaqda degenerativ-distrofik və iltihabi proses baş qaldırır.  Osteoartroz zamanı ilkin dəyişiklik – hamar hialin qığırdaq səthində yumşalma və üzərində çökəkliklərin və ulduzvari zədələnmələrin yaranmasıdır. Artrit proqressivləşdikcə oynaq səthini örtən qığırdaq getdikcə nazikləşir, dağılır və nəticədə sümük səthləri qorunmur.  Oynaq səthi öz sürüşkənliyini itirdiyindən oynaqda hərəkət zamanı ağrı və hərəkət məhdudluğu yaranır. Oynaq qığırdağı getdikcə dağılmaya məruz qaldığından, oynaq kənarlarında sümük çıxıntıları yaranır. Nəticədə oynaq deformasiyaya uğrayır, formasını dəyişir.    Osteoartrozun səbəbləri  - yaş faktoru – yaşla əlaqədar qığırdağın elastikliyi və yükə qarşı davamlılığı azalır;   - bədən çəkisinin çox olması – artıq çəki oynaqda dağılma prosesini tezləşdirir; - zədə - travma nəticəsində oynağın və onun bağ aparatının zədələnməsi, sınıq, çıxıq, mikrotravmalar ola bilər.  Bir sıra peşə işçiləri və peşəkar idmançılarda bu tez-tez rast gəlinir;  - irsi meyllik;   Osteoartrozun əlamətləri Osteoartroz çox vaxt simptomsuz və ya az simptomlarla müşayiət olunur (hətta oynaqda rentgenoloji dəyişikliklər görünsə də). Oynaqda kəskin ağrılar uzunmüddətli stabilləşmə periodu ilə növbələşə bilər. Əksər xəstələrdə istirahətdən sonra azalan ağrılar müşahidə olunur. Xəstələrdə aşağıdakı simptomlar müşahidə oluna bilər: Ağrı və hərəkət məhdudluğu Adətən ağrının intensivliyi xəstəliyin mərhələsindən asılı olaraq dəyişir – aydın nəzərə çarpan və oynaqdakı hərəkəti məhdudlaşdıran ağrıdan, mülayim və ancaq müəyyən hərəkətlər zamanı yaranan ağrılar ola bilər. Oynaqdakı ağrı fiziki yüklənmə zamanı artır, istirahətdən sonra azalır. Osteoartroz proqressivləşdikcə ağrı hətta minimal aktivlik zamanı da yaranır. Gecikmiş hallarda isə hətta gecə də ağrı narahat edir.  Hərəkət məhdudluğu adətən sakit vəziyyətdə qaldıqdan sonra, xüsusən səhərlər xəstəni narahat edir,  bir az fiziki hərəkət etdikdən sonra ağrı keçir. Osteoartrit zamanı hərəkət məhdudluğu qısa müddətli olur, 15 dəqiqədən çox davam etmir.  Oynaqda şişkinlik Bu oynaqda sinovial qişanın qıcıqlanaraq əlavə oynaq mayesi ifraz etməsi nəticəsində yaranır, oynaq mayesinin miqdarı artır və oynaqda şişkinlik yaranır. Bu adətən iri oynaqlarda: bud-çanaq, diz oynaqlarında rast gəlinir. Sümük çıxıntıları Osteoartritin əsasən tez-tez rast gəlinən ağırlaşması əl oynaqlarında sümük çıxıntılarının əmələ gəlməsidir. Bu adətən qadınlarda 40 yaşdan yuxarı rast gəlinir. Bu düyünlər əl oynaqlarında ağrı törədir. Erkən mərhələdə aparılan müalicə effekt verir.    Diaqnostika Osteoartrozun spesifik diaqnostik testi yoxdur. Osteoartrit zamanı digər növ artritlərdən fərqli olaraq qanda iltihabi dəyişikliklər olmur. Oynağın ümumi baxışı və müayinəsi aparılır. Rentgenoloji, maqnit-rezonans tomoqrafik müayinə diaqnoz qoymağa kömək edir.   Müalicə Müalicə ilə xəstəliyin inkişaf dərəcəsini azaltmaq mümkündür. Müalicədə xəstəliyin hansı mərhələdə olması, hansı oynaqları zədələməsi, müşayiət edən xroniki xəstəliklər, yaş, xəstənin peşəsi nəzərə alnmalıdır.  Müalicəyə daxildir: Proloterapiya; Osteopatiya; PRP terapiya; Nevral terapiya; Akupunktura; Hərəki aktivlik ritmi, fiziki yüklənmə istirahətlə növbələşməlidir; Reabilitasiya; Çəkini azaltmaq; Fizioterapiya; Cərrahi əməliyyat.    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az   

Опубликовано: 09.09.2020

Задержка психо-моторного развития hekimtap.az

Задержка психо-моторного развития

ЗПМР включает в себя два важнейших уровня: психический и моторный. Различные заболевания и состояния могут приводить к расстройству функций или органическим поражениям головного мозга. Эти поражения могут возникать в различное время : в период беременности, сразу после рождения или в первые месяцы жизни ребенка.                  Причины ЗПМР Медико -биологические: минимальные поражения головного мозга генетика травмы функциональная незрелость ЦНС слабость процессов торможения и возбуждения Социально-психологические: образ жизни (депрессия, неприятие ребенка, алкоголизм, наркомания) воспитание (неполная семья, низкий образовательный уровень родителей, неправильный стиль воспитания)           Симптомы      ЗПМР занимает промежуточное положение между вариантом нормы и психологией и может легко перейти из одного в другое.           Признаки, которые могут указывать на ЗПМР: ребенок до 4-х месячного возраста не обращает внимания на речь родителей, не фокусирует взгляд на жестах, не улыбается; в возрасте 9-и месяцев не умеет гулить; в 1 год не произносит звуков, вяло играет с игрушками, ведет себя очень тихо; до 1,5 лет не умеет произносить простые слова, не воспринимает отношения к нему; в 2 года имеет маленький запас слов, не пытается разучить новые слова;   Очень часто при ЗПМР бывают такие симптомы, как обильное слюнотечение, гиперактивность, неусидчивость, плохая память, агрессивность, повышенная утомляемость.                       Диагностика   Ставить диагноз ЗПМР может только врач, проведя комплексное исследование: электроэнцефалографию; анализ крови на генетическое заболевание; нейросонографию (УЗИ головного мозга); МРТ головного мозга; нейропсихологическое тестирование.          Лечение Лечение ЗПМР - симптоматическое: психо-коррекционные занятия, занятия с нейропсихологами и дефектологами.      Врач - Остеопат Остеопатия - эффективно помогает детям с такими серьезными диагнозами, как задержка в психомоторном и речевом развитии. Врач-остеопат сформирует полную картину при появлении задержки и определении ее характера. Практически все диагнозы, выявленные в течении первого года жизни ребенка, успешно лечатся. Поэтому задача родителей - не упустить время. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 31.08.2020

Maqnit Rezonans Tomoqrafiya (MRT) hekimtap.az

Maqnit Rezonans Tomoqrafiya (MRT)

Maqnit Rezonans Tomoqrafiya (MRT) nədir? Maqnit Rezonans Tomoqrafiya müayinəsi (MRT müayinəsi),  tibdə Maqnit Rezonans Tomoqrafiya cihazı vasitəsi ilə yüksək tezlikli maqnit sahəsi və radio dalğalar istifadə etməklə insanların müxtəlif nahiyyələrinin (baş, boyun, qarın boşluğu, diz və s.) əks etmə mexanizması ilə görüntüləmə metodudut.  MRT cihazlarında istifadə olunan maqnit sahəsi bilavasitə cihazda yaranır və 0,2 Testla (0,2T) ilə 3 Tesla (3T) arası maqnit dalğası tezliyindən istifadə olunur. Lakin son dövrlərdə 4Tesla (4T) və 7Tesla (7T) maqnit dalğa tezliyi istifadə edən (yarada bilən) cihazlar da istifadəyə verilmişdir: (Məsələn, Siemens firmasının 7Tesla gücündə MAGNETOM Terra modeli).   Lakin tibbi diaqnostikada heç bir instrumental və ya labarator müayinə tək başına hər hası bir xəstəliyin 100% diaqnozunu qoya bilmir. Buna görədə həkimlər bir xəstəliyə dəqiq diaqnoz qoymaq üçün bir neçə müayinə metodundan eyni vaxtda istifadə edə bilər. Yəni bəzi hallarda bir xəstəliyin diaqnozunda həm Ultra Səs müayinəsindən (USM), həm Kompyuter Tomoqrafiya müayinəsindən (KT), həm də Maqnit Rezonans Tomoqrafiya müayinəsindən (MRT) istifadə edilə bilər.  Maqnit Rezonans Tomoqrafiya müayinəsinin (MRT) üstünlükləri. a)Kontrast həssaslığı və duyarlığı ən yüksək olan müayinə metodudur. Yəni ən kiçik  dəyişiklikləri göstərmək qabiliyyətinə malikdir. b)Maqnit Rezonans Tomoqrafiya müayinəsi (MRT) yumşaq toxumaları biri-birindən diferensasiya etmək (fərqləndirmək) qabiliyyəti ən yüksək olan müayinə metodudur. Yəni, bir-birinə söykənmiş fərqli orqan və toxumaları çox dəqiqliklər göstərə bilir. c)Patoloji toxumaları ən yaxşı təyin edən müayinə metodudur. Məsələn hər hansı bir rqandakı şiş toxumasını çox dəqiqliklə və həssaslıqla göstərmək xüsusiyyəti var. d)Maqnit Rezonans Tomoqrafiya müayinəsi (MRT) qeyri invaziv müayinə metodudur. Yəni, bu müayinəni aparmaq üçün insan orqanizminə (insan bədəninə) hər hansı bir şəkildə zədə vurmağa, müdaxilə etməyə ehtiyyac yoxdur. (Sadəcə kontrastlı müayinələrdə pasientin venasına müəyyən miqdarda kontrast maddə adlı maye vurulur.) e)Maqnit Rezonans Tomoqrafiya müayinəsi (MRT) çox keyfiyyətli və çox surətli görüntülər almağa imkan verir. Ən uzun müayinələr 20-30dəqiqə çəkir. Maqnit Rezonans Tomoqrafiya müayinəsi (MRT müayinəsi) hansı xəstəliklərin diaqnostikasında tətbiq olunur? Maqnit Rezonans Tomoqrafiya müayinəsi (MRT müayinəsi) tibdə yüzlərlə xəstəliyin diaqnos-tikasında ya qərar verici ya da köməkçi müayinə metodu kimi tətbiq olunur. Lakin qruplaşdırmaq istəsək aşağıdakı xəstəliklərin diaqnostikasında tətbiq olunur deyə bilərik. a)Baş beyin xəstəlikləri Baş beynin serebrovaskulyar  xəstəlikləri: Işemik insultlar Hemorragik insultlar Parenxima daxili hemorragiyalar(hematomalar) Subaraxnoidal hemorragiyalar Epidural hematomalar Subdural hematomalar Intraventrikulyar hemorragiyalar Anevrizmalar Vaskulyar malformasiyalar Baş beynin iltihabi xəstəlikləri Ensefalitlər Meningitlər Vaskulitlər Abseslər Parazitar xəstəliklər Baş beynin demielinizan xəstəlikləri Demensiyalar Dağınıq skleroz (Multipl skleroz) Optik nevrit Transvers mielit və digər demielinizan xəstəliklər Baş beyn törəmələri Astrositomalar Ependimomalar Meningiomalar Digər törəmələr Kistlər Baş beynin travmatik xəstəlikləri Posttravmatik hemorragiyalar və digər patologiyalar Baş beynin anadangəlmə qüsurları Anensefaliya Mikroensefaliya Holoprosensefaliya Makrogriyalar Mikrogriyalar Agriya Paxigriya Lizensafaliya Polimikrogriyalar Malformasiyalar Trisomiyalar   Tibbdə Kompyuter Tomoqrafiya(KT) müayinəsi də xəstəliklərin diaqnostikası üçün geniş tətbiq olunub, Maqnit Rezonans Tomoqrafiya müayinəsi (MRT) ilə oxşar və fərqli xüsusiyyətlərə malikdir. Əsas fərlər: Kompyuter Tomoqrafiya(KT) müayinəsində Rentgen şüalarından istifadə olunur. Kompyuter Tomoqrafiya(KT) müayinəsi yumşaq toxumalara nisbətən az həssasdır. Kompyuter Tomoqrafiya(KT) müayinəsi ağciyər və sümük toxumalara daha həssasdır. Kompyuter Tomoqrafiya(KT) müayinəsi hamiləlikdə və hamiləlik şübhəsi olanlarda tətbiq oluna bilməz Kompyuter Tomoqrafiya(KT) müayinəsi pediatriyada, yəni uşaqlarda  (əsasən yeni doğulmuşlarda və 7yaşına qədər uşaqlarda) ciddi göstəriş olmadığı müddətdə aparılmır. Kompyuter Tomoqrafiya(KT) müayinəsi Maqnit Rezonans Tomoqrafiya müayinəsin-dən (MRT) fərqli olaraq daha sürətli müayinədir.   Maqnit Rezonans Tomoqrafiya müayinəsinin (MRT) xüsusi tətbiq sahələrindən biri Fetal MRT müayinəsidir. Bu hamiləliyin 21-ci həftəsindən sonra ana bətnindəki uşaqda (yəni döldə, fetusda) patologiyaların diaqnostikası üçün Maqnit Rezonans Tomoqrafiya müayinəsinin (MRT) xüsusi tətbiqidir.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 25.08.2020

Psoriatik artrit hekimtap.az

Psoriatik artrit

Psoriaz – dərinin uzun müddətli xroniki residivləşən xəstəliyidir. Bu xəstəliyin əlilliyə gətirib çıxardan əsas əlamətlərindən biri oynaqların zədələnməsidir – buna psoriatik artrit deyilir. Psoriatik artrit - dərinin psoriatik zədələnməsi ilə birgə, əsasən əllərin distal falanqalararası, ayaqlarda daraq falanqalararası oynaqların və onurğa sütununun zədələnməsi ilə müşayət olunan xroniki iltihabi seroneqativ spondiloartropatiyadır. Psoriatik artrit hər bir yaşda, hətta uşaqlarda da təsadüf edə bilər. Amma adətən 30—50 yaş arası dövrdə qadınlarda və kişilərdə eyni tezlikdə rast gəlinir. Psoriatik artritin simptomları: Xəstədə halsızlıq, ağrı, bədən hərarətinin yüksəlməsi, oynaqlarda şişkinlik müşahidə olunur. Psoriatik artrit oynaqların asimmetrik, proqressiv zədələnməsi ilə müşahidə olunan oliqo- və ya poliartrit formasında ola bilər. Hər bir oynaq, o cümlədən də periferik oynaqlar (distal falanqalararası) və aksial oynaqlar (onurğa sütunu, oma-qalça oynaqları) zədələnə bilir. Ən çox zədələnən oynaqlar əl oynaqları və biləklərdir. Bundan sonra ayaqlar, aşıq-baldır, diz, bazu oynaqlarının zədələnməsi rast gəlinir. Oynaqların asimmetrik zədələnməsi xarakterikdir. Psoriatik artrit zamanı oynaq ətrafı strukturlar da zədələnə bilir. Nəticədə tendovaginit (vətər yatağının iltihabı), daktilit (barmağın iltihabı) və ya əllərin sosiska tipli qalınlaşması və entezit (vətərin sümüyə birləşmə yerinin iltihabı) yaranır. Oynaqların iltihabi dəyişikliyi müxtəlif formada büruzə verə bilər: sinovial qişanın və ətraf toxumaların iltihabı, entezit, osteit, ağır osteoliz. Psoriatik artrit zamanı, digər seroneqativ spondiloartritlər kimi, oynaqdan kənar zədələnmələr: gözlərin iltihabı, sidik ifrazat və ürək-damar sisteminin zədələnməsi (irit, konyuktivit, aortal anevrizma, uretrit) müşahidə oluna bilər. Psoriatik artritin klinikası: Psoriatik artritin gedişi dəyişkəndir: yüngül zədələnmədən tutmuş əlilliyə səbəb olan ağır artropatiyalara qədər dəyişir. 40—60% xəstələrdə eroziv deformasiyaedici artrit müşahidə oluna bilər və birinci ildən də proqressivləşə bilər. Psoriatik artrit daimi kəskinləşmə və remissiya ilə növbələşir. Müalicə almadıqda psoriatik artrit xəstələrində persistəedici iltihab müşahidə olunur, nəticədə oynaqların proqressivləşən zədələnməsi, fiziki aktivliyin ciddi dərəcədə məhdudlaşması, əlillik yaranır. Psoriatik lövhəciklər və ya dırnaqların psoriatik zədələnməsi olduqda diaqnozu qoymaq asanlaşır. Psoriatik artriti digər revmatoloji xəstəliklərdən fərqləndirmək lazımdır. Psoriatik artrit zamanı zədələnmiş oynaqlar az ağrılı və az şişkin olur, revmatoid artritdən fərqli olaraq qeyri simmetrik oynaqlar zədələnir. Daktilit, entezit, distal falanqalararası oynaqların zədələnməsi revmatoid artrit üçün deyil, psoriatik artrit üçün xarakterdir. Psoriatik artriti osteoartroz ilə də diferensasiya etmək lazımdır. Psoriatik artritdə olduğu kimi osteoartrozda da distal falanqalararası oynaqların zədələnməsi olur. Amma osteoartroz üçün xarakter olan klassik Geberden düyünləri distal falanqalararası oynaqların zədələnməsi və sümük çıxıntılarının (ekzostoz) yaranması ilə müşayiət olunur. Psoriatik artrit zamanı distal falanqalararası oynaqların zədələnməsi iltihabi dəyişikliklərlə xarakterizə olunur. Psoriatik artrit üçün səhərlər və ya uzun müddət hərəkətsiz qaldıqdan sonra yaranan hərəkət məhdudluğu xarakterdir. Osteoartroz zamanı hərəkət məhdudluğu əsasən aktiv hərəkət zamanı yaranır. Psoriatik artirt qadınlarda və kişilərdə eyni tezlikdə rast gəlinirsə, osteoartroz əsasən qadınlarda təsadüf edir. Osteoartrozlu xəstələr üçün entezit (vətərlərin sümüyə birləşmə yerində iltihab), daktilit (əl və ya ayaq barmağının iltihabı) və sakroileit (oma-qalça oynağının iltihabı) adətən xarakterik deyil. Psoriatik artrit zamanı rast gəlinən onurğa sütununun aksial zədələnməsi (psoriatik spondilit) ankilozlaşan spondilit ilə (hansı ki əsasən onurğa sütununu və oma-qalça oynaqlarını zədələyir) oxşarlıq təşkil edir. Ankilozlaşan spondilitdən fərqli olaraq psoriatik artrit zamanı simptomatika nisbətən zəif, zədələnmə asimmetrik, az ağır gedişatlı olur. Psoriatik lövhələr və dırnaqların zədələnməsi ankilozlaşan spondiloartritdə olmur. Aksial psoriatic artrit sakroileit (adətən asimmetrik və simptomsuz olur) və ya spondilit şəklində keçir. Ankilozlaşan spondiloartritdən fərqli olaraq psoriatik artrit zamanı oynağın hərəkətliliyi az dərəcədə pozulur və ankiloz (oynağın tam hərəkətsizliyi) yaranmır. Digər revmatoloji xəstəliklər, məsələn: osteoartrit, yumşaq toxumaların revmatik zədələnməsi, septik artrit, revmatoid artrit psoriazla müşayiət oluna bilər, bu zaman diaqnostika çətinləşir. Həm də psoriaz adətən bağırsağın iltihabi xəstəlikləri və ankilozlaşan spondiliti olan xəstələrdə tez-tez rast gəlinir. Psoriatik artritin diaqnostikası: Diaqnostikada əsasən, anamnez və xəstənin obyektiv müayinəsi, seroloji, rentgenoloji, ehtiyac yaranarsa genetik müayinələr aparılır. Əsas aşağıdakılara diqqət yetirilməlidir: 1. Anamnezdə və ya irsiyyətdə psoriaz xəstəliyinin olması. Psoriaz dərinin və başın tüklü hissəsinin zədələnməsi ilə müşayiət olunur. 2. Dırnaqların psoriatik zədələnməsi: onixolizis, nöqtəvari çökəkliklər, hiperkeratoz şəklində ola bilər. 3. Anamnezdə daktilitin olması. 4. Oynaqlarda iltihabi dəyişikliklər, oynaqlarda ağrı və zəiflik, səhərlər hərəkət məhdudluğu, əmək qabiliyyətinin azalması müşahidə olunur. Əsas laborator analizlərdən qanın ümumi analizi, eritrositlərin çökmə sürəti, C-reaktiv zülal, qaraciyər və böyrəklərin standart funksional müayinələri aparılır. Rentgenoloji müayinə zamanı oynaqlarda struktur zədələnmələri müşahidə olunur. Xəstəliyin ilkin mərhələlərində rentgenoloji müayinə normal ola bilər, amma paravertebral ossifikasiya, periartikulyar osteopeniya, oynaqların eroziv zədələnməsi ola bilər. Psoriatik artritin rentgenoloji əlamətləri destruktiv və proliferativ dəyişikliklər formasında ola bilər. Eroziya -tipik destruktiv dəyişiklikdir, adətən oynağın kənar hissələrindən başlayır və mərkəzə doğru yayılır. Yayılmış eroziv dəyişikliklər nəticəsində xarakterik rentgenoloji mənzərə - “stəkanda karandaş ” (bir oynaq səthinin digər oynaq səthinin əsasına doğru protruziyası) mənzərəsidir. Ağır hallarda falanqaların dağılmasına səbəb olan osteoliz və oynaq ankilozu baş verir. Psoriatik artritin müalicəsi: Müalicədə əsas istiqamət xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq, remissiya (sakitləşmə dövrü) əldə etməkdir. Erkən başlanmış müalicə tez bir zamanda xəstəliyin proqressivləşməsinin və ağırlaşmalarının qarşısını almağa imkan verir. Müalicədə qeyri steroid iltihab əleyhinə preparatlar, metotreksat, sulfosalazin, leflunomid istifadə olunur. Son vaxtlar psoriatik artritin müalicəsində yeni bioloji preparatlar (antisitokin müalicə) - şiş toxuması nekroz faktorunun ingibitoru (TNF- α ingibitorları) istifadə olunur: adalimumab, etanersept, infliksimab.

Опубликовано: 15.08.2020

PRP (platelet rich plasma) nədir? hekimtap.az

PRP (platelet rich plasma) nədir?

PRP, ingiliscədə “ Platelet Rich Plasma” ifadəsindəki kəlimələrin baş hərflərindən əmələ gəlmiş və insanın öz qanından əldə edilən maddənin iynə vasitəsi ilə tətbiq edilən müalicə metodudur. İynə vasitəsi ilə yeridilən bu maddə canlı trombositlərlə zəngin bir plazmadır.  Plazma, qanın tromblaşmasına köməkci olan və trombosit adı verilən xüsusi hüceyrələr, böyümə faktoru və proteinlər təşkil edən bir qan birləşməsidir. Plazmanın tərkibində  hüceyrənin böyüməsini təmin edən müxtəlif proteinlər vardır. Tədqiqatçılar, plazmanı qandan ayırıb konsentrasiya edərək trombosit hüceyrələri baxımından daha zəngin bir plazma olan PRP adlı qan birləşməsini əldə etmişlər.                         PRP nin zədələnmiş toxumalara inyeksiya edilməsi bədəndə yeni, sağlam hüceyrələrin böyüməsini təmin edir. Bu da toxumanın bərpasını sürətləndirir. PRP müalicəsi necə tətbiq olunur? PRP terapiyası təxminən 30-40 dəqiqə müddətində , xəstənin qanının bir tibbi boruya toplanması ilə başlayar. Trombosit baxımından zəngin plazma, tam qanın digər komponentlərindən sentrafuqa vasitəsi ilə ayrılaraq istifadə ounur. Çünki trombositlər, yaralı toxumaları yeniləmək üçün lazım olan böyümə faktorları üçün təbii bir ehtiyat  vəzifəsini yerinə yetirir. Trombositlərin ifraz etdiyi böyümə faktorları, kollagen sintezini və tendon kök hüceyrələrində gen və protein fəaliyyətini artıraraq toxumanın bərpasını tezləşdirir. Bu böyümə faktorları qan axımını sürətlənirir və qığırdaqların daha sərt və elastik vəziyyətə gəlməsini təmin edir.                     PRP inyeksiyası fərqli formada tətbiq oluna bilər. Məsələn; saç tökülməsi, osteoartritlərdə və s. inyeksiya edilmədən öncə, əgər lazım olarsa lokal olaraq keyləşdiricidən istifadə olunur. Ümumiyyətlə inyeksiya zamanı ağrını azaltmaq üçün PRP ilə hər hansı bir lokal anestezik məhlul qarışdırılır.    PRP necə istifadə olunur? PRP inyeksiyası bu sahədə təhsil almış mütəxəssislər tərəfindən tətbiq olunur. Proses bir birini növbələyən müxtəlif mərhələlərdə yerinə yetirilir. PRP tətbiqi bu şəkildə yerinə yetirilir: Əvvəlcə inyeksiya ediləcək PRP ni hazirlamaq üçün sağlıq personalı tərəfindən xəstədən bir miqdar qan alınır. Alınan qan miqdarı PRP nin hansı nahiyəyə inyeksiya ediləcəyinə bağlıdır.  Steril şərtlər altında alınan qan nümunəsi bir sentrafuqa cihazına yerləşdirilir. Sentrafuqa cihazı, tez bir zamanda çevrilən və qan birləşməsinin ayrılmasını təmin edən bir cihazdır. Bu proses təxminən 15 deqiqə sürür və trombositləri digər formalı elementlərdən ayırır. Daha sonra hazır plazma zədə görən bölgəyə yeridilir. PRP nin ən geniş istifadə olunan sahələri bunlardır: Saç tökülməsi; Bağların və vətərlərin yaralanmaları; Əməliyat sonrası; Osteoartrit; Dərinin gəncləşdirilməsi; PRP prosedurundan sonra tətbiq olunan nahiyyəyə 10-15 dəqiqə buz qoyulması tövsiyə olunur. PRP prosedurundan dərhal sonra yaxşılaşma hiss olunmur, çünki böyümə faktorlarının aktiv olması üçün zaman lazımdır. Bu səbəblə prosedurdan sonrakı bir neçə həftə və ya ay içərisində yaralanan nahiyyənin daha sürətli yaxşılaşdığı hiss olunur.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 12.08.2020

Vinir dişlər
 hekimtap.az

Vinir dişlər

BƏYAZ TƏBƏSSÜM - ASAN VƏ AĞRISIZ   Bəzən dişlərdəki problemlər insanda ciddi komplekslər yaradır - müxtəlif qüsurlar üzündən təbəssümü gizlətmək məcburiyyəti böyük diskomforta səbəb olur. Fərq etməz, bu, əyri dişlər, minanın rənginin sağlam olmaması, çatlar və ya digər defektlər ola bilər.  Lakin müasir stomatologiya demək olar ki, bütün bu problemləri aradan qaldırmağa qadirdir. Bu məqalədə söhbət ideal təbəssümün zəmanətçisi - vinirlərdən gedəcək.  Stomatologiyada vinirlər nədir? Vinir - zədələnmiş dişin ön səthinə bərkidilən nazik, lakin çox möhkəm lövhəcikdir. Vinirin tətbiqi dişlərin azacıq yonulmasını tələb etsə də, bu, qətiyyən qapaq qoyulmasında olduğu kimi çətin və ağrılı proses deyil. Vinir vasitəsilə istənilən defekti qapamaq mümkündür. Məsələn, əyri çıxmış dişlər, çat, nahamarlıq, plomb, mina üzərində ləkələr və s.  Vinirlərin istifadəsi estetik stomatologiyada da  geniş vüsət alıb. Bircə onu demək kifayətdir ki, ekranlarda gördüyünüz bir çox məşhur kinoaktyor və sənətçilərin dişlərindəki bəyazlıq, çox vaxt təbiətin deyil, vinirlərin töhfəsidir.  Vinirlər xarici görünüşünə, rəngi və teksturasına görə ağ, sağlam minadan heç nə ilə fərqlənmir. Təcrübəli stomatoloq viniri elə tətbiq edir ki, dişin kənarlarından heç bir artıqlıq və ya əskiklik hiss edilmir - diş tamamilə təbii və sağlam görünür.  Müasir dövrdə stomatologiyada bir neçə tip vinirdən istifadə olunur. Onlar bir-birilərindən materialına, tətbiq nahiyəsinə, istifadə müddətinə və əlbəttə ki, qiymətinə görə fərqlənir.  Vinir növləri   Kompozit vinirlər Kompozit vinirlər nisbətən ucuz hesab olunur. Bir çox pasiyentlər bu növ vinirlərə, həm də onların asan başa gəldiyi üçün üstünlük veririlər. Kompozit vinirləri tətbiq etmək üçün stomatoloqu bir dəfə ziyarət etmək kifayətdir. Qeyd etmək lazımdır ki, bu növ vinirlərin bəzi çatışmayan cəhətləri də var. Məsələn, onlar azömürlüdürlər - istifadə müddəti təqribən 5 ildir. Bu isə o deməkdir ki, dişləri vaxtaşırı korrektə etməyə ehtiyac yaranacaq. Bundan başqa, kompozit vinirlər kifayət qədər möhkəm olmasına baxmayaraq, digər vinir növləri ilə müqayisədə mexaniki təsirlərə daha həssasdır. Kompozit vinirlər, adətən, təbəssüm zamanı görünməyən nahiyələrə tətbiq olunur, belə ki, onların rəngi tədricən az da olsa dəyişməyə meyillidr.              Keramik vinirlər Bu vinirlər xüsusi, çox möhkəm keramikadan hazırlanır. Möhkəmliyinə baxmayaraq, bu keramika işiqkeçirmə qabiliyyətinə malikdir ki, bu da təbii mina qatı effektini almağa şərait yaradır. Keramik vinirlərin qalınlığı 0.55 mm-dən artıq deyil. Buna baxmayaraq, onları tətbiq etmək üçün dişin səthi yonulmalıdır. Keramik vinirlərə sahib olmaq istəyirsinizsə, stomatoloqun qəbuluna bir neçə dəfə getməli olacaqsınız. Çünki ideal vinir hazırlamaq üçün təkcə dişlərin yonulması deyil, həmçinin çənənin modelini hazırlamaq və lövhəcikləri hazırlmaq tələb edilir. Vinirlər hazır olan müddətdə dişin səthini qorumaq və sizi diskomfortdan azad etmək üçün həkim xüsusi müvəqqəti qapaqlar hazırlayıb, onları yonulmuş dişlərə keçirir. Keramik vinirlər kompozitlərdən baha başa gəlir. Lakin onların möhkəm və uzunömürlü olması, təkcə ön yox, həmçinin köpək və birinci molyar dişlərə qoyulma imkanları göstərir ki, onlar malik olduqları qiymətə layiqdir. Keramik vinirlər vasitəsilə ən ciddi zədələnmələri belə qapamaq mümkündür. Pasiyentlər bu növ vinirlərə məhz bu xüsusiyyətinə görə üstünlük verirlər. Keramik vinirlərə 10 il  (bəzən daha çox) etibar edə bilərsiniz. Onlar deformasiyaya uğramır, rənglərini dəyişmir və temperatur oynamalarına dözümlüdür.         Qeyd etmək lazımdır ki, vinirlər yalnız sağlam dişlərin səthinə tətbiq olunur. Ona görə də prosedurdan əvvəl karies, hətta ilkin inkişaf mərhələsində olsa belə, mütləq müalicə edilir. Bundan başqa, parodont toxuması müalicə olunur, damaqlarda iltihab varsa, aradan qaldırırlır. Bundan sonra dişlərin peşəkar təmizlənməsi aparılır, diş daşları və ərp götürüldükdən sonra həkim-stomatoloq vinirlərin tətbiqinə başlayır.  Təbəssümünüz həmişə güvənli və parlaq olsun!   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 01.08.2020

KLASSİK VƏ BAZAL İMPLANTASİYA
 hekimtap.az

KLASSİK VƏ BAZAL İMPLANTASİYA

 İmplantasiya nədir? İmplantasiya - diş implantlarının itirilmiş dişlərin əvəzinə quraşdırılaraq diş sırasının bərpasına deyilir.  Müasir dövrdə iki əsas implantasiya texnologiyası mövcuddur: klassik və bazal.  Klassik implantasiya nədir? Klassik implantasiya bütün dünyada geniş yayılmış və sınaqdan keçirilmiş etibarlı implantasiya metodudur. Bu zaman titan implant cərrahi üsul ilə çənənin yumşaq sümük toxumasına daxil edilir. Prosedur iki mərhələdə həyata keçirildiyindən ikimərhələli və ya ikifazalı implantasiya adlanır. Birinci və ikinci mərhələlər arasında adətən 2 aydan 4 ayadək fasilə olur. Birinci mərhələdə çənə sümüyünə metal implant əkilir. Bu prosedurdan sonra bir müddət tələb olunur ki, implant sümük toxuması ilə birləşsin. Bir neçə aydan sonra - ikinci mərhələdə protezləmə və daimi qapaqların quraşdırılması həyata keçirilir.   Klassik texnologiya implantları sümüyün yumşaq nahiyələrinə quraşdırmağa imkan verir. İmplantasiyanı uğurla başa vurmaq üçün sümük toxumasının həcminin kifayət qədər olması vacibdir. Sümük toxuması çatışmayan təqdirdə, mümkün olarsa, onu artırırlar. Klassik implantlar həm şaquli, həm də bucaq altında fiksə edilə bilir. Onların ən üstün cəhəti isə bundan ibarətdir ki, ortopedik konstruksiaysı yaxşı olduğu halda, ömrünün sonuna kimi sahibinə xidmət edir.   Lakin elə hallar da olur ki, diş sırasının tam bərpası üçün klassik implantasiya münasib sayılmır. Bu zaman mütəxəssislər başqa bir üsula - birmərhələli bazal implantasiyaya müraciət edirlər.   Bazal implantasiya nədir? Bazal implantasiya zamanı implant daha dərinə - sümüyün bazal qatına əkilir. Bazal implantlar hər çənənin tipinə müvafiq planlaşdırılır. Bu implantasiya metoduna, adətən, əlavə cərrahi müdaxilədən qaçmaq üçün müraciət edilir. Bazal implantların iki növü mövcuddur: tam bazal və kompressiv. Bunlardan kompressiv implantlar daha üstün hesab edilir. Belə ki, kompressiv implantasiya zamanı həm əlavə sümük toxumasına ehtiyac qalmır, həm də osteointeqrasiya prosesi gedir. Tam bazal implantasiyada isə bu, müşahidə edilmir, səbəb - implantın bikortikal, yəni iki sərt sümüyə bağlanmasıdır.   Bazal kompressiv implantasiya zamanı dişi əməliyyat günü pasiyentə vermək mümkündür. Cərrahi müdaxilədən sonra reabilitasiya müddətinin qısa olması da bu implantasiya metodunun üstünlüklərindəndir .  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 01.08.2020

Spinner