İMPLANT ÜSTÜ KERAMİK VƏ ZİRKONİUM QAPAQLAR hekimtap.az

İMPLANT ÜSTÜ KERAMİK VƏ ZİRKONİUM QAPAQLAR

Dental implantasiya itirilmiş dişin süni diş kökü ilə əvəzlənməsi deməkdir. Süni dişin möhkəm əsası və görünən hissəsi - implantüstü qapağı olur. Bu qapaq görünüşü və keyfiyyətlərinə görə təbii dişə çox yaxındır. Bundan başqa, implantüstü qapaqlar həm də çeynəmə yükünü üzərinə götürə biləcək quruluşa malikdir. İmplantüstü qapaqlar materiallarına görə bir-birindən fərqlənir. Bu məqalədə keramik və zirkonium qapaqlardan danışılacaq.  İmplantüstü keramik qapaqlar Keramika insanın ağız boşluğu toxumaları ilə bioloji baxımdan gözəl uyuşur. Keramik qapaqların selikli qişaya heç bir neqativ təsiri yoxdur, oksidləşmir və mədə-bağırsaq traktının işində heç bir mənfi dəyişikliklər yaratmır.  Bundan başqa, keramik implantüstü qapaqlar zahirən  təbii minadan heç nə ilə fərqlənmir. Belə ki, şəffaflıq dərəcəsi və işiqkeçirmə qabiliyyətinə görə ona çox yaxındır. İmplantüstü keramik qapaqların daha bir müsbət xüsusiyyəti - onun rənginin vaxt keçdikcə dəyişməməsidir.  Bütün bunlarla yanaşı, keramik implantüstü qapaqlarn aşağıdakı üstünlükləri var: - uzunömürlüdürlər; - oskidləşmədiyindən damaq xəttində göy rəngli zolaq yaratmırlar; - keramika bioloji inert material olduğundan allergiya yaratmır və orqanizmə ziyan vuracaq maddələr ifraz etmir; - çox yüksək estetik keyfiyyətə malikdir və s.   İmplantüstü zirkonium qapaqlar  Zirkonium dioksiddən hazırlanan bu qapaqlar istənilən sayda ön və çeynəmə dişlərinin bərpası üçün münasibdir. Material keramika kimi bioloji baxımdan ağız boşluğuna uyğundur, unikal estetik görünüşü və yüksək möhkəmliyi ilə fərqlənir. Zirkonium qapaqlara demək olar ki, heç bir əks-göstəriş yoxdur və onlar vizual olaraq təbii dişlərdən fərqlənmir.  İmplantüstü zirkonium qapaqların bir sıra başqa üstünlükləri də var: - yüksək möhkəmlik dərəcəsinə malikdirlər, çeynəmə yükünü tam olaraq üzərinə götürə bilir və çeynəmə dişlərinin əvəzlənməsinə yararlıdırlar; - yüngül çəkilidirlər və damaqları əlavə olaraq yükləmirlər; - rəng və şəffaflıq baxımından təbii dişə maksimum yaxındırlar; - istilik keçiriciliyi zəifdir; - deşilmir, yeyilmirlər və s. Həm keramik, həm də zirkonium implantüstü qapaqlar implanta iki üsulla bərkidilir: sementlə və vintlə. Sement fiksasiya zamanı qapaq abatmentə stomatoloji sementlə bərkidilir. Bu üsulun üstünlüyü onun sadəliyi və estetikliyindədir, implantalogiyada ən geniş yayılmış metoddur.  Vintli fiksasiya zamanı abatment qapağın karkası rolunda çıxış edir. Belə qapaqlar texnoloji dəliklərdən vintlər vasitəsilə bərkidilir, daha sonra kompozit material ilə qapadılır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 01.08.2020

Boyun fəqərələrinin degenerativ xəstəlikləri hekimtap.az

Boyun fəqərələrinin degenerativ xəstəlikləri

Onurğanın servikal nahiyəsi baş beyinə gedən qan damarları və sinirlərlə əhatə olunmuş 7 fəqərədən ibarətdir. Bu hissədəki hər hansı bir patoloji pozğunluq qan dövranı və sinir sistemlərinin, həmçinin onurğa beyninin elementlərinin sıxışdırılmasına gətirib çıxarır ki, bu da bir sıra ciddi problemlərə yol aça bilər. Servikal nahiyyədə olan yırtıq, qəza və ya idman nəticəsində yaranan bir boyun bölgəsində zədələnmə, qeyri-bərabər paylanmış bir yük səbəbiylə həddindən artıq yüklənmə, onurğanın patologiyası (osteoxondroz, skolyoz və s.) və ya digər amillər səbəbindən əmələ gələn intervertebral diskə təsir edən təhlükəli bir xəstəlikdir. Yırtığın böyüməsi nəticəsində qan dövranı və bəzi orqanlarin normal fəaliyyəti pozulur, müalicə edilmədikdə ciddi fəsadlara səbəb olur. Əvvəllər bu xəstəlik 30-50 və daha yuxarı yaş dövrlərində görülürdüsə indiki zamanda bu xəstəlik daha da cavanlaşmışdır, yeniyetmə və gənc yaşlarda da rast gəlinir. Təsnifat Birincili Birincili yırtıqlar, böyük fiziki güc,kompyuter arxasında uzun uzadı oturduqda, mobil telefondan  başı aşağı vəziyyətdə saatlarca istifadə etdikdə, xəsarət və ya kəskin dönüşlər nəticəsində birdən-birə yaranan, intervertebral disklərin zədələnməsinə səbəb olanlardır. İkincili İkinci dərəcəli yırtıqlar, lazımi qaydada müalicə olmadıqda,  ağırlaşmalara səbəb olur. Yırtıqları ortaya çıxaran onurğanın ən çox yayılmış xəstəliklərindən biri osteoxondrozdur.   Mərhələlər Diskin degenerasiyası Yaşla əlaqəli dəyişikliklər, çox sayda xəsarət, oturaq həyat tərzi və digər amillər əzələ tonusunun azalmasına və intervertebral disklərin zəifləməsinə, qurumasına və məhv olmasına gətirib çıxarır ki, bu da qonşu fəqərələrin zədələnməsinə və onların deformasiyasına səbəb olur. Törətdiyi fəsadlar: -başgicəllənmə; -baş ağrısı; -huşunu itirmə; -qolların, əllərin və ya barmaqların uyuşması; -qulaqlarda küy; -hərəkət koordinasiyasının pozulması; -ürək bulanması və qusma; -dəridə gizilti hissi; -əllərdə əzələ zəyifliyi; -yuxusuzluq;                                                    -əsəbilik; -depressiya; -panik atak; -görmənin zəyifləməsi; -göz önündə qara nöqtələrin uçması; -eşitmə hissinin qismən və ya tamamilə itməsi; -oksigen çatmamazlığı; -boyundan çiyinlərə yayılan ağrı və ağırlıq hissi; -boyun hərəkəti məhdudluğu; -ümumi zəiflik Fəqərəarası yırtığın əmələ gəlmə mərhələləri Diskin degenerasiyası Yaşla bağlı orqanizmdə gedən dəyişikliklər, çox sayda xəsarət, oturaq həyat tərzi və digər amillər əzələ tonusunun azalmasına və fəqərəarası disklərin zəifləməsinə, qurumasına və məhv olmasına səbəb olur. Diskin protruziyası Fibroz həlqənin bir hissəsinin zədələnməsi ilə nüvənin bir hissəsi hüdudlardan kənara çıxır.  Diskin ekstruziyası Fibroz halqanın tam yırtılması baş verir, nəticədə müəyyən miqdarda pulpa nüvəsi onurğa kanalına doğru çıxır, bu zaman onurğa beyni və sinirlərin zədələnməsi baş verə bilər. Sekvestrə olunmuş yırtıq Bu zaman pulpa nüvəsinin diskin xaricinə sızması baş verir. Nəticədə dözülməz ağrı, əllərin uyuşması, əzələ atrofiyası, bədənin intoksikasiyası. Vaxtında diaqnoz qoyulub müalicə edilmədikdə çox ağır fəsadları , hətta yuxarı ətrafların iflicinə gətirib çıxara bilər. Boyun fəqərəarası disk yırtığının səbəbləri; boyun zədələnmələri; boyunun ani hərəkəti; boyunun daimi olaraq narahat bir vəziyyətdə olması; gün ərzində həddən artıq kompyuter arxasında  oturmaq; mobil telefondan istifadə zamanı başı aşağı sallamaq; yanlış duruş; ağırlıq qaldırma; doğru olmayan həyat tərzi; anadangəlmə patologiya; irsi meyllilik; yaş dövrü ilə əlaqədar dəyişikliklər; artıq çəki; onurğanın patologiyası: osteoxondroz, osteoporoz, Şmorl düyünləri və s. boyun fəqərələrinin inkişafının anomaliyaları; onurğanın degenerativ prosesləri; ziyanlı vərdişlər; onurga sütununun infeksion prosesləri; gün ərzində lazımi qədər su qəbul etməmək; metabolizmanın pozulması; başı aşağı sallayaraq gəzmək vərdişi. Müayinə: MRT EMQ Laborator analizlər Müalicə: Proloterapiya Neural terapiya Biopunktura Osteopatiya Elektroterapiya Reablitasiya  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 22.07.2020

Adenoidit hekimtap.az

Adenoidit

Adenoid və adenoidit nədir? Adenoid – burunun udlağa keçidi səviyyəsində yerləşən burun-udlaq badamcığıdır.   Adenoidlərin iltihablaşması - adenoidit adlanır. Bu xəstəlik, əsasən, uşaqlarda burun-udlaq badamciğının iltihabı fonunda yarana bilir. Xəstəliyin inkişafına təkan verən faktorlar - limfoid toxumanın özünü qoruya bilməməsi, onun limfatik sisteminin və filtirasiya funksiyasının zəif olmasıdır. Bunların nəticəsində virus infeksiyaları, bakterial infeksiyalar, toz və s. adenoidlərə toplanır və orada limfatik toxuma tərəfindən zərərsizləşdirilə bilmir, nəticədə adenoidit əmələ gəlir.  Bəzən adenoidlərin hipertrofiyası (böyüməsi) iltihabi proses olmadan da müşahidə olunur ki, bu da tənəffüs çətinliyi və diskomfort yaradır.    Adenoid hipertrofiyası dərəcəsinə görə 3 yerə ayrılır: - 1-ci dərəcəli adenoid vegetasiyası; - 2-ci dərəcəli adenoid vegetasiyası; - 3-cü dərəcəli adenoid vegetasiyası.  Uşaqlarda adenoid hipertrofiyası və onların əlamətləri Uşaqlarda burun badamcıqları 1 yaşdan sonra inkişaf etməyə başlayır, onların inkişafı 8-9 yaşa kimi davam edir, 9 yaşdan sonra sovrulma dövrü başlayır, 13-14 yaşa kimi bu dövr başa çatır. Az-az hallarda böyük yaşlı adamlarda allergik fon və genetik faktorlar səbəbindən adenoidlər sovrulmur. Bu zaman biopsiya götürülür və patohistoloji müayinəyə göndərilir. Əgər cavab adenoid vegetasiyası kimi təsdiqlənirsə, cərrahi yolla aradan qaldırılır.    Adenoid hipertrafiyasının ilkin əlamətləri - ağzıaçıq yatma, burun-dodaq büküşlərinin hamarlanması, burun qanadlarının gərginləşməsi, sərt damaq qübbəsinin dərinləşməsi və xoruldamadır. Bunlarla yanaşı, aşağıdakı simptomlar da müşahidə oluna bilər: - fısıldama; - ağızdan suyun axması; - gecə enurezləri (nadir hallarda); - gecələr tez-tez oyanmalar; - əsəb gərginliyi; - iştahanın azalması; - ümumi zəiflik; - yaddaş zəifliyi və s.  Dərəcəsindən asılı olaraq adenoiditlər hətta, üz quruluşunun dəyişməsinə gətirib çıxara bilər. Belə dəyişikliyə “adenoid sifəti” deyilir. Bu zaman şişkinlik nəticəsində burun-dodaq büküşü hamarlaşır, burun qanadları genişlənir, ağız-çənə nahiyəsinin forması dəyişir, eyni zamanda ağız boşluğunda sərt damaq qübbəsi əmələ gəlir. Bunlarla yanaşı, çənə quruluşunun dəyişməsi açıq dişləmin yaranmasına gətirib çıxarır.  Adenoiditin ən ciddi əlaməti - apnoedir. Apnoe tənəffüsün ən azı 10 saniyə müddətinə dayanması deməkdir ki, bu da ölümlə nəticələnə bilər!   Adenoid hipertrofiyasının müalicəsi Adenoiditlər iki üsulla müalicə olunur: konservativ və cərrahi. Konservativ müalicə, əsasən, 1-ci və 2-ci dərəcəli adenoiditlərə tətbiq olunur. Xəstəlik konservativ müalicəyə tabe olmazsa, bu zaman cərrahi müdaxilə göstərişdir.    3-cü dərəcəli adenoiditlər burun-udlaq yolunu obstruktiv bağladığına görə kəskin tənəffüs çatışmazlığı yaradır. Bu zaman cərrahi müalicə birbaşa göstərişdir.     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 22.07.2020

Ортопедические стельки
 hekimtap.az

Ортопедические стельки

Ортопедические стельки широко применяются для консервативного лечения заболеваний, связанных с избыточной нагрузкой на стопы и нижние конечности. Их основное предназначение – выравнивание положения костных структур, изменение паттерна ходьбы и, что важнее всего, снижение выраженности симптоматики при заболеваниях нижних конечностей. Эффективность индивидуальных термоформуемых стелек ФормТотикс при лечении таких заболеваний доказана клинически.  Так, в 2010 году ученые университета Ла Троуб (Австралия) провели исследование, целью которого было установить, можно ли с помощью стелек заставить работать мышцы стоп пациентов, страдающих плоскостопием, как работают мышцы здоровых людей. Участники – 30 молодых людей, страдающих плоскостопием, с бессимптомным течением заболевания. Положение стопы оценивалось по 2 клиническим измерениям и 4 измерениям взаимного расположения костей скелета, полученным в результате рентгена стопы при нагрузке. Электромиографическая активность мышц регистрировалась с помощью введенных в мышцы (для задней большеберцовой и длинной малоберцовой мышц) и поверхностных электродов (для передней большеберцовой и средней икроножной мышц). Оценивались 4 состояния: ходьба босиком, ходьба в обуви без ортопедических приспособлений, ходьба в обуви с термоформуемой ортопедической стелькой ФормТотикс, ходьба в обуви с изготовленной по гипсовому слепку стелькой (инверсия 20 градусов).  Оба типа ортопедических стелек, использованных в исследовании, оказали воздействие на активность мышц при ходьбе. При этом оказалось, что только термоформуемые стельки ФормТотикс изменяют амплитуду сигнала ЭМГ длинной малоберцовой мышцы таким образом, что работа мышцы при этом приближается к работе мышц у лиц со здоровой, неуплощенной стопой.  Готовые термоформуемые и индивидуально изготавливаемые ОС широко распространены в клинической практике при лечении разнообразных заболеваний нижних конечностей. Хотя были обнаружены значительные изменения в активности задней большеберцовой и длинной малоберцовой мышц, оказалось, что только готовые термоформуемые стельки изменяют амплитуду сигнала ЭМГ длинной малоберцовой мышцы таким образом, что работа мышцы при этом приближается к работе мышц у лиц со здоровой, неуплощенной стопой. В целом оба типа ОС ощущались как одинаково комфортные и оказали одинаковое воздействие на активность мышц при ходьбе.   

Опубликовано: 17.07.2020

Podaqrik artrit hekimtap.az

Podaqrik artrit

Podaqra nədir? Podaqra – hiperurikemiyası (qanda sidik turşusunun yüksəlməsi) olan insanlarda natrium monourat kristallarının sinovial qişaya, böyrəklərin interstisial toxumasına, yığıcı borulara, sidik axarlarına çökməsi nəticəsində toxumaların iltihabi prosesi fonunda gedən sistem tofus xəstəliyidir. Nəticədə artrit, bədənin müxtəlif nahiyələrində tofuslar, böyrəklərdə nefropatiya, nefrolitiaz yaranır. Podaqra adətən 30-60 yaş arası kişilərdə daha tez-tez rast gəlinir, qadınlarda adətən postmenopauza dövründə rast gəlinir. Podaqra “qədim” xəstəliklərdən hesab olunur (xəstəliyin adı “pod” – ayaq, “aqra” – tələ deməkdir).   Podaqranın səbəbləri:  Hiperurikemiya – birincili (purin mübadiləsində iştirak edən fermentlərin genetik defekti nəticəsində yaranır) və ikincili olur. İkincili hiperurikemiyanın səbəbləri aşağıdakılardır:    1) Qidada purinlərin miqdarının artması — bulyon, yağlı ət və yağlı balıq, qazlı içkilər, soya məhsulları, yumurta, şokolad, göbələk; 2) ATF katabolizminin sürətlənməsi (alkoqoldan çox istifadə nəticəsində); 3) Fruktozanın orqanizmə çox daxil olması — bəzi meyvələrin istifadəsi zamanı; 4) Orqanizmdə nukleotidlərin katabolizminin sürətlənməsi — bir sıra mieloproliferativ və limfoproliferativ törəmələrdə, hemolitik anemiyada, mononukleozda, bədxassəli şiş xəstəliyi olan xəstələrdə radioterapiya və dərmanların təsirindən; 5) Böyrəklərlə sidik turşusunun ekskresiyasının azalması — böyrək polikistozu, qurğuşun nefropatiyası, xronik böyrək çatışmazlığı; 6) Bəzi dərman preparatlarının qəbulu: tiazid diuretiklər, aspirin, siklosporinlər. 7) Bəzi xəstəliklər: ürəyin işemik xəstəliyi (ÜİX), arterial hipertenziya, metobolik sindrom,  psoriaz, bəzi qan xəstəlikləri.   8) Digər səbəblər— həddən artıq fiziki yüklənmə. Podaqrik artrit kəskin və ya xroniki gedişatlı ola bilər. Kəskin artritin epizodik tutmaları (podaqrik tutmalar) prosesin xroniki vəziyyətə keçməsi ilə növbələşir, nəticədə oynaq qığırdağının və sümüyün proqressiv destruksiyası yaranır.  Podaqranın simptomları Kəskin podaqrik artrit tutması adətən l daraq-falanqa oynağının, aşıq-baldır və ya diz oynağının kəskin artriti formasında biruzə verir. Adətən səhər saatlarında və ya gecə güclü ağrı tutmaları olur. Zədələnmiş oynaq şişir, oynaq üzərində yerli hərarət artır, dəri qızarır, hərəkət məhdudluğu yaranır. Adətən gündüzlər ağrı az olur, axşama doğru artır. Podaqrik artrit tutması 2-3 gündən 1 həftəyə qədər davam edə bilir. Təkrar tutma zamanı digər oynaqlar da prosesə qoşula bilir. Podaqranın uzun müddətli gedişatında oynaqların bükücü səthlərində, qulaq seyvanında, dirsək çıxıntısının bursasında, əl barmaqlarının yastıqlarında, vətərlərdə tofuslar yaranır. Bu tofuslar dağıla və içindən sidik turşusu kristalları xaric ola bilər. Bu vaxt xəstə kəskin ağrı hiss edir.  Əl və ayaqların rentgeni zamanı eroziyalar aşkar olunur.                    Podaqranın diaqnostikası: Qanda sidik turşusunun yoxlanması Sinovial mayenin analizi Əl və ayaq rentgen Podaqranın müalicəsi: Müalicə farmokoloji və qeyri-farmakoloji üsullarla aparılır. Müalicə zamanı bir sıra faktorları nəzərə almaq lazımdır: artritin kəskin tutmasını, tutmalararası periodu, xroniki formanı, tofus formasını, qanda sidik turşusunun miqdarını, yanaşı xəstəlikləri. Müalicənin əsas aspekti xəstəni düzgün həyat tərzinə uyğunlaşdırmaq, bədən çəkisini azaltmaq, pəhriz, alkoqol və pivə qəbulunu dayandırmaqdır. Qida rasionundan purinlə zəngin qida məhsullarını məhdudlaşdırmaq lazımdır.  Kəskin podaqrik tutmaların müalicəsində qeyri-steroid iltihab əleyhinə vasitələr (QSİƏP) və kolxisin, allopurinol, urikozurik agentlər (probenesid) istifadə olunur.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 06.07.2020

Osteoartroz
 hekimtap.az

Osteoartroz

Osteoartroz-dayaq hərəkət sisteminin ən çox rast gəlinən xəstəliyidir. Osteoartroz-xroniki proqressivləşən oynaq qığırdağanın dağılması ilə müşahidə olunan xəstəlikdir. Osteoartrozda həmçinin oynağın digər komponentləri də (subxondral sümük,sinovial qişa, bağlar, oynaq kapsulu,periartikulyar əzələlər) zədələnir. Osteoartroz-pasientlər arasında daha çox duzlaşma kimi tanınır. Osteoporozun növləri-Artroz 1-cili və 2-cili olur. Ümumən desək artroz dedikdə onurğanın faset oynaqlarından tutmuş barmaq falanqaarası oynaqlarınında bu xəstəliyə məruz qalması mümkündür. (tək bud-çanaq və diz oynağı deyil) 1-cili Artroz idiopatikdir, konkret hər hansı bir səbəb tapmaq olmur. 1.Lokal olur 2.Diz oynağı 3.Bud-çanaq oynağı 4.Onurğada faset oynaqları 5.Generalizə olunmuş (3 və daha çox oynaq eyni zamanda prosesə cəlb olunur) 6.Bilək oynaqları, bir də 1ci əl barmaq əsas falanqa-bilək oynağı bunlara atipik formada deyilir ki 2cili artrozdan bununla fərqlənir. (sonuncuda istənilən oynaq zədələnə bilər) 2 -cili Artroz xarici və daxili faktorların təsirindən baş verir. Daxili faktorlara-yaş, cins (qadın), skeletin inkişaf defekti irsi meyllilik. Xarici faktorlara-travma, artıq çəki,profisional idmanda hədsiz yüklənmələr. Osteoartrozun səbəbləri 1.Travma 2.Bud-çanaq oynağının anadangəlmə displaziyası 3.Yastı pəncəlilik, onurğa problemləri 4.Metobolik pozulmalar 5.Endokrin pozulmalar 6.Revmatik iltihabi xəstəliklər Osteoartrozun Simptomları - Oynaqda ağrı, hərəkət məhdudluğu,oynaq daxili xırçıltı. Ağrı adətən fiziki gərginlik zamanı yəni oturaq vəziyyətdən qalxdıqda, gəzəndə, qaçanda, pilləkənləri qalxıb-enəndə yaranır və sakitlik dövründə keçib gedir. Oynaqda deformasiya artdıqca oynaqda ankiloz(hərəkətsizlik) yaranır. Osteoartrizun diaqnostikası -MRT -Rentgenoqrafiya -Laborator müayinələr Osteoartrozun müalicəsi -Homeosiniatriya -Osteopatiya -Fizioterapiya -Reablitasiya -PRP(plazma) -Proloterapiya © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 05.07.2020

Onurğanin fəqərə arası disk yırtıqları hekimtap.az

Onurğanin fəqərə arası disk yırtıqları

Daha çox onurğanın Bel-oma nahiyyəsində rast gəlinir. Bel-oma yırtığı  beldəki fəqərələr arasındakı yerləşən bir növ amartizator kimi funksiyalarını yerinə yetirən diskin degenerativ dəyişikliyi sonrasi əmələ gəlir. Diskin iç qismində pulpoz nüvə adlandırılan jeleyə bənzər yumşaq bir sahə, bunun ətrafındakı daha sərt bir fibroz həlqə fəqərələrə baxan səthlərdə isə hər iki tərəfdə hailin lövhələr adlandırılan qığırdaq toxuması vardır. Xaricdəki təbəqənin tamlığının pozulması nəticəsində içəridəki yumşaq toxumanın xaricə doğru axmasına yırtıq deyilir. Yırtığın yaranma səbəbləri:  İnsanın fizioloji olaraq yaşlanması, artıq çəki, ağır yük qaldırılması, oturaq həyat tərzi, həmçinin genetik faktor və birləşdirici toxumanın anadangəlmə zəifliyi yırtığın əmələ gəlməsinə səbəb ola bilər. Bel yırtığları 4 mərhələdə formalaşır:  Bulbing(qabarma), protuziya, ekstruziya və sekvestr yırtıqlaşan yeni xaricə doğru axan disk daşma dərəcəsinə görə onurğa beyninin müvafiq sinirlərini sıxır. Əlamətləri və simptomları: bu simptomlar yırtığın yerləşməsindən və hansı yumşaq toxumaların prosesə qoşulmasından asılıdır. Bel oma nahiyyəsində ağrı, ayaqda keyimə hərəkətin məhdudlaşması, sidik ifrazının çətinləşməsi, işias tipli ağrılar, bir ətrafa elektrik cərəyani kimi vuran şiddətli ağrılar. Yırtığın diaqnostikası: Anamnez və müayinə Laborator müayinələr Instrumental müayinələr: MRT(maqnit rezonans tomoqrafiya) KT (kompyuter tomoqrafiya) Yırtığın müalicəsi: -Əsas səbəbi aradan qaldırmaq -Osteopatiya -Homeosiniatriya (akupunktur nöqtələrə xüsusi biotənzimləyici preparatların vurulmasıdır) -Fizioterapiya və reabilitasiya -Traksiya (dartma) Yırtığın profilaktikası: -Aktiv həyat terzi keçirmək -Bədən çəkisinə nəzarət etmək -Idman və gimnastika ilə məşğul olmaq   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 03.07.2020

Aşıq daban oynağının osteoartrozu hekimtap.az

Aşıq daban oynağının osteoartrozu

  Səbəbləri: İnsan orqanizminin fiziki fəaliyyət zamanı ən çox zərbə görən hissəsi ayaqlardır. Aşıq daban osteoartrozun inkişafına  səbəb ən çox travma və ayaqlara düşən yükdür. Buna görə bu problem ən çox peşəkar idmançılarda: balerinalar, rəqqaslar, gimnastlarda rast gəlinir. Artıq çəki  aşıq daban oynağının osteoartrozunun yaranma  səbəbləri sırasında öndə yer alır. Aşıq daban oynağının post-travmatik osteoartozu ən çox xidmət zamanı hərbiçilərdə, xilasetmə işçilərində rast gəlinir. Digər amillər: -hündür daban ayaqqabı geyinən xanımlarda; -45 yaşdan sonra əmələ gəlmə ehtimalı yüksəlir; -piylənmə; -irsi; -müşayiət olunan xəstəliklər: məsələn, artrit, osteodistrofiya, tiroid vəzini funksiyasının pozulması nəticəsində əmələ gəlir. Simptomlar Aşıq-daban oynağının osteoartrozunu erkən müəyyənləşdirmək və müalicə etməyin əsas problemi bu xəstəliyin ilkin mərhələdə özünü biruzə verməməsidir. Statistikaya görə, insanlar fiziki ağırlıqdan sonra istirahət zamanı sakitləşən və yox olan ağrılara məhəl qoymurlar. Bu xəstəlikdən əziyyət çəkən insanları narahat edən: -səhərlər 2-3 saat davam edən küt ağrılar; -ayağı döndərdikdə, dairəvi hərəkət etdikdə xoşagəlməz ağrılar; -ayaq biləyində və topuq nahiyəsində şişkinlik, yerli hərarətin yüksəlməsi; -xışıltı səsi; Aşıq-daban oynağının deformasiyaedici osteoartrozu diaqnozu qoyulmuş xəstələrin pilləkənləri qalxması və hətta hərəkəti belə çətinləşir. Vaxtında müalicə edilmədikdə fərdi klinik mənzərədən asılı olaraq ağırlaşmaya , hətta əlilliyə səbəb ola bilir. Mərhələləri: I mərhələ Aşıq-daban oynağının deformasiyaedici osteoartrozunun birinci mərhələsində gedən prosesi rentgenoqrafiya zamanı dəqəq diaqnoz qoymaq çətin olur. Bəzən demək olar ki, asimptomatik olur. Xəstələr yalnız ağır yük və sürətli hərəkət zamanı yerli ağrılar hiss edirlər. İstirahətdən sonra ağrılar çəkilir.  Xaricdən patoloji dəyişiklik hiss olunmasa belə daxildən qığırdaq məhv olur və sinovial maye azalır.  II mərhələ -problemli bölgədə, hətta adi bir müayinədə də, deformasiya olmuş bölgələr izlənilir və palpasiya etdikdə periartikulyar nöqtələr təyin edilir; -qığırdaq səthi nahamar olur; -oynaq boşluğu orta dərəcədə daralır; -rentgenoqrafiya zamanı osteofitlər, kistik formalar, sklerotik sahələr görünür -gəzərkən və istirahət edərkən davamlı olan ağrılar və xırtıltı səsləri. III mərhələ -həkimin müayinəsi zamanı deformasiya müşahidə olunur, ayağın əyriliyi və sümüklərin qabarıqlığı ; -ayağın elementar hərəkəti zamanı və hətta sakit vəziyyətdə də davam edən ağrılar; -boşluqda iltihabi prosesin əmələ gəlməsi; -rentgenoqrafiya zamanı oynaqda ciddi şəkildə daralmanın görülməsi. IV mərhələ Osteoartritin son mərhələsi insanı əlilliyə gətirib çıxarır. Artıq xəstə sərbəst gəzə bilmir. -instrumental müayinə zamanı çəkilən şəkillərdə oynağın dağılması deqiqləşdirilir; -oynaq məsafəsi yoxdur, oynaq səthləri kobudlaşır; -çox sayda osteofitlər; -ayaq hərəkətliliyi kəskin məhdudlaşmışdır. Müayinələr: Rentgenoqrafiya MRT(maqnit rezonans tomoqrafiya) KT(kompyuter tomoqrafiya) Laborator müayinələr Müalicələr -Homeosiniatriya -Proloterapiya -PRP terapiya -Kök hüceyrə ilə müalicə -Fizioterapiya  -Oynaqdaxili inyeksiyalar -Medikamentoz müalicə -Cərrahi müdaxilə Aşıq-daban oynağı osteoartrozunun profilaktikası -zədələrdən qorunmaq; -çox hündür daban və həddindən artıq yast ayaqqabı  geyinməmək; -aşıq-daban osteoartrozuna yol aça biləcək  bütün xəstəliklərin vaxtında müalicəsi; -vaxtında tibbi mayinələrdən keçmək və lazımi müalicələr almaq. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 03.07.2020

Spinner