dodaq dolğusu

Dodaq dolğusu

Dodaq dolğusu nədir? Sosial sorğuların nəticələrinə  görə hər ikinci xanım dodaqlarının quruluş formasından və ölçüsündən narazıdır, hər üçüncü xanım isə dodaqlarını daha konturlu və dolğun etmek istəyir. Sevindirici haldır ki, artıq    dodaqlarda hiperhəcm dəbi keçir və təbii görüntülü dolğun dodaqlar trendi yaranır. Dodaqların formasını korreksiya etmək və dolğunlaşdırmaq üçün dolğulardan istifadə olunur. Dodaq dolğusu proseduruna göstərişlər: -Anadangəlmə və qazanılmış  dodaq assimetriyası -Çox nazik dodaqlar -Anadangəlmə və posttravmatik çatışmazlıqların korreksiyası -Ağız ətrafı əmələ gələn mimik qırışların hamarlaşdırılması -Ağız bucaqlarının düşməsi , dərin qırışlar , ağız ətrafı dərinin sallanması. Dodaq dolğusu proseduruna əksgöstərişlər: -onkoloji xəstəliklər -xroniki birləşdirici toxuma və qan xəstəlikləri -epileptik tutmalar -yeni keçirilmiş infeksion xəstəliklər -ağızda və ağız ətrafı nahiyədə iltihab əlamətləri ( herpes, sizanaq və.s ) -hamiləlik və laktasiya dövrü -dodaqda çapıqlaşmış yaralar Siz de dodaqlarınızı dolğu vasitəsilə korreksiya etmək qərarına gəlmisinizsə, dolğular haqqında bir-neçə məlumatı bilməlisiniz: 1.Ən əsas düzgün dolğunun seçilməsidir. Dolğunun seçilməsi əsasən onu hansı məqsədlə etməyinizdən asılıdır. Dodaq üçün ən yaxşı dolğular hialuron turşusu əsasında hazırlanır. Hialuron turşusu orqanizmin özündə də hazırlanır. Bu maddə dərinin nəmliyinə, möhkəmliyinə, elastikliyinə cavabdehlik daşıyır, dəri hüceyrələri tərəfindən kollagenin istehsal edilməsinə kömək edir. Hialuron turşusu orqanizm üçün “doğma” olduğu üçün ondan istifadə edilməsi zamanı allergik reaksiyanın əmələ gəlməsi ehtimalı az olur. 2. Dodaq dolğusunun effekti nə qədər qalır? Dodaq həcmləndirmə və formalaşdırmaqda istifadə edilən dermal dolğu inyeksiyası qalıcı deyil. Bu dolğular orqanizm tərəfindən tədricən sorulur. İnsanın həyat tərzi və fiziki quruluşu, xarici şərtlər dodaq doldurulmasının müddətini müəyyən edir.Hialuron turşusu əsaslı dodaq dolğularının effekti  həmçinin istifadə olunan preparatdan asılı olaraq da dəyişir və 6-8-10-12 ay davam edir. Ilk dəfə vurulan dolğunun 30%-i daha tez sorulur. Sorulma prosesi həmçinin pasientin orqanizminin individual xüsusiyyətlərindən asılıdır. 3. Dodaq dolğusu proseduruna hazırlıq. Prosedurdan 1 həftə öncə aspirin, ibuprofen, balıq yağı, vitamin E preparatlarının  və alkoqol qəbulu dayandırılmalıdır. Həmçinin menstural siklin ilk günlərində də prosedur olmaz.Bu prosedur sonrasi göyərmə hallarını minimallaşdırmağa kömək edir. 4. Dodaq dolğusu necə olunur ? Prosedurdan əvvəl həkim-kosmetoloq pasientin özü ilə müzakirə etməklə “dodaqların formasını” seçir. Daha sonra həkim dodaq nahiyələrini iynə vurmaqla və ya xüsusi anestetik kremlərdən istifadə etməklə ağrısızlaşdıraraq, nazik iynələrlə hazır olan preparatı dəri altına yeridir. Dodaq ölçülərinin artırılması proseduru orta hesabla 30-dəqiqəyədək davam edir. Prosedur icra olunduqdan dərhal sonra nəticə verir, güzgüyə baxanda dəyişiklik dərhal fərq edilə bilər. İnyeksiya ilə bağlı bir miqdar şişkinlik yarana bilər və maksimum 2-3 gün davam edə bilər . Prosedurun nəticəsini yalnız bir neçə gündən - dodaq nahiyəsindəki şişkinlik keçdikdən sonra, tam şəkildə qiymətləndirmək olar. Dodaq dolğusu prosedurundan sonra tövsiyyələr : -Prosedurdan sonra 3-4 saat ərzində isti və kəskin qida qəbul etməmək; -Dodağa toxunmamaq; -Aktiv mimik hərəkətlər etməmək; -12 saat ərzində dekorativ kosmetikadan istifadə etməmək; -5 gün ərzində sauna, basseyn , aktiv idman hərəkətləri etməmək; -Göyərmə və şişkinlik hallarında xüsusi məlhəmlərdən istifadə etmək; -Prosedurdan 2 həftə sonra təkrar müayinəyə gəlmək.

Paylaşıldı: 16.08.2019

ağıl zəifliyi

Ağıl zəifliyi

Bu xəstəliyin həqiqi adı oliqofreniyadır. 3 forması vardır: debillik, imbesillik, idiotizm.Hal-hazırda başqa təyinatda işlənilir. Debillik yüngül, imbesillik orta ağır, idiotizm dərin və ağır ağıl zəifliyidir. Ağıl zəifliyi səbəbləri: a) genetik xəstəliklər   b) xromosom xəstəliklər c) ana bətnində keçirilən infeksion xəstəliklər d) doğuş travmaları e) valideynlərin aikoqolizasiyası f) rezus uyğunsuzluq g) endokrin patologija Debillik. Əlamətləri: 50-70 intellekt koefisssienti .Adi məktəbdə ancaq 4 sinif oxuya bilərlər.Ümumiyyətlə, belə uşaqların köməkçi məktəbdə oxuması məsləhət görülür. Bir qədər böyüdükdən sonra tikiş, bağbanlıq işləri, təsərrüfat işləri görə bilərlər. Belə xəstələrdə təfəkkür konkret təsviredici olur. Abstrakt təfəkkür zəif inkişaf edir.Cinsi yetişkənlik və emosional oyanma vəziyyətlərində social təhlükəli ola bilərlər. İmbesillik. Əlamətləri:İK 35-50. Yalnız xüsusi məktəblərdə oxuya bilərlər. İş qabiliyyəti həddən artıq aşağıdır.Böyük qisim xəstələr daimi nəzarət tələb edirlər. Özünəqulluq vərdişlərini öyrətmək mümkündür.Azacıq söz ehtiyatı olur.Aqressiv ola bilirlər. İdiotizm Əlamətləri:İK 20 və ondan aşağı.Nitqi olmur, onları əhatə edən adamların  nitqi başa düşülmür. Hər hansı bir fəaliyyət növü ilə məşğul ola bilməzlər.Xəstələrin nəzarətsiz qalması mümkün deyildir. Ətrafdakı bütün əşyaları ağzına aparıb onları udmaq istəyirlər.Təhlükəni hiss edə bilmirlər. Özlərinə qulluq vərdişləri yoxdur.Aqressiv oyanmalar, xüsusən, cinsi yetişkənlik dövründə tez-tez təsadüf edilir. Belə xəstələr yalnız psixonevroloji internat şəraitində yaşaya bilərlər. Ağıl zəifliyin müalicəsi: Yalnız fasiləsiz medikamentoz müalicə tələb olunur.Müalicə ömürlük aparılmalıdır. Xəstələrin yaşları artdıqca özləri və ətrafdakılar üçün təhlükənin güclənməsi ilə əlaqədar olaraq güclü təsirli psixotrop dərmanların tətbiqi məqsədəuyğundur.Periodik ağırlaşmalar olduqda xəstələr qospitalizasiya olunur, məhkəmə-psixiatrik ekspertizası aparılır, beyin metabolizmini yaxşılaşdıran dərmanlar tətbiq olunur. Tədqiqatlar göstərir ki, belə xəstələrlə social reabilitasion tədbirlərinin aparılması heç bir nəticə vermir. Ağıl zəifliyin profilaktikası: 1.Perinotal dövründə valideynlər tərəfindən spirtli içkilərin qəbulu qadağan edilməlidir. 2.Hamiləliyə hazırlaşan qadın tibbi-genetik məsləhətləşmə, rezus uyğunluğun yoxlanması,xroniki infeksion xəstəliklərin yoxlanması kimi müayinələrdən keçməlidir. Belə xəstələr məhkəmə ekspertizası baxımından anlaqsız, hərbi ekspertiza baxımından hərbi xidmətə yararsız hesab edilirlər. Nadir hallarda yüngül dərəcəli debillər hərbi xidmət keçə bilərlər.  

Paylaşıldı: 15.08.2019

atopik dermatit

Atopik dermatit

Atopik dermatit nədir? Dəridə quruluq və qaşınma ilə səciyyələnən  resediv veren  gedişl , dəri patologiyasıdır. Atopik dermatitin əlamətləri Qaşınma böyüklərdə əsasən, ətrafların bükücü nahiyələrdə, körpələrdə  və uşaqlarda açıcı səthlərdə lokalizasiya olunur. Çox zaman xəstənin özündə və nəslində atopik respirator xəstəliklər belə ki,bronxial astma ,allergik rinit müşahidə olunur. Digər əlamətlər Bu əlamətlər  4 kateqoriyaya ayırd edilir: Üz əlamətləri - sifət rənginin solğunlaşması, eritema, hipopiqmentasiyalı  ləkələr, gözaltı çuxurlarda tündləşmə, gözaltı büküşlər (deni morq büküşləri yeni göz altında dəri büküşləri) heylit, resediv verən konyuktivit, boynun ön tərəfində büküşlər; -Təkanverici faktorlar - emosional faktorlar, ətraf mühit faktorları, dəri qıcıqlandırıcıları; -Ağırlaşmalar - dərinin infeksiyalara həssaslığı, hüceyrə immunitetinin pozulması, igE artması, keratokonus ön subkapsulyar katarakta. Adətən ekzema uşaqlıq dövründə meydana çıxır. Diaqnoz xəstələrin 45 %-ində ilk 6 ayda ,70 -80 % hallarda 5 yaşadək dövrdə qoyulur. 60 - 70%  hallarda 15 yaşından sonra remissiya qeydə alınr. Lakin  həyatın sonrakı dövrlərində resediv verməsi mümükündür  və qadınlarda rastgəlmə tezliyi eynidir.     Atopik dermatitin yaranma səbəbləri Ekzema  çoxfaktorlu etialogiyaya  sahib olub, genetikik həssaslıqla ətraf mühitin təsir kombinasiyasından ibarətdir. Xəstəliyin inkişafında allergenlə təmas olduqdan sonra dərinin baryer funksiyasının pozulması və immun disrequlyasiya rol oynayir. Bu nəticələr epidermisin normal differensiyasiyası, eləcə də immun sistemin tənzimlənməsində rol oynayan genlərdə mutasiyalarla əlaqələndirilir.Ekzemanın etiopatologiyasında dərinin baryer funksiyasının rol oynadığı  güman edilir. Belə ki, epidermisin, buynuz  qatının struktur zülalı olan filaqrinin funksiyasının itməsi rol oynayır. Filaqrinin funksiyasına səbəb olan genin mutasiyasının baş verməsi ətraf mühitə qarşı dərinin baryer funksiyasının azalmasına səbəb olur və həmin qatda dərinin təbii nəmləndirici faktorunun konsentrasiyasının azalması müşahidə edilir. Bundan əlavə, ekzemalı şəxslərdə seramidlər də daxil olmaqla,  hücəyrədən kənar lipidlərin çatışmazlığı  qeyd edilir. Epidermal  baryerin pozulması antigenlərlə təmas  və onlara qarşı sensiblizasiyaya gətirib çıxarır. Həmçinin, ekzema ilə genomun sitokinləri və ekzemada dominantlıq edən th2 imnun cavabında iştirak edən reseptorları kodlaşdıran sahələr arasında əlaqə aşkar olunur . Ekzemalı xəstələrin allergeninə ev tozu gənələri, qidalardan - əsasən, uşaqlarda yumurta və süd məhsulları, kimyəvi maddələr və s aid edilir. Atopik dermatitin təsnifatı Yaşa görə təsnifat: 1. Körpəlik  2.Uşaqlıq  3.Yetginlik Körpəlik -Doğulandan 2 yaşa qədər -Çox vaxt yanaq və alın nahiyələrində -Başın tüklü hissəsi ətrafları açıcı səthində; -Vezikulyar, komponent dominantlıq edir, ödem sulanma, qabıqlama; -Körpələrdə dişcıxarma və qidalanma başlaması zamanı intensivləşə bilər; -Açıcı səthlərin prosesə qoşulması iməkləmə dövründə müşahidə olunur. Uşaqlıq fazası - 2 yaşdan pubertat dövrə qədər; - Zədə nahiyəsində qovuqlanma nisbətən az olur, papula və ləkələrdə daimi qaşınma ilə əlaqədar daha çox dəmrova bənzər görünüş qeyd edilir; - Əsasən, dirsək, dizaltı çuxur,  bilək, əl, topuq və ayaqlar, üz hissədə - əsasən, ağızətrafında və göz ətrafında müşahidə olunur; Yetkinlik fazası - Həddi-buluq dövründə başlayır və yetkinlik dövrünə qədər davam edir; - Bükük səthlərindən əlavə, kürək və qollarda, əl və ayaqların arxa səthində dəyişiklik müşahidə olunur; - Ovuc və ayaqaltı nahiyədə də dishidrotik dəyişiklik ola bilər. Atopik dermatitin müayinəsi Kəskinləşmə zamanı dəridə quruluq və qabıqlama,  eləcə də papula  və ya qovuqlanma  qeydə alınır. Zədə nahiyəsində hipo və hiperpeqmintasiya, həmçinin, daimi qaşınma ilə əlaqəli sıyıqlar müşahidə  olunur. Xronik ekzemada dəri qalın və dəmrovabənzər gürüntüdə olur. -Allergenin təyini uçun dəri prik-test və ya qanda spesifik igE; -Ümumi IgE konsentrasiyası; - Dəri biopsiyası; Differensial diaqnostika  Ekzema sebariyali dermatit, qıcıqlanan kontakt dermatit, allergik kontakt dermatit, qoturluq, psoriaz, funqoid mikoz. Atopik dermatitin müalicəsi Müalicə xəstənin pasiyent qrupuna görə dəyişir.Ilk mərhələdə yumşaldıcı kremlər, əgər yaxşılaşma olmazsa, fasiləli yerli kortikosteroid təyini, ikincili infeksiya qoşulmuşsa, antibiotik və göbələk əleyhinə  təyini və davamlı qaşınma yuxusuzluq verirsə, antihistaminlər.Bəzən daha ağır variantlarda ultrabənövşəyi şüa terapiyası və ya daş kömür qətranı istifadə edilir. Ümumiyyətlə, əgər ailədə bronxial astma, allergik rinit varsa, belə xəstələr dəridə olan ekzemalara daha diqqətli yanaşmalı və səbəbini araşdırmalıdırlar ki, gələcəkdə bronxial astma ilə nəticələnmənin qarşısı alına bilsin. 6 ayından tez başlayan və 4 yaşından sonra davam edən atopik dermatitli xəstələr də risk qrupuna aid edilir.

Paylaşıldı: 15.08.2019

şəxsiyyət pozğunluqları

Şəxsiyyət pozğunluqları

Şəxsiyyət pozğunluqları  xəstəlik olaraq psixopatiya, yəni xarakter xəstəliyi adlanır. Psixopatiyalar sərhəd pozğunluqlarına aid olan, psixoz səviyyəsinə çatmayan psixi pozğunluqdur. Şəxsiyyətlərarası münasibətlərin gərginləşməsi ,xoşagəlməz  subyrktiv duyğular nəticəsində insan özünün və ətrafdakıların həyatını ağırlaşdırır və adaptasiya pozğunluğu nəticəsində social həyat mümkünsüz olur. Şəxsiyyət pozğunluqları səbəbləri: İnsan psixopatiya ilə doğulur: genafond, perenotal dövrdə alınan kəllə-beyin travmaları, valideynlərin narkotizasiya və alkoqalizasiyası bu xəstəlikdə mühüm səbəblərdir. lakin sonradan psixopatiyanın inkişafı üçün şərait tələb olunur: pedaqoji baxımsızlıq, qeyri-düzgün tərbiyə, cəmiyyətdə social ədalət prinsiplərinin pozulması, ictimai, social, iqtisadi katoklizmalar, adi həyat şəraitinə uyğun olmayan və qəfildən meydana çıxaraq şəxsiyyətin imkanları ilə uzlaşmayan social iqtisadi çətinliklər psixopatiyanın inkişafı üçün ən əlverişli amillərdir. Şəxsiyyət pozğunluqları növləri və əlamətləri: 1.Şəxsiyyətin şizoid tipli pozulması ( şizoid psixopatiya ): qapalılıq və adama yovuşmazlıq. Bu psixopatlar ətrafdakıların, yaxın adamları emosional vəziyyətini başa düşmürlər. Ünsiyyətdə soyuqdurlar, tərif və tənqidlərə reaksiyaları çox zəifdir. Lakin onların daxili aləmi çox zəngin olur. Özləri dərin və güclü emosional hallar yaşayırlar.Belə psixopatlar elə sənət seçirlər ki, adamlarla ünsiyyət minimal dərəcədə olsun.Filisoflar, nəzəri fizika ilə məşğul olan alimlər, qədim dünya tarixçiləri , şairlər, yazışılar, rəssamlar, bəstəkarlar bu qəbuldən olan insanlardır. 2.İsterik psixopatiya: Həmişə diqqət mərkəzində olmağa çalışırlar.Ətrafdakıları heyrətləndirmək və özlərinə cəlb etmək istəyi hüdudsuzdur. Davranış teatral olur.Dramatik jestlər, emosiyaların güclü ifadə olunması, qeyri-adi geyim, qadınlarda ətrafdakıları özünə vurğunluğa təhrik etmək. Onlar yalançıdırlar, söylədikləri fikirlər saxtadır, həvəsləri səthidir, münasibətdə etibarlı deyillər. Onları diqqətsiz qoyduqda müxtəlif somatic, nevroloji, psixi, akademik Pavlovun təbirincə desək, şərti xoşagələn və arzuolunan xəstəliklər uydurulur. 3.Paranoyal psixopatiya : ümumi şübhəlilik, ətrafdakılara görə özünün daha yüksək mövqedə olmasına inam. Xəstəliyin şübhəliliyi həyatın bütün sferalarına yayılır. Onlar faktları eybəcərləşdirirlər. Sakit, neytral və dostluq münasibətləri onlara düşmənçilik kimi görünür.Məsələn, tələbə əmindir ki, tədris müəssisəsinin bütün müəllimləri onun əleyhinə birləşib onun qovulmasına nail olurlar.Özündən razılıq, şübhəlilik bu adamları konfliktə aparıb çıxarır. Şübhəlilik sonradan təqib sayıqlamalarına keçir. 4.Antisosial psixopatiya: Bu psixopatlar, əsasən, kriminal aləmdə və narkomanlar arasında daha çox olur: qəddarlıq, kobudluq, ətrafdakılara laqeydlik, dostluğa və məhəbbətə qadir olmamaq, aqressiv partlayışlara meyllilik, özünü günahlandırma hissinin olmaması, xuliqanlığa meyllilik, social-ictimai normalara hörmətsizlik, narkotizasiya və alkoqalizasiya. Belə adamlar etik qaydalara piayət etmir, qonşuları,yaxın adamları ilə salamlaşmır, öz yaxınlarının dərdinə şərik olmur, ancaq öz mənafelərini güdür-lər. Onlar daima narahatdırlar, yalnız spirtli içkilərin təsiri altında əhvali-ruhiyyə yaxşılaşır. 5.Emosional, qeyri-sabit psixopatiya: fizioloji və patoloji affektlərə meyllilik, özünü zədələmə həvəsi. Belə adamlar çətinliyə düşdükdə başlarını divara vurur, venalarını kəsir, lakin onlara qarşı qətiyyətli tədbir görüldükdə dərhal ağlamağa başlayır və bağışlanmalarını xahiş edirlər.Ətfardakıların zəifliyini gördükdə aqressiv olurlar, heç bir səbəb olmadan  özünəqəsd və ətrafdakıların həyatına qəsd törədirlər. 6.Psixoasteniya psixopatiya: qətiyyətsizlik, görülən işlərin düzgünlüyünə inamsızlıq.Belə adamlar gördükləri işin nəticəsini dəfələrlə yoxlayırlar, görülən işin düzgünlüyü haqqında inam isə heç vaxt yaranmır. 7.Həyəcanlı şəxsiyyət pozğunluğu: daimi daxili həyəcan, bütün pis işlərdə yalnız özlərini günahlandırmaq. 8.Asılı şəxsiyyət pozğunluğu : özünü kiçiltmə ideyaları, daima tək qalacaqlarından və kimlərinsə onları atacaqlarından qorxurlar. Psixopatiyalar çətin həyat şəraitində dekompensasiya vəziyyətinə gətirib çıxarır və xəstələrin psixatik vəziyyətdə ya psixiatrik stasionarlara, ya da hüquq-mühafizə orqanlarına düşmələrinə səbəb olur. Psixopatlar başqa xəstələrdən fərqli olaraq daha tez-tez məhkəmə-psixiatrik ekspertizasına cəlb olunurlar.Yaxşı şəraitdə, iqtisadi və social sabitlik şəraitində psixopatların vəziyyəti yaxşılaşır.  Şəxsiyyət pozğunluqları müalicə və profilaktikası: Psixofarmakoloji və tibbi-pedaqoji tədbirlərdən ibarətdir.Psixopatiyanın yaranmasının qarşısını almaq üçün perinotal patologiya ilə mübarizə, pedaqoji korreksion tədbirlərin uşaq yaşlarından aparılması, ictimai-sosial stabilliyin təmin olunması lazımdır.  

Paylaşıldı: 14.08.2019

Uveit hekimtap.az

Uveit

Uveit nədir?  Uveit gözün içindəki damar təbəqəsinin ( uvea) iltihabi nəticəsində  əmələ gələn xəstəlikdir. Uvea gözün damar təbəqəsi olduğuna görə gözün bütün qidalanmasından cavabdehdir. Uveadakı bir iltihab korneadan görmə sinirinə qədər  zədələyə və görməni əhəmiyyətli şəkildə azalda bilər. Uveitin  rastgəlmə populyasiyasi yetişkin insanlardır, ən çox 20-60 yaş arasında təsadüf edilir. Uveitin simtomları: İlkin şikayətlər görmədə bulanıqlıq, işıqdan qorxma, göz kurəsində  vəya göz ətrafında şiddətli ağrı, gözdə qızartı, uçuşmalar, qamaşma görmənin azalması, gözün yaşarması, götrüntüdə olan ləkələrdən ola bilər. Uveitin səbəbləri:  40 % hallarda səbəb bilinməməkdədir. Behçet xəstəliyi, vərəm,sifis, ankilozan spondolit, revmatizmal xəstəliklər, psoriaz, travma,  göbələk, toksoplazma, herpes, immun sistem xəstəlikləri , lyme xəstəliyi  və s. kimi xəstəliklər uveitə səbəb olur. Uveitin diaqnozu necə qoyulur?  Uveit bəzi hallarda heç bir şikayət olmadan  müayinə əsasında aşkarlanan xəstəlikdir. Əgər xəstənin heç bir şikayəti olmasa belə xəstəlik  dəqiqliklə mütəxəssis tərəfindən   araşdırılıb səbəbə uyğun müalicə aparılmalıdır.  Sadə göz müayinəsi ilə uveitin müayinəsini tamamlamaq olmaz. FFA  müayinəsi  və digər  müayinələr  ( qan, radioloji və s.) diaqnozun  təsdiqlənməsində əhəmiyyətli nəticələr verir. Bəzi hallarda isə geniş spektrli araşdırmalar fluresan angiografiya, indosiyanin yaşılı  angiografiyası görmə sahəsi, revmatoloq və dermatoveneroloq mütəxəssisində konsultasiyasına ehtiyac duyula bilər. Xəstəliyin şiddəti nə olur olsun müalicəsi  təcilidir. Müalicəyə gec başlandiğinda  bəbək şəklinin dəyişikliyi, katarakta  göz daxili təzyiqin yüksəlməsinə gətirib çıxara bilər. Bu üzdən xəstəlik  varsa mütləqdirki erkən müqyinə və müalicə aparılsın. Uveitin müalicəsi:  Tamamilə sağalma  mümkün olmasa da  erkən   və düzgün müalicə xəstəliyin gedişatini ləngidir, yüksək görmə itiliyini və əsasıda göz sağlamlığını qoruyub saxlayır. Burada  vurğulanması əsas  olan bir nüans  uveitin son dərəcə  qarişıq  və mualicəsi standartdan kənar bir xəstəlik olmasıdır. Buna görədə  xəstəlik ındividual qiymətləndirilib, özunəməxsus müalicə taktikasi, dərman dozası seçilməlidir! Gözün ön qismində baş veren  uveitlər- iritis və tsiklitis  ani başlanğıcla başlayır və müalicəyə   daha rahat tabe olandır. Arxa şöbədə yerləşən xorioydit  daha ləng başlayır və müalicəyə  çətin tabe olandır. Uveitin müalicəsində məqsəd görmə itkisini əngəlləmək, ağını yox etməkdir. Uveitin müalicəsində istifadə edilən əsas preparat steroid tərkibli dərmanlar və göz bəbəyini genişlətmək üçün sikloplegiklərdir. Bu da gözdə iltihabı azaldır və  iris yapışmasının qarşısını alır. İnfeksiya mənbəyi olan virus, bakteriyalar, göbələk üçün isə antibiotik terapiya aparılır. Əlavə olaraq  sistem xəstəliklərin müalicəsi  uyğun klinisist tərəfindən aparılır. Xəstələrin müşahidə altında olması  çox önəmlidir.  Çünki bəzi vacib nüanslar müsahidə dövründə  meydana çıxır. Xəstələr 3 ay aralıqlarla müayinə olunmalı, digər orqanlarda  baş verən dəyişikliklər haqqında  oftalmoloq  bilgiləndirilməlidir.

Paylaşıldı: 07.08.2019

bipolyar pozğunluqlar

Bipolyar pozğunluqlar 

Bu xəstəlik 100 il əvvəl təsvir edilmişdir.  Xəstəlik son 5-10 ilə qədər maniacal-depressiv psixoz adı ilə məşhur idi. Xəstəlik maniya və depressiya epizodları ilə cərəyan edir. Bipolyar pozğunluqların səbəbləri və inkişaf mexanizmi: 1.İrsi meyllik. Daha çox qadınlarda rast gəlinir : ana, qız, qız nəvə. Xəstəlik iris-dominant yolu ilə keçir.Əgər valideynlərdən biri xəstədirsə, uşaqların xəstələnmə faizi 96 faiz təşkil edir. 2.Bədən quruluşu. Kökəlməyə meylli, enlikürək, enli döş qəfəsinə malik, qısa boyunlu, dəyirmi sifətli insanlar əhvali-ruhiyyənin tez-tez dəyişməsinə meyllidirlər və bipolyar affektiv pozğunluqlar onlarda daha çox rast gəlinir. 3.Belə xəstələrin çoxunda erkən yaşlarında həddən artıq ehtiyatlılıq, hər şeydən şübhələnmə, fikirlərdə qətiyyətsizlik rast gəlinir. Lakin bütün bu xarakter pozğunluqları psixi travmalar nəticəsində BAP xəstəliyinə çevrilə bilir. Bipolyar pozğunluqların simptomları: Maniakal faza: eyforiya, əhvali-ruhiyyənin səbəbsiz yaxşılaşması, nitqin, təfəkkürün sürətlənməsi, hərəki oyanma, özünü böyütmə ideyaları müşahidə olunur. Xəstələrin əqli və fiziki iş qabiliyyəti artır. Onlar eyni zamanda bir neçə işdən yapışırlar, lakin heç birini axıra çatdırmırlar, çox danışırlar, ətrafdakılarla münasibətdə etik qaydaları pozurlar, tanımadıqları insanlara sən  deyə müraciət edirlər. Eyforiya daha çox səhərlər özünü göstərir. Seksual fəallığın artması, təsadüfi cinsi əlaqələr müşahidə olunur. Xəstələr özlərini tərifləməyə meylli olurlar, soaial və ictimai qaydaları pozur, ictimai təhlükəli əməllər edirlər. Depressiv epizod.Əlamətləri: Əhvali-ruhiyyənin enməsi, təfəkkürün, nitqin ləngiməsi, hərəki tormozlanma, suisidal ideyalarla müşayət olunan özünü günahlandırma fikirləri. Xəstələr qeyd edir ki, onlar sevinə bilmirlər, diqqət pozulur, hər şey qara rəngdə qavranılır, gələcək üçün heç bir planlar qurulmur.Depresseya çox vaxt həyəcanla müşahidə olunur. Buna həyəcanlı depressiya deyilir. Əgər xəstələrdə depressiv sindrom somatik şikayətlərlə özünü göstərirsə: ürək nayihəsində ağrılar, qarında xoşagəlməz hissiyyatlar, iştaha və yuxu pozğunluğu, cinsi həvəsin azalması olursa, belə depressiya maskalanmış depressiya adlanır. Bipolyar pozğunluqlar müalicəsi: BAP öz ciddi social və tibbi nəticələrinə görə ağır xəstəlik hesab olunur. Diaqnoz yalnız həkim-psixiatr tərəfindən kliniki-psixopatoloji müayinə nəticəsində qoyulur. Əgər depressiya maskalanmış formada keçirsə, həkim-kardioloq, həkim-cərrah, həkim-terapevt və başqa həkim mütəxəssislərin məsləhəti təşkil olunmalıdır. Yadda saxlamaq lazımdır ki, çox zaman bəzi səriştəsiz mütəxəssislər və xəstələrin özləri səhvən sadə əhvali-ruhiyyə dəyişməsinə maniya və ya depressiya kimi baxırlar. Ona görə də belə xəstələrin mütləq həkim-psixiatr tərəfindən müayinəsi aparılmalıdır. Müalicə: 1.Aktiv medikamentoz müalicə: yalnız mütəxəssis həkim-psixiatr tərəfindən aparılır. 2.Elektrik cəngolma müalicəsi: həkim-psixiatr və həkim-reanimatoloq tərəfindən aparılır. 3.Xəstəliyin sağalma müalicəsində həkim-psixoterapevt tərəfindən koqnitiv-bixeveoral metodla psixoterapiya aparılır.Bundan əlavə, həkim-psixoterapevt tərəfindən rasional psixoterapiya,artterapiya, zooterapiya metodları ilə reabilitasiya keçirilir.

Paylaşıldı: 07.08.2019

altsheymer-xəstəliyi

Altsheymer xəstəliyi

Təyinatı: Bu bölmədə geniş bir qrup xəstəliklər birləşir.Altsheymer xəstəliyi dedikdə 2 variant nəzərdə tutulur: 1-ci- altsheymer tipli qocalıq ağıl zəifliyi ; 2-ci: xüsusi altsheymer xəstəliyi. Xəstəlik 1907-ci ildə Alois Altsheymer tərəfindən təsvir edilmişdir. Altsheymer xəstəliyi səbəbləri: Altsheymer xəstəliyi zamanı olan demensiya beyin maddəsinin qlobal atrofiyası nəticəsində baş verir. Qarşısıalınmaz proqressivləşən yaddaş, təfəkkür pozğunluqları, nitqin, yazının, avtomatik hərəkətlərin pozulması ilə müşahidə olunur.ABŞ Milli Qocalma institutunun məlumatlarına görə, altsheymer xəstəliyi bütün demensiyaların 62 faizini təşkil edir və ən geniş yayılmış hesab olunur.Bu xəstəlik qocalıq önü və qoca yaşlarında olan insanları zədələyir. Bununla əlaqədar olaraq, erkən və gecikmiş AX  təyin olunur.Lakin patoloji anotomik məlumatlara görə 38 yaşında da AX təsadüf oluna bilər. Xəstəlik başlayandan 5-15 il sonra ölümlə nəticələnir.Xəstəliyin yaranmasında coğrafi amillərin heç bir əhəmiyyəti yoxdur. AX həm güclü inkişaf etmiş ölkələrdə, həm də həddən artıq zəif inkişaf etmiş ölkələrdə də rast gəlinə bilir. Kişilər və qadınlar eyni tərzdə və eyni tezliklə xəstələnirlər. Xəstəliyin yaranmasında peşənin, fiziki və ya əqli gərginliyin dərəcəsinin heç bir əhəmiyyəti yoxdur.Mütəxəssislərin fikrinə görə, AX ilə xəstə olan insanların sayı durmadan artır. Uzun illər aparılan titanik tədqiqatlara baxmayaraq, xəstəliyin  dəqiq səbəbləri indiyə qədər məlum deyildir. Xəstəlik zamanı ağıl zəifliyinin yaranması beyin toxumasında xüsusi qocalıq şişkinliyinin və toxumanın neyrofibrillərlə əvəz olunması ilə əlaqədardır. Beyində çoxlu ameloid yığılır, qan damarlarının divarları ameloidlə tam örtülmüş olur. Nəticədə qan dövranı pozulur, beynin qlobal atrofiyası inkişaf edir. Qlobal atrofiya nəticəsində lokalizasiyadan asılı olaraq yuxarıda göstərilən psixi pozğunluqlar inkişaf edir. Altsheymer xəstəliyinin simptonları ( əlamətləri): Xəstəliyin 3 mərhələsi ayırd edilir. 1-ci mərhələnin xarakterik əlaməti yaddaşın cari hadisələrə itməsidir. Buna fiksasion amneziya deyilir. Xəstələr gün ərzində edəcəkləri ardıcıl hərəkətləri unudurlar. Mağazaya girir, lakin nə almaq lazım olduğunu yadında sala bilmir. Gün ərzində xərclədiyi pulun miqdarını xatırlamır.Bəzi hallarda evdən nə üçün çıxdığını belə yadına sala bilmir. Təyin olunmuş görüşlər, ictimai işlər, iclaslar və onların vaxtı yadından çıxır. Tanış adamları təsadüfən görərkən onları tanımırlar. Lakin xəstəliyin ilk mərhələlərində onlara kömək olunduqda tanış insanların tanınması asanlaşır. Ətraf insanların nitqi başa düşülmür. Say, yazı, ev və professional işlərin görülməsində xəstələrin köməyə ehtiyacı olur. Xəstələr özlərini itirir, həyəcanlı olurlar.Amerika psixiatrlarının fikrinə görə, xəstələrdə bu mərhələdə tənqid qalır, onlar böyük bir təhlükənin onlara yaxınlaşdığını hiss edirlər. Lakin xəstəliyi qəbul etmək istəməyib onu yorğunluqla əlaqələndirirlər. 2-ci mərhələdə yaddaş pozğunluqları dərinləşir, xəstələrdə sensor, motor afaziya əmələ gəlir. Xəstələr öz övladlarını, qohumlarını tanımırlar. 3-cü mərhələ terminal mərhələdir. Yaddaş tam itir, xəstələr yataqdan qalxa bilmir, fiziki cəhətdən tam sönüklük yaranır, udqunma pozulur və ölüm baş verir. Belə xəstələrin tipik problemləri onların emosional və fiziki sferalarında baş verir. Altsheymer xəstəliyinin diaqnostikası : AX psixonevroloji xəstəlik olsa da, diaqnozun qəti qoyulması həkim-psixiatr tərəfindən həyata keçirilir. Diaqnoz kliniki ( psixopatoloji, psixonevroloji simptomların və sindromların aşkar edilməsi ) və instrumental ( beynin KT müayinəsi, MRT müayinəsi ) nəticəsində dəqiqləşdirilir. Altsheymer xəstəliyi müalicəsi: Psixofarmakoloji metodlarla həyata keçirilir.Müvafiq preparatların seçilməsi və təyin edilməsi yalnız həkim-psixiatr tərəfindən həyata keçirilir. Xəstələrə eyni zamanda beyin mübadiləsini və beyin qan dövranını yaxşılaşdıran  dərmanlar, ürək fəaliyyətinin tənzimləyiciləri müəyyən edilir. Altsheymer xəstəliyinin profilaktikası:          Xəstəliyin səbəblərinin naməlum qalması nəticəsində profilaktika tədbirlərinin işlənib hazırlanması qeyri-mümkündür.

Paylaşıldı: 07.08.2019

qlaukoma

Qlaukoma

Qlaukoma nədir? Qlaukoma xüsusi tipli optik neyropatiya və görmə sahəsinin xarakterik dəyişiklikləri ilə  rast gəlinən xəstəliklər qrupunun ümumi adıdır. Göz daxili  təzyiqin qalxması  qlaukoma üçün ən böyük risk faktorudur.  Buna səbəb göz daxili mayenin ( kamera mayesi) rahatliqla xaric ola bilməməsidir. Bu xəstəliyə el arasinda “qara su” da deyirlər. Qlaukoma  dünyada  korluğa səbəb xəstəliklər arasinda  ön sıralarda yer alır. Hal-hazırda  dünya əhalisinin  45 mln- u bu  xəstəlikdən  əziyyət  çəkir. 7 mln insanin kor olma səbəbi qlaukomadır. Buna əsasən müayinə və müalicəsi məhdud olan  Afrika  və Asiyada daha çox təsadüf edilir.  Qlaukomanın yaranma səbəbləri? Gözün kamera mayesinin (agueous humor) vəzifəsi  göz daxili təzyiqi  müntəzəm saxlamaq, buynuz qişa və büllura qlükoza oksigen və digər metabolik maddələri -mineralları çatdırmaq və parçalanma məhsullarını ön kameradan xaric etməkdir. Normal göz daxili təzyiqin ölçüsü  12-23 mm.c.s.-dur.  Kamera  mayesin  axınında yaranan dəyişikliklər  təzyiqin daimi yüksəlməsi  qlaukomaya  səbəb ola bilər. Qlaukomanin risk faktorlari Milyonları əhatə edən qlaukoma  hər bir insanda müşahidə  edilə bilər. Xəstəliyin konkret coğrafiyası kimi Afrika qitəsi göstərilir. Ən çox qlaukomalı xəstələrin bu qitədə yaşamasının səbəbi normal səhiyyənin olmaması və isti hava şəraitidir. Xəstəlik  əsasən  inkişaf  etməmiş ölkələrdə yayılsada dünyanin hər yerində  qlaukoma aktual xəstəlikərdəndir.  Əsas faktor genetika, şəkərli diabet və s.xəstəlikər  hesab olunur. 40  yaşdan yuxarı  hər kəsin  ildə  bir dəfə  göz təzyiqinin  ölçülməsi arzu olunandir. Qlaukomanın təsnifatı (növləri) Anadangəlmə qlaukoma Açıqbucaqlı qlaukoma Qapalı bucaqlı qkaukoma Normal təzyiqli qlaukoma Steroid   həssaslığı  nəticəsində yaranmiş qlaukoma  Fakogen qlaukoma Qlaukomanın müalicəsi Qlaukoma xəstəliyinin tam  müalicəsi yoxdur.    Bu səbəbdəndə xəstəlik nə qədər  tez aşkarlanarsa bir o qədər  göz sağlığını  qorumuş oluruq . Beləki qlaukoma xəstəliyi zamanı  yüksək  təzyiqin təsirindən  sinir hüceyrələri  məhv olur  və bu da görməyə ciddi  təsir edir. Qlaukomanın  xarakterik  xüsusiyyəti olaraq  görmə periferiyadan mərkəzə doğru daralır.  Əgər belə xəstələrdə  göz daxili təzyiq müşahidə altında saxlamazsa sonucda  korluğa  apara bilər. Müasir  dövrdə qlaukomanın müalicəsi   konservativ dərman preparatlari,lazer  və cərrahi əməliyyatlarla aparıla bilinir.

Paylaşıldı: 25.07.2019

Spinner