Disgrafiya

Disgrafiya

Disqrafiya  nədir? Disqrafiya  özünü  yazıda  göstərən  bir  problemdir.Ancaq  bu  problem  uşaqda  zəka  geriliyi  olduğu  mənasına gəlməməlidir. Disqrafiyası  olan  uşaqlar  çətin  oxunan,qarışıq,tez-tez  səhvə  yol  verən  bir  yazıya  sahibdirlər.Ancaq bu,səhv  verilən  təlimin  də nəticəsi  ola  bilər. Ona  görə  də,disqrafiyanı düzgün  ayırd  etmək  lazımdır.Disqrafiya  müşahidə  edilən  uşaqların  yazısı  oxunaqsız olur. Bununla  yanaşı,onlarda  cümlə  qurmada  çətinlik,  sözlər  arasında  ya  həddindən  çox  boşluq  buraxma  və  ya  əksinə,sözləri  boşluq  buraxmadan , bitişik  yazma  halları  müşahidə  edilir. Disqrafiyanın  əlamətləri  nələrdir?Disqrafiyalı  uşaqlarda  özünü  göstərə  bilən   hallara  nəzər  salaq:   -Qarışıq  yazma; -Yaşıdlarına  nisbətən  daha  yavaş  yazma; -Sinif  işlərində  və  testlərdə  səhvlərə  yol  vermə,zəif  nəticə  göstərmə; -Bir-birinə  oxşar  hərf  və  rəqəmləri  tərsinə  yazma(məsələn,6-9); - Hecalara  düzgün  ayra  bilməmə; -Böyük-kiçik  hərfləri  qarışıq  yazma ;  -Hecaların  yerini  qarışdırma  və s. Disqrafiyanın  korreksiyası. Disqrafiya  diaqnozu  qoyulan  uşaqlarda  hər  gün  ən  azı  10-15  dəqiqə  yazı  yazma  çalışmaları  edilməlidir. Təlimə  marağı  olmayan  uşaqlarda  bu  prosesi  əyləncəli  şəkildə  etmək  daha  məsləhətlidir  və  məqsədəuyğundur. Hər   şeydən  əvvəl, səslər  uşaqlara  tam  aydın  olmalıdır.Məsələn, uşağa  “B”  hərfini  yaz  dediyiniz  zaman, onu” bı”  şəklində  tələffüz  etsəniz, uşaq  əlbəttə “B” deyil, “Bı”  kimi  yazacaq.Ona  görə  də,  hər  bir  səsi  düzgün  tələffüz  etməyi  bacarmalısınız.

Paylaşıldı: 13.11.2019

Disleksiya

Disleksiya

Disleksiya  nədir? Disleksiya- burada “dys” önşəkilçidir. “Normadan  zəif,əksik”  mənasına  gəlir,leksiya   isə  “söz”, “ nitq” deməkdir.Disleksiyaya  hadisə  və  isimləri  xatırlamada  çətinlik,öyrənilənlərin  tez  unudulması,bəzi  oyunları  oynamaqda  yaşanan  çətinliklər,əl  və  barmaqlardan  yetərincə  istifadə  edə  bilməmə  aiddir. Əsas  meyarları: Əsas  ayırdetmə  meyarlarına  aşağıdakıları  daxil  edə  bilərik:  -Oxuda  çətinlik  çəkmə,səhv  oxuma; -Oxuduğunu  anlamaqda  çətinlik  çəkmə; -Hərfləri  qarışdırma  və  ya  yazmaqda  çətinlik; -Rəqəmləri  öyrənməkdə və  saymaqda  çətinlik. Daha  aydın  şəkildə  ifadə  etsək,disleksiya,  zəkanın  normal, akademik  səviyyənin  və  yaşın , aldığı  təlimdən  geri  qalmasıdır. Disleksiyanın  əlamətləri – Disleksiyanın  əlamətləri 3  mərhələyə  ayrılır: 1) Məktəböncəsi  mərhələ.Buraya  0-6  yaş  aralığı aiddir; 2)Məktəb  mərhələsi.Bu  mərhələ  7-11  yaş  aralığını  əhatə  edir. 3) 12  yaş  və  sonrası. Xüsusi  öyrənmə  çətinliyi  yaşayan  uşaqlarda  yanaşı  gedən  bir  sıra  başqa  problemlərə  də  rast  gəlinir.Ən  çox  rast  gəlinən problemlər  isə  diqqət  əksikliyi  və  hiperaktivlikdir.  Disleksiyanın  aradan  qaldırılması və korreksiyası. Bəs bu  uşaqlara  necə  kömək  edilməlidir? Hər  şeydən  öncə,onların  duyğularını  anlamaq  lazımdır; Daha  sonra,cəhdləri  dəyərləndirilməli, təqdir  edilməlidir. Onlara  qarşı  mənfi  rəylər  edilməməlidir(məsələn,”Sən  bacarıqsızsan”kimi  ifadələri  işlətməkdən  qaçmaq  lazımdır). Disleksiyadan  əziyyət  çəkən  uşaqların  oxusunda  axıcılıq  olmur.Bəs  bunu  necə  müəyyən  etməli?Kiçik  bir  mətn  parçası  seçilir  və uşaqdan  1  dəqiqı müddətində  həmin  mətni  oxumasi  istənilir.Oxunan  söz  sayı  qeydə  alınır.Uşaq  normalda  I  sinfin  sonunda  60-70 söz, II  sinfin  sonunda  70-80 söz,III  sinfin  sonunda  80-90-a  yaxın  söz  oxumalıdır.Doğru  oxumanı  müəyyən  etmək  üçün  doğru oxunan  söz  sayı  1 dəqiqədə oxunan  söz  sayına  bölünür. Disleksiya  müşahidə  edilən  uşaqlar , adətən,söz  sonunu  uyduraraq, hərf,heca  atlayaraq,səsləri  bir-birinə  qarışdıraraq   oxuyurlar.Yazılışı  oxşar  olan  hərfləri  qarışdıra  bilirlər .Məsələn, b,d,q,p kimi  hərfləri  həm  yazıda,həm  də  oxuda  qarışdırma  halları ilə  rastlaşa  bilərik.  Disleksiya , zəkanın  normal  olmasına,uşağın yaxşı  təlim  almasına  baxmayaraq  meydana  gələ  bilər.Və  sonda  onu  da  qeyd  etmək  istərəm  ki,  disleksiya  əsla  bir  xəstəlik  deyildir.

Paylaşıldı: 13.11.2019

Gingivit

Gingivit

GİNGİVİT NƏDİR? Gingivit - diş ətində şişkinliyə, qırmızılığa və asanlıqla qanamaya səbəb olan, diş əti xəstəliklərinin ən mülayim formasıdır. Gingivit – yetərincə yayılmış bir xəstəlikdir. Gingivitin yaranmasına bir çox səbəblər var. Bunlar: şəkərli diabet, siqaret çəkmək, qocalma, genetik meyillilik, sistemik xəstəliklər, stres, qeyri-kafi qidalanma, cinsi yetkinlik dövrü, hormonal dəyişikliklər, hamiləlik, maddə asılılığı, QİÇS və müəyyən dərmanların istifadəsidir. GİNGİVİTİN NÖVLƏRİ: Gingivitin bir neçə növləri vardır:   • kataral,   • xoralı-nekrotik,   • hipertrofik gingivit.   • atrofik ginginit Kataral gingivitin kliniki simptomları: qızartı, damağın selikli qişasının şişkinliyi, qan axmalar. Gingivitin bu formasındadişlərdə cüzi qaşınmadan, yemək zamanı ağrılardan ibarətdir. Xoralı-nekrotik gingivit zamanı damağın selikli qişasında yaralar və nekroza uğramış sahələr əmələ gəlir. Onun kliniki simptomları bunlardır: qalitoz (ağızdan xoşagəlməz qoxu), damağın ağrılı olması; orqanizmin ümumi vəziyyəti həmçinin ağırlaşır: xəstə ümumi əzginlik hiss edir, bədən hərarətinin 39 dərəcəyədək yüksəlməsi, limfa düyünlərinin böyüməsi mümkündür. Hipertrofik gingivitdə damaq məməciklərinin böyüməsi baş verir və dişin bir hissəsi örtülür. Xəstəliyin ilkin mərhələlərində hər hansı bir simptom olmur. Sonradan isə damağa toxunanda və ya yemək yeyəndə qan axma və ağrılar başlayır. Atrofik gingivitdə isə, əksinə, damaq toxumasının atrofiyası (azalması) baş verir, və damağın səviyyəsi zamanla aşağı düşür və dişin dibi görünməyə başlayır. Atrofik qingiviti olan insan bunu isti və soyuq yeməklərə həssaslıqda hiss edir. MÜALİCƏ VƏ PROFİLAKTİKASI: Gingivitin müalicəsi stomatoloq tərəfindən aparılmalıdır. Müalicə diş piləklərinə təsirdən, yerli və ümumi amilləri aradan qaldırmaqdan ibarətdir. Bəzi hallarda cərrahi müdaxilə zəruridir (küretaj). Bundan başqa əksər hallarda xüsusi vasitələrə əl atmaq lazım olur, həm də sadəcə xəstəliyin kəskin fazasının müalicəsi üçün deyil, həmçinin ciddi ağırlaşmaları dayandırmaq və ya qarşısını almaqçün. Müxtəlif preparatlardan istifadə olunur: antibiotik, iltihaba qarşı vasitələr, yerli immunomodulyatorlar. Yoluxucu-iltihabi proseslərdən əmələ gələn gingivitlərdə infeksiyanın törədicisini aradan qaldırmaq lazımdır. Buna görə həkim antibakterial vasitələr və ya göbələyə qarşı dərmanlar təyin edə bilər. Gingivitin profilaktikası üçün növbəti tədbirlər görmək lazımdır:  • müntəzəm olaraq stomatoloqun müayinəsindən keçmək;  • hər gün diş ərpini diş pastası və ipək sap vasitəsiylə aradan qaldırmaq;  • dişləri təmizləmək üçün hər 3-6 ay stomatoloqa müraciət etmək.

Paylaşıldı: 13.11.2019

Mammoplastika

Mammoplastika

Mammoplastika nədir?   Süd vəzilərinin forma və ölçüsünün  qadının özgüvəninə boyük təsiri var.  Onların defekti qadınlara həm psixoloji, həm də fiziki diskomfort yarada bilər. Belə ki, çox iri süd vəzisi onurğa sütununa düşən yükü artırır, vəzilərin asimetriyası alt paltarı və geyim seçimini cətinləşdirir. Burada estetik faktor da böyük əhəmiyyət kəsb  edir.  Mammoplastika vasitəsilə süd vəzisinin anadangəlmə və qazanılma defektlərini aradan qaldırmaq, eləcə də forma və həcmini istəyə görə dəyişmək mümkündür. Süd vəzilərinin xarici görünüşü irsiyyətdən, keçirilmiş xəstəlik və əməliyyatlardan, yaşdan, çəkidən, qidalanmadan, fiziki aktivlikdən asılıdır. Mammoplastikanın növləri: - Süd vəzilərinin böyüdülməsi (auqmentasion mammoplastika) - bu əməliyat endoprotezlərin implantasiyası vasitəsilə həyata keçirilir.  - Süd vəzilərinin dikləşdirilməsi (mastopeksiya) - bu əməliyat sallanmış süd vəzilərinin formalarını korreksiya etmək üçün istifadə edilir.Süd vəzisinin öz toxumasına toxunulmadan dərisində olan sallanma yığılmaqla qaldırılır.  - Süd vəzilərinin kiçildilməsi (reduksion mammoplastika). Bu əməliyat artıq piy vəzi toxumasının cərrahi kəsilməsi vasitəsi ilə   çıxarılmasından ibarətdir Mammoplastikaya göstərişlər: - Deformasiya; (əmizdirmədən sonra süd vəzisi formasının dəyişməsi); - Ptoz (süd vəzisinin sallanması); - Kosmetik qüsurlar (süd vəzilərində aparılmış əməliyatlardan sonra yaranmış qüsurlar); - Makromastiya (iri süd vəziləri); - Mikromastiya (kiçik süd vəziləri); - Ginekomastiya (kişilərdə süd vəzisinin inkişaf etməsi). Mammoplastikaya əks-göstərişlər: Bütün digər əməliyatlarda olduğu kimi, mammoplastikada da bəzi əks-göstərişlər mövcuddur. Buraya aşağıdakıları aid etmək olar: - 18-dən kiçik yaş həddi; - narkoza mane olan daxili orqan xəstəlikləri;  - süd vəzilərində olan yenitörəmələr; - onkoloji xəstəliklər;  - kəskin və xroniki infeksion xəstəliklər;  - hamiləlik və laktasiya dövrü;  - qan laxtalanması pozuntusu;  - şəkərli diabet və s.  Klinikalarda mammoplastikadan əvvəl ətraflı laborator və funksional muayinələr aparılmalıdır. Əgər pasiyent kliniki sağlamdırsa, əməliyyatdan 2 həftə əvvəl hormonal kontraseptiv və bir sıra dərman preparatların qəbulu, nikotin istifadəsi dayandırmalıdır. Bu qaydalara mütləq əməl etmək lazımdır, çünki mammoplastika zamanı ümumi cərrahi (hematoma, seroma, kelloid çapıqlar, yaranın irinləməsi) və spesifik (implantın cırılması və yerdəyişməsi, implant materialına qarşı allergiya, fibroz toxumanın əmələ gəlməsi) ağırlaşmalar ola bilər. Mammoplastika əməliyatından sonra reabilitasiya Bərpa dövrü - 2-5 gün. Tam bərpa əməliyatdan asılı olaraq, 2 həftədən 2 ayadək. Bərpa dövründə korset geyinilməlidir. Salyari, sauna, hamam və günəş vannalarından qaçmaq lazımdır.

Paylaşıldı: 12.11.2019

Implant diş

Implant diş

İMPLANT DİŞ NƏDİR? Müasir dövrdə implantasiya itirilmiş dişləri bərpa etmək üçün ən mükəmməl bir üsuldur. İmplant çəkilmiş dişlərin yerinə, dişin funksiyasını yerinə yetirməsi üçün çənə sümüyünə yerləşdirilən süni diş köküdür. Bu dişlər estetik olaraq heç bir problem yaratmır. İmplantlar əksər hallarda titan elementindən hazırlanır. Bəzi növ implantlar da var ki onlar titan və zirkon elementlərinin qarışığından hazırlanır. Yalnız diş implantları, ətraf dişlərə zərər vermədən, kök də daxil olmaqla, dişin işləmə funksiyasını tamamilə bərpa etməyə imkan verir.  İMPLANTLAR TƏHLÜKƏSIZ VƏ UZUN ÖMÜRLÜDÜRMÜ? İmplantlar uzun ömürlüdürlər sümük toxumasında hər hansı bir problem yaratmırlar. İmplantın ömrü bir çox faktorlardan asılıdır: - Həkim sistemi yaxşi bilən təcrübəli cərrahlar tərəfindən qoyulmalıdır. - Keyfiyyətli implant markası istifadə edilməlidir. Satışda çox implant markaları var bunlar keyfiyyətinə görə bir birindən fərqlənir. - Pasient implanta təbii dişləri kimi baxmalı və implant üzərinə qoyulan diş fırçalanmalı. - Pasient ildə iki dəfə panorama rentgeni ilə müayinə edilməlidir. İMPLANT DİŞLƏRİN NÖVLƏRİ: İmplant dişlərin bir neçə növləri var, ancaq indiki vaxtda ən böyük üstünlük “vint” şəkilli olan implantlara verilir. İMPLANTLAR ÜÇÜN YAŞ MƏHDUDİYYƏTİ VARMI? Qadınlarda 16, kişilərdə isə 18 yaşdan sonra implant qoyulması məsləhət görülür. Bu isə sümük inkişafına bağlı olaraq müəyyənləşdirilib. İMPLANT DİŞLƏRİN MÜSBƏT TƏRƏFLƏRİ: 1.İmplant dişlər bərk (qatı) yeməkləri çeynəməyə imkan verir; 2.İmplantasiya diş ətləri üçün daha faydalıdır; 3.Diş boşluğundan yaranan çökmüş üz quruluşunun bərpası; 4.Gözəl və rahat şəkildə gülümsəmə hissi; 5.Daha gözəl estetik görünüş; 6.Süni diş implantasiyası üçün ətraf dişlərə zərər dəymir; 7.Diş implantları istənilən sayda diş ilə yerləşdirilə bilər.

Paylaşıldı: 11.11.2019

Fotona lazer gəncləşmə, üz gərilməsi və liftingi

Fotona lazer gəncləşmə, üz gərilməsi və liftingi

Lazer cavanlaşma üz dərisinin gəncləşməsinin ən effektiv, təhlükəsiz və müasir metodu olub dünya kosmetologiyasında geniş tətbiq olunur. Fotona 3D, 4D, 5D, 6D, 7D, 8D, 9D üsulları tətbiq olunmaqla 3, 4, 5, 6, 7, 8, 9 üsulun eyni anda kombinasiyası tətbiq olunur. Hər pasient üçün həkim proqramı individual seçir. Bu zaman pasientin yaşı, dərinin turqoru, tonusu, elastikliyi, nəmliliyi, həssaslığı nəzərə alınır. Prosedurların tətbiqi zamanı ağız içi smooth, frak3, T9, Smooth face, Piano face, fraksional gəncləşmə, lazer pilinq, Smooth eye, Smooth lips kimi patent almış proqramlar tətbiq olunur. Bu texnologiyalar bir birinin təsirini daha da artırır və eyni vaxtda tətbiq olunması nəticənin daha mükəmməl olmasına zəmanət verir.  Fotona lazer gəncləşmə, üz gərilməsi və liftinqi nədir?  • Çoxlaylı lazer üz qaldırılması və liftinqi   • Üz toxumalarının enməsinin profilaktikasi   • Dırinin dərin derma qatlarına qədər gəncləşməsi  • “Burun dodaq üçbucağı” probleminin həlli  • Dəri relyefinin bərpası, xırda qırışların hamarlanması  • Volumizasiya, dolğu effektinin yaranması (təbii yolla)   • Üz ovalının bərpası  • Göz qapaqlarının liftinqi və göz ətrafı nahiyyədə bərpa, gəncləşmə və qırışların hamarlanması   • Dodaq nahiyyəsinin gəncləşməsi, təbii həcmin verilmısi, pilinqi, rəngin və dodaq konturunun bərpası.   • Buxaq probleminin həlli Prosedur zamanı lazer, üz toxumalarının qlobal yenidən qurulması məqsədi ilə dermanın bütün təbəqələrini və  həmçinin  yanaqların daxili səthini bütün qatlarda emal edir.Güclü istilik çox səviyyəli dəri cavanlaşmasına səbəb olur:  fibroblast hüceyrələri oyanır və aktivləşir, intensiv olaraq gənc kollagen istehsal edir, hialuron turşusu daha böyük həcmdə sintez olunur, qırışlar azalır və toxuma sıxlığı artır. Lazer cavanlaşma üzün orta və aşağı 1/3 hissələrində dəri sıxılmasına nail olmağa, dərinin daha dərin qatlarında yaşlanma əleyhinə proseslərə başlamağa, "məxmər" və baxımlı dərinin təsirini yaratmağa imkan verir. Fotona lazer gəncləşmə, çox qatlı üz gərilməsi və liftinqi proseduru dermanın dərin qatlarına qədər təsir edən prosedur olub kosmetologiyada bir inqilabdır. Fibroblastları aktivləşdirmək və ağız və yanaqlarda kollagen liflərini yeniləmək üçün yanaqların submukozal təbəqəsində Er Yag lazerdən istifadə olunur. Bu, qırışları hamarlaşdırmağa və üzün aşağı 1/3 hissəsindəki toxumaların həcmini artırmağa və üzün qalxmasına imkan verir. Dərin lazer cavanlaşdırma proseduru olan FRAC3 nəticəsində yeni bir kollagen dəri skeleti meydana gəlir, dərinin daha dərin qatlarında qocalma əleyhinə proseslər başlayır, xarici görünüşdə dəri elastikliyinin tonusunun və turgorunun artması, məsamələrin daralması, dəri toxumasının və rənginin bərpası, qırışların və dərinin hamarlanması prosesləri başlayır.  Lazer texnikalarının birləşməsi və bir birinin ardınca yerinə yetirilməsi görünən və qalıcı bir nəticə verir.  Prosedur zamanı kollagen skeleti yenidən qurulur, toxumaların həcmi doldurulur, üzün dərisinin tonu və turqoru bərpa olunur, elastikliyi artır, qırışlar yox olur, piqment ləkələri az nəzərə çarpır. Nəticə bir neçə gündən sonra nəzərə çarpır, maksimum təsir 2-4 həftədən sonra əldə edilir və 1,5 ilədək davam edir. Prosedur xüsusi  hazırlıq tələb etmir, anesteziya olmadan aparılır. Adi həyat tərzindən uzun bir ayrılma tələb etmir - bərpa müddəti əksər prosedurlarda yoxdur (3D,4D,5D) və yalnlz 6D zamanı 48 saatdır, 7D zamanı 3-4gündür. Mövsümi deyil və hiperpiqmentasiya riski olmadan il boyu həyata keçirilə bilər.(7D xaric)  Prosedurun davam etmə müddəti seçilın metodikadan asılı olaraq 1-2,5saat davam edə bilər.  

Paylaşıldı: 11.11.2019

demodekoz

Demodekoz

Birinci dəfə  150 ​​il əvvəl izah edilmiş Demodex gənələri təbiətdə geniş yayıldığı üçün həkimlər üçün hələ də maraq doğurur. Demodex spp. gənələri  üzün dərisində və saç follikullarında yaşayan parazitlərdir. Hal-hazırda, Demodex gənələri  143 növ təsvir edilmişdir, hansılar ki həm insanlarda həm də heyvanlarda  geniş yayılır.  İnsanlarda gənələrin 2 əsas növü olur: ✓ uzadılmış növ   - Demodex folliculorum longus (Demodex folliculorum) saç follikullarında, kirpiklər və qaşlar da daxil olmaqla yaşayırlar ✓ qısaldılmış növ - Demodex follikulorum brevis (Demodex brevis) əsasən dərinin yağ vezlərin kanallarında yaşayırlar. - Bu mikroskopik gənələr  sağlam insanların  dərisində tez-tez aşkar edilir, buna görə də onlar insan saprofitlərinə aiddilər. - Demodex spp.  yaşdan aslı olmayraq bütün insanlarda aşkar olunur  və D.brevisin yaş artıqca daha tez-tez  aşkarlanması artır , amma D.folliculorum sayı, demək olar ki dəyişməz qalır. Uşaqlarda daha az dərəcədə aşkar edilmərsi, onlarda dəri piyinn  istehsalının xeyli az olması ilə əlaqədardır. ŞİKAYƏTLƏR VƏ KLINİKA - üz dərisində və qaş nayəsində qaşınma hissi - genişlənmiş məsamələr və iltihablı elementləri - dərinin yağlanması artımı - dərinin soyulması və qızarması  Demodex gənələr dəridə hər hansı bir iltihabı prosesin  gedişatını ağırlaşdırır və ikinci floranın fəaliyyətini artırır. Aşağıdakı dəri xəstəliklərdə Demodekoz müşayyət olur: ✓ Sızanaqlar və Rozasea ✓ Demodekoz follikulit  ✓Seboreyalı dermatit  və perioral dermatit Müalicə Bu xəstəliklərin müalicəsində çətinliklərdən biri də odur ki , müalicə üçün istifadə edilən klassik dərmanlar həmişə istənilən effekti vermir. Müalicə əsasən mərhələli olur: Mərhələ 1: Baxım prosedurlari və profilaktika Mərhələ 2: Yerli terapiya (Antibakterial, Takrolimus, Glukokortikosteroidlər) Mərhələ 3: Sistemli terapiya (Antibiotiklər, Antiprotozoi dərmanlar, Retinoidlər)  

Paylaşıldı: 10.11.2019

Üzün təmizlənməsi proseduru

Üzün təmizlənməsi proseduru

Üzun təmizlənməsi proseduru  -  dəriniz üçün baxım prosedurlar arasında  № 1.  Üz bizim vizit kartımızdır, buna görə də üz dərimiz  həmişə mükəmməl və təmiz olmalıdır! Üzün təmizləməsi, baxım prosedurların effektivliyini artırır , çünki məsamələr təmiz olduqda dəri nəfəs alır . Üz təmizlənməsi proseduru bir neçə növ ola bilər:  mexaniki, vakuum, ultrasəs , kosmetik preparatlar üzərində atravmatik və kombinəolunmuş .  Hər biri öz üstünlüklərinə malikdir və dərinin növündan aslı olaraq həkim kosmetoloq tərəfdən tövsiyyə olunur. 1. Ultrasəs  üz təmizliyi  - yumşaq bir prosedurdur, buna görə də bütün dəri növləri üçün həyata keçirilir. Hansı problemləri həll edir :  -sızanaqlar -sağlam olmayan dəri -quru və ya yağlı dəri -qenişlənmiş və ya çirklənmiş məsamələr -qara nöqtələr Tezlik: göstəricilərə görə  2- 4 ayda 1 dəfə. 2. Atravmatik üz təmizlənməsi - dərini həddən artıq qurutmadan və xəsarət almadan mümkün qədər təsirli kosmetik preparatlar istifadə edərək hərtərəfli təmizləmə proseduru. ⠀ Hansı problemləri həll etməyə kömək edir: -hiperkeratozun aradan qaldırılması; -dərinin rəngini normallaşdırır; -foto- və xrono- qacalmanın (atoniya, qırışlar) qarşısının alınması və azaldılması; -dərinin barier  funksiyasını yaxşılaşdırmaq üçün bərpaedici proseslərin stimullaşdırılması; -sonrakı prosedurların və ev baxımı üçün dərmanların təsirinin artırılması.  Hansı dəri üçün uyğundur -quru və susuz dəri üçün; -həssas və rosasea meylli olduğu dəri üçün; -kombinə  və yağlı dəri üçün; -göstərişlərə görə 12 yaşdan etibarən mümkündür; -ilin istənilən vaxtında mümkündür. Tezlik: göstəricilərə görə 2-4 həftədə 1 dəfə. ⠀ 3. Vakuum təmizlənməsi Bu tip səthi aparat təmizli idi. Vakuum təmizlənməsi qan dövranını yaxşılaşdırır, durğun elementləri (kapilyar torlar, sızanaq izləri) daha sürətli həll etməyə kömək edir, hüceyrə mübadiləsini stimullaşdırır. 4. Mexaniki üz təmizlənməsi -  uzün dərin təmizlənməsi prosedurudur . Mexaniki təmizləmə instrumenlərlə ( Una qaşığı, Vidal ilməsi ) və  ya barmaqlar ilə dəriyə mexaniki təsir göstərilir. ⠀ Hansı dəri üçün uyğundur -yağlı dəri -sızanaqlar ( akne)  -komedonlar , miliumları, pustullar -qenişlənmiş məsamələr -hiperkeratoz Üzün mexaniki təmizlənməsi  dəri üçün əhəmiyyətli bir travmadır. Buna görə, prosedurdan sonra kosmetologlar üzə sakitləşdirici maskalar tətbiq edirlər. Ancaq şişkinlik və qızartı 2-3 gün davam edə bilər və yaralar bir həftə ərzində sağalır. 5. Qarışıq üz təmizliyi - bir prosedurda (məsələn, ultrasəs və mexaniki) bir neçə növ təmizlənmənin birləşməsidir.

Paylaşıldı: 10.11.2019

Spinner