Baş ağrısı

Baş ağrısı

Hər bir insan həyatının bu və ya digər vaxtlarında azda olsa baş ağrısı ilə rastlaşır. Baş ağrısı hər zaman diqqət mərkəzində saxlanılmalı bir şikayətdir və qeyri ciddi yanaşmaq ciddi fəsadlarla nəticələnə bilər. Baş ağrıları müxtəlif səbəblərdən yarana bilər. Odur ki istənilən baş ağrısı anına ciddi yanaşmaq lazımdır və adəti xarakter alması hallarında mütləq həkimə müraciət olunmalıdır. Baş ağrıları simptomatik və birincili olmaqla iki əsas qrupa bölünür. Simptomatik baş ağrısı dedikdə onun hər hansı bir xəstəliyin əlaməti kimi meydana çıxması nəzərdə tutulur. Misal üçün ümumi soyuqdəymənin əlamətlərindən biri də baş ağrısı ola bilər. Birincili baş ağrısı dedikdə isə müstəqil bir xəstəlik nəzərdə tutulur. Birincili baş ağrısına Miqreni misal göstərmək olar. Gərginlik baş ağrıları birincili baş ağrılarının ən çox rast gəlinən növüdür. Bu zaman gicgah və ya ənsə nahiyəsində bəzən isə bütöv başda orta intensivlikdə ağrılar qeyd olunur. Ağrı 1saatdan bir neçə günə qədər davam edə bilər. Bəzən isə ağrılarla yanaşı ürəkbulanma, işıqdan qorxma və küyə qarşı dözümsüzlük kimi şikayətlərdə narahat edir. Miqren vaxtaşırı olaraq narahatlıq yaradan və başın yarı hissəsini əhatə edən baş ağrılarıdır. Miqren zamanıda ürəkbulanma qusma səs küyə qarşı dözümsüzlük və işıqdan qorxma kimi əlamətlər müşahidə olunur. Bəzi insanlarda müəyyən yaşdan sonra onurğa sütununun boyun hissəsində degenerativ dəyişikliklər baş verir. Bir çox hallarda məhz bu dəyişikliklər baş ağrılarının əsas səbəbi kimi görülür. Baş ağrılarının ən çox rast gəlinən səbəblərindən biri də arterial təzyiqin oynamasıdır. Arterial təzyiqin yüksəlməsi baş ağrılarının daha çox rast gəlinən hallarindandır. Təzyiqin azalması da baş ağrısı verə bilər. Tez tez təkrarlanan baş ağrıları zamanı mütləq həkimə müraciət etmək lazımdır. Özünüz nə tədbir görə bilərsiniz? Baş ağrıları zamanı təmiz havada gəzmək, alkoqol və siqaretin qəbulunu azaltmaq lazımdır. Gərgin baş ağrılarını sakitləşdirici gimnastika, gəzinti kimi tədbirlərlə götürülə bilər. Gərginlik baş ağrılarının əsas səbəblərindən biri də stress faktorudur. Stressin azaldılması vasitəsilə təkrarlanan baş ağrısından qurtulmaq olar. Müalicə olaraq Osteopatiya, proloterapiya, akupunktura, reabilitasiya və müasir fizioterapiya prosedurlarının rolu əvəzsizdir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Paylaşıldı: 20.11.2020

Qırmızı yastı dəmrov (Lichen ruber planus)

Qırmızı yastı dəmrov (Lichen ruber planus)

Qırmızı yastı dəmrov nədir?   Sadəcə dəri, dəri artımları (dırnaq, tük) və selikli qişaları zədələyən xroniki gedişli, iltihablı dəri xəstəliyidir.Psoriaz və seborik dermatitlər qədər olmasada dəri xəstəlikləri arasında geniş yayılmışdır.          Qırmızı yastı dəmrovun etiologiyası    Etiopatogenezi  tam öyrənilməsədə,müxtəlif antigenlərə qarşı yaranan toxuma immunitetinin verdiyi cavab reaksiyası kimi qiymətləndirlir. Epidermis qatına yönələn T-limfositlərlər bazal qatın degenarasiyasına səbəb olur. Çox zaman hepatit C və B xəstəliklərində eləcədə şəkər xəstələrinin bir çoxunda qırmızı yastı dəmrov xəstəliyi yanaşı müşahidəolunur. Bu hepatit xəstələrində zədələnən qaraciyər toxumasında yaranan antigenlərin dəridə bəzi antigenlərlə oxşar olmasından dolayı toxumaların verdiyi reaksiya ilə qiymətləndirilir.Çox az da olsa ailənin bir neçə fərdində müxtəlif dönəmlərdə rast gəlməsi müşahidə ouna bilər və bəzən də peyvəndlərdən sonra rast gəlinə bilər.                         Qırmızı yastı dəmrovun əlamətləri           Səpgilər əsasən lokal bir sahədə qruplaşmış və ya dağınıq da ola bilər. Səpgilərin özünəməxsusluğu yastı papulaların olması, ölçülərinin bir neçə mm dən 1 sm arasında dəyişməsi, dəridən bir az qabarıq,sərhədləri çox da kəskin olmayan,bənövşəyi rəngli, parlaq, iltihablı olmasıdır. Çox zaman papulalrın üzərində ağ və ya boz rəngli xaotik cizgilənmə (Uikxam cizgiləri) müşahidə olunur. Səpgilərin üzərini duru yağ ilə sildikdə və dermatoskopla baxdıqda bu cizgilənmə çox aydın görsənir. Qırmızı yastı dəmrov çox zaman şiddətli qaşınma ilə müşahidə olunur amma buna baxmayaraq dəridə ekskorasiya(dərinin cırılması,sıyrılması,qopardılmsı) rast gəlinmir.Xəstəlik 30-60 yaş arası daha çox rast gəlinir. Xəstələrin 5% i uşaqlardı.Qadınlarda rast gəlməsi kişilərdən biraz daha çoxdur.QYD (Qırmızı yastı dəmrov) - da papulların sayı ortalama 20-40 arası dəyişir amma buna baxmayaraq az hallarda olsada belə xəstəliyin bəzi formalarında bütün bədən papulalarla generalizə şəkildə örtülmüş ola bilər. QYD xəstəliyi zamanı ilk başlanğıclarda səpgilər bir neşə həftə ərzində arta bilir və bundan sonra uzun müddət dəyişiklik göstərmədən sadəcə qaşınma ilə yaxudda qaşınmasız lal bir dövr keçirir.Bəzən 1-2 il ərzində dəyişmədən qala bilər bu səpgilər və bu da insanlarda narahatçılıq yaradır. Səpgilərin ən çox sevdiyi bölgələr - əl  biləyinin iç səthi,baldırın aşağı-iç hissəsidir ama buna baxmayaraq bədənin istənilən nahiyəsində rast gələ bilər.Xəstəlik dərinin travmaya (sürtülən,əzilən və s) məruz qalan bölgələrində daha tez yaranır.Hətta diaqnoz qoymaq məqsədilə(çox da xarakterik olmasada) Köbner fenomenindən (dərinin müəyyən hissəsini küt bir alətlə zədələmək)istifadə edilir. Zədələnmiş nahiyədə xarakterik olaraq zədə nahiyəsi boyunca dəmrov papulalarının yaranmasını görmək olar.        Qırmızı yastı dəmrovun növləri Xəstəliyin müxtəlif formalarına rast gəlmək olar ki bunlar da növ kimi qiymətləndirilmir. Kəskin generalizə formada səpgilər bədənin çox hissəsini əhatə edir və çox zaman da şiddətli qaşınma ilə müşahidə olunur. Bəzən yalnız əl və ayaqların iş səthini tutan formalara rast gəlinir. Bu zaman daha çox əl və ayaqların iç səthində dərini çox kobud formada qalinlaşması, düyünlü və şiddətli qaşıntıların olması eləcə də müalicəyə çox çətin tabe olamsı görünür. Bundan başqa xəstəliyin özündən sonra dəridə kəskin fərq yaradan pigmentli formaları mövcuddur hansıki səpgilərin yayıldığı sahə boyunca tünd rəngdə, sağlam dəridən kəskin fərqlənən piqmentli bir sahə yaranır. Və bu ləkə uzun müddət solmaya bilər. Bir başqa forma dəmrov papulalarının müəyyən bir xətt üzrə düzülərək ( Zosteriform) , qruplaşmaya meyilli səpgilərin olmasıdır.Qırmızı yastı dəmrovun saçlı dərini tutan və dəridə iltihablı xəstəlik yaradaraq saçların tökülməsinə səbəb olan follikulyar forması da var və çox zaman tökülən saçların bərpası mümükün olmur. Çox az da olsa bu xəstəlik dırnaqları zədələyə bilir və dırnaqlarda xəstəliyin özünəməxsus zədələnməsi müşahidə olunur ki bu dırnaqların ortadan ikiyə bölünməsidir. Selikli qişaları zədələyən formalarda ən çox ağız boşluğunda ağ rəngli,sərt yapışqan,bəzən üzəri hiperkeratozla örtülü,dəridən biraz qabarıq səpgilər müşahidə olunur. Bu lezyonlar ağız boşluğunun hər yerində dildə, yanaqlarda,diş ətində rast gəlinə bilər. Eləcədə genital bölgələrin selikli qişasında dəmrov lezyonları yarana bilər və qadınlarda bu ancaq ginekoloji baxış zamanı ayırd edilir.Bulyoz formada isə dəridə xarakterik papulalarla yanaşı  içərisi maye ilə dolu qabarcıqların olması diqqət çəkir.      Qırmızı yastı dəmrovun diaqnozu           Diaqnoz əsasən kliniki göstəricilərə görə təyin olunur. Yuxarıda qeyd olunan əlamətlərin varlığı, həkimin düzgün yanaşması və başqa oxşar xəstəliklərlə düzgün differensasiya etməsi diaqnoz qoymağa imkan verirş Çox çətin hallarda biopsiya material götürülməsi və histopatoloqun xarakterik göstəriciləri qeyd etməsi ilə də diaqnozu qətiləşdirmək mümkündür.             Qırmızı yastı dəmrovun müalicəsi          Xəstəlik əsasən yerli təyin olunan steroid krem və məlhəmlərlə aparılır. Dirəncli formalarda daxilə təyin olunan steroid preparartlar və immunosupressor dərmanların təyinatı vacibdir. Eləcədə yanaşı xəstəliyin təyin olunması və paralel müalicənin aparılması çox qısa zamanda  uğurlu nəticənin alınmasına zəmin yaradır.   Xəstəliyin profilaktikası        Çox da önəmli bir məqamlar yoxdur sadəcə travmalardan uzaq durmaq və qıcıqlandırıcı qidalardan çox da istifadə etməmək məsləhət görülür. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Paylaşıldı: 20.11.2020

OSTEOPOROZUn müalicəsi

OSTEOPOROZ

Osteporoz - (Yunanca: osteo- sümük, poros - dəlikdeməkdir) skeletin metobolik xəstəliyi olub, sümüktoxumasının zədələnməsi, sümüklərin deformasiyası vəsınığı ilə nəticələnən xəstəlikdir. Osteoporoz çox genişyayılmış bir xəstəlik olub xüsusilə qadınlardamenopauza dövründən sonra daha çox rast gəlinir.Osteoporozun əsas fəsadı kiçik travmalar zamanı beləsınıqların yaranma təhlükəsinin olmasıdır. Osteoporozzamanı onurğanın sınığı ağır yük qaldırma və bədəninsirkələnməsi zamanı baş verə bilər. Dünyada yaşlıinsanların əlilliyinin və ölümünün əsas səbəblərindənbiri osteoporoz hesab olunur. 55-60 yaşdan yuxarıqadınlarda bud sümüyü boynunun sınıqlarınin əsassəbəbi osteoporoz göstərilir. 60 yaşına çatmayankişilərin 10% də Osteoporoz müşahidə olunur. 65 yaşından yuxarı kişilərdə isə risk qadınlardakıqədərdir. Osteoporoza və osteopeniyaya yol açan birsıra hallar vardır: -D vitamini çatışmamazlığı -Cinsi hormonların normadanaşağı olması -Bədən çəkisinin azalması -Kalsium mübadilə pozulması -Qalxanvariətraf vəzin xəstəlikləri -Siqaret və alkoqollu içkilərin qəbulu Osteoporoz necə aşkar olunur- sümük kütləsini heç bir narahatçılıq olmadan 15 dəqiqəlik müayinə edərək ölçmək mümkündür. Densitometriya üsulu ilə skeletin hansı sümüklərində ərimə baş verməsi daha aydın aşkar olunur.   Osteoporozun profilaktikası üçün nə etməli -Ca ilə zəngin olan pəhrizə riayət etmək, günəşli havalarda günəş vannası qəbul etmək, ağır yük qaldirmamaq,piyada gəzmək - Sümük mübadiləsinə təsir edən xəstəliklər müalicə olunmalıdır - Siqaret, alkoqol və bəzi dərmanlar (sümük sıxlığını azaldan) qəbul edilməsindən çəkinməli Osteoporozun erkən və düzgün müalicəsindən sonrayaxşılaşma və prosesin dayanmasına nail olmaq mümkündür. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Paylaşıldı: 25.10.2020

osteopatiya nədir

OSTEOPATİYA

Osteopatiya – əllər vasitəsilə xəstəliyin diaqnostika və müalicəsi aparılan tibbin bir bölməsidir. Osteopatiya ilə xəstəliyin səbəbi araşdırılaraq orqanizm bütünlükdə müalicə olunur.  Hələ 140 il əvvəl (1874-cü ildə) amerikalı həkim Endryu Teylor Stil intensiv araşdırmalardan sonra osteopatiyanın prinsiplərini müəyyənləşdirdi. O vaxtdan etibarən osteopatiya daima inkişaf edir.  Osteopatiya termini yunan mənşəli olub “sümük zədəsi” deməkdir. Ancaq bu metod digər anatomik strukturların da pozğunluğunu aradan qaldırır. Osteopatiyanın 4 əsas bölməsi var: kraniosakral, struktural, visseral və biodinamik osteopatiya. Bu bölmələr dayaq-hərəkət aparatı, kəllə, mərkəzi sinir sistemi və daxili orqanların işini tənzimləməyə yönəlib.  OSTEOPATİYA nədir? İnsan orqanizmi öz aralarında birbaşa və ya dolayı yolla əlaqəli olan çoxsaylı strukturlardan ibarətdir. Bu vacib əlaqə fassiya vasitəsilə yaradılır. Fassiya – hər bir strukturu əhatə edən nazik birləşdirici toxuma qatıdır. Nəticədə bunlar hamısı birlikdə orqanizmin böyük fassiyasını yaradır. Fassiyalar həm də öz aralarında heç bir funksional əlaqəsi olmayan strukturları da birləşdirir. Beləliklə, osteopatik nöqteyi nəzərdən, fassiyalar dəyişiklikləri ötürə bilər. Məhz buna görə də simptomlar hardasa başqa bir nahiyədə də üzə çıxa bilir.  OSTEOPATİYANIN prinsipi nədir? Osteopatiya orqanizmin özünübərpa və özünütənzimləmə prinsiplərinə əsaslanır. Xəstəliklər adətən orqanizmin özünütənzimləmə qabiliyyətinin pozulması nəticəsində yaranır. Osteopatik yolla orqanizmin özünübərpa qüvvəsi səfərbər olunur. Osteopatın məqsədyönlü şəkildə təsiri nəticəsində funksional pozğunluqlar və bloklar aradan qaldırılır. Məhz buna görə də osteopatik təbabət hər bir yaş üçün (hətta körpələr, hamilələr də daxil olmaqla) məqsədəuyğundur.  Bədənin hər bir hissəsinin, hər bir orqanın optimal fəaliyyət göstərməsi üçün kifayət qədər hərəkət azadlığı olmalıdır. Osteopatik müalicə vasitəsilə toxuma gərginliyi  aradan qaldırılır və nəticədə hərəkətlilik bərpa olunur. Osteopat hər zaman şikayətin səbəbini araşdırır və ayrı-ayrı simptomları müalicə etmir. Beləliklə, xəstəlik deyil, xəstəliyi provokasiya edən faktorlar, hərəki pozğunluqlar müalicə olunur.  OSTEOPATİYANIN tətbiq olunduğu sahələr Osteopatiya tibbin bir sıra sahələrində tətbiq olunur: fəqərəarası disk qabarması və yırtığı, lumbaqo, bağ, vətər, əzələ və sümük travması, qulaqda küy, miqren, artrozlar, skolioz, qamət pozğunluqları, yastıpəncəlik, orqanların sallanması və s.    OSTEOPATİYA vaxt tələb edir  Geniş anamnestik məlumat toplandıqdan sonra əllər vasitəsilə diaqnostika və müalicə aparılır. Müayinə zamanı osteopat palpasiya yolu ilə toxumaları qatbaqat əlləyir. Osteopat həkim öz dərin anatomik və fizioloji biliklərindən istifadə edərək daha dərin strukturları, məsələn, əzələlərı, fassiyaları, sümüklərı, sinirlərı, qan damarları və daxili orqanları hiss edir, hərəkət məhdudluğu və gərginliyi müəyyənləşdirir. Bu yolla fiziki disfunksiyaların aşkar olunması intensiv taktil məşqlər tələb edir.  Osteopatik müalicə 30-60 dəqiqə davam edir. Dəqiq kurs müalicə konkret xəstəlikdən asılıdır. Bəzən osteopatik müalicəyə cavab reaksiyası nisbətən gec yaranır. Ona görə də müəyyən xəstəliklərdə nəticə əldə etmək üçün bir neçə müalicə kursundan keçmək lazım olur. Hətta bəzən bir xəstəni eyni anda 2 osteopatın işləməsinə ehtiyac duyulur.    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Paylaşıldı: 25.10.2020

Boyun fəqərəarası disklərinin degenerativ xəstəliyi

Boyun fəqərəarası disklərinin degenerativ xəstəliyi

Boyun fəqərəarası disklərinin degenerativ xəstəliyi – boyun və qol ağrılarının ən geniş yayılmış səbəbidir. Bu patologiya fəqərələr arasında yerləşən və amortizasiya funksiyasını yerinə yetirən qığırdaq diskin zədələnməsi nəticəsində yaranır. Disklər necə degenerasiyaya uğrayır?  Normal halda 6 fəqərəarası disk mövcuddur. Bu disklər boyunda hərəkət zamanı fəqərə sümüklərinin bir-birinə sürtünməsinə mane olur və onurğaya düşən təzsyiqi paylaşdırır. Hər bir disk möhkəm fibroz həlqədən və daxilində mukoprotein gel olan pulpoz nüvədən ibarətdir. Pulpoz nüvə diskə amortizasiya xüsusiyyəti verir. Disklər insan yaşlaşdıqca və bəzi fiziki təsirlərdən hidratasiyasını (nəmliyini) itirir. Disk hidratasiyasını itirdikdən sonra onun amortizasiya funksiyası zəifləyir, diskin üzərində çatlar və yırtıq əmələ gəlir. Disk tam bərpa oluna bilmir, çünki onun birbaşa qan təchizatı yoxdur (disk qidalı maddələri qapayıcı qığırdaq lövhələrdən diffuziya yolu ilə alır). Boyun fəqərəarası disklərinin degenerativ xəstəliyinin səbəbləri Yaş faktoru Travma Risk faktorları:  Genetik meyllik Onurğa sütununa düşən yükün idman ilə artması Uzun müddətli oturaq iş rejimi və qamət pozğunluğu  Tütün   Boyun fəqərəarası disklərinin degenerativ xəstəliyinin əlamətləri Əlamətlər yüngül diskomfort vəziyyətindən tutmuş güclü ağrılara, qollarda keyimə və zəiflik hissinə qədər ola bilər.  Boyunda ağrı. Boyun rigidliyi saxlanılmaqla zəif ağrı – boyun fəqərəarası disklərinin degenerativ xəstəliyinin əsas simptomlarındandır. Amma, bəzi hallarda ağrı kəskinləşərək saatlarla və ya günlərlə davam edə bilər.  Nevralgiya (sinir ağrısı). Bu tip ağrı adətən kəskin olur və elektrik cərəyanı kimi çiyinlərdən əllərə və barmaqlara qədər yayılır. Adətən sinir ağrısı bir tərəfli xarakter daşıyır.  Əldə, biləkdə və ya barmaqlarda nevroloji əlamətlər. İynə batma hissi, keyimə və ya zəiflik hissi çiyinlərdən əllərə və ya barmaqlara qədər yayıla bilər.  Ağrı hərəkət zamanı güclənir. Adətən degenerativ disklə əlaqəli olan ağrı hərəkət zamanı artır, sakit vəziyyətdə isə azalır.  Degenerativ disklə əlaqəli olan ağrı adətən bir neçə həftədən aya qədər davam edir, özbaşına keçir. Ancaq digər simptomlar faset oynaqlar da degenerasiyaya uğradığından xroniki xarakter alır və müalicə tələb edir.  Fəqərəarası disk nə qədər güclü degenerasiyaya uğrayırsa onurğa kanalının daralma ehtimalı da bir o qədər çox olur. Əgər onurğa beyni sıxılmaqda davam edirsə, mielopatiya yaranır və aşağıdakı əlamətlər ortaya çıxır: Əllərdə və ya ayaqlarda hərəkət məhdudluğu Koordinasiya və müvazinət pozğunluğu Nəcis və sidik ifrazının pozulması Qollarda zəiflik və keyimə Boyun fəqərəarası disklərinin degenerativ xəstəliyinin diaqnostikası Xəstəlik tarixinin aydınlaşdırılması.  Ümumi müayinə. Boyun fəqərələrinin palpasiyası və boyun hərəkətlərinin diapazonu müəyyənləşdirilir. Nevroloji simptomlar, məsələn: qolda, əllərdə və ya biləkdə zəiflik aşkar olunduqda əlavə müayinələrə ehtiyac ola bilər. Maqnit rezonans tomoqrafiya (MRT) dəqiq diaqnozun qoyulmasında vacib müayinə üsuludur. Disklər degenerasiyaya uğradıqca onurğada fəqərələr arasında sahə daraldıqca, faset oynaqların normal hərəkəti pozulur və ya yarımçıxıq vəziyyət alınır. Nəticədə qığırdağın dağılması daha da artır və sümük çıxıntıları əmələ gəlir (düyünlər).     Boyun radikulopatiyası – çiyindən əllərə qədər yayılan ağrı, iynə batma hissi, keyimə və ya zəiflik hissi ilə müşayiət olunan haldır. Bir və ya bir neçə sinir kökcüyünün sıxılması nəticəsində yaranır. Mielopatiya getdikcə proqressivləşə bilər və müalicə olunmadıqda ətrafların iflici və orqanizmin funksiyalarının itməsi yarana bilər.    Boyun fəqərəarası disklərinin degenerativ xəstəliyinin müalicəsi Müalicə ağrının azaldılmasına və degenerasiyanın (yəni dağılma prosesinin) dayandırılmasına, onurğanın hərəkətinin bərpasına yönəldilir.  Müalicədə aşağıdakı prosedurlar tətbiq olunur:  Proloterapiya Nevral terapiya Homeosiniatriya Akupunktura Osteopatiya Fizioterapiya Reabilitasiya

Paylaşıldı: 12.10.2020

Streptokok və stafilokok infeksiyaları

Streptokok və stafilokok infeksiyaları

İmpetiqo (Sarı yara), Qara yara, Frunkul (Çiban), Karbunkul (Kor çiban) və s.                    İmpetigo nədir       Dərinin müxtəlif (streptokoklar,stafilokoklar) vasitəsilə zədələnməsi nəticəsində yaranan səthi dəri infeksiyalarıdır. Çox  rahatlıqla xəstə insanlardan başqalarına yoluxur. Əsasən üz və ətraflarda yerləşir. Az və ya çox sayda,şəffaf sudurcuqlar ağız ətrafında, burun dəlikləri kənarında,açıq sahələrdə yayılmaqla başlayır.                   İmpetiqonun etiologiyası               A qupu (bəzən B qrupu) beta-hemolitik streptokokların, Staphylococcus aureusun və başqa növlərin vacitəsilə yaranır. Bütün yaş qruplarında yarana bilər amma daha çox 2-6 yaş qrupları arasında yayılmışdır və çox yoluxucudur.  İmpetigonun əlamətləri             Bədənin açıq sahələrində Üzdə,yuxarı  və aşağı ətraflarda  içərisi şəffaf maye ilə dolu sudurcuqlar şəklində başlayır və çox qısa zamanda üzəri sar, bal rəngli krutlarla, qabıqla örtülür. Şəffaflıq tez bir zamanda bulannıqlaşaraq bəzən irinləməyə meyilli olur. İsti və nəmli şəraitdə eləcədə şəraitsiz,çirkli mühitlərdə çox sürətlə yayılmağa  meyillidir. Məktəb və bağça uşaqları arasında sürətlə yayıla bildiyindən,xəstə uşaqları izolə etmək və sağalana qədər başqalarından uzaq tutmaq lazımdır. Asimmetrik yerləşən bu səpgilər bulaşma yolu ilə daha geniş ərazini tuta bilir. Bəzən qaşınma  və yaxud yanma hissi kimi şikayətlər ola bilər. Xəstəlik həm yoluxucu olması yönündən həm də bəzi xəstələrdə qlomerulonefrit kimi ağırlaşma verməsi tərəfindən zəifə alınmamamlı və tez bir zamanda müalicə olunmalıdır. Bəzi formalrda (ektima,erizipel,sellulit,eritrazma və s) səpgilərin üzəri qabıqlanmaya yaxud irinləməyə bilər.Proseslərin çoxunda yaxınlıqda yerləşən limfa düyünləri böyuyər və ağrılı olar. Erizipel ya Sellulit anidən ortaya çıxar və çox qısa bir zamanda bəlirli bir ölçüyə çatar,canlı qırmızı rəngdə,parlaq,dəridən biraz qabarıq,yerli temperaturun qalxması ilə özünü biruzə verər. Follikulitlərdə səpgilər adından göründüyü kimi əsasən tük dibi ilə əlaqəli olur və çox zaman qızarıqlıq fonunda xırda irinciklərə rast gəlinir. Çox yayılmış formalarda ümumi halsızlıq,  temperatun az da olsa artması müşahidə olunur. Frunkul(çiban) dərinin istənilən nahiyəsində qızarıqlıq fonunda daha iri irinlərin yaranmasıdır və çox zaman ağrılarla müşahidə edilir.  Frunkul istər özü özündən istərsə də sıxdıqda içərisindən irin dolu möhtəviyyat çıxır. Karbunkul(Kor çiban) bir neçə furunkulun bir yerdə yaranması nəticısində və dah çox ağrılı olur.Bəzən daha çox irin axır hansıki,  bal pətəyindən bal axan formaya bənzəyir. Eritrazmalar ayaq barmaq arası nahiyədə,qoltuqaltında daha çox dərinin rənginin tündləşməsi və ətraf dəridən kəskin fərqlənmə ilə özünü göstərir və heç bir iltihab əlamətləri olmur.             İmpetigonun növləri                  Streptokok və stafilokokların eləcədə başqa törədicilərin yaratdığı infeksion xəstəliklər çox saydadır. Bunlardan: Sarı yaranı, Ektima, Erizipel, Sellulit, Limfangit, Nekrotizan fasit, Bulyoz impetigo, Stafilokoksik haşlanmış dəri, Follikulit, Frunkul, Karbunkul, Hordeolum (İt dirsəyi), Qara yara, Eritrazma, Psevdomonas infeksiyaları və başqalarını göstərmək olar. Hər bir xəstəliyin özünə məxsus gedişatı, klinikası və fərqli müalicə üsulları var.              İmpetigonun diaqnozu              Xəstəliyin diaqnozunda kliniki əlamətər (Qızarıqlıq, irinli yaralar, ağrı, limfa vəzilərin böyüməsi, xəstəliyə xas kliniki əlamətlər və s), yara nahiyəsindən götürülən yaxmanın əkilməsi, xəstəliyin davam etdiyi müddət, yanaşı xəstəliklərin olmasını dəqiqləşdirmək (məslən şəkər xəstələrində daha tez tez  frunkul olması və s) çox önəmlidir.                 İmpetiqonun müalicəsi                  Birinci növbədə xəstəliyin törədicini təyin etmək və laboratoriyada antibiotiklərə həssaslığın dəqiqləşdirilməsi vasitəsilə düzgün antibiotiklərin verilməsidir. Bundan əlavə yerli antiseptiklərin və eləcdə antibiotiklərin təyin olunması lazımdır. Xəstənin ümumi vəziyyətinə uygun olaraq iltihab əlehinə preparatlarından,müqaviməti artıran vasitələrdən istifadı etmək və yanaşı xəstəliyi müalicə etmək lazımdır.Bəzən antibiotiklərin çox təsir edə bilmədiyi proseslərdə cərrahi müdaxilə(irinin kəsilib çıxarılması və s) və stafilokok əlehinə zərdabların istifadə olunması lazım gəlir.           İmpetigonun profilaktikası                Xəstəlikdən qorunmaq üçün yaxud təkrar yoluxmamaq üçün diqqət etməsi gərəkən məsələlər var. Şəkər xəstələri özlərini travmalardan, infeksion ortamlardan qorumalıdır. Eləcədə ayaqda və dırnaqlarda göbələk və ya başqa xəstəliklər varsa ikincili infeksiya üçün açıq qapı var sayılır və  bu üzdən şəxsi gigiyenaya diqqət etmək, vaxtaşırı zədə olan nahiyələri antiseptiklərlə yumaq, təmiz corab geyinmək lazımdır. Qəssablarda daha çox yaranan Qara yara xəstəliyinin qarşıısını almaq üçün əlcəklərdən istifadə etmək və xəstə heyvanları kəsməmək məsləhət görülür. Travmatik yaranan follikulitlərin qarşısını almaq üçün mütlıq zədələnmiş yerləri təmiz su ilə yumaq təmiz sarğı qoymaq lazımdır.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Paylaşıldı: 30.09.2020

Bel fəqərəarası disklərinin degenerativ xəstəliyi

Bel fəqərəarası disklərinin degenerativ xəstəliyi

Fəqərələr arasında yerləşən diskin zədələnməsi ilə müşayiət olunan xəstəlikdir. Fəqərəarası disk – xüsusi lifli struktur olmaqla fəqərələr arasında əlaqə yaradaraq onurğa sütununa düşən təzyiqi azaldır və amortizasiya funksiyasını yerinə yetirir. Disklər elastik, amma eyni zamanda da möhkəmdir. Bunun sayəsində önə, arxaya və yanlara doğru əyilmə mümkün olur. Yaşla əlaqədar disklər getdikcə elastikliyini itirir və dağılır.  Fəqərəarası disk normal halda üç hissədən ibarətdir: Fibroz həlqə. Disk xaricdən konsentrik yerləşmiş kollagen liflərdən ibarətdir.  Pulpoz nüvə. Diskin daxili hissəsi su və zülaldan ibarət geləbənzər mayedən ibarətdir. Qapayıcı qığırdaq lövhələri. Fəqərə cismi ilə diski arasında qığırdaqdan ibarət lövhə yerləşir, bu disklə fəqərə cismini birləşdirir. Fəqərəarası disklərin qan təchizatı olmadığından ona qidalı maddələr və oksigen ancaq diffuziya yolu ilə daxil olur.  Diskin qapayıcı lövhəsi zədələndikdə, diskin qan təchizatı pozulur, nəticədə diskə qidalı maddələrin və oksigenin daxil olması zəifləyir. Stres və travma da prosesə qoşulduqda diskin degenerasiyası daha da sürətlənir, degenerativ kaskad yaranır. Degenerasiyaya uğramış diskin hidratasiyası (nəmliyi) azalır. Nəticədə disk elastikliyini itirir və xaricdən həlqə cırılır. Bir disk degenerasiyaya uğradıqda onurğa sütununun mexanikası dəyişir.  Bel fəqərəarası disklərinin degenerativ xəstəliyinin simptomları Adətən beldə mülayim, daimi, amma dözülən ağrı olur. Bu bəzən bir neçə gün ərzində kəskinləşə bilir. Ümumi əlamətlərə aşağıdakılar aiddir:  Beldə ağrı. Zədələnmiş disk nahiyəsində ağrı. Ağrı sağrı, qasıq və budun yuxarı hissəsinə yayılır.  Ağrıların periodik kəskinləşməsi. Beldə ağrı bir neçə gün və ya həftə ərzində kəskinləşə bilər. Diskdə degenerasiya prosesi getdikcə, ağrı daha da kəskinləşir.  Yerli həssaslıq. Degenerativ diski əhatə edən nahiyədə həssaslıq müşahidə oluna bilər. Yerli ağrı əzələ gərginliyi və iltihab ilə də bağlı ola bilrər.  Ayaqda ağrı. Əgər sinir kökcüyünün sıxılması varsa nevroloji simptomlar: keyimə, zəiflik və ya sağrı, bud nahiyəsində tutmaşəkilli ağrı müşahidə oluna bilər.  Adətən ağrı müəyyən hərəkətlər və müəyyən vəziyyət zamanı azalır: Oturma zamanı ağrı artır: uzun müddət oturduqda beldə ağrı hissi yaranır, ayağa qalxıb hərəkət etdikdən sonra ağrı azalır. Arxaya söykənmiş vəziyyətdə oturmaq və belin arxasına yastıq qoymaq ağrını azaldır.   Hərəkət zamanı və ya vəziyyəti dəyişdikdə ağrının azalır: Onurğanın vəziyyəti dəyişdikdə disklərə təzyiq azalır, əzələlərə və oynaqlara ötürülür.  Bel fəqərəarası disklərinin degenerativ xəstəliyinin səbəbləri Yaş faktoru Travma   Risk faktorları:  Genetik meyllik Onurğa sütununa düşən yükün idman, ağırlıq qaldırma və ağır fiziki işlə artması Uzun müddətli oturaq iş rejimi və qamət pozğunluğu  Onurğa sütunu ətraf əzələlərinin zəifliyi Piylənmə Tütün Bel fəqərəarası diklərinin degenerativ xəstəliyinin diaqnostikası  Xəstəlik tarixinin araşdırılması zamanı xəstənin şikayətləri, hansı müddətdir ağraması, ağrı ilə yanaşı digər simptomların (keyimə, iynə batma) olması, xəstəliyin yaranma səbəbi aydınlaşdırılır.  Müayinə vasitəsilə onurğa sütununda hərəkət diapazonuna baxılır. Palpasiya vasitəsilə ağrılı, iltihablaşmış nahiyələr müəyyənləşdirilir.  Maqnit rezonans tomoqrafiya (MRT) dəqiq diaqnozun qoyulmasında vacib müayinə üsuludur.  Bel fəqərəarası disklərinin degenerativ xəstəliyinin müalicəsi Müalicə ağrının azaldılmasına və degenerasiyanın (yəni dağılma prosesinin) dayandırılmasına, onurğanın hərəkətinin bərpasına yönəldilir.  Müalicədə aşağıdakı prosedurlar tətbiq olunur:  Proloterapiya Nevral terapiya Homeosiniatriya Akupunktura Osteopatiya Fizioterapiya Reabilitasiya  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 30.09.2020

KÖK HÜCEYRƏ NƏDİR?

KÖK HÜCEYRƏ NƏDİR?

Insan bədənində yer alan bütün orqan toxumalar hüceyrələrdən əmələ gəlir. Bəzi hüceyrələr özlərini yeniləyə bilir ve fərqli hüceyrə tiplərinə çevrilə bilirlər.  Kök hüceyrə olaraq adlandırılan bu hüceyrələr coxalmayan əzələ və sinir hüceyrələrindən fərqli olaraq bolunə bilir ve coxalirlar. Bir ömür boyu özünü yeniləmə xüsüsiyyətinə malik olan kök hüceyrə,digər hüceyrələrə cevrilirlər. Orqanizmin ehtiyacı olduğunda fərqliləşərək digər hüceyrələrin əmələ gəlməsini, yetkinləşməsini və çoxalmasını təmin edir. Ancaq yaş irəlilədikcə bədəndə rast gəlinən qan hüceyrəsinin miqdarı , digər hüceyrələrlə muqaisədə azalir. Yeni doğulan uşaqlarda hər 10 min hüceyrədən biri kök hüceyrə ikən, 65 yaşındakı bir insanda hər 1milyon huceyrədən yalnız biri kök hüceyrədir. Yaşın artması ilə əlaqədar olaraq kök hüceyrə miqdarının azalması səbəbi ilə zədələnən toxuma və orqanlar lazımi qədər bərpa olmur. Buna görə kök hüceyrə ilə müalicə ölümlə nəticələnən bir çox xəstəliklərin , bəzi xərçəng növlərinin və anadangəlmə qan xəstəliklərinin, oynaqların degenerativ xəstəliklərinin ve s.müalicəsində olduqca vacibdir. Insan bədənində, onun sağlam yaşamağı üçün fərqli vəzifəyə sahib olan hüceyrə tipləri mövcuddur. Kök hüceyrələr isə orqanizmdə bütün toxuma və orqanları əmələ gətirən hüceyrələrdir. Orqanizmdə yer alan bütün hüceyrələrə çevrilə bilən və ana hüceyrə kimi tanınan kök hüceyrələr, bədəndə ehtiyac olan hər bölgədə yer alır. Ana hüceyrələr zədələnmiş bütün toxuma və orqanların yenilənməsində rol oynayır. Bölünə bilən quruluşları sayəsində, eyni növdən kök hüceyrələrin əmələ gəlməsində də rol oynayarkən eyni zamanda əzələ ya da qan hüceyrələrinə çevrilə  bilirlər. Cox fərqli növə malik olan kök hüceyrələr, insan hələ ana bətnində olarkən formalaşmanın ilk mərhələlərində vacib rol oynayaraq, organ ve toxumaların  əmələ gəlməsini təmin edir. Embrionik kök hüceyrə olaraq tanınan  bu hüceyrələrdən fərqli olaraq insan bədənində somatik hüceyrələr yer alır. Texnologiyanın və tibb elminin inkişafı nəticəsində son zamanlarda piy toxumasindan  ve ya sümük iliyindən alınan kök hücəyrələrin, bir başqa insana nəqli sayəsində çox fərqli xəstəlik növü müalicə edilir.   Kök hüceyrə növləri 3 növ kök hüceyrə vardır: Totipotent, Multipotent, Pluripotent. Totipotent hüceyrələr Bir hüceyrənin totipotent olması bütün orqanizmin orqan və toxumalarına çevrilə bilməsi kimi basa düşür . Bu hüceyrələr plasenta və amnion kasası kimi embrion xarici toxumalara da çevrilmə qabiliyyətinə malikdir. Totipotent hüceyrələr inkişafın növbəti mərhələlərində pluripotent hüceyrələrə çevrilə bilirlər. Totipotent hüceyrələr embrionun ən erkən mərhələsindəki kök hüceyrələrdir. Multipotent hüceyrələr Multipotent hüceyrələr inkişafın növbəti mərhələsinə aid hüceyrələrdir və özəlləşmiş hüceyrə tiplərinə çevrilə bilirlər. Məsələn: multipotent bir qan hüceyrəsi digər özəlləşmiş qan hüceyrəsinə çevrilə bilmək qabiliyyətinə malikdir. Pluripotent hüceyrələr totipotent hüceyrələr kimi bədənin bütün hüceyrələrinə çevrilməzlər. Pluripotent bir hüceyrə orqanizmin bir çox hüceyrəsinə çevrilə bilən bir yetenekdir. Pluripotent hüceyrələr embrionun blastokist mərhələsindən etibarən və fetusdan tapıla bilən hüceyrələrdir. Kök hüceyrələrə harada rast gəlinir Yetkin kök hüceyrələr: Yetkin kök hüceyrələri orqanizmdə bir çox toxuma və organda mövcuddurlar və mövcud olduqları nahiyyədəki hüceyrələrin zədələnməsi zamanı çoxalaraq zədələnmiş hissənin yenilənməsini təmin edir. Göbək ciyəsindən əldə edilən kök hüceyrələr: göbək ciyəsi qanı kök hüceyrələri hamiləlik dövründə dölü anaya bağlayan umblikal ciyədən əldə edilirlər. Bu hüceyrələr, nə qədər erkən dövrdə əldə edilmiş olsalar da yetkin hüceyrə sinfinə aiddir və fərqli toxuma və hüceyrə əmələ gətirmə xüsusiyyətləri məhduddur. Embrionik kök hüceyrələr Embrionik kök hüceyrələr erkən inkişaf dövründə blastosist mərhələsinə çatmış embriolardan əldə edilir. Bu mərhələdəki bir embrio iki fərqli hüceyrə tipindən əmələ gəlir. Yetkin kök hüceyrələrinin iki vacib xüsusiyyətləri vardır 1 ci, özlərini uzun müddət kopyalama xüsusiyyəti,2 ci isə xüsusi bir funksiyası  və morfologiyası olan spesifik bir hüceyrəyə çevrilmə qabiliyyəti. Bu hüceyrələr, plasenta olaraq adlandırdığımız dölü bəsləyən orqandan, göbək ciyəsindən və yetkin insanların bədənlərindən əldə edilə bilir. Yetkin kök hüceyrə tipləri Sinir sistemindəki yetkin tip kök hüceyrə: Elm adamları fetus və yetkin beynində rast gəlinən kök hüceyrələrin bölünərək yeni kök hüceyrələr əmələ gətirdiyini və ya neyroblastlara çevrildiyini təhmin edirlər. Neyroblastlar  bölünərək sinir hüceyrələrinə çevrilir. Sümük iliyindəki kök hüceyrələr Sümük iliyində 2 cür kök hüceyrə vardır. 1.Sümük iliyi hemotopoetik kök hüceyrə 2.Sümük iliyi stromal kök hüceyrə Hemotopoetik kök hüceyrələr bədəndəki bütün qan hüceyrələrini əmələ gətirmək vəzifəsini daşıyırlar. Stromal hüceyrələr isə sümük , qığırdaq, yağ, fibroz toxuma əmələ gətirirlər. Endotel Progenitor hüceyrələr Endotel hüceyrələr bütün bədəndəki damar divarlarının iç qismini təşkil edən hüceyrələrdir. Embrionik və yetkinlərdə spesifik endotel kök hüceyrələrini təsbit etmək çətindir. Eninəzolaqlı əzələ kök hüceyrələri: Eninəzolaqlı əzələ kök hüceyrələrinə stellit hüceyrələr (köməkçi hüceyrələr) deyilir. Satellit hüceyrələr muscle growth hormon(əzələ böyümə hormonu) ifraz edirlər və normalda bölünməyən hüceyrələr olmalarına baxmayaraq zədələnmə və ağır məşqlərdən sonra çoxala bilirlər. Dəridə və həzm sistemində epitel hüceyrə prekürsörleri( öncül hüceyrələr) Bədəndə differensasiya olmuş hüceyrələrin 60 % ni əmələ gətirən epitel hüceyrələr bədənin daxili və xarici qatını təşkil edirlər. Bu hüceyrələr daimi yenilənirlər. Məsələn: nazik bağırsağın epitelini yeniləyən hüceyrələr bağırsaq kasacıqlarında, dərin invaginasiyalarda rast gəlinir və bağırsaq epitel hüceyrələrini yeniləyirlər. Bu kasacıq hüceyrələri kök hüceyrə olaraq sinifləndirilirlər. Məməlilərin dərisində 3 növ epitel hüceyrəsi vardır: epidermal hüceyrələr, saç follikul hüceyrələr, vəz hüceyrələri. Bunların xaricində dəridə, epidermisin bazal təbəqəsində kök hüceyrələr vardır. Bu kök hüceyrələr bazal təbəqədə çoxalırlar və üst təbəqəyə doğru çıxdıqca dəyişirlər. Pankreas və qaraciyərdəki kök hüceyrələr Yetkin məməlilərdə pankreas və qaraciyər, kök hüceyrələr tərəfindən yenilənəbilən dəyişik tipdə  diferensasiya olan hüceyrələr təşkil edir. Pankreasda endokrin hüceyrələr (hormon ifraz edən) Langerhans adacıqlarında movcuddurlar. Burada insulin ifraz edən beta hüceyrələri, glukaqon ifraz edən alfa hüceyrələri, somatostatin və pankreatik polipeptid ifraz edən hüceyrələr movcuddur. Yetkin insanın pankreasında kök hüceyrələrin pankreatik kanalda və ya adacığın özündə rast gəlindiyi düşünülməkdədir. Cift qanı son olaraq, 1980 ci illərin əvvəllərində , yeni doğulan uşaqların cift qanında da kök hüceyrələrin bol miqdarda movcud olduğu və bu hüceyrələrin müalicədə istifadə oluna biləcəyi fikri ortaya qoyulmuşdur. Əldə edilən cift qanı müəyyən şərtlər altında toplanıb dondurularaq saxlanılıb, daha sonra lazım olduğunda həll edilərək istifadə olunmakdadır. İlk olaraq Dr. David Harris, 1992 ci ildə oğlunun cift qanını öz laboratoriyasında donduraraq saxladı. Daha sonra bu tetbiqi ictimailəşdirərək 1994 cü ildə dünyadakı ilk Cift Qanı Bankı ABŞ da quruldu. Bu kök hüceyrə ilə təmin etmək və depolama baxımından ən asan və ucuz vasitədir. Tarixdə ilk olaraq sümük iliyindən əməliyyatla alınan kök hüceyrələr leykemiyanın  müalicəsində istifadə olunmuşdur. Bu metod hələ də  cərrahi şərtlər altında əməliyyatxanada tətbiq olunmaqdadır.   Kök hüceyrəsi vasitəsi ilə müalicə olunan xəstəliklər Sümük qığırdaq xəstəlikləri Xərçəng xəstəlikləri İmmunitet zəifliyi Sümük iliyi xəstəlikləri İrsi qan xəstəlikləri Metobolik pozulmalar Bəzi xəstəliklər üzərində isə çalışmalar davam etməkdədir. Limfomalar(limfa vəzi xərçəngi), leykemiyalar Süd vəzi xərçənci Beyin şişləri Ewing Sarkoma Yumurtalıq xərçəngi  Anemiyalar İmmun çatışmazlıq Autoimmun xəstəliklər Ürək xəstəlikləri Əzələ distrofiyası Nevroloji pozulmalar  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 30.09.2020

Spinner