Qırmızı yastı dəmrov (Lichen ruber planus)

Qırmızı yastı dəmrov (Lichen ruber planus)

2119
Müəllif: Dermatoveneroloq Şövgü Salahov, 055 557-79-29

Paylaşıldı: 20.11.2020
Şövgü Salahov

Qırmızı yastı dəmrov nədir?
 
Sadəcə dəri, dəri artımları (dırnaq, tük) və selikli qişaları zədələyən xroniki gedişli, iltihablı dəri xəstəliyidir.Psoriaz və seborik dermatitlər qədər olmasada dəri xəstəlikləri arasında geniş yayılmışdır.         

Qırmızı yastı dəmrovun etiologiyası 
 
Etiopatogenezi  tam öyrənilməsədə,müxtəlif antigenlərə qarşı yaranan toxuma immunitetinin verdiyi cavab reaksiyası kimi qiymətləndirlir. Epidermis qatına yönələn T-limfositlərlər bazal qatın degenarasiyasına səbəb olur. Çox zaman hepatit C və B xəstəliklərində eləcədə şəkər xəstələrinin bir çoxunda qırmızı yastı dəmrov xəstəliyi yanaşı müşahidəolunur. Bu hepatit xəstələrində zədələnən qaraciyər toxumasında yaranan antigenlərin dəridə bəzi antigenlərlə oxşar olmasından dolayı toxumaların verdiyi reaksiya ilə qiymətləndirilir.Çox az da olsa ailənin bir neçə fərdində müxtəlif dönəmlərdə rast gəlməsi müşahidə ouna bilər və bəzən də peyvəndlərdən sonra rast gəlinə bilər.                        
Qırmızı yastı dəmrovun əlamətləri
         
Səpgilər əsasən lokal bir sahədə qruplaşmış və ya dağınıq da ola bilər. Səpgilərin özünəməxsusluğu yastı papulaların olması, ölçülərinin bir neçə mm dən 1 sm arasında dəyişməsi, dəridən bir az qabarıq,sərhədləri çox da kəskin olmayan,bənövşəyi rəngli, parlaq, iltihablı olmasıdır. Çox zaman papulalrın üzərində ağ və ya boz rəngli xaotik cizgilənmə (Uikxam cizgiləri) müşahidə olunur. Səpgilərin üzərini duru yağ ilə sildikdə və dermatoskopla baxdıqda bu cizgilənmə çox aydın görsənir. Qırmızı yastı dəmrov çox zaman şiddətli qaşınma ilə müşahidə olunur amma buna baxmayaraq dəridə ekskorasiya(dərinin cırılması,sıyrılması,qopardılmsı) rast gəlinmir.Xəstəlik 30-60 yaş arası daha çox rast gəlinir. Xəstələrin 5% i uşaqlardı.Qadınlarda rast gəlməsi kişilərdən biraz daha çoxdur.QYD (Qırmızı yastı dəmrov) - da papulların sayı ortalama 20-40 arası dəyişir amma buna baxmayaraq az hallarda olsada belə xəstəliyin bəzi formalarında bütün bədən papulalarla generalizə şəkildə örtülmüş ola bilər. QYD xəstəliyi zamanı ilk başlanğıclarda səpgilər bir neşə həftə ərzində arta bilir və bundan sonra uzun müddət dəyişiklik göstərmədən sadəcə qaşınma ilə yaxudda qaşınmasız lal bir dövr keçirir.Bəzən 1-2 il ərzində dəyişmədən qala bilər bu səpgilər və bu da insanlarda narahatçılıq yaradır. Səpgilərin ən çox sevdiyi bölgələr - əl  biləyinin iç səthi,baldırın aşağı-iç hissəsidir ama buna baxmayaraq bədənin istənilən nahiyəsində rast gələ bilər.Xəstəlik dərinin travmaya (sürtülən,əzilən və s) məruz qalan bölgələrində daha tez yaranır.Hətta diaqnoz qoymaq məqsədilə(çox da xarakterik olmasada) Köbner fenomenindən (dərinin müəyyən hissəsini küt bir alətlə zədələmək)istifadə edilir. Zədələnmiş nahiyədə xarakterik olaraq zədə nahiyəsi boyunca dəmrov papulalarının yaranmasını görmək olar.       
Qırmızı yastı dəmrovun növləri

Xəstəliyin müxtəlif formalarına rast gəlmək olar ki bunlar da növ kimi qiymətləndirilmir. Kəskin generalizə formada səpgilər bədənin çox hissəsini əhatə edir və çox zaman da şiddətli qaşınma ilə müşahidə olunur. Bəzən yalnız əl və ayaqların iş səthini tutan formalara rast gəlinir. Bu zaman daha çox əl və ayaqların iç səthində dərini çox kobud formada qalinlaşması, düyünlü və şiddətli qaşıntıların olması eləcə də müalicəyə çox çətin tabe olamsı görünür. Bundan başqa xəstəliyin özündən sonra dəridə kəskin fərq yaradan pigmentli formaları mövcuddur hansıki səpgilərin yayıldığı sahə boyunca tünd rəngdə, sağlam dəridən kəskin fərqlənən piqmentli bir sahə yaranır. Və bu ləkə uzun müddət solmaya bilər. Bir başqa forma dəmrov papulalarının müəyyən bir xətt üzrə düzülərək ( Zosteriform) , qruplaşmaya meyilli səpgilərin olmasıdır.Qırmızı yastı dəmrovun saçlı dərini tutan və dəridə iltihablı xəstəlik yaradaraq saçların tökülməsinə səbəb olan follikulyar forması da var və çox zaman tökülən saçların bərpası mümükün olmur. Çox az da olsa bu xəstəlik dırnaqları zədələyə bilir və dırnaqlarda xəstəliyin özünəməxsus zədələnməsi müşahidə olunur ki bu dırnaqların ortadan ikiyə bölünməsidir. Selikli qişaları zədələyən formalarda ən çox ağız boşluğunda ağ rəngli,sərt yapışqan,bəzən üzəri hiperkeratozla örtülü,dəridən biraz qabarıq səpgilər müşahidə olunur. Bu lezyonlar ağız boşluğunun hər yerində dildə, yanaqlarda,diş ətində rast gəlinə bilər. Eləcədə genital bölgələrin selikli qişasında dəmrov lezyonları yarana bilər və qadınlarda bu ancaq ginekoloji baxış zamanı ayırd edilir.Bulyoz formada isə dəridə xarakterik papulalarla yanaşı  içərisi maye ilə dolu qabarcıqların olması diqqət çəkir.     

Qırmızı yastı dəmrovun diaqnozu
         
Diaqnoz əsasən kliniki göstəricilərə görə təyin olunur. Yuxarıda qeyd olunan əlamətlərin varlığı, həkimin düzgün yanaşması və başqa oxşar xəstəliklərlə düzgün differensasiya etməsi diaqnoz qoymağa imkan verirş Çox çətin hallarda biopsiya material götürülməsi və histopatoloqun xarakterik göstəriciləri qeyd etməsi ilə də diaqnozu qətiləşdirmək mümkündür.    
       
Qırmızı yastı dəmrovun müalicəsi         

Xəstəlik əsasən yerli təyin olunan steroid krem və məlhəmlərlə aparılır. Dirəncli formalarda daxilə təyin olunan steroid preparartlar və immunosupressor dərmanların təyinatı vacibdir. Eləcədə yanaşı xəstəliyin təyin olunması və paralel müalicənin aparılması çox qısa zamanda  uğurlu nəticənin alınmasına zəmin yaradır.  

Xəstəliyin profilaktikası       

Çox da önəmli bir məqamlar yoxdur sadəcə travmalardan uzaq durmaq və qıcıqlandırıcı qidalardan çox da istifadə etməmək məsləhət görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az