OSTEOARTROZ

OSTEOARTROZ

Osteoartroz (deformasiyaedici  artroz, el arasinda  duzlaşma) oynaqların degenerativ-distrofik xarakterli xroniki xəstəliyidir, bu zaman oynaq qığırdağının, sümüyün deformasiyası və oynaq kapsulunun dağılması baş verir. Qeyd etmək lazımdır ki, artroz fərqli mənşəli və oxşar inkişaf mexanizmləri olan birgə xəstəliklərin bütöv bir qrupudur. Osteoartrozun növləri: -diz oynağının  deformasiyaedici  artrozu (gonartroz), -bud-çanaq oynağının  deformasiyaedici artrozu (koksartroz), - çiyin oynağının artrozu Bunlar artrozun ən ağır növləridir. Bundan başqa osteoartrozun digər növləri də var: Əl və ayaq oynaqlarının artrozu; Çənə- gicgah oynağının artrozu; Aşıq- daban oynağının artrozu; Faset oynaqlarının artrozu. Qonartrozun səbəbləri Artroz ümumiyyətlə birincili və ikincili olaraq iki növə ayrılır; Birincili (idiopatik); Birincili (idiopatik) artrozun  yaranma səbəbi məlum deyil. Amma genetik faktor,endokrin pozulma, artıq çəki, düzgün omayan həyat tərzi, yaşın faktoru səbəb kimi göstərilir. Yaşlı insanlarda daha çox müşahidə olunur. Gənclərdə ikincili artroz yaşlılarla müqayisədə daha çox rast gəlinir. İkincili; İkincili artroz, bədənin digər patoloji prosesləri nəticəsində: keçirilmiş infeksion xəstəliklər zamanı, birləşdirici toxumanın sistem xəstəlikləri (revmatoid artit və s.),və ya bəzi xarici təsirlərlə əlaqədar oynaq səthlərin zədələnməsi və travmatik təsir  ilə baş verir. Qadınlarda bu xəstəlik menopauzadan sonra daha da ağırlaşır. Qonartrozun əlamətləri Qonartrozdan əziyyət çəkən xəstələri ən çox oynaq nahiyəsində hərəkət zamanı olan ağrılar və xırtıltı səsləri narahat edir. Ilkin mərhələdə hərəkət zamanı ağrılar artır, istirahət zamanı isə ağrılar azalır. Proses dərinləşdikcə artıq istirahət zamanı belə, ağrılar olur.  Qonartrozun dərəcələri: Qonartrozun 4 dərəcəsi var: Qonartrozun I dərəcəsi - xəstəlik normal hərəkətə mane olmur, amma onu çətinləşdirir. II dərəcəli qonartroz - xəstəlik normal hərərkətə  mane olur. Qonartrozun lll dərəcəsi – qabarıq hərəkət məhdudluğu.  Qonartozun IV dərəcəsi - əlillik. Xəstəliyin başlanğıc mərhələsində oynaqda səhər, istirahətdən sonra, hərəkətə başladıqdan bir müddət sonra tədricən yox olan hərəkət çətinliyi qeyd olunur. Artroz dərinləşdikcə ağrı daha da çoxalır, kəskinləşir. 3-cü və 4-cü dərəcəli artroz  xəstəliyin ağır, inkişaf etmiş mərhələsidir. Bu mərhələdə müşahidə olunur: -əhəmiyyətli dərəcədə deformasiya olunmuş oynaq; -hərəkətlərin kəskin məhdudlaşması; - yalnız hərəkət edərkən deyil, həm də tam istirahət vəziyyətində kəskin ağrı olur; - oynaq iltihabı; -hava dəyişikliklərinə qarşı həssaslıq; -diz ətrafındakı əzələlər spastik və atrofiyalıdır;   Artroz 4 dərəcə: Oynağın tamamilə dağılmış vəziyyətidir, oynaq tamamilə fəaliyyətini dayandırır. "Oynağın blokadası" müşahidə olunur - kəskin ağrı sindromu ilə müşahidə olunur. Artrozun diaqnostikası: -Rentgenoqrafiya -MRT -Laborator müayinələr Artrozun müalicəsi: -Homeosiniatriya -Proloterapiya -Akupunktura -PRP terapiya -Kök hüceyrə ilə müalicə -Osteopatiya -Fizioterapiya və reabilitasiya -Oynaqdaxili inyeksiyalar -Cərrahi müdaxilə Qonartrozun profilaktikası Qonartrozun qarşısının alınması üçün gündəlik kalorini aşmamaq şərti ilə düzgün qidalanmaq və mütəmadi bədən tərbəyəsi ilə məşğul olmaq lazımdır. Ağır idman növləri ilə məşğul olduqda təhlükəsizlik tədbirlərindən(qoruyucu vasitələrdən, yastıqlardan, fiksatorlardan və s.) istifadə etmək lazımdır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 24.06.2020

İmmunitet və osteopatiya

İmmunitet və osteopatiya

İmmunitet – bizim orqanizmin təhlükəsizlik sistemidir. Bu, virusların, parazitlərin, allergenlərin insan sağlamlığına təhlükə törətdiyi zaman aktivləşən qoruyucu mexanizmlər toplusudur. İnsan orqanizmi xarici cisimlərin növünü müstəqil olaraq müəyyənləşdirə və özünü ondan qorumağa qadirdir. İmmunitet anadangəlmə və qazanılmış olur. İmmun sisteminin mərkəzi və periferik orqanları ayırd edilir.     Mərkəzi orqanlara aiddir: Qırmızı sümük iliyi Timus      Periferik orqanlara aiddir: Dalaq; Limfa düyünləri;  Lokal - assosiasiya olunmuş limfoid toxuma, (bronxla əlaqəli, dəri ilə əlaqəli, bağırsaqla əlaqəli Peyer düyünləri)   İmmunitet zəifləməsinin risk faktorları 1. Qeyri-sağlam həyat tərzi; qeyri-kafi və balanssız qidalanma; ağır fiziki yüklənmə və ya oturaq həyat tərzi; sistematik sinir gərginliyi, yuxu pozulması; ətraf mühitin toksiki amilləri; (nikotin, alkoqol, narkotik, pis ekologiya)   2. Xroniki xəstəliklər, əməliyyatlar və ya xəsarətlər   qan xəstəlikləri; həzm sistemi xəstəlikləri; böyrək xəstəliyi; uzunmüddətli dərman qəbulu xroniki yoluxucu xəstəliklər; immun çatışmazlığı vəziyyətləri.   İmmunitet zəifləməsinin əlamətləri   Xəstəliyin ağırlığının və müddətinin artması; Gec sağalan kiçik yara və cızıqların olması; Dırnaq, dəri və selikli qişaların göbələk infeksiyası, çox sayda papillomanın yaranması; Dərinin və onun törəmələrinin keyfiyyətinin pisləşməsi; Allergik xəstəliklər; Ağır yoluxucu xəstəliklərin olması; Tez yorulma, halsızlıq Asteno - depressiv vəziyyətlər.   Pozulmaların formalaşması prosesində immun sisteminin fəaliyyətində baş verənlər: -immun sisteminin hər hansı bir orqanının (dalaq, limfa düyünü) alt toxumalara fiksasiya olunması və yapışması səbəbindən hərəkətliliyinin pozulması  -qan dövranının pozulması, oksigen çatışmazlığı vəziyyəti və sonrakı funksiya pozulması; -toxumanın nevral təchizatının pozulması, qrafiklərinin trofikanın ? pozulması, hüceyrələrin funksional fəaliyyətinin azalması. Bir çox hallarda bu üç mexanizmin hamısı eyni vaxtda rast gəlinir və yalnız  mütəxəssisin öhdəsindən gələ biləcəyi  qüsurlu dövran yaradır. Həkim - osteopat somatik disfunksiyanı aşkar edir. Korreksiya nəticəsində toxuma hərəkətliliyi yaxşılaşır, qan axını bərpa olunur və həyati proseslərin neyroendokrin tənzimlənməsi normallaşdırılır. Osteopatik korreksiya üsulları ağrısızdır, xəstələr tərəfindən asanlıqla qəbul olunur və elmi əsaslandırmaya malikdir; tamamilə təhlükəsiz və yüksək effektivdir. Ümumi tövsiyələr sadə və universaldır: 1.Balanslı qidalanın 2.Kifayət qədər təmizlənmiş içməli su istifadə edin 3.Müntəzəm fiziki yüklənmə 4.Xroniki infeksiya ocaqlarının sanasiyası (müalicəsi) 5.Pozitiv düşünün, təmkinli olun 6.Özünüzə qayğı göstərin 7.Vaxtaşırı osteopatdan müalicə alın.   Sağlam olun! © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 16.06.2020

Endokrin sonsuzluğun müalicəsi

Endokrin sonsuzluğun müalicəsi

Sonsuzluq nədir?  Dünya Səhiyyə Təşkilatının verdiyi tərifə görə, heç bir kontraseptiv vasitədən istifadə etməyən seksual aktiv cütlük bir il ərzində hamiləlik əldə edə bilmirsə, buna sonsuzluq deyilir. Sonsuzluğun yaranma səbəbləri müxtəlifdir. Buraya hər iki tərəfin cinsiyyət sistemində yaranan problemləri, psixogen və yaş faktorlarını, eləcə də endokrin sistemdə yaranan patologiyaları misal göstərmək olar. Bu məqalədə söhbət endokrin mənşəli sonsuzluqdan gedəcək.    Qadınlarda endokrin sonsuzluq Qadın hormonal pozuntular fonunda hamilə qala bilmirsə, buna endokrin sonsuzluq deyirlər. Səbəblər müxtəlif ola bilər - qalxanabənzər, hipofiz, böyrəküstü vəzilərdə, həmçinin yumurtalıqda patologiyalar və s. Demək olar ki, bütün hallarda endokrin sonsuzluq qeyri-müntəzəm ovulyasiyanın nəticəsi kimi ortaya çıxır. Əksər hallarda, mütəxəssisə vaxtında müraciət olunarsa, endokrinoloji xəstəlik hormonal terapiya vasitəsilə aradan qalxır və qadın təbii üsulla hamilə qala bilir.       Qadınlarda endokrin sonsuzluğun yaranma səbəbləri Sonsuzluğa gətirib çıxaran hormonal pozuntuların yaranmasına bir çox faktorlar təkan verə bilər: - Yumurtalıq funksiyalarının pozulması Onların içərisində ən geniş yayılmışı - yumurtalıqların polikistozu nəticəsində yaranan lütein fazasının çatışmazlığı və hiperandrogeniyadır. Lütein fazasının çatışmazlığı zamanı yumurta hüceyrənin çıxışından sonra yumurtalığın follikulunda əmələ gələn sarı cisim kifayət qədər cinsi hormon (estrogen və progesteron) ifraz etmir. Tez-tez rast gəlinən daha bir problem - sarı cismin follikul üzərində yumurta hüceyrənin çıxmasından əvvəl əmələ gəlməsidir. Belə olan halda, yumurtalıqlar kişi hormonu olan androgeni normadan artıq ifraz edir. Buna isə səbəb - polikistozdur. Bir qayda olaraq, androgen səviyyəsinin yüksəlməsi böyrəküstü vəzilərdə patologiyaların olmasından da xəbər verir; - Qalxanabənzər vəzi xəstəlikləri Menstrual tsiklin pozulması çox vaxt hipotireozun nəticəsi kimi də ortaya çıxır. Hipotireoz zamanı qalxanabənzər vəzi hormonlarının səviyyəsi aşağı düşür. Xəstəlik özünü təkcə tsiklin pozulması kimi büruzə vermir. Bundan başqa, qadının çəkisində oynamalar müşahidə edilir, iştaha pozulur, səhərlər ödemlər müşahidə olunur.  Hipotireoz, adətən, qidada yod çatışmazlığı səbəbindən yaranır və yod tərkibli preparatlar vasitəsilə aradan qalxır.  - Hipotalamo-hipofizar diskfunksiya Hipofiz hormonları və prolaktin ifrazının infeksion xəstəlikləri, baş-beyin travmaları və s. səbəblərdən azalması;  - Genetik xəstəliklər;  - Erkən menopauza; - Stress və depressiv vəziyyətlər.  Endokrin sonsuzluğun müalicəsinə bunun dəqiq səbəbləri müəyyənləşdirildikdən sonra başlanır. Əksər hallarda medikamentoz müalicə kifayət etsə də, bəzən cərrahi müdaxiləyə (yumurtalıqların polikistozu) ehtiyac yaranır. Sonsuzluğa səbəb lütein fazasının çatışmazlığı olarsa, əvəzləyici hormonal terapiya aparılır, problem follikulun yetişməməsi ilə əlaqədar olduqda isə ovulyasiyanın hormonal stimulyasiyası tətbiq edilir.  Çox vaxt düzgün diaqnostika və müalicə zamanı həkimlər ovulyasiyanı bərpa edirlər, bu isə təbii üsulla və ya ekstrakorporal mayalanma vasitəsilə hamilə qalmağa şərait yaradır.    Kişilərdə endokrin sonsuzluq  Kişilərdə endokrin pozuntular həm anadangəlmə, həm də qazanılmış ola bilər. Kişi cinsiyyət sisteminin ana bətnində düzgün inkişaf etməməsi hormonal disfunksiyalara gətirib çıxara bilir. Endokrin sonsuzluğa, həmçinin cinsi inkişaf pozuntuları, travmalar və bəzi xaya xəstəlikləri də təkan verə bilər.   Kişi cinsiyyət hormonların azalması vəziyyəti - hipoqonadizm adlanır. Hipoqonadizm xayaların irsi və qazanılmış anomaliyaları nəticəsində yaranır. Bu cür vəziyyət, eləcə də bəzi infeksion xəstəliklər, məsələn, parotit, tulyaremiya, brüsellyoz səbəbdən ortaya çıxa bilər. Hipoqonadizmə xas olan xüsusiyyətlər: - ikincili cinsi əlamətlərin  dəyişilməsi; - psixi pozuntular; - stenokardiya tutmaları;  - vegetativ-damar pozuntuları; - başağrılar və s.    Kişilərdə endokrin sonsuzluğun digər səbəbləri:  - hiperprolaktinemiya - qanda prolaktin hormonunun artıqlığı; - hiperestrogeniya - qadın cinsiyyət hormonlarının artması; - himotalamus və/və ya hipofizin anadangəlmə və qazanılmış zədələnmələri; - prostat vəzisi xəstəlikləri; - şəkərli diabet. Kişilərdə demək olar ki, bütün endokrinoloji sonsuzluq növləri uğurla müalicə olunur.  Təəssüf ki, hələ də sonsuzluq problemini konservativ düşüncələr səbəbindən həkimlə müzakirə etməyə çəkinən cütlüklər var. Tövsiyə edərdim ki, onlar bu problemə yanaşmalarını əsaslı surətdə dəyişsinlər. Kim bilir, bəlkə də onlara valideyn olmağa mane olan səbəb - kiçik bir endokrinoloji patologiyadır? © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 16.06.2020

Artritin səbəbləri

Artrit

Artrit – oynaqların iltihabi xəstəliyidir.  Artrit zamanı oynağın normal hərəkətində iştirak edən oynaq qığırdağının dağılması baş verir və sümük səthlərin bir-birinə sürtülməsi olur, nəticədə oynaqda şişkinlik, ağrı və hərəkət məhdudluğu yaranır. Əsasən əllərin kiçik oynaqlarının, dirsək, diz, aşıq-baldır, bud-çanaq oynaqlarının, onurğa sütununun zədələnməsi müşahidə olunur. Bundan başqa artrit zamanı daxili orqanların: ürək, qaraciyər, böyrəklərin də funksiyası pozula bilər.  Artritin səbəbləri: zədələnmə, infeksiyalar (bakteriya, göbələk, virus), oynağın həddən artıq yüklənməsi, immun sistemin pozulması, artıq çəki, endokrin sistem xəstəlikləri, irsi meyllik, bəzi xəstəliklər: vərəm, brusellyoz, podaqra, psoriaz, dizenteriya, qonorreya səbəb ola bilər;  Artritin növləri:  Lokalizasiyasına görə: monoartrit – bir oynağın zədələnməsi; poliartrit – bir neçə oynağın zədələnməsi; Xəstəliyin gedişinə görə:  kəskin artrit – qəfil yaranır, oynaqda güclü ağrı baş verir; xroniki artrit  – tədricən inkişaf edir, oynaqda ara-sıra ağrı olur.  Səbəbinə görə:  Revmatoid artrit  – autoimmun xəstəlikdir, oynaqların və daxili orqanların zədələnməsi ilə müşayiət olunur; Yuvenil revmatoid artrit (Still xəstəliyi) — 16 yaşadək uşaqlarda rast gəlinən xroniki proqressivləşən xəstəlikdir; Podaqrik artrit – oynaq səthlərinə sidik turşusu duzlarının toplanması nəticəsində yaranır; Psoriatik artrit – psoriaz xəstəliyi zamanı yaranan oynaq iltihabıdır; İnfeksion və ya irinli artrit – müxtəlif infeksiyalar nəticəsində oynaq iltihablaşır. Birincili (açıq yaradan oynağa infeksiya daxil olur) və ikincili (oynağa digər toxumalardan infeksiyanın daxil olması nəticəsində yaranır) növləri var: vərəm, qonorreya, dizenteriya, post streptokok, xlamidiya və virus artriti.   Osteoartrit — qığırdaq toxumasının proqressivləşən degenerasiyasıdır, tədricən artan ağrılarla xarakterizə olunur. Vaxt keçdikcə oynağın forması dəyişir, sümük səthlərində osteofitlər yaranır.  Artritin simptomları: oynaqlarda ağrı və hərəkət məhdudluğu, xışıltı və diskomfort, oynaq və ətraf toxumalarda şişkinlik və qızartı müşahidə olunur.   Artritin diaqnostikası: Anamnez və müayinə; Laborator müayinələr; İnstrumental müayinələr: rentgenoloji müayinə, MRT (maqnit-rezonans tomoqrafiya), KT (kompyuter tomoqrafiya); Artritin müalicəsi: Əsas səbəbi aradan qaldırmaq lazımdır;  İltihabəleyhinə müalicə; Müalicəvi qidalanma; Oynaqların funksiyasının bərpasi:  Osteopatiya – palpasiya və manual terapiya vasitəsilə sümüklərə, əzələlərə, sinirlərə, oynaqlara, birləşdirici toxumaya, qan dövranına və daxili orqanlara təsir göstərərək orqanizmin bərpasına yönəldilmiş müalicə texnikasıdır.  Homeosiniatriya – akupunktur nöqtələrinə xüsusi homeopatik preparatların yeridilməsidir.  Proloterapiya – regenerativ xüsusiyyətli inyeksiyanın orqanizmə yeridilməsi yolu ilə hüceyrələrin və birləşdirici toxumaların bərpasına yardım edən müalicə texnikasıdır.  Fizioterapiya və reabilitasiya – müxtəlif fiziki faktorlar: soyuq, maqnit ultrabənövşəyi və infraqırmızı şüalar və elektroterapiya ilə aparılır. Cərrahi müalicə. Mövzu ilə bağlı video:  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 15.06.2020

Gicgah - çənə oynağı disfunksiyası

Gicgah - çənə oynağı disfunksiyası

Gicgah çənə oynağı disfunkisyası  son zamanlarda geniş yayılmış patologiyadır. Yemək yeyərkən ağızda şıqqıltı səsi, hərəkət məhdudluğu, üzdə asimmetriya, dişləmin (prikusun ) düz olmaması, miqren , müalicəyə tabe olmayan boyun ağrıları gicgah çənə oynağı disfunksiyasının olmasının əsas  simptomlarıdır. Beldə ağrılar, qamətin pozulması, dözülməz baş ağrıları, kürəkdə ağrılarla müraciət edən pasientlər bəzən problemin gicgah-çənə oynağında olmasından məlumatsızdırlar.  Gicgah-çənə oynağı disfunksiyasının yaranma səbəbləri Gicgah-çənə oynağı disfunksiyasının səbəbləri aşağıdakılardır. Ortodontik - dişlərin hər hansı birinin olmaması, plomblanma zamanı edilən səhvlər, dişləmin düzgün olmaması, breketlərdən istifadə  zamanı yaranan səbəblərdir. Travmatik - gicgah-çənə oynağının travmaları, whiplash sindrom, bədənin digər nahiyələrinin travması. Dayaq hərəkət sistem xəstəlikləri - aşağı ətraf uzunluğunda fərqlər, çanağın rotasiyası, bud-çanaq oynağı displaziyası, skolioz, kəllə və ya üz sümüklərinin deformasiyaları, yastıayaqlıq və s.    Gicgah-çənə oynağı disfunksiyası simptomları Sakitlik zamanı və ya ağzı açarkən bir və ya  hər iki gicgah-çənə oynağında ağrının olması.  Ağzı açarkən oynaqda krepitasiya, şıqqıltı səsinin yaranması.  Anamnezdə gicgah-çənə oynağı travmalarının olması (çıxıq, yarım-çıxıq, xroniki çıxıqların olması) . Gicgah-çənə oynağı hərəkətində məhdudluq, ağzı tam aça bilməmək.  Çeynəmə əzələlərində tonus, bruksizm.  Asimmetriya ( üzdə, çənəaltı nahiyədə), ağzı açarkən etapla açılması.   Daimi və müalicəyə tabe olmayan baş və ya boyun ağrıları, miqren.  Gicgah çənə oynağı disfunksiyasının diaqnostikası Anamnezin toplanması əvvəllər keçirilmiş stomatoloji proseduralar, keçirilmiş travmalar, cərrahi əməliyyatlar haqqında məlumat almaq. Gicgah-çənə oynağı disfunksiyasının obyektiv müayinəsi ağzı açarkən oynaqlarda asimmetriyanın hiss olunması, oynaq başının bir tərəfli və ya ikitərəfli kapsuldan çıxması. Rentgenoqrafiya, ortopanorama, KT komputer tomoqrafiya və ya MRT maqnit rezonans tomoqrafiya ilə instrumental müayinə Ümumi bədən posturologiyasının araşdırılması, kəllə sümüklərinin müayinəsi və s.    Gicgah-çənə oynağı disfunksiyası müalicə üsulları Həkim pasientin patologiyasının səbəbini təyin etdikdən sonra pasient üçün kompleks müalicə üsulları təyin edir. Bu müalicə üsullarının kompleksliyi oynağın ortodont tərəfindən müalicəsi: xüsusi ortez və ya  breketlərdən istifadə. Osteopatik və posturaloji müalicə ümumi bədən biomexaikasının balanslaşdırılması, qamətin bərpası, gicgah-çənə oynağıətrafı əzələ və bağların bərpası, oynaq kapsulunun balanslaşdırılmasından ibarətdir. Boyun fəqərələri atlasın blokadasının aradan qaldırılması, bel əzələlərinin gücləndirilməsi, gicgah və çeynəmə əzələlərinin spazmının aradan qaldırılması gicgah-çənə oynağı disfunksiyasının müalicəsində ən vacib aspektlərdir.    Gicgah-çənə oynağı disfunksiyasını müalicə etməsək fəsadları nədir ? Gicgah çənə oynağı disfunksiyasını müalicə etməsək, orqanizmin kompensator imkanları tükənib, simptomlar daha da ağırlaşa bilir, patologiya proqressivləşib gicgah-çənə oynağında böyük diskomfort yarada bilər.Gicgah çənə oynağının artrozu və hətta ankilozlaşmasına səbəb ola bilər.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 15.06.2020

Övladlarımıza şampun seçimində nələrə diqqət etməliyik

Övladlarımıza şampun seçimində nələrə diqqət etməliyik

Beləkilə, uşaqlar üçün şampun seçərkən nələrə diqqət etməliyik? 1. Satın alarkən ediləcək ilk meqam tarixinə diqqət yetirmək. 2. Tərkibi yumşaq yuyucu komponentlərdən ibarət olmalıdır. Bunlar betaines, succinates, qlükozidlərdir. 3. Şampun rəngsiz olub, sərt ətirə malik olmamalıdır. 4. pH neytral seçilməlidir. 5. Tərkibində natrium laureth sulfat, natrium xlorid, SLS, ALS qadağan edilmiş konservantlar olmamalıdır. 6.  14yaş üstü olanlar artıq böyüklər üçün olan şampunlardan istifadə edə bilərlər. 7. Şampundan istifadə etdikdə hər dəfə az miqdarda su ilə qarışdırıb istifadə etmək lazımdır. 8. Tərkibi bitki ekstraktları ilə zəngin olmalıdır. 9. Sonda saçlar yaxşı durulanmalı, şampunun qalığı saçda qalmamalıdır. 10. Həftədə 2 dəfə şampun istifadəsi normaldır.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Paylaşıldı: 14.06.2020

Qastroezofagiyal reflyuks xəstəliyinin

Qastroezofagiyal reflyuks xəstəliyi

REFLYUKS XƏSTƏLİYİ NƏDİR? Reflyuks - mədə möhtəviyyatının qida borusuna, hətta, udlaq və ağız boşluğuna qayıtması halıdır. Bu hal, qusma halı, uşaqda tez tez təkrarlayarsa, ezofagit, həmçinin, tənəffüs sistemi narahatlıqları kimi ciddi nəticələrə də səbəb olarsa buna Reflyuks xəstəliyi deyilir. UŞAQLARDA KEÇMƏK BİLMƏYƏN, XRONİKİ ÖSKÜRƏKLƏRİN ƏSAS 3 SƏBƏBİNDƏN BİRİ REFLYUKSDUR!  REFLYUKS XƏSTƏLİYİNİN ƏLAMƏTLƏRİ Südəmər uşaqlarda reflyuks çox vaxt fizioloji olur. Qusma ilə bərabər körpədə heç bir narahatlıq yoxdursa, çəkisini normal alırsa, gün ərzində hər yeməkdən sonra yediyi qidanın 1/3 dən azını çıxarırsa bu hal fiziolojidir, heç bir müalicə tələb etmədən maximum 1 yaşa qədər keçib gedəcəkdir. Əgər körpədə qusma ilə bərabər, yanaşı olaraq , -ciddi narahatlıq  -yeməkdən imtina etmə  -yedirməyə başladıqda belə ağlama -yeməyi rədd etmə -başını tez tez arxaya edərək bədəni bükmə ( Sandifer sindromu)   -aşırı narahatlıq -Xroniki, gizli qan itirməyə bağlı anemiya-qanazlığl -yuxusuzluq -boğulma, öskürmə, qaralma - tez tez yuxarı tənəffüs yolu xəstəlikləri keçirməsi -Xışıltı -Çəkidən geri qalma - Xroniki öskürək, varsa, bu artıq Reflyuks xəstəliyi hesab edilir və mütləq müalicə edilməlidir.  REFLYUKS XƏSTƏLİYİNİN DİAQNOSTİKASI:  Reflyuks xəstəliyinin diaqnostikasında ən dəqiq üsul, xəstəni ətraflı obyektiv müayinə etmək və valideyndən dəqiq anamnez toplamaqdır. Reflyuks düşünürüksə uşağa bir müddətlik profilaktik müalicə təyin edirik. Şikayətlər keçməsə böyük uşaqlara PH monitirizasiya testi, kiçik uşaqlara sintigrafiya aparılır. Diaqnoz qoyulub, müalicə edildikdən sonra da şikayətlər keçməsə endoskopiya məsləhət görülür.  REFLYUKS XƏSTƏLİYİNİN MÜALİCƏSİ:  Müalicədə ən vacib və ilk mərhələ uşaqda həyat tərzi önləmlərinin alınmasıdır. Yemək öyün miqdarlarını azaltmaq, uşağın çəkisinə nəzarət etmək, axşam yeməklərini yatmazdan ən az 2 saat əvvəl vermək, uşağı yeməklərdən sonra ən az 2 saat yatırmamaq, yüksək yastıq istifadə etmək lazımdır. Körpələr uyğun pozisyada, az-az ,tez-tez qidalandırılmalı, yeməkdən sonra ən az 2 saat dik tutulmalıdır. Böyük yaş uşaqlar nitritli qidalar, tomat, qazlı sular, kofe, yağlı yeməklər, şokolad və başqa abur- cuburlar yeməməlidir. 4-6 həftəlik müalicə kursu ilə təyin edilən antiasid və normokinetik dərmanlar isə dəqiq diaqnoz qoyulduqdan sonra həkim tərəfindən təyin edilir.  REFLYUKS XƏSTƏLİYİNİN AĞIRLAŞMALARI: Uşaqda müalicəsiz qalan tez- tez qusma halları varsa, mədədən turşu tərkibli qidaların qida borusuna təsiri nəticəsində ezofagit- qida borusunun yanması, təkrarlayan yanmaya bağlı qida borusunda daralma, gizli qanaxma, qanaxmaya bağlı qanitirmə,qanazlığı, hətta Barret ezofagiti deyilən xərçəng önü vəziyyətə gətirib çıxara bilər. Bundan başqa boğaza qayıdan qida nəfəs yollarına qaçaraq uşaqda təkrarlayan pnevmoniya, xışıltı, astmaya səbəb ola bilər. Müalicə ilə keçmək bilməyən öskürəklər varsa reflyuks xəstəliyi mütləq ağıla gəlməlidir. Bu kimi ağırlaşmaların olmaması üçün qusması olan uşağı gecikdirmədən həkim müayinəsinə aparmaq vacibdir.  REFLYUKS XƏSTƏLİYİNİN PROFİLAKTİKASI: Reflyuksun qarşısını almaq üçün uşaqda yemək öyün miqdarlarını azaltmaq, uşağın çəkisinə nəzarət etmək, axşam yeməklərini yatmazdan ən az 2 saat əvvəl vermək, uşağı yeməklərdən sonra ən az 2 saat yatırmamaq, yüksək yastıq istifadə etmək lazımdır. Körpələr uyğun pozisyada, az-az ,tez-tez qidalandırılmalı, yeməkdən sonra ən az 2 saat dik tutulmalıdır. Böyük yaş uşaqlar nitritli qidalar, tomat, qazlı sular, kofe, yağlı yeməklər, şokolad və başqa abur- cuburlar yeməməlidir.Yeməkdən dərhal sonra əyilmə , silkələnmə tipli hərəkətlər edilməməlidir.   Mövzu ilə bağlı video: © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Paylaşıldı: 13.06.2020

Stres zamanı osteopatik yardım

Stres zamanı osteopatik yardım

Stres – orqanizmin müxtəlif mənfi amillərin təsirinə uyğunlaşma reaksiyalarının toplusudur. Stresə reaksiya baxımından, qarşılaşdığımız vəziyyətin xoş və ya xoşagəlməz olmasının əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan yalnız yenidənqurulma və ya adaptasiyaya olan tələbatın intensivliyidir. Stresin məqsədi - həyat və sağlamlığı qorumaqdır. Stres amilləri orqanizmin qüvvələrinin səfərbərliyinə yönəlmiş reaksiya kaskadına təkan verir - onu müdafiəyə, hücum və ya qaçışa hazırlayır. Bu da çox yaxşıdır. Lakin insan xroniki stres vəziyyətində yaşayırsa və vəziyyəti dəyişdirə bilmirsə, fiziki işə köklənmiş (gərgin ayaqlar, çiyinlərə sıxılmış baş, qıcanmış dişlər, gərgin diafraqma), amma bu gərginliyi mexaniki iş vasitəsilə realizasiya etməmiş orqanizm, xəstələnməyə və əziyyət çəkməyə başlayır. Bədən toparlanmış, hücuma hazır bir insanın vəziyyətini alır, sərbəstlik və rahatlığını itirir. Stresin ilk 2 mərhələsi - narahatlıq reaksiyası və müqavimət mərhələsi- çox tez keçir, tükənmə mərhələsi başlayır.  İdman enkefalin və endorfin istehsalına görə gərginlikdən azad olmağa kömək edəcək, çox yemək dofamin sintez etməklə kömək edəcəkdir.  Osteopatik təsir struktural, nevral, psixo-endokrin-humoral sistemlərə görə baş verir.  Osteopatiya tək streslə mübarizədə təsirli deyil, həmçinin, orqanizmin daxili potensialına və ümumiyyətlə sağlamlığın maksimum tez bərpasına təsir göstərən möhtəşəm tənzimləmə üsuludur.  Müalicə çox komfortludur, effektin davamlığı isə uzunmüddətlidir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Paylaşıldı: 10.06.2020

Spinner