Hamiləlik haqqında bilməli olduğumuz sadə məqamlar!
 hekimtap.az

Hamiləlik haqqında bilməli olduğumuz sadə məqamlar!

Hamiləlik haqqında bilməli olduğumuz sadə məqamlar! Hamiləlik hər bir qadının şüuraltı dünyasının əlçatan arzusudur. 9 möcüzəvi ayı bətnində bir canı bəsliyib ona fiziki və mənəvi bağlanmaq çox möhtəşəm bir duyğudur. Necə etmək lazımdırki bu 9 ayı həm bunu dərk edərək yaşayan ana, həm də dünyanı hələ kəşf etməmiş körpə üçün maksimum təhlükəsiz olsun?. Ilk növbədə təcrübəli həkim mama-ginekoloqun nəzarəti şərtdir. Bəli nəzarəti! Çünki həkimlər hamiləliyi müalicə etmir, ona nəzarət edir. Və qaydasında olmayan, yolu ilə getməyən bir dəyişiklik olarsa onu zamanında aşkarlayıb qarşısını almaq, hamiləliyə dəstək olmaq əsas işimizdir. Əslində hamiləlik təsadüfən testdə aşkarlanan iki xətt olmamalıdır. Hamiləliyə hər iki cütlük mənəvi, psixoloji və fiziki hazırlıqlı olmalıdır. • Mənəvi hazırlıq - hər iki valideynin birlikdə sahib olacağı üçüncü bir varlığı məsuliyyətlərini dərk edərək istəməsidir. • Psixoloji hazırlıq - ailə həyatında vəzifələrin paylaşılması qərarını düzgün alıb yükü tək ananın, tək atanın və ya tamam başqa üçüncü bir insanın-nənə və ya dayələrin üzərinə atılmamasıdır. • Fiziki hazırlıq rutin həkim kontrolundan keçib hamiləlik üçün sağlamlıq baxımından bir problemin olmamasının sığortalanmasıdır. Və hamiləliyə hazırlıq dövrü müddətində cütlük tərəfindən 3 ay boyunca və hamiləliyin ilk 3 ayı boyunca fol turşusunun qəbul olunmasıdır. Soruşula bilər, səbəb? Beləki aparılmış çox saylı elmi tədqiqatlarda fol turşusunun bu cür qəbulunun döldə yarana biləcək sinir sistemi pozulmalarının ehtimalını minimuma endirməsi sübüt olunmuşdur. Hamiləlik boyunca hər ay həkim müayinəsində olmaq, qan və sidik analizlərinin vermək , dölün bətndaxili inkişafı üçün müvafiq həftələrdə USM olmaq faydalıdır. Kor koranə dərman, vitamin qəbulu arzuolunmazdır. Normal həyat tərzinə minimal məhdudiyyətlərlə davam etmək, stress və qorxulardan uzaq olmaq vacibdir.

Published: 09.02.2024

Doğuş sancısı necə olur, simptomlar nələrdir?
 hekimtap.az

Doğuş sancısı necə olur, simptomlar nələrdir?

Təxminən 40 həftə davam edən hamiləlik prosesinin son mərhələsi olan doğum hər bir hamilə üçün maraq və həyəcanla gözlənilən bir prosesdir. Bütün hamiləliklərdə fərqli inkişaf edən və fərqli simptomları ehtiva edən doğuş ümumiyyətlə sancılar və ağrılarla başlayan bir prosesdir. Hamiləlik prosesi sona yaxınlaşdıqca tədricən başlayan sancılar doğumun başlaması ilə daha tez-tez və nizamlı olur. Eyni zamanda bu sancmaların müddəti uzanır və ağrılar güclənir. Bununla belə, hamiləliyin üçüncü trimestrində bir çox hamilələrdə yalançı sancılar kimi tanınan Braxton Hills sancılar da olur. Bəs bunları doğuş sancılarından necə ayırd etmək olar? Mən, həkim mama-ginekoloq Xanım Adıgözəlova bu məqaləmdə məhz bu suala cavab verəcəm.   Doğuş sancısı necə olur? Əsl doğuş sancısında uşaqlıq boynu yumşalır, genişlənir və bu da doğuşun başlamasına səbəb olur. Bu səbəblə doğum sancısı hamiləlik zamanı yaşanan bütün ağrılardan fərqlidir. Kifayət qədər şiddətli və uzun sürən bu ağrılar müntəzəmdir. İki ağrı arasındakı vaxta nəzarət edərək sancıların sıxlığına diqqət yetirmək lazımdır. Həqiqi doğuş sancısının yalançı sancılardan başqa bir fərqi pozaların dəyişdirilməsi və ya masajla keçib getməməsidir. İlk dəfə doğum edəcək hamilələr adətən əvvəl doğum edənlərə nisbətən daha erkən bir mərhələdə sancılar hiss etməyə başlayırlar. Doğuş sancılarının tam olaraq harada meydana gəlməsi isə çox soruşulan suallardandı. Bu ağrılar adətən əvvəlcə qarın nahiyəsindən başlayır və zamanla arxaya doğru yayılır. Lakin bilmək lazımdır ki, hamiləlik prosesinin fərqli olduğu kimi doğum sancılarının başlama yeri də fərqli olur.   Doğuş sancısı necə yaranır? Qeyd etdiyim kimi, doğuş sancıları doğuşa yaxınlaşmanın ən böyük göstəricisidir və adətən 38-42 həftələr arasında başlayır. Ağrılar doğuşa qədər davam edəcək və körpənin doğum kanalından keçərək dünyaya gəlməsini təmin edəcəkdir. Qeyd edilən bu doğuş sancısı həmçinin amniotik mayenin vaginal axmasına səbəb olur. Doğuş sancısı ilkin mərhələdə beldə menstruasiya sancıları kimi hiss oluna bilər, lakin zaman keçdikcə bu ağrılar daha şiddətli və uzunmüddətli olur. Onun tezliyi getdikcə artır və hər 3-5 dəqiqədən bir ağrı hiss olunmağa başlayır. Ağrının uzun fasilələrlə və qısa müddət ərzində davam etməsi doğum vaxtının gəldiyini göstərir. Doğuş sancısının 38-40-cı həftələrdə baş verdiyini qeyd etdim, lakin həmçinin bildirmək istəyirəm ki, bəzən erkən doğum da baş verə bilər. Bu halda da siz doğum sancılarını yaşaya bilərsiniz. Ona görə də hamiləlik müddətində, xüsusilə kəskin sancılarınız varsa, mütləq ginekoloqunuza məlumat verin. Erkən doğumla bağlı daha ətraflı məlumat üçün “Vaxtından Əvvəl Doğum: Səbəbləri və Mümkün Riskləri” adlı yazımı oxuya bilərsiniz.   Doğum sancısının simptomları nələrdir? Yuxarıda qeyd edildiyi kimi, yalançı sancılardan fərqli hiss edilən doğuş sancıları ilə yanaşı, hamilələrdə fərqli simptomlar da olur. Belə ki, bu sancı uşaqlıq boynundakı dəyişiklik, doğum əlamətləri və ya doğuş ağrıları ilə müşayiət olunan simptomlar kimi təyin edilə bilən dəyişikliklərə əsaslanır. Uşaqlıq boynu adlanan serviksdə doğumun yaxınlaşması ilə yumşalma və genişlənmə başlayır. Bu dəyişikliklər daha əvvəl doğum etmiş analarda daha çox nəzərə çarparkən, ilk doğum edəcək qadınlarda uşaqlıq boynunda təxminən 1 sm açıqlıq görünür. Bu açılış doğumun başqa bir mühüm göstəricisidir. Bundan əlavə, vaginal axıntıda dəyişikliklər müşahidə edilə və ya amniotik maye meydana gələ bilər. Uşaqlıq boynunu tıxac kimi bağlayan xüsusi toxuma prenatal daralmalarla aşağı düşdükdə körpənin içində olduğu kisəni dolduran amniotik maye vaginal yoldan axır. Ancaq vaginadan çoxlu miqdarda suyun çıxmasına səbəb ola biləcək bu vəziyyət yaşandıqda doğumun başlama ehtimalı olduğu üçün dərhal ginekoloqunuza məlumat verməlisiniz. Körpənin və hamilənin sağlamlıq vəziyyəti kimi faktorlara görə doğuş normal həyata keçirilə bilmədikdə qeysəriyyə əməliyyatı tətbiq oluna bilər. Qeysəriyyə ilə doğuş olacağı əvvəlcədən bilinərsə və öncədən gün təyin edilsə belə, ginekoloq tərəfindən hər hansısa sağlamlıq problemi müşahidə olunarsa, əməliyyat həkim tərəfindən uyğun görülən istənilən vaxt həyata keçirilə bilər. Bu səbəblə üçüncü trimestrdə doğumu gözləyən hamilələrin hər ehtimala qarşı doğum çantalarını hazır vəziyyətə gətirmələri faydalıdır. Həmçinin həm təbii doğuş, həm də qeysəriyyə ilə bağlı daha ətraflı məlumat almaq üçün “Qeysəriyyə, ya Təbii Doğum? | Hansı Daha Risklidir?” adlı yazımı da oxuya bilərsiniz.  

Published: 16.05.2023

Saç çəkmə testi hekimtap.az

Saç çəkmə testi

Saç çəkmə testi: 40-50 ədəd saç teli götürülür və hər dəfə nə qədər saç gəldiyini görmək üçün barmaq ucları ilə yumşaq bir şəkildə çəkilir. Normalda bir neçə tel gəlməlidir, lakin saç tökülməsi anormal olarsa yəni, hər çəkilişdə ələ gələn tüklərin sayı 5 və ya daha çox olarsa, bu “telogen effluvium” səbəbiylə saç tökülməsinin artması deməkdir. Bu zaman saç kökləri mikroskop altında tədqiq edilərək saç gövdəsi və kökü araşdırılır. Telogen effluvium səbəbiylə tökülmə geri qayıda bilər ( vaxtında müalicə olunduqda). Saç tökülməsinin şiddətini təyin etmək üçün edilən bu test "Pull test" də adlandırılır və müxtəlif alopesiyaları izləmək üçün istifadə olunur.Məsələn, alopesiya areatada ( ocaqlı saç tökülmə) çəkilən saçlar asanlıqla ələ gəlirsə, xəstəliyin aktiv olduğu başa düşülür və yayılması gözlənilir. Androgenetik alopesiyada ( irsi saç tökülmələrdə) saç çəkilməsi nəticəsində xüsusilə başın ön hissəsindəki tüklər daha çox ələ gəlir. Beləliklə çəkilmiş hissədəki saçın 10%-dən çoxu alınarsa, nəticələr müsbət hesab olunur. Test baş dərisinin dörd yerində (frontal,  parietal,temporal,occipital bölgələrdən) aparılır.Müayinə üçün saçlar 2 gün öncədən yuyulmamalıdır.

Published: 23.03.2022

LORDOZ VƏ KİFOZ hekimtap.az

LORDOZ VƏ KİFOZ

Lordoz və kifoz nədir? Onurğa sütunu boyundan başlayaraq büzdüm hissəsinə qədər davam edir. O, bir sıra vacib funksiyaları yerinə yetirir: başa və ətraflara dayaqdır; onurğa beynini müdafiə edir; həmçinin hərəkəti təmin edir.  Onurğa sütunu 3 seqmentə bölünür: boyun, döş və bel nahiyələri. Əgər onurğa sütununa yandan baxsaq, görərik ki, boyun və bel nahiyələrində qabarıqlıq önə, döş nahiyəsində isə qabarıqlıq arxa tərəfədir.  Onurğa sütununun vəziyyətindəki hər hansı kənara çıxmalar ağrı, halsızlıq, tarazlığın pozulması və qamət pozulmalarına səbəb ola bilir. Onurğa sütununun normal əyriliklərindən kənara çıxmalar onurğanın deformasiyaları adlanır. Bura daxildir: Kifoz (qozbellik) - bu tip deformasiya onurğa sütununun yuxarı şöbəsinin normadan artıq anormal əyilməsidir.  Lordoz - bu tip deformasiya zamanı onurğanın normadan artıq əyilməsi baş verir. Nəticədə budlar arxaya doğru yerləşmiş və qarın önə qabarmış kimi görünür.  Yastı bel sindromu (onurğanın əyriliyinin azalması) Skolioz (onurğanın yana əyilməsi)  Lordoz və kifozun hansı növləri var?  Kifozun növləri Postural kifoz: kifozun ən geniş yayılmış növüdür. Yaranma səbəbi oturma qaydasının və qamətin  düzgün olmamasıdır.  Şeyerman kifozu: onurğa sütununun ciddi struktur anomaliyası nəticəsində yaranır. Əyrilik adətən kəskin və sərt olur.  Anadangəlmə kifoz: doğuşdan olur. Bətndaxili dövrdə onurğa sütununun düzgün inkişaf etməməsi nəticəsində yaranır.    Lordozun növləri: Postural lordoz: yaranma səbəbi artıq çəki və qarın-bel əzələlərinin kifayət qədər güclü olmamasıdır.  Travmatik lordoz: Onurğa sütununun travması nəticəsində yaranır, nəticədə onurğa önə əyilir.  Əməliyyat sonrası hiperlordoz: hiperlordoz onurğanın önə həddən artıq əyilməsidir. Bu laminektomiya əməliyyatından sonra yarana bilər.  Sinir-əzələ lordozu: səbəbi müxtəlif növ sinir-əzələ xəstəlikləri ola bilər.  İkincili lordoz: bu tip lordoz bud-çanaq oynaqlarında anomaliya nəticəsində budların bükücü kontrakturası nəticəsində yaranır.  Kifoz və lordozun simptomları hansılardır? Kifozun əlamətləri: Kürək hissədə donqarlıq Baş adətən önə yerdəyişir Önə əyilən zaman kürək hissə adətən yuxarı olur.  Beldə ağrı və yorğunluq Tənəffüsün çətinləşməsi Lordozun simptomları:Swayback pozası (qarın önə qabarmış olur) Beldə və ayaqlarda ağrı Ayaqlarda iynəbatma hissi və keyimə Ayaqlarda zəiflik Müalicəsi Kifozun və lordozun müalicəsi müxtəlif faktorlardan asılı olaraq dəyişir: ağırlıq dərəcəsindən, yaranma səbəbindən, xəstənin yaşından və ümumi vəziyyətindən və s.   Onurğa sütununun korreksiyası osteopatiya və reabilitasiya ilə aparılır. Xəstəyə düzgün qamətə, düzgün oturma qaydasına nəzarət olunması tapşırılır. At minmək, üzgüçülüklə məşğul olmaq tövsiyyə olunur.  Bəzi pasientlərə həkim korset də tövsiyyə edə bilər.                               © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 13.03.2021

SKOLİOZ hekimtap.az

SKOLİOZ

Skolioz nədir? Skolioz – onurğa sütununun frontal müstəvidə əyilməsidir. Uşaqlarda qamət pozğunluğu adətən intensiv boy artımı zamanı yaranır. Skolioz – onurğa sütununun boylama ox ətrafında patoloji əyilməsidir. Bu zaman daxili orqanlarda da dəyişikliklər baş verir. Orqanlar sıxılır, öz vəziyyətlərini dəyişir.  Nəticədə sonradan həmin orqanların funksional pozğunluğu yaranır. Skolioz qızlarda oğlanlara nisbətən 9 dəfə daha çox rast gəlinir. Risk qrupuna 5-12 yaş arası uşaqlar daxildir. Bu period zamanı onurğa sütunu sürətlə böyüyür. Əgər uşaq düzgün əyləşmirsə, fiziki hərəkətlərlə məşğul olmursa onda skolioz tez-tez rast gəlinir. Uşağın yaşından asılı olaraq skoliotik deformasiyanın 3 növü ayırd edilir: Körpə və ya infantil — 3 yaşa qədər uşaqlarda; Uşaq və ya yuvenil — 3 - 10 yaş arası; Yeniyetmə — 10 - 18 yaşa qədər rast gəlinir.  Adətən valideynlər uşaqları 8-14 yaş arası dövrdə bu problemlə əlaqədar həkimə gətirirlər. Bu periodda xəstəliyin simptomları daha qabarıq şəkildə görünür. Bəzən bu patologiyanı ancaq planlı tibbi müayinə zamanı aşkarlayırlar.  Əyilmənin istiqamətindən asılı olaraq skoliozun aşağıdakı növləri ayırd edilir:   С-şəkilli (1 qövs ilə);  S-şəkilli (2 qövs ilə); Z- şəkilli (3 qövs ilə). Onurğanın döş, bel və ya oma şöbələrində forması dəyişir. Əgər deformasiya 2-3 nahiyəni əhatə edirsə buna kombinə olunmuş skolioz deyilir.     Skoliozun simptomları Skoliozun əlamətləri onurğanın boylama ox ətrafında əyilmə dərəcəsindən asılıdır: l dərəcə. Onurğa sütunu 10 dərəcəyə qədər əyilib. Müayinə zamanı kürək sümüklərinin asimmetriyası, qamət pozğunluğu, çiyinlərin müxtəlif hündürlükdə olması qeyd olunur.    ll dərəcə. Onurğa sütunu boylama ox ətrafında fırlanır və 10-25 dərəcə əyilir. Düz vəziyyətdə kürək sümüklərinin, sarğı büküşlərinin asimmetriyası qeyd olunur.    lll dərəcə. Bu zaman bir kürək digərindən nəzərə çarpacaq dərəcədə yuxarı olur. Çanaq sümükləri əyilir, bir ayaq digərindən qısa olur. Fəqərələr pazvari forma alır, qabırğalar zonasında qabarıqlıq qeyd olunur. Xarici əlamətlərlə yanaşı daxili orqanlara da təzyiq olduğundan ümumi əhval ruhiyyəyə təsir edir. Uşaqda başağrıları, təngənəfəslik, yorğunluq qeyd olunur, hərəkətlər məhdudlaşır. Orqanların yerdəyişməsi ilə əlaqədar həzm və sidik ifrazat sistemində pozğunluqlar yaranır.    lV dərəcə. Ən ağır dərəcədir, bu zaman bütün bədən deformasiyaya məruz qalır. Qabırğa zonasındakı qabarıqlıq öndə və arxada qeyd olunur. Həyati vacib orqanlar (ağ ciyərlər, ürək, qaraciyər) normal fəaliyyət göstərə bilmir. Uşağın boynunda, çanağında, ətraflarında güclü ağrı qeyd olunur. Əllər və ayaqlar keyiyir. Vegetativ pozğunluqlar nəticəsində ürək döyüntülərinin və arterial təzyiqin artması olur. İmmun sistem zəifləyir, uşaq tez-tez xəstələnir.  Skoliozun səbəbləri Səbəbdən asılı olaraq skolioz anadangəlmə və qazanılmış olur. Anadangəlmə skolioz dölün onurğa sütununun hamiləlik dövründə bətndaxili formalaşmasının pozulması nəticəsində yaranır. Qazanılmış skolioz aşağıdakı səbəblərdən yaranır: Doğuş travması; Mərkəzi mənşəli uşaq iflici; Əzələ distrofiyası; Poliomielit; Onurğa beyninin zədələnməsi; Metabolik pozğunluqlar; Onurğa sütununa həddən artıq vertikal təzyiqin artması; Düzgün olmayan vəziyyətdə oturmaq və gəzmək Uşaqların parta arxasında düzgün olmayan vəziyyətdə oturması skoliozu formalaşdıran əsas faktorlardandır. Məhz buna görə də valideynlər və müəllimlər evdə və məktəbdə uşağın düzgün oturmasına diqqət yetirməlidirlər.  Skoliozun diaqnostikası Onurğa sütununun rentgenoqrafiyası aparılır. Əgər skolioz zamanı daxili orqanların xəstəlikləri də yaranarsa, kardioqrafiya, daxili orqanların ultrasəs müayinəsi, müvafiq ixtisas həkimlərinin konsultasiyası məsləhət oluna bilər.   Skoliozun müalicəsi Onurğa sütununun korreksiyası osteopatiya və reabilitasiya ilə aparılır. Xəstəyə düzgün qamətə, düzgün oturma qaydasına nəzarət olunması tapşırılır. At minmək, üzgüçülüklə məşğul olmaq tövsiyyə olunur. ll-lll dərəcəli skoliozun müalicəsində əlavə metodlar da tövsiyyə olunur: fizioterapiya; osteopatiya;  korset Skoliozun cərrahi yolla korreksiyası ancaq lll-lV dərəcəli skoliozda, əgər daxili orqanların ciddi sıxılması varsa aparılır. Uşaq yaşlardan skoliozun müalicəsi proqnostik cəhətdən qənaətbəxş sayılır. Onurğa sütununun elastikliyi qorunduqca, onun vəziyyətini korreksiya etmək mümkün olur.    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 23.02.2021

Dərinin üst qatının(epidermisin) zədələnməsi ilə gedən xəstəliklər
 hekimtap.az

Dərinin üst qatının(epidermisin) zədələnməsi ilə gedən...

İxtiozlar    İxtioz nədir?    Yunancadan tərcümədə balıq anlamına gələn bir söz olub,quruluq, hiperkeratoz, və qabıqlanma nəticəsində dərinin balıq pullarına bənzər görünüm aldığı xəstəlikdir. İxtiyoz vulqaris daha çox yayılmış növ olub demək olarki hər 25 doğuşdan bir təsadüf olunur və bu ixtiyoz xəstəliyinin ən yüngül forması kimi dəyərləndirilir.Xəstəliyin yaranması genetik olub bəzi xromosomlorda olan defektlərlə əlaqəlidir. İxtiyoz vulqaris növü ilk 3-6 aylarda özünü biruzə verir və vücudumuzun demək olar ki çox hissəsini incə, quru, boza çalan rəngdə qabıqlarla örtür. Pulcuqlara bədənin hər sahəsində rast gəlinsədə daha çox dizlərdə,dirsəklərdə daha bəlirgin olur. Xəstəlik gənclik illərində daha zəifləməkdə olub ömür boyu davam edir. Yay aylarında daha da azalmaqda olub qış ayalrında həm quruluq, həm də qaşınma arta bilər. Bəzi şiddətli formalarda başın tüklü hissəsi, üz nahiyəsi tutula bilər və əllərdə daha dərin çatlamalar, qaşınma, göynəmə hissi yaradar. Xəstələr ömür boyu xəstəliyin şiddətindən,formasından asılı olaraq nəmləndirici kremlərdən,məlhəmlərdən istifadə etməlidir. Bəzi ağır formalarda əgər xəstə  hamiləlik düşünmürsə və ya  artıq həmilə qalmayacaqsa asitretin qrup preparatlardan istifadə edib müəyyən müddətə remissiyalar almaq olar.          Dəri soyulması - Peeling skin                  Dəri soyulması nədir?  Dərinin buynuz qatının davamlı olaraq özü özlüyündən soyulması şəklində bir xəstəlikdir.        Dəri soyulmasının etiologiyası    Etiopatogenez tam olaraq öyrənilməsədə genlərdə ressesif keçən və mutasiya nəticəsində anormal filagrinin yaranmasıdır. Bunun nəticəsində keratin qatın başqa qatlarla yapışması pozulur və mütəmadi olaraq dəridə soyulma baş verir. Xəstəlik doğuşdan yaranır və lap kiçik yaşlarda özünü biruzə verir. Demək olar ki çox insanlarda bütün həyatı boyu davam edir. Bədənin istənilən sahəsində rast gəlinə bilər ama daha çox əllərdə və ayaqlarda rast gəlinir. Bu zaman dərinin üst hisəsi incə qabıqlanmalar halında tökülür. Dəri soyulmasının əlamətləri.  Xəstəlik əsasən simmetrik yaranır yəni hər iki əlin və ya ayağın dərisində eləcədə bədənin,gövdənin hər iki tərəfində əmələ gəlir.Dəridə iltihab demək olar ki rastlanmır ama çox nadir də olsa dəri soyulması ilə yanaşı azacıq iltihablı dəri müşahidə oluna bilər. Xəstələrin dərisində azacıq qızarıqlıq və vezikulyasiya(sulu xırda qabarcıqlar) olur. Eksfolyasyon (dərinin sürətlə qopması) isə çox şiddətlidir. Xəstəlik ilin bütün fəsillərində yaransa belə daha çox yay aylarında şiddətlənir. Xəstəliyin akral formasında əsasən əl və ayaqların üst hissəsi zədələnir və çox az da olsa qaşıntı ilə müşayət oluna bilər. Dəri soyulmasının xüsusi bir müalicə sxemi yoxdur ancaq mütəmadi olaraq nəmləndirici kremlərdən istifadə etmək,ikincili infeksiyalar və göbələk yaranmasının qarşısını almaq üçün yerli və daxilə tayin olunan preparatlardan istifadə etmək lazımdır.      Əl-Ayaq keratodermaları      Ovucun içində və ayaq altı nahiyədə buynuz qatın qalınlaşması hesabına yaranan xəstəlikdir. Bir çox xəstəliklər (PRP, əl-ayaq psorizaı, xroniki ekzema, göbələk xəstəlikləri və s) zamanı ikincili olaraq belə hallar yarana bilir. Eləcədə heç bir yanaşı xəstəlik olmadan da əl və ayaqda həddindən artıq dərinin qalınlaşması və kobudlaşması əmələ gələ bilər.Bəzən də daxili orqan xəstəlilərinin bəziləri (kardiomiopatiyalar, qida borusu xərcəngi və s) zamanı ikincili olaraq belə hallara rast gəlinə bilər. Xəstəlik doğuşdan və eləcədə erkən yaşlardan yarana bilir. Genetik olaraq da bəzi xromosomlarda olan defektlər nəticəsində belə xəstəliyə rast gələ bilərik və çox az da olsa ailənin bir neçə üzvündə eyni vaxtda görünə bilən bir hallar olur. Əl və ayaqlar əsasən simmetrik zədələnir. Zədələnən sahələr çox qalın,kobud və fissurlu (dərin çatlamalar) olur. Çox zaman sarımtıl rəngə çalan bu dəridə olan kobudlaşma çox şiddətli ağrı verərək xəstənin əmək qabiliyyətini aşağı salır.Zədələnmiş dəri sağlam dəridən kəskin sərhədlə fərqlənir. Əgər səbəb olan xəstəlik varsa mütləq dəqiqləşdirilib müalicə olunmalı yox əgər genetik meyilli səbəbdən yaranıbsa xəstə ömür boyu nəmləndirici kremlərdən ,məlhəmlərdən istifadə etməli və travmalardan uzaq durmalıdır.         Keratozis pilaris    Bu xəstəlik xalq arasında qaz dərisi kimi məşhurdur. Xəstəlik daha çox yuxarı ətraflərın bazu nahiyəsinin bayır hissəsində olur və zamanla arta və azala bilir. Qadınlarda kişilərə nisbətən 2 dəfə çox rast gəlinir. Kosmetoloji defekt yaradan bu xəstəlik başqa heç bir narahatçılıq yaratmır və çox zaman idiopatik gedişlidir və altda yatan bir xəstəlik lə əlaqəsi yoxdur. Dərinin nahamar görünüşü,quru olması, bəzən daha çox qabararaq  əllə sürtdükdə əli dalaması kimi əlamətləri olur. Dərini nəm tutmaq və hava şəraitinə,geyimlərə diqqət etməklə uzun müddətli sakitləşmə əldə etmək olar. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 23.02.2021

Övrə
 hekimtap.az

Övrə

Övrə nədir?        Övrə dəri və selikli qişalarda olan kiçik qan damarlarından ətraf toxumalara müvəqqəti olaraq plazma sızması nəticəsində yaranan və qısa sürən şişliklər ilə seyr edən xəstəlikdir. Xəstəliyin adı latıncadan urtika (gicitkən) sözündən götürülmüşdür.          Övrənin etiologiyası       Övrə çox fərqli səbəblərdən yarana bilər. Müxtəlif dərman preparatlarından(ampisillin,penisillin,təzyiq dərmanları,aspirin,radioloji kontrast maddələr və s) istifadə etdikən sonra, müxtəlif qida maddələrinin qəbulndan, həşərat sancması və dişləməsindən, müxtəlif qızdırmalı və infeksion xəstəliklərdən, parazitar xəstəliklər, qalxanvarı vəzin xəstəlikləri, helikobakter pilori mikrobu və bir çox səbəblərdən yarana bilir. Eləcədə autoimmun xəstəliyi olan (vitiliqo,revmatoid artrit) insanlarda, şəkər xəstələrində, pernisiyoz anemiyası olan insanlarda paralel olaraq övrəyə rast gəlinir.Ama daha çox olaraq övrə idiyopatik (heç bir səbəb tapilmadan) gedişli olur.Bu və ya digər səbəblərdən yaranan övrə zamanı histaminin təsiri nəticəsində həm şişkinlik həm də lezyonlarda qaşınma hissi olur ki bu da qaşındıqca daha çox qıcıqlanmaya və histaminin daha çox ifrazına səbəb olur.     Övrənin əlamətləri      Eritemalı,ödemli,ətraf dəriyə görə biraz daha qabarıq bəzən qaşınma hissi yaradan papulalar və plaklar formasında yaranır. Hər yaşda rast gəlinə bilər. İnsanların 15-20 % i yaşamları boyunca övrə ilə xəstələnə bilər.Əsasən klassik tipi daha çox yayılmışdır və birdə son illərdə “induklənəbilən” tip olaraq tanınan fiziki səbəblərdən yaranan övrə eləcədə digər səbəblərdən yaranan övrə məlumdur. Klassik tipin övrənin də gedişatına görə iki forması məlumdur; səpgilərin anidən ortaya çıxması və 6 həftədən az zaman içərisində sağalması ilə gedən kəskin övrə forması və səpgilərin 6 həftədən uzun zamanda sağalması eləcədə tez-tez təkrarlaşması ilə gedən xroniki övrə forması.Dolayısıyla bütün övrələr başlanğıcda kəskin formada başlayır ama zamanla gedişatına görə xroniki və ya başqa formalarda davam edə bilər. Xroniki övrədə səpgilərin yarnması sürəti və şiddəti dəyişkəndir. Aylar, bəzən də illər boyunca təkrarlayan xəstəlik hücumları xəstəni çox narahat edə bilir. Xroniki övrə diaqnozu qoymaq üçün şərtlərdən biri, övrə xəstəliyi olan və bununla bağlı müalicə almayan xəstədə həftədə ən azı iki dəfə yaranan səpgilərin olmasıdır. Övrə papulaları və ya plakları ən çox gövdə də olmaq üzərə bədənin istənilən nahiyəsində yarana bilər. Günün istənilən saatında qəfildən yarana bilir. Övrə tipik olaraq eritemalı və ya bəzən solğun rəngdə,özündən sonra iz buraxmayan ödemli plaklardır. Səpgilər dəqiqələr içində yaranır, qısa zamanda ətrafına doğru böyüməyə başlayır və bu şəkildə bir biriylə birləşməyə meyilli olur. Bəzən də çox böyük ölçüyə çata bilir. Çox zaman qaşınma hisii ilə yaranan bu səpgilər əl və ayaq səthində yarandıqda daha şiddətli qaşınma hissi yaradır. Ama bu qaşınma nahiyələrində çox zaman ekskoriasiyalar(qaşınma ilə bağlı sıyrıqlar) müşahidə olunmur. Bu əsasən övrə olan nahiyələrin dırnaqla deyil ovuşdurmaqla  daha rahat sakitləşməsi  nəticəsindədir. Kəskin forma övrə daha çox uşaqlarda və gənclərdə,xroniki forma isə daha çox yaşlı insanlarda rast gəlinir. Əlavə olaraq qeyd edim ki xroniki forma qadınlarda kişilərə nisbətən iki dəfə daha çox rast gəlinir. Ödemli plaklar cəhrayı və ya qırmızı rəngdə olur. Yuvarlaq,oval və polisiklik şəkillərdə yaranan övrə səpgiləri bəzən tam olmayan bir halqa şəklində də görüləbilər. Övrə plakları qəfildən yarandığı və böyüdüyü kimi 3-4 saat içərisində daxildən plazma maddəsi geri sorular və heç bir iz buraxmadan itib gedə bilər.Bir səpginin 24 saatdan uzun qalması çox nadir olur.Ancaq eyni vaxtda bir bolgədə yaranıb və solan lezyonla eyni vaxtda başqa bölgədə yeni lezyonlar yarana bilər və bu xəstəliyin burdan batıb başqa yerdən çixması kimi el dilində söylənilir.Xroniki gedişli övrənin  uzun müddət verdiyi qaşınma insanlarda gərginlik,depressiya ,yuxu pozgunlugu və xəstəliyin heç vaxt sağalmayacağı kimi hisslərin yaranması hallarına gətirib çıxarır.Eləcədə bəzi xəstələrdə anjioödem dediyimiz bir vəziyyət yarana bilər ki bu da ağız,dodqların,göz ətrafının qəfildən şişməsidir. Burda qorxulu hal heç də xəstələrin kosmetoloji problem yaşaması deyil bəzən bu şişkinliyin bronxlarda baş verə bilməsidir ki,əgər vaxtında müdaxilə olunmazsa çox ağır fəsadlara,xəstənin boğulmasına bəzəndə boğularaq ölümünə səbəb ola bilər.     Övrənin diaqnozu  Əsasən xəstəliyin yaranmasına ,qəfil yaranan səpgilərin tez bir zamanda itməsi və ya uzun müddət təkrarlaşması, eləcədə xəstənin verdiyi məlumat,qeyd etdiyimiz kimi anjioödemlərin olması və kliniki görüntü diaqnoz qoymağa yetərlidir. Dəstək üçün qan,sidik ,nəcis analizləri (İgE, umumi qan, nəcisdə parazitlər, mədə möhtəviyyatında helikobakterin axtarılması, hormonların baxılması, qanda dəmirin səviyyəsi və s) və çətin hallarda biopsiyadan istifadə edilir.             Övrənin növləri    Qeyd etdiyimiz kimi əsasən klassik övrə rast gəlinir ama son vaxtlar soyuq övrəsi (daha çox soyuğun təsirindən sonra başlayır), kontakt övrə(müxtəlif əşyaların bədənə uzun müddət travma etməsindən sonra yarana övrə),basınc övrəsi,hamiləliyin övrəsi, xolinergik övrə və s formalara rast gəlinir.  Övrənin müalicəsi   İlk növbədə xəstəliyin yaranmasına səbəb olan amili tapib ortadan qaldırmaq və səbəb olacaq başqa bir xəstəlik varsa onu araşdırıb müalicə etmək lazımdır.Əsas müalicə preparatları isə antihistamin preparatlardır ki bunlar da həkimin nəzarəti altında aparılır. Xəstənin vəziyyətinə xəstəliyin sürətinə və şiddətinə uygun olaraq hansı dozada və hansı zaman müddətində qəbul edilməsi təyin edilir. Övrə xəstəliyi xroniki gedişli olsada dəqiq müayinə və müalicə nəticəsində xəstəlikdən birdəfəlik sağalmaq mümkündür.      Övrənin profilaktikası  Əsasən spirtli içkilərdən,aspirindən,qıcıqlandırıcı qidalardan uzaq durmaq və hava şəraitinə diqqət etmək lazımdır çünki çox soyuq və çox isti hava xəstəliyi artlra bilər. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 14.02.2021

Katarakta
 hekimtap.az

Katarakta

40 yaşdan yuxarı insanlar arasında ən çox görülən görmə itkisi və dünyadakı korluğun əsas səbəbi olan katarakt haqqında məlumat əldə edə bilərsiniz. Katarakt nədir? Kataraktın səbəbləri, simptomları və müalicəsi. Katarakta nədir? Büllurun şəffaflığını itirərək bulanmasıdır. Başqa sözlə, dumanlı bir şüşədən baxırmış kimi görmə təhrifidir. Katarakt orta yaşdan yuxarı insanlarda görülən bir göz xəstəliyidir, ancaq yeni doğulmuş körpələrdə, şəkərli diabet xəstələrində, gözündəki fiziki xəsarətlərdən sonra və uzun müddət kortizon dərmanı istifadə edənlərdə görülə bilən bir göz xəstəliyidir. Kataraktanın əlamətləri: Görmə qabiliyyətində tədricən azalma; İşığa həssaslıq (parıltı); İki görmə; Oxumaq çətinliyi; Zəif gecə görmə; Rəngin solması və ya saralması; Eynək nömrələrinin tez-tez dəyişdirilməsi. Kataraktanın səbəbləri Kataraktların əksəriyyəti gözün büllurunu təşkil edən toxumada yaşlanma və ya zədə nəticəsində dəyişiklikdə inkişaf edir. Digər sağlamlıq problemlərinə səbəb olan bəzi irsi genetik xəstəliklər katarakt riskini artıra bilər. Katarakt digər göz xəstəlikləri, keçirilmiş  göz əməliyyatları və ya diabet kimi tibbi vəziyyətlər də səbəb ola bilər. Steroid dərmanların uzun müddətli istifadəsi kataraktın inkişafına da səbəb ola bilər. KATARAKT NECƏ OLUNUR? Kataraktın meydana gəldiyi büllur gözün rəngli hissəsinin (iris) arxasında yerləşir. Büllur gözlərə daxil olan ışığı fokuslayır və retinada aydın və kəskin şəkillər yaradır (gözdəki işığa həssas membran kameradakı bir film kimi işləyir). Yaşlandıqca gözlərdəki büllur  daha az çevik, daha az şəffaf və qalın vəziyyətə gelir. Yaşla əlaqəli və digər tibbi vəziyyətlər büllurun içindəki toxumaların parçalanmasına və bir-birinə yığılmasına səbəb olur; bu, büllur içərisindəki kiçik sahələri bulanıqlaşdırır. Katarakt inkişaf etməyə davam etdikcə bulanma daha sıx olur. Katarakt, işığın büllurdan keçərkən dağılmasının qarşısını alır və kəskin şəkildə müəyyən edilmiş bir görüntünün retinaya çatmasının qarşısını alır. Nəticədə, görmə qabiliyyətiniz azalır. Katarakt ümumiyyətlə hər iki gözdə inkişaf edir, lakin bərabər olmur. Bir gözdəki katarakt digərlərindən daha inkişaf etmiş ola bilər və gözlər arasında görmə fərqlərinə səbəb ola bilər. KATARAKT ÜÇÜN RİSK FAKTORLARI Katarakt riskini artıran amillər bunlardır: Artan yaşı; Diabet; Günəş işığının çox olması; Siqaret çəkmək; Piylənmə; Hipertoniya; Əvvəlki göz zədəsi və ya iltihab; Əvvəlki göz əməliyyatı; Kortikosteroid dərmanlarının uzun müddətli istifadəsi; Həddindən artıq miqdarda spirt içmək; Kataraktanın müalicəsi Katarakt müalicəsində yeganə seçim əməliyyatdır. Katarakt görmə kəskinliyini müəyyən bir səviyyəyə endirdikdə, müalicə edilməlidir. Xəstənin peşə funksiyalarına və ya gündəlik həyatına mənfi təsir göstərməyə başlayarsa, erkən mərhələdə müalicə edilə bilər. Son illərdə katarakt cərrahiyyəsində mühüm yeniliklər yaşanır. Mükəmməl göz içi linzaların istifadəsi ilə xəstələr katarakt əməliyyatından sonra həyatlarını keçmişə nisbətən daha rahat davam etdirə bilirlər və multifokal göz içi linzaları sayəsində yaxın və uzaqları eynəksiz görə bilirlər. Katarakt əməliyyatı, tutqun linzaların götürülməsini və süni lenslə əvəz edilməsini əhatə edir. Göz içi lensi adlanan süni lens təbii lenslə eyni yerə qoyulur. Bəzi insanlar üçün süni lens digər göz problemləri üçün uyğun deyil. Bu hallarda, katarakt çıxarıldıqdan sonra görmə eynək və ya kontakt linzalarla düzəldilə bilər. Katarakt əməliyyatı ümumiyyətlə ambulator şəraitdə aparılır, yəni əməliyyatdan sonra xəstəxanada qalmağınıza ehtiyac qalmır. Katarakt əməliyyatı ümumiyyətlə təhlükəsizdir, lakin infeksiya və qanaxma riski ola bilər. Katarakt əməliyyatı, retina dekolmanı riskini artırır. Prosedurdan sonra bir neçə gün narahatlıq hiss edilə bilər Hər iki gözdə katarakt əməliyyatına ehtiyac varsa, həkim ilk əməliyyatdan sonrakə müalicə periodundan sonra ikinci gözdəki kataraktın çıxarılması üçün əməliyyat təyin edəcəkdir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 14.02.2021

Spinner