Septik artrit
 hekimtap.az

Septik artrit

Septik artrit infeksiya nəticəsində yaranan oynağın iltihabi xəstəliyidir. Septik artriti həm də infeksion artrit də adlandırırlar. Adətən bakteriyalar tərəfindən törədilir. Törədici bəzi hallarda virus və göbələk də ola bilr. Adətən septik artrit bir iri oynağı, məsələn: diz və ya bud-çanaq oynağını zədələyir. Nadir hallarda septik artrit bir neçə oynağı zədələyə bilər.  Septik artritin səbəbləri Törədici bakteriyalar qan vasitəsilə orqanizmin bir hissəsindən oynağa daxil olur. İnfeksiya həmçinin açıq yaradan və diz oynağında aparılan cərrahi əməliyyatdan sonra da yayıla bilər. Uşaqlarda və böyüklərdə kəskin septik artritin törədiciləri arasında stafilakok və streptokok çox təsadüf olunur. Cavan yaşlı xəstələrdə Neisseria gonorrhoeae bakteriyası ən çox təsadüf olunan törədicidir. Bu bakteriyalar qanla oynağa daxil olaraq oynağı zədələyir, iltihab və ağrı törədir.   Bakteriyalardan əlavə viruslar və göbələklər də törədici ola bilər: Törədici viruslara aiddir:  Hepatit A, В və С Parvovirus B19 QİDS  Adenovirus Koksaki virus Parotit Alfaviruslar Flaviviruslar Törədici göbələklərə aiddir: histoplazma, koksidiomiset və blastomiset aiddir. Bu infeksiyalar bakterial infeksiyadan fərqli olaraq tədricən inkişaf edir. Hansı xəstələrin septik artritə tutulma ehtimalı yüksəkdir? Kiçik yaşlı uşaqlarda və yaşlı şəxslərdə septik artritin rast gəlmə ehtimalı daha yüksəkdir. Açıq yarası olan xəstələrdə də bu risk çox yüksəkdir. Bundan əlavə bir sıra autoimmun xəstəliklər (revmatoid artrit, sistem qırmızı qurd eşənəyi), zəif immun sistemi (alkoqolizm, immunodepresantlarla müalicə, QİDS infeksiyası olan) və yanaşı xroniki xəstəlikləri, məsələn: xərçəng, şəkərli diabet olan xəstələr, oynaqda (əsasən diz və bud-çanaq oynağının) endoprotez yerləşdirilmiş xəstələr, TNF-alfa ingibitorları ilə müalicə alan xəstələr, qaraciyər və böyrək çatışmazlığı olan xəstələr də bu sıraya aiddir. Bundan əlavə əvvəllər zədələnmiş oynaqların infeksiyalaşma ehtimalı da yüksəkdir.    Septik artritin əlamətləri Əsas şikayət oynaqda güclü ağrı, oynaqda şişkinlik və temperaturun yüksəlməsidir. Digər simptomlar: Yorğunluq və ümumi zəiflik Yüksək hərarət Oynaqda hərəkət məhdudluğu Xüsusən hərəkət zamanı zədəli oynaqda güclü ağrı Şişkinlik (oynaqda mayenin miqdarının artması) Oynaqda yerli hərarətin qalxması  Septik artritin diaqnostikası Septiki artritin dəqiq diaqnozunu qoymaq üçün artrosentez proseduru icra olunur. Bu prosedur zamanı oynaqdan müayinə üçün oynaq mayesi (sinovial maye) alınır. Oynaq mayesinin laborator müayinəsi aparılır. Normal halda bu maye steril olmalıdır.  Oynağın zədələnməsini aşkar etək üçün oynağın rentgenoloji müayinəsi aparılır. Qan analizləri iltihabın gedişinə nəzarət üçün lazımdır. Oynağın MRT (maqnit rezonans tomoqrafiya) müayinəsi oynaqda dağılma prosesini dəqiqləşdirmək üçün daha həssas müayinə metodudur, amma xəstəliyin erkən mərhələsində az informativdir.  Septik artritin müalicəsi Əgər infeksion mənşəli artritdirsə infeksiyanın yayılmasının qarşısını almaq üçün antibiotikoterapiya (venadaxili olmalı) təcili aparılmalıdır.   İlkin olaraq emprik müalicədə geniş təsir spektrli antibiotik istifadə olunur. Törədici təyin olunduqdan sonra ona həssas antibiotik təyin olunur. Müalicə 4-6 həftəyə qədər davam etməlidir. Artroskop vasitəsilə infeksiyalaşmış toxuma xaric olunur və oynaq təmizlənir. Əgər oynağın drenaj olunması aspirasiya və ya artroskopiya vasitəsilə mümkün olmasa, oynağın açıq əməliyyatı aparılmalıdır.    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Published: 20.09.2020

Herpeslər - Dərinin virus xəstəlikləri (Herpes Simpleks İnfeksiyaları)
 hekimtap.az

Herpeslər - Dərinin virus xəstəlikləri (Herpes Simpleks...

Herpes simpleks nədir?          Herpes simpleks infeksiyaları insanların önəmli bir bölümünün yaşadıqları illər boyunca qarşılaşdığı bir xəstəlikdir. İnfeksiyaların  kliniki xüsusiyyətləri yerləşdiyi yerlərə görə dəyişir. Herpes virusları bədənin istənilən nahiyəsində,azacıq qızarıqlıq fonunda, içərisi maye ilə dolu olan tək və bəzən də qruplaşmağa meyilli sudurcuqlarla özünü biruzə verir. Əsasən uşaq yaşlarından herpes viruslarına yoluxma olur və bu viruslar sinir qanqliyasında ömür boyu yaşayaraq əlverişli şərait olduqda özünü təkrar göstərir.                Herpeslərin etiologiyası            HSV( Herpes simplek virusları)nin müxtəlif növləri insan bədənində müxtəlif klinikalı xəstəliklər yaradır. Əsasən insndan insana təmas yolu ilə,cinsi əlaqə zamnı keçir.Vrusla yoluxma hər yaşda ola bilər ama çoxunluqla 5-6 yaş arası başlayır. Tüpürcək vasitəsilə selikli qişalardan asanlıqla yoluxma mümkündür. HSV-1 in (Herpes simpleks virus-1, Human herpes virus-1) yaratdığı səpgilər çoxunluqla ağız və dodaq nahiyəsində(el arasında uçuq deyilir) yaranan, qruplaşmaya meyilli herpes səpgiləridir.HSV-2 (Herpes simpleks virus-2, Human herpes virus-2) daha çox genital bölgədə səpgilər yaradır.Bundan başqa HHV-3 virusları həm su çiçəyi həmdə Kəmərləyici dəmrov (Herpes zoster) xəstəiyinin törədicisidir.                       Herpesin əlamətləri                  Herpes virusları ilə yoluxmadan sonra  xəstə 3-12 gün inkubasiya dövründə olur . Bundan sonra qızdırma yaxud özünü halsız hiss etmə kimi əlamətlər biruzə verə bilər və xəstəliyin növünə və yerləşmə yerlərinə görə fərqli kliniklarda özünü göstərər. Məsələn Fasiyal-Oral (Üz-ağız boşluğu) herpes də ağız içində,dodaqlarda, dildə sudurcuqlar yaranır  və sürətlə üzəri açıq yaralara çevrilir ki bu da qidalanmanı çətinləşdirir eləcədə yaralara ikincili infeksiyanın qoşulması ilə bağlı ağızda xoşagəlməz qoxu yarana bilər. Bəzən xəstəliyin şiddətinə görə baş ağrısı, halsızlıq, ümumi əhval ruhiyyənin pisləşməsidə çüşahidə olunur. Genital herpeslərdə  anogenital bölgədə, bəzən də qadınlarda vaginada herpes səpgiləri başlayır ki bu da xəstəni ciddi çəkildə natarat edir. Qızdırmanın 2-3 gün ərzində çəkilməsinə baxmayaraq səpgilərin qabıqlayıb sağalması 2 həftədən çox vaxt aparır. Səpgi nahiyəsində ağrılarla və eyni zamanda yaxınlıqda olan limfa vəzilərinin şişməsini də müşahidə edə bilərik. Herpes virusları çox zaman müalicəyə tabe olsada vaxtında aparılmayan müalicə nəticəsində xəstəlik xronikiləşə,eləcədə sisnir sitemini zədələyərək çox böyük ağırlaşamalara gətirə bilər.Bəzən  hamiləliyin ilk 3 ayında yaranmış herpes xəstəliyi dölün ölümünə səbəb olur.          Herpesin növləri            Herpes viruslarının tipindən və səpgilərin yerləşmə yerlərindən asılı olaraq bir neçə növü qeyd edə bilərik ki: Üz-ağız böşlugu herpesləri    (Əsasən HSV-1 tərfindən törədilir), Genital herpeslər (Əsasən HSV-2 tərfindən törədilr),  Residivləşən herpeslər (Həm HSV-1, həm HSV-2),  SU çicəyi, Kəmərləyici dəmrov,  Disseminəherpeslər(Yayılmış herpeslər), İmmun sistemi zəif olanlarda olan herpeslər , Kontagioz molyusklar və s bu qrupdan olan növlərdir.                            Herpesin diaqnozu              Həkimin müayinə zamanı gödüyü kliniki əlamətlər, xəstədən toplanan anamnez, eləcədə lazım olduğu təqdirdə laborator muayinələr (Tzanc sitoloji, yaradan alınan materialda mikroskopik incələmə, PZR analizi və s) vasitələrlə çox dəqiq və vaxtında analiz qoymaq mümükündür.                    Herpeslərin müalicəsi                    Qeyd etdiyimiz kimi çox insanlar uşaqlıqda yoluxur və herpes viruslar sinir qanqliyalarında insanın yaşamı boyunca yaşayır. Bu zaman onlar latent haldadır və üzə çıxmadıqları halda orqanizm üçün heç bir fəsad tprətməzlər. Xəstəliyin düzgün və vaxtında qoyulan diaqnozundan sonra həm yerli həm də daxilə təyin olunan virus əlehinə olan preparatlarla (asiklovir, valasiklovir, famosiklovir və s) uğurla və fəsadsiz müalicə etmək mümkündür.  Bundan başqa xəstədə mütləq yanaşı gedən xəstəlikləri araşdırmaq (əsasən immun çatmazlığı problemləri) və onlara qarşı paralel müalicə aparmaq lazımdır.                   Herpeslərin profilaktikası                Virus xəstəliklərinin çoxuna qarşı birdəfəlik  və davamlı immunitet yaranmadığından daima orqanizmin müqavimətini artıran (istər dərman prepartları olsun, istər düzgün qidalanma, açıq havada gəzmə, günəş vannaları və s) vasitələrdən istifadı etmək lazımdır. Eləcədə virus xəstəliyi olan insanlardan uzaq durmaq,birbaşa təmas halında olmamaq çox vacibdir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Published: 20.09.2020

Akne vulqaris - Gənclik sızanaqları
 hekimtap.az

Akne vulqaris - Gənclik sızanaqları

Akne nədir?     Tük follikullarının və buna bağlı yağ vəzilərinin iltihablanması nəticəsində yaranan komedonlar (tıxac), papulalar, irin və irinciklər eləcədə içərisi möhtəviyyatla dolu ağrılı düyünlər və özündən sonra çapıq izləri yarada bilən xroniki gedişli iltihablı dəri  xəstəliyidir. İrinlərin belə çox olduğu xəstələrdə yoluxuculuq yoxdur. Ən çox yerləşdiyi yerlər üz, çiyinlər, kürəyin yuxarı hissəsi, sinənin ön tərəfidir. Bir və ya bir neçə bölgə eyni vaxtda tutula bilər.                                                                                                         Aknenin etiologiyası    Etioparogenezində böyrək üstü vəzi və ya qonadotropin tərkibli androgen hormonlara qarşı yaranan həssaslıq buna bağlı yağ vəzilərində həddindən çox yağ ifrazı eləcədə yağ vəzilərində olan mikroorqanizmlərin normadan çox artması və yağ tərkibinin pozulması rol oynayır.  Qidaların və şəxsi gigiyenaya düzgün əməl edilməməsinin  xəstəliyin yaranmasında çox da mühüm rolu yoxdur. Yağ vəzilərinin işinin pozulması nəticəsində follikulun ağızında tıxac yaranır ki bu da qapalı komedon adlanıir və xəstəliyin başlanmasının göstəricisi kimi qıbul olunur.                             Aknenin əlamətləri  Bəzən dəriyə kələ-kötür,nahamar,pas kağızı görkəmi verəcək qədər çoxlu komedonlar ola bilər. 2 mm dən böyük səpgilər makrokomedonlar adlanır. Akne vulqaris hər yaşda başlaya bilməklə daha çox 12-14 yaş arası başlayıb 35-44 yaşlara qədər davam edə bilər. Belə demək mümkünsə bütün insanlar  həyatı boyunca az və ya çox sayda akne səpgiləri ilə qarşılaşa bilər. Komedonlar açıq və qapalı olmaqla 2 qrupa bölünür. Açıq komedonlar yastı,azacıq qabarıq,mərkəzi qara bir nöqtə şəkilində görünür. Əllə sıxdıqda asanlıqla içərisindən möhtəviyyat çıxır. Qapalı komedonlar isə sıxdıqda çıxmır və daha çıx iltihablaşmaya və irəli zamanlarda papulalara, irinlərə çevrilməyə yönəlik  olur. Xəstəlik nə qədər tez kiçik yaşlardan başlayarsa daha şiddətli seyr edə bilər və kişilərdə qadınlara nisbətən daha aqressiv gedişli ola bilir. Şiddətli akne olan insanların üzündə yağlı bir görünüş olur. Akbe vulqarisin patogenezində bir neçə səbəb bir arada rol oynaya bilər (hormonlara həssaslığın artması ilə yanaşı yağ ifrazının artması və mikroorqanizmlərin sürətlə çoxalması nəticəsində onalrın ifraz etdiyi fermentlərin yağları parçalaması bunun da nəticəsində neytrofillərin bölgəyə axını və iltihabın daha da şiddətlənməsi). Akneli xəstələrdə eyni vaxtda həm bağlı və açıq komedonlar eləcədə papul və irinciklərə rast gəlmək olar. Bundan başqa aknelirn sıxılması, üzün üzqırxan vasitəsilə təmizlənməsi nəticəsində başqa bir infeksiyanın qoşulması nəticəsində daha dərin və iltihablı bir görünüm ola bilər.                                     Aknenin növləri          Yenidoğulmuşlarda akneyə təsdqf olunur ki bu da İnfantil akne adlanir. Xəstəlik özlüyündən sağalmaya meyillidir amma bəzən dirəncli formalarda həkimin müalicəsi vacibdir. Akne konglobata dediyimiz formada aknenin bütün elementləri eyni vaxtda və daha yayılmış eləcədə müalicəyə davamlı aqressiv gedişli olur. Steroid aknelər daha çox həkim nəzarəti olmadan artıq dozada qəbul olunan steroid preparatların qəbulu zamanı yaranır. Hormonal aknelər daha çox qadınlarda böyrək üstü vəzidə və hipofizdə yaranan problemlər nəticəsində mensturasiya öncəsi və stressli durumlarda yarana bilər. Kelloidal akne  bəzi xəstələrdə və daha çox çiyinlərdə, sinədə akne səpgilərinin birbaşa kelloid törəməyə keçməsi nəticəsində yaranır ki bu xəstələr başqa yönlərdən tam sağlam olsalar belə dəridə kelloidləşməyə yatqınlıq olur.                                 Aknenin diaqnozu     Dizqnoz əsasən həkimin topladığı anamnezə və görünən kliniki əlamətlərə görə qoyulur. Aknenin dizqnozunun dəqiqləşdirilməsində xəstənin yaşı,cinsiyyəti, səpgilərin müddəti eləcədə əvvəllər aparılan müalicəyə xəstənin verdiyi reaksiya bundan əlavə hormonal göstəricilərin artması və azalması,yanaşı başqa bir sistemik xəstəliyin var olması çox önəmlidir.                                                      Aknenin mualicəsi         Qeyd etdiyimiz kimi yanaşı bir xəstəlik olmasından asılı olaraq (hansıki burda endokrin pozuntular, qadinlarda ginekoloji xəstəliklər, həzm sistemi orqanlarının bu və ya digər xəstəlikləri və s ) müalicə fərqli yöndə olur. Yanaşı xəstəliyin əgər varsa müalicə olunması və ya yoxdursa birbaşa xəstəliyin dəqiq dizqnozu təyin oluduqdan sonra bu günkü son protokola uygun olaraq istər yerli kremlər,məlhəmlər,losyonlar və s eləcədə daxilə təyin olunan antibakterial yaxud da yağ vəzilərini tam quruda bilən xüsusi qrup preparatlar vasitəsilə xəstəlikdən çox qısa müddətdə və birdəfəlik xilas olmaq olar.                Aknenin profilaktikası    Xəstəliyin yaranmasında vacib rol oynamasada istər müalicə zamanı istərsədə müalicədən sonra həzm sistemini pozacaq qidaların,spirtli içkilərin, həkim nəzarəti olmadan qəbul olunan dərman preparatlarının xəstəliyi yenidən alovlandırmasında rol oynaya bilər. Bu səbəbdən mənşəyi məlum olmayan qidaların və həkimə danışılmadan dərmanların qəbulu yol verilməzdir.   Mövzu ilə bağlı video:  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az    

Published: 20.09.2020

Ziyillər-dərinin virus infeksiyaları-HPV (Human papilloma virus) hekimtap.az

Ziyillər-dərinin virus infeksiyaları-HPV (Human papilloma virus)

Ziyillər insan papilloma infeksiyalarının bir növüdür. Ziyil (verruka) Human papilloma viruslara (HPV) bağlı olaraq yaranan,epiteldə hiperplaziya və həddindən çox keratin toxuma sintez edən xroniki gedişli infeksiyadır. İki yüzdən artıq tipi olan bu DNA virusunun hardasa 20-yə yaxın tipi insanlarda infeksiyaya səbəb olur. Fərqli HPV tipləri bədənin fərqli bölgələrində infeksiya yaratmaq gücündədir. Xəstəlik yoluxduqdan sonra 6 aya qədər inkubasiya dövrü keçə bilər bu üzdən xəstəliyin kimdən və nə vaxt keçməsini təyin etmək  mümkün olmur.Xüsusilə əlin arxasında,ovuclarda,barmaq və dırnaq ətrafında yerləşməklə birlikdə dəri və selikli qişaların istənilən bir yerində rast gəlinə bilər.İlk ziyilin yaranmasından sonra xəstəliyin əkilmə yolu ilə yayılması düşünülməkdədir.                              Ziyillərin etiologiyası         Klassik tip(Verruka vulqaris) olan ziyillərin başlıca törədiciləri HPV 1, 2, 4, 7, 27 və 57 dir.  Ayaq ziyillərində(Verruka plantaris) daha çox HPV 1 və 63 tipidir. Anogenital ziyillərdə HPV  6, 11, 44 və daha çox təhlükəli sayılan(xərçəngönü) 16, 18 tipləridir. Yastı ziyillər (Verruka plana) HPV 3, 10, 28, və 49 a bağlı yaranır. Məktəb dövründə olan uşaqlarda daha çox yayılmışdır. Həm ailə fərdləri arasında həm məktəbdə rahat yoluxma olur. Bəzən heyvanlardan da insan keçə bilir(qəssablarda daha çox). Qeyd etdiyimiz kimi virus mənşəlidir və xüsusi tip viruslar birbaşa insandan insana,xəstə heyvandan çox asanlıqla keçə bilər. Ziyillərin yayılmasına uşaqlarda barmaq əmmə vərdişi  çox kömək edir, hansıki daima dərinin tamlığı pozulduğundan həm barmaqlara həm ağız boşluğuna asanlıqla yayıla bilər. Eləcədə genital ziyillər çox rahatlıqla cinsi əlaqə zamanı yayılır.                                                      Ziyillərin əlamətləri               Tipik ziyillər dəridən qabarıq, 3-10 mm boylarında,yuvarlaq və ya polisiklik, dəri rəngində və ya biraz daha tünd rəngli, üzəri nahamar, sərt törəmə şəkilində olur. Yalnız dərinin epidermis qatını zədələdiyindən müalicə olunduqdan sonra dəridə çapıq yaranmır. HİV infeksiyası ilə yoluxmuş insanlarda genital nahiyədə ziyillərin sayı artmışdır. Ziyillər yerləşdiyi bölgəyə uyğun olaraq müxtəlif formalarda özünü göstərir.                                                         Ziyillərin növləri                  Klassik ziyillərin(Verruka vulqaris) formasını yuxarıda qeyd etmişdik. Ayaq ziyilləri(verruka plantaris)  yastı formada, dəridən çox da  qabarıq olmayan amma əllədikdə əl altında nahamar, kələ kötür bir törəmə hiss olunur. Bir neçə ziyil bir yerdə görünür və ya birləşməyə meyilli olur. Bəzən ziyillərin içində dermistə yerləşən və tromboza uğrayan xırda kapilyarlarla bağlı qara-qırmızı nöqtələr görünə bilər. Filiformis formalar daha çox üzdə,durun dəlikləri ətrafında,göz qapaqları, boyun bəzən də dodaqlarda  yerləşəir .İncə və ya qalın saplı,ucunda hiperkeratotik (çox sərt) çıxıntılar olur. Genital ziyillər (Verruka anogenitalis) genital bölgədə, dəri rəngində, tünd qəhvəyi rənglərdə və çirkli ağ rənglərdə ola bilir. Qruplaşımiş və ya dağınıq formada genital bölgədı yayılan bu ziyillər daha yumşaq, mərcanvari, bəzən xoruz pipiyini xatırladan və çox sürətlə həm yoluxdurmağa və həmdə yayılmağa meyillidir. Yastı ziyillər (Verruka plana) adından göründüyü kimi yastı formada olur və daha çox üz, boyun,əlin arxasında rast gəlinir. Xüsusilə uşaqlarda rast gəlməsi daha çoxdur. Xəstələrdə bir neçə ədəddən yüzlərlə  və daha çox sayda törəmələr görünə bilər. Yastı ziyillərin üzəri hamar formada olur.                        Ziyillərin müalicəsi          Ziyillərin müalicəsində fərqli yöntəmlərdən istifadə olunur ki ən çox yayılan üsul ziyilin bədəndən uzaqlaşdırmaqdır.Bu isə krioterapiya (quru buz vasitəsilə dondurmaq) ilə, lazer müdaxiləsi yaxud elektrokoaqulyasiya ilə kəsib götürməkdir. Bundan başqa xüsusi keratolitik preparatlar vasitəsilə ziyilləri məhv etmək olur. Amma ən diqqət etdiyimiz məqam ziyilləri (xüsusilə anogenital yerləşən) götürməzdən əvvəl onların hansı tip olmasını dəqiqləşdirmkdir. Çünki qeyd etdiyimiz kimi bəzi tiplər (16,18 və s) xərçəngönü sayılır. Bu baxımdan ziyilin tipini təyin etdikdən sonra ya tam uzaqlaşdırılır yaxudda  vaxtaşırı müayinələrə cəlb olunur (məsələn qadınlarda uşaqlıq boynu xərşəngi yarada bilər) ki başqa fəsadların qarşısı alınsın. Eləcədə xəstələrə orqanizmin müqavimətini artırmaq üçün müəyyən qrup preparatlar təyin olunur.                           Ziyillərin profilaktikası              Virus xəstəlikərində eləcədə ziyillərdə pofilaktika çox önəmlidir. Çünki bu birbaşa xəstə insandan yoluxur. O üzdən  münasibətdə olduğunuz insanlara sadə təmas zamanı onların əlində, üzündə ziyillərin olub olmamasına diqqət etmək xüsusuilə cinsi yaxınlıq zamanı genital bölgədə ziyillərin olmasına diqqət etmək lazımdır. Bundan başqa vaxtaşırı həkim müayinəsində olmaq lazımdır çünki çox hallarda qadınlarda vaginada ziyillərin olmasıni bilməyə bilərlər. Nəmli və dərinin tamlığını pozan şəraitlərdən qaçınmalı, vaxtaşırı dezinfeksiyaedici vasitələrdən istifadı etməli, eləcədə orqanizmin müqavimətini daima yüksək saxlamaq (düzgün qidalanma, idman etmək, açıq havada gəzmək) lazımdır.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Published: 20.09.2020

Dərinin göbələk xəstəlikləri - Dermatomikozlar hekimtap.az

Dərinin göbələk xəstəlikləri - Dermatomikozlar

Göbələk  xəstəlikləri  nədir? Dərinin göbələk xəstəlikləri İnsanlar arasında yayılmasına görə iltihablı dəri xəstəliklərindən sonra ən geniş yayılan xəstəlikdir. Ümumiyyətlə göbələklərin milyonlarla növü olmasına baxmayaraq insan bədənində eləcədə dərisində 300 ə yaxın göbələk növü xəstəlik yarada bilir. Sağlam insanların dərisində yaşayan göbələklər dəri tamlığı pozulduqda yaxud immun sistemi zəiflədikdə artıq patogen hala keçib xəstəlik yarada bilər. Göbələklər açıq havada, torpaqda, bitkilərdə,heyvanlarda və insan bədənində eləcədə insan dərisində yaşaya bilirlər və bakteriyalar kimi parazit mikroorqanizmlərdir . Nəmli mühitlərdə sürətlə çoxalaraq daha yoluxdurucu olurlar.                                 Göbələklərin etiologiyası        Parazit    göbələklər hər bir mühitdə yaşamağa uygunlaşmış mikrorqanizmlərdir  və temperatura həssaslığına görə 3 qrupa bölünür(0-15 dərəcədə yaşayan, 15-40 dərəcədə yaşayan, 40 dərəcədən yuxarı). Əsas yoluxma  və yaranma yolları: 1.Göbələklərlə çirklənmiş torpaq. 2.Göbələk xəstəliyinə yoluxmuş insanlar. 3.İmmun sistemi zəifləmiş insanlar(HİV, orqan köçürmə). 4.Göbələk xəstəliyi ilə yoluxmuş xəstə heyvanlar. 5 Hormonal(kortizol) preparatlardan uzun müddət və nəzarətsiz istifadə etmiş insanlar. 6.Tez tez cinsi əlaqədə olan(fərqli partnyorlarla)insanlar. 7.Uzun müddət anribiotiklərin qəbulu. 8.Əməliyyatlardan sonra uzun müddət kateter istifadəsi. 8.Bəzi sistemik və metabolik xəstəliklərdir.  Bundan başqa göbələk xəstəliklərinin yayılmasını sürətləndirən müxtəlif səbəblər də var. Bunlardan ümumi yaşayış yerləri, kollektiv iş yerləri,yataqxanalar,uşaq baxçası, hamam, sauna,hovuz,sintetik geyimlər(hansıki bədənin düzgün tənəffüsünə şərait yartmır və dərini nəm saxlayır),yetərsiz günəş və s qeyd etmək olar.                                  Göbələk xəstəliyinin əlamətləri        Dəridə yaranmış göbələk xəstəliyi daha çox özünü qaşınma ilə biruzə verir. Bundan başqa dəri səthindən azacıq qabarmış,qızarıqlıq fonunda, üzəri bəzən qabıqla örtülü olan, sağlam dəridən kəskin sərhədlə seçilən, çox fərqli ölçülərdə,fərqli sayda, bütün bədəndə eləcədə dırnaqlarda, selikli qişalarda, tüklərdə belə yayılmış ola bilir. Dərinin həm səthi(epidermisi) həm də daha dərin (dermani) qatlarını zədələyə bilir.Dərinin səthi qatını zədələyən göbələklər özlərini müxtəlif dəri elementləri ilə göstərə bilir. 1.Qızarıqlıqla. 2.Kəpəklənmə ilə. 3.Gobudlaşmış dəri ilə(keratoz). 4.Vezikulizasiya ilə (içərisi su ilə dolu qabarcıqla), irinlərlə və s . Tutuduğu bölgəyə,eləcədə zədələdiyi dəri və dəri artımlarına görə müxtəlif formalarda,müxtəlif rənglərdə özünü göstərir. Məsələn başın tüklü hissəsini tutan göbələklər həm quru kəpəklənmə olaraq həm də irinli yaralarla müşahidə oluna bilər ki bəzi proseslərdə  yara sahəsindən tükləri çəkdikdə asanlıqla çıxa bilir. Gövdə hissəsini tutan göbələklər (boyun, üz, sinə, aşağı və yuxarı ətraflar) mərkəzdən sağalmaya meyilli olub səpginin kənarlarında aktiv formada qalır və həmişə yoluxucudur. Dırnaqları zədələyən göbələklər  dırnaqların həm rəngini həm formasını eləcədə strukturunu zədələyir. Selikli qişalarda yaranmış göbələklər (ağız böşluği, vaginada) üzəri ağ rəngli örtüklü və daha çox düzənsiz şəkilli olaraq,selikli qişalara yapışıq şəkildə özünü biruzə verir.                               Göbələk xəstəliklərinin növləri    Qeyd etdiyimiz kimi yüzlərlə göbələk növləri dəridə parazitlik edə bilər. Göbələk xəstəliyiklərini həm törədicilərin fərqliliyinə görə (M.canis,M.audouinii, T.tonsurans, T.violaceum və s) həm yayıldığı bölgəyə görə (Tinea corporis-bədən göbələyi, Tinea kapitis-baş göbələyi, Tinea barba-saqqal göbələyi, Tinea fasiyalis-üz göbələyi, Tinea inguinalis-qasıq göbələyi, Tinea pedis-ayaq göbələyi, Tinea manum –əl göbələyi, Onixomikoz-dırnaq göbələyi və s) və tutuduğu başqa orqan və orqan sistemlərinə (Aktinomikoz, sportrikoz, Kriptokkokozvə s) görə növlərə bölmək olar. Əlbəttdəki diaqnozun qoyulmasında,xəstəliyin müalicə və profilaktikasında bu növlərin dəqiqləşdirilməsi vacibdir.                                   Göbələk xəstəliklərinin müalicəsi                  Müalicədə əsas önəm verdiyimiz və yuxarıda da qeyd etdiyimiz kimi xəstəliyin növü, yayılma sahəsi, xəstədə olan başqa yanaşı xəstəlikllər eləcədə xəstənin yaşı çox vacibdir. Səthi göbələklərdə yerli müalicələr (kremlər, lasyonlar, şampunlar və s ) çox zaman yetərli ola bilər. Dərinin  daha dərin qatlarını zədələyən göbələklərdə yerli müalicələr ilə yanaşı daxilə təyin olunan antifunqal preparatlar vacibdir. Bundan başqa,birbaşa göbələk əlehinə olan preparatlarla yanaşı əgər immun sistemində zəiflik varsa xəstənin müqavimətini artırmağa yönəlik preparatlar eləcədə ikincili infeksiyalar qoşulubsa yerli və daxilə antibiotiklərin təyini zəruruidir. Qeyd edim ki düzgün diaqnoz qoyulubsa göbələk xəstəliyini birdəfəlik müalicə etmək mümkündür.                                      Göbələk xəstəliyinin profilaktikası                    Göbələk xəsətəliklərində müalicə ilə eyni vaxtda və sonra profilaktika vacibdir. Çünki göbələk xəstəliyinə qarşı orqanizmdə davamlı immunitet yaranmadığından təkrar yoluxma mümkündür. O üzdən xəstəliyə yoluxmamaq üçün ümumi duşxanalardan istifadə etməkdən qaçınmalı, hovuzda, dənizdə çimdikdən sonra bədəni tam qurutmalı,çirkli torpaqda,qumda ayaqyalın gəzməməli,başqalarının ayaqqabisindan, iç geyimlərindən, corablarından, üz qırxmaq və ya dirnaqlara qulluq üçün istifadə olunan setlərindən isitifadə etmək olmaz. Eləcədə vaxtlı vaxtında düzgün qidalanmaq, daima günəş vannaları qəbul etmək, xəstə insanlardan və xəstəliyə yoluxmuş heyvanlardan uzaq durmaq, əlləri dezinfeksiyaedici vasitələrlə yumaq məsləhət görülür. Həkim nəzarəti olmadan antibiotikləri yerli yersiz istifadə etməyin . Dərinizi nəm saxlayan dar, sintetik geyimlərə üstünlük verməyin və dəridə qızarıqlıq, qaşımnma, səpgi gördükdə həkimə müraciət edin.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Published: 20.09.2020

Psoriaz
 hekimtap.az

Psoriaz

Psoriaz nədir? Psoriaz T-limfositlə əlaqəli immun sistemində bas verən dəyişiklik sonrası ortaya çıxan müxtəlif kliniki  formalarda özünü göstərən xroniki gedişli dəri xəstəliyidir. İltihablı dəri xəstəlikləri arasında ən geniş yayılmış xəstəlik olub dünya əhalisin 2-3% ni əhatə edir.Qadın və kişilər bərabər sayda xəstəliklə qarşılaşır və bütün irqlərdə rast gəlinir.Bütün yaş qruplarında rast gələ bilər amma daha çox 15-40 yaş arası başlayır.          Psoriazın etiologiyası Etiologiyasında müxtəlif səbəblər rol oynayır.  Genetik meyillik olan xəstələrdə travmalar(cərrahi müdaxilə,həşarat dişləməsi, inyeksiyalar), stress, infeksiyalar (streptokoklar, HİV), hipokalsemiya, hamiləlik, alkoqolizm və dərman qəbulu (qsiəp, antimalyariya pr, lityum və s.) və başqa qıcıqlandırıcı səbəblər xəstəliyin əməl gəlməsini asanlaşdırır. Xəstəlik alovlanmalarla və sakitləşmə dövrləri ilə illər boyu davam edə bilər. Psoriazın genetik keçməci hələlik  tam aydınlaşmasa da 6-cı  xromosomun HLA bölgəsindəki  PSORS1 olduğu düşünülməkdir. Ata və anadan birində psoriaz olduqda uşaqda xəstəliyin rast gəlməsi 10-20%,yox əgər hər iki valideyində psoriaz varsa uşaqda 50% və daha çox xəstəlik əmələ gələ bilər.         Psoriazın əlamətləri Dərinin istənilən bölgəsində və dırnaqlardan başlaya bilər.Xəstəlik nə qədər erkən yaşlarda başlayarsa və şiddətli gedişli olan xəstələrdə metobolik sindrom daha tez yaranır ki bu da gələcəkdə miokard infarktına və insulta gətirib çıxara bilər.       Psoriazın növləri          Rsoriazın bir birindən fərqlənən bir neçə növü vardır. Vulqar psoriaz demək olar ki psoriaz xəstələrinin ən çox rast gəlinən formasıdır. Daha çox rast gəlinməsinə baxmayaraq bu tip psoriaz daha yüngül gedişli və müalicəyə daha tez tabe olan bir formasıdır. Əsasən bədənin müxtəlif sahələrində və daha çox dizlərdə,dirsəklərdə, başın tüklü hissəsində ,qarın bölgəsində yayılmış, üzəri ağ və gümüşü rənglərdə qabıqla örtülü olan, qızarıqlıq fonunda yaranan səpgilərdir. Səpgiləri küt bir alətlə qaşıdıqda (mum ləkəsi) kəpək kimi ovxalanıb tökülür və altında nöqtəvari qansızma(Auspitz sindromu) müşahidə olunur. Yerli müalicəyə tez tabe olaraq qızarıqlıq, qabıqlanma çəkilə bilir. Guttat psoriaz daha çox streptokok mənşəli faringitlərdən sonra üzə çıxır və çox xırda ölçülü və bədənin hər yerində səpələnmiş səpgilərlə özünü göstərir. İrinli psoriaz çox zaman psoriazın klassik səpgiləri ilə özünü göstərmir. Birdən birə alovlanmağa meyilli olan bu formada bədənin şox hissəsi tutula bilir və yerli müalicəyə asan tabe olmadan daxilə təyin olunan sistemik müalicələrə ehtiyac olur. Eritrodermik psoriaz dah çox uzun illər psoriazdan əziyyət çəkən insanlarda vaxtlı vaxtında müalicə almadığına və yaxud steroid preparatların daxilə düzgün təyin olunmaması nəticəsində bədənin böyük hissəsinin səpgilərə tutulması ilə olur. Bu zaman stasionar yatış və kompleks müalicələr başlanır. Artropatik psoriaz ilk başlanğıclarda və ya uzun illər xəstəliyin davam etməsi nəticəsində oynaqları zədələməklə başlayır ki bu başqa revmatoloji xəstəlilərlə qarışdırıla bilər.      Psoriazın diaqnozu Xəstəyə baxış zamanı klassik psoriaz səpgilərini görmək (eritemalı fonda üzəri ağ və ya gümüşü rəngdə, dəridən biraz qabarıq, sağlam dəridən kəskin sərhədlə seçilən səpgilər) yetərli ola bilir. Amma bəzi formalarda bu əlmətlər olmadığından və başqa xəstəliklərlə differensasiya etmək lazım olduğundan səpgilərdən biopsiya edilərk bir hissə götürülür və histopatoloji olaraq yoxlanılır və psoriaza xas olan (parakeratoz,hipoqranuloz, Munro mikroabsesləri, akantoz və s başqa) görüntüyə əsasən diaqnoz dəqiqləşdirilir. Psoriaz xəstələrində laborator göstəricilər diaqnozun dəqiqləşdiriləməsində çox da vacib olmasada müalicənin təyini və gedişatı boyunca çox zəruruidir, hansıki başqa orqanlarda baş verən prosessləri görmək və onları zədələməmək lazımdır.       Psoriazın müalicəsi          Xəstəliyin müalicəsində yaş faktoru, psoriazın kliniki tipi,səpgilərin yayılması və yerləşməsi eləcədə əvvəllər aldığı müalicələr çox önəmlidir. Xəstələrin hardasa 75% ə qədəri ilk öncədən və uzun illər yerli müalicə (kremlər, məlhəmlər, lasyonlar, nəmlənfdiricilər) olunur hansıki  əlavə və yan təsirləri çox azdır və daha rahat müalicə üsuludur. Bəzi növlərdə isə  yerli müalicəyə müsbət reaksiya azdır daxilə sistemik müalicələr təyin olunur. Bu zaman mütləq başqa orqan və orqan sistemlərində yanaşı davam edən bir xəstəlik varsa diqqət yetirilməli və müalicə olunmalıdır. Sonra psoriazın növünə uygun müalicə secilir (immunsupressor preparatlar, TNF ingibitorlar, A vitamini sintetik analoqları və s.) və vaxtaşırı müayinlər aparmaqla müalicə edilir. Dünyanın istənilən ölkəsində müalicə sxemi protokola uygun aparilir və düzgün təyinatdan sonra uzun illər remissiya (sakitləşmə) əldə edirik.          Psoriazın profilaktikası          Psoriaz xəstəliyində xəstələrin düzgün qidalanmaya (hansıki çox yağlı qidalar, bağırsaqların işini pozacaq qıcıqlandırıcı yeməklər və fastfoodlar, spirtli içkilər, allergik meyvə və qidalar, şirniyyatlar, çox duzlu və ya çox acılı qida və ədviyyatlar olmaz) diqqət etməsi vacibdir. Bundan başqa fəsillə və hava şəraiti ilə əlaqədar kəskinləşəm psoriazlar özlərinə uygun hava şəraiti və ya mühiti seçməlidir. Eləcədə həkim nəzarəti olmadan yaxud da başqa bir xəstəliyə görə aparılan müalicə psoriazı alovlandıra bilər bu üzdən psoriaz xəstələri istənilən bir dərman preparatını qəbul etməzdən öncə həkiminə danışmalıdır. Dərini çox qurutmaq psoriaz xəstələrinin əlehinədir hansıki çox duş almaq və ya çox quruducu sabunlardan istifadə etmək eləcədə dərinin normal  tənəffüsünə imkan verməyən və dərini qıcıqlandırıcı geyimlərdən istifadə etmək olmaz. Mövzu ilə bağlı video:  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Published: 20.09.2020

SKOLIOZ hekimtap.az

SKOLIOZ

Skolioz - onurğa sütununun yana doğru əyilməsinə deyilir. Skolioz xəstəliyinə daha çox gənc və yeniyetmə yaşlarında rast gəlinir. Əyriliklər əsasən döş və bel fəqərələri nahiyyəsində müşahidə olunur. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasina gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur. Yeniyetməlik dövrünün idiopatik skoliozu ən çox 10-14 yaş dövründə rast gəlinir. Xəstəlik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox rast gəlinir. Simptomları - bu xəstəlik zamanı əksər uşaqların heç bir şikayəti olmadığına görə xəstəlik adətən nəzərə çarpacaq deformasiya olduqda aşkar edilir. Usaqlarin xarici görünüşünə görə aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır.   Bir çiyinin və ya bud-çanaq oynağının digərindən yuxarıda yerləşməsinə Bir kürək sümüyünün digərindən yuxarıda yerləşməsinə Önə doğru əylikdikdə bu əlamətlərin daha çox nəzərə çarpmasına Bir qolun və ya ayağın digərindən uzun olmasına Bud-çanaq oynağında olan assimetriya   Diaqnoz - rentgenoqrammalara əsasən həkimlər skoliotik deformasiyalari dərəcələrə bölürlər. Buna əsasən skoliozu 4 dərəcəyə bölürlər. 1-ci dərəcəli 00-10 dərəcə 2-ci dərəcəli 11-30 dərəcə 3-cü dərəcəli 31-60 dərəcə 4-cü dərəcəli  >61 dərəcə  Yeniyetməlik idiopatik skoliozunda onurğa sütununun deformasiyası uzun müddət stabil qalır. Bəzi hallarda isə xəstəlik çox tez proqressivləşir. Buna görə də bu patologiyası olan uşaqlar daim həkim nəzarətində olmalı periodik olaraq rentgen müayinəsindən keçməlidirlər.Yalniz bu zaman xəstəliyin proqressivləşməsinin qarşısını almaq olar. Müalicə: Osteopatiya Fizioterapiya Homeosiniatriya Akupunktura Reabilitasiya Skoliozun müalicəsinə erkən yaşlarından başlamaq məsləhətdir.   Skoliouzun profilaktikasi:  Düzgün oturuş qaydası:            © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Published: 17.09.2020

Ailəvi Ağ dəniz qızdırması xəstəliyi (FMF)
 hekimtap.az

Ailəvi Ağ dəniz qızdırması xəstəliyi (FMF)

Ailəvi Ağ dəniz xəstəliyi (FMF) – bu epizodik qızdırma tutmaları, qarında, oynaqlarda və döş qəfəsində ağrı ilə müşayiət olunan irsi xəstəlikdir.  FMF - əksər hallarda gen mutasiyası ilə dəqiqləşdirilən klinik diaqnozdur.  Aparılan daimi müalicə təkrari tutmaların və daxili orqanların zədələnməsinin qarşısını almaq üçündür.  Ailəvi Ağ dəniz qızdırması xəstəliyi (FMF) – bu genetik xəstəlikdir. Təkrarlanan epizodik qızdırma tutmaları və onu müşayiət edən qarın ağrıları, oynaqlarda və döş qəfəsində ağrı ilə keçir. Bu xəstəlik adətən, Aralıq dənizi ətrafı və Yaxın Şərq ölkələrində (yəhudi, türk, ərəb və erməni millətlərdə) rast gəlinir. İlkin əlamətləri uşaqlıq vaxtından başlayır.  Genetika inkişaf etdikdən sonra bu xəstəliyin genetik analiz yolu ilə dəqiqləşdirilməsi mümkün oldu. Əksər hallarda xəstələrdə tutmalar 20 yaşa qədər müddətdə yaranır.  Ailəvi Ağ dəniz xəstəliyinin (FMF) əlamətləri Xəstələrdə bütün simptomlar büruzə verməyə və illər keçdikcə dəyişə də bilər. Tutmalar adətən 1-3 günə qədər davam edir və müalicəsiz keçir. Uşaqların əksəriyyəti tutmalar arası dövrdə özlərini sağlam hiss edirlər. Amma bəzi uşaqlarda elə tez-tez tutma epizodları olur ki, onlar tam sağalmır  və düzgün inkişaf etmirlər. Bəzi tutma epizodları elə ağrılı olur ki, xəstə hətta təxirəsalınmaz yardıma müraciət edir. Qarında güclü ağrı apendisiti xatırlatdığından bəzi xəstələrə apendektomiya icra olunur. Döş qəfəsində güclü ağrı tənəffüsdə çətinliklər yaradır.  Oynaq ağrılarını qızdırma tutmaları müşayiət edə bilər. Adətən bir oynaq, ən çox aşıq-baldır və ya diz oynağı ağrayır. Oynaqda şişkinlik və ağrı elə çox ola bilər ki, uşaq hətta gəzməkdə çətinlik çəkə bilər. Xəstələrin 1/3 hissəsində aşağı ətraflarda qırmızı səpgilər rast gəlinə bilər. Bəzi uşaqlarda xəstəliyin yeganə əlaməti oynaqda ağrı və şişkinlik olur. Bunu bəzən səhv olaraq kəskin revmatik qızdırma və ya yuvenil idiopatik artrit kimi müalicə edirlər. Oynaqdakı şişkinlik adətən 1-2 həftə ərzində keçir, amma bəzən xroniki (uzun müddətli) də ola bilir.  Bəzi uşaqlar xüsusən fiziki yükdən sonra ayaq əzələlərində ağrıdan şikayət edir. Nadir hallarda uşaqlarda residivləşən perikardit (ürəyin xarici qatının iltihabı), miozit (əzələ iltihabı), meningit (baş beyin və onurğa beynini əhatə edən qişanın iltihabı) və ya orxit (yumurtalıqların iltihabı) də rast gəlinə bilər. 5 yaşdan kiçik uşaqlarda siptomsuz residivləşən qızdırma epizodları ola bilər. Ailəvi Ağ dəniz xəstəliyinin (FMF) səbəbi FMF – bu MEFV geninin mutasiyası nəticəsində yaranan genetik xəstəlikdir. Əvvəllər elə hesab olunurdu ki, bu MEFV geninin 2 anormal nüsxəsinin – biri atadan, digəri anadan olması ilə yaranan resessiv xəstəlikdir.  Amma uşaqlarda ancaq bir mutasiyaya uğramış genin olması da FMF yarada bilər.  MEFV geni pirin adlı zülal sintez edir. Pirin zülalı orqanizmdə iltihabi prosesə təbii yolla nəzarət edir. Bu gen düzgün işləmədikdə, iltihab nəzarətdən çıxır və xəstə infeksiya olmadan qızdırma tutmasından, ağrıdan əziyyət çəkir. FMF xəstəliyinin kəskinləşmə səbəbləri infeksiya, travma, fiziki gərginlik, menstrual sikl və ya psixoloji stres ola bilər.  FMF xəstəliyinə şübhə olduqda genetik müayinə aparıla bilər. Ancaq bir genin defekti və ya heç defektin olmaması zamanı da FMF yarana bilər. ABŞ da 30% xəstələrdə hər iki gendə mutasiya aşkarlanmır. Beləliklə FMF diaqnozu xəstəliyin simptomlarına, xəstənin ümumi baxışına əsasən qoyulur.  Ailə üzvündə FMF və ya səbəbsiz böyrək çatımazlığı ola bilər. Əsasən 5 yaşdan aşağı uşaqlarda heç bir əlavə simptom olmadan periodik qızdırma ola bilər, ona görə də diaqnozun qoyulması zamanı ətraflı müşahidə lazımdır. Uşağa qızdırma dövründə həkim baxışı və laborator analizlər diaqnozu qoymağa kömək edə bilər.  Ailəvi Ağ dəniz xəstəliyinin (FMF) müalicəsi Bəzi hallarda kolxisin adlı preparat - 6 ay ərzində təyin olunur və xəstəliyin tutmalarının azaldığını müşahidə ediriksə FMF diaqnozunu dəqiqləşdirə bilirik.  FMF xəstəliyi tam müalicə olunmur. Kolxisin preparatını daimi qəbul etmək lazımdır (gündə 1-2 dəfə). Kolxisin epizodik tutmaların qarşısını alır, amma başlanmış tutmanı müalicə etmir. Əgər xəstə dərman qəbulunu dayandırırsa, tutmalar tezləşə bilər. Preparat müntəzəm qəbul olunsa, əksər xəstələr normal həyat yaşayacaq. Həkimlə məsləhətləşmədən preparatın dozasını dəyişmək olmaz.  Kolxisinin ən tez-tez rast gəlinən əlavə təsiri qarında ağrı, diarreya, ürək bulanma, qusmadır. Belə halda dərmanın dozasını əlavə təsir azalana qədər endirmək, sonra isə müvafiq dozaya qədər tədricən artırmaq lazımdır. Qidada süd və süd məhsulları azaltmaq xəstənin vəziyyətinə müsbət təsir göstərir.  Hamiləlik və ya süd vermə dövründə Kolxisinin qəbulunu dayandırmaq olmaz. Kolxisin qəbul edən xəstələr ildə 2 dəfədən az olmayaraqü qan və sidik analizi verməlidirlər.  Xəstələrin 10% qədər hissəsində Kolxisinə qarşı dözümsüzlük rast gəlinir. Bəzi son tədqiqatlar göstərib ki, interleykin-1 (iltihabi prosesdə iştirak edən zülaldır) blokatorlarının istifadəsi bəzi xəstələrdə effekt verir. Bu preparatlardan: Anakinra və Kanakinumab (İlaris) qeyd edə bilərik.  Ailəvi Ağ dəniz xəstəliyinin (FMF) fəsadları  FMF xəstəliyinin müalicə olunmamış formasının ağırlaşması amiloidozdur. Amiloid – xroniki iltihabi prosesi olan xəstələrin orqanlarında toplanan zülaldır. Ən çox zədələnən orqan böyrəkdir, amma amiloid bağırsaqlarda, dəridə və ürəkdə də toplana bilir. Amiloidoz nəticəsində böyrək çatışmazlığı yaranır. Təsdiqlənmiş fakt göstərir ki, həyat boyu Kolxisin qəbulu amiloidozun inkişafına mane olur. Böyrək amiloidozu zamanı sidikdə zülal aşkarlanır.  Bəzi uşaqlara ömür boyu dərman qəbulunun vacibliyini inandırmaq üçün psixoloqun yardımına ehtiyac duyulur.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Published: 17.09.2020

Spinner