Qastroezofagiyal reflyuks xəstəliyi
 hekimtap.az

Qastroezofagiyal reflyuks xəstəliyi

REFLYUKS XƏSTƏLİYİ NƏDİR? Reflyuks - mədə möhtəviyyatının qida borusuna, hətta, udlaq və ağız boşluğuna qayıtması halıdır. Bu hal, qusma halı, uşaqda tez tez təkrarlayarsa, ezofagit, həmçinin, tənəffüs sistemi narahatlıqları kimi ciddi nəticələrə də səbəb olarsa buna Reflyuks xəstəliyi deyilir. UŞAQLARDA KEÇMƏK BİLMƏYƏN, XRONİKİ ÖSKÜRƏKLƏRİN ƏSAS 3 SƏBƏBİNDƏN BİRİ REFLYUKSDUR!  REFLYUKS XƏSTƏLİYİNİN ƏLAMƏTLƏRİ Südəmər uşaqlarda reflyuks çox vaxt fizioloji olur. Qusma ilə bərabər körpədə heç bir narahatlıq yoxdursa, çəkisini normal alırsa, gün ərzində hər yeməkdən sonra yediyi qidanın 1/3 dən azını çıxarırsa bu hal fiziolojidir, heç bir müalicə tələb etmədən maximum 1 yaşa qədər keçib gedəcəkdir. Əgər körpədə qusma ilə bərabər, yanaşı olaraq , -ciddi narahatlıq  -yeməkdən imtina etmə  -yedirməyə başladıqda belə ağlama -yeməyi rədd etmə -başını tez tez arxaya edərək bədəni bükmə ( Sandifer sindromu)   -aşırı narahatlıq -Xroniki, gizli qan itirməyə bağlı anemiya-qanazlığl -yuxusuzluq -boğulma, öskürmə, qaralma - tez tez yuxarı tənəffüs yolu xəstəlikləri keçirməsi -Xışıltı -Çəkidən geri qalma - Xroniki öskürək, varsa, bu artıq Reflyuks xəstəliyi hesab edilir və mütləq müalicə edilməlidir.  REFLYUKS XƏSTƏLİYİNİN DİAQNOSTİKASI:  Reflyuks xəstəliyinin diaqnostikasında ən dəqiq üsul, xəstəni ətraflı obyektiv müayinə etmək və valideyndən dəqiq anamnez toplamaqdır. Reflyuks düşünürüksə uşağa bir müddətlik profilaktik müalicə təyin edirik. Şikayətlər keçməsə böyük uşaqlara PH monitirizasiya testi, kiçik uşaqlara sintigrafiya aparılır. Diaqnoz qoyulub, müalicə edildikdən sonra da şikayətlər keçməsə endoskopiya məsləhət görülür.  REFLYUKS XƏSTƏLİYİNİN MÜALİCƏSİ:  Müalicədə ən vacib və ilk mərhələ uşaqda həyat tərzi önləmlərinin alınmasıdır. Yemək öyün miqdarlarını azaltmaq, uşağın çəkisinə nəzarət etmək, axşam yeməklərini yatmazdan ən az 2 saat əvvəl vermək, uşağı yeməklərdən sonra ən az 2 saat yatırmamaq, yüksək yastıq istifadə etmək lazımdır. Körpələr uyğun pozisyada, az-az ,tez-tez qidalandırılmalı, yeməkdən sonra ən az 2 saat dik tutulmalıdır. Böyük yaş uşaqlar nitritli qidalar, tomat, qazlı sular, kofe, yağlı yeməklər, şokolad və başqa abur- cuburlar yeməməlidir. 4-6 həftəlik müalicə kursu ilə təyin edilən antiasid və normokinetik dərmanlar isə dəqiq diaqnoz qoyulduqdan sonra həkim tərəfindən təyin edilir.  REFLYUKS XƏSTƏLİYİNİN AĞIRLAŞMALARI: Uşaqda müalicəsiz qalan tez- tez qusma halları varsa, mədədən turşu tərkibli qidaların qida borusuna təsiri nəticəsində ezofagit- qida borusunun yanması, təkrarlayan yanmaya bağlı qida borusunda daralma, gizli qanaxma, qanaxmaya bağlı qanitirmə,qanazlığı, hətta Barret ezofagiti deyilən xərçəng önü vəziyyətə gətirib çıxara bilər. Bundan başqa boğaza qayıdan qida nəfəs yollarına qaçaraq uşaqda təkrarlayan pnevmoniya, xışıltı, astmaya səbəb ola bilər. Müalicə ilə keçmək bilməyən öskürəklər varsa reflyuks xəstəliyi mütləq ağıla gəlməlidir. Bu kimi ağırlaşmaların olmaması üçün qusması olan uşağı gecikdirmədən həkim müayinəsinə aparmaq vacibdir.  REFLYUKS XƏSTƏLİYİNİN PROFİLAKTİKASI: Reflyuksun qarşısını almaq üçün uşaqda yemək öyün miqdarlarını azaltmaq, uşağın çəkisinə nəzarət etmək, axşam yeməklərini yatmazdan ən az 2 saat əvvəl vermək, uşağı yeməklərdən sonra ən az 2 saat yatırmamaq, yüksək yastıq istifadə etmək lazımdır. Körpələr uyğun pozisyada, az-az ,tez-tez qidalandırılmalı, yeməkdən sonra ən az 2 saat dik tutulmalıdır. Böyük yaş uşaqlar nitritli qidalar, tomat, qazlı sular, kofe, yağlı yeməklər, şokolad və başqa abur- cuburlar yeməməlidir.Yeməkdən dərhal sonra əyilmə , silkələnmə tipli hərəkətlər edilməməlidir.   Mövzu ilə bağlı video: © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Published: 13.06.2020

Stres zamanı osteopatik yardım
 hekimtap.az

Stres zamanı osteopatik yardım

Stres – orqanizmin müxtəlif mənfi amillərin təsirinə uyğunlaşma reaksiyalarının toplusudur. Stresə reaksiya baxımından, qarşılaşdığımız vəziyyətin xoş və ya xoşagəlməz olmasının əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan yalnız yenidənqurulma və ya adaptasiyaya olan tələbatın intensivliyidir. Stresin məqsədi - həyat və sağlamlığı qorumaqdır. Stres amilləri orqanizmin qüvvələrinin səfərbərliyinə yönəlmiş reaksiya kaskadına təkan verir - onu müdafiəyə, hücum və ya qaçışa hazırlayır. Bu da çox yaxşıdır. Lakin insan xroniki stres vəziyyətində yaşayırsa və vəziyyəti dəyişdirə bilmirsə, fiziki işə köklənmiş (gərgin ayaqlar, çiyinlərə sıxılmış baş, qıcanmış dişlər, gərgin diafraqma), amma bu gərginliyi mexaniki iş vasitəsilə realizasiya etməmiş orqanizm, xəstələnməyə və əziyyət çəkməyə başlayır. Bədən toparlanmış, hücuma hazır bir insanın vəziyyətini alır, sərbəstlik və rahatlığını itirir. Stresin ilk 2 mərhələsi - narahatlıq reaksiyası və müqavimət mərhələsi- çox tez keçir, tükənmə mərhələsi başlayır.  İdman enkefalin və endorfin istehsalına görə gərginlikdən azad olmağa kömək edəcək, çox yemək dofamin sintez etməklə kömək edəcəkdir.  Osteopatik təsir struktural, nevral, psixo-endokrin-humoral sistemlərə görə baş verir.  Osteopatiya tək streslə mübarizədə təsirli deyil, həmçinin, orqanizmin daxili potensialına və ümumiyyətlə sağlamlığın maksimum tez bərpasına təsir göstərən möhtəşəm tənzimləmə üsuludur.  Müalicə çox komfortludur, effektin davamlığı isə uzunmüddətlidir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Published: 10.06.2020

REPRODUKTİV ENDOKRİNOLOGİYA hekimtap.az

REPRODUKTİV ENDOKRİNOLOGİYA

Reproduktiv endokrinologiya nədir? Reproduktiv endokrinologiya - endokrinologiya , ginekologiya və reproduktiv problemlərlə məşğul olan digər sahələrlə sərhədd mövqedə yerləşən bir tibbi istiqamətdir. Reproduktiv endokrinologiya reproduktiv sistemdə müxtəlif patologiyalara gətirib çıxaran endokrin problemlərin diaqnostikası, müayinə və müalicəsi ilə məşğul olur.  Qadınlarda reproduktiv endokrinologiya Qadının emosional və fiziki sağlamlığı, maddələr mübadiləsi, həmçinin onun mayalanma, dölün daşınması və doğuş qabiliyyəti bilavasitə endokrin sistemin kontrolu altındadır. Bu sistem immun və sinir sisteminin formalaşmasında da böyük rol oynayır. Hipotalamus, hipofiz, epifiz, qalxanabənzər və qalxanabənzər ətraf  vəziləri, eləcə də böyrəküstü vəzi və yumurtalıqlar qadın endokrin sisteminin əsas vəziləri hesab olunur. Endokrin vəzilər tərəfindən ifraz olunan hormonlar birbaşa qana düşür, daha sonra bütün orqanizmə paylanır.  Əsas qadın hormonları - estrogen və progesterondur. Əgər qadın menstruasiyadan əvvəl və menstruasiya zamanı özündə əhval-ruhiyyə dəyişkənliyi, qıcıqlılıq, yuxu pozuntusu və s. müşahidə edirsə, bunlar adıçəkilən hormonların disbalansının nəticəsi ola bilər. Bu zaman mütləq endokrinoloqa və ya ginekoloqa müraciət etmək lazımdır ki, mövcud və ciddi fəsadlara səbəb ola biləcək xəstəliklərin qarşısı vaxtında alınsın.  Daha bir qadın hormonu - testesterondur. O, qadının iş qabiliyyəti, cinsi həvəs və yumurtalıqda yumurta hüceyrələrin yetişməsinə cavabdehdir. Bu hormonun artıqlığı yeni törəmələrin əmələ gəlməsi, böyrəküstü vəzi qabığının hiperplaziyası, müxtəlif  şişlərin yaranması zamanı qeydə alına bilər, aşağı düşməsi isə menapauza dövründə müşahidə edilir.    Endokrin xəstliklər hər hansı hormonun az, yaxud da həddindən çox ifraz olunmasından irəli gəlir.  Qadının reproduktiv fəaliyyəti endokrin sistemin vəziyyəti ilə birbaşa əlaqədardır. Daxili sekresiya vəzilərində ifraz olunan demək olar ki, bütün hormonlar cinsi funksiyaya bu və ya digər yolla təsir göstərir.  Bir sıra endokrin vəzi xəstəlikləri var ki, onlar reproduktiv sistemin zədələnməsinə səbəb olur. Buraya böyrəküstü, hipofiz, qalxanabənzər vəzi və digər vəzilərin patologiyalarını aid etmək olar. Məsələn, hipotireoz (tireoid hormonların defisiti) menstrual tsiklin pozulmasına, sonsuzluğa gətirib çıxara bilir. Sonsuzluğa səbəb olan faktorlar sırasına hipofizin hormonal-aktiv şişlərini, böyrəküstü vəzilərin vərəmini, endokrin sistemi orqanlarının iltihabi xəstəliklərini, eləcə də piylənmə, insulin rezistentliyi və irsiyyətində diabet olan qadınlarda polikistoz yumurtalıqlar sindromunu da aid etmək olar.      Beləliklə, qadınlarda endokrin xəstəliklərin reproduktiv sistemdə yarada biləcəyi fəsadlar: - menstrual tsiklin pozulması;  - sonsuzluq; - cinşi inkişafın geriləməsi; - amenoreya (menstruasiyanın olmaması); - dismenoreya (menstruasiya vaxtı ağrıların yaranması); - müxtəlif seksual pozuntular; - hirsutizm (tüklənmə) və s.   Kişilərdə reproduktiv endokrinologiya Təəssüf ki, reproduktiv endokrinologiyadan danışanda, əsasən qadın orqanizmi ön plana çəkilir. Lakin unutmaq olmaz ki, hormonal disbalans kişilərin də reproduktiv, həmçinin ümumi sağlamlığında ciddi problemlər yarada bilir.  Hormonal sistem kişi orqanizmində, əsasən, yeniyetməlik dövründə və 45 yaşdan sonra daha həssasdır. Eynilə qadınlarda olduğu kimi, endokrin sistemi xəstəlikləri kişilərdə də hər hansı hormonun normadan az və ya çox ifraz olunması nəticəsində əmələ gəlir. Kişi orqanizmində də yaranan hormonal disbalans reproduktiv sistemi ciddi təhlükə qarşısında qoya bilər. Məsələn: - prostatın adenoması; - sonsuzluq; - cinsi inkişafdan qalma; - cinsi zəiflik; - ginekomastiya (kişilərdə döş vəzisinin böyüməsi) və s.  Qeyd etmək lazımdır ki, endokrinoloqun vaxtında müdaxiləsi endokrin patologiyalara bağlı reproduktiv problemləmləri aradan qaldıra bilər.  Gələcək məqalələrimdə reproduktiv xəstəliklərə səbəb olan ayrı-ayrı endokrin patologiyalar və onların müalicəsi haqqında daha təfərrüatlı yazıları diqqətinizə çatdıracağam.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Published: 08.06.2020

Miqrenin müasir müalcəsi
 hekimtap.az

Miqrenin müasir müalcəsi

Miqren- gicgah, alın və göz nahiyəsinə irradiasiya edən, davamlı olaraq təkrarlanan və heç bir müalicəyə tabe olmayan tutmaşəkilli baş ağrılarıdır. Miqren tutmaları bir neçə saat davam edə bilir və tutma önü  auralarla (müxtəlif hisslərlə)  başlayır. Uzun illərdən bəlli olan miqrendən  hal-hazırda dünya əhalisinin  beşdə biri əziyyət çəkir.. Miqrenin  yaranma səbəbi nədir? Tədqiqatlara əsasən 20-45 yaş arası qadınlar miqrendən daha çox əziyyət çəkirlər. Miqren çox hallarda ana xətti ilə ötürülür. Bəzi tədqiqatlara görə miqren zamanı epigenetikanın dəyişilməsi  ilə genlərdə bəzi zülal sintezinin pozulması gedir və nəticədə toxumalarda xroniki iltihab və müxtəlif iltihabönü faktorlar baş ağrlarının yaranmasına  səbəb olur. Miqrenin yaranma səbəbi olan beyin qan dövranı pozulmaları  tam dəqiqliklə elmə məlum deyil. Məlimdur ki, miqren zamanı yaranan ağrılar baş beyinlə əlaqəli deyil, beləki baş beyin ağrı reseptorlarından məhrumdur. Miqren zamanı ağrı beynin sərt qişasının ( dura mater) qıcıqlanması ilə əlaqəlidir.  Hər baş ağrısı da miqren deyildir . Oxşar simptomlar travmalarda, qlaukomada, insult, beyin şişləri və digər xəstəliklərdə də yarana bilər. Dəqiq diaqnostika üçün ətraflı müayinə mütləqdir.  Müasir tibbdə  müalicə miqren zamanı yaranan  ağrını kütləşdirən preparatların qəbulu və ya ağrı tutmalarının profilaktikasına yönəlir.Həkim baş ağrılarının səbəbini araşdırarkən pasiyentin həyat tərzini,  ailə anamnezini, pis vərdişlərini, yanaşı xəstəlikərini və ümumiyyətlə baş ağrısına səbəb ola biləcək bütün faktorları araşdırır:  Stress-miqrenin əsas səbəbi stress və sinir gərginliyidir Qidalanma: hisə verimiş qidalar, heyvan mənşəli zülallarla və yağlarla zəngin qidalar, kofe, şokolad və şirniyyat qəbulu, asan həzm olunan  karbohidratlarla zəngin qidalanma, qidalanma rejiminin davamlı olaraq pozulması və ümumiyyətlə  rejimin olmaması Alkohol: alkohol qəbulu orqanizmə ümumilikdə mənfi təsir edir. Miqren tutmalarında isə spirtli içki qəbulu qətiyyən olmaz.    Siqaret: beyin qan damarlarına mənfi təsir göstərir. İqlim dəyişkənliyi Hormonal kontraseptivlərin qəbulu,hormonal sferanın pozulması.  Yuxu pozulması Çox parıltılı və y səyirici  işıq Müxtəlif kəskin qoxular  miqren tutmalarına səbəb ola bilir. Miqrenin növləri: Miqrendən öncə auranın olması və ya olmaması ilə fərqlənən iki növü vardır. Miqren aurası zamanı baş ağrıları ilə yanaşı : gözlərdə bulanıqlıq, görmə, taktil və ya digər hallusinasiyalarla, diqqətin azalması, dağınıqlıq və ya ürəkbulanma, qusma ilə müaşiyət olunur. Aurasız miqren tutması isə işığa və səsə  kəskin başlayan dözülməz baş ağrılarıdır    Miqrenin müalicəsi Miqrendən əziyyət çəkən qadınlar kişilərə nisbətən 3 dəfə çoxdur.  Miqrenin müalicəsi ağrının azaldılmasına yönəlmiş olur  və əsasən : antidepressant və ağrıkəsicilərdən ibarət olur. Bəzən isə pasiyent həkimə müraciət edərkən müayinə zamanı heç bir patologiya aşkar edilmir, lakin pasient xroniki baş ağrılarından əziyyət çəkir. Uzunmüddət ağrıkəsicilərdən istifadə isə asılılıq və yanaşı həzm sistemi problemlərinə səbəb ola bilir.    Miqrenin osteopatiya ilə müalicəsi  Pasientlərin osteopat həkim tərəfindən müayinəsi zamanı çox zaman miqrenin səbəbinin doğuş travması ilə əlaqəli olduğu təyin olunur. Doğuş travmalarının uşaqlıqdan orqanizmdə  saxladığı izlər bütün ömür boyu öz əks təsirini göstərə bilir. Bunu aradan qaldırmaq üçün kraniosakral terapiya üsulları effektivdir.  Kraniosakral terapiya zamanı osteopat həkim çox zərərsiz texnikalarla problemli boyun fəqərələri, kəllə sümüklərində əvvəl olan hər hansı bir travmanı, gicgah çənə oynağında olan disfunksiyanı aşkar edərək onların müalicəsini təmin edir.   Övladlarınızda gələcəkdə miqrenəbənzər halların qarşısını almaq üçün isə ən yaxşı  profilaktika uşaq yaşlardan osteopat qəbulunda olmaqdır. Səbəb boyun nahiyəsi ilə əlaqəlidirsə, osteopat həkim beyin qan dövranının durğunluğuna səbəb olan atlas-ənsə oynağı blokadasını aradan qaldıracaqdır. Birinci boyun fəqərəsi-atlasın blokadası yerli osteoartritə, arteriyaların spazmına və baş ağrılarına səbəb ola bilir. Osteopat həkimin unikal yanaşması qan axınını, damarların vəziyyətini normallaşdırır bu isə miqrendən xilas olmağa imkan yaradır.  Osteopatiya digər xəstəliklərdə olduğu kimi miqrenin də müalicəsinə kompleks yanaşır. Kranial osteopatik texnikalarla siz başgicəllənmədən, baş ağrılarından, vegetativ distoniyadan, yuxusuzluqdan,diqqət yayınıqlığından, arterial  hipertoniyadan, qulaqda küydən azad olacaqsınız.  Osteopatiya bütün orqanizmdə düzgün mübadilə proseslərini aktivləşdirir, probelmli zonalarda qan axınının normallaşdıraraq pasientin şikayətlərdən azad olmasını təmin edir və həyat keyfiyyətini yaxşılaşdırır. Osteopatik proseduralar sayəsində pasientlər miqren ağrılarından tam xilas olurlar.                          © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Published: 07.06.2020

Vertebro - bazilyar çatışmazlıq
 hekimtap.az

Vertebro - bazilyar çatışmazlıq

Vertebro-bazilyar sindrom (VBS), vertebro-bazilyar arterial sistem sindromu – bu,  bazilyar və ya vertebral arteriyalarda qan axınının zəifləməsi nəticəsində baş beyin fəaliyyətinin pozulmasıdır. Səbəbləri Onurğanın boyun şöbəsinin travmaları; Körpücükaltı arteriyanın hipertrofiyalaşmış skalen əzələsi ilə sıxılması; Beyini təchizat edən qan damarlarının aterosklerozu; Vertebral və əsas arteriyaların trombozu; Hipertoniya xəstəliyi; Vertebrobazilyar damarların divarlarının təbəqələşməsi və iltihabi xəstəlikləri; Şəkərli diabet; Damar yatağının anadangəlmə inkişaf qüsurları. Simptomlar Vertebro-bazilar çatışmazlığı simptomları, beynin vertebral və bazilar arteriyaların qanla təchiz etdiyi şöbələrinin funksiyalarının pozulmasından qaynaqlanır. başgicəllənmə  baş ağrısı görmə pozulması neyrosensor ağır eşitmə   bayılma astenik sindrom işemik insultlar Diaqnostika Dəqiq anamnez MR - angioqrafiya CT - angioqrafiya Boyun və başın əsas damarlarının USM-i Qanın laborator müayinəsi   Müalicə Vertebro-bazilyar çatışmazlıqda müalicənin əsas məqsədi  -  xəstəliyin səbəbinin aradan qaldırılması, beyin qan damarlarında normal qan axınının və qan damarlarının dolğunluğunun bərpası, işemiyanın və yerli hipoksiyanın aradan qaldırılmasıdır. Osteopatiya Nevrologiya  İynəbatırma Homeosiniatriya Fizioterapiya Cərrahi müalicə Osteopatiya - dərmansız müalicə üsulu olub çox yüksək nəticələr verir. Bir çox pasient, osteopatik müalicə kursu keçdikdən sonra dərman qəbulunu dayandırır və ya qəbul edilən dərmanların sayını və dozasını əhəmiyyətli dərəcədə azaldır. Ən yaxşı müalicə nəticələri, VBS simptomları bədənin ümumi biomexanikasının, boyun şöbəsinin kranioservikal qovşağının biomexanikasının, onurğanın, kranial sistemin  biomexanikasının pozulması nəticəsində meydana gəldiyi hallarda əldə edilir.  Müalicə taktikası, ümumiyyətlə, xəstəliyin təhlili, instrumental müayinənin nəticələri, yanaşı xəstəliklər, xəstənin yaşı və VBS səbəbləri nəzərə alınmaqla ciddi şəkildə fərdi olaraq təyin olunur. Profilaktika Hamiləliyin müxtəlif travma və patologiyalarının profilaktikası Onurğanın boyun şöbəsinin travmalarının profilaktikası Aterosklerozun və arterial trombozun profilaktikası Arterial hipertenziya və şəkərli diabetin profilaktikası Müalicəvi gimnastika Osteopatiya Sağlam həyat tərzi © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Published: 31.05.2020

Bud displaziyası
 hekimtap.az

Bud displaziyası

Bud dispaziyası nədir – anadan gəlmə  xəstəlik olub, bud sümüyünün çanaq sümüklərinə nisbətən normal yerləşməməsidir. Displaziya zamanı bud sümüyünün başı sirkə kasasında yerləşmir. Bud dsiplaziyası birtərəfli və ya ikitərəfli ola bilər. Bu displaziyasının korreksiyası mümkün qədər erkən vaxtlardan aparılmalıdır, çünki uşaq yeridikdən sonra oynağı normal vəziyyət qaytarmaq daha çox vaxt və müxtəlif proseduralar tələb edə bilər.   Bud displaziyasının yaranma səbəbləri - bud dsiplaziyası anadangəlmə problemdir və yaranmasəbəbi  son trimetrdə olan problemlərlə əlaqəlidir: hamiləliyin ilk ayrlarında ananın keçirdiyi infeksion xəstəliklər irsiyyət faktoru, 25% hallarda valideynlərdə  də displaziya rast gəlinmişdir Hamiləlik zamanın anaın balanslaşdırılmamış qidalanması Gecikmiş doğuşlar, iri döl Hamiləlik zamanı hormonal dərmanlardan stifadə Vitamin D, alsium və digər mineralların çatışmamazlığı Daoğuşdan sonra sıx bələklərdən istifadə olunması.   Bud displaziyasının diaqnostikası Uşaqlarda bud displaziyasının  diaqnostikası mümkün qədər daha az şüalandırma və körpə uşaq orqanizminə ziyan vurmamağa yönəlməlidir.  Dünya praktikasında ilk 2 aylığında bütün uşaqlar bud çanaq oynaqlarının USM ultrasəs müayinəsi, daha sonra isə ehtiyac olan uşaqların rentgenoskopik müayinəsi  bud diplaziyasının  əsas diaqnostika üsullarıdır. Bud dispaziyasının əlamətləri: Körpəniz ilk pediatr və ya osteopat qəbulunda olduğu zaman   aşağıdakı əlamətlərə əsasən: - çanaq  büküşlərində asimmetriya - ayaqları açarkən hərəkət məhdudluğu - displaziya olan ayağın digərinə nisbətən qısa olması - yerimənin gecikməsi -displaziya olan ayağın xarici rotasiya vəziyyətinə əsasən bud displaziyasından şübhələnib növbəti instrumental müayinələr təyin oluna bilər. Bud dsiplaziyası dinostikasında ən dəqiq üsul rentgenoqrafiya üsuludur və 2 aylıqdan etibarən təyin etmək olar. Bud dsiplazyasının müalicəsi Bud diplaziyasının müalicəsinin əsas məqsədi bud sümüyü başının sirkə kasasında normal vəziyyətdə olmasını təmin etməkdən, oynaq kapsulasını normallaşdırmaqdan ibarətdir. Bunun xüsusi oynaq şinalarından istifadə olunaraq bud sümüyünə ekstenzion vəziyyət verilir oynaq kapsulası normal vəziyyət alana qədər pasient bu şinanı gəzdirir və daha sonra tədricən bu şinalardan azad olunur. Gecikdirilmiş hallarda hətta gipslərdən də istifadə oluna bilir Bud displaziyası və osteopatiya Bir osteopat qəbulunda olarkən bud disaziyasının ikin əlamətlərinin aradan qaldırlması üçün oynaq ətrafı əzələ və bağ aparatının elastikliyinin artırılması, qısalmış əzələlərin bərpası ilə yanaşı, oynaqdaxili strukturklarla çox zərif osteopatik texnikalarla: pompaj, yumşaq toxumaların osteopatik işlənməsi, liqament balanslaşdırılmış texnikalar tətbq olunmaqla tez bir zamanda uğurlu nəticə əldəetmk mümkündür. Hətta şina təyin olunmuş körpələrə yanaşı olaraq osteopatik texnikaların təyini müalicənin effektini artırır.  Bud displaziyası müalicə olunmazsa Bud displaziyası  körpə yaşlarda aşkar olunarsa heç bir fəsadsız müalicə ouna bilən bir patologiyadır, müalicənin effekti erkən mərhələdə aşkar olunmaqdan bir başa asılıdır. Maarifləndirmə ilə anaların məlumatlandırılması fəsadların aradan qaldırılmasında ilk addım ola bilər. Sıx bələklərdən imtina xüsusilə vacibdir. İlkin əlamətlər aşkar olunarsa bir osteopat qəbulunda olmanız övladınızda bud displaziyasının fsadsız müalicəsi üçün bir təminatdır.  Müalicə olunmayan bud displaziyaları ayaqların uzunluğunda fərq, axsama, skolioz , çanaq disfunksiyası olduğu üçün bəzən reproduktiv disfunksiyalar və əlilliyə qədər gətirib çıxara bilər. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Published: 31.05.2020

Qastroptoz
 hekimtap.az

Qastroptoz

Qastroptoz nədir? Qastroptoz mədənin sallanmasıdır. Mədənin qalça sümükləri qanadlarını birləşdirən xəttə nisbətən yerdəyişməsi 4 dərəcə olaraq qiymətləndirilir. 4cü dərəcə qastroptozda mədə qalşa sümükləri qanadlarını birləşdirən xəttdən aşağıda  kiçik çanaqda yerləşir. Qastroptozun səbəbləri Qastroptoz qadınlarda xüsusilə də 50 yaşa qədər olan qadınlarda daha çox rast gəlinir. Adətən astenik  bədən quruluşu, anadangəlmə arıq , uzun bədən forması, döş qəfəsinin dar olması təkcə mədə deyil bağırsaq və digər visseral orqanların da sallanmasına səbəb ola bilir. Əzələ zəifliyi, bağ aparatının tam inkişaf etməməsi, bədənin həddən artıq yüklənməyə məruz qalması və aşağıda qeyd etdiyimiz hallarda ✔çoxsaylı doğuşlar ✔hamiləliklər arasında fasilənin az olmas ✔kəskin çəki itirmək ✔düzgün olmayan qudalanma ilə vitamin və zülalların itirilməsi ✔qazlı içkilərdən həddən artıq çox istifadə etmək ✔ağır və keyfiyyətsiz qidaların çox qəbulu ✔requlyar olmayan fiziki aktivliklə əzələ bağ aparatının kəskin yüklənməsi ✔qarın boşluğu orqanlarında keçirilmiş əməliyyatlar ✔plevrit, emfizema və bu kimi digər xəstəliklərdə mədə sallançası tez-tez rast gəlir. Qastroptozun simptomları Qastroptozun ilk etaplarında əsas şikayətlər mədə nahiyəsində ağırlıqdır, lakin bu çox qidalanmaqla əlaqələndirilir. Qastroptiz bir çox insanlarda simptomsuz və fərqli simptomlarla keçir və təhlükəliyi bununla əlaqəlidir. Qastroptizdan əziyyət çəkən pasientlər acılı və ya şirin qidalara üstünlük versələr də südlü qidaları həzm edə bilmirlər və narahatçəlıq hiss edirlər. Heç bir qida qəbul edə bilməmək həddən artıq qidalanmaqla əvəz oluna bilir.  Səbəbsiz ürəkbulanma, meteorizm, qəbzlik, depressiya və boğazda udqunmanın çətinləşməsi kimi hallar qastroptozun ümumi əlamətlərindən ola bilər. Səbəbsiz qıcıqlanma, gpbəkaltı nahiyədə ürəkdöyünmənin hiss olunması, qarnın aşağısında ağrılar, bədən horizontal vəziyyət aldıqda ağrıların azalması isə qastroptozun daha ağır formalarının simptomları ola bilər. Qastroptozun diaqnostikası Qastroptozun ilkin müayinəsi pasientin bədən quruluşu, qarın ön əzələlərinin vəziyyətinin qiymətləndirilməsi, anamnezin toplanması, qarnın palpasiyası və rentgenoqrafiya ilə aparılır. Qastroptozun müalicəsi Qastroptozun ilkin etaplarında müalicə konservativ olmaqla qida yüklənməsinin azalması, qarın əzələlərinin bərpası, əzələ bağ aparatının normallaşdırılması mineral vitamin balansının bərpasından və ən əsası isə osteopatiya prosedurası ilə mədənin ətraf toxumalarla əlaqəsini bərpa etməkdən, bağların və sfinkterlərin spazmının aradan qaldırılması, diafraqmanın gərginliyinin aradan qaldırılmasından ibarətdir. Həzm sistemi oqanlarına osteopatik müdaxilə ilə yanaşı ümumi bədənin osteopatik yolla balanslaşdırılması ilə həftədə 1 dəfə olmaqla 4 və ya 5 osteopatik prosedurayla pasientlərin şikayətləri aradan qalxır. Pasientlərə evdə xüsusi idmanlar, nəfəs hərəkətləri və ehtiyac olarsa müalicə vaxtı bandajlardan istifadə etmək məsləhət olunur.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Published: 31.05.2020

MİOKARD İNFARKTI: ETİOLOGİYA, NÖVLƏRİ, SİMPTOMLAR hekimtap.az

MİOKARD İNFARKTI: ETİOLOGİYA, NÖVLƏRİ, SİMPTOMLAR

Miokard infarktı – ürək əzələsinin işemik nekrozudur, qan dövranının kəskin pozulması nəticəsində əmələ gəlir. Bu zaman ürək əzələsinin müəyyən bir nahiyəsinə gələn qan axınının kəsilməsi nəticəsində həmin nahiyədə hüceyrələrin məhvi baş verir. Miokard infarktı həyat üçün təhlükəli ağırlaşmalar yarada bilən ciddi xəstəlikdir. Miokard infarktının etiologiyası Miokard infarktının əsas səbəbi 95% halda koronar arteriyaların aterosklerozudur. 5%-dən çox olmayan hallarda koronar arteriyaların emboliyası (infeksion endokardit, mədəcikdaxili tromb), digər xəstəliklər zamanı damarların zədələnməsi (qırmızı qurdeşənəyi, revmatizm, revmatoid artrit nəticəsində əmələ gələn koronariitlər), tac damarların anadangəlmə defektləri və s. səbəbdən də miokardın nekrozu baş verə bilər. Lakin bu hallarda miokard infarktı ürəyin işemik xəstəliyinin bir klinik forması kimi deyil, yuxarıda sadalanan xəstəliklərin ağırlaşması kimi qiymətləndirilir.  Koronar qan dövranının kəsilməsi və ya kəskin məhdudlaşması “ağırlaşmış“ aterosklerotik piləyin olduğu nahiyədə koronar arteriyanın trombozu nəticəsində baş verir. Piləyin incəlmiş kapsulu zədələnir (yırtılır, xoralaşır, piləyin lipid nüvəsinin üstü açılır), əvvəlcə “ağ“ divaryanı tromb əmələ gəlir, damarların spazmı daralmış damar mənfəzini bir az da daraldır. Tədricən trombun ölçüləri böyüyür, əgər spontan lizis (ərimə) baş verməzsə və ya trombolitik terapiya aparılmazsa, tromb damarın mənfəzini tamamilə tutur və həmin damar şaxəsinin qidalandırdığı nahiyədə miokard hüceyrələrinin nekrozu (ölümü) baş verir. Miokard infarktının epidemiologiya Kəskin miokard infarktı bütün dünyada ölümün ən birinci səbəbidir. Kişilər qadınlara nisbətən 2,5-5 dəfə çox xəstələnirlər (xüsusilə cavan və orta yaşlarda). 55-60 yaşdan sonra isə menopauzanın başlaması ilə əlaqədar bu fərq əhəmiyyətli dərəcədə azalır. Son illər miokard infarktı “cavanlaşıb“, bu, ürəyin işemik xəstəliyinin risk faktorlarının aradan qaldırılmamasına və tövsiyələrə əməl olunmamasına əsaslanır. Miokard infarktından ölüm halları əsasən qospitalizasiyaya qədərki dövrdə baş verir.  Miokard infarktının təsnifatı Miokar dinfarktı nekrozun dərinliyinə və ölçüsünə, lokalizasiyasına, xəstəliyin gedişinə, mərhələsinə və ağırlaşmalarına görə təsnif olunur. Q dişli və Q dişsiz (EKQ diaqnostikasına görə), birincili, təkrari və residivləşən infarkt ayırd edilir. Yerləşdiyi nahiyəyə görə sol mədəciyin (ön, ön-çəpər, ön-yan, yayılmış ön, arxa-diafraqmal, arxa-yan və s.) və sağ mədəciyin infarktı diaqnozu qoyulur.  Xəstəliyin mərhələsinə görə ən kəskin dövr (xəstəliyin başlanmasından 2 saata qədər), kəskin dövr (10 günə qədər), yarımkəskin dövr (10 gündən 4-8 həftəyə qədər), postinfarkt dövr (4-8 həftədən sonra) ayırd olunur.  Miokard infarktının klinik olaraq anginoz, astmatik, abdominal, aritmik, serebrovaskulyar və simptomsuz variantları vardır.  Miokard infarktının klinik əlamətləri 80-90% hallarda miokard infarktının anginoz variantı rast gəlinir. Xarakter şikayət döş sümüyü arxasında ağrıdır. Bu ağrı stenokardiya tutmasından fərqlidir, daha güclü, əzabverici olub, sıxıcı, təzyiqedici, yandırıcı, göynədici xarakterlidir, ölüm qorxusu ilə müşayiət olunur. Ağrı qəfil başlayır, maksimal intensivliyə tez çatır, dil altına nitroqliserin qəbulu ilə keçmir, adətən yalnız narkotik analgetiklərin köməyilə aradan qalxır.  Əksər xəstələrdə ağrı sindromunun pik vəziyyətində kəskin damar çarmamazlığı əlamətləri görünə bilər (çox tərləmə, başhərlənmə, kəskin  halsızlıq, taxikardiya, ətrafların soyuması, arterial təzyiqin enməsi və s.). Həmçinin, təngnəfəslik və ritm pozğunluqları, kəskin dövrdə bədən temperaturunun yüksəlməsi də müşahidə oluna bilər.  Miokard infarktının diaqnostikası Diaqnoz xəstənin şikayətlərinə və instrumental-laborator müayinələrin nəticəsinə əsasən qoyulur. Elektrokardioqramma (EKQ) və exokardioqramma (ExoKQ) müayinələrinin aparılması mütləqdir. EKQ infarktın başlama vaxtından asılı olaraq dəyişir, buna görə də infarktlı xəstələrin dinamik EKQ müşahidəsi çox vacibdir. ExoKQ-də sol mədəciyin lokal yığılma pozğunluğu, sistolik və diastolik funksiyası, ölçüləri, qapaqların, iri damarların və perikardın vəziyyəti, trombun olub-olmaması qiymətləndirilir. Həmçinin, xəstəyə döş qəfəsinin rentgenoqrafiyası və koronar angioqrafiya olunmalıdır.  Miokard infarktlı xəstələrdə diaqnozun qoyulmasında qanın laborator müayinəsi – miokardı nekroz markerlərinin təyini mütləqdir.  Miokard infarktının müalicəsi Müalicə ən qısa zamanda damar mənfəzinin açılmasına, sonrakı tromb əmələ gəlmənin qarşısının alınmasına, nekroz ocağının və infarktətrafı zonanın məhdudlaşdırılmasına, infarktın ağırlaşmalarının qarşısının alınmasına və ya aradan qaldırılmasına əsaslanır. Ağrının başlanmasından ən çox 6-12 saat ərzində xəstə stasionara çatdırılmalı və koronar angioqrafiya olunaraq miokardın reperfuziyası (qan təchizatının bərpa olunması) həyata keçirilməlidir.  Miokard infarktının ağırlaşmaları İnfarktın ağırlaşmaları erkən (ən kəskin və kəskin mərhələdə) və gecikmiş olmaqla iki qrupa ayrılır. Erkən ağırlaşmalara ağciyər ödemi, kardiogen şok, aritmiyalar, sol məsəciyin kəskin anevrizması, miokardın xarici və daxili yırtılmaları, ürəyin tamponadası, aseptik perikardit, tromboemboliyalar aiddir. Gecikmiş ağırlaşmalar erkən infarktdan sonrakı stenokardiya, durğunluq ürək çatmamazlığı, Dressler sindromu, sol mədəciyin xronik anevrizması və başqalarıdır. Miokard infarktının proqnozu və profilaktikası Xəstəliyin proqnozu xəstənin stasionara nə qədər tez çatdırılmasından asılıdır. Erkən başlamış stasionar müalicə xəstənin həyatda qalma şansını artırır, ağırlaşmaların qarşısınıalır, infarktdan sonrakı dövrdə fiziki və psixoemosional reabilitasiyanı yaxşılaşdırır.  Xəstəliyin profilaktikası üçün sağlam həyat tərzi sürülməli və xüsusilə risk qrupunda olan insanlar vaxtaşırı kardioloji müayinələrdən keçməlidirlər. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Published: 25.05.2020

Spinner