Qastroptoz
 hekimtap.az

Qastroptoz

5652
Author: Osteopat Elfanə Süleymanova , Əlaqə: 050 302-82-56

Published: 31.05.2020
Elfane Suleymanova

Qastroptoz nədir?

Qastroptoz mədənin sallanmasıdır. Mədənin qalça sümükləri qanadlarını birləşdirən xəttə nisbətən yerdəyişməsi 4 dərəcə olaraq qiymətləndirilir. 4cü dərəcə qastroptozda mədə qalşa sümükləri qanadlarını birləşdirən xəttdən aşağıda  kiçik çanaqda yerləşir.


Qastroptozun səbəbləri

Qastroptoz qadınlarda xüsusilə də 50 yaşa qədər olan qadınlarda daha çox rast gəlinir. Adətən astenik  bədən quruluşu, anadangəlmə arıq , uzun bədən forması, döş qəfəsinin dar olması təkcə mədə deyil bağırsaq və digər visseral orqanların da sallanmasına səbəb ola bilir. Əzələ zəifliyi, bağ aparatının tam inkişaf etməməsi, bədənin həddən artıq yüklənməyə məruz qalması və aşağıda qeyd etdiyimiz hallarda

✔çoxsaylı doğuşlar

✔hamiləliklər arasında fasilənin az olmas

✔kəskin çəki itirmək

✔düzgün olmayan qudalanma ilə vitamin və zülalların itirilməsi

✔qazlı içkilərdən həddən artıq çox istifadə etmək

✔ağır və keyfiyyətsiz qidaların çox qəbulu

✔requlyar olmayan fiziki aktivliklə əzələ bağ aparatının kəskin yüklənməsi

✔qarın boşluğu orqanlarında keçirilmiş əməliyyatlar

✔plevrit, emfizema və bu kimi digər xəstəliklərdə mədə sallançası tez-tez rast gəlir.


Qastroptozun simptomları

Qastroptozun ilk etaplarında əsas şikayətlər mədə nahiyəsində ağırlıqdır, lakin bu çox qidalanmaqla əlaqələndirilir. Qastroptiz bir çox insanlarda simptomsuz və fərqli simptomlarla keçir və təhlükəliyi bununla əlaqəlidir. Qastroptizdan əziyyət çəkən pasientlər acılı və ya şirin qidalara üstünlük versələr də südlü qidaları həzm edə bilmirlər və narahatçəlıq hiss edirlər. Heç bir qida qəbul edə bilməmək həddən artıq qidalanmaqla əvəz oluna bilir.  Səbəbsiz ürəkbulanma, meteorizm, qəbzlik, depressiya və boğazda udqunmanın çətinləşməsi kimi hallar qastroptozun ümumi əlamətlərindən ola bilər. Səbəbsiz qıcıqlanma, gpbəkaltı nahiyədə ürəkdöyünmənin hiss olunması, qarnın aşağısında ağrılar, bədən horizontal vəziyyət aldıqda ağrıların azalması isə qastroptozun daha ağır formalarının simptomları ola bilər.


Qastroptozun diaqnostikası

Qastroptozun ilkin müayinəsi pasientin bədən quruluşu, qarın ön əzələlərinin vəziyyətinin qiymətləndirilməsi, anamnezin toplanması, qarnın palpasiyası və rentgenoqrafiya ilə aparılır.


Qastroptozun müalicəsi

Qastroptozun ilkin etaplarında müalicə konservativ olmaqla qida yüklənməsinin azalması, qarın əzələlərinin bərpası, əzələ bağ aparatının normallaşdırılması mineral vitamin balansının bərpasından və ən əsası isə osteopatiya prosedurası ilə mədənin ətraf toxumalarla əlaqəsini bərpa etməkdən, bağların və sfinkterlərin spazmının aradan qaldırılması, diafraqmanın gərginliyinin aradan qaldırılmasından ibarətdir. Həzm sistemi oqanlarına osteopatik müdaxilə ilə yanaşı ümumi bədənin osteopatik yolla balanslaşdırılması ilə həftədə 1 dəfə olmaqla 4 və ya 5 osteopatik prosedurayla pasientlərin şikayətləri aradan qalxır. Pasientlərə evdə xüsusi idmanlar, nəfəs hərəkətləri və ehtiyac olarsa müalicə vaxtı bandajlardan istifadə etmək məsləhət olunur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az