Psixo-motor inkişafın ləngiməsi
 hekimtap.az

Psixo-motor inkişafın ləngiməsi

PMİL  iki mühüm səviyyəni əhatə edir: psixi və hərəki. Müxtəlif xəstəliklər və vəziyyətlər baş beynin disfunksiyasına və ya üzvi zədələnməsinə səbəb ola bilər. Bu zədələr müxtəlif dövrlərdə baş verə bilər: hamiləlik dövründə, doğuşdan dərhal sonra və ya uşağın həyatının ilk aylarında.          PMİL -in səbəbləri I. Tibbi - bioloji: baş beynin minimal zədəsi genetika travma mərkəzi sinir sisteminin funksional yetişməməsi tormozlanma və oyanıqlıq proseslərinin zəifliyi II. Sosial-psixoloji: həyat tərzi (depressiya, uşağın rədd edilməsi, alkoqolizm, narkomaniya) tərbiyə (tək valideynli ailə, valideynlərin aşağı təhsil səviyyəsi, yanlış tərbiyə tərzi)               Simptomlar      PMİL normal və psixoloji variant arasında aralıq mövqe tutur və asanlıqla birindən digərinə keçə bilər.   PMİL - i işarə edən əlamətlər: 4 aya qədər olan uşaq valideynlərin nitqinə əhəmiyyət vermir, jestlərə diqqət etmir, gülümsəmir; 9 aylığında qığıldamır; 1 yaşında səslər çıxarmır, oyuncaqlar ilə ləng oynayır, çox sakit davranır; 1,5 yaşa qədər sadə sözləri tələffüz edə bilmir, özünə qarşı münasibəti dərk etmir; 2 yaşında kiçik söz ehtiyatı var, yeni sözlər öyrənməyə çalışmır;   PMİL-də tez-tez ağız suyunun axması, hiperaktivlik, narahatlıq, zəif yaddaş, aqressivlik və tez yorulma kimi simptomlar olur.   Diaqnostika   Yalnız hərtərəfli müayinə apardıqdan sonra həkim PMİL diaqnozu qoya bilər: elektroensefaloqrafiya; genetik xəstəliyə görə qan testi; neyrosonoqrafiya (beynin ultrasəs müayinəsi); beynin MRT; neyropsixoloji test.          Müalicə PMİL-in müalicəsi simptomatikdir: psixo-korreksiya məşğələləri, neyropsixoloq və defektoloqlarla məşğələ.     Həkim - Osteopat Osteopatiya -  psixomotor və nitq inkişafının ləngiməsi kimi ciddi diaqnozu olan uşaqlara effektiv şəkildə kömək edir. Həkim - osteopat  ləngimə aşkarlandığı zaman onun xüsusiyyətini tam aydınlaşdıracaq. Uşağın həyatının ilk ilində təyin olunan demək olar ki, bütün diaqnozlar uğurla müalicə olunur. Buna görə valideynlərin vəzifəsi - vaxt itirməməkdir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Published: 31.08.2020

Maqnit Rezonans Tomoqrafiya (MRT) hekimtap.az

Maqnit Rezonans Tomoqrafiya (MRT)

Maqnit Rezonans Tomoqrafiya (MRT) nədir? Maqnit Rezonans Tomoqrafiya müayinəsi (MRT müayinəsi),  tibdə Maqnit Rezonans Tomoqrafiya cihazı vasitəsi ilə yüksək tezlikli maqnit sahəsi və radio dalğalar istifadə etməklə insanların müxtəlif nahiyyələrinin (baş, boyun, qarın boşluğu, diz və s.) əks etmə mexanizması ilə görüntüləmə metodudut.  MRT cihazlarında istifadə olunan maqnit sahəsi bilavasitə cihazda yaranır və 0,2 Testla (0,2T) ilə 3 Tesla (3T) arası maqnit dalğası tezliyindən istifadə olunur. Lakin son dövrlərdə 4Tesla (4T) və 7Tesla (7T) maqnit dalğa tezliyi istifadə edən (yarada bilən) cihazlar da istifadəyə verilmişdir: (Məsələn, Siemens firmasının 7Tesla gücündə MAGNETOM Terra modeli).   Lakin tibbi diaqnostikada heç bir instrumental və ya labarator müayinə tək başına hər hası bir xəstəliyin 100% diaqnozunu qoya bilmir. Buna görədə həkimlər bir xəstəliyə dəqiq diaqnoz qoymaq üçün bir neçə müayinə metodundan eyni vaxtda istifadə edə bilər. Yəni bəzi hallarda bir xəstəliyin diaqnozunda həm Ultra Səs müayinəsindən (USM), həm Kompyuter Tomoqrafiya müayinəsindən (KT), həm də Maqnit Rezonans Tomoqrafiya müayinəsindən (MRT) istifadə edilə bilər.  Maqnit Rezonans Tomoqrafiya müayinəsinin (MRT) üstünlükləri. a)Kontrast həssaslığı və duyarlığı ən yüksək olan müayinə metodudur. Yəni ən kiçik  dəyişiklikləri göstərmək qabiliyyətinə malikdir. b)Maqnit Rezonans Tomoqrafiya müayinəsi (MRT) yumşaq toxumaları biri-birindən diferensasiya etmək (fərqləndirmək) qabiliyyəti ən yüksək olan müayinə metodudur. Yəni, bir-birinə söykənmiş fərqli orqan və toxumaları çox dəqiqliklər göstərə bilir. c)Patoloji toxumaları ən yaxşı təyin edən müayinə metodudur. Məsələn hər hansı bir rqandakı şiş toxumasını çox dəqiqliklə və həssaslıqla göstərmək xüsusiyyəti var. d)Maqnit Rezonans Tomoqrafiya müayinəsi (MRT) qeyri invaziv müayinə metodudur. Yəni, bu müayinəni aparmaq üçün insan orqanizminə (insan bədəninə) hər hansı bir şəkildə zədə vurmağa, müdaxilə etməyə ehtiyyac yoxdur. (Sadəcə kontrastlı müayinələrdə pasientin venasına müəyyən miqdarda kontrast maddə adlı maye vurulur.) e)Maqnit Rezonans Tomoqrafiya müayinəsi (MRT) çox keyfiyyətli və çox surətli görüntülər almağa imkan verir. Ən uzun müayinələr 20-30dəqiqə çəkir. Maqnit Rezonans Tomoqrafiya müayinəsi (MRT müayinəsi) hansı xəstəliklərin diaqnostikasında tətbiq olunur? Maqnit Rezonans Tomoqrafiya müayinəsi (MRT müayinəsi) tibdə yüzlərlə xəstəliyin diaqnos-tikasında ya qərar verici ya da köməkçi müayinə metodu kimi tətbiq olunur. Lakin qruplaşdırmaq istəsək aşağıdakı xəstəliklərin diaqnostikasında tətbiq olunur deyə bilərik. a)Baş beyin xəstəlikləri Baş beynin serebrovaskulyar  xəstəlikləri: Işemik insultlar Hemorragik insultlar Parenxima daxili hemorragiyalar(hematomalar) Subaraxnoidal hemorragiyalar Epidural hematomalar Subdural hematomalar Intraventrikulyar hemorragiyalar Anevrizmalar Vaskulyar malformasiyalar Baş beynin iltihabi xəstəlikləri Ensefalitlər Meningitlər Vaskulitlər Abseslər Parazitar xəstəliklər Baş beynin demielinizan xəstəlikləri Demensiyalar Dağınıq skleroz (Multipl skleroz) Optik nevrit Transvers mielit və digər demielinizan xəstəliklər Baş beyn törəmələri Astrositomalar Ependimomalar Meningiomalar Digər törəmələr Kistlər Baş beynin travmatik xəstəlikləri Posttravmatik hemorragiyalar və digər patologiyalar Baş beynin anadangəlmə qüsurları Anensefaliya Mikroensefaliya Holoprosensefaliya Makrogriyalar Mikrogriyalar Agriya Paxigriya Lizensafaliya Polimikrogriyalar Malformasiyalar Trisomiyalar   Tibbdə Kompyuter Tomoqrafiya(KT) müayinəsi də xəstəliklərin diaqnostikası üçün geniş tətbiq olunub, Maqnit Rezonans Tomoqrafiya müayinəsi (MRT) ilə oxşar və fərqli xüsusiyyətlərə malikdir. Əsas fərlər: Kompyuter Tomoqrafiya(KT) müayinəsində Rentgen şüalarından istifadə olunur. Kompyuter Tomoqrafiya(KT) müayinəsi yumşaq toxumalara nisbətən az həssasdır. Kompyuter Tomoqrafiya(KT) müayinəsi ağciyər və sümük toxumalara daha həssasdır. Kompyuter Tomoqrafiya(KT) müayinəsi hamiləlikdə və hamiləlik şübhəsi olanlarda tətbiq oluna bilməz Kompyuter Tomoqrafiya(KT) müayinəsi pediatriyada, yəni uşaqlarda  (əsasən yeni doğulmuşlarda və 7yaşına qədər uşaqlarda) ciddi göstəriş olmadığı müddətdə aparılmır. Kompyuter Tomoqrafiya(KT) müayinəsi Maqnit Rezonans Tomoqrafiya müayinəsin-dən (MRT) fərqli olaraq daha sürətli müayinədir.   Maqnit Rezonans Tomoqrafiya müayinəsinin (MRT) xüsusi tətbiq sahələrindən biri Fetal MRT müayinəsidir. Bu hamiləliyin 21-ci həftəsindən sonra ana bətnindəki uşaqda (yəni döldə, fetusda) patologiyaların diaqnostikası üçün Maqnit Rezonans Tomoqrafiya müayinəsinin (MRT) xüsusi tətbiqidir.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Published: 25.08.2020

Psoriatik artrit hekimtap.az

Psoriatik artrit

Psoriaz – dərinin uzun müddətli xroniki residivləşən xəstəliyidir. Bu xəstəliyin əlilliyə gətirib çıxardan əsas əlamətlərindən biri oynaqların zədələnməsidir – buna psoriatik artrit deyilir. Psoriatik artrit - dərinin psoriatik zədələnməsi ilə birgə, əsasən əllərin distal falanqalararası, ayaqlarda daraq falanqalararası oynaqların və onurğa sütununun zədələnməsi ilə müşayət olunan xroniki iltihabi seroneqativ spondiloartropatiyadır. Psoriatik artrit hər bir yaşda, hətta uşaqlarda da təsadüf edə bilər. Amma adətən 30—50 yaş arası dövrdə qadınlarda və kişilərdə eyni tezlikdə rast gəlinir. Psoriatik artritin simptomları: Xəstədə halsızlıq, ağrı, bədən hərarətinin yüksəlməsi, oynaqlarda şişkinlik müşahidə olunur. Psoriatik artrit oynaqların asimmetrik, proqressiv zədələnməsi ilə müşahidə olunan oliqo- və ya poliartrit formasında ola bilər. Hər bir oynaq, o cümlədən də periferik oynaqlar (distal falanqalararası) və aksial oynaqlar (onurğa sütunu, oma-qalça oynaqları) zədələnə bilir. Ən çox zədələnən oynaqlar əl oynaqları və biləklərdir. Bundan sonra ayaqlar, aşıq-baldır, diz, bazu oynaqlarının zədələnməsi rast gəlinir. Oynaqların asimmetrik zədələnməsi xarakterikdir. Psoriatik artrit zamanı oynaq ətrafı strukturlar da zədələnə bilir. Nəticədə tendovaginit (vətər yatağının iltihabı), daktilit (barmağın iltihabı) və ya əllərin sosiska tipli qalınlaşması və entezit (vətərin sümüyə birləşmə yerinin iltihabı) yaranır. Oynaqların iltihabi dəyişikliyi müxtəlif formada büruzə verə bilər: sinovial qişanın və ətraf toxumaların iltihabı, entezit, osteit, ağır osteoliz. Psoriatik artrit zamanı, digər seroneqativ spondiloartritlər kimi, oynaqdan kənar zədələnmələr: gözlərin iltihabı, sidik ifrazat və ürək-damar sisteminin zədələnməsi (irit, konyuktivit, aortal anevrizma, uretrit) müşahidə oluna bilər. Psoriatik artritin klinikası: Psoriatik artritin gedişi dəyişkəndir: yüngül zədələnmədən tutmuş əlilliyə səbəb olan ağır artropatiyalara qədər dəyişir. 40—60% xəstələrdə eroziv deformasiyaedici artrit müşahidə oluna bilər və birinci ildən də proqressivləşə bilər. Psoriatik artrit daimi kəskinləşmə və remissiya ilə növbələşir. Müalicə almadıqda psoriatik artrit xəstələrində persistəedici iltihab müşahidə olunur, nəticədə oynaqların proqressivləşən zədələnməsi, fiziki aktivliyin ciddi dərəcədə məhdudlaşması, əlillik yaranır. Psoriatik lövhəciklər və ya dırnaqların psoriatik zədələnməsi olduqda diaqnozu qoymaq asanlaşır. Psoriatik artriti digər revmatoloji xəstəliklərdən fərqləndirmək lazımdır. Psoriatik artrit zamanı zədələnmiş oynaqlar az ağrılı və az şişkin olur, revmatoid artritdən fərqli olaraq qeyri simmetrik oynaqlar zədələnir. Daktilit, entezit, distal falanqalararası oynaqların zədələnməsi revmatoid artrit üçün deyil, psoriatik artrit üçün xarakterdir. Psoriatik artriti osteoartroz ilə də diferensasiya etmək lazımdır. Psoriatik artritdə olduğu kimi osteoartrozda da distal falanqalararası oynaqların zədələnməsi olur. Amma osteoartroz üçün xarakter olan klassik Geberden düyünləri distal falanqalararası oynaqların zədələnməsi və sümük çıxıntılarının (ekzostoz) yaranması ilə müşayiət olunur. Psoriatik artrit zamanı distal falanqalararası oynaqların zədələnməsi iltihabi dəyişikliklərlə xarakterizə olunur. Psoriatik artrit üçün səhərlər və ya uzun müddət hərəkətsiz qaldıqdan sonra yaranan hərəkət məhdudluğu xarakterdir. Osteoartroz zamanı hərəkət məhdudluğu əsasən aktiv hərəkət zamanı yaranır. Psoriatik artirt qadınlarda və kişilərdə eyni tezlikdə rast gəlinirsə, osteoartroz əsasən qadınlarda təsadüf edir. Osteoartrozlu xəstələr üçün entezit (vətərlərin sümüyə birləşmə yerində iltihab), daktilit (əl və ya ayaq barmağının iltihabı) və sakroileit (oma-qalça oynağının iltihabı) adətən xarakterik deyil. Psoriatik artrit zamanı rast gəlinən onurğa sütununun aksial zədələnməsi (psoriatik spondilit) ankilozlaşan spondilit ilə (hansı ki əsasən onurğa sütununu və oma-qalça oynaqlarını zədələyir) oxşarlıq təşkil edir. Ankilozlaşan spondilitdən fərqli olaraq psoriatik artrit zamanı simptomatika nisbətən zəif, zədələnmə asimmetrik, az ağır gedişatlı olur. Psoriatik lövhələr və dırnaqların zədələnməsi ankilozlaşan spondiloartritdə olmur. Aksial psoriatic artrit sakroileit (adətən asimmetrik və simptomsuz olur) və ya spondilit şəklində keçir. Ankilozlaşan spondiloartritdən fərqli olaraq psoriatik artrit zamanı oynağın hərəkətliliyi az dərəcədə pozulur və ankiloz (oynağın tam hərəkətsizliyi) yaranmır. Digər revmatoloji xəstəliklər, məsələn: osteoartrit, yumşaq toxumaların revmatik zədələnməsi, septik artrit, revmatoid artrit psoriazla müşayiət oluna bilər, bu zaman diaqnostika çətinləşir. Həm də psoriaz adətən bağırsağın iltihabi xəstəlikləri və ankilozlaşan spondiliti olan xəstələrdə tez-tez rast gəlinir. Psoriatik artritin diaqnostikası: Diaqnostikada əsasən, anamnez və xəstənin obyektiv müayinəsi, seroloji, rentgenoloji, ehtiyac yaranarsa genetik müayinələr aparılır. Əsas aşağıdakılara diqqət yetirilməlidir: 1. Anamnezdə və ya irsiyyətdə psoriaz xəstəliyinin olması. Psoriaz dərinin və başın tüklü hissəsinin zədələnməsi ilə müşayiət olunur. 2. Dırnaqların psoriatik zədələnməsi: onixolizis, nöqtəvari çökəkliklər, hiperkeratoz şəklində ola bilər. 3. Anamnezdə daktilitin olması. 4. Oynaqlarda iltihabi dəyişikliklər, oynaqlarda ağrı və zəiflik, səhərlər hərəkət məhdudluğu, əmək qabiliyyətinin azalması müşahidə olunur. Əsas laborator analizlərdən qanın ümumi analizi, eritrositlərin çökmə sürəti, C-reaktiv zülal, qaraciyər və böyrəklərin standart funksional müayinələri aparılır. Rentgenoloji müayinə zamanı oynaqlarda struktur zədələnmələri müşahidə olunur. Xəstəliyin ilkin mərhələlərində rentgenoloji müayinə normal ola bilər, amma paravertebral ossifikasiya, periartikulyar osteopeniya, oynaqların eroziv zədələnməsi ola bilər. Psoriatik artritin rentgenoloji əlamətləri destruktiv və proliferativ dəyişikliklər formasında ola bilər. Eroziya -tipik destruktiv dəyişiklikdir, adətən oynağın kənar hissələrindən başlayır və mərkəzə doğru yayılır. Yayılmış eroziv dəyişikliklər nəticəsində xarakterik rentgenoloji mənzərə - “stəkanda karandaş ” (bir oynaq səthinin digər oynaq səthinin əsasına doğru protruziyası) mənzərəsidir. Ağır hallarda falanqaların dağılmasına səbəb olan osteoliz və oynaq ankilozu baş verir. Psoriatik artritin müalicəsi: Müalicədə əsas istiqamət xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq, remissiya (sakitləşmə dövrü) əldə etməkdir. Erkən başlanmış müalicə tez bir zamanda xəstəliyin proqressivləşməsinin və ağırlaşmalarının qarşısını almağa imkan verir. Müalicədə qeyri steroid iltihab əleyhinə preparatlar, metotreksat, sulfosalazin, leflunomid istifadə olunur. Son vaxtlar psoriatik artritin müalicəsində yeni bioloji preparatlar (antisitokin müalicə) - şiş toxuması nekroz faktorunun ingibitoru (TNF- α ingibitorları) istifadə olunur: adalimumab, etanersept, infliksimab.

Published: 15.08.2020

PRP (platelet rich plasma) nədir? hekimtap.az

PRP (platelet rich plasma) nədir?

PRP, ingiliscədə “ Platelet Rich Plasma” ifadəsindəki kəlimələrin baş hərflərindən əmələ gəlmiş və insanın öz qanından əldə edilən maddənin iynə vasitəsi ilə tətbiq edilən müalicə metodudur. İynə vasitəsi ilə yeridilən bu maddə canlı trombositlərlə zəngin bir plazmadır.  Plazma, qanın tromblaşmasına köməkci olan və trombosit adı verilən xüsusi hüceyrələr, böyümə faktoru və proteinlər təşkil edən bir qan birləşməsidir. Plazmanın tərkibində  hüceyrənin böyüməsini təmin edən müxtəlif proteinlər vardır. Tədqiqatçılar, plazmanı qandan ayırıb konsentrasiya edərək trombosit hüceyrələri baxımından daha zəngin bir plazma olan PRP adlı qan birləşməsini əldə etmişlər.                         PRP nin zədələnmiş toxumalara inyeksiya edilməsi bədəndə yeni, sağlam hüceyrələrin böyüməsini təmin edir. Bu da toxumanın bərpasını sürətləndirir. PRP müalicəsi necə tətbiq olunur? PRP terapiyası təxminən 30-40 dəqiqə müddətində , xəstənin qanının bir tibbi boruya toplanması ilə başlayar. Trombosit baxımından zəngin plazma, tam qanın digər komponentlərindən sentrafuqa vasitəsi ilə ayrılaraq istifadə ounur. Çünki trombositlər, yaralı toxumaları yeniləmək üçün lazım olan böyümə faktorları üçün təbii bir ehtiyat  vəzifəsini yerinə yetirir. Trombositlərin ifraz etdiyi böyümə faktorları, kollagen sintezini və tendon kök hüceyrələrində gen və protein fəaliyyətini artıraraq toxumanın bərpasını tezləşdirir. Bu böyümə faktorları qan axımını sürətlənirir və qığırdaqların daha sərt və elastik vəziyyətə gəlməsini təmin edir.                     PRP inyeksiyası fərqli formada tətbiq oluna bilər. Məsələn; saç tökülməsi, osteoartritlərdə və s. inyeksiya edilmədən öncə, əgər lazım olarsa lokal olaraq keyləşdiricidən istifadə olunur. Ümumiyyətlə inyeksiya zamanı ağrını azaltmaq üçün PRP ilə hər hansı bir lokal anestezik məhlul qarışdırılır.    PRP necə istifadə olunur? PRP inyeksiyası bu sahədə təhsil almış mütəxəssislər tərəfindən tətbiq olunur. Proses bir birini növbələyən müxtəlif mərhələlərdə yerinə yetirilir. PRP tətbiqi bu şəkildə yerinə yetirilir: Əvvəlcə inyeksiya ediləcək PRP ni hazirlamaq üçün sağlıq personalı tərəfindən xəstədən bir miqdar qan alınır. Alınan qan miqdarı PRP nin hansı nahiyəyə inyeksiya ediləcəyinə bağlıdır.  Steril şərtlər altında alınan qan nümunəsi bir sentrafuqa cihazına yerləşdirilir. Sentrafuqa cihazı, tez bir zamanda çevrilən və qan birləşməsinin ayrılmasını təmin edən bir cihazdır. Bu proses təxminən 15 deqiqə sürür və trombositləri digər formalı elementlərdən ayırır. Daha sonra hazır plazma zədə görən bölgəyə yeridilir. PRP nin ən geniş istifadə olunan sahələri bunlardır: Saç tökülməsi; Bağların və vətərlərin yaralanmaları; Əməliyat sonrası; Osteoartrit; Dərinin gəncləşdirilməsi; PRP prosedurundan sonra tətbiq olunan nahiyyəyə 10-15 dəqiqə buz qoyulması tövsiyə olunur. PRP prosedurundan dərhal sonra yaxşılaşma hiss olunmur, çünki böyümə faktorlarının aktiv olması üçün zaman lazımdır. Bu səbəblə prosedurdan sonrakı bir neçə həftə və ya ay içərisində yaralanan nahiyyənin daha sürətli yaxşılaşdığı hiss olunur.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Published: 12.08.2020

Vinir dişlər
 hekimtap.az

Vinir dişlər

BƏYAZ TƏBƏSSÜM - ASAN VƏ AĞRISIZ   Bəzən dişlərdəki problemlər insanda ciddi komplekslər yaradır - müxtəlif qüsurlar üzündən təbəssümü gizlətmək məcburiyyəti böyük diskomforta səbəb olur. Fərq etməz, bu, əyri dişlər, minanın rənginin sağlam olmaması, çatlar və ya digər defektlər ola bilər.  Lakin müasir stomatologiya demək olar ki, bütün bu problemləri aradan qaldırmağa qadirdir. Bu məqalədə söhbət ideal təbəssümün zəmanətçisi - vinirlərdən gedəcək.  Stomatologiyada vinirlər nədir? Vinir - zədələnmiş dişin ön səthinə bərkidilən nazik, lakin çox möhkəm lövhəcikdir. Vinirin tətbiqi dişlərin azacıq yonulmasını tələb etsə də, bu, qətiyyən qapaq qoyulmasında olduğu kimi çətin və ağrılı proses deyil. Vinir vasitəsilə istənilən defekti qapamaq mümkündür. Məsələn, əyri çıxmış dişlər, çat, nahamarlıq, plomb, mina üzərində ləkələr və s.  Vinirlərin istifadəsi estetik stomatologiyada da  geniş vüsət alıb. Bircə onu demək kifayətdir ki, ekranlarda gördüyünüz bir çox məşhur kinoaktyor və sənətçilərin dişlərindəki bəyazlıq, çox vaxt təbiətin deyil, vinirlərin töhfəsidir.  Vinirlər xarici görünüşünə, rəngi və teksturasına görə ağ, sağlam minadan heç nə ilə fərqlənmir. Təcrübəli stomatoloq viniri elə tətbiq edir ki, dişin kənarlarından heç bir artıqlıq və ya əskiklik hiss edilmir - diş tamamilə təbii və sağlam görünür.  Müasir dövrdə stomatologiyada bir neçə tip vinirdən istifadə olunur. Onlar bir-birilərindən materialına, tətbiq nahiyəsinə, istifadə müddətinə və əlbəttə ki, qiymətinə görə fərqlənir.  Vinir növləri   Kompozit vinirlər Kompozit vinirlər nisbətən ucuz hesab olunur. Bir çox pasiyentlər bu növ vinirlərə, həm də onların asan başa gəldiyi üçün üstünlük veririlər. Kompozit vinirləri tətbiq etmək üçün stomatoloqu bir dəfə ziyarət etmək kifayətdir. Qeyd etmək lazımdır ki, bu növ vinirlərin bəzi çatışmayan cəhətləri də var. Məsələn, onlar azömürlüdürlər - istifadə müddəti təqribən 5 ildir. Bu isə o deməkdir ki, dişləri vaxtaşırı korrektə etməyə ehtiyac yaranacaq. Bundan başqa, kompozit vinirlər kifayət qədər möhkəm olmasına baxmayaraq, digər vinir növləri ilə müqayisədə mexaniki təsirlərə daha həssasdır. Kompozit vinirlər, adətən, təbəssüm zamanı görünməyən nahiyələrə tətbiq olunur, belə ki, onların rəngi tədricən az da olsa dəyişməyə meyillidr.              Keramik vinirlər Bu vinirlər xüsusi, çox möhkəm keramikadan hazırlanır. Möhkəmliyinə baxmayaraq, bu keramika işiqkeçirmə qabiliyyətinə malikdir ki, bu da təbii mina qatı effektini almağa şərait yaradır. Keramik vinirlərin qalınlığı 0.55 mm-dən artıq deyil. Buna baxmayaraq, onları tətbiq etmək üçün dişin səthi yonulmalıdır. Keramik vinirlərə sahib olmaq istəyirsinizsə, stomatoloqun qəbuluna bir neçə dəfə getməli olacaqsınız. Çünki ideal vinir hazırlamaq üçün təkcə dişlərin yonulması deyil, həmçinin çənənin modelini hazırlamaq və lövhəcikləri hazırlmaq tələb edilir. Vinirlər hazır olan müddətdə dişin səthini qorumaq və sizi diskomfortdan azad etmək üçün həkim xüsusi müvəqqəti qapaqlar hazırlayıb, onları yonulmuş dişlərə keçirir. Keramik vinirlər kompozitlərdən baha başa gəlir. Lakin onların möhkəm və uzunömürlü olması, təkcə ön yox, həmçinin köpək və birinci molyar dişlərə qoyulma imkanları göstərir ki, onlar malik olduqları qiymətə layiqdir. Keramik vinirlər vasitəsilə ən ciddi zədələnmələri belə qapamaq mümkündür. Pasiyentlər bu növ vinirlərə məhz bu xüsusiyyətinə görə üstünlük verirlər. Keramik vinirlərə 10 il  (bəzən daha çox) etibar edə bilərsiniz. Onlar deformasiyaya uğramır, rənglərini dəyişmir və temperatur oynamalarına dözümlüdür.         Qeyd etmək lazımdır ki, vinirlər yalnız sağlam dişlərin səthinə tətbiq olunur. Ona görə də prosedurdan əvvəl karies, hətta ilkin inkişaf mərhələsində olsa belə, mütləq müalicə edilir. Bundan başqa, parodont toxuması müalicə olunur, damaqlarda iltihab varsa, aradan qaldırırlır. Bundan sonra dişlərin peşəkar təmizlənməsi aparılır, diş daşları və ərp götürüldükdən sonra həkim-stomatoloq vinirlərin tətbiqinə başlayır.  Təbəssümünüz həmişə güvənli və parlaq olsun!   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 01.08.2020

KLASSİK VƏ BAZAL İMPLANTASİYA
 hekimtap.az

KLASSİK VƏ BAZAL İMPLANTASİYA

 İmplantasiya nədir? İmplantasiya - diş implantlarının itirilmiş dişlərin əvəzinə quraşdırılaraq diş sırasının bərpasına deyilir.  Müasir dövrdə iki əsas implantasiya texnologiyası mövcuddur: klassik və bazal.  Klassik implantasiya nədir? Klassik implantasiya bütün dünyada geniş yayılmış və sınaqdan keçirilmiş etibarlı implantasiya metodudur. Bu zaman titan implant cərrahi üsul ilə çənənin yumşaq sümük toxumasına daxil edilir. Prosedur iki mərhələdə həyata keçirildiyindən ikimərhələli və ya ikifazalı implantasiya adlanır. Birinci və ikinci mərhələlər arasında adətən 2 aydan 4 ayadək fasilə olur. Birinci mərhələdə çənə sümüyünə metal implant əkilir. Bu prosedurdan sonra bir müddət tələb olunur ki, implant sümük toxuması ilə birləşsin. Bir neçə aydan sonra - ikinci mərhələdə protezləmə və daimi qapaqların quraşdırılması həyata keçirilir.   Klassik texnologiya implantları sümüyün yumşaq nahiyələrinə quraşdırmağa imkan verir. İmplantasiyanı uğurla başa vurmaq üçün sümük toxumasının həcminin kifayət qədər olması vacibdir. Sümük toxuması çatışmayan təqdirdə, mümkün olarsa, onu artırırlar. Klassik implantlar həm şaquli, həm də bucaq altında fiksə edilə bilir. Onların ən üstün cəhəti isə bundan ibarətdir ki, ortopedik konstruksiaysı yaxşı olduğu halda, ömrünün sonuna kimi sahibinə xidmət edir.   Lakin elə hallar da olur ki, diş sırasının tam bərpası üçün klassik implantasiya münasib sayılmır. Bu zaman mütəxəssislər başqa bir üsula - birmərhələli bazal implantasiyaya müraciət edirlər.   Bazal implantasiya nədir? Bazal implantasiya zamanı implant daha dərinə - sümüyün bazal qatına əkilir. Bazal implantlar hər çənənin tipinə müvafiq planlaşdırılır. Bu implantasiya metoduna, adətən, əlavə cərrahi müdaxilədən qaçmaq üçün müraciət edilir. Bazal implantların iki növü mövcuddur: tam bazal və kompressiv. Bunlardan kompressiv implantlar daha üstün hesab edilir. Belə ki, kompressiv implantasiya zamanı həm əlavə sümük toxumasına ehtiyac qalmır, həm də osteointeqrasiya prosesi gedir. Tam bazal implantasiyada isə bu, müşahidə edilmir, səbəb - implantın bikortikal, yəni iki sərt sümüyə bağlanmasıdır.   Bazal kompressiv implantasiya zamanı dişi əməliyyat günü pasiyentə vermək mümkündür. Cərrahi müdaxilədən sonra reabilitasiya müddətinin qısa olması da bu implantasiya metodunun üstünlüklərindəndir .  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 01.08.2020

İMPLANT ÜSTÜ KERAMİK VƏ ZİRKONİUM QAPAQLAR hekimtap.az

İMPLANT ÜSTÜ KERAMİK VƏ ZİRKONİUM QAPAQLAR

Dental implantasiya itirilmiş dişin süni diş kökü ilə əvəzlənməsi deməkdir. Süni dişin möhkəm əsası və görünən hissəsi - implantüstü qapağı olur. Bu qapaq görünüşü və keyfiyyətlərinə görə təbii dişə çox yaxındır. Bundan başqa, implantüstü qapaqlar həm də çeynəmə yükünü üzərinə götürə biləcək quruluşa malikdir. İmplantüstü qapaqlar materiallarına görə bir-birindən fərqlənir. Bu məqalədə keramik və zirkonium qapaqlardan danışılacaq.  İmplantüstü keramik qapaqlar Keramika insanın ağız boşluğu toxumaları ilə bioloji baxımdan gözəl uyuşur. Keramik qapaqların selikli qişaya heç bir neqativ təsiri yoxdur, oksidləşmir və mədə-bağırsaq traktının işində heç bir mənfi dəyişikliklər yaratmır.  Bundan başqa, keramik implantüstü qapaqlar zahirən  təbii minadan heç nə ilə fərqlənmir. Belə ki, şəffaflıq dərəcəsi və işiqkeçirmə qabiliyyətinə görə ona çox yaxındır. İmplantüstü keramik qapaqların daha bir müsbət xüsusiyyəti - onun rənginin vaxt keçdikcə dəyişməməsidir.  Bütün bunlarla yanaşı, keramik implantüstü qapaqlarn aşağıdakı üstünlükləri var: - uzunömürlüdürlər; - oskidləşmədiyindən damaq xəttində göy rəngli zolaq yaratmırlar; - keramika bioloji inert material olduğundan allergiya yaratmır və orqanizmə ziyan vuracaq maddələr ifraz etmir; - çox yüksək estetik keyfiyyətə malikdir və s.   İmplantüstü zirkonium qapaqlar  Zirkonium dioksiddən hazırlanan bu qapaqlar istənilən sayda ön və çeynəmə dişlərinin bərpası üçün münasibdir. Material keramika kimi bioloji baxımdan ağız boşluğuna uyğundur, unikal estetik görünüşü və yüksək möhkəmliyi ilə fərqlənir. Zirkonium qapaqlara demək olar ki, heç bir əks-göstəriş yoxdur və onlar vizual olaraq təbii dişlərdən fərqlənmir.  İmplantüstü zirkonium qapaqların bir sıra başqa üstünlükləri də var: - yüksək möhkəmlik dərəcəsinə malikdirlər, çeynəmə yükünü tam olaraq üzərinə götürə bilir və çeynəmə dişlərinin əvəzlənməsinə yararlıdırlar; - yüngül çəkilidirlər və damaqları əlavə olaraq yükləmirlər; - rəng və şəffaflıq baxımından təbii dişə maksimum yaxındırlar; - istilik keçiriciliyi zəifdir; - deşilmir, yeyilmirlər və s. Həm keramik, həm də zirkonium implantüstü qapaqlar implanta iki üsulla bərkidilir: sementlə və vintlə. Sement fiksasiya zamanı qapaq abatmentə stomatoloji sementlə bərkidilir. Bu üsulun üstünlüyü onun sadəliyi və estetikliyindədir, implantalogiyada ən geniş yayılmış metoddur.  Vintli fiksasiya zamanı abatment qapağın karkası rolunda çıxış edir. Belə qapaqlar texnoloji dəliklərdən vintlər vasitəsilə bərkidilir, daha sonra kompozit material ilə qapadılır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 01.08.2020

Boyun fəqərələrinin degenerativ xəstəlikləri hekimtap.az

Boyun fəqərələrinin degenerativ xəstəlikləri

Onurğanın servikal nahiyəsi baş beyinə gedən qan damarları və sinirlərlə əhatə olunmuş 7 fəqərədən ibarətdir. Bu hissədəki hər hansı bir patoloji pozğunluq qan dövranı və sinir sistemlərinin, həmçinin onurğa beyninin elementlərinin sıxışdırılmasına gətirib çıxarır ki, bu da bir sıra ciddi problemlərə yol aça bilər. Servikal nahiyyədə olan yırtıq, qəza və ya idman nəticəsində yaranan bir boyun bölgəsində zədələnmə, qeyri-bərabər paylanmış bir yük səbəbiylə həddindən artıq yüklənmə, onurğanın patologiyası (osteoxondroz, skolyoz və s.) və ya digər amillər səbəbindən əmələ gələn intervertebral diskə təsir edən təhlükəli bir xəstəlikdir. Yırtığın böyüməsi nəticəsində qan dövranı və bəzi orqanlarin normal fəaliyyəti pozulur, müalicə edilmədikdə ciddi fəsadlara səbəb olur. Əvvəllər bu xəstəlik 30-50 və daha yuxarı yaş dövrlərində görülürdüsə indiki zamanda bu xəstəlik daha da cavanlaşmışdır, yeniyetmə və gənc yaşlarda da rast gəlinir. Təsnifat Birincili Birincili yırtıqlar, böyük fiziki güc,kompyuter arxasında uzun uzadı oturduqda, mobil telefondan  başı aşağı vəziyyətdə saatlarca istifadə etdikdə, xəsarət və ya kəskin dönüşlər nəticəsində birdən-birə yaranan, intervertebral disklərin zədələnməsinə səbəb olanlardır. İkincili İkinci dərəcəli yırtıqlar, lazımi qaydada müalicə olmadıqda,  ağırlaşmalara səbəb olur. Yırtıqları ortaya çıxaran onurğanın ən çox yayılmış xəstəliklərindən biri osteoxondrozdur.   Mərhələlər Diskin degenerasiyası Yaşla əlaqəli dəyişikliklər, çox sayda xəsarət, oturaq həyat tərzi və digər amillər əzələ tonusunun azalmasına və intervertebral disklərin zəifləməsinə, qurumasına və məhv olmasına gətirib çıxarır ki, bu da qonşu fəqərələrin zədələnməsinə və onların deformasiyasına səbəb olur. Törətdiyi fəsadlar: -başgicəllənmə; -baş ağrısı; -huşunu itirmə; -qolların, əllərin və ya barmaqların uyuşması; -qulaqlarda küy; -hərəkət koordinasiyasının pozulması; -ürək bulanması və qusma; -dəridə gizilti hissi; -əllərdə əzələ zəyifliyi; -yuxusuzluq;                                                    -əsəbilik; -depressiya; -panik atak; -görmənin zəyifləməsi; -göz önündə qara nöqtələrin uçması; -eşitmə hissinin qismən və ya tamamilə itməsi; -oksigen çatmamazlığı; -boyundan çiyinlərə yayılan ağrı və ağırlıq hissi; -boyun hərəkəti məhdudluğu; -ümumi zəiflik Fəqərəarası yırtığın əmələ gəlmə mərhələləri Diskin degenerasiyası Yaşla bağlı orqanizmdə gedən dəyişikliklər, çox sayda xəsarət, oturaq həyat tərzi və digər amillər əzələ tonusunun azalmasına və fəqərəarası disklərin zəifləməsinə, qurumasına və məhv olmasına səbəb olur. Diskin protruziyası Fibroz həlqənin bir hissəsinin zədələnməsi ilə nüvənin bir hissəsi hüdudlardan kənara çıxır.  Diskin ekstruziyası Fibroz halqanın tam yırtılması baş verir, nəticədə müəyyən miqdarda pulpa nüvəsi onurğa kanalına doğru çıxır, bu zaman onurğa beyni və sinirlərin zədələnməsi baş verə bilər. Sekvestrə olunmuş yırtıq Bu zaman pulpa nüvəsinin diskin xaricinə sızması baş verir. Nəticədə dözülməz ağrı, əllərin uyuşması, əzələ atrofiyası, bədənin intoksikasiyası. Vaxtında diaqnoz qoyulub müalicə edilmədikdə çox ağır fəsadları , hətta yuxarı ətrafların iflicinə gətirib çıxara bilər. Boyun fəqərəarası disk yırtığının səbəbləri; boyun zədələnmələri; boyunun ani hərəkəti; boyunun daimi olaraq narahat bir vəziyyətdə olması; gün ərzində həddən artıq kompyuter arxasında  oturmaq; mobil telefondan istifadə zamanı başı aşağı sallamaq; yanlış duruş; ağırlıq qaldırma; doğru olmayan həyat tərzi; anadangəlmə patologiya; irsi meyllilik; yaş dövrü ilə əlaqədar dəyişikliklər; artıq çəki; onurğanın patologiyası: osteoxondroz, osteoporoz, Şmorl düyünləri və s. boyun fəqərələrinin inkişafının anomaliyaları; onurğanın degenerativ prosesləri; ziyanlı vərdişlər; onurga sütununun infeksion prosesləri; gün ərzində lazımi qədər su qəbul etməmək; metabolizmanın pozulması; başı aşağı sallayaraq gəzmək vərdişi. Müayinə: MRT EMQ Laborator analizlər Müalicə: Proloterapiya Neural terapiya Biopunktura Osteopatiya Elektroterapiya Reablitasiya  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 22.07.2020

Spinner