Miopiya
 hekimtap.az

Miopiya

Miopiya nədir? Miyopia, gözün quruluşunun normadan uzun olması ilə əlaqəli olaraq uzağı dəqiq görməməsidir. Miyopiyada gözə gələn şüalar retinanın üzərində deyil, retinanın önündə dayanır. Miyopi olan insanlar uzaqdakı cisimləri və işarələri görməkdə çətinlik çəkirlər, ancaq yaxınlıqdakı cisimləri aydın şəkildə görə bilirlər. Miyopiya ən çox görülən göz xəstəliklərindən biridir. Ümumiyyətlə ibtidai məktəb yaşında (7-10 yaş) simptomlar göstərir və yetkin yaşa qədər artır. Miopiyanın simptomları Miyopi olan insanlar uzağı görə bilmədıklərinə görə gözlərini qısa bilər və bu da baş ağrısına səbəb ola bilər. Bunun xaricində miyopiya simptomları qısaca: Uzaq cisimlərin bulanıq görmə qabiliyyəti; Gözlərini qısma; Göz yorğunluğundan qaynaqlanan baş və göz ağrısı; Nəqliyyat idarə edərkən, xüsusən gecə saatlarında görmə çətinliyi (gecə miyopiyası); Yol nişanlarını oxumaqda çətinlik . Miyoplar kitab oxumaq və kompüter istifadəsi kimi yaxın görmə fəaliyyətlərində problem yaşamır. Lakin, uzağı görməmək gündəlik fəaliyyətinizi çətinləşdirə bilər. Yuxarıda göstərilən simptomlar ortaya çıxsa, mütləq bir oftalmoloqa müraciət edin. Miyopiya; Eynək, kontakt linzalar və lazerlə müalicə edilə bilən bir problemdir. Uşaqlarda miyopiya simptomları Gözlərini tez-tez və israrla qısmaq; Televiziyaya yaxın və ya sinifin qarşısında oturmaq; Uzaq obyektləri görməmək; Tez-tez göz qırpmaq; Gözləri tez-tez ovuşdurmaq. Bir sözlə, məktəbdə yazı taxtasına göz qısmaq, evdə televizora yaxından baxmaq istəmək və müntəzəm olaraq göz qısmaqla övladınızın miyop olub olmadığını öyrənə bilərsiniz. Uşaqlarda aparılan rutin göz müayinələri göz sağlamlığı üçün çox vacibdir. Bu müayinələr: Doğuşdan sonra 6 ay ərzində; 2, 5-3 yaş arası; Məktəbə başlamazdan əvvəl; Məktəb dövrü ərzində 1 və ya iki ildən bir keçirilir. Miyop dərəcələri hansılardır? Miyopi 3 dərəcədən aşağı olduqda "yüngül miyopiya"; 3-6 dərəcə arasındadırsa "orta dərəcədə miyopi", 6 dərəcədən yuxarı olarsa "yüksək miyopi" adlanır. Uzağı görməmə problemi, gözün 18 yaşına qədər uzanması səbəbindən artır. Bununla birlikdə, 18 yaşından sonra, xüsusilə həddindən artıq yaxından görmə fəaliyyəti göstərənlər (oxu, ekran / mobil telefon istifadəsi və s.) üçün irəliləyiş davam edə bilər. Miyopiyanın təbii gedişində spontan bir azalma yoxdur. Müalicə metodları Eynək və kontakt linzaların yanında lazer və ya göz içi lens əməliyyatı ilə müalicə edilə bilər. Miyopiyanin dərəcəsindən asılı olaraq daima eynək və ya kontakt linzalar taxmanız lazım ola bilər. Eynək taxmaq miyopi dərəcəsini azaltmır. Lakin eynək və ya kontakt linzalar istifadə edilmədikdə dərəcələr daha sürətli irəliləyir. Miyopiyada eynək və kontakt linzalar xaricində lazer və göz içi lens müalicəsi istifadə olunur. Lazer və göz içi linza metodu Ən çox istifadə edilən metodlar LASIK, Femto LASIK, i-LASIK və PRK tətbiqləridir. LASIK miyopi üçün ən geniş yayılmış əməliyyat üsuludur. Cərrah buynuz qişanın üstündə nazik bir qapaq yaratmaq üçün lazer və ya başqa bir cihazdan istifadə edir. Korneanı başqa bir lazerlə şəkilləndirir və qapağı yenidən yerinə qaytarır. PRK ilə aparılan lazer göz əməliyyatlarında, buynuz qişanı formalaşdırmaq üçün lazerdən istifadə olunur. Bu, buynuz qişanın əyrisini düzəldir və işıq şüalarının retinaya tam fokuslanmasına imkan verir. Miyopiyada Lazer Cərrahiyyəsi Lazımdımır? Uzaq görmə problemində lazer; Eynək və kontakt linza taxmamağı üstün tutanlara tövsiyə olunur. Lazerdən sonra% 100 sıfır rəqəminə zəmanət verilmir, lakin miyopi üçün lazerdən sonra 100 nəfərdən 95-i gözlük və kontakt linzalar olmadan tam görə bilir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 12.02.2021

Dertmatitis herpetiformis - Dürinq xəstəliyi
 hekimtap.az

Dertmatitis herpetiformis - Dürinq xəstəliyi

Dermatitis  herpetiformis (DH) nədir ?  Şiddətli qaşınma ilə müşahidə olunan vezikulobulyoz səpgili (işərisi maye ilə dolu olan kiçik ölçülü və qruplaşmağa meyilli səpgilər), glütein enteropatiyası olan(bağırsaqlarda qlüteinli qidalara qarşı diareya yaranması), xroniki dəri xəstəliyidir. Xəstəlik zamanı xüsusilə qanda İgA tipi humoral immun reaksiyanın varlığı xarakterikdir.            Xəstəliyin etiologiyası Doku transglutaminazanın həm DH həmdə çöliak (bağırsaqlarda sorulmanın pozulması ilə gedən xəstəlik) xəstəliyinin ortaq antigeni olması sübut olunmuşdur. Bu üzdən xəstələrin bir çoxunda Çölik xəstəliyin əlamətləri (asimptomatik malosorbisiya-bağırsaqlarda sorulmanın pozulması) az da olsa görünür. Bəzi dənli bitkilərdə(buğda ,arpa,çovdar,yulaf və s) olan qlüteinin tərkib hissəsi olan gliadinə qarşı yaranan əks immun reaksiyadır ki bu DH xəstəliyini  başladan əsas amil olduğu düşünülür. Bağırsaqlarda yerləşən limfa vəzilərinin ifraz etdiyi İgA tipli humoral immunitetin artması və bu fonda güclənən bəzi protelitik fermentlərin təsiri nəticəsində dəridə içərisi maye ilə dolu olan səpgilər yaranır. Xəstəliyi çox zaman iltihab əlehinə olan bəzi preparatlar və yod praparatları  da şiddətləndirə bilər.Xəstəlik ən çox 25-40 yaşları arasında başlayır ama kiçik yaşlı  uşaqlardada rast gəlinə bilər. Bundan əlavə kişilər arasında DH xəstəliyinə tutulmaq qadınlara nisbətən çoxdur.  Dürinq xəstəliyinin bəzi xəstəliklərlə(haşimato tireoidi,pernisiyoz anemiya,1 tip şəkər və bəzi autoimmun xəstəliklər) eyni zamanda müşahidə olunmasıda sıx rast gəlinən durumdur. Çox az olsa da ailənin bir neçə fərdində rast gəlinə bilər.              Xəstəliyin əlamətləri             Səpgilər bütün bədəndə yayılmağına baxmayaraq daha çox sevdiyi nahiyələr  yuxarı ətrafların xarici səthləri, dizlər,saçlı dəri,üz, qalça nahiyəsidir. Qızarıqlıq fonunda başlayan vezikulyasiyalı səpgilər sonradan qruplaşmağa meyilli olur.  Bu üzdən eyni nahiyədə həm içərisi mayeli səpgilərə həm ekskoriasiya olmuş yaralara həmdə üzəri qartmaqla örtülmüş lezyonlara rast gələ bilərik. Xəstəliyin ən çox rast gələn və xəstələr tərəfindən çox şikayət olunan əlaməti qaşınmadır. Hansıki bu qaşınmalar davamlı olaraq  xəstəni yorur, qaşındıqca sakitləşmir və xəstənin sinir psixoloji durumunun pozulmasına gətirib çıxarır. Qaşınma ilə bərabər yanma və batma hissi də müşahidə olunur. Mədə bağırsaq sistemində olan pozulmalar DH zamanı çox rast gəlinən bir durumdur. Qanın ümumi analizi zamanı eozinofillərin çox artması izlənilir. Vezikulyasiyalar qısa zaman içərisində açılaraq ekskoriasiya və qartmaqlanma halına gəlir. Selikli qişalar nadir hallarda zədələnir.  Bundan başqa xəstələrdə tez tez diareya olması xəstənin ümumi halını pisləşdirir və normal həyat fəaliyyətini pozur.               Xəstəliyin diaqnozu        Xəstədə yaranan xarakterik səpgilər və onların şiddətli qaşınması eləcədə paralel olaraq bağırsaq sistemində olan pozulmalar(qlütein enteropatiyası) diaqnoz qoymağa imkan verir . Bundan əlavə həkimə diaqnozu dəqiqləşdirməkdə müxtəlif qan analizləri(qan seriumunda anti-Ema,anti-tTG, antigliadin və antiretukilin kimi autoantgenlərin tapılması), çox  olmasa  belə bəzi xəstələrdə bağırsaqlarda T- limfomanın olması (bu zaman qastroenteroloqların konsultasiyası gərəklidir), dəridən və lazım gələrsə bağırsaqdan götürülən biopsiya komək edir.          Xəstəliyin müalicəsi    Diaqnoz dəqiqləşdirildiyi surətdə dapson və ya sulfapiridin preparatları ilə müalicəyə başlamaq lazımdır. Ama ilk növbədə qanda bəzi fermentlərin olub ya olmaması yoxlanılmalıdır ki bu dapson preparatını isrifadə edib ya etməyəcəyimizi müəyyənləşdirir. Xəstəlik kontrol altına alındıqdan sonra (qaşınmalar azaldıqda,səpgilər itdikdə, bağırsaq problemləri görünmədikdə) dərman preparatlarının dozası azaldılaraq uzun müddət davam etdirmək lazım gəlir ama vaxtaşırı qanda olan dəyişiklilkləri yoxlamaq şərtiylə. Eləcədə qluteinli qidaların(buğda, arpa, çovdar, yulaf) tamamilə qəbulunun dayandırılması lazımdır. Hətta bir müddət sonra yalnız bu qidaların qəbulunun kəsilməsi nəticəsində dərman preparatlarının qəbulunu dyandırmaq və qluteinsiz dieta şəklində normal həyata davam etmək olar. Çox hallarda dietanı pozmaq yenidən xəstəliyin şiddətlənməsinə gətirib çıxarır.                Xəstəliyin profilaktikası      Mütləq surətdə qluteinsiz qidalara keçmək lazımdır bu həm xəstəliyin sağalmasına həm də bağırsaqların gələcəkdə  başqa onkoloji xəstəliklərdən (bağırsaq xərçəngi,limfoma) qorunmasına kömək olur. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 02.02.2021

Pemfiqus - Qovuqlu dermatozlar
 hekimtap.az

Pemfiqus - Qovuqlu dermatozlar

Pemfiqus nədir           Dərinin strukturuna qarşı yaranan antigenlərin yol açdığl iltihablı və dərini zədələyən autoimmun xəstəlikdir. Pemfiqus keratinositlərin birləşmə qabiliyyətini itirməklə bağlı həm dərinin həm də selikli qişaların tutulduğu xroniki və şiddətli gedişli bir qovuqlu dermatozdur.              Pemfiqusun etiologiyası      Etiopatogenezdə dərinin keratinositlərinin bir birinə yapışmasını yaradan hüceyrə sisteminə qarşı yaranan İgG cinsi autoantigenlərin  yaranması rol oynayır.Hüceyrə səviyyəsində gedən bu mürəkkəb proses nəticəsində dərinin üst qatının bazal qatdan qopması nəticəsində böşluqlara maye yığılır və qovuqlar əmələ gəlir. Pemfiqus vulqarisdə əksəriyyət xəstələrdə proses ağız boşluğu selikli qişasından başlayır. Pemfiqusun növləri arasında ən çox yayılanı Pemfiqus vulqaris növüdür və bütün yaş qruplarında rast gəlməklə bərabər ən çox 40-50 yaş arasında yayılmışdır. Genetik yatqınlıq da bu xəstəliyin yaranmasında rol oynaya bilir. Çox az da olsa başqa autoimmun xəstəliklərlə (Pernisioz anemiya,Miasteniya) ilə birlikdə rast gəlinməsi müşahidə olunur.               Pemfiqus vulqarisin əlamətləri        Ağız boşluğu və ya dəridə yaranmış,içərisi maye ilə dolu olan qovuqlar qısa zamanda partlayaraq ağrılı,tez qanayan,bəzən üzəri qartmaqla örtülü,dəridən kəskin sərhədlə ayrılan eroziyalara və ya yaralara çevrilir. Ağız yaraları ikincili infeksiyaların qoşulması ilə bağlı pis bir iyin yaranmasına səbəb olur. Bəzən də kandida göbələyinin qoşulması nəticəsində ağız böşluğu yaraları ağ rəngli ərplə örtülür. Xəstəlik çox az da olsa ilk olaraq gözləri zədələyərək başlaya bilər. Göz qapaqlarının içəri sərhində yaranan qovuqlar tez bir zamanda eroziyalara çevrilərək sonradan konyuktivitin və başqa göz xəstəliklərinin yaranmasına səbəb olur.Pemfiqus vulqaris ağız boşluğu və göz qapaqlarından başqa digər selikli qişaları da zədələyə bilir. Tənəffüs orqanlarının zədələnməsi zamanı səsin dəyişməsi ,kobudlaşması yaranır eləcədə udqunma çətinləşir və qidalanma pozulur. Dərinin çox hissəsi suluqlu qovuqlarla tutulmuş xəstələrdə genital və anal selikli qişalar da prosesə qoşulur ki bu zaman qadınlara pis qoxulu vaginal ifrazata,qaşınmaya rast gəlinir. Anal nahiyədə yaranan proses defekasiya prosesinin ağrılı olmasına gətirib çıxarır. Ağız boşluğunda yaranan yaralardan sonra taxmini 1-6 ay ərzində bədənin bir çox sahələrində yaranan qovuqlara rast gəlinir və bu 4-8 ay ərzində vücudumuzun demək olar ki çox hissəsini örtür. Dəri səpgilərinin ən çox sevdiyi yerlər sağrı nahiyəsi,genital orqanlar,kürək nahiyəsi və qarın boşluğudur. Xəstədə zamanla yeni qovuqlar yaranır və öncədən  partlamış qovuqların yerində eroziyalar və yaxud üzəri qanlı,serozlu qartmaqla örtülmüş yaralar olur ki,bu da eyni bir xəstədə eyni zamanda xəstəliyin bütün elementlərini izləməyə imkan verir             Pemfiqusun növləri        Kliniki və histopatoloji xüsusiyyətləri ilə fərqlənən 4 ana tipi var. Pemfiqus vulqaris- bu ən çox yayılan növdür. Pemfiqus vejetans- Pemfiqusun bu tipində yumuşaq qovuqlar və ya irinciklər şəklində başlayan lezyonlar sağalarkən vegetan kütlələr yaradır. Ən çox qasıq və qoltuqaltında yaranan bu kütlələr hipertrofik formada və bəzəndə az ifrazat axıntılı olur ki bu da ikincili infeksiya nəticəsində çox xoşagəlməz iy yaradır. Pemfiqus foliaseus-bu tip nadir görülən bir tipdir. Başlanğıc lezyonlar üzdə,saçlı dəridə, sinədə,kürəkdə bəzən heç qovuqlar olmadan bir başa yaralar şəklində başlayıb üzəri sürətlə qartmaqla örtülür və tez bir zamanda bütün bədənə yayıla bilir. Başqa növlərdən fərqli olaraq çox zaman ağız içində yaralara rast gəlinmir. Lezyonlar şiddətli qaşınma və yanma hissi ilə özünü göstərir.Pemfiqus eritematozus.-Bu tip daha çox üz nahiyəsində qabıqlanma və yağlı qartmaqlarla özünü göstərir ki çox zaman yağlı seboreya ilə səhv salina bilər. Bunlardan başqa paraneoplastik pemfiqus, bülyoz pemfiqoid, İgA pemfiqusu, dərman preparatlarına bağlı pemfiqus, herpetiform pemfiqus və endemik pemfiqus kimi xüsusi tipləridə vardır.           Pemfiqus vulqaridin diaqnozu        Xəstəliyn tanınması istər ağız boşluğu və başqa selikli qişalarda başlayan,eləcədə dərinin istənilən hissəsində yaranan qovuqlu elementlərin varlığı və qısa bir zamanda bu qovuqların partlayaraq eroziya və qanlı qartmaqlarla örtülməsi nəticəsində yaranan kliniki görünüşünə görə, içərisi maye ilə dolu olan qovuqların armudvari sallanması nəticəsində xüsusi şəkillənməsinə görə, zədələnmiş dərinini soyarkən sağlam görünən dəri sahəsinin də rahatlıqla soyulmasına əsasən(Nikolski simptomu) və həkimin yüksək peşəkarlığı nəticəsində olur. Başqa xəstəliklərdən fərqləndirilməsində Tzank sitolojidən (eroziya olan hissəsdən yaxma götürülməsi) istifadə olunur ki bu da yaxmada akontolitik hüceyrələrin tapılması nəticəsində diaqnozu dəqiqləşdirməyə imkan verir. Bəzən də dəri biopsiyasından istifadə edilir ,bu yöntəm diaqnozun dəqiqləşdirilməsində ən dəqiqi hesab olunur.     Pemfiqus vulqarisin müalicəsi       Xəstəliyin müalicəsində xəstənin yaşı, xəstəliyin hansı səbəbdən yaranması,yayılma dərəcəsi və yanaşı başqa xəstəliklərin olması çox vacibdir. Beləki pemfiqus xəstələrində uzun müddət və yüksək dozada istifadə olunan qlükokortikosteroidlərin şəkər xəstələrinə və təzyiqdən əziyyət çəkən xəstələrə əks təsiri ola bilər. Bu zaman alternativ müalicədən (dapson, xüsusi qrup antibiotiklər və s) istifadə olunmalıdır. Eləcədə müəyyən dərman preparatlarının yan təsiri nəticəsində başlayan pemfiqus zamanı ilk növbədə xəstəliyə səbəb olan  dərman qəbulu dayandırılmalıdır. Və yaxud bədənin çox hissəsini tutmuş xəstəlik zamanı çox maye itirilməsi,xəstənin mütləq stasionar şəraitdə yatması və başqa ixtisas həkimlərinin(reanimataoloq,endokrinoloq,kardioloq və s)  nəzarəti altında müalicəsi aparılmalıdır. Uzun müddət istifadə olunan steroid preparatların sonradan başqa ağırlaşmalar verməsinin qarşısını almaq üçün xəstə mütəmadi olaraq laborator və instrumental müayinələrdən keçirilməlidir.      Xəstəliyin profilaktikası    Pemfiqus xəstələrinin müalicə zamanı çox qıcıqlandırıcı və duzlu yemək yemələri qısıtlanmalı bol maye qəbuluna diqqət edilməli və yataq xəstələrində gigiyena şəraitinə xüsusi diqqət yetirilməlidir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 25.01.2021

Mərkəzdən qaçan eritema
 hekimtap.az

Mərkəzdən qaçan eritema

Mərkəzdən qaçan eritema nədir?       Fiqurlu eritemalar,anular(halqavari) və ya dəyişkən şəkilli eritemalı səpgilər ilə seyr edən və müxtəlif sistemik xəstəliklərlə yanaşı  gedə bilən dəri xəstəliyidir.Mərkəzdən qaçan eritema bu qrup xəstəliklər arasında ən çox rast gəlinəndi.                   Mərkəzdən qaçan eritema etiologiyası    Xəstəliyin yaranmasında daha çox müxtəlif dərman preparatlarının(salisilatlar,antimalyariya,simetidin,amitriptillin,qızıl vəs) qəbulu səbəb ola bilər. Eləcədə bir çox xəstəliklərdə və ya öncədən yarana bilir. Bu qrupdan olan xəstəliklər : Xərçəng xəstəliyinin (qan xəstəlikləri,məmə ,ağciyər,həzm sistemi xərçəngi xəstəlikləri)ilkin əlamətləri kimi,dəri infeksiyaları(göbələk,kandidalar,virus xəstəlikləri,mikobakteriyalar və s) xəstəliklərində,bağırsaq parazitlərində,hormonal pozulmalar olan xəstəliklərdə(mensturasiya,hiperparatiroid),hamiləlıikdə və sistemik xəstəliklərdə həm xəstəliklərlə eyni vaxtda həmdə yuxarıda qeyd olunan xəstəliklərdən öncə bir xəbərdarlıq işarəsi kimi meydana gələ bilər. Eləcədə tam sağlam insanlarda rast gəlinir yaxud da əsas səbəbi aydınlaşdırmaq olmur.   Daha çox yaz və payız aylarında özlüyündən yaranıb və yoxa çıxan bir formasıda məlumdur.                 Mərkəzdən qaçan eritemanın əlamətləri Hər yaş qruplarında yarana bilir,idiyopatik gedişli olan MQE qadınlarda daha çox rast gəlinir. Bədənin bir çox sahəsində səpgilərə rast gəlinsədə daha çox sevdiyi yerlər gövdə, qalçalar, bud, aşağı və yuxarı ətraf nahiyələridir. Eritemalı,ödemli papul şəklində yaranan səpgilər zamanla kənarlara doğru halqavari böyüyərək mərkəz hissədən sağalmağa başlayır ama təkrar olaraq yenidən mərkəz hissədən  yeni səpginin yaranması və eynilə kənarlara doğru byüməni,genişlənməni müşahidə edirik.İki kliniki forması məlumdur. Səthi və dərin. Səthi formada səpginin kənar hissəsi dəridən çox da qabarıq deyildir və içərisi incə qabıqlanma ilə örtülüdür. Səpgilərin ən əsas özəlliyi asimmetrik olaraq kənarlara doğru böyüməsidir ki gün ərzində 2-3 mm böyüyərək 2-3 həftədə 5-6 sm ölçüyə çatır və inkişafını dayandıraraq tədricən solmağa başlayır.Bu böyümüş və inkişafını dayandırmış səpginin  ortasından yenidən alovlanma ola bilir və yaxudda yenidən başqa bir yerdən yeni element yarana bilər.MQE nın dərin forması isə kənarları daha qabarıq və azacıq iltihablıdır bəzən də az ağrılı ola bilər.Xəstəlik bəzən 2-3 həftə içərisində özlüyündən tam sağalar bəzən də xroniki gedşlii olub vaxtaşırı yeni səpgilərlə özünü göstərə bilər. Çox zaman fiqurlu eritemanın başqa formaları ilə çox oxşar olur(eritema kronikum miqrans,eritema giratum repens,eritema marginatum) və buna görədə mütləq differensasiya etmək lazımdır.Eritemanın qaşınmaması və öncədən  yavaşca kənarlara doğru böyüməsi və sonra uzun bir müddət sabit qalması MQE lehinədir.Xəstəliyin önəmli bir özəlliyidə illər boyunca yeni səpgilərin yaranması və bəzən bunu 10 illər belə çəkməsidir.           Eritemanın növləri Fiqurlu eritemaların MQE qədər çox yayılmasada bir neçə başqa növləri də vardır. Eritema kronikum migrans. Bu növ İxodes gənələrinin dişləməsindən sonra yaranan formadır ki bu zaman diaqnozı  dəqiqləşdirdikdə təcili olaraq antibiotik müalicəsinə başlanmalıdır. Vells sindromu,bu eritemalar müxtəlif antigenlərə qarşı yaranan reaksiyadır ki səbəbdən asılı olaraq qanda müxtəlif dəyiıikliklər(eozinofiliya və s)ola bilir eləcədə qızdırma və oynaq problemləri də rast gəlinir. Bu halda səbəb infeksiyalardirsa antibiotiklər yox əgər daha dirəncli forma olarsa dapson və steroid preparatlar istifadə olunur.              Xəsətəliyin diaqnozu         Əsasən kliniki əlamətlərə görə və xəstəliyin gedişinə görə təyin edilir ama bəzən differensasiyada çətinlik yaranarsa dəri biopsiyasına baş vurulur. Qeyd etdiyimiz kimi səpgilərin anidən yaranması,sürətlə halqa və ya yarımhalqa şəklində böyüməsi bəzən çox az da olsa qaşıntılı olması və bir səpginin solduğu bir zamanda yenilərinin yaranması MQE xəstəliyinin lehinədir.              Eritemanın müalicəsi            Mərkəzdən qaçan eritemalrda hansıki səpgilər özlülüyundən itib getmir və təkrarlaşır o zaman altda yatan xəstəlikləri  araşdırmaq lazımdır. Bu xəstəlikləri və ya səbəbləri yuxarıda qeyd etmişik. Tapılan səbəbə əsasən xəstəlik müalicə olunur və bu zaman səpgilər çox rahat şəkildə ortadan götürülür. İdiyopatik gedişli formalarda isə ilk növbədə yerli steroid kremlərdən daxilə təyin olunan antihistamin preparatlardan istifadə edilir. Xəstəliyin dirəncli formalarında steroid preparatlar daxilə təyin olunur.     Xəstəliyin profilaktikası. Çox da önəmli deyildir yalnız qeyd etmək lazımdır ki yaranan eritemalar özü çox da narahatçılıq yaratmasa belə hansısa bir başqa və ciddi bir xəstəliyin ilkin əlaməti ola bilər. Bu üzdən dərinizdə yaranan hansısa bir səpgilərə,qaşıntılara,qabıqlanmalara və s.kimi əlamətlərə daha diqqətlə yanaşmaq və həkim məsləhəti almaq lazımdır. Bu sizi gələckdə böyük bir təhlükədən qoruya bilər. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 22.01.2021

Seborik dermatit - (Yağ vəzilərinin xəstəliyi)
 hekimtap.az

Seborik dermatit - (Yağ vəzilərinin xəstəliyi)

Seborik dermatit nədir - Eritema (qızarıqlıq) fonunda, sariyaçalan qabıqlanma ilə müşahidə olunan xroniki gedişli bir dəri xəstəliyidir. İnsanların önəmli bir hissəsi həyatları boyunca xəstəliyin fərqli tiplərindən birini keçirir ama simptomlar bəzən çox da şiddətli olmadığından həkimə müraciət etməzlər.       Seborik dermatitin etiologiyası  Xəstəliyin yaranma səbəbləri tam olaraq bilinməməkdədir. Çünki yenidoğulmuşlarda yaranan seborik dermatitlə yuxarı yaşlarda yaranan dermatit arasında həm yaranma səbəbinə görə həm də gedişatına görə çox fərq var. Böyüklərdə yaranmış seborik dermatit əsasən genetik faktorla əlaqədar olub eləcədə yaşam boyunca yaranmış həzm sistemi orqanları xəstəlikləri (eroziya, qastrit, qıcıqlanmış bağırsaq, yaralı kolit və.s), infeksion xəstəlikləri (HİV,siflis və.s), sinir sistemi xəstəlikləri (Parkinson,insult və.s) və müəyyən qrup dərman preparatlarının (litium pr, nevroloji pr və.s) qəbulundan sonra yarana və ya şiddətlənə bilər.                  Seborik dermatitin əlamətləri      Yağ vəziləri bədənin çox hissəsində yerləşməsinə baxmayaraq daha çox başın tüklü hissəsində, üzdə,sinədə, kürəkdə yerləşən yağ vəziləri daha çox zədələnir və xəstəliyin başqa əlamətləri (qızarıqlıq, qabıqlanma, qaşınma, sulanma və.s) elə bu sahələrdə özünü daha çox biruzə verir. Müxtəlif səbəblərdən funksiyası pozulmuş yağ vəziləri daha çox yağ ifraz etməyə başlayır ki,sonradan bu fonda mikrorqanizmlərin, göbələklərin inkişafı sürətlənir və ikincili əlamətlərin əmələ gəlməsinə səbəb olur. Yenidoğulmuşlarda (Beşik şapkası) çox zaman başın tüklü hissəsində sarimtil rəngli qalın qabıqlanma olur və bu zamanla azala bilir. Bundan başqa yenidoğulmuşlarda büküş yerlərində (pampers bölgəsi, qoltuqaltında, qarın büküşlərində) xəstəliyin əlamətlərinə rast gəlinir ama bu əlamətlər başın tüklü hissəsində yerləşən qabıqlanmadan fərqli olaraq daha çox qızarıqlıq,çatlamalar ilə özünü biruzə verir. Gənc insanlarda və daha yuxarı yaşlarda xəstəlik daha dirəncli olur, beləki daha yapışqan qabıqlanma olur ki bu da çox zaman qaşınma ilə sulanma ilə müşahidə olunur. Başın tüklü hissəsində xəstəliyin şıddətindən asılı olaraq çox zəif qabıqlanma ola bilər(el arasında buna kəpək deyilir) ki bu psixoloji anlamda insanları yorur. Ama daha siddətli formalrda sərt, yapışqan qabıqlanmalar, güclü qaşınma, dərinin daha çox iltihablaşması bəzən büküş nahiyələrdə yapışqan sulanma və s əlamətlərə rast gəlinir. Xəstəliyin sonrakı gedişatında ikincili infeksiyaların və göbələk xəstəliyinin qoşulması nəticəsində daha fərqli ağırlaşmalara gətirib çıxara bilir. Qaşları və kirpikəri zədələyən seborik dermatit zamanı eyni zamanda gözlərdə qaşınma və qızarıqlıq yarana bilir. Seborik dermatitin yaranma yerlərindən burun və qulaq arxası nahiyəni göstərə bilərik ki burun nahiyəsində  daha çox eritemalı,qabıqlanan iltihablı dəri, qulaq arxasında isə sulanma və ikincili infeksiya qoşulması nəticəsində pis qoxu hiss edə bilərik. Sinə və kürək nahiyəsində çox yağlanma və bu fonda qızarıqlıq,qaşınma eləcədə vaxtaşırı xəstəliyin şiddətlənməsi və sakitləşməsini müşahidə edirik.              Seborik dermatitin diaqnozu           İlk növbədə pasientdən ətraflı anamnez toplanmalıdır. Çox zaman xəstəlik genetik əlaqəli olduğundan pasientin verdiyi məlumat və görünən obyektiv əlamətlər eləcədə xəstənin subyektiv şikayətləri diaqnoz qoymağa imkan verir. Bəzən başqa xəstəliklərlə həm görüntü olaraq həmdə şikayətlər oxşar olduğundan (Psoriaz xəstəliyi, Göbələk xəstəlikləri, eritrazma və s) diaqnozu dəqiqləşdirmək üçün həkimdən yüksək bacarıq tələb olunur. Nadir hallarda biopsiyaya baş vurulur. Eləcədə pasientin başqa xəstəliklər kecirib kecirməməsi çox önəmlidir. Məzələn həzm sistemi orqanlarının bir çox xəstəlikləri zamanı bağırsaqlardan yağların sorulması sürətlənir ki bu da yağ vəzilərinin işinin artmasına gətirib çıxarır. Eləcədə insult və ya parkinson xəstələrində seborik dermatit xəstəliyi yarana bilər. Bundan başqa əgər bir insanda qəfildən üz və ya baş nahiyəsində çox sürətlə yağlanma, qabıqlanma və s. şikayətlər yaranıbsa  HİV və siflis xəstəliyini inkar etmık lazımdır.            Seborik dermatitin müalicəsi           Xəstəlik tam sağlam insanlarda yaranıbsa daha çox yerli müalicələrə üstünlük verili. Bunlardan steroid tərkibli lasyonlar, spreylər eləcədə göbələk əlehinə şampunlar və spreyləri misal göstərmək olar. Xəstəliyin fonunda ikincili infeksiyalar qoşulubsa həm daxilə həm xaricə antibiotiklərin istifadəsi lazımdır. Əgər xəstəlik bu müalicəyə dirənclik göstərirsə o zaman yağ vəzilərinin  qurudulmasına yönəlik xüsusi qrup preparatlardan istifadə olunur. Yuxarıda qeyd etdiyimiz kimi əgər yanaşı başqa xəstəlik varsa və ya seborik dermatit başqa xəstəliklərdən sonra yaranıbsa o zaman həmən xəstəliklərin müalicəsi konsultasiya olunaraq başqa ixtisas həkimləri ilə birlikdə aparılmalıdır.       Seborik dermatitin profilaktikası        Daha çox yağlı və bağırsağı qıcıqlandırıcı yeməklərdən(Qızartma yeməklər, çox ədviyyatlı, acılı yeməklərdən), qazlı içkilərdən uzaq durmaq məsləhət görülür. Həmçinin həkimin təyin etdiyi şampunlar və lasyonlar həkim nəzarəti altında uzun müddət istifadə olunmalıdır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 16.01.2021

PROLOTERAPİYA
 hekimtap.az

PROLOTERAPİYA

Proloterapiya – bu neyrocərrahi regenerativ inyeksion texnikadır. Proloterapiya kliniki praktikada 80 ildən çoxdur ki istifadə olunur. İlk dəfə 1950-ci ildə doktor Corc Haket tərəfindən bağların zədələnməsi və bununla əlaqədar yaranan sklet-əzələ ağrıları, osteoartrit zamanı bu müalicə metodunun çox effektiv olduğu klinik tətbiqini tapmışdır. Proloterapiyaya başqa sözlə proliferativ terapiya da demək mümkündür. Zədələnmiş vətər və bağların regenerasiyasına yönəlmiş inyeksion, qeyri cərrahi rekonstruksiya metodudur.  Bu metodla orqanizmdə sağalma baş verir, zədələnmiş və ağrılı oynaqlar, birləşdirici toxuma bərpa olunur. Səbəb vətər və bağların dartılması və zədələnməsi olduğundan, oynaqda qeyri stabillik yaranır və ağrı olur. Proloterapiyanın üstünlüyü ondan ibarətdir ki, bu metodla birləşdirici toxumanın əsas tərkib komponenti olan yeni kollagen sintezini təmin etməklə birbaşa qeyri-stabilliyin səbəbini aradan qaldırır. Oynaqda stabillik yarandıqdan sonra ağrı aradan qalxır. İltihabəleyhinə və ya ağrıkəsici vasitələr bu problemi müvəqqəti aradan qaldırır. Bu texnika zamanı degenerasiyaya uğramış və ağrılı vətərlərə, oynaqlara, bağlara az miqdarda qıcıqlandırıcı məhlul yeridilir. Bu zaman hüceyrə və toxumaların böyüməsi və inkişafı sürətlənir. Belə məhlullar olaraq dekstroza, fizioloji məhlul, trombositlərlə zəngin plazma (PRP), sümük iliyi və ya piy toxuması götürülə bilər. Regenerativ təbabətdə əldə olunan nailiyyətlər bu sahədə irəliləyiş əldə etməyə imkan verdi. Trombositlərlə zəngin plazmanın (PRP) tərkibində böyümə faktorları, kök hüceyrələrinin olması sayəsində bu inyeksiyanın proloterapiyada istifadəsinə imkan yaratdı. Proloterapiyanın təsir mexanizmi nəyə əsaslanır? Xroniki sümük-əzələ ağrıları olan pasientlərdə proloterapiyanın məqsədi oynaqda regenerasiya prosesinin təbii yolla stimulyasiyasıdır. Nəticədə vətərlərin və bağların birləşdirici toxumasının təzyiqə qarşı davamlılığı, möhkəmliyi artır.  Normal halda bu vətər və bağlar oynaqları stabilləşdirən strukturlardır. Proloterapiyanın məqsədi – insan orqanizmində özünübərpa prosesinin stimulyasiyasına yönəldilmiş olan bir prosesi - iltihabi reaksiyanı yaratmaqdır.  Proloterapiya texnikası zamanı proliferat inyeksiyası (zəif qıcıqlandırıcı məhlul) orqanizmdə yerli iltihabi reaksiya yaradaraq sağalma prosesini sürətləndirir. Nəticədə bağ və vətər toxumasının bərpası sürətlənir. Proloterapiyadan sonra formalaşan bağ və vətərlər, normal toxuma kimi görünüşə malikdirlər. Ancaq bu bağ və vətərlər daha qalın lifli və möhkəm olurlar, tərkiblərində müxtəlif qalınlıqlı liflər olur, bu da toxumanın yeni yarandığını sübut edir.    Proloterapiya hansı xəstəliklərdə effektivdir? Fəqərəarası disklərin degenerativ xəstəliyi; Diz, boyun, çiyin, dirsək, bilək ağrıları; Oma qalça oynağının disfunksiyası; Diz oynağında menisk yırtıqları; Osteoartrit; Plantar fasseit və daban ağrısı; Aşıq-baldır oynağı bağlarının gərginliyi və dartılması; Qasıq sümüklərinin osteiti; Piriformis sindrom; Gicgah-çənə oynağı sindromu. Proloterapiya ağrılı prosedurdur? Ağrının dərəcəsi inyeksiya nahiyəsindən, inyeksiyanın növündən asılı olaraq dəyişə bilər. Müalicəyə başladıqdan 2-3 gün sonra zəif iltihabi proses və gərginlik nəticəsində ağrı tədricən arta bilər. Belə ki proloterapiya ağrının azaldılmasına deyil, zədələnmiş birləşdirici toxumanın və bağların bərpasını təmin edir. Proloterapiyanın effektivliyi  Xəstəlikdən asılı olaraq müvafiq diaqnostik müayinə üsulları aparılır (radioloji, laborator müayinələr). Proloterapiyanın effektivliyi müxtəlif səbəblərdən asılıdır: xəstəlik tarixindən, bərpa olunacaq hüceyrələrin vəziyyətindən, bərpa prosesinə təsir göstərən komponentlərin (maddələrin) çatışmazlığından və istifadə olunan məhluldan.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 12.01.2021

Osteoporoz hekimtap.az

Osteoporoz

Sümük xəstəlikləri arasında ağır fəsadına görə geniş yayılmış xəstəliklərdən biri də osteoporozdur. Kliniki nöqteyi nəzərdən osteoporoz çoxsaylı faktorlar nəticəsində yaranır: yaşla, bədən çəkisi ilə əlaqədar, menopauzanın başlanması ilə bağlı, sümük metobolizminə təsir edən qlükokortikoid və digər qrup dərmanların qəbulu ilə bağlı, yanaşı xəstəliklərin olması nəticəsində və s. Toxuma səviyyəsində bu faktorlar osteoklastlarla (sümük dağıdan hüceyrələr) əlaqəli olan sümük rezorbsiyası (yəni sümüyün dağılması) prosesi ilə osteoblastlarla (sümük yaradan hüceyrələr) əlaqəli olan sümük yaranması prosesləri arasında disbalansa gətirib çıxarır. Nəticədə sümüyün normal homeostazı pozulur və sümük kütləsi, sümük toxumasının mineral sıxlığı azalır. Sonda sümüyün strukturu dəyişir, sümüyün möhkəmliyi azalır və sümük sınığı riski artır. Əksər hallarda xəstələr sümük sınığı yarandıqda osteoporozun olduğunu müəyyənləşdirirlər. Osteoporoz – qadınlarda postmenopauza dövründə və yaşlı kişilərdə sınıqların əsas səbəbidir. Sınıqlar hər bir sümükdə rast gəlinə bilər. Amma əksər hallarda bud sümüyündə, fəqərələrdə və bilək sümüklərində rast gəlinir. Aşağıdakı vasitələrlə osteoporozun və sınıqların qarşısını almaq mümkündür: Fiziki aktivliyi qoruyub saxlamaq Alkoqol və tütün istifadəsindən imtina etmək Osteoporozun dərman müalicəsini qəbul etmək Sümüyün sağlamlığını qorumaq üçün kalsium və vitamin D ilə zəngin qida qəbul etmək    Səbəbləri və risk faktorları Osteoporozun yaranması üçün müəyyən risk faktorları var: Cinsiyyət. Qadınlarda osteoporoz daha tez-tez təsadüf olunur.   Yaş. Yaş artdıqca sümük toxumasının kütləsi azalır, kövrəkləşir. Yeni sümük toxumasının yaranması isə ləngiyir. Genetik meyllik. Ailə anamnezində osteoporoz və bud sümüyünün sınığı olan insanlarda osteoporoz tez-tez təsadüf olunur. Hormonal dəyişikliklər. Müəyyən hormonların çatışmazlığı zamanı osteoporoz riski yüksək olur. Məsələn: Qadınlarda menopauzadan sonra estrogen çatışmazlığı. Premenopauza dövründə qadınlarda hormonal pozğunluq. Kişilərdə testosteron hormonunun səviyyəsinin aşağı olması. Testosteron azlığına səbəb olan xəstəliklər osteoporoz riskini artırır. Amma yaşla əlaqədar testosteron sintezinin azalması sümük kütləsinin azalmasının əsas səbəbi deyil. Pəhriz. Kalsium və vitamin D ilə zəngin olmayan qidaların qəbulu osteoporoz və sümük sınığı riskini artırır. Həmçinin qidada zülal çatışmazlığı da bu riski artırır. Digər səbəblər. Bəzi endokrin sistem, mədə-bağırsaq xəstəlikləri, revmatoid artrit, bəzi növ xərçəng xəstəlikləri, QİDS və sinir anoreksiyası da osteoporoza səbəb ola bilər. Dərman preparatları. Bəzi dərman preparatlarının uzun müddətli qəbulu sümük kütləsinin azalmasına və osteoporoza səbəb olur, məsələn: Qlükokortikoidlər (astma və revmatoid artrit xəstəliyinin müalicəsində istifadə olunur). Qıcolma əleyhinə preparatlar (qıcolmaların və digər nevroloji pozğunluqların müalicəsində istifadə olunur). Xərçəng əleyhinə preparatlar. Proton pompa ingibitorları (mədə turşuluğunu azaldır). Serotoninin geri tutulmasının selektiv ingibitorları (depressiya və həyəcan pozğunluqlarının müalicəsində istifadə olunur). Həyat tərzi. Sağlam həyat tərzi sümük möhkəmliyi üçün vacib şərtdir. Fiziki aktivliyin aşağı olması və uzun müddətli hərəkətsizlik sümük kütləsinin azalmasına səbəb olur. Xroniki alkoqolizm də osteoporoz riskini artırır. Müşahidələr göstərir ki, papiros çəkən insanlarda osteoporozun rast gəlmə tezliyi papiros çəkməyənlərə nisbətən çox olur. Osteoporoz kimlərdə çox təsadüf edir? Osteoporoz hər bir yaş dövründə rast gəlinə bilir, amma yaş artdıqca xəstəlyin yaranma riski artır. Bəzi qadınlarda bu xəstəlik menopauzadan 1-2 il əvvəl yaranır. Bəzi dərman preparatları, məsələn: şiş əleyhinə preparatlar və qlükokortikoidlər osteoporozun yaranma riskini artırır. Qadınlarda kişilərə nisbətən osteoporoz çox təsadüf olunur. Həm yaşlı kişilərdə, həm də yaşlı qadınlarda eyni dərəcədə osteoporoz riski ola bilir. Bəzi uşaq və yeniyətmələrdə idiopatik (səbəbi bəlli olmayan) yuvenil osteoporoz yarana bilər.  Simptomlar Osteoporozu “lal” xəstəlik də adlandırırlar, çünki heç bir əlamət olmadan cərəyan edir və sümük sınığı yarandıqdan sonra xəstə bunu aşkar edir. Fəqərə sınığı zamanı beldə və kürəkdə kəskin ağrı, çəkinin azalması, onurğa sütununda deformasiyalar və qamət pozğunluqları (kifozun artması – qozbellik) qeyd olunur. Osteoporozdan zədələnmiş sümüklər elə kövrək olur ki, sınıq ya spontan (özbaşına) ya da cüzi travma, əyilmə, ağırlıq qaldırma, öskürək nəticəsində baş verir. Diaqnostikası Xəstəliyin diaqnostikasında aşağıdakılara diqqət yetirmək lazımdır: Keçirilmiş sınıqlar Xəstənin həyat tərzi (pəhriz, idman, alkoqol və papiros qəbulu). Cari və keçmiş xəstəliklər və qəbul olunan dərman preparatları. İrsiyyət. Qadınlarda – menstrual anamnez. Həkim həmçinin tibbi baxış keçirərək aşağıdakılara diqqət yetirməlidir: Boy və çəkidə azalma. Qamət pozğunluğu. Əzələ gücü. Onurğa sütununda və bud sümüklərində sümüyün mineral sıxlığını ölçmək üçün  densitometriyadan istifadə olunur. Müalicə Müalicənin məqsədi – sümük kütləsinin azalmasını dayandırmaq və ya yavaşlatmaqdır. Bununla da sümük sınıqlarının qarşısını almaq mümkün olacaq. Həmçinin xəstəyə aşağıdakıları tövsiyyə etmək lazımdır: Düzgün qidalanmaq. Həyat tərzini dəyişmək. Fiziki hərəkətlər. Sümük sınıqlarından özünü qorumaq. Dərman müalicəsi. Osteoporoz digər xəstəliklər nəticəsində yaranıbsa, həmin xəstəliklərin də paralel müalicəsi aparılmalıdır. Sümük sıxlığını azaldan preparatın dozası azaldılmalı və ya onu başqa dərmanla əvəz etmək lazımdır. Qidalanma Müalicənin əsas şərtlərindən biri balanslaşdırılmış qidalanmadır. Çoxlu meyvə və tərəvəz. Xəstənin yaşına, çəkisinə və boyuna uyğun müvafiq kalorili qidalanmaq. Çoxlu maye içmək, tərkibində kalsium, vitamin D və zülal olan qidalar ilə qidalanmaq.  Kalsium və vitamin D osteoporozun qarşısının alınması və sümük kütləsinin artırılması üçün vacib maddələrdəndir. Vitamin D kalsiumun bağırsaqdan sorulması üçün vacibdir. Alkoqol və tütün qəbulundan imtina etmək. Müntəzəm olaraq həkim qəbulunda olmaq və sümük sağlamlığına zərər verə biləcək istənilən faktor haqqında həkimdən məsləhət almaq. Fiziki hərəkətlər Fiziki hərəkətlər – osteoporozun müalicəsinin vacib hissəsindən biridir. Fiziki hərəkətlər sümük toxumasını möhkəmləndirir. Amma yaşlı şəxslərdə fiziki  hərəkətlər sümük kütləsini artırmır, amma: Əzələ gücünü və kütləsini artıraraq, koordinasiya və balansı yaxşılaşdırır. Nəticədə yıxılma riski də azalmış olur. Fiziki hərəkətlər xəstənin sümüklərində qəfil ağrı yaratmamalıdır. Osteoporoz zamanı intensiv fiziki hərəkətlərdən imtina etmək lazımdır. Dərmanlar Xəstənin yaşını, cinsini, sağlamlığının ümumi vəziyyətini və osteoporozun dərəcəsini nəzərə alaraq dərman müalicəsi təyin olunur: Bifosfonatlar. Bu tip dərmanlar sümük kütləsinin azalmasına mane olur. Kalsitonin. Bu preparat qalxanvari vəzin hormonundan əldə olunur. Osteoporoz üçün olan dərmanlara əks göstriş olduqda istifadə oluna bilər. Estrogenin aqonist /antaqonistləri. Postmenopauza dövründə olan qadınlarda osteoporozun müalicə və profilaktikası üçün estrogenin selektiv modulyatorlarından istifadə olunur. Bunlar estrogen deyil, amma bəzi toxumalara estrogenə bənzər təsir göstərməklə digər toxumalara estrogenin təsirini blokada edir. Paratiroid hormonun (PTH) analoqu. PTH – qalxanabənzər ətraf vəzin hormonu olmaqla, sümük kütləsini artırır. Postmenopauzada olan qadınlara və sümük sınığı riski olan osteoporozlu kişilərə göstərişdir. RANK (RANKL) liqand ingibitorları. Bu preparatlar sümük kütləsinin itgisini tormozlayır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 16.12.2020

Çəhrayı dəmrov - Pitriazis roze
 hekimtap.az

Çəhrayı dəmrov - Pitriazis roze

Çəhrayı dəmrov nədir?  İncə qabıqlanma ilə əhatə olunmuş, eritmalı papulalar vəplaklarla xarakterizə olunan,özündən sağalmaya meyilli,sıx rastlanan iltihablı dəri xəstəliyidir.          Xəstəliyin etiologiyası    Əsasən viruslara qarşı yaranan bir reaksiya olduğu düşünülməkdədir və daha çox Human herpes virusu-7(HHV-7) və Human herpes virusu-6(HHV-6) üzərində durulmaqdadır. Xəstəlik virus mənşəli olsada yoluxdurucu deyil yalnız bəzən bir ailənin bir neçə üzvündə eyni vaxtda rast gəlinə bilər.                   Xəstəliyin əlamətləri         Çəhrayı dəmrovun özünə xas  mərhələləri olan klassik tipi və atipik şəkilli forması ayırd edilir. Klassik tipdə “medalyon “ yaxud “xəbərçi ləkə” dediyimiz böyük ölçülü başlanğıc plak və bunu izləyən 5-15 gün içərisində yaranan yayılmış şəkilli ikincili səpgilər müşahidə olunur. Bəzən bu müddət biraz daha uzun ola bilər. Ana səpginin ölçüsü 2-6 sm civarında,ətrafında incə qabıqlanma,eritemalı, oval və ya halqa şəkillindədir. Medalyon dediyimiz səpgi istənilən yerdə yarana bilir ama daha çox gövdədə və yuxarı ətrafların proksimal hissəsində əmələ gəlir. Xəstəliyin tipik səpgiləri(ikincili səpgilər) 0.5-1.5 sm ölçülərində, oval və ya yuvarlaq şəkilli, çəhrayı və ya qırmızı rəngli səpgilərdir ki dəri səthindən azacıq qabarmış olur. Qismən də olsa simmetrik yaranan bu səpgilər daha çox qabırğalara paralel şəkildə yerləşib şam ağacı formasına bənzəyir və bu da diaqnozun dəqiqləşdirilməsində müəyyən rola malikdir. Xəstəlik zamanı subyektiv şikayətlərdən qaşınma ola bilər ki bu da bütün xəstələrdə görünməyə bilər. Səpgilər bədənin günəş görməyən hissələrində daha çox rast gəlinir. Ən sıx yayıldığı bölgələr qarın,sinə və kürək nahiyədir. Bəzən səpgilər birləşməyə meyilli olduğundan  müəyyən sahələr tamamilə tutula bilər və bu da yayılmış bir ekzemanı xatırladar. Bundan başqa qeyd etdiyimiz kimi klassik tipdən əlavə atipik gedişli formalarda ana səpgi rastlanmaya bilər yaxud da daha fərqli sahələrdə səpgilərə rast gəlinə bilər.Çəhrayı dəmrov bəzən ağız boşluğu selikli qişaında və hətta dırnaqlarda belə özünü müxtəlif zədələnmələrlə göstərə bilir.     Çəhrayı dəmrovun diaqnozu     Diaqnoz klassik tipdə “medalyon “səpgi və onu müşahidə edən ikincili səpgilərin varlığı ilə, xəstəliyin özünəməxsus yerləşməsi ilə, səpgi daxilində 1-2 mm içəridə halqa şəkilli qabıqlanma ilə və həkimin topladığı anamnez əsasında qoyulur. Çox az hallarda biosiyaya ehtiyac olur.      Xəstəliyin mualicəsi      İlk növbədə ümumi olaraq orqanizmin müayinəsi və altda yatan bir xəstəliyin olması aydınlaşdırılmalıdır. Bundan sonra səpgilər daha çox artmasın deyə yerli təyin olunan steroid kremlər,eləcədə daxilə təyin olunan ümumi müqaviməti artıran preparatlar vasitəsilə həyata keçirilir. Və xəstəyə mütləü bildirilməlidir ki bu xəstəlik 6-8 həftə ərzində sağalacaq və 90 % hallarda bir daha bu xəstəliyə tututulmama ehtimalı var. Çünki ilk dəfə yarandığından və sürətlə yayıldığından insanları qorxuya salan bilən bir xəstəlikdir. Qeyd edim ki xəstəlik özünlüyündən müəyyən vaxta sağalsa belə həkim müdaxiləsi mütləq lazımdır, hansıki daha çox yayılmanın və ağırlaşmanın qarşısını almaq üçün.               Çəhrayı dəmrovun profilaktikası                          Profilaktika çox da önəmli deyil çünki xəstəlik yoluxdurucu deyil və təkrar əmələ gəlməsi nadir hallarda olur. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 09.12.2020

Spinner