Çəhrayı dəmrov - Pitriazis roze
 hekimtap.az

Çəhrayı dəmrov - Pitriazis roze

9690
Author: Dermatoveneroloq Şövgü Salahov, 055 557-79-29

Published: 09.12.2020
Şövgü Salahov

Çəhrayı dəmrov nədir? 

İncə qabıqlanma ilə əhatə olunmuş, eritmalı papulalar vəplaklarla xarakterizə olunan,özündən sağalmaya meyilli,sıx rastlanan iltihablı dəri xəstəliyidir.         

Xəstəliyin etiologiyası   

Əsasən viruslara qarşı yaranan bir reaksiya olduğu düşünülməkdədir və daha çox Human herpes virusu-7(HHV-7) və Human herpes virusu-6(HHV-6) üzərində durulmaqdadır. Xəstəlik virus mənşəli olsada yoluxdurucu deyil yalnız bəzən bir ailənin bir neçə üzvündə eyni vaxtda rast gəlinə bilər.                  

Xəstəliyin əlamətləri
       
Çəhrayı dəmrovun özünə xas  mərhələləri olan klassik tipi və atipik şəkilli forması ayırd edilir. Klassik tipdə “medalyon “ yaxud “xəbərçi ləkə” dediyimiz böyük ölçülü başlanğıc plak və bunu izləyən 5-15 gün içərisində yaranan yayılmış şəkilli ikincili səpgilər müşahidə olunur. Bəzən bu müddət biraz daha uzun ola bilər. Ana səpginin ölçüsü 2-6 sm civarında,ətrafında incə qabıqlanma,eritemalı, oval və ya halqa şəkillindədir. Medalyon dediyimiz səpgi istənilən yerdə yarana bilir ama daha çox gövdədə və yuxarı ətrafların proksimal hissəsində əmələ gəlir. Xəstəliyin tipik səpgiləri(ikincili səpgilər) 0.5-1.5 sm ölçülərində, oval və ya yuvarlaq şəkilli, çəhrayı və ya qırmızı rəngli səpgilərdir ki dəri səthindən azacıq qabarmış olur. Qismən də olsa simmetrik yaranan bu səpgilər daha çox qabırğalara paralel şəkildə yerləşib şam ağacı formasına bənzəyir və bu da diaqnozun dəqiqləşdirilməsində müəyyən rola malikdir. Xəstəlik zamanı subyektiv şikayətlərdən qaşınma ola bilər ki bu da bütün xəstələrdə görünməyə bilər. Səpgilər bədənin günəş görməyən hissələrində daha çox rast gəlinir. Ən sıx yayıldığı bölgələr qarın,sinə və kürək nahiyədir. Bəzən səpgilər birləşməyə meyilli olduğundan  müəyyən sahələr tamamilə tutula bilər və bu da yayılmış bir ekzemanı xatırladar. Bundan başqa qeyd etdiyimiz kimi klassik tipdən əlavə atipik gedişli formalarda ana səpgi rastlanmaya bilər yaxud da daha fərqli sahələrdə səpgilərə rast gəlinə bilər.Çəhrayı dəmrov bəzən ağız boşluğu selikli qişaında və hətta dırnaqlarda belə özünü müxtəlif zədələnmələrlə göstərə bilir.    

Çəhrayı dəmrovun diaqnozu
   
Diaqnoz klassik tipdə “medalyon “səpgi və onu müşahidə edən ikincili səpgilərin varlığı ilə, xəstəliyin özünəməxsus yerləşməsi ilə, səpgi daxilində 1-2 mm içəridə halqa şəkilli qabıqlanma ilə və həkimin topladığı anamnez əsasında qoyulur. Çox az hallarda biosiyaya ehtiyac olur.     

Xəstəliyin mualicəsi     

İlk növbədə ümumi olaraq orqanizmin müayinəsi və altda yatan bir xəstəliyin olması aydınlaşdırılmalıdır. Bundan sonra səpgilər daha çox artmasın deyə yerli təyin olunan steroid kremlər,eləcədə daxilə təyin olunan ümumi müqaviməti artıran preparatlar vasitəsilə həyata keçirilir. Və xəstəyə mütləü bildirilməlidir ki bu xəstəlik 6-8 həftə ərzində sağalacaq və 90 % hallarda bir daha bu xəstəliyə tututulmama ehtimalı var. Çünki ilk dəfə yarandığından və sürətlə yayıldığından insanları qorxuya salan bilən bir xəstəlikdir. Qeyd edim ki xəstəlik özünlüyündən müəyyən vaxta sağalsa belə həkim müdaxiləsi mütləq lazımdır, hansıki daha çox yayılmanın və ağırlaşmanın qarşısını almaq üçün.              

Çəhrayı dəmrovun profilaktikası                         

Profilaktika çox da önəmli deyil çünki xəstəlik yoluxdurucu deyil və təkrar əmələ gəlməsi nadir hallarda olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az