FİBROMİALGİYA
 hekimtap.az

FİBROMİALGİYA

Fibromialgiya – müxtəlif intensivlikli və lokalizasiyalı simmetrik dərin əzələ-sklet ağrıları, yorğunluq, yuxu pozğunluğunun olması ilə müşayiət olunan xəstəlikdir. Bu zaman ağrılar iltihabi xarakterli olmur. Xəstəlik orta yaşlı qadınlarda kişilərə nisbətən 2 dəfə çox rast gəlinir. Fibromialgiyanın kəskinləşməsi zamanı xəstənin əmək qabiliyyəti enir. Zədələnmiş nahiyənin MRT (maqnit rezonans tomoqrafiya) və ya USM (ultrasəs müayinə) zamanı heç bir üzvi dəyişiklik aşkar olunmur. Diffuz xroniki ağrı olduğundan fibromialgiyanı bəzən “yumşaq toxumaların generalizə olunmuş revmatizması” da adlandırırlar. “Fibromialgiya” sözünün tərcüməsi “əzələ və liflərdə ağrı” deməkdir. Əzələ ağrıları 3 aydan çox davam edir və yanaşı olaraq yorğunluq və yuxu pozğunluğu da əlavə olunur. Bəzi xəstələrdə psixoloji simptomlar (depressiya və ya həyəcan) da rast gəlinir. Səbəbləri və risk faktorları Fibromialgiyanın səbəbləri tam öyrənilməyib. Bu xəstəlik əzələ və oynaqların qeyri iltihabi revmatik xəstəliyidir. Müasir dövrdə ən geniş yayılmış hipotezlərdən biri xəstənin mərkəzi sinir sistemi tərəfindən ağrının fərqli qəbul olunmasıdır. Belə xəstələrdə ağrının qıcıq qapısı daha aşağıdır, məhz buna görə də beyin, hətta işıq qıcıqlarını da ağrı kimi qəbul edir. Bunun əsas səbəblərindən biri kimi serotoninin aşağı olması göstərilir. Təkan verici faktor kimi aşağıdakıları səbəb göstərmək olar: Stres, fiziki və emosional travma Qeyri sağlam həyat tərzi (papiros çəkmə, piylənmə, az fiziki aktivlik) Orta yaş və qadın cinsi – fibromialgiya əsasən 40-60 yaş arası qadınlarda daha çox rast gəlinir. Fibromialgiyanın birincili (səbəb olmadan yaranır) və ikincili olmaqla iki növü ayırd edilir: İkincili fibromialgiya – bəzi xəstəliklərin nəticəsi kimi yaranır. Bu xəstəliklərə aiddir:  Digər revmatik xəstəliklər (revmatoid artrit, sistem qırmızı qurd eşənəyi, ankilozlaşan spondiloartrit, polimiozit) Mərkəzi və periferik sinir sistemi xəstəlikləri İnfeksion xəstəliklər - virus infeksiyaları (Epşteyn – Barr, hepatit virusu) Şiş xəstəlikləri Hormonal balans pozğunluqları (hipertireoz və s.) Simptomlar Əsas simptomu – xroniki yayılmış ağrıdır. Xəstə dərin əzələlərdə yanğı, pulsasiya, keyimə və iynə batma hiss edir. Hətta bəzən xəstəyə elə gəlir ki, əzələ və oynaqlar şişib.  Müxtəlif intensivlikli ağrılar: fibromialgiya zamanı ağrının intensivliyi hava dəyişkənliyindən, temperaturdan, stres və fiziki aktivlikdən asılı olur. Bəzi xəstələrdə ağrı səhər saatlarında daha çox olur, gün ərzində getdikcə azalır. Ümumilikdə isti və mülayim dərəcədə aktivlik fibromialgiya simptomlarını azaldır.  Baş ağrıları: əzələ ağrılarından əlavə belə xəstələrdə baş ağrıları və ya miqren də rast gəlinir. Bəzən qarında ağrı, diarreya və ya qəbizlik ilə müşayiət olunan qıcıqlanmış bağırsaq sindromu  da rast gəlinə bilər. Üzdə ağrı: fibromialgiyanın xüsusi bir forması olan gicgah-çənə oynağı sindromu zamanı üzdə və çənədə ağrı, çənə oynağında hərəkət məhdudluğu, çeynəmə zamanı ağrı olur.  Fibromialgiya zamanı ağrı nöqtələri: Əgər 18 nöqtədən 11-də mexaniki qıcıqlanma zamanı ağrı olursa, “fibromialgiya” diaqnozu təsdiqlənmiş sayılırdı. Hazırda tək ağrılı nöqtələrin olması bu xəstəlik üçün diaqnostik kriteri sayılmır. Bununla yanaşı aşağıdakı simptomların da olması vacibdir: 3 aydan az olmayan vaxt ərzində bədənin müxtəlif nahiyələrində xroniki ağrılar Yorğunluq və halsızlıq Yuxu pozğunluğu Əllərdə və ayaqlarda hərəkət məhdudluğu Fiziki və əqli əmək qabiliyyətinin enməsi Gərginlik və baş ağrıları Xroniki qıcıqlanmış bağırsaq sindromu Qıcolmalar Hava dəyişikliyinə həssas olurlar, fiziki gərginlik, stres zamanı ağrılar artır  Diqqətin yayınması Əhval ruhiyyənin aşağı Yorğunluq və yuxusuzluq: Əksər hallarda xəstələrdə yorğunluq və yuxusuzluq da rast gəlinir. Belə xəstələr adətən asanlıqla yuxuya gedirlər, amma gecə tez-tez ayılırlar. Fibromialgiyası olan xəstələrdə yuxuda apnoe halı da tez-tez təsadüf olunur. Gecə tənəffüsdə qısa fasilələr yaranır, nəticədə ürək-damar xəstəliklərinin yaranma riski artır. Yuxu pozğunluğu xroniki yorğunluq sindromuna səbəb ola bilər.  Narahat ayaq sindromu: fibromialgiyalı xəstələrdə çox təsadüf olunur. Bu zaman sakit vəziyyətdə ayaqlarda iynə batma hissi və ağrılı dartınma hissi olur. Ancaq idman hərəkətləri ilə bu əlamətləri azaltmaq olur.  Fibromialgiyanın digər əlamətləri: Bəzən gözlər ətrafında ödem və şişkinlik, görmə pozğunluğu, göz önündə qara nöqtələr olur. Bəzi xəstələrdə emosional şikayətlər də olur: əsəbilik, daxili narahatlıq, depressiya, həyəcan pozğunluqları. Hiperhəssaslıq: fibromialgiyası olan xəstələr bəzi qıcıqlandırıcılara: qoxu, səs və ya işığa qarşı həssas olurlar. Xəstələrdə bəzi vegetativ simptomlar: tremor (əsmə),hiperhidroz (yüksək tərləmə) və soyuq barmaqlar da rast gəlinə bilər.  Fibromialgiyanın ağırlıq dərəcəsi Fibromialgiyanın ağırlıq dərəcəsi xəstədən xəstəyə fərqlənir. Yüngül formasında bədənin müxtəlif yerlərində ağrıdan əlavə, heç bir fiziki şikayət və emosional simptom olmur. Bu şikayətlər demək olar ki xəstənin həyat keyfiyyətinə təsir etmir. Ağır formasında xroniki ağrı ilə yanaşı digər fiziki və emosional simptomlar büruzə verə bilər.  Diaqnostikası Əksər hallarda diaqnozun qoyulması çox vaxt aparır, çünki kliniki mənzərəsi müxtəlif olur. Diaqnostika ancaq xəstənin subyektiv əlamətlərinə əsasən qoyulur. Müasir diaqnostika metodları adətən, xəstədə xəstəliyə səbəb ola biləcək heç bir anomaliya aşkarlamır. Fibromialgiya zamanı Rentgen, KT (kompyuter tomoqrafiya), MRT (maqnit rezonans tomoqrafiya) vasitəsilə ağrılı nahiyələrdə heç bir patoloji dəyişiklik aşkarlanmır. Ümumi laborator analizlərdə də heç bir dəyişiklik qeyd olunmur.   FİBROMİALGİYANIN Müalicəsi Fibromialgiyanın tam müalicəsi yoxdur. Amma düzgün müalicə olunduqda fibromialgiyanın əlamətlərini azaltmaq mümkündür. Müvafiq müalicə üsulu fibromialgiyanın siptomlarının ağırlıq dərəcəsindən asılı olaraq seçilir. Fibromialgiya əzələ və oynaqlarda geridönməz dəyişikliklər yaratmadığından əlilliyə səbəb olmur. Ancaq xroniki ağrı və digər simptomlar xəstənin həyat keyfiyyətinə təsir göstərir. Erkən başlanan müalicə zamanı effekt daha tez əldə olunur. 60 yaşdan sonra fibromialgiya əlamətləri adətən keçib gedir.  Fiziki hərəkətlər Yürümək Üzgüçülük Velosiped sürmək Akupunktura Nevral terapiya Osteopatiya Fizioterpiya - isti prosedurlar fibromialgiya simptomlarını azaldır. Ancaq bəzi pasientlər krioterapiyanın (soyuqla müalicə) müsbət təsirini qeyd edirlər. Müalicəvi vannalar da sakitləşdirici təsir göstərir. Fibromialgiya zamanı masaj məsləhət olunmur.  Reabilitasiya Dərman müalicəsi: Qamma amin yağ turşusu analoqları Miorelaksantlar Antidepresantlar Qıcolma əleyhinə preparatlar    Psixoterapiya - xəstənin ağrılarının nə dərəcədə güclü hiss olunması onun şikayətlərinə olan daxili münasibətindən asılı olur. Koqnitiv-davranış terapiyası zamanı xəstə ağrını qiymətləndirməyi öyrənir.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 20.11.2020

Baş ağrısı
 hekimtap.az

Baş ağrısı

Hər bir insan həyatının bu və ya digər vaxtlarında azda olsa baş ağrısı ilə rastlaşır. Baş ağrısı hər zaman diqqət mərkəzində saxlanılmalı bir şikayətdir və qeyri ciddi yanaşmaq ciddi fəsadlarla nəticələnə bilər. Baş ağrıları müxtəlif səbəblərdən yarana bilər. Odur ki istənilən baş ağrısı anına ciddi yanaşmaq lazımdır və adəti xarakter alması hallarında mütləq həkimə müraciət olunmalıdır. Baş ağrıları simptomatik və birincili olmaqla iki əsas qrupa bölünür. Simptomatik baş ağrısı dedikdə onun hər hansı bir xəstəliyin əlaməti kimi meydana çıxması nəzərdə tutulur. Misal üçün ümumi soyuqdəymənin əlamətlərindən biri də baş ağrısı ola bilər. Birincili baş ağrısı dedikdə isə müstəqil bir xəstəlik nəzərdə tutulur. Birincili baş ağrısına Miqreni misal göstərmək olar. Gərginlik baş ağrıları birincili baş ağrılarının ən çox rast gəlinən növüdür. Bu zaman gicgah və ya ənsə nahiyəsində bəzən isə bütöv başda orta intensivlikdə ağrılar qeyd olunur. Ağrı 1saatdan bir neçə günə qədər davam edə bilər. Bəzən isə ağrılarla yanaşı ürəkbulanma, işıqdan qorxma və küyə qarşı dözümsüzlük kimi şikayətlərdə narahat edir. Miqren vaxtaşırı olaraq narahatlıq yaradan və başın yarı hissəsini əhatə edən baş ağrılarıdır. Miqren zamanıda ürəkbulanma qusma səs küyə qarşı dözümsüzlük və işıqdan qorxma kimi əlamətlər müşahidə olunur. Bəzi insanlarda müəyyən yaşdan sonra onurğa sütununun boyun hissəsində degenerativ dəyişikliklər baş verir. Bir çox hallarda məhz bu dəyişikliklər baş ağrılarının əsas səbəbi kimi görülür. Baş ağrılarının ən çox rast gəlinən səbəblərindən biri də arterial təzyiqin oynamasıdır. Arterial təzyiqin yüksəlməsi baş ağrılarının daha çox rast gəlinən hallarindandır. Təzyiqin azalması da baş ağrısı verə bilər. Tez tez təkrarlanan baş ağrıları zamanı mütləq həkimə müraciət etmək lazımdır. Özünüz nə tədbir görə bilərsiniz? Baş ağrıları zamanı təmiz havada gəzmək, alkoqol və siqaretin qəbulunu azaltmaq lazımdır. Gərgin baş ağrılarını sakitləşdirici gimnastika, gəzinti kimi tədbirlərlə götürülə bilər. Gərginlik baş ağrılarının əsas səbəblərindən biri də stress faktorudur. Stressin azaldılması vasitəsilə təkrarlanan baş ağrısından qurtulmaq olar. Müalicə olaraq Osteopatiya, proloterapiya, akupunktura, reabilitasiya və müasir fizioterapiya prosedurlarının rolu əvəzsizdir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 20.11.2020

Qırmızı yastı dəmrov (Lichen ruber planus) hekimtap.az

Qırmızı yastı dəmrov (Lichen ruber planus)

Qırmızı yastı dəmrov nədir?   Sadəcə dəri, dəri artımları (dırnaq, tük) və selikli qişaları zədələyən xroniki gedişli, iltihablı dəri xəstəliyidir.Psoriaz və seborik dermatitlər qədər olmasada dəri xəstəlikləri arasında geniş yayılmışdır.          Qırmızı yastı dəmrovun etiologiyası    Etiopatogenezi  tam öyrənilməsədə,müxtəlif antigenlərə qarşı yaranan toxuma immunitetinin verdiyi cavab reaksiyası kimi qiymətləndirlir. Epidermis qatına yönələn T-limfositlərlər bazal qatın degenarasiyasına səbəb olur. Çox zaman hepatit C və B xəstəliklərində eləcədə şəkər xəstələrinin bir çoxunda qırmızı yastı dəmrov xəstəliyi yanaşı müşahidəolunur. Bu hepatit xəstələrində zədələnən qaraciyər toxumasında yaranan antigenlərin dəridə bəzi antigenlərlə oxşar olmasından dolayı toxumaların verdiyi reaksiya ilə qiymətləndirilir.Çox az da olsa ailənin bir neçə fərdində müxtəlif dönəmlərdə rast gəlməsi müşahidə ouna bilər və bəzən də peyvəndlərdən sonra rast gəlinə bilər.                         Qırmızı yastı dəmrovun əlamətləri           Səpgilər əsasən lokal bir sahədə qruplaşmış və ya dağınıq da ola bilər. Səpgilərin özünəməxsusluğu yastı papulaların olması, ölçülərinin bir neçə mm dən 1 sm arasında dəyişməsi, dəridən bir az qabarıq,sərhədləri çox da kəskin olmayan,bənövşəyi rəngli, parlaq, iltihablı olmasıdır. Çox zaman papulalrın üzərində ağ və ya boz rəngli xaotik cizgilənmə (Uikxam cizgiləri) müşahidə olunur. Səpgilərin üzərini duru yağ ilə sildikdə və dermatoskopla baxdıqda bu cizgilənmə çox aydın görsənir. Qırmızı yastı dəmrov çox zaman şiddətli qaşınma ilə müşahidə olunur amma buna baxmayaraq dəridə ekskorasiya(dərinin cırılması,sıyrılması,qopardılmsı) rast gəlinmir.Xəstəlik 30-60 yaş arası daha çox rast gəlinir. Xəstələrin 5% i uşaqlardı.Qadınlarda rast gəlməsi kişilərdən biraz daha çoxdur.QYD (Qırmızı yastı dəmrov) - da papulların sayı ortalama 20-40 arası dəyişir amma buna baxmayaraq az hallarda olsada belə xəstəliyin bəzi formalarında bütün bədən papulalarla generalizə şəkildə örtülmüş ola bilər. QYD xəstəliyi zamanı ilk başlanğıclarda səpgilər bir neşə həftə ərzində arta bilir və bundan sonra uzun müddət dəyişiklik göstərmədən sadəcə qaşınma ilə yaxudda qaşınmasız lal bir dövr keçirir.Bəzən 1-2 il ərzində dəyişmədən qala bilər bu səpgilər və bu da insanlarda narahatçılıq yaradır. Səpgilərin ən çox sevdiyi bölgələr - əl  biləyinin iç səthi,baldırın aşağı-iç hissəsidir ama buna baxmayaraq bədənin istənilən nahiyəsində rast gələ bilər.Xəstəlik dərinin travmaya (sürtülən,əzilən və s) məruz qalan bölgələrində daha tez yaranır.Hətta diaqnoz qoymaq məqsədilə(çox da xarakterik olmasada) Köbner fenomenindən (dərinin müəyyən hissəsini küt bir alətlə zədələmək)istifadə edilir. Zədələnmiş nahiyədə xarakterik olaraq zədə nahiyəsi boyunca dəmrov papulalarının yaranmasını görmək olar.        Qırmızı yastı dəmrovun növləri Xəstəliyin müxtəlif formalarına rast gəlmək olar ki bunlar da növ kimi qiymətləndirilmir. Kəskin generalizə formada səpgilər bədənin çox hissəsini əhatə edir və çox zaman da şiddətli qaşınma ilə müşahidə olunur. Bəzən yalnız əl və ayaqların iş səthini tutan formalara rast gəlinir. Bu zaman daha çox əl və ayaqların iç səthində dərini çox kobud formada qalinlaşması, düyünlü və şiddətli qaşıntıların olması eləcə də müalicəyə çox çətin tabe olamsı görünür. Bundan başqa xəstəliyin özündən sonra dəridə kəskin fərq yaradan pigmentli formaları mövcuddur hansıki səpgilərin yayıldığı sahə boyunca tünd rəngdə, sağlam dəridən kəskin fərqlənən piqmentli bir sahə yaranır. Və bu ləkə uzun müddət solmaya bilər. Bir başqa forma dəmrov papulalarının müəyyən bir xətt üzrə düzülərək ( Zosteriform) , qruplaşmaya meyilli səpgilərin olmasıdır.Qırmızı yastı dəmrovun saçlı dərini tutan və dəridə iltihablı xəstəlik yaradaraq saçların tökülməsinə səbəb olan follikulyar forması da var və çox zaman tökülən saçların bərpası mümükün olmur. Çox az da olsa bu xəstəlik dırnaqları zədələyə bilir və dırnaqlarda xəstəliyin özünəməxsus zədələnməsi müşahidə olunur ki bu dırnaqların ortadan ikiyə bölünməsidir. Selikli qişaları zədələyən formalarda ən çox ağız boşluğunda ağ rəngli,sərt yapışqan,bəzən üzəri hiperkeratozla örtülü,dəridən biraz qabarıq səpgilər müşahidə olunur. Bu lezyonlar ağız boşluğunun hər yerində dildə, yanaqlarda,diş ətində rast gəlinə bilər. Eləcədə genital bölgələrin selikli qişasında dəmrov lezyonları yarana bilər və qadınlarda bu ancaq ginekoloji baxış zamanı ayırd edilir.Bulyoz formada isə dəridə xarakterik papulalarla yanaşı  içərisi maye ilə dolu qabarcıqların olması diqqət çəkir.      Qırmızı yastı dəmrovun diaqnozu           Diaqnoz əsasən kliniki göstəricilərə görə təyin olunur. Yuxarıda qeyd olunan əlamətlərin varlığı, həkimin düzgün yanaşması və başqa oxşar xəstəliklərlə düzgün differensasiya etməsi diaqnoz qoymağa imkan verirş Çox çətin hallarda biopsiya material götürülməsi və histopatoloqun xarakterik göstəriciləri qeyd etməsi ilə də diaqnozu qətiləşdirmək mümkündür.             Qırmızı yastı dəmrovun müalicəsi          Xəstəlik əsasən yerli təyin olunan steroid krem və məlhəmlərlə aparılır. Dirəncli formalarda daxilə təyin olunan steroid preparartlar və immunosupressor dərmanların təyinatı vacibdir. Eləcədə yanaşı xəstəliyin təyin olunması və paralel müalicənin aparılması çox qısa zamanda  uğurlu nəticənin alınmasına zəmin yaradır.   Xəstəliyin profilaktikası        Çox da önəmli bir məqamlar yoxdur sadəcə travmalardan uzaq durmaq və qıcıqlandırıcı qidalardan çox da istifadə etməmək məsləhət görülür. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 20.11.2020

OSTEOPOROZ hekimtap.az

OSTEOPOROZ

Osteporoz - (Yunanca: osteo- sümük, poros - dəlikdeməkdir) skeletin metobolik xəstəliyi olub, sümüktoxumasının zədələnməsi, sümüklərin deformasiyası vəsınığı ilə nəticələnən xəstəlikdir. Osteoporoz çox genişyayılmış bir xəstəlik olub xüsusilə qadınlardamenopauza dövründən sonra daha çox rast gəlinir.Osteoporozun əsas fəsadı kiçik travmalar zamanı beləsınıqların yaranma təhlükəsinin olmasıdır. Osteoporozzamanı onurğanın sınığı ağır yük qaldırma və bədəninsirkələnməsi zamanı baş verə bilər. Dünyada yaşlıinsanların əlilliyinin və ölümünün əsas səbəblərindənbiri osteoporoz hesab olunur. 55-60 yaşdan yuxarıqadınlarda bud sümüyü boynunun sınıqlarınin əsassəbəbi osteoporoz göstərilir. 60 yaşına çatmayankişilərin 10% də Osteoporoz müşahidə olunur. 65 yaşından yuxarı kişilərdə isə risk qadınlardakıqədərdir. Osteoporoza və osteopeniyaya yol açan birsıra hallar vardır: -D vitamini çatışmamazlığı -Cinsi hormonların normadanaşağı olması -Bədən çəkisinin azalması -Kalsium mübadilə pozulması -Qalxanvariətraf vəzin xəstəlikləri -Siqaret və alkoqollu içkilərin qəbulu Osteoporoz necə aşkar olunur- sümük kütləsini heç bir narahatçılıq olmadan 15 dəqiqəlik müayinə edərək ölçmək mümkündür. Densitometriya üsulu ilə skeletin hansı sümüklərində ərimə baş verməsi daha aydın aşkar olunur.   Osteoporozun profilaktikası üçün nə etməli -Ca ilə zəngin olan pəhrizə riayət etmək, günəşli havalarda günəş vannası qəbul etmək, ağır yük qaldirmamaq,piyada gəzmək - Sümük mübadiləsinə təsir edən xəstəliklər müalicə olunmalıdır - Siqaret, alkoqol və bəzi dərmanlar (sümük sıxlığını azaldan) qəbul edilməsindən çəkinməli Osteoporozun erkən və düzgün müalicəsindən sonrayaxşılaşma və prosesin dayanmasına nail olmaq mümkündür. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 25.10.2020

OSTEOPATİYA
 hekimtap.az

OSTEOPATİYA

Osteopatiya – əllər vasitəsilə xəstəliyin diaqnostika və müalicəsi aparılan tibbin bir bölməsidir. Osteopatiya ilə xəstəliyin səbəbi araşdırılaraq orqanizm bütünlükdə müalicə olunur.  Hələ 140 il əvvəl (1874-cü ildə) amerikalı həkim Endryu Teylor Stil intensiv araşdırmalardan sonra osteopatiyanın prinsiplərini müəyyənləşdirdi. O vaxtdan etibarən osteopatiya daima inkişaf edir.  Osteopatiya termini yunan mənşəli olub “sümük zədəsi” deməkdir. Ancaq bu metod digər anatomik strukturların da pozğunluğunu aradan qaldırır. Osteopatiyanın 4 əsas bölməsi var: kraniosakral, struktural, visseral və biodinamik osteopatiya. Bu bölmələr dayaq-hərəkət aparatı, kəllə, mərkəzi sinir sistemi və daxili orqanların işini tənzimləməyə yönəlib.  OSTEOPATİYA nədir? İnsan orqanizmi öz aralarında birbaşa və ya dolayı yolla əlaqəli olan çoxsaylı strukturlardan ibarətdir. Bu vacib əlaqə fassiya vasitəsilə yaradılır. Fassiya – hər bir strukturu əhatə edən nazik birləşdirici toxuma qatıdır. Nəticədə bunlar hamısı birlikdə orqanizmin böyük fassiyasını yaradır. Fassiyalar həm də öz aralarında heç bir funksional əlaqəsi olmayan strukturları da birləşdirir. Beləliklə, osteopatik nöqteyi nəzərdən, fassiyalar dəyişiklikləri ötürə bilər. Məhz buna görə də simptomlar hardasa başqa bir nahiyədə də üzə çıxa bilir.  OSTEOPATİYANIN prinsipi nədir? Osteopatiya orqanizmin özünübərpa və özünütənzimləmə prinsiplərinə əsaslanır. Xəstəliklər adətən orqanizmin özünütənzimləmə qabiliyyətinin pozulması nəticəsində yaranır. Osteopatik yolla orqanizmin özünübərpa qüvvəsi səfərbər olunur. Osteopatın məqsədyönlü şəkildə təsiri nəticəsində funksional pozğunluqlar və bloklar aradan qaldırılır. Məhz buna görə də osteopatik təbabət hər bir yaş üçün (hətta körpələr, hamilələr də daxil olmaqla) məqsədəuyğundur.  Bədənin hər bir hissəsinin, hər bir orqanın optimal fəaliyyət göstərməsi üçün kifayət qədər hərəkət azadlığı olmalıdır. Osteopatik müalicə vasitəsilə toxuma gərginliyi  aradan qaldırılır və nəticədə hərəkətlilik bərpa olunur. Osteopat hər zaman şikayətin səbəbini araşdırır və ayrı-ayrı simptomları müalicə etmir. Beləliklə, xəstəlik deyil, xəstəliyi provokasiya edən faktorlar, hərəki pozğunluqlar müalicə olunur.  OSTEOPATİYANIN tətbiq olunduğu sahələr Osteopatiya tibbin bir sıra sahələrində tətbiq olunur: fəqərəarası disk qabarması və yırtığı, lumbaqo, bağ, vətər, əzələ və sümük travması, qulaqda küy, miqren, artrozlar, skolioz, qamət pozğunluqları, yastıpəncəlik, orqanların sallanması və s.    OSTEOPATİYA vaxt tələb edir  Geniş anamnestik məlumat toplandıqdan sonra əllər vasitəsilə diaqnostika və müalicə aparılır. Müayinə zamanı osteopat palpasiya yolu ilə toxumaları qatbaqat əlləyir. Osteopat həkim öz dərin anatomik və fizioloji biliklərindən istifadə edərək daha dərin strukturları, məsələn, əzələlərı, fassiyaları, sümüklərı, sinirlərı, qan damarları və daxili orqanları hiss edir, hərəkət məhdudluğu və gərginliyi müəyyənləşdirir. Bu yolla fiziki disfunksiyaların aşkar olunması intensiv taktil məşqlər tələb edir.  Osteopatik müalicə 30-60 dəqiqə davam edir. Dəqiq kurs müalicə konkret xəstəlikdən asılıdır. Bəzən osteopatik müalicəyə cavab reaksiyası nisbətən gec yaranır. Ona görə də müəyyən xəstəliklərdə nəticə əldə etmək üçün bir neçə müalicə kursundan keçmək lazım olur. Hətta bəzən bir xəstəni eyni anda 2 osteopatın işləməsinə ehtiyac duyulur.    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Published: 25.10.2020

Boyun fəqərəarası disklərinin degenerativ xəstəliyi
 hekimtap.az

Boyun fəqərəarası disklərinin degenerativ xəstəliyi

Boyun fəqərəarası disklərinin degenerativ xəstəliyi – boyun və qol ağrılarının ən geniş yayılmış səbəbidir. Bu patologiya fəqərələr arasında yerləşən və amortizasiya funksiyasını yerinə yetirən qığırdaq diskin zədələnməsi nəticəsində yaranır. Disklər necə degenerasiyaya uğrayır?  Normal halda 6 fəqərəarası disk mövcuddur. Bu disklər boyunda hərəkət zamanı fəqərə sümüklərinin bir-birinə sürtünməsinə mane olur və onurğaya düşən təzsyiqi paylaşdırır. Hər bir disk möhkəm fibroz həlqədən və daxilində mukoprotein gel olan pulpoz nüvədən ibarətdir. Pulpoz nüvə diskə amortizasiya xüsusiyyəti verir. Disklər insan yaşlaşdıqca və bəzi fiziki təsirlərdən hidratasiyasını (nəmliyini) itirir. Disk hidratasiyasını itirdikdən sonra onun amortizasiya funksiyası zəifləyir, diskin üzərində çatlar və yırtıq əmələ gəlir. Disk tam bərpa oluna bilmir, çünki onun birbaşa qan təchizatı yoxdur (disk qidalı maddələri qapayıcı qığırdaq lövhələrdən diffuziya yolu ilə alır). Boyun fəqərəarası disklərinin degenerativ xəstəliyinin səbəbləri Yaş faktoru Travma Risk faktorları:  Genetik meyllik Onurğa sütununa düşən yükün idman ilə artması Uzun müddətli oturaq iş rejimi və qamət pozğunluğu  Tütün   Boyun fəqərəarası disklərinin degenerativ xəstəliyinin əlamətləri Əlamətlər yüngül diskomfort vəziyyətindən tutmuş güclü ağrılara, qollarda keyimə və zəiflik hissinə qədər ola bilər.  Boyunda ağrı. Boyun rigidliyi saxlanılmaqla zəif ağrı – boyun fəqərəarası disklərinin degenerativ xəstəliyinin əsas simptomlarındandır. Amma, bəzi hallarda ağrı kəskinləşərək saatlarla və ya günlərlə davam edə bilər.  Nevralgiya (sinir ağrısı). Bu tip ağrı adətən kəskin olur və elektrik cərəyanı kimi çiyinlərdən əllərə və barmaqlara qədər yayılır. Adətən sinir ağrısı bir tərəfli xarakter daşıyır.  Əldə, biləkdə və ya barmaqlarda nevroloji əlamətlər. İynə batma hissi, keyimə və ya zəiflik hissi çiyinlərdən əllərə və ya barmaqlara qədər yayıla bilər.  Ağrı hərəkət zamanı güclənir. Adətən degenerativ disklə əlaqəli olan ağrı hərəkət zamanı artır, sakit vəziyyətdə isə azalır.  Degenerativ disklə əlaqəli olan ağrı adətən bir neçə həftədən aya qədər davam edir, özbaşına keçir. Ancaq digər simptomlar faset oynaqlar da degenerasiyaya uğradığından xroniki xarakter alır və müalicə tələb edir.  Fəqərəarası disk nə qədər güclü degenerasiyaya uğrayırsa onurğa kanalının daralma ehtimalı da bir o qədər çox olur. Əgər onurğa beyni sıxılmaqda davam edirsə, mielopatiya yaranır və aşağıdakı əlamətlər ortaya çıxır: Əllərdə və ya ayaqlarda hərəkət məhdudluğu Koordinasiya və müvazinət pozğunluğu Nəcis və sidik ifrazının pozulması Qollarda zəiflik və keyimə Boyun fəqərəarası disklərinin degenerativ xəstəliyinin diaqnostikası Xəstəlik tarixinin aydınlaşdırılması.  Ümumi müayinə. Boyun fəqərələrinin palpasiyası və boyun hərəkətlərinin diapazonu müəyyənləşdirilir. Nevroloji simptomlar, məsələn: qolda, əllərdə və ya biləkdə zəiflik aşkar olunduqda əlavə müayinələrə ehtiyac ola bilər. Maqnit rezonans tomoqrafiya (MRT) dəqiq diaqnozun qoyulmasında vacib müayinə üsuludur. Disklər degenerasiyaya uğradıqca onurğada fəqərələr arasında sahə daraldıqca, faset oynaqların normal hərəkəti pozulur və ya yarımçıxıq vəziyyət alınır. Nəticədə qığırdağın dağılması daha da artır və sümük çıxıntıları əmələ gəlir (düyünlər).     Boyun radikulopatiyası – çiyindən əllərə qədər yayılan ağrı, iynə batma hissi, keyimə və ya zəiflik hissi ilə müşayiət olunan haldır. Bir və ya bir neçə sinir kökcüyünün sıxılması nəticəsində yaranır. Mielopatiya getdikcə proqressivləşə bilər və müalicə olunmadıqda ətrafların iflici və orqanizmin funksiyalarının itməsi yarana bilər.    Boyun fəqərəarası disklərinin degenerativ xəstəliyinin müalicəsi Müalicə ağrının azaldılmasına və degenerasiyanın (yəni dağılma prosesinin) dayandırılmasına, onurğanın hərəkətinin bərpasına yönəldilir.  Müalicədə aşağıdakı prosedurlar tətbiq olunur:  Proloterapiya Nevral terapiya Homeosiniatriya Akupunktura Osteopatiya Fizioterapiya Reabilitasiya

Published: 12.10.2020

Streptokok və stafilokok infeksiyaları
 hekimtap.az

Streptokok və stafilokok infeksiyaları

İmpetiqo (Sarı yara), Qara yara, Frunkul (Çiban), Karbunkul (Kor çiban) və s.                    İmpetigo nədir       Dərinin müxtəlif (streptokoklar,stafilokoklar) vasitəsilə zədələnməsi nəticəsində yaranan səthi dəri infeksiyalarıdır. Çox  rahatlıqla xəstə insanlardan başqalarına yoluxur. Əsasən üz və ətraflarda yerləşir. Az və ya çox sayda,şəffaf sudurcuqlar ağız ətrafında, burun dəlikləri kənarında,açıq sahələrdə yayılmaqla başlayır.                   İmpetiqonun etiologiyası               A qupu (bəzən B qrupu) beta-hemolitik streptokokların, Staphylococcus aureusun və başqa növlərin vacitəsilə yaranır. Bütün yaş qruplarında yarana bilər amma daha çox 2-6 yaş qrupları arasında yayılmışdır və çox yoluxucudur.  İmpetigonun əlamətləri             Bədənin açıq sahələrində Üzdə,yuxarı  və aşağı ətraflarda  içərisi şəffaf maye ilə dolu sudurcuqlar şəklində başlayır və çox qısa zamanda üzəri sar, bal rəngli krutlarla, qabıqla örtülür. Şəffaflıq tez bir zamanda bulannıqlaşaraq bəzən irinləməyə meyilli olur. İsti və nəmli şəraitdə eləcədə şəraitsiz,çirkli mühitlərdə çox sürətlə yayılmağa  meyillidir. Məktəb və bağça uşaqları arasında sürətlə yayıla bildiyindən,xəstə uşaqları izolə etmək və sağalana qədər başqalarından uzaq tutmaq lazımdır. Asimmetrik yerləşən bu səpgilər bulaşma yolu ilə daha geniş ərazini tuta bilir. Bəzən qaşınma  və yaxud yanma hissi kimi şikayətlər ola bilər. Xəstəlik həm yoluxucu olması yönündən həm də bəzi xəstələrdə qlomerulonefrit kimi ağırlaşma verməsi tərəfindən zəifə alınmamamlı və tez bir zamanda müalicə olunmalıdır. Bəzi formalrda (ektima,erizipel,sellulit,eritrazma və s) səpgilərin üzəri qabıqlanmaya yaxud irinləməyə bilər.Proseslərin çoxunda yaxınlıqda yerləşən limfa düyünləri böyuyər və ağrılı olar. Erizipel ya Sellulit anidən ortaya çıxar və çox qısa bir zamanda bəlirli bir ölçüyə çatar,canlı qırmızı rəngdə,parlaq,dəridən biraz qabarıq,yerli temperaturun qalxması ilə özünü biruzə verər. Follikulitlərdə səpgilər adından göründüyü kimi əsasən tük dibi ilə əlaqəli olur və çox zaman qızarıqlıq fonunda xırda irinciklərə rast gəlinir. Çox yayılmış formalarda ümumi halsızlıq,  temperatun az da olsa artması müşahidə olunur. Frunkul(çiban) dərinin istənilən nahiyəsində qızarıqlıq fonunda daha iri irinlərin yaranmasıdır və çox zaman ağrılarla müşahidə edilir.  Frunkul istər özü özündən istərsə də sıxdıqda içərisindən irin dolu möhtəviyyat çıxır. Karbunkul(Kor çiban) bir neçə furunkulun bir yerdə yaranması nəticısində və dah çox ağrılı olur.Bəzən daha çox irin axır hansıki,  bal pətəyindən bal axan formaya bənzəyir. Eritrazmalar ayaq barmaq arası nahiyədə,qoltuqaltında daha çox dərinin rənginin tündləşməsi və ətraf dəridən kəskin fərqlənmə ilə özünü göstərir və heç bir iltihab əlamətləri olmur.             İmpetigonun növləri                  Streptokok və stafilokokların eləcədə başqa törədicilərin yaratdığı infeksion xəstəliklər çox saydadır. Bunlardan: Sarı yaranı, Ektima, Erizipel, Sellulit, Limfangit, Nekrotizan fasit, Bulyoz impetigo, Stafilokoksik haşlanmış dəri, Follikulit, Frunkul, Karbunkul, Hordeolum (İt dirsəyi), Qara yara, Eritrazma, Psevdomonas infeksiyaları və başqalarını göstərmək olar. Hər bir xəstəliyin özünə məxsus gedişatı, klinikası və fərqli müalicə üsulları var.              İmpetigonun diaqnozu              Xəstəliyin diaqnozunda kliniki əlamətər (Qızarıqlıq, irinli yaralar, ağrı, limfa vəzilərin böyüməsi, xəstəliyə xas kliniki əlamətlər və s), yara nahiyəsindən götürülən yaxmanın əkilməsi, xəstəliyin davam etdiyi müddət, yanaşı xəstəliklərin olmasını dəqiqləşdirmək (məslən şəkər xəstələrində daha tez tez  frunkul olması və s) çox önəmlidir.                 İmpetiqonun müalicəsi                  Birinci növbədə xəstəliyin törədicini təyin etmək və laboratoriyada antibiotiklərə həssaslığın dəqiqləşdirilməsi vasitəsilə düzgün antibiotiklərin verilməsidir. Bundan əlavə yerli antiseptiklərin və eləcdə antibiotiklərin təyin olunması lazımdır. Xəstənin ümumi vəziyyətinə uygun olaraq iltihab əlehinə preparatlarından,müqaviməti artıran vasitələrdən istifadı etmək və yanaşı xəstəliyi müalicə etmək lazımdır.Bəzən antibiotiklərin çox təsir edə bilmədiyi proseslərdə cərrahi müdaxilə(irinin kəsilib çıxarılması və s) və stafilokok əlehinə zərdabların istifadə olunması lazım gəlir.           İmpetigonun profilaktikası                Xəstəlikdən qorunmaq üçün yaxud təkrar yoluxmamaq üçün diqqət etməsi gərəkən məsələlər var. Şəkər xəstələri özlərini travmalardan, infeksion ortamlardan qorumalıdır. Eləcədə ayaqda və dırnaqlarda göbələk və ya başqa xəstəliklər varsa ikincili infeksiya üçün açıq qapı var sayılır və  bu üzdən şəxsi gigiyenaya diqqət etmək, vaxtaşırı zədə olan nahiyələri antiseptiklərlə yumaq, təmiz corab geyinmək lazımdır. Qəssablarda daha çox yaranan Qara yara xəstəliyinin qarşıısını almaq üçün əlcəklərdən istifadə etmək və xəstə heyvanları kəsməmək məsləhət görülür. Travmatik yaranan follikulitlərin qarşısını almaq üçün mütlıq zədələnmiş yerləri təmiz su ilə yumaq təmiz sarğı qoymaq lazımdır.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Published: 30.09.2020

Bel fəqərəarası disklərinin degenerativ xəstəliyi
 hekimtap.az

Bel fəqərəarası disklərinin degenerativ xəstəliyi

Fəqərələr arasında yerləşən diskin zədələnməsi ilə müşayiət olunan xəstəlikdir. Fəqərəarası disk – xüsusi lifli struktur olmaqla fəqərələr arasında əlaqə yaradaraq onurğa sütununa düşən təzyiqi azaldır və amortizasiya funksiyasını yerinə yetirir. Disklər elastik, amma eyni zamanda da möhkəmdir. Bunun sayəsində önə, arxaya və yanlara doğru əyilmə mümkün olur. Yaşla əlaqədar disklər getdikcə elastikliyini itirir və dağılır.  Fəqərəarası disk normal halda üç hissədən ibarətdir: Fibroz həlqə. Disk xaricdən konsentrik yerləşmiş kollagen liflərdən ibarətdir.  Pulpoz nüvə. Diskin daxili hissəsi su və zülaldan ibarət geləbənzər mayedən ibarətdir. Qapayıcı qığırdaq lövhələri. Fəqərə cismi ilə diski arasında qığırdaqdan ibarət lövhə yerləşir, bu disklə fəqərə cismini birləşdirir. Fəqərəarası disklərin qan təchizatı olmadığından ona qidalı maddələr və oksigen ancaq diffuziya yolu ilə daxil olur.  Diskin qapayıcı lövhəsi zədələndikdə, diskin qan təchizatı pozulur, nəticədə diskə qidalı maddələrin və oksigenin daxil olması zəifləyir. Stres və travma da prosesə qoşulduqda diskin degenerasiyası daha da sürətlənir, degenerativ kaskad yaranır. Degenerasiyaya uğramış diskin hidratasiyası (nəmliyi) azalır. Nəticədə disk elastikliyini itirir və xaricdən həlqə cırılır. Bir disk degenerasiyaya uğradıqda onurğa sütununun mexanikası dəyişir.  Bel fəqərəarası disklərinin degenerativ xəstəliyinin simptomları Adətən beldə mülayim, daimi, amma dözülən ağrı olur. Bu bəzən bir neçə gün ərzində kəskinləşə bilir. Ümumi əlamətlərə aşağıdakılar aiddir:  Beldə ağrı. Zədələnmiş disk nahiyəsində ağrı. Ağrı sağrı, qasıq və budun yuxarı hissəsinə yayılır.  Ağrıların periodik kəskinləşməsi. Beldə ağrı bir neçə gün və ya həftə ərzində kəskinləşə bilər. Diskdə degenerasiya prosesi getdikcə, ağrı daha da kəskinləşir.  Yerli həssaslıq. Degenerativ diski əhatə edən nahiyədə həssaslıq müşahidə oluna bilər. Yerli ağrı əzələ gərginliyi və iltihab ilə də bağlı ola bilrər.  Ayaqda ağrı. Əgər sinir kökcüyünün sıxılması varsa nevroloji simptomlar: keyimə, zəiflik və ya sağrı, bud nahiyəsində tutmaşəkilli ağrı müşahidə oluna bilər.  Adətən ağrı müəyyən hərəkətlər və müəyyən vəziyyət zamanı azalır: Oturma zamanı ağrı artır: uzun müddət oturduqda beldə ağrı hissi yaranır, ayağa qalxıb hərəkət etdikdən sonra ağrı azalır. Arxaya söykənmiş vəziyyətdə oturmaq və belin arxasına yastıq qoymaq ağrını azaldır.   Hərəkət zamanı və ya vəziyyəti dəyişdikdə ağrının azalır: Onurğanın vəziyyəti dəyişdikdə disklərə təzyiq azalır, əzələlərə və oynaqlara ötürülür.  Bel fəqərəarası disklərinin degenerativ xəstəliyinin səbəbləri Yaş faktoru Travma   Risk faktorları:  Genetik meyllik Onurğa sütununa düşən yükün idman, ağırlıq qaldırma və ağır fiziki işlə artması Uzun müddətli oturaq iş rejimi və qamət pozğunluğu  Onurğa sütunu ətraf əzələlərinin zəifliyi Piylənmə Tütün Bel fəqərəarası diklərinin degenerativ xəstəliyinin diaqnostikası  Xəstəlik tarixinin araşdırılması zamanı xəstənin şikayətləri, hansı müddətdir ağraması, ağrı ilə yanaşı digər simptomların (keyimə, iynə batma) olması, xəstəliyin yaranma səbəbi aydınlaşdırılır.  Müayinə vasitəsilə onurğa sütununda hərəkət diapazonuna baxılır. Palpasiya vasitəsilə ağrılı, iltihablaşmış nahiyələr müəyyənləşdirilir.  Maqnit rezonans tomoqrafiya (MRT) dəqiq diaqnozun qoyulmasında vacib müayinə üsuludur.  Bel fəqərəarası disklərinin degenerativ xəstəliyinin müalicəsi Müalicə ağrının azaldılmasına və degenerasiyanın (yəni dağılma prosesinin) dayandırılmasına, onurğanın hərəkətinin bərpasına yönəldilir.  Müalicədə aşağıdakı prosedurlar tətbiq olunur:  Proloterapiya Nevral terapiya Homeosiniatriya Akupunktura Osteopatiya Fizioterapiya Reabilitasiya  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Published: 30.09.2020

Spinner