SKOLIOZ hekimtap.az

SKOLIOZ

2098
Author: Osteopat Müşfiq Məmmədov , (+994) 51 953-60-06

Published: 17.09.2020
Mamedov Mushviq

Skolioz - onurğa sütununun yana doğru əyilməsinə deyilir. Skolioz xəstəliyinə daha çox gənc və yeniyetmə yaşlarında rast gəlinir. Əyriliklər əsasən döş və bel fəqərələri nahiyyəsində müşahidə olunur. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasina gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur. Yeniyetməlik dövrünün idiopatik skoliozu ən çox 10-14 yaş dövründə rast gəlinir. Xəstəlik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox rast gəlinir.

Simptomları - bu xəstəlik zamanı əksər uşaqların heç bir şikayəti olmadığına görə xəstəlik adətən nəzərə çarpacaq deformasiya olduqda aşkar edilir. Usaqlarin xarici görünüşünə görə aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır.

 

  • Bir çiyinin və ya bud-çanaq oynağının digərindən yuxarıda yerləşməsinə
  • Bir kürək sümüyünün digərindən yuxarıda yerləşməsinə
  • Önə doğru əylikdikdə bu əlamətlərin daha çox nəzərə çarpmasına
  • Bir qolun və ya ayağın digərindən uzun olmasına
  • Bud-çanaq oynağında olan assimetriya
     

Diaqnoz - rentgenoqrammalara əsasən həkimlər skoliotik deformasiyalari dərəcələrə bölürlər. Buna əsasən skoliozu 4 dərəcəyə bölürlər.


1-ci dərəcəli 00-10 dərəcə
2-ci dərəcəli 11-30 dərəcə
3-cü dərəcəli 31-60 dərəcə
4-cü dərəcəli  >61 dərəcə 

Yeniyetməlik idiopatik skoliozunda onurğa sütununun deformasiyası uzun müddət stabil qalır. Bəzi hallarda isə xəstəlik çox tez proqressivləşir. Buna görə də bu patologiyası olan uşaqlar daim həkim nəzarətində olmalı periodik olaraq rentgen müayinəsindən keçməlidirlər.Yalniz bu zaman xəstəliyin proqressivləşməsinin qarşısını almaq olar.


Müalicə:

  • Osteopatiya
  • Fizioterapiya
  • Homeosiniatriya
  • Akupunktura
  • Reabilitasiya

Skoliozun müalicəsinə erkən yaşlarından başlamaq məsləhətdir.
 

Skoliouzun profilaktikasi: 

Düzgün oturuş qaydası: 

C:\Users\BialojiTebabet\Desktop\kak-sidet-e1498902422214.jpgC:\Users\BialojiTebabet\Desktop\wrong-a.jpg

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az