Övrə
 hekimtap.az

Övrə

4557
Author: Dermatoveneroloq Şövgü Salahov, 055 557-79-29

Published: 14.02.2021
Şövgü Salahov

Övrə nədir?       

Övrə dəri və selikli qişalarda olan kiçik qan damarlarından ətraf toxumalara müvəqqəti olaraq plazma sızması nəticəsində yaranan və qısa sürən şişliklər ilə seyr edən xəstəlikdir. Xəstəliyin adı latıncadan urtika (gicitkən) sözündən götürülmüşdür.         

Övrənin etiologiyası
     
Övrə çox fərqli səbəblərdən yarana bilər. Müxtəlif dərman preparatlarından(ampisillin,penisillin,təzyiq dərmanları,aspirin,radioloji kontrast maddələr və s) istifadə etdikən sonra, müxtəlif qida maddələrinin qəbulndan, həşərat sancması və dişləməsindən, müxtəlif qızdırmalı və infeksion xəstəliklərdən, parazitar xəstəliklər, qalxanvarı vəzin xəstəlikləri, helikobakter pilori mikrobu və bir çox səbəblərdən yarana bilir. Eləcədə autoimmun xəstəliyi olan (vitiliqo,revmatoid artrit) insanlarda, şəkər xəstələrində, pernisiyoz anemiyası olan insanlarda paralel olaraq övrəyə rast gəlinir.Ama daha çox olaraq övrə idiyopatik (heç bir səbəb tapilmadan) gedişli olur.Bu və ya digər səbəblərdən yaranan övrə zamanı histaminin təsiri nəticəsində həm şişkinlik həm də lezyonlarda qaşınma hissi olur ki bu da qaşındıqca daha çox qıcıqlanmaya və histaminin daha çox ifrazına səbəb olur.    

Övrənin əlamətləri     

Eritemalı,ödemli,ətraf dəriyə görə biraz daha qabarıq bəzən qaşınma hissi yaradan papulalar və plaklar formasında yaranır. Hər yaşda rast gəlinə bilər. İnsanların 15-20 % i yaşamları boyunca övrə ilə xəstələnə bilər.Əsasən klassik tipi daha çox yayılmışdır və birdə son illərdə “induklənəbilən” tip olaraq tanınan fiziki səbəblərdən yaranan övrə eləcədə digər səbəblərdən yaranan övrə məlumdur. Klassik tipin övrənin də gedişatına görə iki forması məlumdur; səpgilərin anidən ortaya çıxması və 6 həftədən az zaman içərisində sağalması ilə gedən kəskin övrə forması və səpgilərin 6 həftədən uzun zamanda sağalması eləcədə tez-tez təkrarlaşması ilə gedən xroniki övrə forması.Dolayısıyla bütün övrələr başlanğıcda kəskin formada başlayır ama zamanla gedişatına görə xroniki və ya başqa formalarda davam edə bilər. Xroniki övrədə səpgilərin yarnması sürəti və şiddəti dəyişkəndir. Aylar, bəzən də illər boyunca təkrarlayan xəstəlik hücumları xəstəni çox narahat edə bilir. Xroniki övrə diaqnozu qoymaq üçün şərtlərdən biri, övrə xəstəliyi olan və bununla bağlı müalicə almayan xəstədə həftədə ən azı iki dəfə yaranan səpgilərin olmasıdır. Övrə papulaları və ya plakları ən çox gövdə də olmaq üzərə bədənin istənilən nahiyəsində yarana bilər. Günün istənilən saatında qəfildən yarana bilir. Övrə tipik olaraq eritemalı və ya bəzən solğun rəngdə,özündən sonra iz buraxmayan ödemli plaklardır. Səpgilər dəqiqələr içində yaranır, qısa zamanda ətrafına doğru böyüməyə başlayır və bu şəkildə bir biriylə birləşməyə meyilli olur. Bəzən də çox böyük ölçüyə çata bilir. Çox zaman qaşınma hisii ilə yaranan bu səpgilər əl və ayaq səthində yarandıqda daha şiddətli qaşınma hissi yaradır. Ama bu qaşınma nahiyələrində çox zaman ekskoriasiyalar(qaşınma ilə bağlı sıyrıqlar) müşahidə olunmur. Bu əsasən övrə olan nahiyələrin dırnaqla deyil ovuşdurmaqla  daha rahat sakitləşməsi  nəticəsindədir. Kəskin forma övrə daha çox uşaqlarda və gənclərdə,xroniki forma isə daha çox yaşlı insanlarda rast gəlinir. Əlavə olaraq qeyd edim ki xroniki forma qadınlarda kişilərə nisbətən iki dəfə daha çox rast gəlinir. Ödemli plaklar cəhrayı və ya qırmızı rəngdə olur. Yuvarlaq,oval və polisiklik şəkillərdə yaranan övrə səpgiləri bəzən tam olmayan bir halqa şəklində də görüləbilər. Övrə plakları qəfildən yarandığı və böyüdüyü kimi 3-4 saat içərisində daxildən plazma maddəsi geri sorular və heç bir iz buraxmadan itib gedə bilər.Bir səpginin 24 saatdan uzun qalması çox nadir olur.Ancaq eyni vaxtda bir bolgədə yaranıb və solan lezyonla eyni vaxtda başqa bölgədə yeni lezyonlar yarana bilər və bu xəstəliyin burdan batıb başqa yerdən çixması kimi el dilində söylənilir.Xroniki gedişli övrənin  uzun müddət verdiyi qaşınma insanlarda gərginlik,depressiya ,yuxu pozgunlugu və xəstəliyin heç vaxt sağalmayacağı kimi hisslərin yaranması hallarına gətirib çıxarır.Eləcədə bəzi xəstələrdə anjioödem dediyimiz bir vəziyyət yarana bilər ki bu da ağız,dodqların,göz ətrafının qəfildən şişməsidir. Burda qorxulu hal heç də xəstələrin kosmetoloji problem yaşaması deyil bəzən bu şişkinliyin bronxlarda baş verə bilməsidir ki,əgər vaxtında müdaxilə olunmazsa çox ağır fəsadlara,xəstənin boğulmasına bəzəndə boğularaq ölümünə səbəb ola bilər.    

Övrənin diaqnozu 

Əsasən xəstəliyin yaranmasına ,qəfil yaranan səpgilərin tez bir zamanda itməsi və ya uzun müddət təkrarlaşması, eləcədə xəstənin verdiyi məlumat,qeyd etdiyimiz kimi anjioödemlərin olması və kliniki görüntü diaqnoz qoymağa yetərlidir. Dəstək üçün qan,sidik ,nəcis analizləri (İgE, umumi qan, nəcisdə parazitlər, mədə möhtəviyyatında helikobakterin axtarılması, hormonların baxılması, qanda dəmirin səviyyəsi və s) və çətin hallarda biopsiyadan istifadə edilir.            

Övrənin növləri   

Qeyd etdiyimiz kimi əsasən klassik övrə rast gəlinir ama son vaxtlar soyuq övrəsi (daha çox soyuğun təsirindən sonra başlayır), kontakt övrə(müxtəlif əşyaların bədənə uzun müddət travma etməsindən sonra yarana övrə),basınc övrəsi,hamiləliyin övrəsi, xolinergik övrə və s formalara rast gəlinir. 

Övrənin müalicəsi
 
İlk növbədə xəstəliyin yaranmasına səbəb olan amili tapib ortadan qaldırmaq və səbəb olacaq başqa bir xəstəlik varsa onu araşdırıb müalicə etmək lazımdır.Əsas müalicə preparatları isə antihistamin preparatlardır ki bunlar da həkimin nəzarəti altında aparılır. Xəstənin vəziyyətinə xəstəliyin sürətinə və şiddətinə uygun olaraq hansı dozada və hansı zaman müddətində qəbul edilməsi təyin edilir. Övrə xəstəliyi xroniki gedişli olsada dəqiq müayinə və müalicə nəticəsində xəstəlikdən birdəfəlik sağalmaq mümkündür.     

Övrənin profilaktikası 

Əsasən spirtli içkilərdən,aspirindən,qıcıqlandırıcı qidalardan uzaq durmaq və hava şəraitinə diqqət etmək lazımdır çünki çox soyuq və çox isti hava xəstəliyi artlra bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az