BÖYRƏK DAŞI XƏSTƏLİYİ
 hekimtap.az

BÖYRƏK DAŞI XƏSTƏLİYİ

Böyrək daşı xəstəliyi nədir? Böyrək daşı xəstəliyi (urolitiaz) -  orqanizmdə metabolizm prosesinin pozulması nəticəsində yaranan böyrək patologiyalarından biridir. Xəstəliyin yaş məhdudiyyəti yoxdur. Xəstəlik əvvəlcə mikrolitlərin (“qum”) əmələ gəlməsi ilə müşayiət olunur, bundan sonra isə daşlar əmələ gəlməyə başlayır.  Daşlar özü-özlüyündə pasiyenti nadir hallarda narahat edir. Kəskin kliniki mənzərə daşlar sidik yollarında düşüb, oranı tıxayanda yaranır. Bunun nəticəsində sidiyin böyrəkdən  ifrazı prosesi pozulur və kəskin ağrılar (böyrək sancısı) yaranır.  Bu cür vəziyyət həyat təhlükəsi yaradan böyrək iltihabına və yaxud da orqanın funksiyasının itirilməsinə gətirib çıxara bilər. Belə olan təqdirdə, təcili cərrahi müdaxilə tələb olunur.  Böyrək daşlarının aşağıdakı növləri var:  Kalsium-oksalat - sıxlıqları yüksəkdir, boz-qara rəngli olurlar, tikanabənzər çıxıntıları var. Kalsium-fosfat - kifayət qədər yumşaq, nahamar səthlidirlər, rəngləri açıq-bozdur.  Uratlar - bərk, hamar və sarı rəngdədir (sidik turşusu səbəbindən).   bu daş növləri böyrəkdə, sidik kisəsi və ya sidik yollarında lokallaşa bilər.  Kişilərdə və qadınlarda börək daşı xəstəliyi 20-55 yaşlı insanlar risk qrupuna daxildir. Böyrək daşı xəstəliyinə qadınlarda kişilərlə müqayisədə daha az rast gəlinir. Buna baxmayaraq, çoxsaylı ağrılı simptomatika yaradan mərcanabənzər  daşlara məhz qadınlarda daha çox rast gəlinir.   Böyrək daşı xəstəliyinin əlamətləri Xəstəliyin əlamətləri həm qadınlarda, həm də kişilərdə demək olar ki, eynidir. Əsas fərqlər bunlardır: kişilərdə patologiya zamanı böyrək sancısı cinsiyyət orqanına, qadınlarda cinsiyyət dodaqlarına irradiasiya edir.  İkitərəfli xarakterli, yəni daşların hər iki böyrəkdə əmələ gəlməsinə nadir hallarda (cəmi 17%) rast gəlinir.  Böyrək daşı xəstəliyinin əlamətləri Xəstəliyin əlamətləri aşağıdakılardır: Bel nahiyəsində ağrılar (daimi və ya periodik ola bilər). Böyrək sancısı (dəhşətli ağrıların yaranması - bu, sidik yollarının tıxanmasına dəlalət edir). Sidik ifrazı zamanı ağrılar, sidikdə qan və ya irinin müşahidə olunması. Sidik ifrazı zamanı sidiyinin rənginin dəyişməsi, sidiyə tez-tez getmək istəyi.   Ürəkbulanma, qusma və hərarətin qalxması, köpmə.    Böyrək daşı xəstəliyinin yaranma səbəbləri Böyrək daşı xəstəliyinin yaranma səbəbini çox vaxt irsi faktorla, daha dəqiq desək, metabolizmin pozulması ilə izah olunur. Bunun nəticəsində sidiyin kimyəvi və su-duz strukturunda dəyişikliklər yaranır. Nəticədə aşağıdakıların sidikdəki miqdarı artır: - sidik turşusu; - oksalat duzları; - kalsium duzları; - fosfat duzları.  Daxili səbəblərə həzm sistemi xəstəliklərini, susuzlaşma, infeksiyalar, D vitamini çatışmazlığı və qeyri-düzgün qidalanmanı aid etmək olar.  Xarici faktorlara aiddir: - istifadə etdiyimiz suyun kimyəvi tərkibi; - iqlim - ultrabənövşəyi şüaların miqdarı; - iş-məişət şəraiti - azhərəkətli həyat tərzi, agır işlər və s. - zərərli vərdişlər və s. Böyrək daşı xəstəliyinin diaqnostikası Böyrək daşı xəstəliyinin diaqnostikası həkim-uroloq tərəfindən aparılır. Həkim əvvəlcə xəstəliyin yaranma səbəbini müəyyənləşdirir, bundan sonra müalicə taktikası seçilir.   Müayinə üsullarına aiddir: Qanın ümumi və biokimyəvi analizi Sidiyin ümumi analizi USM müayinəsi Ekskretor uroqrafiya Kompüter tomoqrafiya Böyrək daşı xəstəliyinin müalicəsi Böyrək daşı xəstəliyinin bir-birini tamamlayan bir neçə müalicə üsulu var. Onlara aşağıdakılar aiddir: Medikamentoz müalicə: Daşları əritmək və orqanizmdən xaric etmək üçün müəyyən preparatlar tətbiq edilir.  Zərbə-dalğa litotripsiyası. Daşların xırdalanması zərbə dalğasının sürətli impulsu sayəsində baş verir..  Ureteroskopiya. Daşların sidik axarına yeridilmiş xüsusi nazik alətlə xırdalanması.           © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 26.06.2020

REVMATOİD ARTRİT hekimtap.az

REVMATOİD ARTRİT

Revmatoid artrit – birləşdirici toxumanın naməlum mənşəli autoimmun xəstəliyidir. Xroniki eroziv artrit (sinovit) və daxili orqanların sistem zədələnməsi ilə müşayiət olunur. Revmatoid artritin klassifikasiyası: -Seropozitiv revmatoid artrit; -Seroneqativ revmatoid artrit; -Revmatoid artritin xüsusi kliniki formaları; -Felti sindromu; -Böyüklərdə Still xəstəliyi. -Ehtimal olunan revmatoid artrit.   Kliniki mərhələyə görə təsnifat: -Çox erkən mərhələ: xəstəlik 6 aydan az müddətdir başlayıb; -Erkən mərhələ: xəstəlik 6 ay – 1 il arası başlayıb; -Simptomların aşkarlanma mərhələsi: xəstəlik 1 ildən çox başlayıb; -Gecikmiş mərhələ: xəstəlik 2 ildən çox başlayıb + kiçik və iri oynaqların aydın destruksiyası (III—IV rentgenoloji mərhələ), ağırlaşmaların olması. Xəstəliyin aktivlik dərəcəsinə görə təsnifatı: remissiya, aşağı, orta və yüksək dərəcəli aktivlikli növləri var. Rentgenoloji mərhələyə görə təsnifat:   I – oynaq ətrafı osteoporoz; II – oynaq ətrafı osteoporoz + oynaq yarığının daralması, tək-tək eroziyalar ola bilər.                                                                                     III - əvvəlki mərhələnin əlamətləri + çoxsaylı eroziyalar + oynaqda yarımçıxıqlar;                                  IV - əvvəlki mərhələnin əlamətləri + sümük ankilozu.                                                                                  Funksional siniflər: I sinif – xəstə özünə qulluq etməyi bacarır, peşəsi üzrə fəaliyyət göstərir.  II sinif - xəstə özünə qulluq etməyi bacarır, qeyri peşəsi üzrə fəaliyyət göstərir, öz peşəsi üzrə fəaliyyəti məhduddur.  III sinif - xəstə özünə qulluq etməyi bacarır, peşəsi və qeyri-peşəsi üzrə fəaliyyəti məhdudlaşıb.  IV sinif – xəstə özünə qulluq etməkdə çətinlik çəkir, peşəsi və qeyri-peşəsi üzrə fəaliyyəti məhdudlaşıb.    Xəstəliyin əlamətləri:  Əllərin kiçik oynaqlarında palpasiya və hərəkət zamanı ağrı, şişkinlik, səhərlər oynaqlarda hərəkət məhdudluğu, əlləri yumruq şəklində sıxmaqda çətinlik çəkmək, hərəkət zamanı ayaqlarda ağrı, tez yorulma, ümumi halsızlıq, çəkidə azalma, bədən temperaturunun yüksəlməsi, QSİƏ preparat qəbulundan sonra vəziyyətinin yaxşılaşması, revmatoid düyünlər, əllərdə “ulnar deviasiya” (adətən xəstəlik başlandıqdan 1-5 il sonra yaranır), proksimal falanqalararası oynaqların bükülməsi və ya  «qu quşu boynu» (proksimal falanqalararası oynaqlarda açılma), diz oynaqlarında: bükücü və valqus deformasiyalar, Beyker kisti, ayaqlarda: daraq-falanqa oynaqlarında yarımçıxıq, tibial deviasiya, baş barmağın deformasiyası, onurğa sütununun boyun şöbəsində: atlas-aksial oynaqda yarımçıxıq, onurğa beyninin və onurğa arteriyasının kompressiyası, bağ aparatı və sinovial qişada: mil-bilək oynağında və əldə tendosinovit, dirsək oynağında bursit müşahidə olunur.   Xəstəliyin oynaqdan kənar əlamətləri: Kardiovaskulyar və ağır infeksion ağırlaşmalar xoşagəlməz proqnozlardandır. -Konstitusional simptomlar: ümumi zəiflik, tez yorulma, arıqlama, subfebril temperatur. -Ürək-damar sistemi: perikardit, vaskulit, erkən ateroskleroz. -Ağ ciyərlər: plevrit, ağ ciyərlərin interstisial xəstəlikləri, ağ ciyərlərdə revmatoid düyünlər. -Dəri: revmatoid düyünlər, dərinin qalınlaşması və hipotrofiyası, digital arteriit, dırnaq yatağında mikroinfarkt. -Sinir sistemi: kompression neyropatiya, simmetrik sensor-motor neyropatiya, çoxsaylı mononevrit, boyun mieliti. -Əzələlər: generalizə olunmuş amiotrofiya. -Gözlər: quru keratokonyuktivit, episklerit, sklerit, torlu qişanın vaskuliti, periferik xoralı keratopatiya. -Böyrəklər: amiloidoz, vaskulit, nefrit  Xəstəliyin diaqnostikası: Laborator müayinələr: qanın ümumi analizi, qanın biokimyəvi analizi, sidiyin ümumi analizi, qaraciyər fermentlərinin (ALT,AST) aktivliyi, kreatinin, ümumi zülal, qanda şəkər, C reaktiv zülal, RF, Anti CCP. İnstrumental müayinələr: oynaqların rentgenoloji müayinəsi, oynaqların USM, EKQ, Exokardioqrafiya, Ağ ciyər rentgen. Əlavə diaqnostik müayinələr: Laborator müayinələr: nəcisdə gizli qanın təyini, bilirubin, xolesterin, cinsi yolla keçən infeksiyaların İFA (xlamidiya), hepatit B və C, Rayt-Hedelson reaksiyası,  QİÇS, qanda ikispirallı DNT qarşı antitel (dsDNA), antinuklear autoantitellərin təyini (ANA), qanda kalsiumun, qələvi fosfatazanın təyini, sinovial mayenin analizi. İnstrumental müayinələr: çanaq sümüklərinin və digər sümüklərin rentgeni, EQDS, qarın boşluğu orqanlarının və böyrəklərin USM, densitometriya, sutkalıq proteinuriyanın təyini, arteriyaların ultrasəs dopleroqrafiyası, qalxanvari vəzin USM, sümük-oynaq sisteminin kompüter tomoqrafiyası. Ağırlaşmalar: -İkincili sistem amiloidoz. -İkincili osteoartroz -Osteoporoz -Osteonekroz -Tunel sindrom. - Atlant-aksial oynaqda yarımçıxıq. -Ateroskleroz   Xəstəliyin müalicəsi: Medikamentoz müalicə; FDT (fotodinamik terapiya); Omeloterapiya; Oynaqlarda fəsadların aradan qaldırılmasına yönəlik müalicə; Xəstəliyi kəskinləşdirəcək faktorlardan uzaq olmaq (infeksiya, stress və s.); Siqaret və alkoqol qəbulundan imtina; Bədən çəkisinin artmasının qarşısını almaq; Balanslaşdırılmış pəhriz: tərkibində doymamış yağ turşuları (balıq yağı, zeytun yağı və s.), meyvə və tərəvəz; Müalicəvi bədən tərbiyəsi; Ortopedik vasitələr (oynaqların tipik deformasiyalarının qarşısını almaq məqsədilə); Yanaşı xəstəliklərin profilaktika və müalicəsi.  Cərrahi müdaxilə © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az   

Опубликовано: 24.06.2020

OSTEOARTROZ hekimtap.az

OSTEOARTROZ

Osteoartroz (deformasiyaedici  artroz, el arasinda  duzlaşma) oynaqların degenerativ-distrofik xarakterli xroniki xəstəliyidir, bu zaman oynaq qığırdağının, sümüyün deformasiyası və oynaq kapsulunun dağılması baş verir. Qeyd etmək lazımdır ki, artroz fərqli mənşəli və oxşar inkişaf mexanizmləri olan birgə xəstəliklərin bütöv bir qrupudur. Osteoartrozun növləri: -diz oynağının  deformasiyaedici  artrozu (gonartroz), -bud-çanaq oynağının  deformasiyaedici artrozu (koksartroz), - çiyin oynağının artrozu Bunlar artrozun ən ağır növləridir. Bundan başqa osteoartrozun digər növləri də var: Əl və ayaq oynaqlarının artrozu; Çənə- gicgah oynağının artrozu; Aşıq- daban oynağının artrozu; Faset oynaqlarının artrozu. Qonartrozun səbəbləri Artroz ümumiyyətlə birincili və ikincili olaraq iki növə ayrılır; Birincili (idiopatik); Birincili (idiopatik) artrozun  yaranma səbəbi məlum deyil. Amma genetik faktor,endokrin pozulma, artıq çəki, düzgün omayan həyat tərzi, yaşın faktoru səbəb kimi göstərilir. Yaşlı insanlarda daha çox müşahidə olunur. Gənclərdə ikincili artroz yaşlılarla müqayisədə daha çox rast gəlinir. İkincili; İkincili artroz, bədənin digər patoloji prosesləri nəticəsində: keçirilmiş infeksion xəstəliklər zamanı, birləşdirici toxumanın sistem xəstəlikləri (revmatoid artit və s.),və ya bəzi xarici təsirlərlə əlaqədar oynaq səthlərin zədələnməsi və travmatik təsir  ilə baş verir. Qadınlarda bu xəstəlik menopauzadan sonra daha da ağırlaşır. Qonartrozun əlamətləri Qonartrozdan əziyyət çəkən xəstələri ən çox oynaq nahiyəsində hərəkət zamanı olan ağrılar və xırtıltı səsləri narahat edir. Ilkin mərhələdə hərəkət zamanı ağrılar artır, istirahət zamanı isə ağrılar azalır. Proses dərinləşdikcə artıq istirahət zamanı belə, ağrılar olur.  Qonartrozun dərəcələri: Qonartrozun 4 dərəcəsi var: Qonartrozun I dərəcəsi - xəstəlik normal hərəkətə mane olmur, amma onu çətinləşdirir. II dərəcəli qonartroz - xəstəlik normal hərərkətə  mane olur. Qonartrozun lll dərəcəsi – qabarıq hərəkət məhdudluğu.  Qonartozun IV dərəcəsi - əlillik. Xəstəliyin başlanğıc mərhələsində oynaqda səhər, istirahətdən sonra, hərəkətə başladıqdan bir müddət sonra tədricən yox olan hərəkət çətinliyi qeyd olunur. Artroz dərinləşdikcə ağrı daha da çoxalır, kəskinləşir. 3-cü və 4-cü dərəcəli artroz  xəstəliyin ağır, inkişaf etmiş mərhələsidir. Bu mərhələdə müşahidə olunur: -əhəmiyyətli dərəcədə deformasiya olunmuş oynaq; -hərəkətlərin kəskin məhdudlaşması; - yalnız hərəkət edərkən deyil, həm də tam istirahət vəziyyətində kəskin ağrı olur; - oynaq iltihabı; -hava dəyişikliklərinə qarşı həssaslıq; -diz ətrafındakı əzələlər spastik və atrofiyalıdır;   Artroz 4 dərəcə: Oynağın tamamilə dağılmış vəziyyətidir, oynaq tamamilə fəaliyyətini dayandırır. "Oynağın blokadası" müşahidə olunur - kəskin ağrı sindromu ilə müşahidə olunur. Artrozun diaqnostikası: -Rentgenoqrafiya -MRT -Laborator müayinələr Artrozun müalicəsi: -Homeosiniatriya -Proloterapiya -Akupunktura -PRP terapiya -Kök hüceyrə ilə müalicə -Osteopatiya -Fizioterapiya və reabilitasiya -Oynaqdaxili inyeksiyalar -Cərrahi müdaxilə Qonartrozun profilaktikası Qonartrozun qarşısının alınması üçün gündəlik kalorini aşmamaq şərti ilə düzgün qidalanmaq və mütəmadi bədən tərbəyəsi ilə məşğul olmaq lazımdır. Ağır idman növləri ilə məşğul olduqda təhlükəsizlik tədbirlərindən(qoruyucu vasitələrdən, yastıqlardan, fiksatorlardan və s.) istifadə etmək lazımdır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 24.06.2020

Иммунитет и остеопатия hekimtap.az

Иммунитет и остеопатия

Иммунитет – это система безопасности нашего организма. Это совокупность защитных механизмов, которые активируются, когда здоровью человека угрожают вирусы, паразиты, аллергены. Человеческий организм способен самостоятельно определять тип чужеродных тел и защищаться от нее: Иммунитет бывает врожденным и приобретенным. Выделяют центральные и периферические органы иммунной системы. К центральным органам относятся:  Красный костный мозг; Тимус; К периферическим: Селезенку; Лимфатические узлы; Местно-ассоциированную лимфоидная ткань, (бронхо-ассоциированную,кожно-ассоциированную, кишечно-ассоциированную пейеровы бляшки) Факторы риска снижения иммунитета 1.Нездоровый образ жизни; недостаточное и несбалансированное питание; тяжелые физические нагрузки или малоподвижный образ жизни; систематическое нервное перенапряжение, нарушение сна;токсические факторы внешней среды; (никотин,алкоголь, наркотики, плохая экология) 2.Хронические заболевания, операции или травмы; заболевания крови; болезни органов пищеварения; болезни почек; длительный прием лекарственных препаратов хронические инфекционные заболевания; иммунодефицитные состояния. Признаки снижения иммунитета:   Увеличения частоты тяжести и длительности течения заболеваний; Наличие медленно заживающих незначительных ранок и царапин; Грибковое поражение ногтей, кожи и слизистых оболочек, появление большого количества папиллом; Ухудшение качества кожи и ее придатков; Аллергические заболевания; Наличие тяжелых инфекционных заболеваний; Быстрая утомляемость отсутствие сил; Астено - депрессивные состояния.    В процессе формирования нарушений работе иммунной системы происходит: Нарушение подвижности любого органа иммунной системы (селезенки, лимфоузла) из-за наличие его фиксаций и спаек с подлежащими тканями; Нарушении циркуляции крови, кислородно-дефицитное состояние с последующим снижением его функции; Нарушение неврального обеспечения ткани, нарушение ее графики снижение функциональной активности клеток. Зачастую все эти три механизма встречаются одновременно и формируют порочный круг разорвать который под силу только специалисту. Врач – остеопат выявляет соматическую дисфункцию.  В результате коррекции улучшается подвижность тканей, восстанавливается кровоток и нормализуется нейроэндокринная регуляция процессов жизнедеятельности. Методы остеопатической коррекции безболезненны, легко переносятся пациентами и имеют под собой научное обоснование, абсолютно безопасны и высокоэффективны. Общие рекомендации просты и универсальны: Питайтесь сбалансированно; Употребляйте достаточно очищенной питьевой воды; Регулярная физическая нагрузка; Санация хронических очагов инфекций; Мыслите позитивно, будьте уравновешенны  Заботьтесь о себе; Периодически получайте лечение у остеопата. Будьте здоровы! © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 16.06.2020

Endokrin sonsuzluğun müalicəsi
 hekimtap.az

Endokrin sonsuzluğun müalicəsi

Sonsuzluq nədir?  Dünya Səhiyyə Təşkilatının verdiyi tərifə görə, heç bir kontraseptiv vasitədən istifadə etməyən seksual aktiv cütlük bir il ərzində hamiləlik əldə edə bilmirsə, buna sonsuzluq deyilir. Sonsuzluğun yaranma səbəbləri müxtəlifdir. Buraya hər iki tərəfin cinsiyyət sistemində yaranan problemləri, psixogen və yaş faktorlarını, eləcə də endokrin sistemdə yaranan patologiyaları misal göstərmək olar. Bu məqalədə söhbət endokrin mənşəli sonsuzluqdan gedəcək.    Qadınlarda endokrin sonsuzluq Qadın hormonal pozuntular fonunda hamilə qala bilmirsə, buna endokrin sonsuzluq deyirlər. Səbəblər müxtəlif ola bilər - qalxanabənzər, hipofiz, böyrəküstü vəzilərdə, həmçinin yumurtalıqda patologiyalar və s. Demək olar ki, bütün hallarda endokrin sonsuzluq qeyri-müntəzəm ovulyasiyanın nəticəsi kimi ortaya çıxır. Əksər hallarda, mütəxəssisə vaxtında müraciət olunarsa, endokrinoloji xəstəlik hormonal terapiya vasitəsilə aradan qalxır və qadın təbii üsulla hamilə qala bilir.       Qadınlarda endokrin sonsuzluğun yaranma səbəbləri Sonsuzluğa gətirib çıxaran hormonal pozuntuların yaranmasına bir çox faktorlar təkan verə bilər: - Yumurtalıq funksiyalarının pozulması Onların içərisində ən geniş yayılmışı - yumurtalıqların polikistozu nəticəsində yaranan lütein fazasının çatışmazlığı və hiperandrogeniyadır. Lütein fazasının çatışmazlığı zamanı yumurta hüceyrənin çıxışından sonra yumurtalığın follikulunda əmələ gələn sarı cisim kifayət qədər cinsi hormon (estrogen və progesteron) ifraz etmir. Tez-tez rast gəlinən daha bir problem - sarı cismin follikul üzərində yumurta hüceyrənin çıxmasından əvvəl əmələ gəlməsidir. Belə olan halda, yumurtalıqlar kişi hormonu olan androgeni normadan artıq ifraz edir. Buna isə səbəb - polikistozdur. Bir qayda olaraq, androgen səviyyəsinin yüksəlməsi böyrəküstü vəzilərdə patologiyaların olmasından da xəbər verir; - Qalxanabənzər vəzi xəstəlikləri Menstrual tsiklin pozulması çox vaxt hipotireozun nəticəsi kimi də ortaya çıxır. Hipotireoz zamanı qalxanabənzər vəzi hormonlarının səviyyəsi aşağı düşür. Xəstəlik özünü təkcə tsiklin pozulması kimi büruzə vermir. Bundan başqa, qadının çəkisində oynamalar müşahidə edilir, iştaha pozulur, səhərlər ödemlər müşahidə olunur.  Hipotireoz, adətən, qidada yod çatışmazlığı səbəbindən yaranır və yod tərkibli preparatlar vasitəsilə aradan qalxır.  - Hipotalamo-hipofizar diskfunksiya Hipofiz hormonları və prolaktin ifrazının infeksion xəstəlikləri, baş-beyin travmaları və s. səbəblərdən azalması;  - Genetik xəstəliklər;  - Erkən menopauza; - Stress və depressiv vəziyyətlər.  Endokrin sonsuzluğun müalicəsinə bunun dəqiq səbəbləri müəyyənləşdirildikdən sonra başlanır. Əksər hallarda medikamentoz müalicə kifayət etsə də, bəzən cərrahi müdaxiləyə (yumurtalıqların polikistozu) ehtiyac yaranır. Sonsuzluğa səbəb lütein fazasının çatışmazlığı olarsa, əvəzləyici hormonal terapiya aparılır, problem follikulun yetişməməsi ilə əlaqədar olduqda isə ovulyasiyanın hormonal stimulyasiyası tətbiq edilir.  Çox vaxt düzgün diaqnostika və müalicə zamanı həkimlər ovulyasiyanı bərpa edirlər, bu isə təbii üsulla və ya ekstrakorporal mayalanma vasitəsilə hamilə qalmağa şərait yaradır.    Kişilərdə endokrin sonsuzluq  Kişilərdə endokrin pozuntular həm anadangəlmə, həm də qazanılmış ola bilər. Kişi cinsiyyət sisteminin ana bətnində düzgün inkişaf etməməsi hormonal disfunksiyalara gətirib çıxara bilir. Endokrin sonsuzluğa, həmçinin cinsi inkişaf pozuntuları, travmalar və bəzi xaya xəstəlikləri də təkan verə bilər.   Kişi cinsiyyət hormonların azalması vəziyyəti - hipoqonadizm adlanır. Hipoqonadizm xayaların irsi və qazanılmış anomaliyaları nəticəsində yaranır. Bu cür vəziyyət, eləcə də bəzi infeksion xəstəliklər, məsələn, parotit, tulyaremiya, brüsellyoz səbəbdən ortaya çıxa bilər. Hipoqonadizmə xas olan xüsusiyyətlər: - ikincili cinsi əlamətlərin  dəyişilməsi; - psixi pozuntular; - stenokardiya tutmaları;  - vegetativ-damar pozuntuları; - başağrılar və s.    Kişilərdə endokrin sonsuzluğun digər səbəbləri:  - hiperprolaktinemiya - qanda prolaktin hormonunun artıqlığı; - hiperestrogeniya - qadın cinsiyyət hormonlarının artması; - himotalamus və/və ya hipofizin anadangəlmə və qazanılmış zədələnmələri; - prostat vəzisi xəstəlikləri; - şəkərli diabet. Kişilərdə demək olar ki, bütün endokrinoloji sonsuzluq növləri uğurla müalicə olunur.  Təəssüf ki, hələ də sonsuzluq problemini konservativ düşüncələr səbəbindən həkimlə müzakirə etməyə çəkinən cütlüklər var. Tövsiyə edərdim ki, onlar bu problemə yanaşmalarını əsaslı surətdə dəyişsinlər. Kim bilir, bəlkə də onlara valideyn olmağa mane olan səbəb - kiçik bir endokrinoloji patologiyadır? © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 16.06.2020

Artrit hekimtap.az

Artrit

Artrit – oynaqların iltihabi xəstəliyidir.  Artrit zamanı oynağın normal hərəkətində iştirak edən oynaq qığırdağının dağılması baş verir və sümük səthlərin bir-birinə sürtülməsi olur, nəticədə oynaqda şişkinlik, ağrı və hərəkət məhdudluğu yaranır. Əsasən əllərin kiçik oynaqlarının, dirsək, diz, aşıq-baldır, bud-çanaq oynaqlarının, onurğa sütununun zədələnməsi müşahidə olunur. Bundan başqa artrit zamanı daxili orqanların: ürək, qaraciyər, böyrəklərin də funksiyası pozula bilər.  Artritin səbəbləri: zədələnmə, infeksiyalar (bakteriya, göbələk, virus), oynağın həddən artıq yüklənməsi, immun sistemin pozulması, artıq çəki, endokrin sistem xəstəlikləri, irsi meyllik, bəzi xəstəliklər: vərəm, brusellyoz, podaqra, psoriaz, dizenteriya, qonorreya səbəb ola bilər;  Artritin növləri:  Lokalizasiyasına görə: monoartrit – bir oynağın zədələnməsi; poliartrit – bir neçə oynağın zədələnməsi; Xəstəliyin gedişinə görə:  kəskin artrit – qəfil yaranır, oynaqda güclü ağrı baş verir; xroniki artrit  – tədricən inkişaf edir, oynaqda ara-sıra ağrı olur.  Səbəbinə görə:  Revmatoid artrit  – autoimmun xəstəlikdir, oynaqların və daxili orqanların zədələnməsi ilə müşayiət olunur; Yuvenil revmatoid artrit (Still xəstəliyi) — 16 yaşadək uşaqlarda rast gəlinən xroniki proqressivləşən xəstəlikdir; Podaqrik artrit – oynaq səthlərinə sidik turşusu duzlarının toplanması nəticəsində yaranır; Psoriatik artrit – psoriaz xəstəliyi zamanı yaranan oynaq iltihabıdır; İnfeksion və ya irinli artrit – müxtəlif infeksiyalar nəticəsində oynaq iltihablaşır. Birincili (açıq yaradan oynağa infeksiya daxil olur) və ikincili (oynağa digər toxumalardan infeksiyanın daxil olması nəticəsində yaranır) növləri var: vərəm, qonorreya, dizenteriya, post streptokok, xlamidiya və virus artriti.   Osteoartrit — qığırdaq toxumasının proqressivləşən degenerasiyasıdır, tədricən artan ağrılarla xarakterizə olunur. Vaxt keçdikcə oynağın forması dəyişir, sümük səthlərində osteofitlər yaranır.  Artritin simptomları: oynaqlarda ağrı və hərəkət məhdudluğu, xışıltı və diskomfort, oynaq və ətraf toxumalarda şişkinlik və qızartı müşahidə olunur.   Artritin diaqnostikası: Anamnez və müayinə; Laborator müayinələr; İnstrumental müayinələr: rentgenoloji müayinə, MRT (maqnit-rezonans tomoqrafiya), KT (kompyuter tomoqrafiya); Artritin müalicəsi: Əsas səbəbi aradan qaldırmaq lazımdır;  İltihabəleyhinə müalicə; Müalicəvi qidalanma; Oynaqların funksiyasının bərpasi:  Osteopatiya – palpasiya və manual terapiya vasitəsilə sümüklərə, əzələlərə, sinirlərə, oynaqlara, birləşdirici toxumaya, qan dövranına və daxili orqanlara təsir göstərərək orqanizmin bərpasına yönəldilmiş müalicə texnikasıdır.  Homeosiniatriya – akupunktur nöqtələrinə xüsusi homeopatik preparatların yeridilməsidir.  Proloterapiya – regenerativ xüsusiyyətli inyeksiyanın orqanizmə yeridilməsi yolu ilə hüceyrələrin və birləşdirici toxumaların bərpasına yardım edən müalicə texnikasıdır.  Fizioterapiya və reabilitasiya – müxtəlif fiziki faktorlar: soyuq, maqnit ultrabənövşəyi və infraqırmızı şüalar və elektroterapiya ilə aparılır. Cərrahi müalicə. Mövzu ilə bağlı video:  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 15.06.2020

Gicgah - çənə oynağı disfunksiyası hekimtap.az

Gicgah - çənə oynağı disfunksiyası

Gicgah çənə oynağı disfunkisyası  son zamanlarda geniş yayılmış patologiyadır. Yemək yeyərkən ağızda şıqqıltı səsi, hərəkət məhdudluğu, üzdə asimmetriya, dişləmin (prikusun ) düz olmaması, miqren , müalicəyə tabe olmayan boyun ağrıları gicgah çənə oynağı disfunksiyasının olmasının əsas  simptomlarıdır. Beldə ağrılar, qamətin pozulması, dözülməz baş ağrıları, kürəkdə ağrılarla müraciət edən pasientlər bəzən problemin gicgah-çənə oynağında olmasından məlumatsızdırlar.  Gicgah-çənə oynağı disfunksiyasının yaranma səbəbləri Gicgah-çənə oynağı disfunksiyasının səbəbləri aşağıdakılardır. Ortodontik - dişlərin hər hansı birinin olmaması, plomblanma zamanı edilən səhvlər, dişləmin düzgün olmaması, breketlərdən istifadə  zamanı yaranan səbəblərdir. Travmatik - gicgah-çənə oynağının travmaları, whiplash sindrom, bədənin digər nahiyələrinin travması. Dayaq hərəkət sistem xəstəlikləri - aşağı ətraf uzunluğunda fərqlər, çanağın rotasiyası, bud-çanaq oynağı displaziyası, skolioz, kəllə və ya üz sümüklərinin deformasiyaları, yastıayaqlıq və s.    Gicgah-çənə oynağı disfunksiyası simptomları Sakitlik zamanı və ya ağzı açarkən bir və ya  hər iki gicgah-çənə oynağında ağrının olması.  Ağzı açarkən oynaqda krepitasiya, şıqqıltı səsinin yaranması.  Anamnezdə gicgah-çənə oynağı travmalarının olması (çıxıq, yarım-çıxıq, xroniki çıxıqların olması) . Gicgah-çənə oynağı hərəkətində məhdudluq, ağzı tam aça bilməmək.  Çeynəmə əzələlərində tonus, bruksizm.  Asimmetriya ( üzdə, çənəaltı nahiyədə), ağzı açarkən etapla açılması.   Daimi və müalicəyə tabe olmayan baş və ya boyun ağrıları, miqren.  Gicgah çənə oynağı disfunksiyasının diaqnostikası Anamnezin toplanması əvvəllər keçirilmiş stomatoloji proseduralar, keçirilmiş travmalar, cərrahi əməliyyatlar haqqında məlumat almaq. Gicgah-çənə oynağı disfunksiyasının obyektiv müayinəsi ağzı açarkən oynaqlarda asimmetriyanın hiss olunması, oynaq başının bir tərəfli və ya ikitərəfli kapsuldan çıxması. Rentgenoqrafiya, ortopanorama, KT komputer tomoqrafiya və ya MRT maqnit rezonans tomoqrafiya ilə instrumental müayinə Ümumi bədən posturologiyasının araşdırılması, kəllə sümüklərinin müayinəsi və s.    Gicgah-çənə oynağı disfunksiyası müalicə üsulları Həkim pasientin patologiyasının səbəbini təyin etdikdən sonra pasient üçün kompleks müalicə üsulları təyin edir. Bu müalicə üsullarının kompleksliyi oynağın ortodont tərəfindən müalicəsi: xüsusi ortez və ya  breketlərdən istifadə. Osteopatik və posturaloji müalicə ümumi bədən biomexaikasının balanslaşdırılması, qamətin bərpası, gicgah-çənə oynağıətrafı əzələ və bağların bərpası, oynaq kapsulunun balanslaşdırılmasından ibarətdir. Boyun fəqərələri atlasın blokadasının aradan qaldırılması, bel əzələlərinin gücləndirilməsi, gicgah və çeynəmə əzələlərinin spazmının aradan qaldırılması gicgah-çənə oynağı disfunksiyasının müalicəsində ən vacib aspektlərdir.    Gicgah-çənə oynağı disfunksiyasını müalicə etməsək fəsadları nədir ? Gicgah çənə oynağı disfunksiyasını müalicə etməsək, orqanizmin kompensator imkanları tükənib, simptomlar daha da ağırlaşa bilir, patologiya proqressivləşib gicgah-çənə oynağında böyük diskomfort yarada bilər.Gicgah çənə oynağının artrozu və hətta ankilozlaşmasına səbəb ola bilər.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 15.06.2020

Övladlarımıza şampun seçimində nələrə diqqət etməliyik hekimtap.az

Övladlarımıza şampun seçimində nələrə diqqət etməliyik

Beləkilə, uşaqlar üçün şampun seçərkən nələrə diqqət etməliyik? 1. Satın alarkən ediləcək ilk meqam tarixinə diqqət yetirmək. 2. Tərkibi yumşaq yuyucu komponentlərdən ibarət olmalıdır. Bunlar betaines, succinates, qlükozidlərdir. 3. Şampun rəngsiz olub, sərt ətirə malik olmamalıdır. 4. pH neytral seçilməlidir. 5. Tərkibində natrium laureth sulfat, natrium xlorid, SLS, ALS qadağan edilmiş konservantlar olmamalıdır. 6.  14yaş üstü olanlar artıq böyüklər üçün olan şampunlardan istifadə edə bilərlər. 7. Şampundan istifadə etdikdə hər dəfə az miqdarda su ilə qarışdırıb istifadə etmək lazımdır. 8. Tərkibi bitki ekstraktları ilə zəngin olmalıdır. 9. Sonda saçlar yaxşı durulanmalı, şampunun qalığı saçda qalmamalıdır. 10. Həftədə 2 dəfə şampun istifadəsi normaldır.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Опубликовано: 14.06.2020

Spinner