SKOLİOZ hekimtap.az

SKOLİOZ

4322
Автор: Revmatoloq-Osteopat Əli Əlizadə, Əlaqə: 050 367-41-47

Опубликовано: 23.02.2021
Али Ализаде

Skolioz nədir?

Skolioz – onurğa sütununun frontal müstəvidə əyilməsidir. Uşaqlarda qamət pozğunluğu adətən intensiv boy artımı zamanı yaranır. Skolioz – onurğa sütununun boylama ox ətrafında patoloji əyilməsidir. Bu zaman daxili orqanlarda da dəyişikliklər baş verir. Orqanlar sıxılır, öz vəziyyətlərini dəyişir.  Nəticədə sonradan həmin orqanların funksional pozğunluğu yaranır. Skolioz qızlarda oğlanlara nisbətən 9 dəfə daha çox rast gəlinir. Risk qrupuna 5-12 yaş arası uşaqlar daxildir. Bu period zamanı onurğa sütunu sürətlə böyüyür. Əgər uşaq düzgün əyləşmirsə, fiziki hərəkətlərlə məşğul olmursa onda skolioz tez-tez rast gəlinir.

Uşağın yaşından asılı olaraq skoliotik deformasiyanın 3 növü ayırd edilir:

  • Körpə və ya infantil — 3 yaşa qədər uşaqlarda;Картинки по запросу "skolioz haqqinda melumat"
  • Uşaq və ya yuvenil — 3 - 10 yaş arası;
  • Yeniyetmə — 10 - 18 yaşa qədər rast gəlinir. 


Adətən valideynlər uşaqları 8-14 yaş arası dövrdə bu problemlə əlaqədar həkimə gətirirlər. Bu periodda xəstəliyin simptomları daha qabarıq şəkildə görünür. Bəzən bu patologiyanı ancaq planlı tibbi müayinə zamanı aşkarlayırlar. 

Əyilmənin istiqamətindən asılı olaraq skoliozun aşağıdakı növləri ayırd edilir:

 

  • С-şəkilli (1 qövs ilə); Картинки по запросу "skolioz haqqinda melumat"
  • S-şəkilli (2 qövs ilə);
  • Z- şəkilli (3 qövs ilə).


Onurğanın döş, bel və ya oma şöbələrində forması dəyişir. Əgər deformasiya 2-3 nahiyəni əhatə edirsə buna kombinə olunmuş skolioz deyilir.
 

 

Skoliozun simptomları

Skoliozun əlamətləri onurğanın boylama ox ətrafında əyilmə dərəcəsindən asılıdır:

  • l dərəcə. Onurğa sütunu 10 dərəcəyə qədər əyilib. Müayinə zamanı kürək sümüklərinin asimmetriyası, qamət pozğunluğu, çiyinlərin müxtəlif hündürlükdə olması qeyd olunur. 
     
  • ll dərəcə. Onurğa sütunu boylama ox ətrafında fırlanır və 10-25 dərəcə əyilir. Düz vəziyyətdə kürək sümüklərinin, sarğı büküşlərinin asimmetriyası qeyd olunur. 
     
  • lll dərəcə. Bu zaman bir kürək digərindən nəzərə çarpacaq dərəcədə yuxarı olur. Çanaq sümükləri əyilir, bir ayaq digərindən qısa olur. Fəqərələr pazvari forma alır, qabırğalar zonasında qabarıqlıq qeyd olunur. Xarici əlamətlərlə yanaşı daxili orqanlara da təzyiq olduğundan ümumi əhval ruhiyyəyə təsir edir. Uşaqda başağrıları, təngənəfəslik, yorğunluq qeyd olunur, hərəkətlər məhdudlaşır. Orqanların yerdəyişməsi ilə əlaqədar həzm və sidik ifrazat sistemində pozğunluqlar yaranır. 
     
  • lV dərəcə. Ən ağır dərəcədir, bu zaman bütün bədən deformasiyaya məruz qalır. Qabırğa zonasındakı qabarıqlıq öndə və arxada qeyd olunur. Həyati vacib orqanlar (ağ ciyərlər, ürək, qaraciyər) normal fəaliyyət göstərə bilmir. Uşağın boynunda, çanağında, ətraflarında güclü ağrı qeyd olunur. Əllər və ayaqlar keyiyir. Vegetativ pozğunluqlar nəticəsində ürək döyüntülərinin və arterial təzyiqin artması olur. İmmun sistem zəifləyir, uşaq tez-tez xəstələnir. 


Skoliozun səbəbləri

Səbəbdən asılı olaraq skolioz anadangəlmə və qazanılmış olur. Anadangəlmə skolioz dölün onurğa sütununun hamiləlik dövründə bətndaxili formalaşmasının pozulması nəticəsində yaranır.

Qazanılmış skolioz aşağıdakı səbəblərdən yaranır:Сколиоз

  • Doğuş travması;
  • Mərkəzi mənşəli uşaq iflici;
  • Əzələ distrofiyası;
  • Poliomielit;
  • Onurğa beyninin zədələnməsi;
  • Metabolik pozğunluqlar;
  • Onurğa sütununa həddən artıq vertikal təzyiqin artması;
  • Düzgün olmayan vəziyyətdə oturmaq və gəzmək


Uşaqların parta arxasında düzgün olmayan vəziyyətdə oturması skoliozu formalaşdıran əsas faktorlardandır. Məhz buna görə də valideynlər və müəllimlər evdə və məktəbdə uşağın düzgün oturmasına diqqət yetirməlidirlər. 


Skoliozun diaqnostikasıКартинки по запросу "skolioz haqqinda melumat"

Onurğa sütununun rentgenoqrafiyası aparılır. Əgər skolioz zamanı daxili orqanların xəstəlikləri də yaranarsa, kardioqrafiya, daxili orqanların ultrasəs müayinəsi, müvafiq ixtisas həkimlərinin konsultasiyası məsləhət oluna bilər.
 

Skoliozun müalicəsi

Onurğa sütununun korreksiyası osteopatiya və reabilitasiya ilə aparılır. Xəstəyə düzgün qamətə, düzgün oturma qaydasına nəzarət olunması tapşırılır. At minmək, üzgüçülüklə məşğul olmaq tövsiyyə olunur. ll-lll dərəcəli skoliozun müalicəsində əlavə metodlar da tövsiyyə olunur:

  • fizioterapiya;Картинки по запросу "сколиоз и остеопатия"
  • osteopatiya; 
  • korset


Skoliozun cərrahi yolla korreksiyası ancaq lll-lV dərəcəli skoliozda, əgər daxili orqanların ciddi sıxılması varsa aparılır.

Uşaq yaşlardan skoliozun müalicəsi proqnostik cəhətdən qənaətbəxş sayılır. Onurğa sütununun elastikliyi qorunduqca, onun vəziyyətini korreksiya etmək mümkün olur. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az