Kriptorxizm
Kriptorxizm oğlan uşaqları doğulduğu zaman bir və ya hər iki xayanın xayalıqda olmaması ilə xarakterizə olunan anadangəlmə anomaliyadır.
Uşqaq urologiyasında xayaların enməməsi və ya kriptorxizm ən çox anadangəlmə anomaliyalardan biri hesab olunur. Bu anomaliya normal doğulmuş körpələrin 4%-də, erkən doğulmuş uşaqların isə 10-20%-də rast gəlinir.
Adətən, kriptorxizmlə doğulmuş uşaqların 75%-də anadan olandan 6 ay müddətində bu anomaliyə öz-özünə aradan qalxır, bu da çox güman ki, testosteronun tədricən artması ilə izah olunur. Bir yaşına çatanadək uşaqların cəmi 1%-də kriptorxizm əlamətləri qalır. Daha sonra tibbi müdaxilə olunmazsa, xayaların xayalığa enmə ehtimalı çox azdır.
Dölün xayalarının formalaşması (testikul) qarın boşluğunda baş verir. Hamiləliyin sonuncu trimestrində xayalar qasıq kanalı ilə xayalığa enir. Hesab olunur ki,xayaların vaxtında və müstəqil olaraq enməsi bir sıra mexanizmlərin hesabına baş verir – qarın boşluğundakı təzyiq, testesteronun lokal səviyyəsi, xayanın istiqamətləndirici bağlarının vəziyyəti və onun xayalığa bərkidilməsi.
Uşaq doğulduqdan sonra testikulların gələcək inkişafı yalnız xayalıqda mümkündür – buradakı temperatur qarın boşluğundakı temperaturla müqayisədə 2-3C aşağıdır. Temperaturlar arasındakı bu fərq normal spermatogenez üçün vacib şərtdir. Adətən enməmiş xayanın ölçüləri vaxtında enmiş xayanın ölçülərindən daha az olur.
Kriptorxizmin başlıca əlaməti bir və ya hər iki xayanın xayalıqda yerləşməməsidir. Uroloq bunu palpator üsulla müəyyənləşdirir. Belə olan halda, xayalıq inkişafdan qalmış, daralmış və asimmetrik görünüşə malik olur.
Kriptorxizm qasıq nahiyəsi və ya qarın boşluğunda gizildəyici və dartıcı ağrı verir. Xayanın qarın boşluğunda lokallaşması zamanı ağrılar bir qayda olaraq, yalnız pubertatda özünü göstərir və əzələ gərginliyi, gücənmə,qəbizlik və ya cinsi oyanma zamanı arta bilir.
Daha böyük yaşlarda kriptorxizm xayaların xərçəngi (seminoma), fertillik pozuntusu (sperma miqdarının azalması), ikitərəfli kriptorxizm zamanı isə sonsuzluğa səbəb ola bilər.
Kriptorxizm xayalığa baxış və palpasiya vasitəsilə aşkara çııxır. Xaya xayalaqda olmayan zaman inkişafdan qalmış və yığılmış şəkildə olur. Qarın boşluğu retensiyası zamanı xaya
nı palpasiya etmək mümkün olmur: digər hallarda xaya qasıq kanalında aşkara çıxır. Xaya qasıq nahiyəsində yerləşdiyi təqdirdə, müəyyən qədər hərəkətli, mütəhərrik olur, yalançı kriptorxizm zamanı asanlıqla xayalığa endirilə bilir.
Həqiqi kriptorxizm zamanı isə xayanı xayalığa endirmək mümkün olmur. Xayalığın xayalıqda yerləşməməsini müvafiq USM müayinəsi təsdiqləyir.
Palpator müayinə vasitəsilə xayanın yerini müəyyənləşdirmək mümkün olmadıqda qarın boşluğu və qasıq nahiyəsinin USM-i, qarın boşluğunun rentgenoqrafiyası aparılır. USM-in verdiyi məlumat yetərli olmazsa, kontrast MRT və ya KT, ağır hallarda isə diaqnostik laparoskopiya tələb oluna bilər.
Yalançı kriptorxizm heç bir müalicə tələb etmir. Həqiqi kriptorxizmin korreksiyası uşaq endokrinoloqları, cərrah-uroloqlar (androloqlar) tərəfindən həyata keçirilir.
Mövzu ilə bağlı video:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az