Osteoporoz
 hekimtap.az

Osteoporoz

Osteoporoz – sümük strukturunun dəyişikliyi ilə yaranan xəstəlikdir. Sümüklərin çəkisi tədricən azalır, onlar daha kövrək olurlar. Xəstəlik azsimptomlu gedir və adətən said sümükləri, bud sümüyü boynu və fəqərə cisimlərinin sınıqlarında aşkarlanır. Osteoporoz, qeyri-infeksion xəstəliklər arasında, ürək-damar, onkoloji xəstəliklər və şəkərli diabetdən sora 4-cü yeri tutur. Oteoporozun inkişafı yaş artdıqca daha da artır. Osteoporozun 2 formasını ayırd edirlər: birincili və ikincili Səbəbləri Osteoporoz polifaktor xəstəkikdir. Birincili osteoporoz, adətən 50 yaşdan yuxarı qadınlarda inişaf edir. Birincili osteoporoz adətən 50 yaşdan böyük şəxslərdə, əmələ gəlmə risk faktorlarına aiddir:  – Ailəvi anamnez ( ailənin yaşlı nümayəndələrin sümük sınıqlarının qeyd olunması);  – Ahıl və qoca yaşlarda;  – Astenik tip bədən quruluşu ( arıq adamlarda);  – Alçaq boy;  – Aybaşının 15 yaşından gec başlanması;  – Erkən klimaks;  – Sonsuzluq;  – Çoxsaylı doğuşlar və uzun müddət süd vermə. Osteoporozun yaranma tezliyi klimaksın baş verməsi ilə artır. 50-55 yaşlı qadınlar kişilrə nisbətən osteoporozdan daha çox əziyyət çəkirlər. 70 yaşda artıq hər 2-ci qadında osteoporoz yaranmış olur. Sümük sıxlığının 10% enməsi zamanı sınıqların yaranma tezliyi 2-3 dəfə artır. Osteoporoz ilk növbədə sümükləri  kövşək toxumasının zədələnməsi ilə biruzə verir. İkincili osteoprozun yaranma risk faktorları  – Endokrin pozğunluqlar (yumurtalıqların funksiyasının pozulması, şəkərli diabet, böyrəküstü vəzi və qalxanvari vəzi funksiyasının pozulması);  – Qidalanmanın pozulması (balanslaşmamış pəhriz, sinir anoreksiyası, qidanın zülal və yağlarla zənginliyi);  – Nikotin və alkoqoldan həddindən çox istifadə;  – Kortikostreoidlərin, antikonvulsantlarınvə heparinin uun müddət qəbulu (1 aydan çox);  – Bağırsaqlardan kalsiumun sorulmasının pozulması;  – Genetik meyilliyin olması;  – Az hərəkətlilik, fiziki yüklnmənin az olması;  – Uzun müddətli yataq rejimi (travmalar və xronik xəstəliklər zamanı). Osteoporozun simptomları Çox zaman osteoporoz uzun müddət əlamətsiz gedişə malik olur. Xəstəliyin yaranmasının yeganə əlaməti onurğa nahiyəsində ( döş və bel nahiyəsi) ağrıların olmasıdır. Osteoporoz zamanı pasientin boyu tədricən azalır, qaməti dəyişilir və onurğa daha az hərəkətli olur. Osteoporozun daha vacib əlaməti sınıqların olmasıdır. (adətən fəqərə cisimləri və dirsək sümüyünün sınığına rast gəlinir). Xüsusi təhlükəli bud sümüyü boynu sınıqları hsab olunur ki, bunlar da əlilliyə gətirirlər. Osteoporozun diaqnostikası Diaqnozun qoyulması pasientin şikayətlərinə əsasən. Xəstəlik tarixçəsinin öyrənilməsi və sümüklərin mineral sıxlığının ölçülməsinə əsasən qoyulur. Sümük sıxlığının müəyyənləşdirilməsi üçün densitometriya istifadə olunur.  Densitometriya təmamilə ağrısızdır və sümüklərin mineral sızlığının ölçüm metodudur. Müayinənin kpməyi ilə sümüklərin kalsium tərkibi haqda məlumat almaq olur ki, bunun köməyi ilə də sümük kütləsi itkisini hələ çox erkən mərhələdə diaqnostika etmək mümkündür. 2 növ densitometriya mövcuddur. Rentgen densitometriyası və ultrasəs densitometriyası. Rentgen densitometriyası daha dəqiq müayinə metodu hesab olunur. Sümük toxuması tərəfindən rentgen şüalarının udulmasını ölçür.: sümük sıxlığının və mineral duzların itkisi zamanı sümük daha şəffaf görünür. Ona görə də daha çox rentgen densitometriyası tövsiyyə olunur. Risk qruuna daxil olan şəxslərə ildə 1 dəfədən az olmayaraq rentgen densitometriyası müayinəsi keçməyi tövsiyyə olunur.  – Profilaktik məqsədlərə (sümük toxumasının mineral sıxlığının müayinəsi dinamikasının qiymətləndirilməsi (risk qrupuna daxil olmasalar belə) ildə 1-2 dəfə aparıla bilər.  – Müayinə üçün xüsusi hazırlıq keçmək tələb olunmur. Yalnız ümumi tövsiyyələrə əməl etməyiniz lazımdır.  – Müayinə aparılan nahiyədə metal implantlar olmamalıdır.  – Mütləq müalicə həkiminin tövsiyyəsi və ya göndərişi olmalıdır. Rentgenoloji müayinə metodları ilə sümük kütləsini 30%- dən çox itirilməsi zamanı diaqnoz qoymaq olar. Osteoporozun müalicəsi Osteoporozun müalicəsində əsas məqsəd- sümük toxumasının azalmasının qarşısıı almaqla eyni zamanda onun bərpa olunmasına çalışmaqdır. Kompleks müalicəyə daxildir: hormonal müaicə ( esterogenlər, gestagenlər, androgenlər), vitamin D, bisfosfonatların və kalsitoninin qəbulu. Osteoporoz zamanı hormonal terapiya cinsdən, yaşdan, risk faktorlarından asılı olaraq dəyişilir. Preparat seçimi zamanı klimaksın fazası, uşaqlığın olub olmaması, qadının postaybaşı qanlı ifrazatın olma istəyindən asılıdır. Hormonal terapiya yanaşı olaraq ağır qaraciyər və böyrək xəstəliklərində, tromboemboliyalarda, kəskin tromboflebitlərdə, uşaqlıq qanaxmalarında,  qadın cinsi orqanlarının şişlərində və şəkərli diabetin ağır formalarında əks göstərişdir. Osteoporozun hormonal müalicəsi prosesində arterial təzyiqin kontrolda saxlanılması və onkositoloji müayinə gərəklidir. Osteoporozun profilaktikası Profilaktika gənc yaşlarından başlanılmalı və bütün ömür boyu davam etdirilməlidir.  Xüsusi diqət cinsi inkişaf dövründə və postmenopauzal dövrdə olan qadınlara ayırmaq lazımdır. Sümük sıxlığının artması və rezorbsiyasının azalmasına, sağlıqlı qidalanma, requlyar fiziki aktivlik təsir göstərir. Alkohol və nikotin qəbulunu azaltmaq lazımdır. Ahıl yaşda osteoporozun risk faktorlarının müayinəsi və ehtiyac olduqda kalsium və vitamin D əlavələrinin qəbul olunması məsləhətdir. Ola ilər ki, profilaktik olaraq hormonal preparatlar təyin olunsun. 50 yaşdan yuxarı qadınlara kalsium ilə zəngin süd məsullarının qəbulu, əgər qida ilə mümkün deyilsə tablet formasının istifadəsi məsləhət görülür. Vaxtı vaxtında osteoporoza görə müayinələrdən keçərək ehtiyac olduqda erkən müalicəyə başlanılması tövsiyyə olunur. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 24.05.2018

Qlaukoma hekimtap.az

Qlaukoma

Qlaukoma nədir? Qlaukoma korluğa səbəb ola biləcək proqressiv bir göz xəstəliyidir. Bu zaman gözdaxili təzyiqin qalxması fonunda torlu qişa hüceyrələrinin sıradan çıxması baş verir, gözün  görmə siniri atrofiyaya uğrayır və görmə siqnallarının beyinə ötürülmə prosesi pozulur. İnsan pis görməyə başlayır, pereferik görmə pozulur, nəticədə görmə zonası məhdudlaşır.   Qlaukoma (yunan dilindən tərcümədə “dənizin yaşıl rəngi”mənasını verir) haqqında məlumatlara Hippokratın işlərində rast gəlinir (e.ə. 400-cü il). Lakin bu xəstəlik haqqında müasir təsəvvürlər IX əsrin əvvələrində formalaşmağa başlamışdır. Müasir dövrdə qlaukoma dedikdə, kifayət qədər böyük qrup xəstəliklər nəzərdə tutulur və bu xəstəliklərin yaranma səbəbləri və gedişatı müxtəlifdir. Bu xəstəliklərin inkişaf səbəblərinə dair bu günə kimi vahid bir fikir yoxdur. Lakin o məlumdur ki, vaxtında mütəxəssis müdaxiləsə olmazsa, bunu bir nəticəsi var- görmə sinirinin atrofiyası və korluq.    Dünya Səhiyyə Təşkilatının statistikasına görə qlaukoma 5 milyondan artıq insanın korluğuna səbəb olub. Bu, dünyadakı bütün kor insanların 13,5%-ni təşkil edir.     Qlaukomanın yaranma səbəbləri Sağlam gözdə daim müəyyən stabil  təzyiq (18-22 mm c.s.)  mövcuddur. Bu maye axının balansı nəticəsində baş verir. Qlaukoma zamanı sirkulyasiya pozulur, maye toplanması yaranır və nəticədə gözdaxili təzyiq artmağa başlayır. Bu zaman görmə siniri və gözün digər strukturlarının üzərinə artıq yük düşür, gözün qan dövranı pozulur. Nəticədə göz siniri atrofiyaya uğrayır, görmə siqnallarının beyinə ötürülməsi dayanır. İnsan pis görməyə başlayır, pereferik görmə pozulur, nəticədə görmə zonası məhdudlaşır – yekunda korluq yaranır. Qlaukomanın əlamətləri Qlaukomanın əsas əlamətləri aşağıdakılardır:  – Gözlərdə ağrı, kəsilmə hissi, ağırlıq hissi, görmə sahəsinin daralması;  – Görmənin dumanlanması, gözlərin önündə “torun” yaranması;  – Parlaq işığa, məsələn, lampaya baxarkən gözlərin önündə “halqaların” əmələ gəlməsi;  – Sutkanın axşam və gecə saatlarında görmənin pisləşməsi;  – Gözlərin nəmlənməsi hissi;  – Göz ətrafında zəif ağrılar;  – Gözlərin qızarması. Qlaukomanın iki forması var: açıq bucaqlı qlaukoma və bağlı bucaqlı qlaukoma. Bu formalar özlərini müxtəlif simptomlarla büruzə verirlər. Qlaukomanın diaqnostikası Xəstəliyin başlanmasını müəyyənləşdirmək üçün gözdaxili təzyiqin ölçülməsi kifayət deyil. Bundan başqa, göz dibi və görmə sinirinin diski diqqətlə müayinə olunmalı, həmçinin, görmə sahəsi öyrənilməlidir. Bir sözlə, ciddi diaqnostik müayinə aparılmalıdır.   “Aysmed” klinikasının oftalmoloji şöbəsində müasir kompüterləşmiş avadanlıqların köməyi ilə kompleks müayinələr həyata keçirilir. Qlaukomanın müalicəsi Qlaukoma vaxtında aşkarlanarsa, onun həm medikamentoz, həm də  cərrahi metodla müalicəsi mümkündür. Unutmayın ki, xəstəliyin müayinəsi və müalicəsi vaxtında başlanmazsa, görmənizi ömürlük itirə bilərsiniz. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az    

Published: 23.05.2018

Karpal tunel sindromu
 hekimtap.az

Karpal tunel sindromu

Karpal tunel sindromu nədir? Əlimizin hissiyyatı və əzələlərinin işi 3 ədəd sinir tərəfindən təmin olunur. Bu sinirlərin ən böyuk olanı  Median sinirdir. Median sinirin əl biləyindəki karpal tuneldən keçərkən sıxılmasına Karpal Tunel Sindromu deyilir. Sinirin sıxılmasına səbəb tunel içərisindəki təzyiqin artması və ya tunelin daralmasıdır. Karpal Tunel sindromu kimlərdə rast gəlinir? 1. Uzun müddətli klaviatura istifadə edənlər; 2. Pianino və gitara çalan musiqiçilərdə; 3. Şəkərli diabet, revmatoidli artrit, hipotireodit, həddən artıq bədən çəkisi olan insanlarda. 4. Hamilə qadınlarda; 5. Yaşa bağlı olaraq kirəclənmə; 6. Qadınlarda kişilərə nisbətən 3 dəfə çox rast gəlinir. Karpal Tunel sindromunun əlamətləri Gücsüzlük Tez yorulma Xüsusilə ilk 3 barmaqda keyləşmə Barmaqlarda yanma hissi Biləkdən qola yayılan ani və kəskin ağrı Daha çox səhərlər müşahidə edilən şişlik Ağrı və keyləşmə, xüsusilə gecələr daha da şiddətli olur. Karpal Tunel Sindromunun diaqnostikası Bu xəstəliyin araşdırılması və diaqnozunun qoyulması nevropatoloq və neyrocərrahlar tərəfindən xəstənin kliniki müayinəsi əsasında aparılır. Karpal Tunel sindromunun diaqnozunun qoyulmasi üçün bilək nahiyyəsinin  aşağıdakı müayinə üsullarından istifadə olunur: 1. EMG 2. MRT 3. USM Karpal Tunel Sindromunun müalicəsi Xəstəliyin ağırlıq dərəcəsinə uyğun olaraq, dərman müalicəsi:  1. fizioterapiya 2. Dərman müalicəsi 3. Cərrahi müalicə icra olunur. 4. Proloterapiya Müalicə zamanı xəstəyə ağrıları azaldacaq dərmanlar təyin edilir, steroid inyeksiyalar  vurulur. Başlangıç dönəmində əl biləyi hərəkətlərinin məhdudlaşdırılması və bilək ortezi istifadə etmək tövsiyə olunur.  Müalicədə istifadə olunan fizioterapevtik üsullar bunlardır: 1. Ultrasəs 2. Tens 3. Maqnitoterapiya 4. Termo-tekar 5. Karpal Tunel Sindromunun profilaktikası Karpal tunel sindromunun profilaktikası üçün, Masaüstü kompyüter istifadə edənlər rahat bir klaviatura seçməlidirlər. Biləklər üçün müxtəlif  biləkaltı dəstəkləyici məhsullar istifadə etmək lazımdır.Burada önəmli olan qolun dirsəyə qədər olan qisminin dəstəklənməsidir.  Əllər vasitəsilə qısa amplitudalı sürətli təkrari hərəkətlər edildiyi zaman müəyyən müddətdən bir fasilə etmək lazımdır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 23.05.2018

Qida borusunun anadangəlmə atreziyası
 hekimtap.az

Qida borusunun anadangəlmə atreziyası

Qida borusunun atreziyası nədir? Qida borusunun atreziyası – qida borusunun natamam inkişafıdır. Qida borusunun atreziyası zamanı qida borusu daralır və ya sonluğu kütəlmiş olur, yəni o, mədəyə normal birləşmir. Atreziya ilə doğulmuş körpələrin çoxunda traxoezofaqeal sviş – qida borusu ilə traxeyanın patoloji birləşməsi müşahidə edilir.   Qida borusunun atreziyasının əlamətləri Qida borusu artreziyasının əlamətləri doğuşdan dərhal sonra özünü büruzə verir. Ağız və burundan dayanmadan qatı köpüyün gəlməsi – yalançı hipersalivasiya xarakterikdir. Bu zaman seliyin bir hissəsi tənəffüs yollarına düşür, uşaq boğulmağa başlayır ki, bu da sianoz tutmalarla özünü göstərir.   İlk qidalanmadan dərhal sonra (bir-iki qurtumdan sonra) qida ya geriyə qayıdır (tam atreziya zamanı), yaxud da tənəffüs yollarına düşür (qida borusu-traxeal svişi zamanı). Bu, özünü güclü öskürək tutmaları, sianoz, tənəffüsün pozulması ilə - təngənəfəslik, tənəffüs ritminin pozulması, ağciyərlərdə xarıltılarla özünü göstərir.   Aşağı qida borusu-traxeal svişi zamanı tənəffüs yoluna mədədəki maddələr düşür ki, bu da tənəffüs çatışmazlığı sindromunun inkişafına səbəb olur. 2-3 saat ərzində müdaxilə olunmazsa uşağın vəziyyəti qəfil pisləşir, aspirasiyalı pnevmoniya inkişaf edir, bu da qida və seliyinin tənəffüs yollarına düşməsi ilə səciyyələnir. Xəstənin vəziyyəti ağırlaşır, orqanizmin sürətlə suzuzlaşması və zəifləməsi müşahidə olunur.   Ümumi simptomlar: dərinin göyərməsi (sianoz), öskürək, ağız suyunun normadan artıq ifrazı. Qida borusunun atreziyasının yaranma səbəbləri Qida borusu atreziyasının yaranma tezliyi 1:3000-4000 kimidir. Oğlanlarda və qızlarda rastgəlmə tezliyi eynidir. Traxeya və qida borusu eyni ruşeym başlanğıcından inkişaf edir - ön bağırsağin sonundan və inkişafın erkən mərhələsində  bir-birilə birləşirlər. Əgər embriogenezin 4-5-ci-həftələrində onların ayrılması baş verməzsə, traxeya-qida borusunun svişi yaranır, nəticədə qida borusunun yuxarı və aşağı ucları birləşmir – qida borusunun atreziyası formalaşır. Qeyd olunur ki, qida artreziyalı uşağın doğuşuşu ilə nəticələnən hamiləliyə mayenin artıqlığı və ilk trimestrdə hamiləlik düşüyü təhlükəsi xarakterikdir.   Qida borusunun atreziyasının diaqnostikası Əgər yeni doğulmuşda müvafiq əlamətlər yaranarsa, dərhal qida borusunun keçiriciliyini yoxlamaq vacibdir. Bunun üçün qida borusunun  kateterizasiyası həyata keçirilir. Əgər katetri damaqdan başlayaraq 10-12 sm-dən dərinə daxil etmək mümkün olmursa, bu, qida borusu atreziyasının əlamətidir. Qida borusu-traxeal sviş zamanı katetri mədəyə daxil etmək mümkün olmur. Həmçinin, hava probu aparılır:qida borusunda olan katetrə şpris vasitəsilə hava vurulur. Əgər vurulan hava həmin an səslə uşağın ağzından və burnundan qayıdarsa, bu, qida borusu-traxeal svişə dəlalət edir. Diaqnozu rentgenoloji müayinə təsdiqləyir: kontrastla və kontrastsız. Aşağı qida borusu-traxeal sviş zamanı mədə və bağırsaqlarda hava aşkara çıxır. Həmçinin, ezofaqoskopiyavə traxeobronxonskopiya aparılır. Qida borusunun atreziyasının müalicəsi Qida borusunun atreziyası aşkara çıxarsa, təcili cərrahi müdaxilə göstərişdir. Əməliyyata hazırlıq zamanı ağız, burun-boğazın 15 dəqiqədən bir aspirasiyası aparılır, oksigen verilir. Metabolik pozuntuları korreksiya etmək üçün infuzion, antibakterial və simptomik terapiya aparılır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 23.05.2018

Prostat adenoması
 hekimtap.az

Prostat adenoması

Prostat adenoması nədir? Prostat adenoması prostatın xoşxassəli şişidir. Buna prostat vəzinin xoşxassəli hiperplaziyası da (böyüməsi) deyilir.  Yaşı 40-dan yuxarı olan kişilərin üçdən birində hormonal dəyişikliklər səbəbindən prostat vəzi böyüyür. Prostat adenoması 50 yaşdan sonra daha aktiv inkişaf edir və bu diaqnoz hər iki kişidən birinə qoyulur. Sidik kanalı (uretra) prostatın mərkəzindən keçdiyindən və vəzinin adenoması zamanı onun toxumaları daxilə yönəldiyi üçün sidik kanalının qismən və ya tamamilə sıxılır. Bu da sidik ifrazı ilə bağlı problemlər yaradır.   Şikayətlər  prostatın elə dərəcədə böyüməsi zamanı yaranır ki, sidik kisəsinin, sidiyi daralmış uretradan itələməyə gücü çatmır. Sidik şırnağı zəifləyir, sidik ifrazına başlamaq üçün kişi da çox vaxt və güc sərf etməli olur, həmçinin sidiyə yanlış çağırılışlar da qeydə alınır.   Kişilərdə prostatın inkişafı erkən uşaq yaşlarından başlayır və 20-25 yaşlarında sona çatır. Böyük yaşlı kişidə prostatın normal həcmi 23-25 sm3, çəkisi isə 20 qr-dır. 40 yaşından sonra prostat yenidən böyüməyə başlayır və bu, təbii prosesdir. Vəzinin ölçülərinin böyüməsi kişi orqanizmində baş verən hormonal dəyişikliklərlə əlaqədardır. Prostatın böyüməsi kişinin fizioloji xüsusiyyətlərinə görə problem yaratmaya da bilər. Bəzi kişilərdə prostat daha gec böyüməyə başlayır, bəzilərində isə sidik kanalı təbii olaraq genişdir və bu səbəbdən də pasiyent prostat adenomasının aləmətlərini his etmir.   Prostat adenomasının əlamətləri Prostat vəzinin sıxdığı uretradan sidiyi ifraz etmək üçün kisənin toxumaları daha artıq işləməli olur, lakin bu, heç də həmişə uğurla baş vermir. Nəticədə qalıq sidik, sidik kisəsində toplanır. Bu isə sidik kisəsi və sidik yollarının iltihabı, həmçinin böyrək problemlərinə gətirib çıxara bilər. Prostat vəzinin əlamətləri aşağıdakılardır:  – Sidiyi saxlamaq çətinləşir və ya ümumiyyətlə, mümkün  olmur;  – Sidik şırnağı zəifləyir;  – Tez-tez sidiyə getmə müşahidə olunur;  – Sidik ifrazı zamanı onun miqdarı kifayət qədər olmur;  – Sidik ifrazına başlamaq üçün vaxt tələb olunur;  – Sidik ifrazı zamanı yanma hissi qeydə alınır;  – Sidik bulanıq və ya qanlı olur;  – Sidik kisəsinin tam boşalmaması hissi yaranır; Prostat adenomasının müalicəsi Prostat adenomasının müalicəsi bir neçə metodla aparılır. İlkin mərhələdə medikamentoz müalicə effektiv ola bilər. Lakin təcrübə göstərir ki, əksər hallarda prostat adenoması simptomları təkrarlana bilər. Belə hallarda adenomanın cərrahi yolla kənarlaşdırılması göstərişdir. Prostat adenomasının profilaktikası Prostat adenomasının profilaktikası məqsədilə aşağıdakı tədbirləri həyata keçirmək tövsiyə olunur:  – Soyuqlamadan, o cümlədən aşağı ətrafların soyumasından qorunmaq;  – Siqaret çəkmək vərdişini tərgitmək (sidik kisəsində xərçəngin yaranması siqaret çəkənlərdə 2-3 dəfə çoxdur);  – Qida rasionunu nizamlamaq, acı, turş və yağlı qidaları rasiondan çıxarıb, meyvə-tərəvəzə üstünlük vermək tövsiyə olunur;  – Alkohollu içkiləri və kofeni məhdudlaşdırmaq və ya tamamilə istisna etmək;  – İmkan daxilində stresdən uzaq olmaq;  – Mümkün qədər sidik ifrazını süni şəkildə saxlamamaq, sidik ifraz edərkən isə sidik kisəsini tam boşaltmaq lazımdır;  – Gecə tez-tez sidik çağırışları olursa, yuxudan 2-3 saat əvvəl maye qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur;  – Prostat adenomasının əlamətləri özünü göstərərsə, qısa zamanda mütəxəssisə müraciət etmək lazımdır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 21.05.2018

Yetkinlik dövründə oğlanların cinsi inkişafı
 hekimtap.az

Yetkinlik dövründə oğlanların cinsi inkişafı

Hər bir valideyn öğlan övladının cinsi yetişkənliyi barədə məlumatlı olmalı, gələcyin kişisinin necə inkişaf etməsinin normaları və normadan kənarlaşmaları bilməlidir. Bu məqalədə qeyd olunan mövzuda sizə geniş məlumat veriləcək. Cinsiyyət orqanlarının doğuşa qədər formalaşması Cinsiyyət orqanlarının formalaşması embrional periodda başlanır. Onların sağlamlığına bir sıra faktorlar təsir edir. Məsələn, yeniyetməlik dövründə cinsi inkişaf problemləri anadangəlmə gen anomaliyaları, həmçinin gələcək ananın keçirdiyi infeksion xəstəliklərin nəticəsində yarana bilər.      Oğlanların cinsiyyət orqanlarının normaları  Oğlan uşaqlarının valideynləri ilk növbədə uşağın cinsiyyət orqanlarının düzgün inkişafına diqqət yetirməlidirlər. Belə ki, bu orqanlarda baş verən anomaliyalar daha nəzərəçarpandır. Əgər valideynlər mövcud anomaliyanı diqqətdən qaçırsalar, onları müalicə etmək daha çətin olacaq. Əvvəlcə əmin olmaq lazımdır ki, uşağın cinsiyyət orqanı düzgün formalaşıb:  – Sidik kanalı cinsiyyət orqanı boyunca uzanıb baş hissədə açılır;  – Xayalar xayalıqda yerləşir;  – Sünnət dərisi hərəkətlidir və cinsiyyət orqanının başını sıxmır;  – Aralıq nahiyəsində əlavə dəlik və yarıqlar yoxdur. Nəzərdə saxlayın ki, cinsiyyət orqanlarının bütün anomaliyaları erkən uşaqlıq dövründə daha asan korreksiya olunur. Ona görə də istənilən şübhələr zamanı mütəxəssisə müraciət etmək lazımdır.    Oğlanlarda cinsi yetişkənliyin mərhələləri Keçid dövrünə qədər oğlanların inkişafı hormonal ifrazat olmadan, yəni sakit keçir. Onların aktiv cinsi inkişafı qız uşaqlarından təxminən 2 il sonra başlayır. Androloqlar hesab edirlər ki, oğlanlarda cinsi yetişkənlik nə qədər tez başlayarsa, onlarn cinsi konstitusiyası bir o qədər güclü olar. Bir şərtlə ki, endokrin sistemdə problemlər olmasın. Hər bir yetkinlik əlaməti öz vaxtında inkişaf etməlidir. Onlara ardıcıl şəkildə nəzər salaq: 11 yaşdan etibarən oğlanlarda cinsiyyət orqanı böyüməyə başlayır. Əgər bu yaşda orqanın sakit vəziyyətdə uzunluğu 4sm-dirsə, 14 yaşında 7sm-dək, 18 yaşında isə 10 sm-dək olur. Lakin bu rəqəmlər qətiyyən heç bir normadan xəbər vermir. Yəni ölçülər haqqında hər hansı standart mövcud deyil.   11-12 yaşlarında oğlan uşağını növbəti ciddi cinsi dəyişkənlik gözləyir – xayaların böyüməsi. 12-13 yaşlarında qasıq nahiyəsinin tüklənməsi başlayır. Bu, kifayət qədər uzun prosesdir. 15-16 yaşadək tüklənmə romb formasını alır, 17-18 yaşlarında isə tədricən yanların iç hissəsinə keçir. 13-14 yaşlarında səs temberi dəyişir və “adam alması” (qırtlaq) formalaşır. Səsin tam “kişiləşməsi” 17 yaşa təsadüf edir.   14 yaşdan etibarən oğlanların qoltuq nahiyəsində tüklənmə başlayır.15 yaşında tüklər çoxalır, 17 yaşında isə tam tüklənmə baş verir. 13-14 yaşlı oğlanlarda isə hələlik, bığ nahiyəsində xırda tüklər əmələ gəlir. Bu tüklər 15-16 yaşlarında bığa çevriləcək. Oğlanların cinsi yetişkənliyinə dəlalət edən vacib məqamlardan biri də döş uclarının fizioloji bərkiməsidir. Əgər bu zaman döş ucu nahiyəsində ağrılar yaranarsa, bu, cinsi yetişkənliyin normal göstəricisidir. 14-15 yaşlarında kişi cinsiyyət hüceyrələri -  spermatozoidlər əmələ gəlməyə başlayır. Oğlan uşaqlarında pollyusiyalaların (ilk sperma atışı) baş verməsi məhz bu dövrə təsadüf edir. Bu, normal fizioloji prosesdir.   Cinsi yetişkənlik tam olaraq 16-20 yaşlarında başa çatır. Bu, o deməkdir ki, “uşaqlar” artıq ata ola bilərlər. Lakin bu fizioloji göstəricidir, psixoloji yetkinlik daha sonrakı illərdə baş verir.  Seksual həvəs və pollusiyanın yaranması Böyüməkdə olan oğlan uşaqlarında cinsi həvəs təxminən 12 yaşından başlayır və bu mərhələli şəkildə baş verir. Əvvəlcə platonik məhəbbət dövrü başlayır. Bu zaman oğlan öz hisslərinin yönəldiyi obyektə qayğı göstərməyə çalışır və heç bir seksual həvəsi olmur. İkinci fazada yuxarıda qeyd olunan hisslər seksual fantaziya və erotik yuxularla müşayiət edilir. Burada ayıb olan heç nə yoxdur, uşaq sadəcə böyüyür. Növbəti mərhələ 15-16 yaşlarına təsadüf edir. Bu, masturbasiya dövrüdür. Məhz bu dövrdə valideynlər narahatlıq keçirirlər, mütəxəssislər isə bunu “məşq dövrü” kimi dəyərləndirirlər. Valideynlər başa düşməlidirlər ki, burada normadan kənar heç nə yoxdur.  Əgər ata-bala arasında yaxın münasibətlər varsa, onlar “kişiyana” söhbət etməli və uşaq anlamalıdır ki, onun hərəkətləri normaldır. Lakin gələcəkdə bu “məşqlər” mütəmadi hala keçərsə, bu zaman uşağın psixikasına travma yetirmədən onu androloq və ya psixoloqa göstərmək lazımdır.    Mütəxəssis müdaxiləsinə nə zaman ehtiyac var? Əgər cinsi yetişkənlik vaxtından əvvəl və ya gec baş verərsə, androloqla məsləhətləşmək lazımdır. Çünki bunlar hormonal pozuntulardan xəbər verə bilər. Endokrin problemlər isə ciddi yanaşma tələb edir. Normadan kənaraçıxmaların başqa səbəbləri də ola bilər. İstənilən halda, mütəxəssisə müraciət etməyiniz tələb olunur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 21.05.2018

Endokrin sonsuzluq
 hekimtap.az

Endokrin sonsuzluq

Endokrin sonsuzluq nədir? Qadınlarda “Endokrin sonsuzluq” məfhumu ümumişlək bir termin olub, buraya müxtəlif pozuntular aiddir. Yaranma səbəbindən asılı olmayaraq, onların əsasında yumurtalıq funksiyasının pozulması dayanır. Bu da ovulyasiyanın pozulmasına və ya onun qeyri-müntəzəmliyinə gətirir. Endokrin sonsuzluq qdınlarda sonsuzluğun səbəblərinin 30-40%-ni təşkil edir. Endokrin sonsuzluğun səbəbləri Endokrin sonsuzluğun səbəbindən asılı olmayaraq, onun əsasında yumurtalıqların funksiyasının kəskin pozulması dayanır. Bu davamlı olaraq ovulyasiyanın ( yumurtlama) olmaması və ya onun qeyri- müntəzəm olması ilə xarakterizə olunur. Anovulyasiya Mərkəzi sinir sistemi və immun sistemin funksiyasının pozulması zamanı, daxili sekresiya vəziləri və hədəf orqanların funksiyalarının pozulması zamanı baş verir. Endokrin sonsuzluğa səbəb olan anovulyasiya aşağıdakıların nəticəsində yarana bilər:  – Hipotalamo-hipofizar disfunksiya Adətən kəllə-beyin travmaları və döş qəfəsi travmaları, hipotalamo-hipofizar zonanın şişləri zamanı rast gəlinir. Bu zaman hiperprolaktinemiya ( prolaktinin artması) müşahidə olunur. Prolaktinin sekresiyasının artması hipofizdən cinsi hormonların siklik ifrazını ləngidir, bu da yumurtalıqların funksiyalarının sönərək, aybaşının ləngiməsi, anovulyasiyanın inkişafına və endokrin sonsuzluğa gətirir.  – Yumurtalıq və böyrəküstü vəzi mənşəli hiperandrogeniya Qadın orqanizmində az miqdarda androgenlərin (kişi cinsi hormonlarının) olması, cinsi inkişafa və yumurtalıqların düzgün funksiya göstərməsi üçün vacibdir. Androgenlərin artmış ifrazı isə ya yumurtalıqlar,  ya da böyrəküstü vəzi tərəfindən, bəzən isə hər ikisi tərəfindən ola bilər. Çox zaman hiperandrogeniya polikistoz yumurtalıqlar sindromunu müşayət edərək endokrin sonsuzluğa, hirsutizm (tüklənmə), qanaxma və ya aybaşıının olmaması, yumurtalıqların ikitərəfli zədələnməsinə gətirir. Böyrəküstü vəzi mənşəli hiperandrogeniya adətən böyrəküstü vəzinin qabıq maddəsinin hiperplaziyası (qalınlaşması) nəticəsində yaranır. Bəzən ikincili olaraq prosesə yumurtalıqlar da qoşula bilər.  – Qalxanvari vəzinin funksiyasının pozulması  – Hipotireoz və toksik urun gedişi zamanı çox vaxt anovulyasiya, ikincili hiperprolaktinemiya (prolaktinin artması), endokrin sonsuzluq, hamiləliyin sona qədər çatdıra bilməmək və dölün anomaliyaları ilə  müşayət olunur.  – Esterogen və progesteron defisiti Qadın cinsi hormonlarının defisiti,  endometriumun natamam hazırlanmasına, uşaqlıq borularının dəyişikliyinə gətirir, döl yumurtasının uşaqlıq boşluğuna yapışmasına mane olur. Bu da hamiləliyin sona çatdırıla bilməməsinə və endokrin sonsuzluğa gətirir.  – Ağır somatik xəstəliklər (sirroz, hepatitlər, hansılar ki, qaraciyər toxumasının zədələnmədinə səbəb olurlar, vərəm, autoimmun və sistem xəstəlikləri, müxtəlif lokalizasiyalı bədxassəli şişlər);  – Piylənmə və ya əksinə çəki defisiti Piy toxuması orqanizmdə endokrin orqan funksiyasını yerinə yetirir, reproduktiv sistemə və bütün orqan və toxumalardakı metobolik proseslərə təsir göstərir. Piyin artıq toplanması hormonla disbalansa və endokrin sonsuzluğun inikşaf etməsinə səbəb olur. Yağ qəbulunun azaldılması və kəskin çəki ititrilməsi isə yumurtalıqların normal funksiya göstərməsinə mane olur.  – Rezistent yumurtalıqlar sindromu (Savaj sindromu) Sindromun əsasında hipofizar-yumurtalıq zəncirindəki pozuntular, yumurtalıqların reseptor aparatının ovulyasiyanı stimulyasiya edən qonadotropin hormonlara qarşı həssaslığının pozulması dayanır, bu da ikincili amenoreya (aybaşının olmaması), endokrin sonsuzluğa gətirir. Yumurtalıqların zədələnməsinə qızılca və qripp virusları ilə xəstələnmə, avitaminoz, əvvəllər olan hamiləliklərin patologiyası, avitaminoz, aclıq, stres situasiyalar ola bilər.  – Vaxtından əvvəl menopauza (üzülmüş yumurtalıqlar sindromu) 35-38 yaşlı qadınlarda yaranır, xarakter dyişikliklər olur və endokrin sonsuzluğa gətirir.  – Cinsi xromosomların mutasiyaları ilə bağlı yaranan xəstəliklər Cinsi xromosom anomaliyaları ilə əlaqədar olan xəstəliklər zamanı, qadın cinsi hormonlarının çatışmazlığı, cinsi infantilizm, birincili amenoreya və endokrin sonsuzluq yaranır. Endokrin sonsuzluğun simptomları Əsas simptomları hamiləliyin baş verməməsi və aybaşı tsiklində sürüşmələrin olmasıdır. Aybaşı tsikli ləngimələrlə (bir neçə həftədən aya kimi) ola bilər və ya heç olmaya bilər. Bəzən aybaşı arası qanaxmalar müşahidə oluna bilər. Endokrin sonsuzluğu olan bəzi qadınlarda aybaşı tsikli çox zaman anovulyator xarakter daşıyır, ancaq davam etmə dörünə görə isə normal tsiklə bənzəyə bilər (21-36 gün). Bu zaman söhbət aybaşıdan yox, aybaşıya bənzər qanaxmalardan gedir. Bəzi pasientlərdə döşdən süd gəlmə (prolaktinin artması ilə laqədar) müşahidə oluna bilər. Yanaşı olaraq süd vəzilərində gərginlik, döşdən süd gəlmə (prolaktinin artması ilə əlaqədar) ola bilər. Aybaşı öncəsi vəziyyətin pisləşməsi xarakter əlamətdir. Hiperandrogeniya zamanı hirsutizm (tüklənmə), akne (səpgilər), saçların tökülməsi və ya əksinə saç tökülmə müşahidə oluna bilir. Həmçinin arterial təzyiqin dəyişkənliyi, piylənmə və ya arıqlama müşahidə oluna bilər. Endokrin sonsuzluğun diaqnostikası İlk növbədə endokrin sonsuzluqlu pasientdə düzgün anamnez toplanmalıdır. Ümumi baxış ilə pasientin boyu, çəkisi, piylənmənin olub olmaması, tüklənmə, süd vəziləri və ikincili cinsi əlamətlərin inkişaf dərəcəsinə baxılır. Ginekoloq konsultasiyası istənilir. Ümumi baxış və ginekoloqun müayinəsindən sonra endoksin sonsuzluğun səbəbi araşdırılır. Yumurtalıqların hormonal funksiyası və ovulyasiyanın olub-olmamasını hormonal müayinələr və follikulun ultrasəs monitorinqi əsasında müəyyənləşdirilir. Ovulyasiyanın olub-olaması faktı qanda progesteron və sidikdə preqnandiol ilə təsdiqlənə bilər. Endokrin sonsuzluğun səbəbinin aşkarlanması üçün aybaşı müəyyən günlərdə yoxlanılır. Ehtiyac olduqda, hormonal sınaqlar təyin olunur. Endokrin sonsuzluğun müalicəsi Müalicənin ilk mərhələsində endokrin vəzilərin pozulmuş funksiyalarının normallaşdırılması (şəkərli diabetin, piylənmə, böyrəküstü vəzilərin, qalxanvari vəzilərin pozulmuş funksiyasının  korreksiyası, şişlərin əməliyyatla çıxarılması və s.) Daha sonra ehtiyac olduqda, dominant follikulun və ovulyasiyanın stimulyasiyası aparılır. Əksər hallarda endokrin sonsuzluq hormonal müalicəyə tabe olur, qalan hallarda cərrahi korreksiyaya ehtiyac ola bilər. Bəzi daha çətin situasiyalarda ekstrokorporal döllənmə metodu tövsiyə olunur. Endokrin sonsuzluqdan əziyyət çəkən qadında hamiləliyə nail olmaq və sona qədər çatdırmaq üçün problemə kompleks yanaşılmalıdır. Endokrin sonsuzluğun profilaktikası Sonsuzluğun endokrin formalarının profilaktikası uşaq yaşlarından başlanılmalıdır. Uşaq və yeniyetməlik dövründə uşaq infeksiyalarının, revmatizmin, qripp və toksoplazma kimi infeksiyaların qarşısı alınmalı, hipotalamo-hipofizar-yumurtalıq zəncirindəki funksional pozuntular korreksiya olunmalıdır. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 21.05.2018

Skolioz və onun müalicəsi
 hekimtap.az

Skolioz və onun müalicəsi

Skolioz nədir? Skolioz – onurğanin öz oxu ətrafında sağa və sola və ya hər iki tərəfə eyni zamanda əyilməsidir. Skolioz müxtəlif yaşlarda və onurğanın müxtəlif nahiyələrində görülə bilər. Skoliozun simptomları Çiyin və omba nahiyələrində bərabərliyin pozulmasi, döş qəfəsinin asimmetriyası, kürək nahiyəsində qabarıqlıq, onurğanın deformasiyası (yana əyilməsi), kürək və bel nahiyələrindən qabırğaarası nahiyyəyə qədər irradiasiya edən agrılar. Skoliozun səbəbləri Skoliozlar anadangəlmə və qazanılma olur. Anadangəlmə skoliozlar 0-3 yaş aralığında rast gəlinir. Qazanılma skoliozların bir cox səbəbləri var. Miopatik-əzələ zəifliyi nəticəsində inkişaf edən, displastik-sklet-əzələsinin qeyri-düzgun inkişafi nəticəsində, ideopatik – səbəbi məlum olmayan yəni travmatik zədələnmələr, onurğanın sınması, postur pozuntuları, zəif fiziki şəxslərdə və s. Qazanılmış skoliozlara ən çox yetkinlik yaşlarında rast gəlınır. Skoliozun diaqnostikası Həkim müayinəsində xəstə vizual olaraq bir sıra testlər və ölçmələr vasitəsilə müəyyən olunur. Xəstəyə ayaq ustə çəkilmis rentgen müayinəsi edilir, onurğanın elastikliyi test olunur. Rentgen muayinəsi əsasında skoliozun əyrilik dərəcəsi Cobb bucaği, vertebral dönmə dərəcəsi təyin olunur. Bu muayinələr onəmli parametlərdəndir. Skoliozun növləri Skolıozlar sadə və mürəkkəb olur. Sadə skolozlar onurğanın oz oxu ətrafında bir istiqamətdə əyilməsidir bura C forma skoliozları aid etmək olar. Mürəkkəb skoliozlar onurğanın öz oxu ətrafında iki və daha çox istiqamətdə əyilməsidir bura S forma və qarışıq formalar aiddir. Dərəcəsinə gorə 4 yerə bölünur:  – 1-ci dərəcə – 10;  – 2-ci dərəcə – 1-30;  – 3-cü dərəcə – 31-50;  – 4-cü dərəcə – 51 və yuxarı.  – Səviyyəsinə görə: bel, döş, döş-bel. Skoliozun müalicəsi  – Fizioterapevtik;  – Reabilitasiya;  – Proloterapiya üsulu ilə (qeyri-cərrahi müalicə);  – Cərrahi;  – 18-20 dərəcəyə qədər olan skoliozlara yalnız mualicəvi idmanlar tətbiq olur. Daha irəli dərəcələrdə fizioterapevtik prosedurlar, reabilitasiya-xüsusi  proqram tərtib olunur. Buraya daxildir:  – Aşağı tezlikli və impuls cərəyanlı elektroterapiya;  – Elektrostimulyasiya;  – Ümumi UBŞ şualanma;  – Traksion terapiya;  – Manual terapiya;  – Müxtəlif aplikasiyalar;  – Massaj;  – Sualtı dartınmalar;  – NaCl vannaları;  – Korset;  – Xüsusi korriqəedici idmanlar. Skoliozun profilaktikası Skoliozun profilaktikasi əsaslanir:  – Miostimuləedici metodlar-əzələ tonusunu qaldırılması;  – Metobolik metodlar-metobolizm və maddələr mübadiləsinin sürətlənməsi;  – Vitaminstimuləedici metodlar-sümük differensasiyasının sürətlənməsi üçun;  – Damargenişləndirici – qan dövriyyəsini surətləndirmək üçün;  – Trofostimuləedici – əzələ trofikasını rezistentliyini artırmaq üçün. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 19.05.2018

Spinner