Osteoporoz
 hekimtap.az

Osteoporoz

11249
Author: Endokrinoloq Ayşən Xəlilova

Published: 24.05.2018
Ayshan Xalilova

Osteoporoz – sümük strukturunun dəyişikliyi ilə yaranan xəstəlikdir. Sümüklərin çəkisi tədricən azalır, onlar daha kövrək olurlar. Xəstəlik azsimptomlu gedir və adətən said sümükləri, bud sümüyü boynu və fəqərə cisimlərinin sınıqlarında aşkarlanır. Osteoporoz, qeyri-infeksion xəstəliklər arasında, ürək-damar, onkoloji xəstəliklər və şəkərli diabetdən sora 4-cü yeri tutur. Oteoporozun inkişafı yaş artdıqca daha da artır. Osteoporozun 2 formasını ayırd edirlər: birincili və ikincili

Səbəbləri

Osteoporoz polifaktor xəstəkikdir. Birincili osteoporoz, adətən 50 yaşdan yuxarı qadınlarda inişaf edir.

Birincili osteoporoz adətən 50 yaşdan böyük şəxslərdə, əmələ gəlmə risk faktorlarına aiddir:
 – Ailəvi anamnez ( ailənin yaşlı nümayəndələrin sümük sınıqlarının qeyd olunması);
 – Ahıl və qoca yaşlarda;
 – Astenik tip bədən quruluşu ( arıq adamlarda);
 – Alçaq boy;
 – Aybaşının 15 yaşından gec başlanması;
 – Erkən klimaks;
 – Sonsuzluq;
 – Çoxsaylı doğuşlar və uzun müddət süd vermə.

Osteoporozun yaranma tezliyi klimaksın baş verməsi ilə artır. 50-55 yaşlı qadınlar kişilrə nisbətən osteoporozdan daha çox əziyyət çəkirlər. 70 yaşda artıq hər 2-ci qadında osteoporoz yaranmış olur. Sümük sıxlığının 10% enməsi zamanı sınıqların yaranma tezliyi 2-3 dəfə artır. Osteoporoz ilk növbədə sümükləri  kövşək toxumasının zədələnməsi ilə biruzə verir.

İkincili osteoprozun yaranma risk faktorları
 – Endokrin pozğunluqlar (yumurtalıqların funksiyasının pozulması, şəkərli diabet, böyrəküstü vəzi və qalxanvari vəzi funksiyasının pozulması);
 – Qidalanmanın pozulması (balanslaşmamış pəhriz, sinir anoreksiyası, qidanın zülal və yağlarla zənginliyi);
 – Nikotin və alkoqoldan həddindən çox istifadə;
 – Kortikostreoidlərin, antikonvulsantlarınvə heparinin uun müddət qəbulu (1 aydan çox);
 – Bağırsaqlardan kalsiumun sorulmasının pozulması;
 – Genetik meyilliyin olması;
 – Az hərəkətlilik, fiziki yüklnmənin az olması;
 – Uzun müddətli yataq rejimi (travmalar və xronik xəstəliklər zamanı).

Osteoporozun simptomları

Çox zaman osteoporoz uzun müddət əlamətsiz gedişə malik olur. Xəstəliyin yaranmasının yeganə əlaməti onurğa nahiyəsində ( döş və bel nahiyəsi) ağrıların olmasıdır. Osteoporoz zamanı pasientin boyu tədricən azalır, qaməti dəyişilir və onurğa daha az hərəkətli olur.

Osteoporozun daha vacib əlaməti sınıqların olmasıdır. (adətən fəqərə cisimləri və dirsək sümüyünün sınığına rast gəlinir). Xüsusi təhlükəli bud sümüyü boynu sınıqları hsab olunur ki, bunlar da əlilliyə gətirirlər.

Osteoporozun diaqnostikası

Diaqnozun qoyulması pasientin şikayətlərinə əsasən. Xəstəlik tarixçəsinin öyrənilməsi və sümüklərin mineral sıxlığının ölçülməsinə əsasən qoyulur. Sümük sıxlığının müəyyənləşdirilməsi üçün densitometriya istifadə olunur.  Densitometriya təmamilə ağrısızdır və sümüklərin mineral sızlığının ölçüm metodudur. Müayinənin kpməyi ilə sümüklərin kalsium tərkibi haqda məlumat almaq olur ki, bunun köməyi ilə də sümük kütləsi itkisini hələ çox erkən mərhələdə diaqnostika etmək mümkündür. 2 növ densitometriya mövcuddur. Rentgen densitometriyası və ultrasəs densitometriyası. Rentgen densitometriyası daha dəqiq müayinə metodu hesab olunur. Sümük toxuması tərəfindən rentgen şüalarının udulmasını ölçür.: sümük sıxlığının və mineral duzların itkisi zamanı sümük daha şəffaf görünür. Ona görə də daha çox rentgen densitometriyası tövsiyyə olunur.

Risk qruuna daxil olan şəxslərə ildə 1 dəfədən az olmayaraq rentgen densitometriyası müayinəsi keçməyi tövsiyyə olunur.

 – Profilaktik məqsədlərə (sümük toxumasının mineral sıxlığının müayinəsi dinamikasının qiymətləndirilməsi (risk qrupuna daxil olmasalar belə) ildə 1-2 dəfə aparıla bilər.
 – Müayinə üçün xüsusi hazırlıq keçmək tələb olunmur. Yalnız ümumi tövsiyyələrə əməl etməyiniz lazımdır.
 – Müayinə aparılan nahiyədə metal implantlar olmamalıdır.
 – Mütləq müalicə həkiminin tövsiyyəsi və ya göndərişi olmalıdır.

Rentgenoloji müayinə metodları ilə sümük kütləsini 30%- dən çox itirilməsi zamanı diaqnoz qoymaq olar.

Osteoporozun müalicəsi

Osteoporozun müalicəsində əsas məqsəd- sümük toxumasının azalmasının qarşısıı almaqla eyni zamanda onun bərpa olunmasına çalışmaqdır. Kompleks müalicəyə daxildir: hormonal müaicə ( esterogenlər, gestagenlər, androgenlər), vitamin D, bisfosfonatların və kalsitoninin qəbulu.

Osteoporoz zamanı hormonal terapiya cinsdən, yaşdan, risk faktorlarından asılı olaraq dəyişilir. Preparat seçimi zamanı klimaksın fazası, uşaqlığın olub olmaması, qadının postaybaşı qanlı ifrazatın olma istəyindən asılıdır.

Hormonal terapiya yanaşı olaraq ağır qaraciyər və böyrək xəstəliklərində, tromboemboliyalarda, kəskin tromboflebitlərdə, uşaqlıq qanaxmalarında,  qadın cinsi orqanlarının şişlərində və şəkərli diabetin ağır formalarında əks göstərişdir.

Osteoporozun hormonal müalicəsi prosesində arterial təzyiqin kontrolda saxlanılması və onkositoloji müayinə gərəklidir.

Osteoporozun profilaktikası

Profilaktika gənc yaşlarından başlanılmalı və bütün ömür boyu davam etdirilməlidir.  Xüsusi diqət cinsi inkişaf dövründə və postmenopauzal dövrdə olan qadınlara ayırmaq lazımdır. Sümük sıxlığının artması və rezorbsiyasının azalmasına, sağlıqlı qidalanma, requlyar fiziki aktivlik təsir göstərir. Alkohol və nikotin qəbulunu azaltmaq lazımdır. Ahıl yaşda osteoporozun risk faktorlarının müayinəsi və ehtiyac olduqda kalsium və vitamin D əlavələrinin qəbul olunması məsləhətdir. Ola ilər ki, profilaktik olaraq hormonal preparatlar təyin olunsun. 50 yaşdan yuxarı qadınlara kalsium ilə zəngin süd məsullarının qəbulu, əgər qida ilə mümkün deyilsə tablet formasının istifadəsi məsləhət görülür. Vaxtı vaxtında osteoporoza görə müayinələrdən keçərək ehtiyac olduqda erkən müalicəyə başlanılması tövsiyyə olunur.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.