osteoporoz diqnozu necə qoyulur və ya densitometriya nədir

Osteoporoz diqnozu necə qoyulur və ya densitometriya nədir?

7211
Müəllif: Endokrinoloq Ayşən Xəlilova

Paylaşıldı: 29.05.2018
Ayşən Xəlilova

Osteopoz bəzən əsrin xəstəliyi adlandırılır. Azhərəkətli həyat tərzi ona gətirib çıxarır ki, orqanizm artıq sümükləri möhkəmləndirmək barəsində düşünmür. Daima televizorun və ya kompyuterin qarşısında passiv oturma, nadir günəş altında gəzintilər, qidada kalsium və vitaminlərin çatmamazlığı sümük toxuması sıxlığının azalmasına gətirib çıxarır.

Buna müvafiq olaraq xaricdən kiçik mexaniki təsiri uzunmüddətli olaraq həyat ritmini korlaya biləcək sınıqlara gətirib  çıxarır.  Yaşlı insanlar üçün bu çox zaman faciəyə çevrilə bilər. Artrit və artrozlarla xəstələnmə tezliyinin artması da həmçinin sümük sıxlığına mənfi təsir edə bilər.

Vaxtında osteoporozun aşkarlanması üçün densitometriya adlanan müayinənin aparılması məsləhət görülür.

Müayinənin məqsədi

Onurğa sütünunun müxtəlif şöbələrində ağrı hissinin olması kimi şikayətlər pasientin baxışı və müayinəsi zamanı tez-tez rastlanan haldır. Bu patologiya proqressivləşən sistem xəstəliklərinə aiddir. Sümüklərin mikroarxitektonikasının pozulması və qırılqanlığının artması ilə müşayiət olunur. Sümüklərdə kalsiumun çatmamazlığı nəticəsində sümüklər məsaməli və kövrək olurlar. Möhkəmlik xarakteristikasında yaranan dəyişikliklər potensial sınıq riskinin artmasına səbəb olur. Patoloji dəyişikliklərin vaxtında aşkarlanması osteoporozun konservaiv müalicə ilə kifayətlənməsinə, bərpaedici prosedurların azalmasına və tam sağalma çansının yaranmasına  səbəb olur.

Skelet sümüklərinin mineral sıxlığının müəyyənləşdirilməsinin ən inamlı metodu, densitometriya adılnı almışdır. Prosedur sümük toxumasının strukturundakı kəmiyyət və keyfiyyət pozğunluqlarının aşkarlanması və qiymətləndirilməsini həyata keçirir. Müayinə qeyi-invaziv müayinələr sırasına daxil olub, dəqiqliyi və təhlükəsiliyi ilə yanaşı həm də ağrısızdır.

Skeletin fərqli xüsusiyyəti odur ki, ayrı-ayrı bölgələrin mineral sıxlığı müxtəlifdir. Daha stabil seqment, onurğanın bel nahiyəsi hesab olunur. Diaqnoz bu zonanın müayinəsinin nəticələrinə əsasən qoyulur. Anomal kənaraçıxmaların müəyyənləşdirilməsindən başqa, densitometriya müalicə metodlarının effektivliyinin müşahidəsi məqsədilə də istifadə olunur. Onun köməyi ilə osteoporozun inkişaf tempinin azalması və sümük toxumasının maksimal bərpa olunması imkanı da dəyərləndirilir.

Bu metodla sümük sıxlığı, onun həcm vahidinə düşən çəkisi müaəyyənləşdirilir. Alınmış nəticə pasientin öncəki müayinələrinin nəticələri ilə, üz yaş qrupundan və kiçik yaş qrupundan olan göstəricilər ilə müqayisə olunur.

Müayinənin variantları

Densitometriyanın bir neçə metodu vardırrentgen şüalanmasına, izotop-foton analizə və ultrasəs skanerləməyə əsaslanan metodlar.

İstifadəsinə göstərişlər

Yüksək risk faktoru qrupunda olan şəxslərə densitometriya mütləq şəkildə olunmalıdır.

Bu kateqoriya insanlara aiddir:
 – Təbii menopauza dövrünə daxil olan qadınlar ( və ya yumurtalıqları əməliyyat zamanı çıxarılan qadınlar (ovariektomiya));
 – Osteoporoza genetik meyilli olan qadınlar;
 – Uzun müddət hormonal tərkibli preparatlar qəbul edən qadınlar;
 – Bir neçə dəfə sümük sınığı olan insanlar;
 – Onurğa sütununun müxtəlif xəstəliklərindən əziyyət çəkən insanlar;
 – Aşağı çəki indeksi olan insanlar;
 – Endokrin sistemin işində pozğunluqlar olan şəxslər;
 – 3 dəfədən çox doğum və uzun müddət əmizdirən qadınlar;
 – Azhərəkətli və oturaq həyat rejimi olan insanlar;
 – 55 yaşını keçən kişilər;
 – Sümüklərdən kalsiumun yuylmasına səbəb olan preparat qəbul edən şəxslər;
 – Nikotin və spirtli içki aludəçiləri.

Müayinənin aparılmasında məhdudiyyət yaradacaq faktorlar

 – Rentgen şüalarına qarşı həssaslığın yüksək olması;
 – Pasientdə kardiostimulyatorlar və ya metalik implantların olması;
 – Onurğa sütununun aydın deformasiyaları;
 – Əhəmiyyətli dərəcədə onurğa sütununun əyilməsi;
 – Ağrı sindromu və ya nevroloji xəstəliklərlə müşayiət olunan hərəki pozğunluqlar;
 – Pasientin texniki alətin ölçülərindən kənara çıxan çəki və boyu.

Hamilə qadınlara ciddi olaraq əks göstərişdir. Çox vacib olduğu hallarda daha təhlükəsiz metodlardan istifadə olunur.

Diaqnostik prosedurun aparılma qaydası

Müayinəyə hazırlıq aparılarkən mütləq aşağıdakı hallar nəzərə alınmalıdır.

 – Densitometriya və radioizotop müayinə arasındakı dövr 2-5 gün olmalıdır
 – Müayinədən bir neçə sutka öncə kalsium v fosfor tərkibli preparatların qəbulu dayandırılmalıdır.
 – Metal hissələri olmayan rahat geyim geyinilməlidir.
 – Bilavasitə müayinədən öncə bütün metalik əşyalar, saat və zinət əşyaları çıxarılmalıdır.

Painet xüsusi stolda yerləşdirilir. Bel nahiysinin müayinəsi arxası üstə uzanıqlı vəziyyətdə aparılır. Ciddi lordozu olan pasientlərə ( onurğa sütununun bel nahiyəsində əyilməsi olanlara) ayaqlarının altına xüsusi kub qoyulur.

Bel bahiyəsinin yan proyeksiyada çəkilməsi üçün isə pasient yanı üstə, ayaqlar bir az bükülnmüş və özünə çəkilmiş şəkildə aparılır. Onurganın düzgün yerləşməsi üçün başın və bədənin bəzi hissələrinin altına xüsusi yastıqlar qoyulur.

Pasientə olunan tələb müayinə zamanı təmamilə hərəkətsiz olmasıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az