Uşaqlarda limfadenopatiya
 hekimtap.az

Uşaqlarda limfadenopatiya

Limfadenopatiya nədir?   Limfadenopatiya limfatik düyünlər qrupunun böyüməsi ilə xarakterizə olunan bir vəziyyətdir. Əksər hallarda limfadenopatiya xoşxassəli xatakterə malik olub, orqanizmin infeksional törədicilərə (bakteriya və ya virus) qarşı reaksiyasını ifadə edir. Bir çox hallarda burada söhbət bilavasitə limfatik düyünə zərər vuran və yerli iltihabi reaksiya yaradan infeksional proses –  limfadenitdən gedir.        Yeni doğulmuş uşaqda limfatik düyünlərin əksəriyyəti palpasiya olunmur. Antigenlə təmas zamanı limfatik toxuma elə inkişaf edir ki, uşaqlarda bunu boyun, qoltuq və qasıq nahiyəsində əl ilə hiss etmək olur. Əgər boyun və ya qoltuq düyünlərinin diametri 1 sm-dən, qasıq nahiyəsində isə 1.5 sm-dən böyük deyilsə, düyünlər böyümüş hesab olunmur. Digər limfatik düyünlər adətən nə palpasiya zamanı, nə də rentgenoqrammada  hiss olunur. Limfadenopatiyanın yaranma səbəbləri Limfatik düyünlərin böyüməsi normal limfoid elementlərin poliferasiyası və ya onların bədxassəli və ya faqositar hüceyrələrlə infiltrasiyası sayəsində baş verir. Pasiyentlərin əksəriyyətində diaqnoz anamnez və fizikal müayinə əsasında qoyulur. Boyun və digər nahyələrdə qeyri-limfoid kütlələrin böyüməsi müşahidə olunur.   Kəskin infeksiyalaşmış düyünlər adətən ağrılı olur. Həmçinin, düyün üzərində qızarma və temperaturun artması müşahidə edilə bilər. Pulsasiya absessin yaranmasından xəbər verir.  Vərəm zamanı düyünlər hərəkətli olur. Xroniki hallarda yuxarıda qeyd olunan əlamətlər görünmür. Şişli düyünlər adətən bərk, ağrısız,hərəkətli bəzən isə fiksə edilmiş olur.     Generalizə olunmuş adenopatiya (iki və daha artıq düyünlərin birləşməsi) sistem xəstəlikləri tərəfindən törədilir və tez-tez digər sistemlərdə anomaliyalarla müşayiət olunur, fizikal müayinə zamanı aşkarlanır. Lokalizə olunmuş adenopatiya isə əksinə, konkret düyünün infeksiyalaşması ilə əlaqədardır.          Regionar limfadenit infeksion agentlər tərəfdən törədilir, atipik anatomik nahiyələrdə inkişaf edir, uzunmüddətli gedişatı ilə fərqlənir.    Limfadenopatiyanın dəyərləndirilməsi və müalicəsi Limfadenopatiyanın dəyərləndirilməsi və müalicəsi anamnez və fizikal müayinə zamanı aşkara çıxan etioloji faktordan asılıdır. Məsələn, boyun adenopatiyalı xəstələrin anamnezində virus infeksiyası olur və müalicəyə ehtiyacı yoxdur. Bakterial infeksiyaya şübhə yaranrsa, streptokok və stafilokokların əleyhinə yönəldilmiş antibiotiklər təyin edilir.      Absesslər zamanı cərrahi drenaj tələb olunur. Müalicədən əvvəl zədələnmiş düyünlərin ölçüsünü qeyd etmək lazımdır. Əgər düyünlər 10-14 günlük müalicədən sonra kiçilmirsə, müayinələri davam etdirmək lazımdır. Buraya qanın kliniki analizi, Epşteyn-Barr, toksoplazmoz viruslarının müayinəsi, seroloji testlər və s. aiddir. Əgər bu müayinələr diaqnozu müəyyənləşdirməyə kifayət etməzsə, infeksion xəstəliklər üzrə mütəxəssis və onkoloqun müayinəsinə ehtiyac var.  İzahı olmayan qızdırma, bədən kütləsinin azalması, gecə tərləmələri və ya düyünlərin fiksəsi qeydə alınarsa, biopsiya tələb olunur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 19.05.2018

Fizioterapiya
 hekimtap.az

Fizioterapiya

Fizioterapiya nədir? Fizioterapiya fiziki amillərdən istifadə etməklə mualicə və profilaktika tədbiridir. Fizioterapiya təbii amillərlə müalicə deməkdir. Hal-hazırda fizioterapiyaya təbii və süni yaradılmş müalicəvi amillərin xəstəlıiklərin müalicəsində reabilitasiya və profilaktikasında tətbiqi zamanı insan orqanizmində baş verən dəyişıklikləri oyrənən bir elm sahəsi kimi baxılır. Fizioterapiya ilə müalicə metodları Fizioterapiyanın predmeti – müalicəvi fiziki amillərin öyrənilməsidir. Fiziki amillər daşıdqları enerji növünə və tipinə görə iki qrupa bölünür: süni və təbii Süni amillərə aiddir:  – Elektriklə müalicə;  – Maqnitlə müalicə;  – İşıqla müalicə;  – Mexaniki üsullarla müalicə;  – Termiki üsullarla müalicə;  – Hidro-müalicə;  – Radio-müalicə. Fiziki üsullarla mualicə metodları istifadə olunma növbəsindən asılı olaraq aşagıdakı qruplara bölünür: 1. Aşağı gərginlikli sabit cərəyanlar – qalvanizasiya, dərman elektroforezi. 2. Alçaq gərginlikli impulslu cərəyanlar – DDC, interferasterapiya, tens, elektostimulyasiya, elekroson və s. 3. Yüksək gərginlikli dəyişən elektrik cərəyanı-darsonvalizasiya, ultratonterapiya. 4. Müxtəlif xarakterli elektrik, maqnit sahələri, UYT terapiya ,mikrodalğalar və s. 5. Optik diapazonlu işıq sahəsi – UBŞ şüalar, lazerterapiya və s. 6. Mühitin mexaniki rəqsləri-massaj, UZT, dərman fonoforezi, vibroterapiya. 7. Dəyişdirilmiş xüsusi hava mühiti-inhalyasiyalar aeron iqlim terapiyası. 8. Şirin su və hidroterapiya balneoterapiya. 9. Hipotermiya və krioterapiya – istilik və soyuq.                               Fizioterapiya hansı xəstəliklərdə tətbiq olunur? Bir çox xəstəliklərdə fizioterapiya tətbiq olunur.  – Tənəffüs sistemi – bronxitlər, obstruksiyalar, pnevmoniyalar, astmalar və s.;  – Lor xəstəlikləri – rinitlər,otitlər, tonzillitlər, faringit, laringit və s.;  – Stomatoloji xəstəliklərdə;  – Oftalmoloji xəstəliklərdə;  – Uroloji xəstəliklərdə;  – İnfeksion xəstəliklərdə – parotit, angina, kəskin respirator xəstəliklər;  – Oynaq, onurğa birləşdirici toxuma xəstəlikləri – osteoartroz, podaqra, artritlər, osteoxondrozlar, onurğanın degenerativ dəyişiklikləri, protruziyalar, yırtıqlar, travmatik zədələnmələr, əməliyyatdan öncə və sonrakı xəstələr, fibromialgiyalar, postur pozğunluqları, oskut-şlatter xəstəliyi və s;  – Yanıqlarda;  – Dəri xəstəliklərində;  – Sinir- əzələ xəstəliklərində – nevrozlar, miqren, reyno xəstəliyi, miopatiyalar, miostimulyasiyalar, parezlər və s;  – Pediatrik xəstəliklərdə – enurez, raxit - d vit hipovitominozu, skolioz, kifoz, lordoz, tez -tez xəstələnən uşaqlar, uşaq serebral iflicləri və s. Fizioterapiyanın effektliyi haqqında Dərman xəstəliyi və allergiya törətmir. Fizioterapiyanın müalicə imkanları çox genişdir və müalicənin müddətini qısaldır. Bundan başqa, bir sıra dərman maddələrinin təsirini gücləndirir. Digər orqan və toxumalarla yanaşı təsirinə rast gəlinməyib. Fizioterapiyanın qeyri-invaziv üsulla aparılması da bu metodun üstünlüyündən xəbər verir. Bu müalicə metodu ilə xroniki xəstəliklərin remissiya dövrünu uzatmaq, bilavasitə pataloji proses nahiyyəsinə təsir göstərmək mkündür. İstifadəsi əhalinin əksəriyyəti tərəfindən əlverişlidir. Fizioterapiyaya göstəriş və əks-göstərişlər Fizioterapiya təyin olunan zaman xəstənin yaşi, cinsi, konstitusiyası, yanaşı xəstəliyin olub-olmaması,orqanlarının adaptasiya-kompensator mexanizmlərinin məşq olunma dərəcəsi, orqanizmin əsas funksiyalarının bioritmik aktivliyi və s.nəzərə alınmalıdır.   Prosedurlar təyin olunarkən xəstəyə induvidual yanaşılmalıdir. Yuxarıda da qeyd olunduğu kimi, bir xəstəliklərə göstərişdir. Ümumi əks-göstərişlər isə bunlardır:  – Qanın sistem xəstəliyi;  – Kaxeksiya;  – Hipertoniya 3-cü mərhələ;  – Baş beyin damarlarının kəskin aterosklerozu;  – Ürək-damar sistemi xəstəliklərinin dekompensasiya mərhələsi;  – Qanaxma;  – Xəstənin ümumi ağır vəziyyəti;  – Qızdırma – bədən temperaturunun 38 dərəcədən yüksək olması;  – Tez-tez tutmalarla müşayiət olunan epilepsiyalar;  – İsteriya ağır forma – qıcolma tutmaları ilə;  – Psixomotor oyanıqlıqlar;  – Vərəm – açıq forması;  – Bədxassəli şişlər.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 19.05.2018

Anadangəlmə pilorostenoz
 hekimtap.az

Anadangəlmə pilorostenoz

Anadangəlmə pilorostenoz haqqında məlumat Anadangəlmə pilorostenoz mədə-bağırsaq traktının inkişaf qüsuru olub, mədənin məngənə ətrafı şöbəsinin onikibarmaq bağırsağa bitişən nahiyyəsinin orqanik daralması ilə xarakterizə olunur. Anadangəlmə stenoz uşaq doğulduqdan 2-4 həftə sonra fontanvari qusma ilə özünü göstərir, bu hal qida qəbulundan sonra yaranır, bədən  kütləsinin aşağı düşməsi və dərinin truqoru ilə, həmçinin, oliquriya və qəbizliklə müşayiət olunur. Pilorostenoz mədə anomaliyası, dəha dəqiq desək, onun pilorik (çıxış) şöbəsinin inkişaf qüsurudur. Bunun nəticəsində pilorik çıxışın  keçiriciliciyi pozulur və qidanın evakuasiyası çətinləşir. Anadangəlmə pilorostenoza pediatriyada kifayət qədər tez-tez rast gəlinir. Statistikaya görə, yeni doğulmuş hər 300 uşaqdan biri bu xəstəlikdən əziyyət çəkir. Oğlanlarda qızlara nisbətən 4 dəfə çox qeydə alınır. Anadangəlmə pilorostenoz yeni doğulmuşlarda ən çox rast gəlinən cərrahi patologiyadır və təcili müdaxilə tələb edir.         Anadangəlmə pilorostenozun əlamətləri Kliniki gedişatından asılı olaraq anadangəlmə pilorostenozun kəskin və davamlı növləri var.  Simptomatikanın inkişafı və kəskinliyinin yaranma müddəti pilorik kanalın daralması və uşağın mədəsinin kompensator imkanlarından asılıdır. Uşaq duğuluqdan sonra, ilk günlərdə gəyirmə və tez-tez təkrarlanmayan qusmalar qeydə alınır.      Anadangəlmənin pilorostenozn dəqiq klinik mənzərəsi uşaq doğulduqdan iki-üç həftə sonra üzə çıxır. Məngənə ətrafı şöbənin stenozunun tipik əlaməti demək olar ki, hər yeməkdən dərhal sonra baş verən fotanvari qusmadır. Bu zaman qusuntu kütləsinin həcmi sonuncu dəfə əmilmiş südün miqdarından əhəmiyyətli dərəcədə çox olur. Qusma qatı, turş iyli kəsmik formasında olur. Anadangəlmə pilorostenozun vacib differsial-diaqnostik əlamətlərindən biri qsuntu kütlələrində öd qarışığının olmamasıdır. Tez-tez baş verən qusmalar fonunda anadangəlmə stenozlu uşağın orqanizminin susuzlaşması və hipotrofiyası sürətlə inkişaf edir, sidik ifrazı azalır, qəbizlik yaranır. Uşağın nəcisi öd artıqlığından dünd yaşıl rəng alır, sidik qatılaşır və bezlərin üzərində rəngli izlər qoyur.   Su-duz balansının sıradan çıxması nəticəsində ağır metabolik və elektrolit pozuntusu qeydə alınır.    Anadangəlmə pilorostenozun diaqnostikası Anadangəlmə pilorostenoza şübhə yaranarsa, uşaq pediatr tərəfindən uşaq cərrahına yönəldilməlidir. Diaqnoz mədənin ultrasəs, endoskopik, rentgenoloji müayinəsi nəticəsində təsdiqlənir. Əksər hallarda hipertrofiyaya uğramış məngənəətrafı şöbə qatı konsistensiyası və gavalıyabənzər forması ilə seçilir və palpasiya vasitəsilə aşkara çıxır.   Anadangəlmə pilorostenozun müalicəsi Uşaqda anadangəlmə pilorostenoz qeydə alınarsa, bu zaman aktiv cərrahi taktika seçilməlidir. Məngənəətrafı kanalın bujlanması onu qısa müddətlik açılmasına və təkrar stenizasiyasına səbəb olur.  Anadangəlmə pilorostenozun cərrahi müalicəsindən əvvəl uşaq müəyyən hazırlıq mərhələsindən keçir. Bu zaman qlükoza-duz və zülal məhlulları ilə infuzion terapiya aparılır, spazmolitiklər tətbiq edilir və müxtəlif mikroimalələr həyata keçirilir.     Anadangəlmə pilorostenoz zamanı Frede-Ramşdedt üsulu ilə piloromiotomiya aparılır ki, bunun da nəticəsində anatomik baryer aradan qaldırılır və məngənəətrafı kanalın keçiriciliyi bərpa olunur. Əməliyyat açıq, laporoskopik və ya transumbilikal üsulla həyata keçirilir. Anadangəlmə pilorostenozun proqnozu Anadangəlmə pilorostenozun əməliyyatı çoxsaylı təcrübələrdən keçdiyi üçün müasir dövrdə yaxşı nəticələr əldə olunur və uşaq tam sağalır. Əməliyyatdan sonra uşaqlar pediatrın, uşaq cərrahı, uşaq qastroenteroloqunun dispanser nəzarəti altına alınır ki, hipotrofiya, hipovitaminoz və anemiya korreksiya olunsun.    Vaxtlı-vatında cərrahi müdaxilə olmazsa, anadangəlmə pilorostenozlu uşaq metabolik pozuntular, distrofiya və başqa ağırlaşmalardan həyatını itirə bilər.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 18.05.2018

Dərinin göbələk xəstəlikləri – Mikoz
 hekimtap.az

Dərinin göbələk xəstəlikləri – Mikoz

Mikoz haqqında ümumi məlumat Mikoz parazit göbələklər tərəfindən törədilən xəstəliklərin ümumi adıdır. Bu xəstəlik iki qrupa bölünür – dəri örtüyünü və dırnaqları (dermatomikoz), saçları, selikli qişaları və daxili orqanların mikozu.   İnfeksiyanın törədiciləri sapvari göbələklərdir. Bu göbələklər insana xəstə adamla kontakt zamanı və ya üzərində göbələk sporları olan əşyalar vasitəsilə yoluxur. Bəzən göbələk xəstəlikləri saprofit mikriflora yaradır, hansı ki, immunitet zəiflədikdə patogen xüsusiyyətləri üzə çıxır. Xəstəliyin ağırlıq və xarakteri orqanizmin  mikotikliyi, həmçinin zədələnmənin yerindən asılıdır.    Dəriüstü mikozlar üç növə ayrılır: dermatomikoz, keratomikoz və kandidoz. Dərin göbələk zədələnmələri opportunik sistem mikozları və dərialtı göbələk zədələnmələridir. Buraya sporotrixoz, misetoma və xromoblastikomikoz daxildir. Məhz dəriüstü mikotik infeksiyalar sürətlə yayılmaq tendensiyasına malikdir və ona görə də bu xəstəlikdən əziyyət çəkən insanların sayı ilbəil artır. Dünya Səhiyyə Təşkilatının statistkasına görə, yer üzündə yaşayan hər beş nəfərdən biri bu göbələk növünün daşıyıcısıdır.     Mikozun əlamətləri Mikozun simptomları müxtəlifdir və infeksiyanın tipindən və ya zədələdiyi nahiyədən asılı olaraq dəyişir. Mikotik zədələnmələrin əsas yayılan növləri dermatomikoz, kandidoz və keratomikozdur, bu səbəbdən də onların üzərində dayanmaq istərdim.   Dermatomikoz – ayaqda yayılmışsa, ifadə olunmuş və ya zəif ifadə olunmuş nahamarlıq yaradır. Bu, güclü və ya zəif göynəmə ilə müşayiət olunur. Barmaqların arasında və pəncənin kənarlarında xırda suluqlar şəklində yarana bilər. Dermatomikoz qasıq nahiyəsində müşahidə edilərsə, özünü halqavari qızarılar şəklində büruzə verir. Bəzən bu nahiyələrdə xırda suluqlar yaranır, həm qaşıntı həm də ağrı verir. Daha çox kişilərdə rast gəlinir. Dermatomikoz saç nahiyəsində yayılarsa, dərinin nahamarlığı ilə müşayiət olunan göynəyən səpgilər əmələ gəlir. Paralel olaraq saç tökülməsi də qeydə alına bilər. Onixomikoz zamanı dırnağın deformasiyası və müalicə olunmazsa, atrofiyası müşahidə edilir. Simptomları dırnağın qalınlaşması, rənginin dəyişməsi və ovulmasıdır. Dermatomikoz hamar dərini zədələyərsə, həmin nahiyələrdə çəhrayı və ya qırmızı səpgilər yaranır. Bəzən səpgilər mərkəzi açıq rəngli sahəsi olan ləkələrə çevrilir. Keratomikozların əlamətləri - rəngli və ya çapıqvari dəmrov özünü çəhrayımtıl qəhvəyi və nahamar ləkələrlə büruzə verir, əsasən, boyun, sinə, kürək və çiyinlərdə müşahidə edilir. Yayıldıqca zədələnmə ocaqları birləşir.   Kandidoz zamanı ağızın kənarlarındakı dəri nahiyələrində zədələnmələr müşahidə oluna bilər. Kandidoz, həmçinin, dolu bədənli insanların dəri qatlarında və ya gigiyena qaydalarına düzgün əməl etməyən uşaqlarda da rast gəlinir. Zədələnmiş nahiyələr qırmızı rəngdə olur, üzəri ağ rəngli ərplə örtülür, epidermisin pereferik soyulması müşahidə oluna bilər.    Selikli qişanın kandidozu dili, yanaqların iç nahiyəsini, damağı zədələyir. Bu zaman onlar ağızın selikli qişası üzərində ağ ərplər əmələ gəlir. Qida qəbulu zamanı xəstə yanma və ağrı hiss edir. Kandidoz vulvovaginit cinsiyyət orqanlarında selikli qişasının qızarmasına səbəb olur, suluqlar və eroziyalar yaradır. Qadınları göynəmə verən kəsmiyəbənzər axıntılar narahat edir. Daxili orqanların kandidozu ağır xəstəlik sayılıb, bir qayda olaraq başqa xəstəliklərin fonunda yaranır. Kandidoza ən çox bağırsaq, ağciyər, sidik-cinsiyyət orqanlarında rast gəlinir.    Mikozun yaranma səbəbləri Mikozun yaranma səbəbi əsasən, bu və ya digər göbələk növünə yoluxmadır. Lakin xəstəliyin inkişafına səbəb insanın öz şərtı-patogen florasının artması da ola bilər, hansı ki, normada dəridə, seliqli qişada və s. nahiyələrdə mövcuddur. Mikozun diaqnostikası Göbələk infeksiyalarının diaqnostika müalicəsi həkim dermatoloq və mikoloqların səlahiyyətinə aiddir. Diaqnoz qoymaq üçün müxtəlif laborator müayinələrdən və materiallardan istifadə olunur. Bu məqsədlə mütəxəssis dərinin qabığından, qandan, nəcisdən, bəlğəmdən, dırnaq və ya saçlardan substratlar götürə bilər.     Mikozun müalicəsi Müasir təbabətdə mikozun müalicəsi üçün bir çox effektli vasitələr mövcuddur. Bu həm yerli, həm də ümumi təsirli preparatlar ola bilər. Müalicə kursu yalnız həkim tərəfindən seçilməlidir. Bu, xəstənin fərdi xüsusiyyətlərindən, patologiyanın kliniki əlamətlərindən, eləcə də toxuma, orqan, selikli qişaların zədələnmə nahiyəsindən asılıdır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 18.05.2018

HekimTap Pro
19920
Miqren hekimtap.az

Miqren

Miqren nədir? Miqren müalicəsi mümkün olan nevroloji xəstəlikdir. Miqren hormonlarının aktiv olduğu qadınlarda kişilərə nisbətən daha çox müşahidə edilir. Qadınların təxminən 20 faizi, kişilərin isə 8 faizi miqren xəstəliyindən əziyyət çəkirlər. Miqrenin diaqnostikası Əgər baş ağrılarınız krizlər halında ortaya çıxırsa bu ağrıya miqren ağrısı deyə bilərik. Miqren krizləri bəzi insanlarda ildə 1-2 dəfə, bəzilərində isə ay ərzində dəfələrlə görünür. Əksər baş ağrıları şiddətli formada baş verir. Digər baş ağrılarından fərqi isə ürək bulantısı, bəzən qaytarma və səs, işıq, qoxulara olan həssaslıqdır. Ancaq miqren diaqnozu üçün həkim müayinəsi əsas şərtdir. Miqrenin səbəbləri Əsas səbəblərin başında isə genetik faktorlar durur. Ailənizdən birində miqren varsa, sizin də miqren xəstəsi olmaq riskiniz 40 faizdir. Həm anası, həm atası miqren olan bir insan isə 75 faiz risk daşıyır. Miqren ağrılarının digər səbəblərindən biri də hormonal dəyişikliklərdir. Bu səbəbdən ən çox qadınlarda görünür. Xüsusilə də menstruasiya zamanlarında ağrılar daha da şiddətlənə bilər. Həmçinin bulantı, qusma, işığa və səsə həssaslıq yarana bilər. Adətən tək tərəfli güclü ağrılar baş verir. Miqrenin əlamətləri Miqrenin ən böyük əlaməti şiddətli ağrılardır. Hətta o qədər güclü ola bilər ki, şəxs yerindən qalxa bilməyəcək vəziyyətə gələr. Miqrendəki baş ağrısı göz və ya gözün arxasında da hiss edilir. Alın, başın arxa tərəfi və qulağın arxası miqren ağrılarının ən çox hiss edilən nahiyələridir. Baş ağrıları ilə yanaşı depressiya, həddindən çox sevincli olmaq, durğunluq, diqqət azlığı, danışan zaman yaranan çətinlik, əsnəmə, yatmaq istəyi, qəbizlik, ishal da miqrenin əlamətləri sırasındadır. Ən çox bilinən digər əlaməti isə qoxulara qarşı həssaslıq hissidir. Bunlar miqrenin şiddətini də artıra bilir. Miqrenin Aurası Miqrenin əlamətlərindən biri də “auralar”dır. Şiddətli baş ağrısından öncə görülən bəzi nevroloji əlamətlərə “aura” deyilir. Miqren aurası başlamazdan öncə, ağrının başladığı zaman və ya ilk zamanlarında olur. Olduqca qısa müddətlidir. 10 ilə 30 dəqiqə ərzində 20 dəqiqə kimi çəkir. Əl və dildə və ya ağız, çənədə uyuşma baş verə bilər. Miqren növləri Miqren növləri doğru müalicə üçün əsasdır. Miqrenin doğru dəyərləndirilməsi üçün mütləq şəkildə miqren olub-olmadığı təsdiqlənməlidir. Auralı ve aurasız növləri vardır. Ən çox görülən növü isə aurasız miqrenidir. Miqreni tətikləyən (artıran) faktorlar Bu insandan-insana dəyişir. Pendir və şokolad kimi bəzi qidalar da miqren ağrılarını artıra bilər. Həmçinin, düzgün qidalanmamaq və ya kifayət qədər su içməmək də miqren ağrılarını artıra bilər. Yuxu da digər əsas məsələlərdəndir. Belə ki, yaxşı yuxu yatmamaq ağrıları artıra bilər. Çox parlaq və yanıb sönən işıqlar, kəskin qoxular və iqlim dəyişiklikləri miqreninizi artıra bilər. Bununla yanaşı psixoloji vəziyyətlər, qadınlardakı hormonal dəyişikliklər də öz təsirini göstərə bilər. Miqrenə müsbət təsir göstərən qidalar olmasa da, şiddəti artıran yeməklərdən uzaq durulmalıdır. Kakao, quru lobya, mərcimək, dəniz məhsulları, spirtli içkilər, hazır ət, toyuq suyu bulyonları, pendirlər, qəhvə, əncir, quru üzüm, avokado, banan, və s. kimi qidalar miqren ağrılarını şiddətləndirir. Miqrenin müalicəsi necə aparılır? İlk olaraq diaqnoz qoyulmalıdır. Mütəmadi olaraq baş verən ağrılar zamanı isə ikincili başağrılarını inkar etmək üçün başın tomoqrafiyası həkimlər tərəfindən tövsiyə edilir. Uyğun müalicə ilə xəstələr miqren krizlərindən xilas ola bilərlər. Həmçinin, miqrenə təsir göstərən faktorlardan da uzaq duraraq ağrıları azaltmaq olar. Miqrenə görə həyat tərziniz olmalıdır, bu olmasa dərmanlar çox da effektli olmaya bilər. Gündəlik həyatınızda bunlara diqqət etməlisiniz:  – Mütəmadi idman etmək;  – Stresdən maksimum dərəcədə uzaq durmaq;  – Spirtli içkilərdən imtina etmək;  – Az və ya çox yatmamaq;  – Baş ağrılarının nə zaman olduğunu dəqiqləşdirmək;  – Uyğun çəkidə qalmaq;  – Miqren müalicəsində dərmandan istifadə mütləq şəkildə həkimin tövsiyəsi ilə qəbul edilməlidir. Bulantınız varsa, bulantı və miqren üçün dərmanları eyni anda istifadə etməyiniz mümkündür. Ancaq digər şəxslərin tövsiyəsi ilə dərmandan istifadə yolverilməzdir. Miqren dərmanları nə qədər tez qəbul edilərsə bir o qədər faydalı olar. Ağrıları hiss etdiyiniz anda içilməlidir. Əgər miqren dərmanları effekt vermirsə, krizlər artırsa bu zaman qoruyucu müalicə üsulunu sınamalısınız. Bunlar ağrıkəsici dərmanlardan fərqlidirlər. Xəstəyə uyğun müalicə planı hazırlanmalıdır Miqren şikayəti olanların keçmiş hekayəsi araşdırılmalı, baş və boyun hissələrinin müayinələri aparılmalı və xəstəyə uyğun müalicəyə başlanılmalıdır. Əzələlərin də yoxlanılmasında fayda var. Xəstənin sudan istifadəsi, necə qidalandığı, stress dərəcəsi, ətraf faktorlar dəqiqləşdirilməlidir. Miqren ağrıları digər xəstəliklərə bənzəyə bilir. Aparılan araşdırmalara görə, xəstələrin 53 %i psixogenik və ya xəstəlikdən sonra psixoloji problemlər səbəbilə baş ağrısından əziyyət çəkirlər. Bu səbəbdən bütün xəstələrə eyni yanaşmaq doğru deyil. Miqreni olanlar hansı idman hərəkətləri etməlidirlər? Aparılan araşdırmalara görə, miqrenə bəzi yüngül hərəkətlər müsbət təsir göstərə bilər. Yüngül hərəkətlər miqren krizlərinin müddətini və şiddətini azalda bilər və miqrenin qoruyucu müalicəsində faydalı ola bilər. Yoqa, üzgüçülük, rəqs, gəzinti bu hərəkətlərdən sayılır. Miqren depressiyaya səbəb ola bilərmi? Xronik miqren ağrıları insanlarda depressiyaya rastlanılır. Xronik miqrenin diaqnozu ilk 3 ay  ərzində qoyula bilər. Həmçinin iki gündə bir və ya daha tez krizlər baş verirsə, buna xroniki ağrılar demək olar. Miqrenin müalicəsi zamanı depressiya hallarının da ortadan qaldırılması əsas rol oynayır. Hansı qidalar miqren krizlərinə səbəb olur? Yuxarıda qeyd etdiyimiz kimi pendir, spirtli içkilər, şokolad və s. qidalar ağrıları şiddətləndirir. Rokfor, kifli, ağ pendir, mozzarella daha çox miqreni olan insanlara mənfi təsir göstərir. Qırmızı şərab, viski, sampan miqrenin “dostudur”. Tez təsir edə bilir. Çox soyuqda qalmaq da miqreni artıra bilən faktorlardandır. Bununla yanaşı:  – Meyvə quruları  – Mayalı qidalar  – Banan, portağal, kivi , ananas və s. meyvələr  – Xurma, əncir, üzüm  – Ət bulyonları  – Dadlandırıcılar da miqren şiddətini artıran qidalardan hesab olunur. Kafein miqrenə müsbət təsir göstərir? Kafein miqrenə müsbət təsir göstərir. Miqren dərmanınıza kafein əlavə etsəniz bu, baş ağrılarına 40 faiz daha çox müsbət təsir göstərər. Ancaq kafein tərkibli qidaların da digər baş ağrısı dərmanları kimi çox istifadəsi rebound baş ağrısına səbəb ola bilər. Həmçinin, kafein tərkibli dərmanlar faydalı olsa da kafeinli qidalar tövsiyə edilmir. Bütün dərmanlar həkim nəzarətində verilməlidir. Hər zaman sağlam olun! Mövzu ilə bağlı videolar:         © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 18.05.2018

Qastrit
 hekimtap.az

Qastrit

Qastrit haqqında ümumi məlumat Qastrit mədənin funksional pozuntularına səbəb olan selikli qişanın iltihabi xəstəliyidir. Bir çox xəstəliklərdə olduğu kimi, qastritin də kəskin və xroniki halları var. Bundan başqa, qastriti mədə turşuluğunun səviyyəsinə görə də təsnifatlaşdırırlar: mədə turşuluğu aşağı, normal və yuxarı olan qastritlər. Qastritin yaranması bir çox xarici və daxili faktorlardan asılıdır. O, kliniki olaraq iltihabi gedişata malikdir (kəskin və ya xroniki). Kəskin iltihab qısa müddət davam edir. Mədənin selikli qişasının qatılaşmış turşular, qələvi və digər kimyəvi maddələrlə zədələnməsi ölüm riski daşıyır.      Xəstəlik uzun müddət davam edərsə (xroniki olarsa) bu, həyat keyfiyyətinin ağrılar fonunda aşağı düşməsinə, həmçinin:  – Qarın nahiyəsində ağırlığa;  – Qıcqırmaya;  – Gəyirməyə;  – Qusmaya;  – İshal və /və ya qəbizliyə;  – Köpməyə;  – Meteorizmə – qazların ayrılmasına;  – Ağızdan pis qoxunun gəlməsinə səbəb olur. Xroniki forma selikli qişanın atrofiyasına gətirib çıxardığından təhlükəli hesab olunur. Bunun nəticəsində mədə vəzilərinin funksiyaları pozulur, sağlam hüceyrələrin yerində atipik hüceyrələr əmələ gəlir. Mədənin selikli qişa hüceyrələrinin bərpa prosesinin disbalansı mədə xorası və mədə-bağırsaq traktı xərçənginin səbəblərindən biridir.   Mədə həzm sisteminin ən həssas orqanı olub, özündə üç mürəkkəb prosesi birləşdirir: qidanın mexaniki qarışması, qidanın kimyəvi parçalanması və qida maddələrinin sorulması. Qastritin əlamətləri Qastritlər əlamətlərin müxtəlifliyi ilə bir-birlərindən fərqlənirlər, lakin bu əlamətlər az da ifadə oluna bilər. Başlıca əlamət – bəzi qidaların, mayelərin və dərmanların qəbulundan sonra günəş kələfi nahiyəsində yaranan ağrıdır. Bu ağrılar mədənin selikli qişasına çox aqressiv təsir göstərir. Bəzi hallarda ağrı qida qəbulu aralığında güclənir. Qastrit zamanı acı qidalar, alkohol, qazlı sular və qastritin kəskinləşməsinə səbəb olan digər məhsulların istifadəsi əks-göstərişdir. Qastritin vacib, lakin mütəmadiliyi daha az olan əlamətləri qıcqırma, qusma və gəyirmədir. Xəstəlik bəzən özünü qarın köpməsi və tez-tez qazların ayrılması ilə büruzə verir. Qeyd olunan simptomlar iki və daha çox olub, qarında ağrı ilə müşayiət edilərsə, qastritdən şübhələnməyə əsas var.   Əgər ağrı tutmaları acı qidalar, dərman preparatları və aqressiv mayelərin qəbulundan bir qədər sonra başlayarsa bu da xəstəliyin göstəricisidir. Xroniki qastritin əlamətlərini müəyyənləşdirmək daha çətindir. Əlamətlər uzun müddət nəcisin qeyri-müntəzəm ifrazı, dilin üzərində ərpin əmələ gəlməsi, tez yorulma, qarında qurultunun, meteorizm, periodik olaraq ishal və qəbizliyin yaranması ilə məhdudlaşır.     Xroniki qastrit adətən xəstənin kliniki vəziyyətinə əhəmiyyətli dərəcədə təsir etmir, lakin həyat keyfiyyətini aşağı salır. Qastritin yüngül xroniki forması qəbizlik və ishalla xarakterizə olunur. Ağır formalarda qeyd olunan əlamətlərlə yanaşı, bağırsaq qazlarının tez-tez ayrılması, anemiya, yuxululuq, soyuq tər, güclənmiş peristaltika, ağızdan pis qoxunun gəlməsi müşahidə edilir.     Qastritin diaqnostikası İstənilən diaqnostika həkim müayinəsindən başlanır. Əvvəlcə kliniki müayinə aparılır ki, bu zaman həkim dərinin vəziyyətini müəyyənləşdirir və qarının mədə nahiyəsində palpasiya edilir: əgər pasiyent qastritdən əziyyət çəkirsə, palpasiya zamanı ağrı kəskinləşir. Kliniki müayinə yalnız xəstəlik haqqında ehtimallar yaradır. Bunun təsdiqlənməsi üçün instrumental və laborator diaqnostika metodları tətbiq olunur. İnstrumental müayinə üsulunu aiddir: qasstroskopiya Laborator müayinələrə aiddir:  – Qanın ümumi analizi;  – Mədə selikli qişasının biopatının müayinəsi;  – Helikobakter pilori-ni müəyyənləşdirmək üçün 1-2 test. Qastritin müalicəsi Qastritin müalicəsi aşağıdakı qaydada aparılır: Pəhriz Mədənin divarlarını örtən və turşuluğu azaldan dərmanlar təyin olunur; Helikobakter pilorinin müalicəsi Müalicə əsasən, ev şəraitində aparılır və 2-3 həftə davam edir. Müalicənin effektivliyini yoxlamaq məqsədilə müəyyən müddətdən sonra yenidən qastroskopiya və Helikobakter müayinəsi aparılır. Xroniki qastritdən əziyyət çəkən xəstələr dispanser nəzarətində olmalı və ildə ən azı 2 dəfə həkim nəzarətindən keçməlidirlər. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 17.05.2018

Hestoz
 hekimtap.az

Hestoz

Hestoz haqqında ümumi məlumat Hamilələrin hestozu və ya gecikmiş toksikoz hamiləliyin 3-cü trimesterində baş verən, həyati orqan və sistemlərdə, xüsusilə qan-damar sistemində ciddi pozuntularla xaraxterizə olan ağırlaşmadır. Hestoz hamiləliyin 18-20-ci həftəsindən sonra inkişaf etməyə başlayır və adətən 26-28 həftədən sonra aşkara çıxır. Hestoz hamiləliklərin 20-30 %-ni müşayiət edir və  doğuşların ən çox ağırlaşma səbəbidir (13-16% hallarda).  Bu vəziyyət həmçinin, ana və uşağın da ölümü ilə nəticələnə bilər. Hestozun kliniki formaları kimi hamilələrin ödemi, nefropatiya, preeklampsiya və eklampsiya təsnifatlalaşdırılır.         Ağır gedişatlı hestoz hipertoniya xəstəliyi, böyrək patologiyaları (piolonefrit, qlomerulonefrit), öd yolları və qaraciyər xəstəlikləri, lipid mübadiləsi pozuntusu olan hamilələrdə müşayiət olunur.     Hestozun yaranma səbəbləri Ginekologiyada hestozun inkişafına dair bir neçə nəzəriyyə mövcuddur, ona görə bu xəstəliyə əksər hallarda “nəzəriyyələr xəstəliyi”də deyirlər. Kortiko-vistseral nəzəriyyəyə görə, hestoz zamanı baş beyin qabığı və qabıqaltı struktukturlar arasında fizioloji əlaqə pozulur ki, bunu da sayəsində damar və qan dövranı sistemində reflektor dəyişikliklər baş verir. Hestozun inkişafında həyati əhəmiyyəti olan orqanların hormonal tənzimlənmə pozuntusunu, həmçinin, döl və ananın  toxumalarındakı immunoloji konflikti xüsusən qeyd etmək lazımdır. Hestozun yaranmasına səbəb kimi irsi faktorlar da göstərilir. Hestozun inkişafında ümumi qəbul olunmuş səbəb kimi isə müxtəlif faktorların kombinə olunmuş təsiri göstərilir.   Hestoz yaradan pozuntuların əsasında damarların generalizə olunmuş spazmı dayanır ki, bu hal toxuma və orqanların qan dövranının pozulmasına gətirib çıxarır. Hestozun bu inkişaf mexanizmləri hüceyrə və toxumaların normal qidalanması və işləməsinə mane olur. Qan dövranı pozuntusuna və oksigen aclığına daha çox baş beyin hüceyrələri, böyrəklər, qaraciyər və plasenta daha həssasdır.      Hamilələrin hestozu zamanı baş beyində struktur və funksional pozuntular baş verir ki, bu da mikrosirkulyasiyanın pozulması, sinir hüceyrələrinin distrofik dəyişkənliyi, trombların yaranması, kiçiknöqtəli və ya kiçikocaqlı qan sızmalarının inkişaf etməsi, kəllədaxili təzyiqin qalxması ilə xarakterizə olunur.   Hestoz zamanı böyrək funksiyalarının pozuntusu özünü müxtəlif cür büruzə verə bilər: sidikdə zülalın əmələ gəlməsindən kəskin böyrək çatışmazlığınadək. Qaraciyər toxumalarındakı qan dövranı pozuntusu ocaq nekrozların və qansızmaların yaranmasına səbəb olur.    Plasentar qan dövranının pozuntusu hipoksiya və dölün bətndaxili inkişafının ləngiməsinə gətirib çıxarır. Hestozun əlamətləri Hestozun ilkin əlaməti ödemlərin yaranmasıdır ki, bu orqanizmdə mayenin durğunluğuna işarədir. Əvvəlcə şişkinliklər gizli olur və bundan yalnız çəkinin həddindən artıq (həftəyə 300 qr) və ya qeyri-mütənasib artması zamanı şübhələnmək mümkündür. Görünən şişlərin təsnifatlaşdırılması aşağıdakı kimidir: – Ödemin I mərhələsi – ayaqların şişməsi; – Ödemin II mərhələsi - ayaqların və qarın boşluğunun ön divarının şişməsi; – Ödemin III mərhələsi – ayaqların, qarının, əllərin və üzün şişməsi; – Ödemin IV mərhələsi – geniralizə olunmuş, universal şişkinlik. Hestoz zamanı şişlər diurezin azalması və mayenin orqanizmdə durğunluğu sayəsində yaranır. Onlar əvvəlcə topuqlarda  əmələ gəlir, daha sonra yuxarı nahiyələrə yayılır. Bəzən şişlər eyni zamanda üzdə də müşahidə edilir. Səhər saatlarında şişlər daha az ifadə olunur, belə ki, gecə yuxusu vaxtı maye toxumalarda bərabər paylanır. Ödemlər zamanı hamilələrin ümumi vəziyyəti və əhvalı adətən pozulmur. İfadə olunmuş şişlər zamanı qadınlar yorğunluqdan, ayaqlarda ağırlıq hissindən, susuzluqdan şikayətlənirlər. Hestozun diaqnostikası Hestozun diaqnostikası anamnez, hamilənin şikayətlərinə, obyektiv və laborator müayinələrə əsaslanır. Hestoz zamanı pozuntuların səviyyəsini qiymətləndirmək üçün aşağıdakı müayinələri aparmaq məqsədəuyğundur: – Sidiyin ümumi və biokimyəvi analizləri; – Qanın biokimyəvi göstəriciləri; – Qəbul olunan suyun və ifraz olunan sidiyin nisbəti; – Arterial təzyiq; – Bədən kütləsinin dəyişmə dinamikası; – Göz dibinin vəziyyəti. Dölün və plasentar qan dövranının vəziyyətini dəqiqləşdirmək üçün USM və uşaqlıq-plasentar qan dövranının doppleroqrafiyası aparılır. Hestoz zamanı əlavə olaraq oftalmoloq, terapevt, nevroloq və nefroloqun konsultasiyası da vacibdir. Hestozun müalicəsi Yaranmış hestozun əsas müalicə prinsipləri bunlardır: hospitallaşdırılma və müalicə-müdafiyə tədbirlərinin görülməsi, həyati vacib orqan və sistemlərin fəaliyyətindəki pozuntuları aradan qaldırmaq, doğuşun ehtiyatla və tez həyata keçirilməsi. Hestozun çox ağır formalarında hamiləliyin erkən pozulması göstərişdir. Hestoz zamanı müalicəvi tədbirlər hamiləliyin ağırlaşmalarının və dölün bətndaxili inkişaf pozuntularının normallaşdırma yolu ilə aradan qaldırılmasına yönəldilib. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 16.05.2018

Kavernomalar – şiş olmayan beyin damar anomaliyaları
 hekimtap.az

Kavernomalar – şiş olmayan beyin damar...

Kavernoma nədir? Kavernoma – beyin daxilində kiçik və genişləmiş anormal damarlardan əmələ gələn, xarici görünüşə görə böyürtkənə bənzəyən damar anomaliyasıdır. Kavernomaların digər adı da, kavernoz malformasiya və kavernoz angiomadır. Adından da göründüyü kimi kavernomalar damar anomaliyaları olub, törəmə deyillər. Kavernomalar 1-2 millimetrdən bir neçə santimetrə qədər böyüklükdə olurlar və divarları incə olduğuna görə ətraflarına qan sızdıraraq böyüyürlər. Kavernoma kimlərdə rast gəlinir? Kavernomalar hər 1000 nəfərdən 5 nəfərində görülür. Həm qadınlarda, həm də kişilərdə eyni sıxlıqda və adətən 20-40 yaşlar arasında rast gəlinir. Həm anadangəlmə, həm də sonradan qazanılma növləri vardır. Kavernomaların əlamət və simptomları Əksər kavernomalar kiçik ölçülü olurlar və əlamət  vermirlər. Buna baxmayaraq kavernoması olan insanların 1/3-də əlamətlər əmələ gəlir. Əgər kavernomalar böyüyürlərsə, bu, onların öz içinə və ətraf beyin toxumasına qanaması hesabına baş verir. Əgər daha öncə qanama olmayıbsa, kavernomanın illik qanama riski 1%-dir. Yox əgər daha öncə qanama olubsa, bu zaman təkrar qanama riski ildə 4-25% arasında dəyişir. Kavernomanın qanama riskini artıran tək bilinən səbəb hamiləlikdir. Kavernomalar aşağıdakı əlamətlərə səbəb olurlar:  – Qıcolma tutması (əsas əlamət);  – Baş ağrısı;  – Əldə və ayaqda iflic;  – Bulantı və qusma;  – Yerişin pozulması;  – Görmə pozğunluğu;  – Şüur bulanıqlığı, hətta koma və s.; Kavernomaların ölçüsündən və qanamanın miqdarından asılı olaraq, əgər kavernoma kiçik və qanama azdırsa əlamətlər tez keçir, yox əgər  kavernoma və qanama böyükdürsə o zaman daha ciddi və qalıcı simptomlar əmələ gəlir. Kavernomaların diaqnostikası Kavernomaların diaqnostikasında həm kompüter tomoqrafiya, həm də maqnit-rezonans tomoqrafiyadan istifadə olunur. Maqnit-rezonans tomoqrafiya daha üstün müayinə olub, kavernomaların yeri, ölçüsü və sayı haqqında daha dəqiq məlumat verir. Kavernomaların müalicəsi Daha öncə də vurğuladığımız kimi əksər kavernomalar əlamət vermirlər. Ona görə də təsadüfən tapılan və yüngül əlamətələr verən kavernomalar sadəcə təqib edilirlər. Əgər kavernomaya bağlı qıcolma tutması, baş ağrısı kimi əlamətlər varsa, o zaman dərman müalicəsi ilə bu əlamətləri aradan qaldırmaq və ya azaltmaq mümkündür. Amma dərmanlarla müalicənin kavernomaya təsiri yoxdur. Əlamət verən və dərman müalicəsinə baxmayaraq, əlamətləri keçməyən xəstələrdə kavernomalar əməliyyat olunmalıdırlar. Cərrahi əməliyyat kavernomaların tək effektiv müalicə üsuludur. Əməliyyatla kavernomalar tam çıxarılır və şikayətləri keçən xəstələr öz sağlamlığına qovuşurlar. Əgər kavernomaların yeri əməliyyat üçün uyğun deyilsə, o zaman şüa terapiyası tədbiq edilir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 16.05.2018

Spinner