Fizioterapiya
 hekimtap.az

Fizioterapiya

18638
Author: Fizioterapevt Aynurə Haşımova

Published: 19.05.2018
Aynur Hashimova

Fizioterapiya nədir?

Fizioterapiya fiziki amillərdən istifadə etməklə mualicə və profilaktika tədbiridir. Fizioterapiya təbii amillərlə müalicə deməkdir. Hal-hazırda fizioterapiyaya təbii və süni yaradılmş müalicəvi amillərin xəstəlıiklərin müalicəsində reabilitasiya və profilaktikasında tətbiqi zamanı insan orqanizmində baş verən dəyişıklikləri oyrənən bir elm sahəsi kimi baxılır.

Fizioterapiya ilə müalicə metodları

Fizioterapiyanın predmeti – müalicəvi fiziki amillərin öyrənilməsidir. Fiziki amillər daşıdqları enerji növünə və tipinə görə iki qrupa bölünür: süni və təbii

Süni amillərə aiddir:
 – Elektriklə müalicə;
 – Maqnitlə müalicə;
 – İşıqla müalicə;
 – Mexaniki üsullarla müalicə;
 – Termiki üsullarla müalicə;
 – Hidro-müalicə;
 – Radio-müalicə.

Fiziki üsullarla mualicə metodları istifadə olunma növbəsindən asılı olaraq aşagıdakı qruplara bölünür:
1. Aşağı gərginlikli sabit cərəyanlar – qalvanizasiya, dərman elektroforezi.
2. Alçaq gərginlikli impulslu cərəyanlar – DDC, interferasterapiya, tens, elektostimulyasiya, elekroson və s.
3. Yüksək gərginlikli dəyişən elektrik cərəyanı-darsonvalizasiya, ultratonterapiya.
4. Müxtəlif xarakterli elektrik, maqnit sahələri, UYT terapiya ,mikrodalğalar və s.
5. Optik diapazonlu işıq sahəsi – UBŞ şüalar, lazerterapiya və s.
6. Mühitin mexaniki rəqsləri-massaj, UZT, dərman fonoforezi, vibroterapiya.
7. Dəyişdirilmiş xüsusi hava mühiti-inhalyasiyalar aeron iqlim terapiyası.
8. Şirin su və hidroterapiya balneoterapiya.
9. Hipotermiya və krioterapiya – istilik və soyuq.                              

Fizioterapiya hansı xəstəliklərdə tətbiq olunur?

Bir çox xəstəliklərdə fizioterapiya tətbiq olunur.

 – Tənəffüs sistemi – bronxitlər, obstruksiyalar, pnevmoniyalar, astmalar və s.;

 – Lor xəstəlikləri – rinitlər,otitlər, tonzillitlər, faringit, laringit və s.;

 – Stomatoloji xəstəliklərdə;

 – Oftalmoloji xəstəliklərdə;

 – Uroloji xəstəliklərdə;

 – İnfeksion xəstəliklərdə – parotit, angina, kəskin respirator xəstəliklər;

 – Oynaq, onurğa birləşdirici toxuma xəstəlikləri – osteoartroz, podaqra, artritlər, osteoxondrozlar, onurğanın degenerativ dəyişiklikləri, protruziyalar, yırtıqlar, travmatik zədələnmələr, əməliyyatdan öncə və sonrakı xəstələr, fibromialgiyalar, postur pozğunluqları, oskut-şlatter xəstəliyi və s;

 – Yanıqlarda;

 – Dəri xəstəliklərində;

 – Sinir- əzələ xəstəliklərində – nevrozlar, miqren, reyno xəstəliyi, miopatiyalar, miostimulyasiyalar, parezlər və s;

 – Pediatrik xəstəliklərdə – enurez, raxit - d vit hipovitominozu, skolioz, kifoz, lordoz, tez -tez xəstələnən uşaqlar, uşaq serebral iflicləri və s.

Fizioterapiyanın effektliyi haqqında

Dərman xəstəliyi və allergiya törətmir.

Fizioterapiyanın müalicə imkanları çox genişdir və müalicənin müddətini qısaldır. Bundan başqa, bir sıra dərman maddələrinin təsirini gücləndirir.

Digər orqan və toxumalarla yanaşı təsirinə rast gəlinməyib.

Fizioterapiyanın qeyri-invaziv üsulla aparılması da bu metodun üstünlüyündən xəbər verir.

Bu müalicə metodu ilə xroniki xəstəliklərin remissiya dövrünu uzatmaq, bilavasitə pataloji proses nahiyyəsinə təsir göstərmək mkündür. İstifadəsi əhalinin əksəriyyəti tərəfindən əlverişlidir.

Fizioterapiyaya göstəriş və əks-göstərişlər

Fizioterapiya təyin olunan zaman xəstənin yaşi, cinsi, konstitusiyası, yanaşı xəstəliyin olub-olmaması,orqanlarının adaptasiya-kompensator mexanizmlərinin məşq olunma dərəcəsi, orqanizmin əsas funksiyalarının bioritmik aktivliyi və s.nəzərə alınmalıdır.  

Prosedurlar təyin olunarkən xəstəyə induvidual yanaşılmalıdir. Yuxarıda da qeyd olunduğu kimi, bir xəstəliklərə göstərişdir.

Ümumi əks-göstərişlər isə bunlardır:
 – Qanın sistem xəstəliyi;
 – Kaxeksiya;
 – Hipertoniya 3-cü mərhələ;
 – Baş beyin damarlarının kəskin aterosklerozu;
 – Ürək-damar sistemi xəstəliklərinin dekompensasiya mərhələsi;
 – Qanaxma;
 – Xəstənin ümumi ağır vəziyyəti;
 – Qızdırma – bədən temperaturunun 38 dərəcədən yüksək olması;
 – Tez-tez tutmalarla müşayiət olunan epilepsiyalar;
 – İsteriya ağır forma – qıcolma tutmaları ilə;
 – Psixomotor oyanıqlıqlar;
 – Vərəm – açıq forması;
 – Bədxassəli şişlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.