Cinsiyyət yollarında olan axıntılar
 hekimtap.az

Cinsiyyət yollarında olan axıntılar

23609
Author: Mama-ginekoloq Aidə Hüseynova

Published: 07.06.2018
HekimTap Pro

Cinsiyyət yollarında olan axıntılar – ümumi məlumat

Uşaqlıq yolunda olan axıntılar demək olar ki, bütün qadınları nartahat edir.

Uşaqlıq yolunda axıntılar bütün sağlam qadınlarda var və bu, normaldır. Uşaqlıq yolunda olan normal axıntılar maye şəklində, şəffaf, miqdarı az olur.     

Normalda uşaqlıq yolundakı axıntılar qoxusuz olur, cinsiyyət orqanlarının dəri və selikli qişasını qıcıqlandırmır, hər hansı xəstəlik  simptomları ilə (göynəmə, temperatur, ağrılar, cinsiyyət sistemi nahiyəsində diskomfort) müşayiət edilmir.

Sağlam qadınlarda uşaqlıq yolunda olann axıntılar uşaqlıq boynu vəziləri tərəfindən ifraz olunur, cinsiyyət yollarını təmizləyir və infeksiyaların qarşısını alır.

Sağlam qadınlarda axıntı miqdarının artması menstrual tsiklin ortalarında (ovulyasiyadan əvvəl), seksual ehtiraslanma, stress, iqlim dəyiklikliyi və ya bəzi dərman preparatlarının (məsələn, hormonal kontraseptivlər) qəbulu, hamiləlik dövründə müşahidə edilə bilər.

Uşaqlıq yolundan xoşagəlməz axıntılar xəstəlik simptomu ola bilər. Uşaqlıq yolunda olan axıntıların rənginin, şəffaflığının, konsistensiyasının, qoxusunun dəyişməsi bəzi xəstəliklərdən xəbər verə bilər. 

Qanlı axıntılar

Uşaqlıq yolunda olan axıntıların qəhvəyi rəngdə olması burada qanın olmasına dəlalət edir. Əgər qanlı axıntılar kontraseptiv qəbulu və ya uşaqlıqdaxili spiralın istifadəsi fonunda yaranarsa, ginekoloqla məsləhətləşmək lazımdır.

Menstruasiya ilə əlaqəsi olmayan qanlı axıntılar demək olar ki, həmişə xəstəliklərdən xəbər verir.

Uşaqlıq yolundan qanlı axıntıların ayrılması uşaqlıq boynu eroziyası və ya xərçəngindən, menstrual tsiklin pozulmasından, endometrio əlamətləridir.

Ağ rəngli axıntılar

Uşaqlıq yolundan ağ və ya sarı rəngli axıntının ayrılması cinsi yolla ötürülən infeksiyalara işarədir. Çoxsaylı mikroblar və leykositlər axıntılara ağımtıl və ya sarı (bəzi hallarda yaşıl və ya boz rəng) rəng verir.

Uşaqlıqdan irinli, yaşıl axıntının ayrılması trixomoniaz, qonoreya, xlamidioz və digər infeksion xəstəliklərdən xəbər verir. Cinsiyyət sistemində irinli axıntıların olması, adətən, göynəmə və cinsiyyət orqanları nahiyəsində diskomfortla müşayiət edilir. Bəzən qarının aşağı hissəsində və bel nahiyəsində ağrılar müşahidə olunur.

Kəsmiyəbənzər axıntılar

Uşaqlıq yolundan kəsmiyəbənzər, qatı axıntıların ayrılması urogenital trixomoniaz, bakterial vaginoz, kandidoz kimi xəstəliklərə dəlalət edir.

Qoxulu axıntılar

Uşaqlıq yolundan gələn qoxulu axıntılar (balıq qoxulu) cinsi yolla yoluxan infeksiyalardan xəbər verir. Pis qoxuya səbəb patogen miqrobların həyat fəaliyyətidir. Onlar qida maddələrini parçalayır və pis qoxulu qazlar ifraz edir.

Qəhvəyi axıntılar

Hamiləlik zamanı uşaqlıq yolundan ayrılan qəhvəyi axıntılar uşaqlıq boynu damarlarından az miqdarda qan ayrılmasının səbəbi ola bilər ki, bu da həkim müdaxiləsi tələb edir.

Yuxarıda qeyd olunan hallarda qətiyyən özünümüalicə ilə məşğul olmayın! Uşaqlıq yolundan normadan kənar axıntının olması ginekoloqun qəbuluna getmək üçün ciddi səbəbdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az