Эрозия шейки матки
 hekimtap.az

Эрозия шейки матки

Что такое эрозия шейки матки? Эктопия (эрозия, псевдоэрозия) шейки матки – это нарушение целостности, изъязвление или дефект слизистой оболочки влагалищной части шейки матки, который может возникнуть у женщины любого возраста и требует тщательного обследования и обязательного своевременного лечения, так как эрозия шейки матки может быть началом предракового или ракового изменения эпителия. Особую настороженность вызывают пациентки с наличием вируса папилломы человека (ВПЧ) высокого онкогенного риска (16, 18, 31, 33 типа), вируса герпеса, в этом случае риск возникновения рака шейки матки увеличивается в несколько раз. При осмотре в зеркалах эрозия выглядит как участок красного цвета, расположенный вокруг наружного зева, различного размера от 2 мм до 2 см. Псевдоэрозия может существовать месяцы и годы. Причины возникновения эрозии шейки матки ранее начало половой жизни, частая смена половых партнеров; половые инфекции и воспалительные заболевания женской половой сферы (ВПЧ, вирус герпеса, хламидиоз, уреаплазмоз, трихомониаз, гонорея, дисбактериоз влагалища и т.д.); травматические воздействия (аборты, механические повреждения, оперативные вмешательства, роды и т.д.); гормональные и иммунные нарушения (нарушения гормонального фона - дисфункция яичников, эндокринные заболевания, ослабленный иммунитет); физиологическая или «врожденная» эрозия шейки матки, возникающая у молодых женщин до 25 лет. Симптомы эрозии шейки матки В подавляющем большинстве случаев, эрозия шейки матки редко себя проявляет клинически и чаще всего подобный диагноз является находкой при гинекологическом осмотре. Но бывает так, что сами пациентки обращаются к гинекологу с жалобами на кровянистые выделения, не связанные с менструацией, особенно после полового акта. Женщин могут беспокоить такие симптомы, как боли во время полового акта и слизисто-гнойные выделения. Последнее связано с тем, что к эрозии присоединяется воспалительные заболевания, что значительно ухудшает течение заболевания. Диагностика заболеваний шейки матки При первом же визите, после визуального осмотра, гинеколог может поставить диагноз “Эрозия шейки матки”. Однако, визуального осмотра не всегда достаточно, чтобы убедиться в правильности своих суждений и определиться с тактикой лечения, необходимо выполнить ряд диагностических мероприятий: осмотр в зеркалах на гинекологическом кресле; обследование на инфекции, передающиеся половым путем (ПЦР анализы на хламидии, мико- и уреаплазмы, гарднерелу, трихомонаду, вирусы папилломы человека, герпес); цитологическое исследование материала с шейки матки – онкоцитология; кольпоскопия – предполагает проведение осмотра шейки матки при помощи оптического прибора, позволяющего в несколько раз увеличивать изображение. Данная процедура абсолютно безболезненна для пациентки; биопсия шейки матки - производится забор небольшого кусочка ткани шейки матки, детальное исследование которого позволяет установить окончательный диагноз. Такой комплекс диагностических манипуляций дает возможность врачу установить точный диагноз и разработать необходимую тактику лечения пациентки. Лечение эрозии шейки матки Как же лечить эрозию шейки матки? Необходимо сразу отметить, что подход к лечению должен быть индивидуальным и комплексным. Метод лечения зависит от величины и структуры поражения, тяжести течения заболевания, наличие сопутствующих заболеваний. Противовоспалительные средства, гормональные препараты, при необходимости назначаются антибактериальные и противовирусные лекарственные средства, препараты местного действия. В комплекс лечебных мероприятий так же входят препараты, направленные на повышение иммунитета и общеукрепляющие; Химическая коагуляция - шейка матки обрабатывается специальными препаратами, обладающими прижигающим действием, в результате чего образуется струп (применение препарата «Солковагин», представляющего собой набор органических кислот); Криодеструкция - участок эрозии обрабатывают жидким азотом (сверхнизкая температура), тонким и очень холодным манипулятором поврежденный участок "вымораживается" до здоровой ткани; Лазерокоагуляция - участок эрозии подвергается воздействию прицельно действующего хирургического лазерного луча (мощный пучок света); Радиволновая хирургия (наиболее эффективная хирургическая техника, использующая радиоволны). Профилактика эрозии шейки матки Необходимо хотя бы раз в год проводить профилактические осмотры у врача-гинеколога, с обязательным цитологическим исследованием мазка с шейки матки, что позволяет выявить патологию шейки матки в начальной стадии, когда процесс лечения требует минимальных затрат сил и времени.   © Использование материалов разрешено только при наличии активной ссылки на источник. https://hekimtap.az

Published: 20.06.2018

Uşaqlarda atopik dermatit
 hekimtap.az

Uşaqlarda atopik dermatit

Uşaqlarda atopik dermatit nədir? Atopik dermatit dərinin xroniki iltihabi xəstəliyidir. Adətən orqanizmin allergik reaksiyalara irsi meyillik fonunda yaranır. Atopik dermatitin ilkin əlamətləri dəri qatları, qoltuq, yan nahiyəsində bişməcələr, qulaq arxasında qızartıdır. Bəzən onlar sulu yaralara çevrilir. Adətən üzdə yaranan əlamətlər tədricən bədənin digər nahiyələrinə keçir.    Uşaqlarda atopik dermatitin yaranma səbəbləri Əksər hallarda uşaq atopik dermatiti qida məhsullarına allergiya fonunda yaranır. Bundan başqa, diatez orqanizmə tənəffüs yollarından düşən allergenlər – ev tozu, akvarium balıqları üçün quru qidalar, heyvan tükləri və onların dəri hissəcikləri səbəbindən yarana bilər.  Əgər allergenlərlə kontakt tez-tez baş verirsə, dəri daha da həssas olur və o, adətən paltar üzərində qalan yuyucu tozlardan, paltarın özündən, sabundan, bəzi parçalarla təmasdan, uşağın öz tərindən qıcıqlana bilir. Bu isə öz növbəsində, dəri iltihabını daha da ağırlaşdırır. Həm də atopik zədələnmə hallarında dəri göynəyir deyə, uşaq həmin nahiyələri qaşıyaraq, oraya infeksiya sala bilər. Ona görə də allergik iltihabla yanaşı, bakterial iltihabın da inkişaf etməsi mümkündür. Uşaqlarda atopik dermatitin diaqnostikası Uşağın vəziyyətini yaxşılaşdırmaq məqsədilə pediatrlar, adətən, daha çox allergen sayılan qida məhsullarını – bal, şokolad, kakao, sitruslar, çiyələk, qoz-fındıq və s. – rasiondan çıxarırlar. Lakin allergiya fərdi xarater daşıyır və bir uşaqda hər hansı qida məhsulundan yaranan allergiya, digər uşaqda bu müşahidə edilməyə bilər. Ona görə də simtomlar üzə çıxarsa, allerqoloji müayinədən keçmək lazımdır. Buraya dəri probları və/və ya spesifik E immunoqlobinlərini aşkara çıxaran qan analizləri aiddir.    Valideynlərə xəbərdarlıq Bir çox valideynlər diatezi ciddi problem kimi qəbul etmir - onlar əmindirlər ki, uşaq böyüdükcə problem öz-özünə keçəcək. Təəssüf ki, bu həmişə belə olmur və əksər hallarda uşaq vaxtı özünü büruzə verən xəstəlik, böyük yaşlarda da aktual qalır. Lakin vəziyyət daha ciddi ssenari ilə də  inkişaf edə bilər. Allerqologiyada “atopik marş” adlanan bir məfhum var. Onun mahiyyəti budur -  allergiyaya meyilli olan erkən yaşlı uşaqlarda atopik dermatit müşahidə olunur, sonra onun əlamətləri tədricən səngiyir və belə təəssürat yaradır ki, sanki allergiya keçib getdi. Lakin 5-7 yaşlarında xəstəlik yenidən üzə çıxır. Özü də bu dəfə dəridəki əlamətlərlə yox, bronxial astma, allergik rinit və ya hər iki xəstəliklə eyni zamanda.      Uşaqlarda atopik dermatitin müalicəsi Atopik dermatit zamanı dəriyə xüsusi kremlər, mazlar və lasyonlar çəkilir. Onların tətbiqində məqsəd iltihabı azaltmaq, göynəməni aradan qaldırmaq, dərini daha nəm etmək və onun müdafiə xüsusiyyətlərini artırmaqdır. Uşağın allergenlərlə təmasını minimuma çatdırmaq vacibdir, reaksiya yaranarsa, antihistamin vasitələr tətbiq olunur. Ağırlaşmış hallarda həkiminin göstərişi ilə qlükokortikosteroid qrupundan olan dərmanlar təyin edilir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 20.06.2018

Tərləmə və onun səbəbləri
 hekimtap.az

Tərləmə və onun səbəbləri

Salam dəyərli izləyicilər. Həmişə məqalə yazmazdan öncə pasientlərimin ən çox verdiyi sualları xatırlamağa çalışıram. Bu dəfə yazımı əhali arasında geniş yayılan, lakin nə ilə əlaqədar ola biləcəyinini anlaya bilməyən insanlar qrupuna həsr etməyi qərara aldım.  Çox tərləmə – sosial problem kimi Çox tərləmə sosial problem sayıla bilər. Belə ki, insan çox tərləmənin yaratdığı qoxudan, paltarda qoyduğu ləkədən və ətraf insanlarda ona qarşı yaranan xoşagəməz münasibətdən müəyyən narahatlıq keçirə bilər. Bu da insanların tədricən hər kəsdən uzaqlaşmasına gətirə bilər. Söhbət hiperhidrozdan gedir. Yəni çox tərləmədən. Gəlin bu haqda ətraflı danışaq. Hiperhidroz Hiperhidroz orqanizmin anadan gəlmə xüsusiyyəti və ya xəstəliyin əlaməti ola bilər. Məsələn, vərəm, piylənmə, tireoidit və s. Hiperhidroz lokal (müəyyən nahiyədə – ovuc, ayaqaltı, qoltuqaltı və s.) və ya ümumi (bütün bədənin tərləməsi) ola bilər. Hiperhidroz nəinki psixoemoisional problemlərə yol aça bilər, həmçinin digər ağırlaşmalar da yarada bilər. Belə ki, ayaqların çox tərli olması, ayaqda göbələk infeksiyasına, qoltuqaltında daha çox olması hidra adenitə ( ətraf toxumaların irinli-iltihabi xəstəliyinə), dərinin daima nəm olması aşınmalar və irinli yaralara səbəb ola bilər. Hiporhidroz və endokrinoloji amillər Mən ixtisasımla əlaqədar diqqətinizi hiperhidrozun endokrinoloji tərəflərinə yönəltmək istəyirəm. Endokrin hiperhidroz adətən bütün bədəndə müşahidə olunur. Bəzi hormonları artıq ifrazı nəticəsində onların aşağıdakı effektləri görülə bilər:  – Birbaşa baş beyində termorequlyasiya mərkəzini qıcıqlandırırlar;  – Sinir liflərinin qıcıqlanmasına səbəb olurlar;  – Maddələr mübadiləsini sürətləndirirlər;  – Yerli qan dövranını sürətləndirirlər, bu da tər vəzilərinin artıq qanlanmasına və işinin sürətlənməsinə səbəb olur. Endokrin hiperhidrozun səbəbləri:  – Şəkərli diabet – Diabetik polineyropatiya (uzunmüddət qan şəkərlərinin tənzimlənməməsinə görə vegetativ sinir sistemi zədələnir. Bu zaman tərləmə, əsasən, bədənin yuxarı hissəsində olur, çanaq və aşağı ətrafların dərisi quru qalır.  – Qalxanvari vəzi xəstəlikləri, xüsusil hipertireoz;  – Piylənmə;  – Akromeqaliya (artıq boy hormonu ifrazına səbəb olan hipofiz şişi xəstəlikləri) Bu zaman dəri qalınlaşır, piy və tər vəziləri aktiv işləməyə başlayır;  – Klimakterik sindrom. Qadın cinsi hormonu olan esterogenlərin azalması beyin mərkəzlərini qıcıqlandıraraq, istilik axını hissi və həddən artıq tərləməyə səbəb ola bilər;  – Feoxromasitoma – böyrəküstü vəzilərin adrenalin və noradrenalin ifraz edən şiş xəstəliyidir;  – Cinsi yetkinlik dövrü. Qeyri-stabil artan hormonlar simpatik sinir sistemini qıcıqlandıraraq çox tərləməyə səbəb ola bilərlər. Beləliklə, əgər sizin də həddən artıq tərləmə şikayətiniz varsa, səbəbini araşdırmaqdan çəkinməyin. Uğurlu müalicənin təməli düzgün diaqnozun qoyulmasıdır. Həmişə sağlam qalmaq diləyi ilə.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 19.06.2018

Uşaqlarda enkoprez xəstəliyi
 hekimtap.az

Uşaqlarda enkoprez xəstəliyi

Uşaqlarda enkoprez xəstəliyi – ümumi məlumat Uşaqlarda enkoprez – defekasiya aktı kontrolunun pozuntusu ilə xarakterizə olunan xəstəlikdir. Əsas simtomu nəcisin saxlanıla bilməməsi hesab olunur. Uşaqlarda enkoprez qəbizliklə müşayiət edilə bilər, bəzən uşaqların davranışında pozuntular qeydə alınır ki, bu da artıq psixi pozuntulara dəlalət edir. Diaqnoz klinik simtomlar və anamnez əsasında qoyulur, psixoloq və ya psixiatrın iştirakı ilə kompleks terapiya aparılır. Uşaqlarda enkoprez bir sıra somatik, nevroloji və psixoloji xəstəliklər fonunda yaranır, özünü simptom və ya müstəqil formada büruzə verir. Rəsmi statistikaya görə, nəcisin saxlanmaması probleminə uşaqların 1-5%-də rast gəlinir, lakin valideynlər heç də həmişə mütəxəssisə müraciət etmirlər. Xəstəlik daha çox 5-8 yaşlı uşaqlar arasında yayılıb, oğlanlar bu problemdən qızlarla müqayisədə 2-5 dəfə çox əziyyət çəkirlər. Təqribən 1/3 hallarda enkoprez gecə enurezi ilə birgə baş verir. Uşaqlarda enkoprezin yaranma səbəbləri Xəstəliyin təbiəti polimorfdur. Bir qayda olaraq, bu, uşaqda defekasiya aktı tənzimlənməsi sistemində müəyyən çatışmazlıqla əlaqədardır. Özü də bu çatışmazlıq sistemi təşkil edən bəndlərin istənilən birində müşahidə edilə bilər.   Bu cür uşaqların anamnezində adətən,bətndaxili hipoksiya, doğuş zamanı ağırlaşmalar, doğuş travmaları, habelə bətndaxili infeksiyaya yoluxma qeyd olunur. Araşdırmalara görə, sosial baxımdan əlverişsiz ailələrdə böyüyən uşaqlar enkoprezdən daha çox əziyyət çəkirlər. Anatomik-fizioloji strukturdakı qeyri-yetişkənlik yoğun bağırsaqda da müşahidə olunur. Burada söhbət təkcə düz bağırsaqdan deyil, həmçinin, nəcis kütlələrinin yaranmasında rolu olan mədə-bağırsaq traktının yuxarı şöbələrindən (qaraciyər, öd kisəsi və mədəaltı vəzi) gedir. Bundan başqa, yuxarıda sadalananlara xarici qıcıqlandırıcı faktorları da əlavə etmək lazımdır. Buraya ailədə baş verən konfliktləri, “uşaq-ana” münasibətlərinin pozulması, tərbiyə tədbirlərindəki qüsurlar və s. aiddir.     Nəcis saxlanmamasına səbəb kimi müxtəlif somatik patologiyaları da göstərmək olar. Bu, xroniki qəbizlik yaradan xəstəliklər ola bilər ki, onlar da öz növbəsində bağırsaq hissiyatının aşağı düşməsinə və onun qeyri-iradi boşalmasına gətirib çıxarır.  Uşaqlarda enkoprezin müalicəsi Kompleks şəkildə aparılan terapiya ilk növbədə, uşaq üçün əlverişli psixoloji şəraitin yaradılmasına yönəldilir. Bu, enkoprezin yaranma səbəbindən asılı olmayaraq, müalicənin ən vacib şərtlərindəndir. Bundan sonra valideynlərlə psixoloji söhbət aparılır. Gündəlik rejimin, həmçinin, uşağın səhər defekasiyasına alışdırılması vacibdir. Xroniki qəbizlik hallarında tərəvəzlərlə zəngin qarın yumşaldıcı dietalar təyin edilir, nişasta mənbəyi olan məhsullar, məsələn, makaron, düyü və s. məhdudlaşdırılır. Fiziki yüklənməni tədricən artırmaq şərtilə səhər gimnastikası çox faydalıdır. Pediatr tərəfindən təmizləyici imalələrin təyin edilməsi vacibdir, xüsusən də qəbizlik hallarında. Çünki qəbizlik uşaqlarda enkoprez yaradan səbəblərdən biridir.     İmalələr, həmçinin, məşq xarakterli ola bilər. Bu zaman 400-500 ml maye (adətən çobanyastığı dəmləməsi) bağırsaqlara daxil edilir və pasiyentə bu mayeni müəyyən vaxt saxlamaq tövsiyə olunur. Müalicənin vacib elementlərindən biri də enkoprezin fizioterapiyasıdır. Burada məqsəd çanaq və qarın əzələlərini məşq etdirməkdir.                      Bundan başqa, elektrostimulyasiyadan, sfinkterin məşqindən istifadə olunur ki, uşaq bu proseduru müəyyən müddət keçməlidir. Medikamentoz müalicə məqsədilə neyrometaboliklər təyin olunur, bağırsağın disbakterioz müalicəsi aparılır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 19.06.2018

Klimakterik sindrom
 hekimtap.az

Klimakterik sindrom

Klimakterik sindrom nədir? Klimakterik sindrom reproduktiv funksiyanın söndüyü vaxtda, yəni 45-47 yaşdan sonra yaranır. Bu mərhələdə yumurtalıq və uşaqlığın ölçüləri tədricən azalır, menstruasiyalar kəsilir. Sindrom 40% qadınlarda premenopauza dövründə, 40-85%-ində menopauzadan sonra bir il müddətində, 3%-ində isə menopauzadan 2-5 il ötdükdən sonra qeydə alınır. Klimakterik sindromun yaranması yaşla əlaqədar olaraq, qadın cinsi hormonlarının (estrogenlərin) səviyyəsinin orqanizmdə aşağı düşməsi və hipotalamusun işindəki dəyişikliklərlə əlaqədardır. Bu patoloji vəziyyətin müddəti 1.5 ildən 10 ilədək davam edə bilər. Simtomlar orta hesabla 2-5 il davam edir. Onların ifadə olma dərəcəsi isə qadının orqanizminin fərdi xüsusiyyətlərindən asılıdr. Menopauza, yəni menstruasiyanın kəsilməsi istisnasız olaraq hər bir qadında olur, lakin klimakterik sindrom hər qadında rast gəlməyədə bilər. Buna əsasən, orqanizmin adaptasiya sisteminin aşağı düşməsi səbəb olur: irsi xəstəliklər, ürək-damar problemləri. Klimakterik sindromun yaranması və gedişatına uşaqlıq mioması və endometrioz kimi ginekoloji xəstəliklər də təsir göstərir. Burada psixososial faktorların – işdə və ya şəxsi həyatda problemlər- əhəmiyyətli dərəcədə rolunu da qeyd etmək lazımdır.   Klimakterik sindromun əlamətləri Klimakterik sindromun simptomatikası müxtəlifdir və ciddi narahatçılıqlara səbəb ola bilər. Mütəxəssislər bu simptomları üç qrupa bölürlər: neyrovegetativ, psixonevrotik və somatik. Onlardan ən geniş yayılmışı (98%-ədək) neyrovegetativ simtomdur ki, bu zaman qadının üzünə, başına, bədənin yuxarı nahiyəsinə “istilik axını” baş verir. Bu “axınlar” 30 saniyədən 1-2 dəqiqəyədək davam edə bilər. Sindrom zamanı tərləmənin səviyyəsinin artması da qeydə alınır (təqribən 80% hallarda). “Axınlar”a stress, iqlim şəraitinin dəyişməsi kimi müxtəlif qıcıqlandırıcılar təkan verə bilər.        “İstilik axınları” zamanı dəri səthinin temperaturu 5C-yə, ürək düyüntüsü isə 130-a dək qalxır, periferik damarlar genişlənir. Bundan başqa, vegetativ pozuntulara, həmçinin, boyun və sinədə qırmızı ləkələrin əmələ gəlməsini, güclü baş ağrısı tutmalarını, arterial təzyiqin dəyişməsini, hipertonik krizləri, vozomotor riniti aid etmək olar.    Qadınlar tez-tez ətrafların qıcolması və ya keyiməsindən, dərinin quruluğundan, yuxululuq və ya əksinə oyanıqlıqdan şikayətlənirlər. Bəzilərində boğulma tutmaları və panik ataklar müşahidə edilir. Neyrovegetativ pozuntular klimaks zamanı sinir sisteminin həssaslığını artıra, bu isə öz növbəsində orqanizmin müxtəlif nahiyələrndə ağrılara gətirib çıxara bilər. Klimakterik sindromun müalicəsi İlk növbədə nəzərə almaq lazımdır ki, klimaks - fizioloji bir prosesdir. Menopauza ağırlaşmaları və ya klimaksın patoloji gedişatı mütəxəssislərin, o cümlədən, nevroloq və psixoterapevtin müdaxiləsini tələb edir. Lakin təbii ki, həkimlər arasında ən böyük məsuliyyət həkim-ginekoloqun üzərinə düşür. Məhz o, diaqnoz qoyur və müalicə taktikasını seçir. Müasir təbabətdə əsasən, üç terapiya üsulu mövcuddur və onların hər birinin öz müsbət və mənfi tərəfləri var. Buraya qeyri-medikamentoz, medikamentoz və hormonal terapiya metodları aiddir. İstənilən müalicə metodu mütəxəssislərin ciddi nəzarəti altında həyata keçirilməlidir, əks halda, ağırlaşmalar ortaya çıxa bilər.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 19.06.2018

Aknenin yaranma səbəbləri
 hekimtap.az

Aknenin yaranma səbəbləri

Akne, yəni üzdə olan kiçik və çoxsaylı sızanaqlar hal-hazırda geniş yayılmış şikayətlər arasında ön yerlərdədir. Yaranma səbəbləri müxtəlifdir. Mən ixtisasımdan dolayı, bu gün hormonal səbəbləri qısa da olsa, arşdırmağa çalışacağam. Beləliklə, yaranma səbəbindən asılı olaraq, bir neçə növ səpgilər ayırd olunur. İlk olaraq akne endokgen (yəni daxili orqan problemləri ilə əlaqəli yaranan) və ekzogen ( xarici səbəblərdən yaranan) növlərə ayrılır. Endogen səpgilərin səbəbləri, müxtəlif hormonal dəyişikiliklər, o cümlədən yeniyetməlik dövrünə xarakter olan təbii hormonal sıçrayış ola bilər. Müəyyən rolu həmçinin həm qadınlarda, həm də kişilərdə qandakı kişi cinsi hormonlarının artan miqdarına piy vəzilərinin genetik qeyri-adekvat reaksiyası da oynaya bilər. Aknenin yaranmasından məsuliyyətli olan hormonlara testesteron, böyümə hormonu, İGF-1, prolaktin, DHEAS, esterogendir. Ancaq qeyd etmək lazımdır ki, hormonal problemlər nəticəsində yaranan sızanaqlar, yalnız bu şikayətlər olmur. Həmçinin, aybaşı pozğunluğu, artıq çəki, kişi tipli tüklənmə, saç tökülmə kimi şikayətlər də bununla yanaşı gedə bilər. Ona görə də əgər sizi də üzdə yaranan sızanaqlar narahat edirsə və bunlarla yanaşı aybaşı tsiklinin qeyri-müntəzəmdirsə, arzu olunmaz nahiyələrdə tüklərdə artım qeyd edirsinizsə, saçlarda həm tökülmə, həm də keyfiyyətində azalma vardırsa, onda mütləq endokrinoloqa müraciət edərək hormonla spektrinizi yoxlatmanız vacibdir. Bəzən adi və sadə görünən səpgilərin altında ciddi bir hormonal problem dayana bilər.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 18.06.2018

Süd vəzi böyüdülməsi hekimtap.az

Süd vəzi böyüdülməsi

Süd vəzi böyüdülməsi – ümumi məlumat Süd vəzilərinin (məmənin) böyüdülməsi – milyonlarla qadının arzusudur. Kimi məmə ölçüsünü müstəqil şəkildə böyütməyə çalışır, kimisi isə bunu plastik cərraha etibar edir. Bu məqalədə söhbət süd vəzilərinin  plastik cərrahiyyə üsulu ilə böyüdülməsindən gedəcək. Plastik cərrahiyyə məmə böyüdülməsində ən effektiv üsul hesab olunur. Plastik cərrahiyyə əməliyyatları arasında ən çox tədqiq ediləni məmə böyütmə əməliyyatıdır. Statistikaya görə, bu gün Amerikada 2 milyon qadın silikon daşıyıcısıdır. Süd vəzi protezlərinə müraciət edən Azərbaycan qadınlarının da sayı gündən-günə artır. Məmə protezlərinin yerləşdirmə üsulları 1995-ci ildə Kanadada 11.000 xəstə üzərində aparılmış tədqiqatın nəticəsində məlum oldu ki, məmə protezləri qoyulan qadınlarla, qoyulmayan qadınlar arasında xərçəngin əmələ gəlmə ehtimalı eynidir. Yəni, məmə protezləri süd vəzi xərçəngi əmələ gətirmir. Məmə protezlərini yerləşdirmək üçün 4 kəsik yolu var: 1.Areola ətrafı; 2. Məmə altı; 3. Qoltuq altı; 4. Göbəkdən aparılan kəsik. Hər kəsiyin özünə görə üstünlükləri  və çatışmayan cəhətləri var. Ən çox istifadə olunan məmə altı və məmə başından aparılan kəsiklərdir. Məmə böyüdülməsi əməliyyatından əvvəl bəzi müayinələr və ölçmələr aparılır. Bu ölçmələr sizin bədəninizə uyğun bir əməliyyat planlaşdırılması üçündür. Əməliyyatdan əvvəl sizdən süd vəzi ultrasəs müayinəsi çəkdirmək istəniləcək. Əgər məmədə ələ gələn-gəlməyən və hər hansı ağrılı-ağrısız törəmə olarsa, o zaman əməliyyat ertələnəcək, bu törəmə tam şəkildə yoxlanıldıqdan sonra əməliyyat planlaşdırılacaq. Süd vəzi protezlərinin növləri Məmə protezlərinin 2 forması var: Yuvarlaq və anatomik (damla şəkilli). Yuvarlaq protezlərin üfüqi və şaquli ölçüləri bir-birinə bərabərdi. Anatomik protezlərdə şaquli ölçü üfüqi ölçüdən böyükdü. Anatomik adlandırılmasının səbəbi məmə şəklinə daha çox bənzəməsidir. Tərkibinə görə isə silikon gel tərkibli və silikon gel tərkibli kapsulanın içərisində yerləşən fizioloji duzlu su tərkibli olurlar. Süd vəzi böyüdülməsi – əməliyyatdan əvvəlki mənzərə Məmə böyütmə əməliyyatı pasientin tam yatızdırıldığı ümumi anesteziya altında həyata keçirilir. Sizin bədən quruluşunuzu və istəklərinizi nəzərə alaraq, cərrahınız sizə uyğun kəsiklə silikon protez yerləşdirəcək. Əməliyyat ortalama 1 saat davam edir. Süd vəzi böyüdülməsi – əməliyyatdan sonrakı mənzərə Əməliyyatdan sonra 1 gün xəstəxanada yatmaq şərtdir. Əməliyyat bitəndən sonra sizə geyindirilən korsetin 1 ay  üzərinizdə qalmağı məsləhətdir. Əməliyyatdan sonra ağrı hissini azaltmaq üçün sizə bəzi ağrıkəsici dərmanlar yazılacaq. Əməliyyatdan 2-5 gün sonra məmələrin gərgin və həssas olması normaldır. Sarğılarınız 5 günə çıxarılacaq. 1 ay ağır qaldırmaq, idman etmək, saunaya, solyariyə, dənizə getmək olmaz. Şişliklərin çox hissəsi 1 ay içərisində geri çəkiləcək. 1 həftə sonra iş həyatınıza geri dönə bilərsiniz. Əməliyyatdan sonra hamilə qalmaq və kilo alıb-vermək planlaşdırısınızsa, bu haqda həkiminizə mütləq məlumat verin. Süd vəzinin böyüdülməsi – göstərişlər  – Süd vəzilərinin forma və ölçülərindən narazılıq;  – Süd vəzilərinin anadangəlmə patologiyası;  – Sinənin ifadə olunmuş asimmetriyası: Polland sindromu və s.  – Ümumi bədən kütləsinin qəfil aşağı düşməsi;  – Süd vəzilərinin doğuş və ya süd əmizdirmə fonunda dəyişiklik və ya deformasiyası. Süd vəzinin böyüdülməsi – əks-göstərişlər  – Qan laxtalanması sisteminin patologiyası;  – Əməliyyat dövründə xroniki və ya kəskin infeksion xəstəliklərin olması və ya kəskinləşməsi;  – Psixi xəstəliklər, ürək-damar çatışmazlığı, kompensasiya edilməyən şəkərli diabet;  – Onkoloji xəstəliklər.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 18.06.2018

Mikoplazma və ureaplazma
 hekimtap.az

Mikoplazma və ureaplazma

Mikoplazma və ureaplazma nədir? Mikoplazma və ureaplazma insanda müxtəlif iltihabi xəstəliklər yarada biləcək bakteriyalardır. Bu bakteriyaların cəmi 17 növü var, lakin onlardan cəmi 5-i insan üçün daha təhlükəlidir. Bunlar aşağıdakılardır: Mycoplasma pneumoniae (ağciyərlər iltihabı yaradır) Mycoplasma hominis Mycoplasma genitalium Ureaplasma urealyticum  Ureaplasma parvum Ureaplazmanın hər iki növü (urealitikum və parvus) eyni preparatlarla müalicə olunduğundan, həkimlər adətən urealazmanın məhz hansı növünün aşkar olunduğuna diqqət yetirmirlər. Bununla əlaqədar olaraq, analizlərin nəticəsində bu iki ureaplazma növünü birləşdirib, «Ureaplasma spp» yazırlar.   Mikoplazma və ureaplazmaya yoluxma Mikoplazma və ya ureaplazmaya cinsi əlaqə və ya hamiləlik zamanı anadan uşağa keçmə vasitəsilə yoluxmaq olar. Mikoplazma və ya ureaplazmanın ginekoloji manipulyasiyalar zamanı yoluxması sübut olunmayıb. Mikoplazma və ureaplazma insana heyvanlardan keçə bilməz. Mikoplazma və ureaplazma zöhrəvi xəstəliklərdirmi? Mikoplazma və ureaplazma infeksiyasının heç də bütün mütəxəssislər zöhrəvi xəstəliklərə aid etmirlər. Məsələ ondadır ki, bu bakteriyalar sağlam qadın və kişilərdə də aşkara çıxa bilər. Məsələn, ureaplazma 40-80% seksual aktiv və sağlam qadınların uşaqlıq yolu və uşaqlığında aşkar olunmuşdur. Mikoplazma isə müntəzəm intim həyatı olan 21-53% qadında qeydə alınmıdır.   Beləliklə, əgər sizdə mikoplazma və ureaplazma infeksiya üzə çıxmışdırsa, bu hələ sizin xəstə olmağınız demək deyil.  Əgər infeksiya uretranın, uşaqlıq yolunun, uşaqlıq boynunun iltihabına səbəb olmuşsa, belə hallarda xəstəlikdən söhbət gedə bilər. Mikoplazma və ureaplazmanın əlamətləri İnfeksiyanın ilk əlamətləri yoluxmadan 2-3 həftə sonra üzə çıxa bilər. Lakin bəzi qadınlarda xəstəlik simtomsuz gedişata malik olub, xroniki formaya keçir. Mikoplazma və ureaplazma özünü aşağıdakı əlamətlərlə büruzə verir:  – Sidik ifrazı zamanı yanma və göynəmə hissləri;  – Sidik ifarzının tez-tez baş verməsi;  – Cinsiyyət orqanlarında göynəmə və diskomfort.  – Sarı, yaşıl və ya başqa rəngdə ifrazat;  – Cinsi yaxınlıq zamanı ağrılar;  – Cinsi yaxınlıq zamanı və ya ondan sonra uşqlıqdan qanlı axıntı;  – Qarının aşağı nahiyəsində ağrılar;  – Bakterial vaginoz simptomları:uşaqlıq yolundan xoşagəlməz balıq qoxusu verən sarı-yaşıl ifrazat, uşaqlıq yolunda diskomfort və quruluq;  – Ağır gedişat zamanı temperaturun qalxması, ürəkbulanma, qusma, baş ağrıları, ümumi əhvalın pisləşməsi müşahidə edilə bilər. Mikoplazma və ureaplazmanın müalicəsi Mikoplazma və ureaplazmanın müalicəsində antibiotiklər istifadə olunur. Bu xəstəliklərin effektiv müalicəsi üçün bir neçə antibiotik tətbiq edilir:  – Tetrasikilin  – Doksisiklin  – Klaritromisin  – Eritromisin  – Azitromisin  – Roksitromisin  – Cozamisin Preparat seçimi, dozası və müalicənin  müddəti həkim tərəfindən təyin edilir. Mövzu ilə bağlı video: © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 18.06.2018

HekimTap Pro
33609
Spinner