Kolpit
 hekimtap.az

Kolpit

Kolpit nədir? Kolpit müstəsna olaraq, qadınlarda rast gəlinən və geniş yayılmış cinsiyyət orqanları xəstəliyidir. O, intim nahiyəni, daha dəqiq desək, uşaqlıq yolunu zədələyir.  Statistikaya görə, qadınların 60%-i bu və ya digər formada kolpit xəstəliyindən (ginekologiyada digər adı “vaginit”dir) əziyyət çəkib. Beləliklə, kolpiti ginekoloji xəstəliklər arasında ən geniş yayılmışı saymaq olar.    Xəstəlik necə yaranır? Əslində hər şey çox sadədir. Uşaqlıq yolunun daxili səthi kifayət qədər dərin və nəmişdir, ətraf mühitdən heç nə ilə təcrid olumayıb. Beləliklə, uşaqlıq yolu xəstəlik törədən mikroorqanizmlər üçün ideal mühitdir.      Kolpit yaradan bakteriyalar Kolpiti aşağıdakı bakteriyalar törədir: Streptokokklar Stafilokokklar Bağırsaq çöpü Mikoplazmalar Qardnerella Bəzən kolpit virus infeksiyasından da yarana bilir. Əksər hallarda virus kolpitlərini herpes virusu yaradır. Nadir hallarda selikli qişanı sitomeqalovirus və ya pappiloma virusu zədələyir. Kolpit – yaranma səbələri Uşaqlıq yolunda faydalı mikroflora sayının azalması onun mövcudluğu üçün əlverişli mühitin pozulması ilə əlaqədardır.  Bu pozuntular bir çox faktorların təsirindən yarana bilər: Kiçik çanaq nahiyəsində qan dövranının pisləşməsi; Hormonal fonun dəyişməsi; Qadının orqanizmində vitamin və mikroelement çatışmazlığı; Aqressiv mikroorqanizmlərin daxil olması; Allergik reaksiyalar; Uşaqlıq yolu səthinin travmaları (cinsi akt və ya ginekoloji alətlərin yanlış daxil edilməsi); Selikli qişa toxumalarında qan dövranının pozulması; Kütləvi qanaxmalar (doğuşdan və ya abortdan sonra). Kolpit – simptomları Xəstəliyin əsas əlamətləri uşaqlıq yolundan anomal axıntıların gəlməsi, göynəmə və yanma hissidir. Vaginit zamanı ağrılara nadir hallarda rast gəlinir. Cinsiyyət orqanları nahiyəsində xoşagəlməz hisslər menstruasiya, sidik ifrazı, fiziki aktivlik, cinsi akt zamanı arta bilər. Atrofik kolpit göynəmə və yanma hissi quruluqla müşayiət edilə bilər. Kolpit – diaqnostikası Kolpitin diaqnostikası üçün müxtəlif vasitələr tətbiq olunur. Onlardan ən başlıcası uşaqlıq yolundan yaxmanın götürülməsidir. Onun əsasında bakterialoji analiz aparılır ki, bunun da sayəsində toxumaların zdələnmə xarakteri müəyyənləşdirilir (adətən, atrofik variantda tətbiq edilir).    Bundan başqa, xüsusi güzgülərlə ginekoli müayinə aparıla bilər. Əgər adi ginekoloji müayinə kifayət etməzsə, kolposkopiya (uşaqlıq yolunun xüsusi optik ləvazimatlarla – kolposkoplarla müayinəsi) aparılır. Həmçinin, qanın və sidiyin ümumi, biokimyəvi analizləri, qanın hormonal analizi də vacibdir. Kolpit – müalicəsi Kolpitin müalicəsi, əsasən, medikamentoz yolla aparılır. Onların tərkibində antibakterial və göbələk əleyhinə preparatlar vardır ki, xəstəlik törədicilərini məhv edir. Bu preparatlar həm tablet, həm də yerli formada tətbiq oluna bilər. Həmçinin, dərman məhlulunda isladılmış tamponlardan da yararlanmaq olar. Uşaqlıq yolunun yuyulması üçün xlorqesidin məhlullarından istifadə edirlər.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 27.06.2018

Fəqərələrarası disk yırtıqlarının konservativ müalicəsi
 hekimtap.az

Fəqərələrarası disk yırtıqlarının konservativ müalicəsi

Fəqərələrarası disk yırtığı – ümumi məlumat Fəqərələrarası disk yırtığı olan hər bir pasiyentin müalicəsində əsas məqsəd ağrının və bu xəstəliklə əlaqədar digər simptomların aradan qaldırılmasıdır. Bu məqsədə nail olmaq üçün hər bir pasientin müalicəsi ağrının səbəbindən , ağrı sindromunun ağırlıq dərəcəsindən və spesifik sindromlardan asılı olaraq  fərdi qaydada aparılır.       Ümumiyyətlə, fəqərə yırtığı olan pasiyentin müalicəsi adi konservativ tədbirlərdən başlayır, yəni qeyri-cərrahi qaydada. Bu, bir çox hallarda düzgün seçimdi, lakin bəzən erkən cərrahi müdaxilə də tələb oluna bilər, belə ki, bu üsul ayrı-ayrı hallarda daha əlverişlidir. Cərrahi müdaxilə ilə sinir kökü və ya onurğa beyinin disk yırtığı tərəfindən sıxılmasında – bu halda aşağı və yuxarı ətrafların zəifləməsi müşahidə oluna bilər – effektli müalicədir. Belə olan təqdirdə, əməliyyat şiddətlənən simptomatikanı saxlaya, ağır ağrı sindromunu və fəqərələrarası disk yırtığının digər simptomlarını aradan qaldıra bilər. Əməliyyatın ləngidilməsi isə simtomatikanın güclənməsinə və pasiyentin əziyyət çəkməsinə səbəb olacaq. Bundan başqa, nadir hallarda rast gəlinən vəziyyətlər var ki, burada təxirəsalınmaz cərrahi müdaxilə tələb olunur, məsələn, “at quyruğu” sindromu, bu zaman ayaqlarda getdikcə artan zəiflik və ya/və sidik kisəsi və bağırsaq funksiyalarının qəfil pozuntusu müşahidə olunur.    Fəqərələrarası disk yırtığının konservativ və cərrahi müalicəsi Fəqərələrarası disk yırtığı bel və boyun şöbəsində müşahidə olunarsa, ağrını azaltmaq və xəstəliyin digər simptomlarını aradan qaldırmaq üçün qeyri-cərrahi müalicə adətən 4-6 həftə ərzində aparılır. Müalicə məqsədilə fizioterapiya tətbiq edilir, pasiyentə düzgün bədən mexanikası öyrədilir (ağırlığın düzgün qaldırmaq qaydası, fiziki aktivlik və s.).    Konservativ terapiya ağrını və fəqərə yırtığının digər simptomlarını  effektiv aradan qaldırarsa, bu müalicəni davam etdirmək olar. Əgər konservativ müalicə lazımi effekti verməzsə, həkim cərrahi müalicə tövsiyə edə bilər.   Bel şöbəsi fəqərə yırtığının müalicəsi   Adətən konservativ müalicə altı həftə ərzində aparılır və özündə aşağıdakıları birləşdirir: Fizioterapiya, fiziki hərəkətlər və dartınma hərəkətləri sinir kökü və onurğa beyinin sıxılmasının aradan qaldırılmasına kömək edir; Ağrı sindromunu aradan qaldırmaq üçün isti və ya soyuğun yerli tətbiqi; Manual terapiya, massaj; İltihab əleyhinə qeyri-steroid vasitələrin, məsələn, ibuprofen, naproksen və ya COX-2 ingibitorları, məsələn, ağrı və iltihabı götürmək üçün selebreks. Narkotik analgetiklər; Ağrı və iltihabı aradan qaldırmaq üçün preoral steroid preparatların istifadəsi; Steroid preparatların epidural nahiyəyə daxil edilməsi.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 27.06.2018

Dodaqların plastikası və ya xeyloplastika hekimtap.az

Dodaqların plastikası və ya xeyloplastika

Dodaqların plastikası – ümumi məlumat Dodaqların plastikası və ya xeyloplastika ən çox tələb olunan plastik əməliyyatlardan biridir. Təbiətin bəxş etdiyi dodaq quruluşundan narazı olan qadınların sayı kifayət qədərdir. Kimisi dodaqları həcmini böyütmək və ya kiçiltmək, konturlarını düzəltmək və ya daha həssas etmək istəyir. Prosedur həyata keçməzdən əvvəl həkimin konsultasiyasından və müayinədən keçmək vacibdir ki, xoşagəlməz nəticələrdən sığortalanasız.  Dodaqların plastikası – prosedurun özəllikləri Bu gün dodaqların forma və ölçülərini dəyişmək heç də çətin deyil və bunu üçün kifayət qədər prosedurlar mövcuddur. Əgər dodaqlarınızın həcmindən narazısınızsa və onları azacıq böyütmək istəyirsinizsə, plastik cərrahiyyəyə müraciət etməmək də olar. Çünki bunu xüsusi preparatların köməkliyi ilə də həyata keçirmək mümkündür. Yox əgər dodaqlarınız əsaslı şəkildə sizi qane etmirsə, bu zaman dodaqların plastikası – xeyloplastika köməyinizə çatacaq. Bu cür əməliyyatların müxtəlif növləri var və onların hər biri pasiyentin istəyinə uyğun tətbiq olunur: Rekonstruktiv əməliyyat – ölçü və konturların tam dəyişdirilməsi, daha çox anadangəlmə və ya əldə olunmuş defektlər zamanı təyin edilir; Estetik əməliyyat – mürəkkəb əməliyyat deyil, pasiyent dodaqlarında əhəmiyyətli dərəcədə dəyişiklik etmək istəmədiyi təqdirdə - həcmi böyütmək və ya kiçiltmək arzulayarsa, tətbiq olunur . Ümumiyyətlə, kiçildici xeyloplastikanın özəl adı var – redoksion xeyloplastika. Bu əməliyyat həm aşağı, həm də yuxarı dodaqların eyni vaxtda və ya ayrı-ayrılıqda kiçildilməsindən ibarətdir. Estetik xeyloplastika cərrahi müdaxilə tələb etmir, xüsusi preparatlarla, məsələn, gilauron turşusunun köməkliyi ilə həyata keçirilir.   Prosedur demək olar ki, ağrısıdır və o qədər də əhəmiyyətli olmayan kənaraçıxma hallarında – dodaq künclərinin aşağı enməsi, həcm kifayət qədər olmadıqda tövsiyə edilir. Əməliyyata digər göstərişlər də ola bilər, istənilən halda, prosedur hospitallaşma tələb etmir, bərpa periodu isə kifayət qədər sürətlə keçir. Rekonstruktiv plastika üçün yerli anesteziya tələb olunur, bəzi hallarda xüsusi göstərişlər olarsa, ümumi anasteziya da tətbiq oluna bilər. Bu zaman dodaqlarda kəsiklər aparılır, implantlar qoyulur və tam korreksiya edilir. Dodaqların plastikası – göstərişlər Bu prosedura müxtəlif anadangəlmə və əldə olunmuş defektlər göstəriş ola bilər. Göstərişlər aşağıdakılardır: Anadangəlmə defektlər – dovşandodaqlılıq və s.; Həddindən artıq açıq damaqlar; Dodaqlarda qırışlar; Travma və çapıqlar; Assimmetriya; Dodaq sallaqlığı; Dodaq künclərinin aşağı enməsi. Prosedurdan əvvəl həkim pasiyentlərə aşağıdakı tövsiyələri verir: Prosedurdan əvvəl 10 gün siqaret çəkməmək; Əməliyyat öncəsi vanna qəbul etmək; Prosedurdan 10 gün əvvəl analgetik və aspirin tərkibli preparatlar qəbul etməmək; Prosedurdan əvvəl yemək yeməmək, ağızı yaxşı-yaxşı yaxalamaq, dişləri təmizləmək. Prosedurdan sonra aktiv çeynəmə tələb edən bərk və quru yeməklər rasiondan istisna edilir, sup və sıyıqlara üstünlük verilir. Dodaqların plastikasından sonra günəş altında olmaq məsləhət deyil, belə ki, ultrabənövşəyi şüalar vəziyyəti ağırlaşdıra, arzuolunmaz reaksiyalar verə bilər. İlk 6 ayda çimərlik və günəş altında aktiv həyat tərzindən uzaq dayanmaq tövsiyə olunur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 26.06.2018

Qadınlarda qonoreya
 hekimtap.az

Qadınlarda qonoreya

Qadınlarda qonoreya – ümumi məlumat Bir çox gələcək analara infeksion analizlər təyin etdikdə onlar təəccüblənir, tərəddüd edirlər. “Axı hər yaxşı olduğu təqdirdə analiz nəyə lazımdır”, - deyə düşünürlər. Təəssüf ki, adıçəkilən xəstəlik bu gün geniş yayılıb və çox vaxt simtomsuz gedişata malik olur. Onlar arasında hamiləliyin gedişatına mane olan, doğuşa və uşağın səhhəti üçün təhlükə yaradanları vardır.  Belə infeksiyalarda biri də qonoreyadır. Qonoreya – əsasən, cinsi yolla yoluxan veneroloji infeksion xəstəlikdir.  Bu xəstəlik qadınlarda az qeydə alınsa da, qonoreyanın keçmişdə qaldığını düşünməyin. Qonoreyanın əlamətləri Yoluxmadan simptomların qeydə alınmasınadək inkubasiya dövrü bir gündən bir neçə həftəyədək davam etməsi mümkündür. Müasir şəraitdə qonoreya heç bir simtom verməyə də bilər. Qadınların əksəriyyətində (50%) klinik simptomlar qeydə alınmır və onlar özlərini praktik olaraq sağlam hiss edirlər.   Bu xəstəliyin klassik əlamətləri sidik ifraz etməzdən əvvəl sidik yollarında yanma və ağrı hissinin, tez-tez sidiyə getmə, uşaqlıq yolundan az miqdarda irin xarakterli, qoxulu axıntının olmasıdır. Daha sonra cinsiyyət orqanalarnın zədələnməsi  özünü büruzə verir. Buraya irin xarakterli vaginal axıntılar, göynəmə, yanma, xarici cinsiyyət orqanlarında diskomfort, qarının aşağı nahiyəsində ağrılar aiddir. Bəzən qeyri-spesefik simtomlar – məsələn, bədən hərarətinin qalxması. Qonnokokklar uşaqlığa daxil olarkən qarının aşağı nahiyəsində ağrı şiddətlənir, menstruasiya tsikli pozulur, uşaqlıq boynu kanalından irinli və ya qanlı axıntılar və ağrılar müşahidə edilir. Qonoreyanın diaqnostikası Qonoreya törədicisinin laborator müayinəsi aşağıdakılara əsaslanır: Kultral metod – “qızıl standart” hesab olunur. Mikroskopik müayinə - uşaqlıq boynu kanalından götürülən yaxma vasitəsilə aparılır, nəticəsi qısa müddət ərzində məlum olur. Lakin bu metodun dəqiqliyi cəmi 30-70% təşkil edir. Bu metod yalnız ilkin diaqnostika üçün yararlıdır. Polimeraz zəncir reaksiyası (PZR) da kifayət qədər dəqiq müayinə metodu deyil. Bu, törədicinin DNT-sinin müəyyənləşdirilməsinə yönəlmiş br metoddur. Əksər hallarda yanlış olaraq müsbət nəticələr verir.  Ona görə də  PZR-in nəticələrini kultural metodla dəqiqləşdirmək lazımdır.   Qonoreyanın müalicəsi Qadınlarda qonoreyanın müalicəsi antibiotiklərin təyini ilə aparılır. Xəstəliyin nə ilə müalicə olunacağını və ən effektiv preparatı seçmək üçün anibiotiklərin müvafiq mikrofloraya həssaslığını müəyyənləşdirmək vacibdir. Qadınlarda qonoreyanı müalicə edərkən preparatlar həm yerli, həmçinin inyeksiyalar formasında istifadə oluna bilər. Cinsi partnyorun da müayinədən keçməsi və müalicə alması, bundan bir ay sonra isə təkrar müayinədən keçməsi  (sağalmanı qeydə almaq üçün) vacibdir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 25.06.2018

Çiyin ağrıları hekimtap.az

Çiyin ağrıları

Çiyin ağrıları nədir? Bel, boyun və diz ağrılarından sonra ən çox rast gəlinən oynaq ağrıları arasında çiyin yer alır. Sıxışma, fibromialgiya, duzlaşma, sinir zədələnmələri, infeksiyalar, boyun yırtığı, metobolik və daxili orqanların xəstəlikləri kimi müxtəlif səbəbləri olan çiyin ağrıları zamanı düzgün diaqnoz qoyulması çox böyük əhəmiyyət daşıyır. Çiyin ağrısı ən çox  kimlərdə rast gəlinir? Çiyin ağrısı ən çox qolunu işlədən insanlarda həkimə müraciətə görə birinci yerdədir. Çiyin ağrılarının səbəbləri? Rotator cuff yırığı; Tendinit; Bursit; Oynaq kirəcləşməsi (osteoartiriit); Travma nəticəsində vətər, bağların zədələnməsi; Çiyin  tendonları, vətərləri ilə əlaqəli sıxışma sindromu adlanan xəstəlik (impingement sindromu- çiyinin kompressiyası  sindromu); Donmuş çiyin (adheziv kapsulit); Vətərlərə kirəcləşmə ilə yaranan kalsifik tendinitlər; Çiyin boşalmaları və ya çiyin yarı çıxıqları; Miofassiyal ağrı sindromu- çiyin ətrafı əzələlərə bağlı ağrılar; Çiyin ətrafı əzələ sinir zədələnmələri. Çiyin ağrısının simptomları Ağrıyan qolu yuxarı qaldırdıqda sanki xəncər sancılmış kimi ağrı yaranarsa, çaynik qaldırarkən çətinlik, saç darayarkən çiyində yanma hissinin olması, gecələr yer dəyişdirərkən ağrı ilə oyanma halları çiyin əzələ yırtığı əlaməti ola bilər. Çiyin oynağı kapsulunun donması nəticəsində: çiyin hərəkətliliyində məhdudluq əmələ gəlir. eyinmə, soyunma kimi hərəkətlərdə xəstədə çətinlik yaranır. Əlini kürəyinə çatdıra bilmir. Çiyin ətrafı əzələ və sinirlərin zədələnmələri ilə əlsqəli də çiyin ağrılarına rast gəlmək olur və çiyində gücsüzlük, zəiflik daha çox ön planda olur. Bəzən daxili orqanların xəstəlikləri də çiyin ağrılarına səbəb ola bilir. Öd kisəsi, ağciyər, süd vəzisi xəstəlikləri də yansıyan ağrı çəklində çiyin ağrısına səbəb ola bilir. Çiyin ağrısının diaqnostikası 1. Anamnez 2. İnspeksiya 3. Palpasiya 4. Çiyin oynağının hərəkət bucağı 5. Nevroloji müayinə 6. Xüsusi testlər 7. Çiyin funksiyasının dəyərləndirilməsi 8. Görüntüləmə və laborator müayinələr Çiyin ağrılarının müalicəsi Çiyin ağrılarının müalicəsi ağrı səbəbinə görə müxtlifdir. Bunlara aşağıdakıları sadalamaq olar: Konservativ müalicə Fizioerapiya Cərrahi müdaxilə Proloterapiya Çiyin ağrıları zamanı proloterapiya müalicəsi Proloterapiya regenerativ, bərpaedici müalicə olub, bütün əzələ oynaq xəstəliklərində olduğu kimi çiyin ağrılarında da çox effektiv və zərərsiz metod olaraq qalır. Proloterapiya zamanı proliferativ məhlul zədələnmiş əzələ, oynaq, bağ və vətərlərə yeridilərək həmin toxumaların bərpasına yenilənməsinə və güclənmsinə kömək edir. Beləliklə çiyin ağrıların səbəblərini aradan qaldıraraq tam müalicə edir. Proloterapiyanın bir çox üstünlükləri vardır. Proloterapiya ağrısız bir metoddur. Qısa müddətdə tətbiq edilir. Müalicədən dərhal sonra xəstə oynağını hərəkət etdirə bilir. Proloterapiya uzmanı etdikdə tamamən zərərsiz bir metoddur. Lakin təcrübəsiz hekim tərəfindən edilərsə ciddi fəsadlar yarana bilər. Qeyri cərrahi bir müalicə metodudur. Bir çox xəstələri əməliyyata getməkdən xilas etmişdir. Əməliyyat olunmuş, lakin ağrıları keçməyən xəstələrdə də tətbiq etmək mümkündür. Əzələ və oynaq apparatını gücləndirərək gələcəkdə yarana biləcək xəstəliklərin qarşısını almış olur. Proloterapiya – iynə bıçaqdan itidir! Proloterapiya etdirmədən əməliyyat qərarı  almayın! Çiyin ağrılarının profilaktikası Uzun müddət qollarını yuxarıda tutan (məsələn, avtobusda gedərkən), paltar və ya pərdə asma, yüksəkdə  kimi hərəkətlər risklidir. Bu hərəkətlərdə mümkün qədər qaçının. Hər hansı bir iş görərkən ağrı yaranırsa hərəkəti dayandırın. Əgər boyun yırtığı diaqnozu qoyulubsa və ağrınız davam edirsə mütləq həkimə müraciət edin. Ağır çanta, ağır yükləri daşıdığınızda  çiyin oynağınızı çox yükləmiş olursunuz. Bunu tez-tez etməməyə çalışın. Uşaqlarınızın erkən yaşdan çiyin ağrıları problemləri yaşamamağını istəyirsinizsə onların məktəbdə düzgün oturması üçün müəllimlərinin kontrol etməsini rica edin və uşaqlarınıza ağır məktəb çantaları daşıtdırmayın. Müntəzəm olaraq çiyin idmanları edin. Bu sizi çiyin ağrılarından qoruyacaqdır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 25.06.2018

Diz ağrısının səbəbi nədir?
 hekimtap.az

Diz ağrısının səbəbi nədir?

Diz ağrısı hər yaşda görülə bilər Dizlər aşırı dərəcədə yükləndikdə oynağın qığırdaqlarında yumşalma və incəlmə kimi degenerativ dəyişikliklər meydana gəlir – xalq arasında buna kirəclənmə də deyilir. Bununla yanaşı dizin əsas strukturlarından olan menisklərdə də eyni proses inkişaf edir. Bütün bunlar gecə yuxudan oyandıran ağrılar, istirahət vəziyyətindəykən ağrılara səbəb olur. Hərəkət məhdudluğu da digər problemlərdən biri sayılır. Bunlar daha çox irəli yaşlı insanlarda, xüsusən 55 yaşdan yuxarı qadınlarda daha tez-tez rastlanan şikayətlərdir. Bu xəstələr arasında eyni zamanda morbid obezlikdən (şişmanlıqdan) əziyyət çəkən insanlar da vardır. Dizlərimizdən biomexaniki olaraq çəkimizin 10 misli qədər yük keçir. Ona görə bədən - kütlə indeksindəki pozuntular dizin bu tipli degenerativ dəyişikliklərini sürətləndirir. Gənc insanlarda isə daha çox diz ağrısının səbəbi qığırdaq degenerasiyalarından (kirəclənmə) daha çox meniskial problemlərə bağlı meydana gəlir. Xüsusən futbol oynadıqdan sonra, ağırlıq qaldırdıqdan sonra menisklərə minən yük artdığı üçün onlarda degenerasiya və yırtılmalara səbəb olur. Bunlar isə gələcəkdə dizlərdəki qığırdaqların zədələnməsinə gətirib çıxarır. Uzun müddət dizi bükük oturmaq olmaz Anatomik xüsusiyyətlərindən asılı olaraq uzun müddət dizlərin bükülərək üzərində oturulmasını məsləhət görmürük. Bu tipli hərəkətlər daha çox inşaat işçilərində və ev xanımlarında rastlanır. Diz önündə və arxasındakı ağrıların yaranmasına səbəb olur. Bundan başqa sərt zəmində idman məqsədilə uzun müddət hərəkət etmək dizin yüklənməsini artırır. Bunlar da gələcəkdə dizlərdə ağrıya səbəb olan dəyişikliklər yaradır. Mümkünsə yerimək və ya qaçmaq üçün uygun zəmin seçmək lazımdır, parklarda otlar üzərində, əsnəyə bilən zəminlərdə. Həyatı asanlaşdırmaq sizin əlinizdədir. Diz ağrısının qarşısını almaq çox zaman insanların öz əlindədir. Dərmanlar – fizioterapiya – əməliyyat yerinə həyat tərzini dəyişdirmək lazımdır. Diz ağrısının qarşısını almaq üçün aşağıda göstərilənlərə əməl edin Oturaq tualetlər yerinə tualet stullar seçmək; Yerdə yemək yemə vərdişlərini masada oturmaqla əvəzləmək; Dizləri bükərək üzərinə oturmaq vərdişlərini tərgitmək; Xüsusən yaşlı insanların pilləkan istifadəsi yerinə liftlərdən istifadə etmək; Mümkün olduğu qədər yoxuşlu yollar yerinə düz yollardan istifadə etmək lazımdır. Diz ağrısında ən son seçim cərrahi müdaxilədir  Xəstələr diz ağrıları ilə həkimə müraciət etdikdə öncə ağrının səbəbi araşdırılır. Əgər ağrıya səbəb olan anatomik strukturda kobud mexaniki dəyişiklər yoxdursa, konservativ müalicə üsulları – həyat şəklini dəyişdirmək – fizioterapiya – dərman müalicəsi aparırılır. Bütün bunlara rəğmən ağrılar getdikcə şiddətlənirsə və ya keçmirsə yenə də əməliyyatın tenikası xəstənin həyat şəklinə – məsləyinə – aktivlik səviyyəsinə – ağrının səbəbinə görə dəyişilik göstərir. Gənc xəstələrdə meniskial problemlərə bağlı ağrılarda daha çox qapalı artroskopik əməliyyat – irəli yaşlı xəstələrdə isə açıq əməliyyatlar – endoprotezləşdirmə texnikası seçilir. Diz qapağı çıxıqlarına – ön və arxa çarpaz bağ yaralanmalarına və s. bağlı meydana gələn diz ağrıları varsa bağ rekonstruksiyaları artroskopik və mini açıq əməliyyatlar icra edilir. Həkimə nə vaxt getmək lazımdır? Dizə yüklənərkən ağrılarınız artırsa; Hərəkət məhdudluğunuz varsa; Diziniz qarşı dizlə müqayisədə şiş isə; Dizinizdə deformasiya (əyilmələr) hiss etdiyinizdə; Travma sonrası "boşluğa basma hissi" kimi daha əvvəl olmayan şikayətlər olduqda; Pilləkən enərkən və çıxarkən, gecə yuxudan oyandıran diz ağrılarınız olduqda ortoped - travmatoloq həkiminə müayinəyə getməyi məsləhət edirik. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 25.06.2018

Anadangəlmə ürək qüsurları
 hekimtap.az

Anadangəlmə ürək qüsurları

Anadangəlmə ürək qüsurları – ümumi məlumat Anadangəlmə ürək qüsurları ürək və iri damarların  kifayət qədər geniş və müxtəlif mənşəli xəstəlikləri olub, ürəyin qan dövranı dəyişiklikləri, artıq yüklənməsi və ürək çatışmazlığı ilə müşayiət olunur. Ürək qüsurlarının rastgəlmə tezliyi yüksəkdir, müxtəlif mənbələrin məlumatına görə, hər yeni doğulmuşların 0.8-1.2%-ində rast gəlinir. Anadangəlmə ürək qüsurları bütün anadangəlmə anomaliyaların 10-30%-ni təşkil edir. Anadangəlmə ürək qüsurlarının nisbətən yüngül ürək inkişafı pozuntusu, eləcə də həyati təhlükəli ağır patologiyaları mövcuddur. Anadangəlmə ürək qüsurları – yaranma səbəbləri Anadəngəlmə ürək qüsurlarının etiologiyası xromosom pozuntuları (5%), gen mutasiyası (2-3%), ətraf mühit faktorları (1-2%), irsi meyillilikdən (90%) ibarətdir. Anadangəlmə ürək qüsurları – əlamətləri Anadəngəlmə ürək qüsurlarının kliniki əlamətləri və gedişatı anomaliyanın növü, hemodinamika pozuntusunun xarakterindən, və qan dövranı dekompensasiyasının inkişaf müddətindən asılıdır. Anadangəlmə sianotik qüsurlarla dünyaya gəlmiş körpələrin dəri örtüyü və selikli qişasında sianoz (göyərmələr) müşahidə edilir. Göyərmə cüzi gərginlik zamanı - qidalandıqda, ağlayarkən daha da artır, sianoz daha çox orqanizmin pereferik hissələrində - burun, dodaq, qulaq, əl və ayaq barmaqlarında müşahidə olunur, əl və ayaq barmaqları təbil çubuğunu xatırladır, dırnaqlar saat şüşəsinə bənzəyir.         Ürək qüsuru ilə doğulan körpələr, adətən, narahat olur, ana südündan boyun qaçırır, qidalanma zamanı tez yorulurlar. Onlarda tərləmə, taxikardiya, aritmiya, təngənəfəslik, boyun damarlarının şişməsi və pulsasiyası müşahidə olunur. Qan dövranının xroniki pozuntusunda körpələr çəki , boy və fiziki inkişaf  baxımından geri qalırlar. Anadangəlmə ürək qüsurları – diaqnostikası Anadangəlmə ürək qüsurlarının müayinəsi kompleks yanaşma tələb edir. Uşağa baxış zamanı dəri örtüyünün rəngi qeydə alınır: sianozun olub-olmaması, onun xarakteri (periferik, generalizə olunmuş). Ürəyin askultasiyası zamanı adətən ürək tonlarının dəyişiklikləri (zəiflik, güclənmə), spesifik  tonlar və küylər müşahidə olunur. Anadəngəlmə ürək qüsurlarına şübhə zamanı fizikal müayinə instrumental diaqnostika vasitəsilə həyata keçirilir. Buraya elektrokardiaqrafiya (EKQ), fonokardioqrafiya (FKQ), döş qəfəsi orqanlarının rentgenoqrafiyası exokardioqrafiya aiddir.     Anadangəlmə ürək qüsurları – müalicəsi Uşaq kardilogiyasında ən çətin problemlərdən biri anadəngəlmə ürək qüsuru ilə doğulmuş körpənin bir yaşına qədər cərrahi müalicəsidir. Erkən uşaq yaşlarında əməliyyatlar, əsasən, anadangəlmə sianotik qüsurlarla əlaqədar aparılır. Yeni doğulmuş körpədə ürək çatışmazlığı əlamətləri aşkar ediməzsə, sianozun  yüngül ifadə olunmuş formalarında əməliyyat təxirə salına bilər. Uşaqlarda anadangəlmə ürək qüsurunu kardioloq və kardiocərrah təqib edir.   Müalicənin spesifikliyi anadangəlmə ürək qüsurunun növündən və ağırlıq dərəcəsindən asılıdır. Cərrahi müdaxiləyə tabe olmayan ağır qüsurlarda ürək tranplantasiyası göstərişdir. Bəzi ürək qüsurları var ki, (botal axacağının açıq qalması) bunları dərman müalicəsi ilə aradan qaldırmaq olur. Dərman müalicəsi effektsiz olarsa, belə qüsurlar cərrahi müdaxiləyə göstərişdir.  Anadangəlmə ürək qüsurları – proqnoz və profilaktika Yeni doğulmuş körpələr arasında ölüm halları ən çox anadəngəlmə ürək qüsurlarlu uşaqlarda rast gəlinir. Lazımi kardioloji müdaxilə edimədiyi təqdirdə, uşaqların 50-75%-i bir yaşa qədər ölür. Kompesasiya dövründə (2-3 yaş) ölüm halları 5%-ə düşür. Anadəngəlmə ürək qüsurunun vaxtında aşkar olunması və korreksiya edilməsi proqnozu əhəmiyyətli dərəcədə yaxşılaşdırr. Anadəngəlmə ürək qüsurlarının profilaktikası hamiləliyin planlaşdırılmasınına ciddi yanaşmadan başlayır. Buraya əlverişsiz faktorların dölə təsirini istisna etmək, tibbi-genetik konsultasiya, qüsurun perental diaqnostika məsələsinin həlli (USM, biopsiya, xoriona, amniosentoz)və hamiləliyin dayadırılmasına göstərişlər aiddir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 25.06.2018

Osteoartrit
 hekimtap.az

Osteoartrit

Osteoartrit nədir? El arasında kirəcləşmə, duzlaşma kimi tanınan osteoartrit, degenerativ artirit və ya degenerativ oynaq xəstəliyi olaraq da adlandırılır. Bu artirit manı oynaq qığırdağında aşınma yaranır. Qığırdaq aşındıqca oynaq yükdaşıma, hərəkət kimi funksiyalarını da itirir. Oynağı əmələ gətirən sümüklərin ucları itiləşir və sümük tümüyə sürtünməyə başlayır. Hərəkət ağrılı hal alır və məhdudlaşır. Bütün bu proseslər illərlə olan bir dəyişimdir. Osteoartritin növləri Birincili osteoartrit İkincili osteoartrit Qığırdağın aşınma səbəbi çox zaman tapılmır. Bu zaman buna birincili, primer osteoartrit deyilir. Bəzən isə osteosrtiritin yaranmasına hər hansı bir xəstəlik səbəb olur, buna ikincili və ya sekonder osteoartirit deyilir. Osteoartritin səbəbləri Birincili osteoartritin səbəblərini tam olaraq bilməsək də amma ikincili osteoartiritin bir səbəbi vardır. Bu səbəb çox vaxt  oynaq qığırdağının zədələnməsi və ya həddindn artıq yüklənməsi ilə əlaqəlidir. Ən çox rast gəlinən səbəbləri bunlardır: Oybaq zədələnmələri: İdman, iş, ev və ya avtoqəza nəticəsində oynaq zədələnməsi və osteoartrit yaranması riski artır. Təkrarlanan yüklənmələr: Eyni hərəkətlərin davamlı olaraq  təkrar edilməsi oynaq qığırdağında aşınmaya gətirib çıxarda bilir. Balerinalarda ayaq biləyi, futbolçularda diz oynağında bu tipli osteoartrit əmələ gələ bilir. Sümük kənarlarında zədələnmələr: Oynağı əmələ gətirən sümük kənarlarında sınığa və ya təzyiqə bağlı zədələnmələr ola bilərş Bu halda sümük kənarları normal anotomik quruluşunu itirir, nəticədə osteoartrit yaranır. Sümük xəstəlikləri: Peget kimi xəstəliklər sümüyün sərtliyini azaldır, onlar asanlıqla sına biir. Sümük kənarlarındakı qırıqlar deformasiyaya səbəb olurlar. Oynaqların həddindən çox yük daşıması: Bədən nə qədər ağırdırsa, diz , bud-çanaq , topuğa düşən yük bir o qədər də artır. Xüsüsilə diz osteoartritində həddindən artıq çəki önəmli bir faktordur. Həddindən artıq yüklənmə zamanla qığırdağın aşınmasına səbəb olur. Oynaqlarda inkişaf pozğunluğu:Xüsusilə bud-çanaq oynağında anadangəlmə inkişaf anomaliyaları və çıxıqları da osteoartritə səbəb olur. Osteoartritin əlamətləri Oynaqlarınızda ağrı və digər şikayətləriniz varsa bunun osteoartrit olduğunu necə bilərsiniz? Bu xəstəlikdə aşağıdakı əlamətlərdən ən azı birinin sizdə olması lazımdır: Oynaq ağrısı; Gərginlik və hərəkətlərdə məhdudluq: bu osteoartritin gec  əlamətlərindəndir. Nəticədə oynaq donub hərəkətsiz qala bilir; Oynaqda həssaslıq, istlilik və şişkinlik: Ən çox diz və əl barmaqlarında görülür; Dizdə xışıltılar, sürtünmə səsləri; Barmaqlarda sümük böyüməsi: əl barmaqları oynaqlarının kənarlarında əmələ gələn çıxıntılar sümük böyüməsidir. Bu osteoatiritin əlaməti olub və irsi xarakter daşıyır. Osteoartritin risk faktorları Osteoartrit çox geniş yayılmış bir xəstəlikdir , lakin hərkəsdə rast gəlinmir. Bəzi insanlar risk daşıyır bəziləri isə yox. Osteoartritin riskləri aşağıdakılardır: 45 yaşdan yuxarı insanlar; Oynaq travması keçirənlər; Oynaqda davamlı olaraq təkrarlanan yükləmələr; Qadınlar kişiərə nisbətən 3 dəfə çox rast gəlinir; Valideynlərində osteoartrit olanlar; Piylənmə. Osteoartritin diaqnostikası: Fizikal müayinə Rentgen müayinəsi MRT Osteoartritin müalicəsi Dərman müalicəsi Müntəzəm müalicəvi idman Fizioterapiya Cərrahi müdaxilə PROLOTERAPİYA – ƏMƏLİYYATSIZ MÜALİCƏ Osteoartritin müalicəsində Proloterapiya Proloterapiya qığırdaq bərpaedici, yeniləyici müalicə olub zədələnmiş oynağı bərpa edir, gücləndirir. Proloterapiya əməliyyatsız müalicə olub iynə vasitəsi ilə zədə nahiyəsinə proliferativ məhlulun yeridilməsi ilə aparılır. Tam ağrısız və zərərsiz bir müalic metodudur. Proloterapiya səbəbi müalicə edən yeganə müalicə sayılır. İlk dəfə 40-50ci illərdə Amerikada yaranıb. Hal hazırda bir çox avropa ölkələrində, Türkiyədə də çox geniş tətbiq edilən bir metoddur. Ölkəmizdə ilk dəfə mənim tərəfimdən tətbiq edilmişdir. Artıq 5 ildir ki minlərlə insanları Proloterapiya ilə sağaldaraq  əməliyyatdan xilas etmişik. Tədqiqatlar göstərirsə doğru mütəxəssis seçmək Proloterapiyanın effektivliyində, xəstənin təhlükəsizliyində çox böyük önəm daşıyır. Belə ki, proloterapiya yalnız proloterapiya mütəxəssisi, uzmanı tərəfindən edilməlidir. Osteoartritin müalicəsində proloterapiyanın effektivliyi 87-95% təşkil edir. Müalicə manı ilk seansda pasiyentlərimizin ağrıları azalır, gecə rahat yata bilirlər. İkinci seansdan artıq rahat hərəkət edə bilirlər, oynaqda hərəkət məhdudluğu azalır. 3-cü seansdan pilləkən qalxıb, enə bilməyən pasiyentlərimiz artıq kiminsə yardımına ehtiyac duymadan rahatlıqla bunu edə bilirlər. Proloterapiya əzələ-oynaq xəstəliklərində nəticəni aradan götürən, yəni müvəqqəti ağrı kəsən bir metod deyil, Səbəbi aradan götürən yeganə müalicədir. Odur ki Proloterapiya etdirmədən əməliyyat qərarı almayın!   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 25.06.2018

Spinner