Qadınlarda qonoreya
Bir çox gələcək analara infeksion analizlər təyin etdikdə onlar təəccüblənir, tərəddüd edirlər. “Axı hər yaxşı olduğu təqdirdə analiz nəyə lazımdır”, - deyə düşünürlər. Təəssüf ki, adıçəkilən xəstəlik bu gün geniş yayılıb və çox vaxt simtomsuz gedişata malik olur.
Onlar arasında hamiləliyin gedişatına mane olan, doğuşa və uşağın səhhəti üçün təhlükə yaradanları vardır. Belə infeksiyalarda biri də qonoreyadır.
Qonoreya – əsasən, cinsi yolla yoluxan veneroloji infeksion xəstəlikdir. Bu xəstəlik qadınlarda az qeydə alınsa da, qonoreyanın keçmişdə qaldığını düşünməyin.
Yoluxmadan simptomların qeydə alınmasınadək inkubasiya dövrü bir gündən bir neçə həftəyədək davam etməsi mümkündür. Müasir şəraitdə qonoreya heç bir simtom verməyə də bilər. Qadınların əksəriyyətində (50%) klinik simptomlar qeydə alınmır və onlar özlərini praktik olaraq sağlam hiss edirlər.
Bu xəstəliyin klassik əlamətləri sidik ifraz etməzdən əvvəl sidik yollarında yanma və ağrı hissinin, tez-tez sidiyə getmə, uşaqlıq yolundan az miqdarda irin xarakterli, qoxulu axıntının olmasıdır. Daha sonra cinsiyyət orqanalarnın zədələnməsi özünü büruzə verir. Buraya irin xarakterli vaginal axıntılar, göynəmə, yanma, xarici cinsiyyət orqanlarında diskomfort, qarının aşağı nahiyəsində ağrılar aiddir. Bəzən qeyri-spesefik simtomlar – məsələn, bədən hərarətinin qalxması.
Qonnokokklar uşaqlığa daxil olarkən qarının aşağı nahiyəsində ağrı şiddətlənir, menstruasiya tsikli pozulur, uşaqlıq boynu kanalından irinli və ya qanlı axıntılar və ağrılar müşahidə edilir.
Qonoreya törədicisinin laborator müayinəsi aşağıdakılara əsaslanır:
Qadınlarda qonoreyanın müalicəsi antibiotiklərin təyini ilə aparılır. Xəstəliyin nə ilə müalicə olunacağını və ən effektiv preparatı seçmək üçün anibiotiklərin müvafiq mikrofloraya həssaslığını müəyyənləşdirmək vacibdir.
Qadınlarda qonoreyanı müalicə edərkən preparatlar həm yerli, həmçinin inyeksiyalar formasında istifadə oluna bilər. Cinsi partnyorun da müayinədən keçməsi və müalicə alması, bundan bir ay sonra isə təkrar müayinədən keçməsi (sağalmanı qeydə almaq üçün) vacibdir.
Mövzu ilə bağlı video:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az