Uşaqlarda davranış pozuntuları hekimtap.az

Uşaqlarda davranış pozuntuları

Uşaqlarda davranış pozuntuları nədir? “Davranış pozuntusu” 6 aydan çox davam edən, təkrarlanan, davamlı, sosial normalara uyğun gəlməyən davranış nümunələrini ifadə edən termindir. Davranış pozuntusu uşaq psixiatriyasında ən çox rast gəlinən diaqnozlardan  biridir. Uşaqlarda epidemiologiyası 5% təşkil edir. Bu pozuntunun gender asılılığı var – davranış pozuntularından daha çox oğlan uşaqları əziyyət çəkirlər. Uşaqlarda davranış pozuntularının yaranma səbəbləri Davranış pozuntularının inkişafı həm bioloji, həm də mühit təsirindən asılıdır. Tədqiqatçılar bildirirlər ki, davranış pozuntusunun inkişafında əsas yeri tərbiyə tutur. İrsi, psixofizioloji xüsusiyyətlər isə risk faktoruna aiddir. Uşaqlarda davranış pozuntuları aşağıdakı  səbəblərdən yarana bilər: Fizioloji proseslər. Hormonal disbalans,oyanma-tormozlanma prosesləri yanlış qavrama, həmçinin,metabolik pozuntular. Epilepsiya, uşaq serebral iflici də risk qrupuna aiddir. Psixoloji xüsusiyyətlər. Uşaqlarda davranış pozuntularının yaranmasına aşağıdakı faktorlar da təsir edir: Emosional davamsızlıq; Özünəgüvənin aşağı olması; Əhval-ruhiyənin aşağı olması; Valideynlərlə tez-tez konfliktə girmə; Səbəb-nəticə bağlılığının yanlış qavranması; Öz uğursuzluqlarına görə başqalarını günahlandırma. Ailə münasibətləri.Uşağın davranış sindromları patoloji tərbiyə üsullarından, valideynlər arasında tez-tez baş verən münaqişələr fonunda da yarana bilər. Bu cür hallara bir və ya hər iki valideynin psixi xəstəliklərdən əziyyət çəkdiyi təqdirdə, onların əxlaqdan kənar həyat tərzi sürdükdə, patoloji asılılığı (narkotik, alkohol) olduqda rast gəlinir Sosial münasibətlər. Uşaq bağçalarında, məktəblərdə təhsil-tərbiyə proseslərinin düzgün qoylmamaması, pedaqoqların əxlaqi dəyərlərinin aşağı olması, sisnif yoldaşları (qrup yoldaşları) arasında münaqişlər və s. uşaqlarlarda davranış pozuntularına səbəb olan sosial faktorlara aiddir. Uşaqlarda davranış pozuntularının simptomları Davranış pozuntularının üç əsas əlaməti var: böyüklərə tabe olmamaq istəyi, aqressivlik, antisosiallıq. Bunların əsasında ətrafdakıların hüquqlarını pozan, onların əmlakına, şəxsiyyətinə xələl gətirən aktivlik dayanır. Davranış pozuntusu olan uşaqlar tez-tez böyüklərlə mübahisə edir, onlara acıqlanır, emosialarını kontrol edə bilmir, günahlarını başqasının üzərinə atmağa meyilli, küsəyən olurlar. Əksər hallarda başqasının əşyalarını dağıtmağa və sındırmağa can atırlar. Kliniki simptomlara əhval-ruhiyənin aşağı, disforik olması, diqqət pozuntusu, narahatlıq və impulsivliklə müşayiət edilən hiperaktivliyi aid etmək olar. Uşaqlarda davranış pozuntularının diaqnostikası Uşaqlarda davranış pozuntularının diaqnostikası ilə uşaq psixiatrı məşğul olur. Müayinə kliniki metoda əsaslanır. Əldə olunan göstəriciləri dəqiqləşdirmək məqsədilə digər mütəxəssislərin (nevroloq, oftalmoloq), müəllim, hüquq mühafizə işçilərinin rəyləri toplanır. Uşağın kompleks müyinəsinə aşağıdakı mərhələlər aiddir: Kliniki söhbət. Psixiatr aqressivlik, antisosial davranışların ağırlığı, tezliyi və davametmə müddətini müəyyənləşdirir. Onların xarakter, istiqamət və motivasiyasını dəqiqləşdirir. Uşağın valideynləri ilə onun  emosional vəziyyətini müzakirə edir.   Təqib etmə. Söhbətlərlə yanaşı həkim uşağın davranışını izləyir, onun valideynləri ilə münasibətlərini təhlil edir.   Psixodiaqnostika. Proektiv və sorğu metodları əlavə vasitə kimi istifadə edilir. Onların sayəsində dezadaptasiya, emosional-şəxsiyyət xarakteristikaları, həmçinin, aqressivlik, qəzəblilik, impulsiv davranışa meyillilik kimi xüsusiyyətlər aşkara çıxarılır. Davranış pozuntularının müalicəsi uşaq psixiatrı tərəfindən aparılır. Daha ağır ifadə olunmuş formalarda dərman preaparatları istifadə olunur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 23.07.2018

Uşaqlarda reflüks-ezofaqit xəstəliyi
 hekimtap.az

Uşaqlarda reflüks-ezofaqit xəstəliyi

Uşqlarda reflüks-ezofaqit xəstəliyi nədir? Reflüks - ezofaqit qida borosunun aşağı hissəsinin zədələnməsi olub, mütəmadi və spontan olaraq, mədə şirəsi və möhtəviyyatının qida burusuna qayıtmasıdır. Qida borusu patologiyası son illərdə uşaq qastroenteroloq və cərrahlarının böyük diqqətinə səbəb olub. Bu, onunla əlaqədardır ki, mədənin turş mühitinin qida borusuna geriyə atışı (reflüks) seliyin ciddi dəyişikliyinə və müxtəlif ağırlıqlı iltihabi proseslərə (ezofaqit) səbəb olur. Belə olan halda, bir çox xəstəliklərin (əgər mövcuddursa) gedişatı ağırlaşır. Reflüks-ezofaqit uşaqların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır və valideynlər üçün kifayət qədər problem yaradır. Adıçəkilən xəstəlik müasir dövrdə qida borusunun ən geniş yayılmış xəstəliklərindən biridir. Qarın boşluğundakı təzyiq döş qəfəsindəkindən xeyli artıqdır. Normalda mədə möhtəviyyatı qida borusuna düşə bilmir. Belə ki, qida borusunun aşağı hissəsindəki əzələ sfinkteri əyilmiş vəziyyətdə olur və buna maneçilik törədir. Normalda qidanın geri qayıtması qida borusunun möhkəm sıxılmış sfinkterinin heabına baş vermir. Bəzən sağlam uşaqlarda qısamüddətli reflüks müşahidə edilir - bu, gün ərzində 1-2 dəfə baş verir, qısa müddət davam edir və normal hesab edilir.   Uşqlarda reflüks-ezofaqit xəstəliyinin yaranma səbəbləri Uşaqlarda reflüks-ezofaqit xəstəliyinin inkişafına aşağıdakı fəktorlar təsir edir: Qida borusu bağırsaq keçidi əzələlərini zəiflədən bir çox qida məhsulları (şokolad, sitruslar, pomidor) - onlar reflüksların tez-tez yaranmasına şərait yaradır. Qida borusu əzələlərini yumşaldan preparatların (nitratlar, kalsium antaqonistlər, eufillin, bəzi yuxugətiricilər, sedativ-işlədicilər, hormonlar, prostoqlandinlər). Qida rejiminin pozulması - qidanın həddindən artıq və ya normadan az qəbul edilməsi. Uşaqlarda reflüks-ezofaqitin əlamətləri Reflüksün yaranmasından növbəti reflüksün yaranmasınadək uşaqda müxtəlif əlamətlər üzə çıxır. Onların qarşısını vaxtında almaq lazımdır ki, ağırlaşmalar baş verməsin. Bu əlamətlər aşağıdakılardır: Gəyirmə - reflüksün xarakterik əlamətidir. Bu, qida qəbulundan və istənilən fiziki yüklənməndən asılı olmayaraq yaranır.  Yemək vaxtı və ya yeməkdən sonra qarının yuxarı hissəsində ağrı və yanğı hissi. Nəticədə uşaq yeməkdən imtina edir, narahat və ağlağan olur. Bu ağrılar oturaq və ya uzanılı vəziyyətdə, müxtəlif hərəkət və ya yüngül fiziki yüklənmə nəticəsində şiddətlənir.  Tədricən dişlər salam olsa belə, ağızdan xoşagəlməz qoxu gəlir. Nəticədə uşağın süd dişləri sıradan çıxır.  Qəbizlik, ishal, meteorizm. Uşqlarda reflüks-ezofaqit xəstəliyinin müalicəsi Müəyyən yaş dövrünədək südəmər uşaqlarda reflüks norma sayılır və həzmetmə traktının inkişafı sona çatdıqdan sonra - 10 yaşınadək özü keçib gedir. Uşaq fiziki inkişafdan qaldıqda, çəki itirərsə, çəki artımı dayanarsa və digər narahatlıq yaradan simptomlar üzə çıxarsa, müalicəyə başlamaq vacibdir.  Südəmər və ya daha yuxarı yaşlı uşaqlarda müalicəyə qida rejimininə nəzarətlə başlanır. Bu, aşağıdakılardan ibarətdir: Qidanın kiçik porsiyalarla verilməsi; Reflüksü istisna etmək məqsədilə uşağı yeməkdın sonra bir müddət şaquli vəziyyətdə saxlamaq; Yeməkdən sonra istənilən fiziki aktivlikdən imtina etmək; Erkən axşam yeməyinin yuxudan bir neçə saat əvvəl vermək; Dar paltarlar və kəmərlərdən imtina etmək. Daha yuxarı yaşlı uşaqlara qıcqırma zamanı saqqız çeynəmək tövsiyə olunur. Belə ki, saqqızdan istifadə çox miqdarda tüpürcək ifraz edir, bu isə öz növbəsində, qələvi reaksiya keyfiyyətinə malik olduğundan reflüks zamanı yaranan mədə şirəsinin  turş mühitini “söndürür”. Lakin saqqızın 15-20 dəqiqədən artıq müddətdən çeynənməsi mədə şirəsinin  aktiv ifrazına səbəb olur, bu isə xoşagəlməz hallarla nəticələnə bilər. Uşqlarda reflüks-ezofaqit xəstəliyi - medikamentoz müalicə Dərman terapiyası xəstəliyin ilkin mərhələlərində (birinci və ikinci) təyin edilir. Təyinat lazımi müayinələr aparıldıqdan və pasiyentin fərdi xüsusiyyətləri nəzərə alınaraq verilir. Tətbiq olunan preparatlar aşağıdakılardır: Proton pompa inhibitorları (omeprazol, pantaprazol) - onlar duz turşusunun yaranmasının qarşısını alır. Omeprazol uşaqlarda reflüks müalicəsinin “qızıl standart”ı hesab olunur. Histamin reseptorlarının H-2 blakatorları (Ranitidin, Famotidin) - mədə şirəsinin turşuluğunu aşağı salır. Antasidlər: onların istifadəsində  məqsəd duz turşusunun normallaşdırılması, zədələnmiş seliyin bərpa edilməsidir; Qidanın həzm olunmasını yaxşılaşdıran ferment preparatları; Meterorizmə qarşı preparatlar. Bu preparatların qəbulu siptomatik terapiyaya aid olub, xəstəliyin səbəbini aradan qaldırmır. Tez-tez və çoxlu miqdarda baş verən reflüks zamanı uşağın orqanizmində susuzlaşma baş verir və su-elektrolit balansı pozulur. Belə hallarda müalicə infuzion məhlullardan istifadə edilməklə stasionarda aparılır.    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 21.07.2018

HekimTap Pro
10510
Amenoreya
 hekimtap.az

Amenoreya

Amenoreya reproduktiv yaş həddinə (16-45 yaş) çatmış qadınlarda menstrual funksiyanın pozulmasıdır. Bu halda menstruasiya 6 ay və daha çox müddətdə qeydə alınmır. Amenoreya bir qayda olaraq müstəqil xəstəlik yox, genetik, biokimyəvi,  fizioloji, psixo-emosional pozuntuların simptomudur. “Yalançı” amenoreya zamanı yumurtalıq və uşaqlıqdakı tsiklik və hormonal dəyişikliklər qorunub saxlanılır, lakin cinsiyyət orqanlarındakı axıntılar hər hansı anatomik baryer səbəbindən qeydə alınmır. “Həqiqi” amenoreyada isə ovulyasiya və hamiləlik baş vermir. Amenoreyanın yaranma səbəbləri Birincili amenoreyaya səbəb genetik, anatomik və psixo-emosional faktorlar ola bilər. Birincili amenoreya “Terner sindromu”da  - cinsi vəzilərin inkişafdan qalması səbəbindən yarana bilər. Birincili amenoreyanın anatomik faktorlarına fiziki inkişafın ümumi geriliyi aiddir. Bu, əsasən bədən quruluşundakı anomaliyalar zamanı üzə çıxır (arıqlıq, inkişaf etməmiş döş, ensiz çanaq və s.). Birincili amenoreyanın yaranma səbələrinə stress, ağır psixo-emosional sarsıntılar, anoreksiya  və izafi fiziki yüklənmələri də aid etmək olar.   Birincili amenoreyanın müalicəsi Birincili amenoreyanın müalicə prinsipləri onu yaradan faktorların korreksiya edilməsi və ya aradan qaldırılmasına yönəldilib. “Terner sindrom”lu pasiyentlərə ömürlük əvəzləyici hormonoterapiya (estrogenizasiya) göstərişdir. Fiziki və reproduktiv ləngimə zamanı qızlara xüsusi pəhrizlər təyin edilir ki, bu da əzələ və piy kütlələlərinin böyüməsinə şərait yaradır, hormonal müalicə isə menstrual funksiyanı stimullaşdırmağa yönəldilir. İkincili amenoreyanın yaranma səbələri İkincili amenoreya 17-45 yaşlı qadınların 10%-də rastr gəlinir və menstrual funksiyanın ağır pozuntusu hesab edilir. İkincili amenoreyanın yaranmasına əsasən, aşağıdakı faktorlar təsir edir: Anoreksiya, ağır pəhrizlər fonunda çəkinin sürətlə aşağı düşməsi - qadınların 38%-də müşahidə olunur. Yumurtalıqların polikistoz zədələnməsi - qadınların 26%-də rast gəlinir;  Erkən menopauza - qadınların 22%-də rast gəlinir; Hiperprolaktinemiya - qadınların 11%-də müşahidə edilir. Bəzi hallarda menstruasiyanın pozulması əsəb sarsıntısına müvəqqəti reaksiya kimi özünü göstərə və əlavə müdaxilə olmadan öz-özünə keçib gedə bilər. Lakin ikincili amenoreya əksər hallarda ciddi tibbi müdaxilə tələb edir.   İkincili amenoreyanın diaqnostikası Menstruasiyanın kəsilməsindən şikayətlənən pasiyentlərin müayinəsi zamanı əvvəlcə hamiləlik istisna edilir və ikincili amenoreyaya səbəb ola biləcək faktorlar araşdırılır: pəhrizlərdən sui-istifadə, fiziki və psixi yüklənmələr, yanaşı gedən xəstəliklər, ana və nənədə menopauzanın başlama dövrü və s. Həkim-ginekoloq pasiyentin boy və çəkisini dəyərləndirir, onlar biri-biri ilə mütənasibliyini qeydə alır və norma ilə müqayisə edir. Bəzi hallarda distrofiya və ya əksinə, piylənmə ikincili amenoreyaya səbəb ola bilər (orqanizmdə fizioloji və hormonal pozuntular fonunda). İkincili amenoreya şübhə yaranarsa, müayinə yumurtalıqların funksional pozuntularının xarakterinin aşkarlanmasına yönəldilir. Bu məqsədlə hormon səviyyəsi tədqiq olunur (ilk növbədə prolaktin, hestagen, cinsi hormatin, kariotin), kiçik çanaq orqanlarının USM-i (yumurtalıqların polikistozu və endometriyanın vəziyyətini müəyyənləşdirmək üçün) aparılır. Əlavə olaraq, rektal temperaturun dəyişməsi qrafiki tərtib olunur, yaxmanın sitoloji analizi həyata keçirilir. Əldə olunan nəticələr əsasında ikincili amenoreyanın səbəbi müəyyənləşdirilir və müalicə kursu təyin edilir.  İkincili amenoreyanın müalicəsi İkincili amenoreyanın müalicəsi onu yaradan faktorların aradan qaldırılmasına yönəldilir. Çəkinin sürətlə azalması və ya fiziki yüklənmələrlə əlaqədar olan amenoreya qeyri-düzgün həyat tərzinin təzahürüdür. Menstrual funksiyanın tam normallaşması üçün oral progesteron kontraseptivlər (tərkibində estrogen komponentlər olmayan) təyin olunur. Bəzən ikincili amenoreya hormonal terapiya olmadan - fiziki yüklənmələrin düzgün bölüşdürülməsi, rasional qida rejimi, əmək və istirahət, psixo-emosional faktorları normallaşdırmaqla aradan qaldırılır. Reproduktiv yaşa çatmış qadınlarda menstruasiyanın qəfil kəsilməsi orqanizmdə ciddi problemdən xəbər verir və ciddi münasibət tələb edir. Onların bəziləri həyat tərzini dəyişməklə aradan qalxsa da, digərlərinə  peşəkar tibbi müdaxilə lazımdır. Amenoreyanın əsas təhlükəsi qadın sonsuzluğu ilə nəticələnməsidir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 21.07.2018

Perikardit
 hekimtap.az

Perikardit

Perikardit nədir? Perikardit – ürəyi digər orqanlardan ayıran üst örtüyünün iltihabıdır. Perikard alt və üst olmaqla iki təbəqədən ibarətdir. Normalda onların arasında az miqdarda maye olur. Bu maye onların ürək döyünərkən yerdəyişməsinə şərait yaradır. Perikardın iltihabı müxtəlif səbəblərdən yarana bilər. Çox vaxt bu xəstəlik ikincili səbəbdən, yəni digər xəstəliklərin ağırlaşması fonunda yaranır. Perikarditin simptom və müalicəsi ilə fərqlənən bir neçə forması var. Xəstəliyin simtomlarını özünü müxtəlif cür büruzə var. Perikarditin yaranma səbəbləri Perikardit həm infeksion, həm də qeyri-infeksion xəstəliklər fonunda yarana bilər. Bəzən etiologiyası məlum olmayan perikarditlərə də rast gəlinir - onlar idiopatik perikardit adlanır. Perikardit aşağıdakı səbəblərdən yarana bilər: Revmatizm Vərəm Bakterial infeksiyalar: kokklar (pnevmaniya və sepsis zamanı) və spesefik infeksiyalar (dizenteriya, brüsselioz, sibir xorası, tulyaromiya və s.); Göbələklər; Viruslar (qrip, Koksaki) Rikketsiyalar. Perikarditin simptomları Ürək nahiyəsində zəif baticı və ya güclü ağrılar. Bəzən bu ağrılar infarkta səbəb ola bilir. Ağrılar cırmaqlayıcı, yanğ hissi yaradan və s. ola bilər. Onlar qısa müddətdən bir təkrarlana və ya uzunmüddətli ola bilər. Bu ağrılar nitroqliserinlə aradan qalxmır, öskürək, asqıraq, dərin nəfəs aldıqda, həmçinin döş qəfəsini əl və ya hər hansı əşya ilə sıxdıqda şiddətlənir.   Bəzən ağrı qarın boşluğu nahiyəsinə irradiasiya edir. Diafraqmal sinirin qıcıqlanması zamanı hıçqırma və qusma müşahidə oluna bilər. Xəstəlik adətən, tərləmə, bədən hərarətinin 37.5-38 C-dək yüksəlməsi ilə müşayiət edilir. Təngənəfəslik adən, ifadə olunmuş deyil. Ürəyin auskultusiyası zamanı perikardın sürtülməsi səbəbindən yaranan və qar xışıltısına bənzər küy qeydə alınır. Bu küy dəyişkən olur və ürək döyüntüsünün müxtəlif fazalarında eşidilir, döş qəfəsini fonendoskopla sıxdıqda döyündü güclənir.   Perikarditin diaqnostikası Perikarditin diaqnostikası üçün ən azı aşağıdakı müayinələr aparılmalıdır: Qan və sidiyin ümumi analizləri; Qanın biokimyəvi analizi; Qanın LE-hüceyrələri müayinəsi; EKQ; Exokardioqrafiya; Ürək və döş qəfəsinin digər orqanlarının rentgenoloji müayinəsi. Perikarditin müalicəsi Perikarditin müalicısinə bunlar aiddir: Rejim; Etiotrop terapiya; İltihabəleyhinə qeyri-steroid qlükokortikosteroid preparatların tətbiqi; Cərrahi müalicə.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 19.07.2018

Xroniki enterit
 hekimtap.az

Xroniki enterit

Xroniki enterit nədir? Xroniki enterit – nazik bağırsağın iltihabi-distrofik patologiyası olub, onun həzm, transportor və baryer funksiyasının pozulmsına gətirib çıxaran xəstəlikdir. Simptomatikası yerli (nəcis ifrazının pozulması, meteorizm, qarında ağrılar) və ümumi əlamətlər (izafi yorğunluq, baş ağrıları və başgicəllənməsi, dəri, dırnaq, saç problemləri, endokrinopatiyalar), mübadilə pozuntusu olmaqla iki qrupa bölünür. Xroniki enteritin yaranma səbəbləri Xroniki enteriti daha çox mədə-bağırsaq traktını zədələyən infeksiyalar yaradır. Xəstəliyi yaradan səbəblər arasında salmonneloz, şigelloz, stafilokokk infeksiyaları, və s. xüsusi qeyd etmək lazımdır. Burada protozoy və qurd invaziyalarını (aksarid, kriptospor və s.) istisna deyildir.      Xroniki enteritin simtomları Patologiyanın əlamətlərini yerli və ümumi olmaqla iki qrupa bölürlər. Yerli əlamətlərə nəcis ifrazının pozulması, meteorizm, qarında ağrılar; ümumi əlamətlərə isə - bütün mübadilə formalarının pozulması, endokrin çatışmazlıq, digər orqanların zədələnməsi aiddir. Defekasiya zamanı ətraflarda titrəmə, taxikardiya, arterial hipoteniya, yorğunluq hiss oluna bilər. Sutka ərzində tez-tez (20 dəfədən çox) nəcis ifrazı patologiyanın tipik simptomudur. Defaekasiya çağırışı yeməkdən dərhal sonra baş verir, nəcis kütlələrinin həcmi artır. Nəcis kükütlələri duru olur, daxilində həzm olunmamış qida qırıntıları müşahidə edilir. Meteorizm qarının köpməsi və ağrılarla müşayiət olunur. Bu ağrılar defikasiya və qaz ayrılması zamanı keçir. Xroniki enteritin ümumi əlamətləri adətən, ortra ağır və ağır gedişat zamanı üzə çıxır, onlar isə həzm prosesi və qida maddələrinin nazik bağırsaqda sorulması pozuntusu fonunda yaranır.  Xroniki enterit zamanı, həmçinin, piy, zülal, vitamin, mikroelemnet mübadiləsinin pozuntusu qeydə alınır.  Xroniki enteritə xas olan xüsusiyyətlərdən biri də mineral, su-duz və elektrolit mübadiləsinin pozulmasıdır. Bundan başqa, ayrı-ayrı vitaminlərin (C, B12, B1, B2, PP, A,K,D) sourulması zəifləyir. Xroniki enteritin diaqnostikası Xroniki enteritin diaqnozu kompleks laborator və instrumental müayinə əsasında aparılır. Qan analizlərində anemiya əlamətləri, zülal, elektolit, mikroelement və hormonların səviyyəsinin aşağı düşməsi qeydə alınır. Nazik bağırsağın motorikası kontrast rentgenoloji müayinə, USM, qarın boşluğu orqanların ümumi rengenoqrafiyası vasitəsilə müayinə olunur, mədənin rengenoqrafiyası differensilal diaqnostikasını və mədə-bağırsaq traktının yanaşı gedən xəstəliklərini aşkar etmək məqsədilə həyata keçirilir. Xroniki enteritin müalicəsi Xroniki enteritin müalicəsi qastroenteroloq tərəfindən aparılır. Bu patologiyanın kəskinləşməsi uzunmüdətliyi və ağır gedişatı ilə fəqlənir. Ona görə də bütün pasiyentlərə müalicə rejimi və xüsusi dietalar təyin edilir. Qida kimyəvi, termik və mexaniki baxımdan yumşaq, qida maddələri, vitamin və mikroelementlərlə zəngin olmalıdır. Medikamentoz preparatlardan infeksion agenrləri eradikasiya edən, bağırsaqların mikroflorasını normallaşdıran, absorbsiyaedici vasitələr təyin olunur. Zərurət yaranarsa, mədə şirəsi və pankreatik fermentlərdən, bağırsaqların motorikasını normallaşdıran vasitələrdən istifadə edilir. Simptomatik müalicə özündə mübadilə pozuntusu, vitaminoterapiya, əvəzləyici hormonal terapiya, immunomodulyatorları birləşdirir. Xroniki eneterit zamanı müalicəvi otlar və mineral sular, sanator-kurort tədbirlər və fizioterapiya göstərişdir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 19.07.2018

HekimTap Pro
10035
Blefarit
 hekimtap.az

Blefarit

Blefarit nədir? Blefarit müalicəyə çətin  tabe olan göz qapaqlarının xroniki xəstəliyidir. Anatomik olaraq blefariti aşağıdakı qruplara bölürlər: Ön kənar blefarit – yalnız göz qapağının kirpik kənarını zədələyir. Arxa kənar blefarit – göz qapağı daxilində meybomik vəzilərin iltihabi ilə müşayiət edilir və proses konyunktivit və buynuz qişaya sirayət edə bilər. Əslində əksər klinik hallarda ön və arxa kənar blefarit eyni zamanda inkişaf edir, yəni göz qapağı qalınlığı boyu iltihablaşır. Blefaritin yaranma səbələri Göz qapaqları iltihabının bir çox səbəbləri var. Blefarit müstəqil xəstəlik kimi inkişaf etməklə yanaşı, məsələn, gənə, göbələk, bakteriyalarla zədələnmə və s., hər hansı patoloji proses zəminində də - xroniki infeksion və allegik xəstəliklər, hipovitaminoz (vitamin çatışmazlığı), anemiya, vərəm, diabet, həzm traktı xəstəlikləri (məslən, qastrit), həmçinin, dişlərin, burun-boğazın və s. patologiyasından yarana bilər. Blefarit tez-tez astiqmatizm və ifadə olunmuş “quru göz” sindromu zamanı da yarana bilər. Blefaritin əlamətləri Blefarit özünü aşağıdakı əlamətlərlə göstərə bilər: Göz qapaqları kənarlarının qızarması və şişməsi; Yanma və göynəmə hissi, göz qapaqlarında qabıqlama; Kirpiklərin bir-birinə yapışması; Kirpiklərin tökülməsi və qeyri-düzgün uzanması; Gözlərin yaşarması; Gözlərin parlaq işığa qarşı həssas olması; Az yüklənmə nəticəsində belə gözlərin tez yorulması. Blefaritin diaqnostikası Blefaritin diaqnostikası biomikroskopiyaya əsaslanır – göz qapağı və kirpikər xüsusi lampa vasitəslə müayinə edilir. Demodekoz blefaritin diaqnostikası üçün Demodex gənələrini aşkar etmək məqsədilə yenicə qoparılmış kirpiklərin mikroskop altında müayinəsi vacibdir.   Blefaritin müalicəsi Blefaritin müalicəsi uzun müddət tələb edir. Başlıca məqsəd – blefaritin səbəblərinin aradan qaldırılması və yerli simtomatik müalicədir. Göz qapaqlarının ciddi gigiyenası yaranma səbəbindən asılı olmayaraq, blefarit müalicəsinın əsas tərkibidir. Bundan başqa, xəstəliklə mübarizə aparmaq üçün göz qapaqlarının işlənməsi üçün bir çox xüsusi losyonlar və gellər mövcuddur. Blefaretin yaranma səbəbindən asılı olaraq, damcı və ya mazlar təyin olunur.    Allergik blefarit zamanı allergeni müəyyənləşdirmək və aradan qaldırmaq vacibdir. Ola bilsin ki, sevdiyiniz kosmetik vasitədən imtina etmək və ya kontakt linzaların məhlulunu dəyişmək tələb olunar. Yerli olaraq allergiya əleyhinə damcılar, zərurət yaranarsa, göz qapağı kənarları üçün kortikosteroid mazlar təyin edilə bilər.    Blefarit göz qapaqlarının gigiyena qaydalarına əməl etmədikdə və müalicə preparatları lazımi qaydada tətbiq olunmadıqda asanlıqla xroniki formaya keçir. Bu baxımdan mütəxəssis nəzarəti altında olmaq və onun təyinatlarına ciddi əməl etmək vacibdir. Gözləriniz daim şəfalı olsun!   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az   

Published: 17.07.2018

Bakterial vaginoz
 hekimtap.az

Bakterial vaginoz

Bakterial vaginoz nədir? Bakterial vaginoz (başqa adı: qardnerellyoz) uşaqlıq yolunun disbakteriozu deməkdir. Uşaqlıq yolunun mikroflorası hərəkətli bir ekosistemdir. Normalda uşaqlıq yolunun mikroflorası qoruyucu funksiya daşıyan laktobasillərdən ibarətdir. Laktobasillər qlikogeni süd turşusuna çevirir ki, bu da uşaqlıq yolunun turşuluğunu aşağı salır. Bundan başqa, laktobasillər hidrogen peroksidi yaradır. Uşaqlıq borusunun turş mühiti və hidrogen peroksidi patogen mikrobların artmasının qarşısını alır (stafilikkoklar, streptokkoklar, bağırsaq çöpləri, anaerob  bakteryiyalar, Gardnerella vaginalis, Mobiluncus spp.). Yeri gəlmişkən, bu bakteriyalar əksər qadınlarda az miqdarda olsa da, mövcud olur.     Laktobakteriayalrın səviyyəsi aşağı düşəndə onların ekosistemdəki yerini patogen mikroblar tutur. Bu mikroblar isə öz növbəsində buxarlanan aminlər ifraz edir, onlar qoxumuş balıq iyi verir.   Bakterial vaginozun yaranma səbəbləri Xəstəliyin yaranma səbəbi təkcə bakterial vaginoz törədiciləri (onlar az miqdarda demək olar ki, bütün qadınlarda mövcuddur) olmayıb, əasasən, lakobasil və patogen mikrobların mütənasiblik dəyişikliyidir.  Bakterial vaginoz zamanı laktobaksillər azalır, bakterial vaginoz törədiciləri isə artır. Bakterial vaginozun, həmçinin, uşaqlıq yolu disbakteriozu adlanmasının səbəbi də budur.  Bakterial vaginozun əlamətləri Uşaqlıq yolunda  quxumuş balıq iyinin gəlməsi. Bu qoxu prezirvativsiz cinsi əlaqədən sonra  daha da artır, belə ki, spermanın qələvi pH-ı buxarlanan aminlərin əmələ gəlməsinə şərait yardır. Qoxudan başqa, bakterial       vaginoz zamanı uşaqlıq yolunda olan axıntılar normal axıntıdan fərqlənmir. Bunun miqdarı normadan kənara çıxmır, boz-ağımtıl rəngdə, həmcins olur, adətən alt paltarda iz qoymur. Bakterial vaginozun diaqnostikası Həkim bakterial vaginozdan uşaqlıq yolundakı axıntıları zamanı xarakterik iy gəldikdə yaxma götürməklə şübhələnə bilər. 10%-lik kalium hidroksidi uşaqlıqlıq yolu axıntılarına damızdırdıqda əşya şüşəndəki qoxu daha da güclənir.   Bakterial vaginoz zamanı yaxmada laktobasillər (Lactobacillus spp.) olmayarkən ümumi yaxma, necə deyərlər, “başlıca hüceyrələri” (uşaqlıq yolu epitelləri) aşkar edir. Gardnerella vaginalis-in aşkara çıxarılması bakterial vaginozun diaqnostikasında elə də böyük rol oynamır. Belə ki, bu bakteriyalar qeyd etdiyimiz kimi, müəyyən miqdarda əksər qadınların orqanizmində mövcuddur. Bakterial vaginozun diaqnostikasında əsas amil Gardnerella vaginalis-in təkcə mövcudluğu yox, onun miqdarıdır.   Bakrerial vaginozun müalicəsi Bakterial vagininozun optimal müalicəsi metronidazol hesab edilir – 500 mq olmaqla sutkada 2 dəfə - 7 sutka müddətində. Preparatın bəzən yan təsiri olur (ürəkbulanma verir). Spirtli içkilərlə qətiyyən uyuşmur!   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az   

Published: 17.07.2018

Diabetik retinopatiya
 hekimtap.az

Diabetik retinopatiya

Diabetik retinopatiya nədir? Çoxunuz şəkərli diabet haqqında kifayət qədər məlumatlısınız. Bu məqaləmdə söhbət adıçəkilən xəstəliyin ağırlaşmalarından biri olan  diabetik retinopatiyadan gedəcək. Bildiyiniz kimi, şəkərli diabet fonunda yaranan insulin çatışmazlığı qanda izafi şəkərin qalmasına səbəb olur. Bu da öz növbəsində piy mübadiləsinin pozulmasına, qanda xolesterin toplanmasına, damarların tıxaclaşmasına gətirib çıxarır. Nəticədə toxumalardakı qan dövranı zəifləyir və tamamilə dayanır.   Şəkərli diabet daha çox ürəyi, gözləri, görmə aparatını, ayaq damarları və böyrəkləri zədələyir.  Diabetik retinopatiya şəkərli diabetin ən geniş yayılmış ağırlaşmalarından hesab olunur və  görmənin tamamilə itirilməsi səbəbləri sırasında birinci yeri tutur. Diabetik retinopatiya, adətən, insan şəkərə tutulduqdan 5-10 il sonra inkişaf etməyə başlayır. I tip şəkərli diabetdə (inisulindənasılı) retinopstiya daha ifadə olunmuş şəkildə inkişaf edir və tezliklə proliferativ diabetik retinopatiya əmələ gəlir. II tip şəkərli diabetdə (inisulindən asılı olmayan) dəyişikliklər, əsasən, torlu qişanın  mərkəzi zonasında baş verir – diabetik makulopatiya yaranır, bu da mərkəzi görmənin aşağı düşməsinə səbəb olur. Demək olar ki, 50% hallarda diabetik retinopatiya diaqnozlaşdırılmır və əksər hallarda müəyyən ağırlaşmalardan sonra üzə çıxır. Dünya Səhiyyə Təşkilatının statistikasına görə, I tip şəkərdən əziyyət çəkən pasiyentlər (xəstəlik müddəti 10-15 il) arasında diabetik retinopatiya 80-90% hallarda inkişaf edir. Dibatik retinopatiyanın yaranma səbələri Şəkərli diabet zamanı qan damarlarında müəyyən dəyişikliklər baş verir ki, bu da torlu qişa damarlarının oksigenlə təminatının pozulmasına gətirib çıxarır. Görmə sisteminin məhz bu cür vəziyyəti diabetik retinopatiyanın inkişafına şərait yaradır. Diabetik retinopatiya tədricən inkişaf edir və onun bəzi mərhələrini xəstə hiss etməyə bilər. Diabetik retinopatiyanın əlamətləri Görmənin dumanlanması; Torlu qişa və şüşəyəbənzər cismə qansızma; Görmənin zəifləməsi (bu simptom bir qayda olaraq, retinopatiyanın dərinləşmiş formalarında özünü göstərir). Diabetik retinopatiyanın diaqnostikası “Diabetik retinopatiya” diaqnozunu təsdiq və ya inkar etmək üçün görmə sisteminin əsaslı müayinəsi tələb olunur. Bunun üçün əvvəlcə anamnez toplanır: Xəstələrdən görmənin zəifləməsinə dair məlumatlar alınır, yanaşı xəstəliklər, şəkərli diabetin davametmə müddəti öyrənilir.   Ofatalmoloji müayinəyə aiddir: Vizometriya (korreksiyasız, korreksiyalı); Gözün ön şöbəsinin biomikroskopiyası; Gözdaxili təzyiqin müəyyən olunması; Qonioskopiya; Diabetik retinopatiyanın müalicəsi Diabetik retinopatiyanın müalicə metodunun seçilməsi xəstəliyin mərhələsindən çox asılıdır. Müasir dövrdə ən effektli və etibarlı metodlardan biri torlu qişanın lazerokoaqulyasıyası hesab olunur. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 16.07.2018

Spinner