Keratokonus hekimtap.az

Keratokonus

Keratokonus nədir? Keratokonus  - buynuz qişanın mərkəzi və mərkəzətrafı nahiyələrinin proqressivləşən nazilməsindən yaranan degenerativ göz xəstəliyidir. Bu zaman buynuz qişa normal sferik deyil, konus formasını alır. Patologiya adətən yeniyetməlik dövründə başlayır, lakin bəzən 30 yaşa qədər insanlarda da rast gəlinir. Keratokonus 25% hallarda irsi xarakter daşıyır. Xəstəlik adətən, bir neçə ilə formalaşır, lakin bəzən sürətlə inkişaf edən növlərə da rast gəlinir.   Keratokonusun yaranma səbəbləri hansılardır? Çoxsaylı tədqiqatlara baxmayaraq, keratokonusun dəqiq yaranma səbəbi hələ də məlum deyil. Bununla belə, bəzi ehtimallar var, məsələn, mübadilə və endokrin sistem pozuntuları, genetik meyillilik, stess, buynuz qişanın travması, hüceyrə faktorları və ətraf mühitin təsiri, xroniki allergiya, gözləri ovuşdurma və s. Keratokonusun əlamətlləri hansılardır? - Təhrif olunmuş təsvir – obyektə baxdıqda bir neçə təsvirin  görünməsi; - İşiğa qarşı həssaslığın artması; - Görmə itiliyinin zəifləməsi; - İstənilən məsafədə görmənin yayılması; - Gözlərin gərginləşməsi; - Bir gözlə baxdıqda təsvirin ikiləşməsi. Keratokonusun müayinəsi necə aparılır? Keratokonusu ən müasir müayinə metodu - keratotopoqrafiyadır. Bu, qeyri-invaziv diaqnostik üsul olub, buynuz qişada baş vermiş dəyişiklikləri aşkar edir. Keratokonusun müalicəsi necə aparılır? Keratokonusun bir sıra müalicə metodları var. Buraya aiddir: - krosslinkinq - buynuz qişanın kollagen liflərinin çarpaz birləşdirilməsi üsulu olub, xəsteliyi dayandırır. - korneal halqa -metodun mahiyyəti buynuz qişaya korneal (stromal) həlqələrin yeridilməsindən ibarətdir. Onlar nazilmiş buynuz qişası üçün karkas rolunu oynayır  və onu stabilləşdirir ; - hibrid linzalar - mərkəzi hissəsi bərk, “ətək” hissəsi isə yumşaq polimerdən hazırlanmış linza növüdür. Bu linzaların tətbiqi görməni yaxşılaşdırır, xəstəliyin inkişafını ləngidir;  -fotorefraksion keratektomiya + kollagen krosslinkinq (PRK+CCL) - bu metod krosslinkinq vasitəsilə buynuz qişanın stabilizasiyasından və PRK metodu ilə ametropiyanın korreksiyasından ibarətdir. PRK - refraksiya anomaliyalarının eksimer lazer korreksiyası olub, səthi növ ablasiyaya aiddir.  - Fakik IOL - müasir introokulyar linzaların gözdaxili yerləşdirilməsi metodu olub, görməni artırır. Keratokonus vaxtında aşkarlandıqda onu tam dayandırmaq və yüksək görməni təmin etmək mümkündür.

Published: 14.08.2018

Uşaqlarda onanizm
 hekimtap.az

Uşaqlarda onanizm

Onanizm nədir? Uşaqlarda anonizm normal fizioloji proses olub, onu cinsi inkişafının bir mərhələsi hesab olunur. Təəssüf ki, bir çox valideynlər bunu demək olar ki, böyük facicə kimi qəbul edir, bəzi hallarda isə uşaqlarını cəzalandırırlar. Bəs görəsən, onanizm nədir və valideynlərin buna münasibəti necə olmalıdır? Valideynlərin uşaq onanizminə münasibəti Əziz valideynlər, əgər belə bir halla rastalaşarsınza, qorxmayın. Bu, kifayət qədər geniş və zərərli bir vərdişdir. Zərərli uşaq vərdişləri – bu, uşağın psixi və fiziki inkişafına neqativ təsir göstərən sarışan hərəkətlərdir. Uşağın istənilən pis vərdişləri ətrafdakılara, ələlxüsus da valideynlərdə onlara qarşı mübarizə aparmaq istəyi yaradır.   Beləliklə, əgər uşağınızı anonizmlə məşğul olarkən görsəniz, ona qışqırmaq, döymək, bayılmaq lazım deyil. Bu məsələ bir qədər səbr və düzgün yanaşaşma tələb edir. Çalışın övladınızın diqqətini sakit tərzdə, emosiyasız başqa səmtə yönəldəsiniz. Artıq uşaq sizinlə danışmağa hazır olduqda onunla gördüyünüz səhnəni müzakirə edin, qətiyyən danlamayın və ya qorxuzmayın. Uşağı sakitləşdirin və izah edin ki, bu, sizin ona qarşı olan sevginizi azaltmayacaq. Əgər siz mehribanlıq və qayğı nümayiş etdirsəniz, övladınızı tezliklə bu vərdişdən uzaqlaşdıra bilərsiniz. Uşaqlar nəyə görə anonizmlə məşğul olurlar? Bəs görəsən, uşaq nəyə görə anonizmlə məşğul olur? Əvvəlcə başa düşmək lazımdır ki, uşaq və böyüklərdə anonizm fəqrqli xarkterlidir. Praktiki olaraq, bütün uşaqlar bu mərhələni keçirlər. Bəzilərində anonizm əlamətləri artıq 5-6 aylığında başlayır – uşaq gözlənilmədən gərilir, qızarır daha sonra sakitləşir. Daha yuxarı yaşlarda belə problemlər qəbizlikdən yarnır – bu zaman gərginlik cinsi orqanlara ötürülür, daha sonra təbii boşalma baş verir və uşaq xoş təəssüratlar yaşamaq üçün üsullar axtarmağa başlayır. Özü-özlüyündə vücudun bu cür tədqiq olunması patologiya hesab olunmur. Burada söhbət daha çox bu prosesə valideynlərin münasibətindən gedir. Anonizmlə məşğul olan uşağı gördükdə valideyn ona başa salır ki o, pis işlə məşğul olur və belə çıxır ki, uşaq özü də pisdir.   Əgər onanizm gizli və qeyri-sistematik xarakter daşıyırsa, bu, çox güman ki, oyundur, öz vücudun öyrənilməsidir. Uşaq onanizmlə açıq şəkildə və sistematik məşğul olursa, bunun səbələri daha dərindir. Anonizmin inkişaf etməsində başlıca psixoloji səbəb bir qayda olaraq, valideynlərin emosional soyuqluğu və yaxud da uşaqda özünü lazımsızlıq hissinin yaranmasıdır. Belə vəziyyətdə o, müsbət emosiyalar mənbəyi axtarmağa başlayır – öz vücudu, anonizm, barmağın sorulması və s. Burada daha bir məqama da diqqət yetirmək lazımdır. Bəzən valideynlər uşağa ifrat dərəcədə nəvaziş göstərirlər ki, bu da xoşagəlməz nəticələr verə bilər. Ailənin tək uşaqları qey olunan məsələ ilə bağlı dahə həssasdırlar. Onların ünsiyyətdə olmaq üçün bacı və qaqrdaşları yoxdur. Bu zaman onlar valideynlər əhval-ruhiyyəsindən asılı vəziyyətə düşürlər. Əhval-ruhiyyə isə dəyişkəndir və bu da öz əksini uşaqda tapır. Əgər uşaq aktiv temperamentə malikdirsə, o, hisslərini ifadə etmək üçün dərhal özünə yeni mənbələr axtarmağa başlayır. Uşaqların zorla yedizdirilməsi anonizm vərdişinin yaranmasına səbəb ola bilər. Valideynlər lazım olmayan, xüsusən də uşağın xoşuna gəlməyən qidanı ona yedizdirdikdə o, zövq almır. Bu zaman orqanizmin ən həssas nahiyəsi işə düşür. Bu isə reflektor olaraq, dodaq və ağızın selikli qişasıdır, lakin digər həssas – genital nahiyə ilə əlaqədardır. Əgər ağız nahiyəsi “susursa”, bu zaman genital zona oyanır və uşağı narahat edir. O, cinsiyyət orqanlarına toxunmağa başlayır və oyanıqlığın azalmasını hiss edir. Siz uşağı zorla yedizdirir, o isə oyanıqlığını azaltmağa davam edir. Bu vərdiş uzun müddətlik oturuşur. Uşaqların cinsiyyət orqanları gigiyenik qaydalara düzgün əməl olunmadıqda və ya bu qaydalara ifrat dərəcədə  əməl olunduqda qıcıqlanma yaranır. Bunlar da, həmçinin spesifik hisslər yaradır.     İstənilən halda, onanizm əsəb gərginliyinin aradan qaldırılmasına xidmət göstərir. Və əgər bu, uşağınızda müşahidə olunarsa, gərginlik və narahatlığın səbəbini tapmaq lazımdır. Valideynlərə tövsiyələr Uşağınızda onazim vərdişini tərgitdmək üçün valideynlərə aşağıdakı tədbirlər tövsiyə olunur: Səbəbi tapıb, aradan qaldırın; Uşağı danlamayın, qorxuzmayın, xüsusən də kənar adamların yanında; Uşağı zorla yedizdirməyin; Sərbəst alt paltarları geyindirin; Uşağın tez  yuxuya getməsini diqqətdə saxlayın; Uşaqlarınıza nəvaziş göstərin, onları sevin və başa düşün! Əgər problem dərinləşərsə, psixoloq və uşaq nevroloquna mürciət edin. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 14.08.2018

Аденокарцинома матки
 hekimtap.az

Аденокарцинома матки

Аденокарцинома матки – что это? Аденокарцинома матки (рак эндометрия) – злокачественная опухоль, происходящая из железистых клеток эндометрия. Является более распространенной разновидностью рака матки по сравнению с лейомиосаркомой (опухолью, происходящей из мышечной ткани), диагностируется в 70% случаев рака матки. Занимает второе место среди злокачественных новообразований у женщин после рака молочной железы. Чаще диагностируется в возрасте 40-65 лет. В настоящее время отмечается увеличение заболеваемости аденокарциномой матки и тенденция к омоложению этого вида рака. 40% больных составляют женщины репродуктивного возраста. За четверть века заболеваемость в группе женщин 40-49 лет возросла на 30%, в группе женщин 50-59 лет – на 45 Признаки и симптомы аденокарциномы матки Как правило, аденокарцинома возникает при наличии фоновых заболеваний (полип, гиперплазия эндометрия). Признаки озлокачествления можно обнаружить при цитологических и гистологических исследованиях материала, полученного при раздельном диагностическом выскабливании или аспирационной биопсии полости матки. Наличие атипии в клетках железистого эпителия даёт основание для предположения малигнизации, что требует проведения ряда дополнительных диагностических мероприятий. Рак эндометрия при отсутствии фоновых заболеваний на начальных стадиях яркостью симптоматики не отличается и может никак себя не обнаруживать длительное время. Если у женщин молодого возраста патологию могут подсказать: длительные менструальные кровотечения; постоянные ноющие боли в поясничной области; увеличившийся вдруг живот, то для женщин в менопаузе при отсутствии менструаций такие проявления и так имеют место (все списывается на возраст). Однако симптомы рака эндометрия хоть и немногочисленны, но распознать их все-таки возможно, главное – не забывать посетить гинеколога и не откладывать своё здоровье в «долгий ящик». Начавшееся внезапно после длительного перерыва, маточное кровотечение в менопаузе, является серьезным предвестником грядущих неприятностей, поэтому поход к гинекологу должен быть осуществлен без промедлений. Аденокарцинома матки является гормонозависимой опухолью. Состояние железистой ткани эндометрия циклически изменяется под влиянием половых стероидных гормонов. Увеличение количества эстрогенов провоцирует усиленную пролиферацию клеток эндометрия и повышает вероятность развития опухоли. В числе факторов риска развития аденокарциномы матки, связанных с изменением гормонального фона, специалисты указывают раннее начало менструаций, позднее наступление климакса, синдром поликистозных яичников, гормонпродуцирующие опухоли яичников, ожирение (жировая ткань синтезирует эстрогены) и длительный прием больших доз эстрогенсодержащих препаратов. Вероятность развития аденокарциномы матки повышается при наличии некоторых заболеваний, в частности, при гипертонической болезни и сахарном диабете. Диагностика аденокарциномы матки Диагноз устанавливают на основании данных гинекологического осмотра, результатов инструментальных и лабораторных исследований. Простейшим методом лабораторной диагностики аденокарциномы матки является аспирационная биопсия, которую можно многократно проводить в амбулаторных условиях. Недостаток методики – низкая информативность на начальных стадиях аденокарциномы матки. Даже при повторных исследованиях вероятность обнаружения начальной стадии рака по анализу аспирационного содержимого составляет всего около 50%. В ходе скринингового обследования и при появлении подозрительных симптомов назначают УЗИ органов малого таза. Этот метод инструментальной диагностики позволяет выявлять объемные процессы и патологические изменения структуры эндометрия. Ведущее место в диагностике аденокарциномы матки занимает гистероскопия. В ходе процедуры гинеколог не только осматривает внутреннюю поверхность матки, но и осуществляет прицельную биопсию измененных участков, РДВ полости матки и цервикального канала. Лечение аденокарциномы матки Наилучшие показатели пятилетней выживаемости при аденокарциноме матки отмечаются после проведения комплексной терапии, включающей в себя оперативное вмешательство, лучевую и медикаментозную терапию. Лечебную тактику, интенсивность и время использования каждого компонента комплексной терапии онкогинекологи определяют индивидуально. Показанием к операции являются I и II стадии аденокарциномы матки. Целесообразность хирургического вмешательства на III стадии определяют с учетом количества неблагоприятных прогностических факторов. При раке эндометрия может выполняться гистерэктомия, пангистерэктомия либо расширенное удаление матки с аднексэктомией, удалением регионарных лимфоузлов и тазовой клетчатки). Лучевую терапию при аденокарциноме матки применяют на этапе предоперационной подготовки и в послеоперационном периоде. Используют дистанционное облучение и брахитерапию матки (облучение с помощью цилиндра, вводимого в матку или влагалище). Химиотерапия и гормонотерапия при аденокарциноме матки являются вспомогательными методиками, направленными на уменьшение риска рецидивов и коррекцию гормонального фона. В процессе химиотерапии применяют цитостатики. В ходе гормонотерапии назначают препараты, влияющие на прогестероновые и эстрогеновые рецепторы, расположенные в области злокачественного новообразования. При аденокарциноме матки IV степени хирургическое вмешательство не показано, лечение осуществляется с использованием химиотерапии и радиотерапии.   © Использование материалов разрешено только при наличии активной ссылки на источник. https://hekimtap.az

Published: 13.08.2018

USM diaqnostikası
 hekimtap.az

USM diaqnostikası

Müasir tibbi diaqnostika həkimlərin, eləcə də onlara müraciət edən pasiyentlərin işini əhəmiyyətli dərəcədə asanlaşdırıb. Çünki müalicənin uğurla aparılması və ya terapiyanın ümumiyyətlə istisna edilməsi dəqiq diaqnozun qoyulmasından çox asılıdır. Müasir dövrdə diaqnostika sahəsində aparıcı mövqe ultrasəs müayinəsinə məxsusdur. Bu, ən sürətli, dəqiq və təhlükəsiz diaqnostika metodudur. Bəs görəsən, həkim hansı hallarda pasiyenti USM müayinəsinə göndərir? Bu barədə biraz ətraflı danışaq. USM-diaqnostika nədir və onun populyar olması səbəbləri hansılardır? USM ən təhlükəsiz, dəqiq və sürətli diaqnostika metodudur. Ana olmuş hər bir qadın gələcək övladının cinsini müəyyənləşdirilməsində USM-in rolunu yaxşı xatırlayır. Bu diaqnostika metodu rentgendən fərqli olaraq, daha dəqiq hesab olunur, belə ki, insan müayinə zamanı hərəkət etdikdə belə, görüntülər dəqiqliyini itirmir.  Ultrasəs müayinısinin prinsipi sadədir: USM ötürücüsü səs dalğalarını xüsusi ucluqlar vasitəsilə toxunulan nahiyəyə ötürür. Orqanlar bu dalğaları əks etdirir və onlar yenidən ötürücüyə qayıdır və bu vasitə ilə monitorda müvafiq görüntü əks olunur. Qeyd olunan kimi USM-müayinə təhlükəsizdir, belə ki, insan heç bir şüalanmaya məruz qalmır. USM bir çox xəstəliklərin diaqnozlaşdırılması və ya orqanizmdə heç bir problem olmadığını təsdiqləmək üçün unikal vasitədir. USM müayinəsi hansı hallarda təyin edilir Ultrasəs vasitəsilə kiçik çanaq və qarın boşluğu orqanlarını müayinə edirlər, onun vasitəsilə həmçinin, böyrək xəstəliklərini, qaraciyər, qalxanvari vəzi, ürək, damar və limfatik düyünlərin hətta, dəri altındakı törəmələri müayinə etmək mümkündür. Qarın nahiyəsində, ürək və ya “qadın orqanları”nda ağrılar, infeksion xəstəliklər, uzun müddət davam edən xroniki və ya kəskin xəstəliklər, şiş şübhəsi zamanı, inkişaf anomaliyaları və s. hallarda həkim USM müayinəsi təyin edə bilər. Ultrasəs müayinəsi vasitəsilə orqanların strukturundakı dəyişiklikləri, böyrəklərdə, öd kisəsi və ya sidik kisəsində daşların olub-olmamasını, kistaları, ilk dövrlərdə hamiləliyi, eləcə dölün cinsini və s. müşahidə etmək olar. Pasiyenti diqqətlə dinləyən həkim oyanıqlığın artması, səbəb olmadan çəkinin artması və ya azlaması, ümumi halsızlıq və ya dərinin vəziyyətnin pisləşməsini müşahidə edərsə, həkim pasiyenti USM müayinəsinə yönəldə bilər.     USM-ə xüsusi hazırlıq tələb olunurmu? Pasiyentin ultrasəs müayinəsinə hazırlığı böyük əhəmiyyət kəsb edir, belə ki, bu, alınan təsvirin keyfiyyətinə və nəticə olaraq, müayinənin nəticələrinə təsir göstərə bilər. Qarın boşluğu orqanlarının (qaraciyər, öd kisəsi və dalaq) USM-inə hazırlıq aşağıdakı kimi aparılır: Müayinəyə 2-3 gün qalmış şlaksız pəhrizə keçmək, rasiondan bağırsaqda qaz əmələ gətirən qidaları (çiy tərəvəzlər, süd, qara çörək, qazlı sular və s.), habelə, kaloriliyi yüksək olan şirniyyat məhsullarını (pirojna, tort və s.) çıxarmaq tövsiyə edilir. Mədə-bağırsaq traktı ilə problemi (qəbizlik) olan pasiyentlərə müəyyən müddət ərzində ferment preparatları və enterosorbentlər (məsələn, festal, mezim-forte, aktivləşdirilmiş kömür) qəbul etmək məqsədəuyğundur. Bunlar meteorizmi aradan qaldırmaq üçün tətbiq edilir. Qarın boşluğunun USM-i acqarına aparılmalıdır (yüngül səhər yeməyi yolveriləndir). Əgər dərman vasitələri qəbul edirsinizsə, bu haqda USM həkiminə məlumat verməlisiniz. Fibro-qastro- və kolonoskopiya, həmçinin mədə-bağırsaq traktının rentgenoloji müayinəsindən sonra USM müayinəsi aparmaq olmaz. Qadınlarda kiçik çanaq orqanlarının (sidik kisəsi, uşaqlıq, artımlar) USM-inə hazırlıq: Müayinə sidik kisəsi dolu olarkən aparılmalıdır. Ona görə də prosedurdan 3-4 saat əvvəl sidiyə getmək olmaz , prosedura 1 saat qalmış 1L qazsız su içmək vacibdir. Transvaginal USM üçün xüsusi hazırlığa ehtiyac yoxdur. Pasiyentin mədə-bağırsaq traktında problem varsa, müayinədən əvvəl təmizləyici imalə olunmalıdır. Kişilərdə sidik kisəsi və prostatın USM müayinəsinə hazırlıq: Müayinə sidik kisəsi dolu olarkən aparılmalıdır. Ona görə də prosedurdan 3-4 saat əvvəl sidiyə getmək olmaz, prosedura 1 saat qalmış 1L qazsız su içmək vacibdir. Prostatın transrektal müayinəsi zamanı təmizləyici imalə etmək vacibdir.  Süd vəzilərinin USM-inə hazırlıq Yaxşı olar ki, süd vəzilərinin müayinəsi menstrual tsiklin ilk 7-10 günündə aparılsın. Müayinədən  2 gün əvvəl fizioprosedurlar, banka müalicəsi, şüa və kimya terapiyası aparmaq olmaz. Qalxanvari və tüpürcək vəzilərinin, eləcə də limfa düyünləri və böyrəklərin USM-i xüsusi hazırlıq tələb etmir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 11.08.2018

Hamiləlik və miopiya
 hekimtap.az

Hamiləlik və miopiya

Miopiya – refraksiya pozuntusu olub, şüaların görmə obyektindən gözün torlu qişasında deyil, onun qarşısında fokuslaşması ilə xarakterizə olunan xəstəlikdir. Patologiya kifayət qədər geniş yayılıb, dünya əhalisinin 30%-nə həmçinin, hamilə qadınlara xətər yetirir. Hamiləlik zamanı miopiyanın simptomları Uzaqdan görmənin birmənalı və ən ifadə olunmuş əlaməti uzaqda yerləşən əşyalara baxarkən, onların aydın görünməməsidir. Əgər qadın xəstəliyindən xəbərdardırsa, deməli onun hamiləlik boyu müşahidə ediləcək xarekterik simtomlarını da bilir. Lakin elə hallara da rast gəlinir ki, onların ilkin əlamətləri hamiləlik dövründə müşahidə edilmir. Aşağıdakı əlamətlərə diqqət yetirmək və onları düzgün diaqnozlaşdırmaq lazımdır: Gözlər önündə sayrışma; İşartıların əmələ gəlməsi; Görünən əşyaların bulanıq rəng alması və onların formalarının yayılması; Gözlərin tez yorulması; Görmə sahəsinin daralması ilə əlaqədar əşyaların düşməsi; Gözlərdə diskomfort hissinin yaranması; Başda, alın nahiyəsində və göz yuvalarında ağrıların əmələ gəlməsi. Hamiləlik zamanı qadının bütün sistem və orqanlarında dəyişikliklər baş verdiyindən, görmə problemi olmasa belə, oftalmoloqun müayinəsindən keçmək vacibdir. Hamiləlik zamanı miopiyanın yaranma səbəbəbləri Xəstəliyin inkişafının əsas səbəbi onun irsi olaraq valideynlərdən uşaqlara ötürülməsidir. Bundan başqa, miopiya müxtəlif faktorlar səbəbindən qazanılmış da ola bilər. Buraya uzunmüddətli yüklənmələrin gözlərə neqtiv təsiri, tez-tez müxtəlif xəstəliklərin keçirilməsi, kəllə-beyin travmalarını və s. aid etmək olar. Lakin hamiləlik zamanı miopiyanın inkişafı üçün əlavə risklər yaranır. Onlar aşağıdakılarla əlaqədardır: Hamiləlik zamanı, xüsusən də üçüncü trimestrdə, toxumaların elastikliyi artır, ona görə də əvvəllər aşağı dərəcəsi aşağı olan miopiya daha ciddi problemlərə səbəb ola bilər. Qadın toksikozlardan əziyyət çəkərsə, yaxındangörmə əhəmiyyətli dərəcədə dərinləşə, görmə isə 5 dioptriya aşağı düşə bilər. Buna səbəb su üçün büllur kapsulun keçiriciliyinin artması, onun şişməsi və əyilməsidir ki, bu da sındırıcı xüsusiyyətin güclənməsinə gətirib çıxarır. Miopiya dərəcələrinin hamiləliyə təsiri Əgər qadında miopiyanın inkişaf etməyən birinci dərəcəsi diaqnozlaşdırılarsa, bu, doğuş üsuluna heç bir təsir göstərmir. Əgər başqa əksgöstərişlər olmazsa, doğuş təbii yolla həyata keçirilə bilər. “İnkişaf etməyən orta dərəcəli miopiya” diaqnozu da qadının adi qaydada uşaq dünyaya gətirməsinə maneə törətmir. Əgər əvvəllər miopiyanın yuxarı dərəcəsində yalnız Keysəriyyə əməliyyatı tətbiq olunurdusa, müasir dövrdə bu aktuallığını itirib. Məlum olub ki, doğuş zamanı gözün torlu qişasına qansızma və onun qopması təkcə yaxındangörmədən əziyyət çəkən qadınlarda yox, istənilən sağlam qadında da baş verə bilər. Bundan başqa, sübut olunub ki, bu cür ağırlaşma riskinin miopiya ilə heç bil əlaqəsi yoxdur. Ona görə hətta yüksək dərəcəli miopiyası olan qadınlar görmələrində problem yaranmadan dünyaya uşaq gətirə bilərlər. Buna baxmayaraq, əvvəlcə gözün torlu qişasında dəyişiklikləri aşkara çıxamaq məqsədilə müəyyən müayinələrdən keçmək lazımdır.   Əgər qadında yaxındangörmənin 3-cü dərəcəsi müəyyən olunarsa, lakin torlu qişanın distrofik ağırlaşması yoxdursa və ya ilkin mərhələdədirsə, uşaq təbii doğuş yolları ilə dünyaya gəlir, lakin burada perineotomiya göstərişdir. Söhbət torlu qişanın ifadə olunmuş distrofiyalı  ağırlaşması ilə müşayiət edilən yuxarı dərəcəli miopiyadan gedərsə, bu zaman həkim-oftalmoloqun və ginekoloqun tövsiyələrini nəzərə almaq, gələcək ananın çanaq ölçüləri və dölün çəkisini dəyərləndirmək, doğuş üsulunu məhz bundan sonra seçmək lazımdır.    Hamiləlik zamanı miopiyanın müalicəsi Hamiləlik zamanı miopiyanın ən təhlükəsiz müalicə metodu torlu qişanın lazer koaqulyasiyasıdır. Bunun köməkliyi ilə o bir növ bərkidilir və yapışdırılır. Bu proses gələcəkdə torlu qişanın qopması və distrofiyasının qarşısını alır. Lazerkoaqulasiyanı hamiləliyin 34-35 həftəsinə qədər etmək mümkündür.  Daha bir müalicə üsulu görmənin korreksiyasıdır. Bu zaman hamiləlik periodunda həm linzalardan, gəm də eynəklərdən istifadə edilir.   Görmə ilə bağlı heç bir şikayət olmasa belə, oftalmoloqun müayinəsindən keçmək vacibdir. Oftalmoloji müayinə 10-14 həftə civarında aparılır. Əgər miopiya qeydə alınmazsa, oftalmoloqun qəbuluna bir daha – doğuşdan bir ay əvvəl gəlmək lazımdır. Beləliklə, ağırlaşmaların qarşısını almaq və uşağı dünyaya təbii yolla gətirmək mümkündür.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 10.08.2018

Polikistik yumurtalıqlar sindromu
 hekimtap.az

Polikistik yumurtalıqlar sindromu

Polikistik yumurtalıqlar sindromu nədir? Yumurtalıqların polikistik sindromu, qadın orqanizminin endokrin patologiyası olub, aybaşı siklinin pozulması, ovulyasiyanın olmaması və bunun nəticəsində kişi cinsiyyət hormonları-androgenlərin artması ilə xarakterizə olunur. Dünya statistikasına əsasən xəstəliyin yayılması 2.5-8 faiz arasında olub, yeniyetmələr arasında gənclər və yetkin qadınlara nisbətən daha az olur. ən çox xəstələnmə 25-30 yaş qadınlar arasında olur. Yaranma səbəbləri Polikistoz yumurtalıqlar sindromlu pasientlərin əksəriyyətində xəstəlik spontan başlanır. Ancaq irsi faktoru əsas səbəblər arasında hesab edirlər. Son illərin tədqiqatları onu göstərir ki, yumurtalıqlar tərəfindən androgenlərin artıq ifraz olunması, birbaça olaraq qanda insulinin səviyyəsindən asılı olub, onun qanda konsentrasiyasının artması zamanı həddindən artıq yüksəlir. Sindromun inkişafı üçün təkanverici faktor artıq çəki hesab olunur. Və hal-hazırda xəstəliyin profilaktikası məqsədilə artıq çəki ilə mübarizənin olduğu hesab olunur. Polikistik yumurtalıqlar sindromunun klinik əlamətləri Pasientlər aybaşı siklinin pozuması və sonsuzluqdan şikayətlənirlər. Xəstəliyin klinik əlamətlərinin inkişaf piki erkən reproduktiv yaşa təsadüf edir. Xəstəlik inkişaf etməzdən öncə aybaşı normanl başlamış olur, bundan sonra tədricən aybaşı siklinin pozulması ( onun uzanması kimi)  qoşula bilər. Nadir hallarda xəstəlik amenoreya ( aybaşının heç olmaması ilə) özünü göstərə bilir. 5 pasientdən birində, klinik əlamətələrin inkişafından sonra 5 il ərzində ikincili amenoreya müşahidə oluna bilir. Ona görə də aybaşı siklinin pozumasını xəstəliyin əsas əlaməti yox, yanaşı gedən əlaməti hesab edirlər. Əsas əlaməti isə, ovulyasiya prosesinin pozuması hesab olunur. Belə sindromlu hər 6 qadından birində, anovulyator sonsuzluq müşahid olunur. Qalan qadınlarda isə periodik baş verən ovulyasiyaların hesabına, spontan hamiləliyin baş verməsi mümkündür. Polikistik yumurtalıqlar sondromu ilə xəstə olan qadınlarda hamiləlik, ovulyasiyanın stimulyasiyasından sonra baş verə bilər və çox güman ki, doğumdan sonra kliniki əlamətlər bir daha bərpa olunur. Ona görə də belə pasientlər daima endokrinoloqların nəzarəti altında olmalıdırlar. Androgenlərin artıq ifrazının nəticəsində belə pasientlərin orqanizmində hirsutizm, allopesiya, akne və seboreya kimi dəri əlamətləri olur. Kişi tipi iilə artıq tüklənmə ( üzdə, sinədə və qarında) 70 % hallarda müşahidə olunur. Akne özünü kamedonlar, papulalar, kistalar şəklində göstərə bilir. Əgər onlar iltihablanırsa, yerində piqmentləşmiş çapıq və ləkə qqala bilir. Nadir hallarda pasientlər androgenasılı zonalarda ( ənsə, alın qabarı) nahiyələrində saçların azalması və nazilməsindən şikayətlənə bilirlər. Bİr sıra pasientlərdə şəkərli daibetin əlamətləri ( susuzluq, tez-tez sidik ifrazı, kandidozlar, xroniki dəri infeksiyaları) müşahidə oluna bilir. Pasientlərdə psixi sferada depressiv hallar kimi dəyişikliklər ola bilər. Bu da çox zaman xarici görünüşdəki dəyişikliklər ilə əlaqələndirilir. Pasientlərin əksəri artıq çəkidən əziyyət çəkir, bu zaman piyin ən çox qarın bölgəsində yığılması xarakterdir. Pasientlər adətətn sosial əlaqələrdən uzaqlaşırlar və yalnız qalmağa çalışırlar. Polikistik yumurtalıqlar sindromunun diaqnostikası Əsrin əvvəlində Rotterdamda qəbul olunmuş konsensusa əsasən xəstəliyin əsas diqnostik kriteriyaları hesab olunur: Ovulyasiyanın pozulması, ovulyasiyanın tezliyinin azalması, və ya təmamilə olmaması. Bu vəziyyətin indikatoruaybaşı siklinin oliqomenoreya və ya amenoreya tipli pozulmasıdır. Qadın orqanizmində androgenlərin artmasının klinik və laborator göstəricilərinin olması Yumurtalıqların polikistozunu təsdiqləyən ultrasəs müayinəsi Yalnız yuxarıda göstərilən 3 kriteriyadan ikisinin olması, polikstik yumurtalıqlar sindromu diaqnozunu təsdiqləyə bilir. Baxmayaraq ki, bu xəstəliyin erkən diaqnostikası üçün spesifik metodlar yoxdur, bu patologiyanın formalaşmasının risk qrupuna aybaşı pozğunluğu olan qadınlar aiddir. Əgər qadında ildə 9 dəfədən az aybaşı olursa, və ya əksinə heç aybaşı olmursa, onda belə qadınlar detallı müayinədən keçməlidirlər. Anamnez toplayan zaman pasientlərdən diqqətlə cinsi inkişaf dövründə çəki artımının olub olmaması və pubertat inkişafın etaplarında hər hansı problem və ya ləngimənin mövcudluğunu araşdırmaq lazımdır. Artıq tüklənmənin səbəblərini aşkarlamaq üçün hər hansı bir dərman preparatlarıının qəbul edilməsi barədə məlumat toplanmalıdır. Bundan başqa böyrəküstü vəzilərdə hər hansı bir patologiyanıın olub olmamaması araşdırılmalıdır.  Bundan başqa böyrəküstü vəzilərin hər hansı yeni törəmələrinin və ya anadangəlmə disfunksiyasının olub olmaması araşdırılmalıdır. Çünki bunlar da androgenlərin sekresiyasının artmasına səbəb ola bilər. Fiziki müayinə zamanı Tanner təsnifatına əsasən cinsi inkişafının dəyərləndirilməsi və çəki indeksinin dəyərləndirilməsi aparılır.  Pasientlərə baxış zamanı tüklərin yerləşməsi, qalnlığı və yayımasından asılı olaraq hipertrixoz və ya hirsutizm olması fərqləndirilir. Anadangəlmə yüngül hipertrixoz cinsi yetişkənlik dövründə yaranan hirsutizmdən tipik yerləşmə yeri ( üst dodağın üstündə, çənəaltında, bakenbard zonasında, gilə ətrafında, qarnın ağ xətti boyunca) fərqlənir. Hirsutizmin qiymətləndirilməsi Ferriman- Qalvey şkalasına əsasən aparılır. Səpgilərin sayından asılı olaraq səpgilər yüngül, orta və ağır ola bilər. Polikistoz yumurtalıqlar sindromunun diaqnozunun qoyulmasında ciddi rolu hormonal müayinələr oynayır. İlk növbədə cinsi hormonların səviyyəsi vəcinsi hormonları birləşdirən qlobulin  yoxlanılır. Qlobulinin sekresiyasına artıq çəki, endokrin sistemi xəstəlikləri və qara ciyər xəstəlikləri səbəb ola bilər. Polikistik yumurtalıqlar sindromu diaqnozunu qoymaq üçün 3 əsas vacib kriteriyalardan biri də ultrasəs müayinəsidir. Belə pasientlərdə həcmcə böyümüş yumurtalıqlar 9 8 mm-dən böyük), 10 mm diametrli periferik follikullar , böyümə əlaməti olan dominant foliikulun olmaması aşkarlanır. Əsas informativ metod ultrasəs dinamik müayinəsidir. Bu zaman follikulun yetişməsini izləyə biləcək ultrasəs müayinəsi seriyaları aparılmalıdır. Müalicəsi Müalicənin əsas məqsədi uşaqdoğma funksiyasının bərpası, kosmetik planda şikayətlərin aradan qaldırılması, bədən çəkisinin korreksiyasıdır.  Bundan başqa əgər şəkərli diabet tip 2 qoşulubsa, müvafiq pəhrizin təyin olunaraq müalicənin aparılmasıdan ibarətdir. Müalicə dərmansız,  dərman müalicəsi ilə və cərrahi aparılır. Dərmansız müalicəyə pəhrizin və fiziki aktivliyin artmasının təyinindən ibarətdir. Çəkinin 5 % azalması biokimyəvi göstəricilərin normallaşmasına və artıq 6 ay sonra 5 xəstədən dördündə aybaşının normallaşaraq ovulyasiyanın yaranması ilə özünü göstərə bilər. Dərman müalicəsi zamanı dərmaların dozası, sxemi pasientlərin yaşı, yanaşı xəstəlikləri və əsas simptomları nəzərə alınaraq təyin olunur. Bu zaman sonsuzluq ovulyasiyanın induksiyası metodu ilə müalicə olunur. Ancaq preparat qəbulu dayandırıldıqdan sonra simptomların yenidən bərpa olunması görülə bilər, tüklərin yenə aktiv artması müşahidə oluna bilər. Daha uzun müddətli effektin alınması üçün müalicə epilyasiya ilə kombinasiya olunur. Polikistik yumurtalıqlar sindromu xronik xəstəliklər siyahısına daxil olub, bu  zaman konservativ müayinə metodları müvəqqəti xarakter daşıyaraq, xəstəliyin residivləri ilə müşayiət oluna bilər. Pasientlər endokrinoloqun dinamik nəzarəti altında olmalıdırlar ki, illər ərzində yaran ağırlaşmaların qarşısını almaq mümkün olsun.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 10.08.2018

Revmokardit
 hekimtap.az

Revmokardit

Revmokardit nədir? Ürək revmokarditi müxtəlif infeksion xəstəliklərdən sonra yaranan ən geniş yayılmış ağırlaşmadır. Əksər hallarda sonadək müalicə olunmamış anginadan sonra inkişaf etməyə başlayır. Xəstəlik ürəyin endokarditdən başlamış perikardtədək bütün divar və qişalarını zədələyir. Müasir diaqnostika və düzgün müalicə sayəsində prosesin bütün ürəyə yayılmasının qarşısını almaq mümkündür.   Xəstəliyin tipi və dərəcəsindən asılı olaraq, revmokardit simptomsuz və ya ifadə olunmuş simtomatikalı gedişata malik ola bilər. Kəskin və xroniki revmokardit üçün qəfil başlama və sürətli inkişaf xasdır. Bu prosesin gizli gedişatlı forması da mövcuddur. Onu müayinə zamanı diaqnozlaşdırmaq olmur. Bu formanın aşakara çıxarılmasının yeganə yolu ürək qüsurunun yaranmasıdır. Revmokarditin yaranma səbəbləri Revmokarditin inkişafının əsas səbəbi insan orqanizmindəki infeksion proseslərdir. Burada genetik meyilliyi xüsusi qeyd etmək lazımdır, çünki infeksiya keçirmiş insanların heç də hamısı revmokarditdən əziyyət çəkmirlər. Xəstəliyin ən geniş yaranma səbəbləri bunlardır: Ürək xəstəliklərinin geniş spektri; Allergik reaksiyalar; Antisanitar iş və yaşayış şəraiti; Müxtəlif virus infeksiyaları; Müxtəlif virus infeksiyalarının stasionar və ya sakitlik şəraitində deyil, əmək şəraitində keçirilməsi. Revmokarditin əlamətləri Revmokardit həm böyüklərdə, həm də kiçikyaşlı uşaqlarda adətən, infeksiya xəstəliklərindən sağalmadan bir neçə həftə sonra inkişaf etməyə başlayır. Revmokarditin əsas əlamətləri aşağıdakılardır: Çiyin, dirsək və diz oynaqlarının zədələnməsi. Bu nahiyələrdə dairəvi formalı çox da böyük olmayan, bərkimiş  şişlər müşahidə olunur; Orqanizmin tez yorulması; İştahanın aşağı düşməsi; Oynaqlarda şiddətli ağrılar; İzafi tərləmə; Dərinin avazıması; Ürək ritmində dəyişikliklər; Ürəkdə küy; İş qabiliyyətinin qismən itirilməsi; Bəzi daxili orqanların ölçülərinin böyüməsi; Prosesin ağrılarla müşayiət olunması; Fiziki yüklənmələr zamanı möhkəm öskürək; Burundan qanaxma; Tromboz; Xroniki və ya kəskin revmokardit zamanı tənəffüsün çətinləşməsi; Bütövlükdə bu əlamətlər həm böyüklərdə, həm də uşaqlarda müşayiət edilir. Fərq yalnız əlamətlərin ifadə olunma intensivliyindədir. Bəzi hallarda xəstəlik simptomsuz gedişata malik olur və orqanlarda böyümə müşahidə edilmir. Belə olan halda hətta diaqnostika bir nəticə vermir (revmokarditi aşkara çıxarmaq praktik olaraq mümkün deyil). Bu halda xəstəlik özünü yalnız ürək qüsuru vasitəsilə büruzə verir, bu da gələcəkdə xəstənin ölümünə səbəb olur. Revmokarditin diaqnostikası Revmokarditin erkən mərhələlərdə diaqnostikası üçün həkim xəstənin həyatından bzəi məlumatlar toplayır. Məsələn, xəstəliyin ilkin əlamətləri uşaq və ya yeniyetməlik dövündə üzə çıxıbmı, infeksion xəstəliklərdən sonra revmokarditin geri dönməsi baş veribmi, infeksion mənşəli xəstəliklərin sağalması nə qədər vaxt alıb və s. Pasiyentin müayinəsi zamanı həkim əsasən, bunlara diqqət yetirir: dərinin solğun olmasına, dodaq, burun və ya qulaqların göyərməsinə, aşağı ətrafların şişməsinə, güclü təngənəfəsliyə, ürək problemlərinə – sərhədlərin böyüməsinə, küy, ürək döyüntüsünün zəifləməsinə.   Revmokarditin müalicəsi Yaxşı olar ki, revmokarditin müalicəsinə erkən mərhələlərdə başlanılsın, belə olan halda ürəyin fəaliyyəti və strukturu ilə problemlərin qarşısını alamaq olar. İfadə olunmuş simtomlar zamanı xəstəliyin müalicəsi bir neçə mərhələdə aparılır: Ciddi və sakit yataq rejimi. Bu cür rejimdən sonra xəstəliyin əlamətləri əhəmiyyətli dərəcədə azalır; Müəyyən pəhrizlərin gözlənilməsi; Kompleks dərmanların qəbulu -antibiotiklər, iltihab və qızdırma əleyhinə preparatlar, hormonal preparatlar, ürək stimulyatorları. Revmokarditin müalicəsində bəzi xalq təbabəti reseptlərindən də istifadə edilir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 10.08.2018

Uşaqlarda inkişaf geriliyi
 hekimtap.az

Uşaqlarda inkişaf geriliyi

Uşaqlarda inkişaf geriliyi – ümumi məlumat Uşaqlarda inkişaf geriliyi müasir valideynlər üçün aktual problemlərdən biridir. Bu məqalədə inkişaf geriliyinin növləri, onların müalicı metodları barədə danışacağam. Uşağın inkişafdan qalması xarakterinə görə bir neçə növə ayrılır: Nitq inkişafının ləngiməsi Psixonitq inkişafının ləngiməsi Psixi inkişafın ləngiməsi Psixomotor inkişafın ləngiməsi. İndi isə bu inkişaf geriliyi növlərinə ayrı-ayrılıqda nəzər salaq. Uşaqlarda nitq inkişafının ləngiməsi Nitq inkişafda olan uşağın əsas inkişaf göstəricisidir. Bu, balaca insanın ətraf mühiti adekvat qavramasından və onunla qarşılıqlı əlaqədə olmağa hazılığından xəsəb verir. Bu cür ünsiyyət forması yalnız insanlara xasdır. Ona görə də uşaqda nitqlə bağlı problemlər yaranarsa, bu, narahatçılıq üçün ciddi səbəbdir. Uşaqlarda nitq inkişafının ləngiməsi növləri Afaziya Alaliya Dizartriya Kəkələmə Mutizm Sudrimutizm Rinolaliya Mexaniki displaziya Bu problemlərin erkən diaqnostikası müvafiq müalicənin aparılmasına, bəzi hallarda isə onalrdan tamailə qurtulmağa şərait yaradır. Nitq inkişafının müalicəsi üçün nevroloqun təyin etdiyi preparatlardan, müasir apparat prosedurlarından, eləcə də defektoloq, psixoloq və loqopedlərin dəstəyi ilə aparılır. Psixonitq  inkişafının ləngiməsi Nitq inkişafı ləngiməsinin vaxtında korreksiya olunmaması daha ağır problemə psixonitq inkişafı ləngiməsinə gətirib çıxara bilər. Nitq inkişafı ləngiməsindən fərqli olaraq, psixonitq inkişafının ləngiməsi diaqnozu 5 yaşından yuxarı uşaqla qoyulur. Son on ilin statistikasına görə, hər beş uşaqdan biri psixonitq inkişafı ləngiməsinin bu və ya digər formasından əziyyət çəkir.   Təhlükə ondan ibarətdir ki, məlum olduğu kimi, insan beyni 8 yaşınadək formalaşır. Və əgər diaqnoz çox gec qoyularsa, bir çox proseslər geridönməz ola bilər. Ona görə də valideynlər övladlarına qarşı çox diqqətli olmalı, normadan kənaraçıxmalar müşahidə edilərsə, mütəxəssisə müraciət etməlidirlər. Bir qayda olaraq, psixonitq inkişafındakı ləngimələr nitq ləngimələrindən irəli gəlir.  Buna müxtəlif xəstəliklər, stresslər, hamiləlik dövründə ana və uşağın zəhərlənməsi, perinetal periodda hipoksiya, doğuşun ağır keçməsi, doğuş zamanı müxtəlif problemlər – ilk növbədə, mərkəzi sinir sisteminin zədələnmsəinə səbəb olan travmalar, uşağın erkən yaşlarda keçirdiyi infeksion xəstəliklər və s. səbəb ola bilər. Psixonitq və nitq inkişafı ləngiməsinin müalicəsində apparat terapiyası, psixoloji seanslar və loqopediq hərəkətlərdən istifadə edilir. Uşaqlarda psixi inkişaf ləngiməsi Bu problem uşağın yaddaş,  diqqət, təfəkkür, həmçinin emosional-iradə sferası formalaşması  probləmləri ilə xarakterizə olunur. Bir qayda olaraq, psixi inkişaf geriliyi diaoqnozu məktəbəqədər və ya daha az yaşlı olan uşaqlara qoyulur. Psixi inkişaf ləngiməsinin müalicəsi mürəkkəb proses olub, yalnız düzgün yanaşma zamanı korreksiya edilir.  Psixi inkişaf ləngiməsi pedaqoqların , psixoloqların və əlbəttə ki, valideynlərin cisddi səyi nəticəsində aradan qaldırıla bilər.   Motor inkişafın ləngiməsi Bu kənaraçıxma uşağın 1 yaşına qədər aşkar olunur. Digər uşaqlar başını saxladığı oturduğu, dayandığı və ya yeridiyi təqdirdə, sözügedən problemdən əziyyət çəkən uşaqlar bu hərəkətləri yerinə yetirə bilmir. Bəzən sadalanan problemlər özü-özlüyündə aradan qalxır, lakin bir çox hallarda isə uşağa təcili mütəxəssis müdaxiləsi tələb olunur. Yalnız belə olan halda uşaq gələcəkdə normal həyat tərzi sürə bilər. Motor inkişafın ləngiməsi müntəzəm massaj kursları, fizeoterapiya, həmçinin dərman preparatları (nootoplar da daxil olmaqla) ilə korreksiya edilir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 09.08.2018

Spinner