Uşaqlarda onanizm
Uşaqlarda anonizm normal fizioloji proses olub, onu cinsi inkişafının bir mərhələsi hesab olunur. Təəssüf ki, bir çox valideynlər bunu demək olar ki, böyük facicə kimi qəbul edir, bəzi hallarda isə uşaqlarını cəzalandırırlar. Bəs görəsən, onanizm nədir və valideynlərin buna münasibəti necə olmalıdır?
Əziz valideynlər, əgər belə bir halla rastalaşarsınza, qorxmayın. Bu, kifayət qədər geniş və zərərli bir vərdişdir. Zərərli uşaq vərdişləri – bu, uşağın psixi və fiziki inkişafına neqativ təsir göstərən sarışan hərəkətlərdir. Uşağın istənilən pis vərdişləri ətrafdakılara, ələlxüsus da valideynlərdə onlara qarşı mübarizə aparmaq istəyi yaradır.
Beləliklə, əgər uşağınızı anonizmlə məşğul olarkən görsəniz, ona qışqırmaq, döymək, bayılmaq lazım deyil.
Bu məsələ bir qədər səbr və düzgün yanaşaşma tələb edir. Çalışın övladınızın diqqətini sakit tərzdə, emosiyasız başqa səmtə yönəldəsiniz. Artıq uşaq sizinlə danışmağa hazır olduqda onunla gördüyünüz səhnəni müzakirə edin, qətiyyən danlamayın və ya qorxuzmayın. Uşağı sakitləşdirin və izah edin ki, bu, sizin ona qarşı olan sevginizi azaltmayacaq. Əgər siz mehribanlıq və qayğı nümayiş etdirsəniz, övladınızı tezliklə bu vərdişdən uzaqlaşdıra bilərsiniz.
Bəs görəsən, uşaq nəyə görə anonizmlə məşğul olur?
Əvvəlcə başa düşmək lazımdır ki, uşaq və böyüklərdə anonizm fəqrqli xarkterlidir. Praktiki olaraq, bütün uşaqlar bu mərhələni keçirlər. Bəzilərində anonizm əlamətləri artıq 5-6 aylığında başlayır – uşaq gözlənilmədən gərilir, qızarır daha sonra sakitləşir.
Daha yuxarı yaşlarda belə problemlər qəbizlikdən yarnır – bu zaman gərginlik cinsi orqanlara ötürülür, daha sonra təbii boşalma baş verir və uşaq xoş təəssüratlar yaşamaq üçün üsullar axtarmağa başlayır. Özü-özlüyündə vücudun bu cür tədqiq olunması patologiya hesab olunmur. Burada söhbət daha çox bu prosesə valideynlərin münasibətindən gedir. Anonizmlə məşğul olan uşağı gördükdə valideyn ona başa salır ki o, pis işlə məşğul olur və belə çıxır ki, uşaq özü də pisdir.
Əgər onanizm gizli və qeyri-sistematik xarakter daşıyırsa, bu, çox güman ki, oyundur, öz vücudun öyrənilməsidir. Uşaq onanizmlə açıq şəkildə və sistematik məşğul olursa, bunun səbələri daha dərindir. Anonizmin inkişaf etməsində başlıca psixoloji səbəb bir qayda olaraq, valideynlərin emosional soyuqluğu və yaxud da uşaqda özünü lazımsızlıq hissinin yaranmasıdır. Belə vəziyyətdə o, müsbət emosiyalar mənbəyi axtarmağa başlayır – öz vücudu, anonizm, barmağın sorulması və s. Burada daha bir məqama da diqqət yetirmək lazımdır. Bəzən valideynlər uşağa ifrat dərəcədə nəvaziş göstərirlər ki, bu da xoşagəlməz nəticələr verə bilər.
Ailənin tək uşaqları qey olunan məsələ ilə bağlı dahə həssasdırlar. Onların ünsiyyətdə olmaq üçün bacı və qaqrdaşları yoxdur. Bu zaman onlar valideynlər əhval-ruhiyyəsindən asılı vəziyyətə düşürlər. Əhval-ruhiyyə isə dəyişkəndir və bu da öz əksini uşaqda tapır. Əgər uşaq aktiv temperamentə malikdirsə, o, hisslərini ifadə etmək üçün dərhal özünə yeni mənbələr axtarmağa başlayır.
Uşaqların zorla yedizdirilməsi anonizm vərdişinin yaranmasına səbəb ola bilər. Valideynlər lazım olmayan, xüsusən də uşağın xoşuna gəlməyən qidanı ona yedizdirdikdə o, zövq almır. Bu zaman orqanizmin ən həssas nahiyəsi işə düşür. Bu isə reflektor olaraq, dodaq və ağızın selikli qişasıdır, lakin digər həssas – genital nahiyə ilə əlaqədardır. Əgər ağız nahiyəsi “susursa”, bu zaman genital zona oyanır və uşağı narahat edir. O, cinsiyyət orqanlarına toxunmağa başlayır və oyanıqlığın azalmasını hiss edir. Siz uşağı zorla yedizdirir, o isə oyanıqlığını azaltmağa davam edir. Bu vərdiş uzun müddətlik oturuşur.
Uşaqların cinsiyyət orqanları gigiyenik qaydalara düzgün əməl olunmadıqda və ya bu qaydalara ifrat dərəcədə əməl olunduqda qıcıqlanma yaranır. Bunlar da, həmçinin spesifik hisslər yaradır.
İstənilən halda, onanizm əsəb gərginliyinin aradan qaldırılmasına xidmət göstərir. Və əgər bu, uşağınızda müşahidə olunarsa, gərginlik və narahatlığın səbəbini tapmaq lazımdır.
Uşağınızda onazim vərdişini tərgitdmək üçün valideynlərə aşağıdakı tədbirlər tövsiyə olunur:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az