Kardioskleroz
 hekimtap.az

Kardioskleroz

Kardioskleroz nədir? Kardioskleroz – ürək əzələsi hüceyrələrinin çapıq toxuması ilə əvəzlənməsi nəticəsində baş verən patoloji haldır. Çapıq hüceyrəsi ürək döyünməsi prosesində iştirak etmədiyindən, miokard artıq yüklənmə ilə işləməyə başlayır. Ürək əzələsinin ölçüləri tədricən böyüyür, sol mədəciyin, daha sonra isə ürəyin digər şöbələrinin hipertrofiyası inkişaf edir. Tədricən hepertrofiyaya uğramış miokardın resursları tükənir, bu isə ürəyin döyünmə qabiliyyətini azalmasına (o, qanı normal cərəyan etdirə bilmir) və qan dövranı çatışmazlığına, yəni ürək çatışmazlığına gətirib çıxarır. Kardiosklerozun yaranma səbəbləri Kardioskleroz miokard infarktı, ateroskleroz, miokardit və müxtəlif makrodiodistrofiyalar nəticəsində yaranır. Bu xəstəliklər, əsasən, qeyri-düzgün həyat tərzindən irəli gəlir: Həddindən artıq yemək; Tütün istifadəsi; Spirtli içkilər; Hipodinamiya (azhətəkətli həyat tərzi) və ya əksinə, normadan artıq fiziki yüklənmələr; Daimi emosional streslər. Kardiosklerozun əlamətləri Kardiosklerozun əlamətləri birləşdirici toxumanın miokardın sağlam toxumasına nisbətən yayılmasından asılıdır. Çapıq toxuması çox olduqca, ürək çatışmazlığı və onun əlamətləri bir o qədər çox ifadə olunur: təngənəfəslik, ödem, ürək ritminin pozulması (səyirici aritmiya və ekstrasistoliya). Kardiosklerotik dəyişikliklər elektrokardioqrafiya, həmçinin exokardioqrfaiya və miokardın radionuklid müayinəsi nəticəsində yaxşı müayinə edilir. Kardiosklerozun diaqnostikası Kardioloq kardioskleroz diaqnozu qoyduqda, əvvəlcə anamnez (aterosklerozun, ürəyin işemik xəstəliyinin, əvvəllər miokard infarktının, revmatizm və s. olub-olmamasını), ürək çatışmazlığının nisbi stabilliyini (səyirici aritmiya, ekstrasistoliya) nəzərə alır. Diaqnoz EKQ, ExoKQ, MRT nəticələrinə görə dəqiqləşdirilir. Kardiosklerozun müalicəsi Konservativ müalicə xəstəliyin simptomlarının və ürək çatışmazlığının aradan qaldırılmasına  yönəldilir. Ürəkdə metabolizmi yaxşılaşdıran, ritm və keçiriciliyi normallaşdıran, təngənəfəslik və ödemi aradan qaldıran preparalar təyin edilir. Xəstəyə fiziki aktivliyi məhdudlaşdırmaq tövsiyə olunur. Ürək anavrezmi yalnız cərrhi yolla müalicə edilir, ritmin geri dönməz pozuntuları zamanı elektrokardiostimulyator yerləşdirilməsi mütləq göstərişdir. Kardiosklerozun profilaktikası Kardioskleroz zamanı dozalaşdırılmış fiziki yüklənmələr tövsiyə olunur ki, anevrizm yaranmasın. Bundan başqa, xüsusi pəhriz təyin edilir – heyvan mənşəli piylərin, xörək düzunun və gündəlik içilən suyun miqdarının minimuma endirilməsi tövsiyə olunur. Kardioskleroz zamanı qəbul edilən prosedurlar: Müalicəvi bədən tərbiyəsi; Masaj; Müalicəvi yeriş; Vannalar (radon, yodbromin, mineral); Duş-masaj; İnfraqırmızı sauna.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 29.08.2018

Hamilələrdə dəmir defisitli anemiya
 hekimtap.az

Hamilələrdə dəmir defisitli anemiya

Hamilələrdə dəmir defisitli anemiya nədir – ümumi məlumat Dəmir defisitli anemiya gələcək analar arasında kifayət qədər yayılmış xəstəlikdir. Bu defisitin hamilə qadınlar arasında rastgəlmə tezliyi 15-80% arasında dəyişir. Özü də hamiləliyin sonuna yaxın bu patologiya demək olar ki, bütün qadınlarda müşahidə olunur. Anemiyanın xüsusiyyəti onun gizli gedişata malik olmasıdır. Hamiləlik dövründə orqanizmin dəmirə olan tələbatı artır. Dəmir oksigeni bütün orqanizmə daşıyan hemoqlobinin yaranması üçün zəruri bir elementdir. Hamilə qadının orqanizmində qanın miqdarı təqribən 50% artır və buna görə də artıq qan üçün əlavə dəmir tələb olunur. Bundan başqa, əlavə dəmir böyüyən uşaq və cift üçün zəruridir.  Təəssüf ki, qadınlar orqanizmin dəmirə aran tələbatını nəzərə almayıb, hamilə qalır, bu isə artıq ikinci trimestrdən etibarən özünü büruzə verir. Qadınlar, əsasən, məhz bu dövrdən başlayaraq, əzgin olamağa başlayırlar ki, bu da onların orqanizmində lazımi miqadarda hemoqlobin yaratmaq üçün dəmirin çatışmazlığından xəbər verir. Hamilələrdə dəmir defisitli anemiyanın yaranma səbəbləri Qadında tez-tez qusmaya səbəb olan, erkən, ciddi taksikozun yaranması; Hamiləliklər arasında müddətin qısa olması; Hamiləliyin çoxdöllü olması; Gələcək ananın qidası dəmir tərkibli qidalarla zəngin olmaması; Hamiləliyə qədər qadının ağrılı menstruasiyalardan əziyyət çəkməsi. Məhz bu səbəblərdən sutkalıq tələb olunan dəmirin miqdarı 18 mq-dan 27 mq-dək qalxır. Dəmiri belə çox miqdarda yalnız qida vasitəsilə almaq çətin olduğundan mama-ginekoloqlar hamilələrdə dəmir defisiti zamanı günə 30 mq dəmir tərkibli qida əlavələrdən istifadə etməyi məsləhət görürlər. Hamilələr üçün nəzərdə tutulmuş bir çox vitaminlərin tərkibində kifayət qədər dəmir var və əgər siz belə vitaminlər qəbul edirsinizsə, qida əlavələrinə ehtiyac yoxdur. Hamilələrdə dəmir defisitli anemiyanın diaqnostikası Perenetal müəssisəyə ilk müraciətiniz zamanı sizə mütləq qan analizi təyin edəcəklər. Həkim bunun sayəsində dəmir defisitinin olub-olmadığını müəyyənləşdirəcək. Analizin göstəricilərindən biri qan plazmasında eritrositlərin faizi haqda bilgi verir. Daha bir göstərici əsasında qanda hemoqlobinin miqdarı (qramla) ölçülür. Hamiləliyin əvvəlində anemiya aşkar olunmasa belə, bu, hamiləliyin irəliləməsi dövründə inkişaf edə bilər, ona görə də siz ikinci trimestrin əvvəlində daha bir qan analizi verməli olacaqsınız. Normada hamiləliyin ikinci yarısında hemoqlobin və eretrositlərin səviyyəsi bir qədər aşağı düşür, lakin qəfil və yüksək dərəcədə enmə müşahidə olunarsa, bu, təhlükədən xəbər verir. Hamilələrdə dəmir defisitli anemiyanın əlamətləri Əksər hallarda dəmir defisitli anemiya özünü aşağıdakı əlamətlərlə büruzə verir: Yorğunluq və ümumi zəiflik hissi; Dəri örtüyünün avazıması, xüsusən də dodaq və aşağı göz qapaqlarının, həmçinin dırnaqların rəngsizləşməsi; Ürək döyünməsinin artması, təngənəfəslik; Baş ağrısı, başgicəllənməsi; Qıcıqlılıq, diqqət pozuntusu. Bundan başqa, bəzi tədqiqatların nəticəsində məlum olub ki, dəmir defisitli anemiya yaşayan hamilə qadınlar qeyri-ərzaq məhsullarına, məsələn, buz, kağız və ya gil yeməyə meyilli olurlar. Belə hallar müşahidə edilərsə, dərhal həkimə müraciət edin. Hamilələrdə dəmir defisitli anemiyanın müalicəsi Əgər qan analizi dəmir defisitli anemiya aşkara çıxararsa, mama-ginekoloq sizə dəmir preparatları təyin edəcək. Doza anemiyanın ağırlıq dərəcəsindən asılı olub, gündəlik miqdarı, çox güman ki, 60-120 mq arasında dəyişəcək. Həkimin göstərişlərinə əməl edin və heç vaxt normadan artıq dəmir qəbul etməyin. Preparatlardan maksimum dəmir almaq üçün onları səhər saatlarında acqarına qəbul etməyi tövsiyə edirlər. Dərmanlar su və ya portağal şirəsi ilə qəbul olunur (C vitamini dəmirin orqanizmə sovrulmasına kömək edir). Dərman qəbulu üçün kofe və ya çaydan istifadə etmək məsləhət deyil.   Müalicə başlandıqdan bir həftə sonra pasiyentin orqanizmində yeni eretrositlərin əmələ gəlməsi başlayır (çox miqdarda) və hemoqlobinin səviyyəsi qalxır. Adətən, anemiyanın müalicəsi cəmi bir neçə ay davam edir, amma ola bilər ki, həkiminiz bu müddəti bir qədər uzatsın (orqanizmin dəmirlə tam təchiz olunması üçün). Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 28.08.2018

Ateroma hekimtap.az

Ateroma

Ateroma nədir? Ateroma dəri piy vəzisinin xoşxassəli şişidir. Xəstəliyin əsas səbəbi piy axarlarının tixaclanmasıdır. Ateroma dərinin piy vəziləri ilə zəngin nahiyələrində lokallaşır. Törəmələr dairəvi, dəqiq sərhədli, palpasiya zamanı ağrısız olur. Ateroma dermatoloji müayinə zamanı diaqnozlaşdırılır. Onun kənarlaşdırılması radiodalğa metodu və ya cərrahi üsulla mümkündür. Müalicə olunmazsa, irinləmə və ya yumşaq toxumaların absessini yarana bilər. Ateromanın yaranma səbəbləri Orqanizmdə dəri piyi axanının pozulması və ya pyi axarlarının tam tıxaclanması ilə nəticələnən istənilən proses ateromaya səbəb ola bilər. Hiperhidroz, dermanın buynuz qatının pozuntusu nəticəsində epidermisin qalınlaşması baş verir, buynuzlaşmış hüceyrələrin təbii qatılaşması pozulur və bu da piy axarlarının tıxaclanmasına gətirib çıxarır. Ateroma hormonal pozuntular fonunda da əmələ gələ bilər. Bu zaman piy vəzisi sekretinin qatılığı artır ki, bu da dərinin ifrazetmə funksiyasını zəiflədir. Ətraf mühitin çirklənməsi, peşəkar zərərlər, şəxsi gigiyenaya düzgün əməl etməmək, piy axarlarını daraldan kosmetik preparatlar, həmçinin antiperspirant-dezodorantlar ateromanı yaradan səbəblərdəndir. Ateromanın əlamətləri Qeyd olunduğu kimi, ateroma dərinin piy vəziləri ilə zəngin nahiyələrində lokallaşır. Buraya başın tüklü hissəsi, çənə, boyun və kürək dərisi, qoltuqaltı və qasıq çuxurları aiddir. Zahirən ateroma çox da böyük olmayan ölçüdə, hamar və hərəkətlidir. Dəqiq sərhədləri var, qatı daxili tərkibə malikdir. Toxunduqda ağrı vermir. Bəzən ateromanın mərkəzində piy vəzisinin iriləşmiş axar dəliyini müşahidə etmək olar. Ateromalar həm bir neçə, həm də çox sayda əmələ gələ bilər. Onların ölçüləri də dəyişkəndir, bəziləri 4-5 sm-ə çatır. Böyük ölçülü ateromalar pasiyentlərdə diskomfort yaradır, sürtülmə yerlərində - paltarla təmasda olduqda, ətraf toxuma və damarları sıxır və oardakı metabolizm prosesini pozur. Ateromanın insan orqanizminə birbaşa ziyanı yoxdur, lakin uzun müddət müdaxilə olunmazsa, o, irinləmə verərək, dərialtı absess yarada bilər. İltihabi proses ateroma nahiyəsində ağrı yarada, şişkinlik və dəri hiperemiyası verə bilər. İrinləmiş ateroma öz-özünə açılmağa meyillidir, bu zaman şişdən irin və piyəbənzər maddə ifraz olunur.  Ateromanın diaqnostika və müalicəsi Diaqnostika müayinə üsulu ilə aparılır. Başlıca diaqnostik əlamət piy vəzisinin genişlənmiş axarnın olmasıdır. Ateromanı fibroma və lipomadan differensasiya etmək lazımdır. Radiocərrahi metod ateromanı minimal zədələnmə və qan itkisi ilə aradan qaldırmağa imkan verir. Cərrahi müdaxilədən sonra çapıq və kəsiklər qalmır, yara tez sağalır və heç bir ağırlaşma müşahidə olunmur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 27.08.2018

HekimTap Pro
14176
Onurğa yırtıqlarının müalicəsi
 hekimtap.az

Onurğa yırtıqlarının müalicəsi

Ümumi məlumat Uzunmüddətli ostexondroz əvvəl-axır onurğa yırtığının yaranmasına gətirib çıxrır. Bel nahiyəsi xəstəlikləri ilə əlaqədar bütün problemlər effektiv müalicə vasitələri ilə aradan qaldırılır. Müalicənin hansı üsulla aparılacağını həkim müəyyənləşdirir. Nevroloq pasiyentini cərraha yönəldə və ya fizioterapiya müalicəsini təyin edə bilər. Fizioprosedurun onurğa yırtığının müalicəsində tətbiqi çox illər əvvəllər populyarlaşmış və burada tətbiq olunan müxtəlif aparatların effektivliyi təcrübədən keçmişdir. İstilik prosedurları və maqnit, elektrofarez və manual terapiya və bir sıra başqa prosedurlar toxuma şişlərini götürür və sinir köklərinə düşən təzyiqi azaldır – bunun sayəsində pasiyent ağrı hisslərindən azad olur. Bu və ya digər fizioprosedurun tətbiqinin mümkün olub-olmamasını müalicə həkimi müəyyənləşdirir. Fizioprosedurların məqsədləri Fizioprosedurların tətbiqi əsasən, aşağıdakı məqsədləri daşıyır: Metabolizm keyfiyyətinin dəyişilməsi. Bu prosesin pozulması onurğa sütununun dağlmış hissəsinin yerləşdiyi nahiyəyə neqativ təsir göstərir. Fizioprosedurların tətbiqi metabolizm və yırtığın lokallaşdığı yerdə və ətraf toxumalarda maddələr mübadiləsini yaxşılaşdırır. Xüsusi aparatlar vasitəsilə zədələnmiş toxumaların funksiyaları aktivləşir. Fəqərələrin yeyilmiş və çatlamış nahiyələrində regenerasiya prosesi sürətlənir. Hüceyrə səviyyəsindəki aclıq azalır. Qan dövranının aktivləşməsi sayəsində orqanların işi, orqan və hüceyrələrin qidalanması bərpa olunur.   Müəyyən nöqtələrə göstərilən təsir nəticəsində ağrı azalır, pasiyentin vəziyyəti yaxşılaşır. Əzələ spazmlarının aradan qaldırılması. Onurğa yırtığı sinir köklərinə təzyiq göstərdiyindən əzələlər daim gərgin vəziyyətdə olur, onların boşalması isə ağrıdan azad olmağa və hərəki aktivliyin artmasına zəmin yaradır. Fizeoprosedurların növləri Onurğanın zədələnmiş nahiyəsinə təsir göstərmək üçün daha çox aşağıdakılardan istifadə edilir: İsti və soyuq hava; Maqnit dalğaları; Ultrasəs; Su prosedurları; Elektroimpulslar və s. Məhz hansı fizioprosedurun seçilməsini individual olaraq, yalnız həkim müəyyən eidir. Bunu uğurla həyata keçirmək üçün xəstəlik tarixi və müayinələrin nəticələri öyrənilir. Onurğa yırtığının fiziposedurlarla müalicəsi pasiyentin ağrılarının və əzələ spazmlarının aradan qaldırılmasına  yönəldilir. Bu məqsədlə elektrostimulayasiya seansları təyin edilir. Bu, bir növ kiçik yüklənmə ilə məşqə bənzəyir, nəticədə hərəkət və qan dövranı yaxşılaşır. Hüceyrə və orqanlar lazımınca qidalanır, əzələlər boşalır, sinir kökləri azad olur və ağrıs aradan qalxır. Onurğa yırtığı ağrılarının aradan qaldırılmasında istifadə olunan daha bir metod fonoforezdir – bu üsul əzələ lifləri və sinir ucluqlarına ultrasəs vasitəsilə təsirdən ibarətdir. Fizioterapiyanın əməliyyat sonrası tətbqi Cərrahi müdaxilədən sonra fizioterapevtik prosedurlar aparmaq olarmı? Bəli, hətta əksər hallarda bu, zəruridir. Disk yırtığı aradan qaldırıldıqdan sonra fəqərələrə düşən təzyiqə xüsusən diqqət yetirilməlidir. Azhərəkətli həyat tərzi sayəsində yaranan durğunluq ağırlaşmalara səbəb ola bilər. Lazer terapiyası, onurğaya ultrasəslə təsir, fono- və elektroforez.          Elektroforez kimi prosedurlar əzələ fəaliyyətinin aktivləşməsi üçün çox faydalıdır. Bu, həm də spazmları götürür və qan dövranını yaxşılaşdırır. Əməliyyat keçirmiş pasiyentə hansı fizioprosedurun tətbiq edilməsini yalnız yüksək ixtisaslı həkim müəyyənləşdirir. Müalicə prosedurlarının müddəti, dozası və ardıcıllığı xəstənin vəziyyətindən asılıdır. Mütəxəssisin müayinəsindən sonra onurğanın zədələnmiş nahiyələrinə və ətraf toxumalara kompleks təsir göstərmək üçün bir neçə  fizioterapevtik prosedur tələb oluna bilər. Bəzi hallarda həkim fizioterapiyanın müalicəvi bədən tərbiyəsi ilə yanaşı tətbiq olunmasına qərar verir ki, bu da pasiyentin tezliklə sağalmasına kömək edir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 26.08.2018

Qlaukoma nədir, əlamətləri hekimtap.az

Qlaukoma nədir, əlamətləri

Qlaukoma dünyada geridönməz korluğa səbəb olan 1 nömrəli xəstəlikdir. Risk qripuna 40 yaşından yuxarı qadın və kişilər aiddirlər. Simptomlardan məlumatsız olmaq və ya onlara etinasız yanaşmaq – birbaşa görmə əlilliyinə aparır – ömürlük! Bu məqalədə qalaukomanın simptomları, yaranma səbəbləri, diaqnostika və müalicəsindən söhbət gedəcək. Qlaukoma nədir? Qlaukoma – göz təzyiqinin qalxması, görmə sahəsinin daralması və tədricən görmə sinirinin atrofiyası ilə xarakterizə olunan xəstəliklər qrupudur. Görmə siniri öldükdən sonra insana artıq heç nə ilə kömək etmək mümkün deyil, yəni gözlər kor olur. İfadə olunmuş simptomlara qədər qlaukoma gizli gedişata malik olur. Görmənin itirilməsinə əsas səbəb – göz təzyiqinin yuxarı olmasıdır. İnsan göz təzyiqinin yuxarı və ya aşağı olduğunu heç cür hiss edə bilmir. Qlaukomanın yaranma səbəbləri Qlaukoma irqindən, milliyyətindən, təhsil səviyyəsindən asılı olmayara instənilən insanı yaxalaya biləcək bir xəstəlikdir. Xəstəlik aşağıdakı səbəblərdən yarana bilər: 1. Yaş. Pasiyentlərin yaşlarına nəzər salsaq, görərik ki: 7% -55 yaşdan gəncdir 44% - 55-74 yaş arasındadır 49% - 75 və daha yuxarıdır 2. İrq. Avropeoid irqinə məxsus insanlarda qlaukomaya 1.2% hallarda rast gəlinir. Yer üzərində insanların 55%-i monqoloid irqinə məxsusdur – göz quruluşunun xüsusiyyətlərinə görə onlarda qlaukomanın qapalı formasının inkişaf riski daha yüksəkdir. 3. İrsilik. Göz təzyiqinin səviyyəsi və qlaukoma xəstəliyinin inkişafı genlərlə birbaşa əlaqədardır. Əgər valideynlər qlaukomadan əziyyət çəkirlərsə, xəstəliyin inkişaf ruski artıq 4% təşkil edir. Bacı və ya qardaşlarda bu xəstəlik varsa, risk 10%-dək qalxır.  4. Şəkərli diabet. Kliniki tədqiqatlar göstərir ki, qlaukoma və şəkərli diabet arasında əlaqə vardır. 5. Arterial təzyiqin aşağı olması. Arterial təzyiq aşağı olduqca, qlaukomanın yaranma və gözlərin sürətlə korlaşma riski yüksəlir.  6. Yaxından görmə. Bu patologiyanın qlaukomanın inkişaf etməsi ilə əlaqəsi var. 7. Torlu qişanın xəstəlikləri. Torlu qişanın qopması və ya göz trombozunun üzləşmiş pasiyentlərdə qlaukoma daha çox inkişaf edir. Qlaukomanın əlamətləri Qeyd olunduğu kimi, qlaukomanın ən təhlükəli simptomu – hər hansı simtomun olmamasıdır. Əgər görmə qabiliyyətiniz sizi qane edirsə və ya burada heç bir dəyişiklik yoxdursa, bu, hələ o demək deyil ki, hər şey qaydasındadır. Qlaukomanın əlamətləri aşağıdakılardır: Gözlərdə damarlardan ibarət torun əmələ gəlməsi. Görmədə dumanlanma. Bir və ya hər iki gözdə ağırlıq hissi. Yaxın və ya uzaq məsafəyə fokuslaşmanın çətinləşməsi. Gözlərin yorğunluğunluq dərəcəsinin arması. Bir və ya hər iki gözdə dartılan ağrıların əmələ gəlməsi. Gözlərdəki ağrının baş ağrısı və ürəkbulanma ilə müşayiət edilməsi və s. Əgər özünüzdə bu əlamətlərin bir neçəsini hiss etsəniz, mütləq aftolmoloqun müayinəsindən keçin. Qlaukomanın diaqnostikası Qlaukomanın diaqnostikası üçün bir çox metodlar mövcuddur. Buna baxmayaraq, insanların xəstəliyə etinasız yanaşması – profilaktik müayinələrdən keçməməsi qlaukomadan kor olanların sayını ildən-ilə artırır. Qlaukomanı diaqnozlaşdırmaq üçün aşağıdakı metodlardan istifadə olunur: Biomikroskopiya – gözlərin yarıq lampa ilə müayinəsi. Həkim gözləri mikroskop altında müayinə edərkən qlaukomaya xas olan əlamətləri görür. Tonometriya – gözdaxili təzyiqin ölçülməsi. Görmə sahələrinin müayinəsi – qlaukomanın diaqnostikasının ayrılmaz hissəsidir. Qonioskopiya – gözün ön kamersı bucağının tədqiqi. Qlaukomanın müalicəsi Qlaukomanı müalicə etmək mümkün deyil, lakin kontrolda saxlamaq olar. Bu, xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, medikamentoz və ya cərrahi üsulla həyata keçirilir. Mövzu ilə bağlı video:     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 25.08.2018

Uşaqlarda yeriş patologiyaları
 hekimtap.az

Uşaqlarda yeriş patologiyaları

Uşaqlarda yeriş patologiyası nədir? Yeriş patologiyası dedikdə, müxtəlif səbəblərdən uşağın yerimə qabiliyyətinin pozulması başa düşülür. Normada uşaqlar 9 ayından – 17 ayınadək yeriyirlər. Uşaqlarda yeriş patologiyalarının yaranma səbəbləri nədir? Yeriməzdən əvvəl biz yerə dabanımızı, daha sonra bütün pəncəmizi qoyuruq. Sübut olunub ki, yeriş tsiklinin 60% dayağın, 40% isə addımın payına düşür. Yuxarıda qeyd olunan iki fazanın bir-birini harmonik əvəzləməsi – düzgün yerişin vacib şərtləridir. Yerişin  normal motor fəaliyyəti xüsusiyyəti alması üçün  aşağıdakı şərtlər zəruridir: Hər iki ayaq normal anatomik quruluşa malik olmalıdır; Onların əzələləri pozuntusuz işləməlidir, bu isə onların tonusu və sinir sisteminin vəziyyətindən asılıdır; Oynaq kontrakturasının (ağırhərəkətlilik) olmaması; Əzələ və mərkəzi beyin arasında sinir-hərəki əlaqənin qaydasında olması. Əgər bu şərtlərdən hər hansı biri pozularsa, yeriş düzgün olmayacaqdır. Uşaqlard axsamanın səbəbləri aşağıdakılardır: Aşağı ətrafların travmaları: -sınıq; çat; burxulma. Ətrafların anadangəlmə patologiyaları: “At pəncəsi”; Çanaq sümüyü çıxığı. İltihabi xəstəliklərlər: Sümüklərin (oynaqların) bakterioloji iltihabı; Ətrafların dəri iltihabı. Autoimmun xəstəliklər: Sümüyün aseptik nekrozu – Pertes xəstəliyi; Sümük şişləri; Pereferik sinir xəstəlikləri; Ətrafların qısalığı; Parez və ifliclər. Qarın və qasıq xəstəlikləri: Qasıq yırtığı; Appendiks iltihabı. Uşaqlarda yeriş patologiyalarının əlamətləri hansılardır? Axsaqlıq dərhal gözə çarpan simptomdur. Axsaq gediş axıcılıq və simmetriyasını itirir, addım qısa və əyilmiş olur, sağlam ayaq bədənin ağırlığını üzərinə götürərək, xəstə ayağı yüngülləşdirir. Bəzən axsama elə güclü olur ki, gedişin ardıcıllığı pozulur. Bu zaman sağlam ayaq daim aparıcı, xəstə ayaq isə ona dayaq rolunda çıxış edir. Gəzinti, evdə və ya havada hərəkətli oyunlar zamanı yerişdə olan problemlər dərhal nəzərə çarpır. Bu, uşağın davranışından da hiss olunur – mimikanın dəyişməsi, narahatlıq, ağlamaq, aşağı ətraf hərətlərinin ləngiməsi və məhdudlaşması müşahidə edilir.  Uşaqlarda yeriş patologiyalarının diaqnostikası Həkim əvvəlcə yerişi uşağın spontan davranışı zamanı vizual olaraq müayinə edir. O, uşağın qamətini, icra olunan hərəkətlərin sərbəstlik və simmetriyasını, ayaqların yerdəyişməsini və bütün bədənin koordinasiyasını dəyərləndirir.  Daha təfsilatlı informasiya almaq üçün o, uşaqdan pilləkənə qalxmağı və ya uzanıb və qalxmağı tələb edə bilər. Yuxarı yaşlı uşaqlar barmaqlarının uclarında, dabanlarında, pəncələrinin kənarında yerimək bacarıqlarını göstərirlər.   Uşaqlarda yeriş patologiyalarının müalicəsi Əgər uşaqlarda yeriş pozuntusu varsa və ya 18 aylıqkən yerimirsə, əvvəlcə buna səbəb olan xəstəliklər araşdırılmalı, məhz bundan sonra müvafiq müalicə metodu tətbiq edilməlidir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 24.08.2018

Ağciyər emfizeması
 hekimtap.az

Ağciyər emfizeması

Ağciyər emfizeması nədir? Ağciyər emfizeması ağciyər toxumasında havanın artıqlığı ilə xarakterizə olunan xroniki xəstəlikdir. Bu zaman tənəffüs və ağciyərlərdə qaz mübadiləsi pozulur.  Xəstəliyin adı yunan sözündən götürülüb - “emphysao” – “irəli və geriyə üfürmək ” deməkdir. Son illər emfizemadan əziyyət çəkən insanların sayı artır, xüsusilə də yaşlı insanlar arasında. Ağciyər emfizeması xroniki obstruktiv bronxit və bronxial astma ilə yanaşı ağciyərlərin xroniki obstruktiv xəstəlikləri qrupuna daxildir.  Bütün bu xəstəliklər bronxial keçiriciliyin pozuntusu ilə müşayiət edilir və məhz ona görə onların kliniki mənzərələri arasında bəzi oxşarlıqlar var. Lakin AXOX-un bütün formaları vaxtında və düzgün diaqnozlaşdırılması, məqsədyönlü profilaktikası rasional terapiya üçün şərait yaradır.  Ağciyər emfizemasının səbəbləri Xəstəliyin əsas səbəbi xroniki infeksiya daşıyan xroniki bronxitdir. Xroniki bronxit adətən 30-60 yaşlarda inkişaf edir və qadınlara nisbətən kişilərdə rast gəlinir. Nəticə etibarilə, xroniki bronxit ağciyər emfizemasının yaranmasına gətitrib çıxarır. Bullyoz emfizemanın inkişafında irsi faktorlar vacib rol oynayır. Tütün məmulatlarının istifadəsi, çirklənmiş hava, bəzi əlverişsiz iş şəraiti də xəstəliyi yaradan səbəblərdəndir. Ağciyər emfizemasının əlamətləri Ağciyərlərin diffuz emfizemasının “klassik” əlamətlərinə aiddir: İfadə olunmuş təngənəfəslik; Sianoz; Döş qəfəsinin həcminin böyüməsi və onun tənəffüs hərəkətlərinin azalması; Qabırğaarası nahiyələrin genişlənməsi, bəzən şişkinləşməsi. Emfizema xəstələri ilkin mərhələdə məcburi olaraq, başları və çiyinləri aşağı, qarınları üzərində vəziyyət alırlar – bu, onlara yüngüllük gətirir. Lakin ağır emfizema hallarnda döş qəfəsinin ifadə olunmuş dəyişkənliyi və tənəffüs əzələlərinin yorğunluğu nəticəsində horizontal vəziyyət diafraqmanın işini çətinləşdirir, ona görə xəstələr hətta, oturaqlı yatmağa məcbur olurlar. Ağciyər emfizemasının ağırlaşmaları Tənəffüs çatışmazlığı; Ürək çatışmazlığı; Pnevmotoraks; Bu ağırlaşmaların hər biri xəstənin əlilliyinə gətirib çıxarır. Ağciyər emfizemasının diaqnostika və müalicəsi Emfizemanın diaqnostikasını pulmonoloq və ya terapevt aparır. Diaqnostikaya aiddir: Döş qəfəsinin müayinəsi, auskultasiyası (qulaq asma), perkussiyası (döyəcləməsi); Rengenoloji müayinə; Ağciyərlərin kompüter tomoqrafiyası; Xarici tənəffüs funksiyalarının müayinəsi. Emfizemanın əsas müalicə metodları: Tütün məmulatlarından imtina. Yuxarıda qeyd olunduğu kimi, bu, emfizemanın profilaktika və müalicəsində başlıca metoddur; Oksigen terapiyası; Xüsusi tənəffüs gimnastikası; Emfizemaya səbəb olmuş xəstəliklərin adekvat müalicəsi (xroniki bronxit və bronxial astma). İnfeksion proseslərdə antibiotiklər tətbiq olunur. Eləcə də bəlğəmazaldıcı və sovurucu peparatlardan istifadə edilir. Bundan başqa, bronxları genişləndirən və onların spazmını aradan qaldıran maddələr yeridilir.    Bullyoz efmizema hallarında cərrahi müdaxilə tövsiyə edilir. İstənilən halda, özünümüalicə ilə məşğul olmaq yolverlməzdir. Əgər özünüzdə və ya yaxınlarınızda emfizema əlamətləri üzə çıxarsa, təxirə salınmadan mütəxəssisə müraciət edin. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 24.08.2018

Uşaqlarda rotavirus infeksiyası
 hekimtap.az

Uşaqlarda rotavirus infeksiyası

Uşaqlarda rotavirus infeksiyası nədir? Rotavirus infeksiyası virus etiologiyalı patologiya olub, mədə və bağırsaqalrın zədələnməsi (rotavirus qastroenteriti ) ilə özünü büruzə verir. Orqanizmdə güclü susuzlaşma yaratdığı üçün 3 yaşa qədər uşaqlar üçün xüsusi təhlükə daşıyır. Uşaqların 95%-i rotavirus bağırsaq infeksiyasını 5 yaşınadək keçirir. Adətən, immun sistem bu xəstəliklə müstəqil mübarizə aparır, lakin südəmər körpələr rotavirusu ağır keçirilər. Bu dövrdə çox miqdarda qusma və diareya nəticəsində susuzlaşma 6 saat ərzində baş verə bilər. Uşaqlarda rotavirus infeksiyasının yaranma səbəbləri Rotavirus qastroenteriti bağırsaq infeksiylarının bir növü olub, “Reovirus” ailəsinə məxsus Rotavirus infeksiyası tərəfindən törədilir. Bu ailənin tanınmış 9 növündən insan üçün təhlükə yaradanı - A,B və C viruslarıdır. Əksər hallarda xəstəlik A virusu tərəfindən törədilir (təqribən 90% hallarda). Rotavirus qastroenteriti diaqnozu daha çox 6 aydan 3-4 yaşadək uşaqlarda qoyulur. Səbəb isə odur ki, 6 aylığından sonra körpə qarışıq süni qidalanmaya keçir bu isə infeksiayaya məişət yolu ilə yoluxma riskini artırır. Bu perioda qədər isə körpələr yalnız ana südü ilə qidalandığından infeksiyaya nadir hallarda yoluxurlar.   95% hallarda uşaqlar rotavirus qastroenteritini 5 yaşadək keçirirlər. Bu dövrdə yaranan immunitet sayəsində məktəbəqədər və bundan yuxarı yaşlı uşaqlarda xəstəliyə az-az rst gəlinir. Uşaqlarda rotavirus infeksiyasının əlamətləri Xəstəliyin əlamətləri aşağıdakılardır: Qıcıqlılıq; Ağlağanlıq; Göz yaşı olmadan ağlamaq; Sidik ifrazının azalması; Dərinin qurulaşması; Selikli qişaların quruluğu; Yuxululuq; Dəri elastikliyinin azalması; Taxikardiya. Uşaqlarda rotavirus infeksiyasının diaqnostikası Rotavirus infeksiyasının diaqnostikası üçün ekspress-analizlərdən istifadə olunur. Bunun vasitəsilə xəstənin nəcisindəki törədici aşkarlanır. Diaqnostika məqsədilə, həmçinin immunoferment analizdən də yararlanırlar. Lakin əksər hallarda, xüsusən də ambulator müalicədə diaqnostika infeksiyanın kliniki əlamətlərinə əsaslanır. Uşaqlarda rotavirus infeksiyasının müalicəsi Müalicə simptomatikdir, yəni xəstəliyin simptomları ilə mübarizəyə yönəldilir. Yüngül formalarda oral rehidratasiya terapiyasındnan istifadə olunur. Oral regidratasiya terapiyası diareyanın ilkin əlamətləri üzə çıxdıqda tətbiq olunur və vəziyyət stabilləşənədək (qusma və nəcisin mayeşəkilli olması aradan qalxanadək) davam etdirilir. Əgər maye qəbulu mümkün deyilsə və qusma yaranırsa, təcili müdaxilə tələb olunur. Bağırsaq infeksiyası əlamətləri müşahidə edilərsə, çalışıb uşağın südlə qidalandırılmasını davam etdirmək lazımdır. Ana südünün tərkibində infeksiya ilə mübarizə üçün lazım olan bütün mikroelement, mineral və antitellər mövcuddur.   Rotavirus infeksiyası ilə mübarizə aparmaq üçün etiotrop (xəstəliyin səbəbinin aradan qaldırılmasına yönəldilmiş) vasitələr mövcud deyil. Virus əleyhinə preparatlar rotavirusun əlamətləri ilə mübarizə apara bilmir, xəstəliyin inkişaf müddəti və nəticəsinə təsir göstərmir. Bəzi göstəricilərə görə, probiotiklər rotavirus qastroentereritləri zamanı diareyanın davamlılığı və ifadə olunma dərəcəsini azldır. Ağır hallarda intensiv terapiya – elektrolit məhlullarının yeridilməsi, simtomatik terapiya və şokla mübarizə aparılır. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 21.08.2018

Spinner