Abdominoplastika
 hekimtap.az

Abdominoplastika

Qarın gərmə əməliyyatı qarın nahiyyəsində narahatlıq verən sallanmaların götürülməsi ilə həyata keçirilir. Qadınların doğum sonrası ya da həddindən artıq çəki vermədən sonra əvvəlki  halına qayıtmayan və sallanan qarın dərisi çıxarılır. Qarın gərmə əməliyyatlarında orta və alt qarının dərisi yağ toxuması ilə və sallanmış olan qisim ilə birlikdə çıxarılır. Əgər boşalmış və yanlara doğru açılmış əzələlər (diastazı) varsa, tikiş (plikasiya) vasitəsi ilə gərginləşdirilir. Bu şəkildə qarında mövcud şiş görüntü də aradan qaldırılmış olur. Qarın gərmə əməliyyatı sonrasında çapıq (yara izi) qalırmı? Dəri əməliyyat zamanı yuxarıdan aşağı çəkildiyi üçün bikini bölgəsində qalan üfüqi istiqamətdə bir çapıq (yara izi) qalır. Qarın gərmə əməliyyatı doğum çatlaqlarını aradan qaldıra bilərlərmi? Qarın dərisi yuxarıdan aşağı doğru çəkildiyi üçün göbək xəttinin altında qalan doğum çatlaqlıqları tamamilə götürülə bilir. Qarın gərmə əməliyyatına ən uyğun namizəd kimlərdir? Bədən ağırlıq dağılımına görə normala yaxın, edilən idman və pəhrizlərə baxmayaraq qarında qalan yağ və dəri artıqlıqlarından narahat olan kəslər uyğun namizəddir. Bir neçə doğumdan sonra qarın dərisində boşalma və sallanma meydana gəlir və dəri elastikliyini itirərsə qarın gərmə əməliyyatı tövsiyə edilir. Qarın gərmə əməliyyatı sonrası hamilə qalmaq olarmı? Bu əməliyyat boşalmış və sallanan dərinin çəkilməsi ilə həyata keçirilir və bu səbəbdən hamilə qalmaq məsləhət görülmür. Təkrar uşaq sahibi olmaq istəyən qadınlar qarın gərmə əməliyyatı qərarı vermədən əvvəl həkiminə bu mövzunu açması məsləhətdir. Qarın gərmə əməliyyatı sonrası necə bir nəticə gözlənilməlidir? Əməliyyat sonrası fiziki görünüş bir neçə gün içində dəyişməyə başlayacaq. Bədənin şişi yatdıqdan sonra yeni bədən xəttləri ortaya çıxacaq və nəticəni böyük sevinclə görülmüş olacaq. Qarın gərmə əməliyyatının fəsadları varmı? Təcrübəli bir həkim ilə daha yaxşı nəticələr alına bilər, ancaq hər əməliyyatda olduğu kimi fəsad meydana gəlməsi mümkündür. İnfeksiya və qanaxma kimi nadir problemlər ilə qarşılaşmaq olar. Siqaret çəkmək yara izinin sürətli yaxşılaşmasına maneə törətdiyi üçün siqaret çəkilməməsi tövsiyə edilir. Pasientə hansı anesteziya tətbiq olunmalıdır? Əməliyyat çətinlik dərəcəsinə görə 3-4 saat davam edə bilər. Əməliyyata başlamazdan əvvəl xəstəyə yüngül bir yuxu gətirici və sonra ümumi anesteziya tətbiq olunur. Qarın gərmə əməliyyatı sonrası müddət nədir? Əməliyyat sonrası qarında bir neçə gün şiş, ağrı və gərginlik hiss edilə bilər. Həkiminiz buna qarşı ağrıkəsici tövsiyə edə bilər. Pasient erkən dövrlərdə gəzməsi üçün qaldırılır. Tikişlərin çoxu gizli tikiş olduğu üçün alınmasına ehtiyac yoxdur. Sarğılar dəyişdirildikdən sonra pasientə korset geyindirilir. Korset 1-1,5 ay geyinilməsi tövsiyə edilir. Qarın gərmə əməliyyatı sonrası nə zaman normal həyata başlamaq olar? Əməliyyat olan pasientlərin bəziləri 2 həftə kimi bir müddət sonra işinə başlaya bilir. Yaxşılaşmanın tamamlanması bir neçə həftə çəkə bilər. Qarın bölgəsində olan tikiş izləri diqqətə çarpan bir tündləşmədən sonra solmağa başlayır və daha az bilinir. Həkim kontrolu ilə qarın əzələlərini işlədəcək yüngül məşq tövsiyə edilir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 25.09.2018

Kriptorxizm və ya enməmiş xaya
 hekimtap.az

Kriptorxizm və ya enməmiş xaya

Xayanın enməməsi nədir? Normalda oğlan uşaqlarında xayalar xayalıqda yerləşməlidir. Kriptorxizm – oğlan uşaqlarında rast gəlinən və xayanın xayalıqda olmamasına verilən addır. Bu vəziyyət bir tərəfli və ya iki tərəfli kriptorxizm şəklində ola bilər. Xayalığa enməmiş xaya, enmə prosesində qarın içində, qasıq kanalında və xayalığın üst hissəsində qala bilər. Kriptorxizmin səbəbləri nələrdir? Bildiyimiz kimi hamiləlik dövründə xayalar qarın içərisindən Gubernakulum adlı toxuma vasitəsi ilə qarın zarı-periton ilə birlikdə xayalığa enir. Normalda hamiləliyin son həftələrində artıq enmə prosesi tamamlanır. Öncə sol, sonra sağ xaya yerinə enir. Xayaların bu endiyi yolda hər hansı bir problem olarsa xaya tam enə bilmir və o səviyyədə qalır. Diaqnozu necə qoyulur? Doğum sonrasında diqqətli bir şəkildə xayalıq müayinə edilərsə diaqnoz qoyula bilər. Əksər hallarda isə ailələr özləri uşağın xayalarının xayalıqda olmadığını müşahidə edərək və ya qasıqda şişkinlik şikayəti ilə həkimə müraciət edirlər. Dəqiq diaqnozu uşaq cərrah tərəfindən müayinə edildikdən sonra qoyula bilər. Əgər xaya əl müayinəsi ilə də hiss edilmirsə nə etməli? Xayanın əl ilə palpasiya edilə bilməməsi halına – ələ gəlməyən xaya (non palpable testis) deyilir. Bunun 3 əsas səbəbi var: Xaya qarın içində ola bilər Anadangəlmə inkişaf etməmişdir – Xaya ageneziyası Hamiləlik vaxtı enmə prosesində damarı burularaq çürüməsinə səbəb olmuşdur (İntrauterin testis torsiyonu). Bu durumda Laparoskopiya edilərək xayanın bu 3 problemdən hansına bağlı enmədiyi dəqiqləştirilir. (işıqlı boru vasitəsilə qarın boşluğu gözdən keçirilir-qapalı metod). Kriptorxizm necə müalicə edilməlidir? Əgər bir uşaqda həqiqi enməmiş xaya varsa bu mütləq əməliyyat edilərək xayalığa endirilməlidir. Enməmiş xayada histoloji dəyişikliklər artıq 8 aydan etibarən başlamaqdadır. Buna görə də enməmiş xaya 8 ayından gec olmayaraq cərrahi yolla xayalığa endirilməlidir. Bəzən enməmiş xaya qasıq yırtığı ilə birlikdə rast gəlinir. Bu durumda 8 ayından erkən olaraq qasıq yırtığı ilə birlikdə icra edilə bilər. Hormonal müalicənin xayanın enməsinə heç bir müsbət təsiri yoxdur və tam əksinə ciddi dərəcədə zərərli təsirləri sübut olunduğuna görə istifadə edilməsi qəti qadağandır. Bundan başqa masaj, isti vanna və s. kimi xalq arasında bilinən metodların da heç bir faydası yoxdur. Tək müalicəsi cərrahi yolladır. Vaxtında əməliyyat edilməzsə hansı fəsadları ola bilər? Bildiyimiz kimi xayalar kişi cinsiyyət hüceyrələrini – Spermatozoidləri hazırlayan orqanlardır. Bu prosesin normal getməsi və xayaların normal inkişaf etməsi üçün xayalıqdaki tempraturun 35.5-36 dərəcə olması lazımdır. Qasıq kanalında bu tempratur 37 dərəcə, qarın içində isə daha yüksəkdir. Bu o deməkdir ki, xaya, xayalıqda deyilsə yüksək tempraturun təsirindən inkişafdan qalacaq və atrofiya olacaq. Eyni zamanda zədələnmiş xayaya qarşı bədəndə əmələ gələn anticisimlər qarşı tərəfdəki sağlam xaya toxumasını da zədələmiş olacaqdır. Enməmiş xaya əsasən aşağıda qeyd edilən 6 fəsada səbəb ola bilər: Atrofiya – xayanın inkişafdan qalması; İnfertilitə – dölsüzlük-sonsuzluq; Xayanın travma risqinin artması; Damarlarının öz ətrafında fırlanaraq (torsiyona) qanqrenaya səbəb olması; Gələcəkdə xərçəng xəstəliyinə başlanğıc verməsi; Bu problemlərin isə uşaqda ciddi  psixoloji problemlər yaratması. Əməliyyat necə planlanır? Əməliyyat günü səhər xəstəyə əməliyyatdan 5 saat öncədən başlamaqla ağızdan qatı və duru qidalar verilməməlidir. Əməliyyat qabağı son müayinə aparıldıqdan sonra xəstə heç bir proseduru xatırlamasın deyə sedasiya (damardaxili sakitləştirici) edilərk əməliyyat otağına alınır. Əməliyyat, steril şəraitdə, anesteziya altında, uşağın heç bir ağrı hiss etmədiyi şəraitdə aparılır. Əməliyyatdan sonra xəstə qısa bir müddət gözləmə otağı deyilən bir otaqda həkim-anestezioloqun nəzarəti altında izlənilir. 2 saat sonra qida verilən xəstə heç bir problemi yoxsa, ağrıkəsici sirop və ya şam verilərək evə yazılır və 3 gün sonra poliklinika müayinəsinə gəlməsi tapşırılır. Əməliyyatdan sonrakı müayinələr necə olmalıdır? Əməliyyat olunan uşağın qasıq nahiyəsində və ya xayalığının alt tərəfində kiçik bir tənzif tampon olur. Bu tamponun nəcis və sidiklə mümkün qədər az çirklənməsinə diqqət edilməlidir. Buna görə də, əgər uşağa bez istifadə edilirsə, bezin tez-tez dəyişdirilməsi tələb olunur. Xəstənin üçüncü gün aparılan müayinəsində həmin tamponlar çıxarılır. Tikişlər içəridən və öz-özünə əriyən olduğına görə, tikişin çıxarılması zərurəti də olmur. Bundan sonra xəstə 3-cü həftə və 3-cü ayda müayinəyə çağrılır və izlənilir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 25.09.2018

Гистеросальпингография
 hekimtap.az

Гистеросальпингография

Что такое гистеросальпингография Гистеросальпингография – диагностическая процедура, которая помогает выявить причины бесплодия и решить ряд других проблем женской половой сферы. Гистеросальпингография — серьезное обследование, требующее соблюдения правил подготовки.  Комплексное обследование при планировании беременности обязательно для каждой женщины, заботящейся о себе и будущем малыше. Инфекции, передающиеся половым путем, могут стать причиной развития непроходимости маточных труб. Проблемы женского здоровья в современном мире с каждым годом «встают» все более остро. Но и методы диагностики заболеваний постоянно развиваются, становясь все более информативными и доступными. Один из таких методов – гистеросальпингография – помогает выявить причины бесплодия и решить ряд других проблем женской половой сферы. Нужно ли вам пройти такую диагностическую процедуру, что она собой представляет и сколько может стоить, – расскажем в этой статье. Что такое гистеросальпингография? Гистеросальпингографией (ГСГ) называется метод контрастного рентгенографического или ультразвукового исследования маточных труб. ГСГ назначает лечащий врач в целях: Оценки проходимости маточных труб; Комплексного обследования для выяснения причин бесплодия; Подготовки к экстракорпоральному оплодотворению; Диагностики невынашивания беременности; Выявления аномалий развития и патологических изменений матки; Диагностики туберкулеза полости матки и маточных труб. Выделяют два вида ГСГ, один из которых считается более информативным, а другой – более безопасным. Когда назначается процедура Гистеросальпингографию могут назначить при непроходимости маточных труб, подозрении на внематочную беременность, патологиях эндометрия матки, спаечных процессах после абортов и операций, перед предстоящими полостными операциями. Беременным не назначается рентгеновская гистеросальпингография. Чтобы полностью исключить возможность облучения на ранних сроках, когда женщина еще может не знать, что беременна, при назначении ГСГ требуется соблюдать два правила: до и после процедуры, в течение всего менструального цикла, обязательно барьерное предохранение; если ГСГ необходимо сделать срочно, и женщина перед этим не предохранялась барьерными средствами, делается УЗИ-гистеросальпингография. Общие противопоказания: Воспалительные заболевания мочеполовой системы. Маточное кровотечение. Тромбофлебит. Аллергия на йод, на латекс. Гипертиреоз. Респираторные заболевания. Подготовка к исследованию Гистеросальпингография – довольно сложная процедура, которая требует от пациентки терпения и тщательной подготовки, только в этом случае все пройдет успешно и безболезненно. Соблюдайте следующие правила: ГСГ не делается во время менструации и после 23-го дня цикла. За неделю до ГСГ следует прекратить применение вагинальных свечей, спреев, таблеток, если они не прописаны врачом специально для процедуры. Перед ГСГ необходимо подготовить результаты анализов. Потребуются: клинический анализ крови – должен быть сделан не раньше, чем за неделю до процедуры; анализ крови на группу и резус-фактор – срок действия не ограничен; анализ крови на ВИЧ, сифилис, гепатиты – не раньше, чем за месяц до процедуры; мазок на флору из цервикального канала и влагалища – не раньше, чем за неделю до процедуры; УЗИ органов малого таза – не раньше, чем за месяц до процедуры; цитология соскоба шейки матки – не раньше, чем за три месяца до процедуры. За 2-3 дня до процедуры следует исключить из рациона хлеб и другую выпечку, бобовые, морковь, капусту, молочные продукты и газированные напитки. За полчаса до процедуры необходимо принять таблетку спазмолитика («Но-шпу», «Баралгин» или другие). Видео по теме:   © Использование материалов разрешено только при наличии активной ссылки на источник. https://hekimtap.az

Published: 25.09.2018

Rinoplastika
 hekimtap.az

Rinoplastika

Rinoplastika əməliyyatı burunun formasının yenidən planlaşdırılıb şəkilləndirilməsinə deyilir. Estetik görüntü ilə yanaşı sağlamlıq problemləri də rinoplastika əməliyyatı ilə həll olunur. Burunun içindəki əyriliklərin düzəldilməsi, hava yolunun açılması, daha rahat nəfəs alınmasını təmin edilir. Rinoplastika əməliyyatı ilə nə kimi dəyişikliklər oluna bilər? Bu əməliyyatla burunla əlaqəli istənilən cür narahatlıq və əyriliklər aradan qaldırılır. Burun ölçüləri böyüdülür və ya kiçildilir, burun üzə daha uyğun hala gətirilir, burun ucu (tip plasti) və ümumi forması dəyişdirilə bilər, geniş olan burun dəlikləri daraldılır və ya burun ilə üst dodaq arasındakı bucaq yenilənir, burnun üstündəki sümük çıxıntılar alınaraq buruna daha gözəl və estetik forma verilir. Rinoplastika əməliyyatı zamanı estetik forma ilə yanaşı hava yollarının açılması və ya bərpası, travma nəticəsində yaranan deviasyonlar aradan qaldırıla bilir. Rinoplastika əməliyyatı üçün ən uyğun namizədlər kimlərdir? Estetik burun əməliyyatına qərar vermədən əvvəl pasiyentin istəkləri mütləq soruşulmalı və dəyərləndirilməlidir. Rinoplastika əməliyyatı neçə yaşdan sonra olunmalıdır? Əməliyyat yaşı qadınlarda 16 yaşdan, kişilərdə isə 17 yaşdan başlayaraq oluna bilər. Estetik rinoplastika əməliyyatı insanın üz görünüşünü dəyişdirərək özünə güvəni artırır. Rinoplastika əməliyyatı sonrası yeni burun forması necə olmalıdır? Müasir estetik əməliyyatlarda yanaşma təbii bir görünüş təmin etməkdən ibarətdir. Əhəmiyyətli olan burun tənəffüsünü pozmadan, burnun hər nahiyyəsinə balanslı və zərif bir görünüş qazandırmaqdır. Rinoplastika əməliyyatında da bəlli olmayan, təbii bir burun görüntüsü məqsəd qoyulur. Hansı anesteziyadan istifadə olunur? Rinoplastika əməliyyatı ümumi anesteziya ilə  icra edilir. Rinoplastika əməliyyatından sonra xəstəxanada nə qədər qalmaq lazımdır? Ümumi anesteziya almış xəstələrin əməliyyat gecəsi xəstəxanada qalması məsləhət görülür, əhəmiyyətli bir problem yoxsa, ertəsi gün evə yazılır. Rinoplastika əməliyyatı sonrası pasiyentləri nə gözləyir? Əməliyyat tamamlandıqdan sonra burun içinə silikon borular (nazal spint) yerləşdirilir. Bu borular daha sonra həkim tərəfindən xaric edilir, alınması ağrılı deyil. Əməliyyat bitdikdən sonra burunun üstünə sarğı gips qoyulur. Bu gips 7-10 gün sonra  tamamilə çıxarılır. Xəstənin göz qapaqları və ətrafında meydana gələ gələn şişlik və bənövşəyi rəngdə kölgələr zamanla tamamilə itir. Burunun özündə olan şişliklərin böyük qismi 20-30 gün içində, qalan şişlər isə 6-12 ay içində tədricən itir. Rinoplastika əməliyyatının yaşlanmaya təsiri varmı? Erkən yaşlarda olunan rinoplastika əməliyyatı dəri və digər toxumalarda davam edən yaşlanmanın təsirlərini durdurmaz. Əməliyyat sonrası burunun yeni şəklinin ömür boyu eyni şəkildə qalıb qorunmasını gözləmək əslində doğru bir yanaşma deyil. Yaşlanma və yerin cazibəsinin təsirindən zaman içində dəyişikliklər baş verə bilər. Üzdəki digər toxumaların yaşlanmasıyla birlikdə burun toxumaları da zamanla xüsusiyyətini dəyişə bilər. Rinoplastika əməliyyatının fəsadları nələrdir? Əməliyyatın təcrübəli həkim tərəfindən olunması fəsadların ehtimalını azaldır. Əməliyyat sonrası infeksiya, müvəqqəti burun qanaması və ya bədənin anesteziyaya göstərdiyi reaksiya kimi fəsadlar hər zaman ola bilər. Bu tərz ehtimalların meydana gəlməməsi üçün, əməliyyat öncəsi və sonrası verilən tövsiyələrə əməl etsəniz riskləri azaltmış olarsınız. Əməliyyat sonrası sızıntı şəklində qanamalar görülə bilər və bunlar bir iki gün içində tamamilə dayanacaqdır. Rinoplastika əməliyyatından sonra iz qalırmı? Estetik burun əməliyyatında əgər bəhs edilən "açıq texniki" istifadə olunarsa və ya yan burun dəliklərinin daraldılması lazımdırsa kiçik bir kəsik meydana gələ bilər. Bu kəsik burun döşəməsində üst dodaq ilə burun arasında qalar və çox az bilinər. Uyğun görülən xəstələrdə bu hissəni kəsilmədən də açıq rinoplastika əməliyyatı tətbiq oluna bilər. Rinoplastika əməliyyatı sonrası ikincili əməliyyat lazımdırmı? Əməliyyat sonrasında çox aşağı nisbətdə meydana gələ bilən kiçik bir deformasiyalarda (istənilməyən qalıcı şişliklər kimi) ikinci (Seconder) bir əməliyyat ehtiyacı ola bilər. Bu əməliyyat, ilk əməliyyata görə çox daha qısa çəkər. İkincili əməliyyatı nə zaman olunması uyğundur? Kiçik miqyaslı deformasiyalar üçün təkrar əməliyyat 3 ay sonra oluna bilər. Digər bütün hallarda həkiminizin qərarı ilə hərəkət etməniz tövsiyyə olunur. Çünki burunun tam şəklini alması 6-12 ayın sonunda baş verir. Bu səbəbdən vaxtından əvvəl müdaxilə məsləhət deyil. Rinoplastika əməliyyatından əvvəl nələrə diqqət olunmalıdır? Həkim pasiyentə əməliyyata necə hazırlanacağı mövzusunda dəstək verir. Qidalanmada diqqət edilməsi lazım olan məqamları bildirir. Əgər siqaret adəti varsa, ən az 1 həftə əvvəldən azaldılması, hətta tamamilə buraxılması məsləhətdir. Xəbərdarlıqlara riayyət etdikdən sonra, əməliyyat daha asan şərtlər altında icra olunacaq. Rinoplastika əməliyyatı nə qədər çəkir? Əgər həkim əlavə əməliyyatlara ehtiyac hiss etməzsə, əməliyyat 1 saat müddətində tamamlanır. Burun şəkilləndirmə əməliyyatı necə aparılır? Rinoplastika əməliyyatında burun dərisi altındakı qığırdaq və sümük toxumaları bir-birindən ayrılır və istənilən formaya gətirilir. Şəkilləndirmə əməliyyatı xəstənin probleminə və həkimin seçdiyi texnikaya bağlıdır. Toxumalar çox kiçik parçalar halında və çox həssas kəsiklərlə çıxarılır. Burundan çıxarılan toxumalar bəzi hallarda burunun başqa bir hissəsində mövcud olan nöqsanların tamamlanması üçün istifadə oluna bilir. Bu səbəbdən rinoplastika əməliyyatının tək seansda olunması, həm içinin, həmdə xarici görünüşünün korreksiyası üçün doğru olan yanaşmadır. Rinoplastika sonrası ilk gün necə keçər? Anesteziya təsiri keçdikdən sonra başlayan 24 saatlıq müddət içində üzdə şişmə hiss olunur. Burunda ağrı və diskomfort hiss oluna bilər. Ağrılar baş ağrısı ilə müşayət olunur. Həkiminizin təklif edəcəyi ağrıkəsici rahatlaçmağınız üçün tam kifayət edir. Anesteziya təsiri keçdikdən 6 saat sonra sulu qidalar,18 saat sonra normal qidalar qəbul edə bilər. Əməliyyatın ertəsi günü göz qapaqlarında göyərmə və şişliklər ola bilər. Ancaq bu vəziyyət 10-15 gün müddətində sürətli bir şəkildə düzəlir. İlk günlər başın yüngül yuxarıda olacaq şəkildə üfüqi mövqedə yataqda keçirilməsi faydalıdır. Əməliyyat günü axşam, ümumi ehtiyacları ödəmək üçün pasiyentə gəzməyə icazə verilir. Rinoplastika sonrası şişliklər nə zaman gedir? Şişlik və bənövşəyi kölgələrin böyük qisimi ilk iki həftə içində keçəcək. Geri qalan qalan şişliklərin 70%-i 1 ay içində keçir. 1 ay sonra şişlik yenə hiss edilirsə, 6-12 aya kimi gözləməyiniz məsləhət görülür. Rinoplastika əməliyyatı sonrası tikişlər alınırmı? Əgər əməliyyat açıq üsulla icar edlilibsə, o zaman burun ucu dərisinə qoyulmuş tikişlər ağrısız şəkildə alınır. Rinoplastika əməliyyatı sonrası normal həyata nə zaman dönmək mümkündür? Əhəmiyyətli şişliklər iki həftəyə kimi itər. Qoyulan gips 10-cu gün tamamilə çıxarılır. Pasiyent 10-14 gün içində məktəbinə və ya işinə geri dönə biləcək hala gəlir. Tamamilə normal həyata dönüş bir neçə həftə sonra ola bilər. İdman fəaliyyətlərinə başlamağınızı həkiminiz ilə müzakirə edə bilərsiniz. Rinoplastika əməliyyatı sonrası nələrə diqqət olunmalıdır? Əməliyyat sonrası toxumaların yaxşılaşma müddətində ən az 1 ay zərbələrə qarşı qorunması tövsiyə edilir. Qan təzyiqini artıran idman fəaliyyətlərindən iki həftə uzaq durmanız tövsiyə edilir. Kontakt linza istifadəsi rinoplastika əməliyyatına mane olurmu? Pasient əməliyyat sonrası özünü yaxşı hiss etdiyi andan təkrar kontakt linzalarını istifadə edə bilər.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 24.09.2018

Uşaqlarda ən çox qarşılaşdığınız cərrahi xəstəliklər?
 hekimtap.az

Uşaqlarda ən çox qarşılaşdığınız cərrahi xəstəliklər?

Həm poliklinikada müayinə etdiyimiz, həm də ən çox əməliyyat etdiyimiz uşaq cərrahi xəstəlikləri qasıq kanalı patalogiyalarıdır. Buraya: qızlarda və oğlanlarda qasıq yırtığı, oğlanlarda Hidrosel (su yırtığı) və bunun qızlarda qarşılığı Nuck kanal kisti (çox nadir), oğlanlarda Kord kisti və kriptorxizm (enməmiş xaya) daxildir. Qasıq yırtığı nədir və necə əmələ gəlir? Bildiyimiz kimi xayalar 7-ci aydan etibarən qarın içindən xayalığa doğru enməyə başlayırlar. Xayanı endirən Gubernakulum adlı toxuma qasıq kanalına girdiyi zaman özü ilə birlikdə qarın zarı kimi bilinən Peritonu da xayalığa qədər endirir və nəticədə xayalıqla qarın boşluğu arasında bir əlaqə əmələ gəlir. Xayalar təqribən 35-38-ci həftələr arasında xayalığa enirlər. Enmə prosesinin arxasınca qarın boşluğu ilə xayalıq arasındaki əlaqə kəsilir – Prossesus Vaginalis bağlanır. Qızlarda isə Uşaqlığın Girdə Bağı kanala girdikdən sonra qarın boşluğu ilə əlaqə kəsilməlidir. Bəhs etdiyimiz qarın boşluğu ilə olan əlaqə kəsilməzsə qarın içi orqanlar – oğlanlarda ən çox nazik və qalın bağırsaqlar, piylik, qızlarda isə yumurtalıq, yumurtalıq boruları və piylik qarın boşluğundan peritonun açıq qalmış çıxıntısı vasitəsi ilə qasıq kanalına keçərək yırtıq əmələ gətirirlər. Əgər açıq qalan periton çıxıntısı orqanların keçə biləcəyi genişlikdə deyilsə,çox dar isə o zaman qarın içi maye kanala toplanaraq Hidrosel – su yırtığı əmələ gətirirlər. Əgər kanalın hər iki tərəfi bağlanıb sadəcə orta hissəsi açıq qalarsa kord kistası  inkişaf edəcəkdir. Risk faktorları nələrdir ? Peritonun yataq çıxıntısının – Prosessus Vaginalisin açıq qalmasının səbəbi tam olaraq bilinməməkdədir. Normal doğuş populyasiyasında qasıq yırtığı 1/100 təşkil edir. Ancaq yarımçıq doğulan uşaqlarda bu rəqəm 30 %-ə kimi yüksələ bilər. Qasıq yırtıqlarını hamiləlik müddətində aşkarlamaq və qarşısını almaq mümkündürmü? Xeyr, qasıq yırtığının hamiləlik dövründə diaqnostikasının heç bir əhəmiyyəti yoxdur və hamiləlik müddətində qarşısını almaq hələ ki, müasir tibdə mümkün deyil. Diaqnoz necə qoyulur? Qasıq yırtığının diaqnozunu adətən ailələr özləri qoyurlar. Qasıq nahiyyəsində şişlik olması səbəbi ilə xəstəxanaya gətirirlər. Ətraflı toplanmış anamnez və diqqətlə edilən müayinə sonrasında diaqnozu təsdiqləmək mümükündür. Adətən böyük uşaqsa valsalva manevrası etdirməklə, kiçik yaşda isə ağladığı zaman palpasiyada yırtıq kisəsini hiss etmək mümkündür. Oğlanlarda, yoxsa qızlarda daha çox rastlanır? Qasıq yırtığı oğlanlarda qızlardan təqribən 8-10 dəfə çox rast gəlinir. Adətən 60% sağ tərəfli,30% sol tərəfli, 10% isə iki tərəfli olur. Necə və hansı yaşda müalicə olunmalıdır? Qasıq yırtığının müasir tibdə tək müalicə metodu vardır ki,o da cərrahi əməliyyat ilə kanalın bağlanmasıdır. Bəzi hallarda ailələrin özləri tərəfindən və ya başqa birisinin yalnış məsləhəti ilə şişlik olan nahiyyəni bandaj və ya sarğı ilə bağlamağa çalışırlar. Ancaq bu manevranın heç bir faydası olmamaqla yanaşı, eyni zamanda çox təhlükəlidir. Kisə içərisinə girən orqanların mexaniki olaraq sıxılmasına səbəb olduğu üçün ciddi fəsadlara yol açır. Əməliyyat yaşına gəlincə, qasıq yırtıqlarının müalicə protokolunda yaş və gözləmə taktikası yoxdur. Qasıq yırtıqları bizə iki şəkildə müraciət edirlər. Ya boğulmuş, reduksiya edilə bilməyən, yəni inkarserasiya və ya geçikmiş strangulasiya (işemiyanın və nekrozun başlanması) mərhələsində - bu vəziyyətdə yaş, yanaşı xəstəlik və s. nəzərə alınmadan bütün önləmlər alınaraq təcili əməliyyat edilməlidir. Digər halda isə ailələr qasıq nahiyyəsinin ara-sıra şişməsi şikayəti ilə gətirirlər. Bu zaman diaqnoz təsdiqlənərsə yenə də yaş nəzərə alınmadan yaxın bir tarixdə elektiv əməliyyat planlanmalıdır. Əməliyyat haqqında məlumat Xəstə üçün ən faydalı üsul qasıq nahiyyəsində təqribən 1.5-2 sm-lik kəsik icra edilərək aparılan cərrahi üsuldur. Əgər xəstə bir tərəfli qasıq yırtığı ilə gətirilən 5 yaşından kiçik qız uşağıdırsa və ya 2 yaşından kiçik yarımçıq doğulmuş oğlan uşağıdırsa qarşı tərəfdə də kanalın açıq olma ehtimalı yüksəkdir. Bunun üçün əməliyyat sırasında yırtıq olan tərəfin kisəsini bağlamadan öncə Laparoskop ilə kisənin içərisindən girib qarşı tərəfə baxmaq lazımdır. Qarşı tərəf açıq olarsa, əməliyyat etmək lazımdır. Nəzərə almaq lazımdır ki, oğlanlarda qasıq kanalının içərisindən 3 sinir, 3 damar, venoz kələf və toxumdaşıyıcı kanal, qızlarda isə iki sinir və uşaqlığın girdə bağı keçir. Buna görə də bu əməliyyatı icra edən təcrübəli bir uşaq cərrahı olmalıdır. Əməliyyata hazırılıq və əməliyyat sonrası təqib necə aparılır? Xəstənin əməliyyatdan öncə qan analizlərinə baxılır, əməliyyat ümumi anesteziya ilə icra edildiyi üçün əməliyyatdan öncə anestezioloq tərəfindən müayinə olunur. Əməliyyat günü isə sabah erkəndən 5 saat ac olaraq xəstəxanaya gətirilir. Şöbəyə yatızdırılır və qlukoza tərkibli sistem qoşulur. 6 ayından böyükdürsə damardaxili sakitləşdirici vurularaq əməliyyata verilir. Əməliyyatdan 2 saat sonra qidalandırılır və adətən axşama doğru evə göndərilir. Əgər uşaq yarımçıq doğulmuşsa o zaman bir gün xəstəxanada saxlanılmalıdır. Xəstə 3 gün sonra kontrol müayinəyə çağrılır və yara sarğısı açılır. Bundan sonra isə 3 həftə, 3 ay və 6-cı aylarında müayinəyə çağrılır. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 24.09.2018

Kəskin xolesistit
 hekimtap.az

Kəskin xolesistit

Kəskin xolesistit nədir? Kəskin xolesistit – öd kisəsinin iltihabıdır. Bu zaman öd axınının qəfil pozulması nəticəsində öd axarlarının  blokadası baş verir. Xolesistit zamanı həmçinin, öd kisəsi divarının patoloji destruksiyası da inkişaf edə bilər. Əksər hallarda (85-95%) kəskin xolesistitin yaranması konkrementlərlə (daşların) əlaqədardır, yarıdan çox hallarda (60%) patologiyanın ortaya çıxmasına səbəb ödün bakterial (bağırsaq çöpləri, kokklar, salmonella) yoluxmasıdır. Kəskin xolesistitin simptomatikası bir dəfə yaranır, inkişaf edir və adekvat müalicə zamanı aradan qalxır, ifadə olunmuş fəsadlara səbəb olmur. Kəskin xolesistitin yaranma səbəbləri Kəskin xolesistitin yaranma səbəbləri aşağıdakılardır: Öd kisəsi divarlarının daşlarla zədələnməsi, öd yollarının daşlarla tıxanması (kalkulyoz xolesistit); Ödün bakterial floraya yoluxması, infeksiyanın inkişaf etməsi (bakterial xolesistit); Mədəaltı fermentlərin öd kisəsinə düşməsi (fermentativ xolesistit). Kəskin xolesistitin simtomları Kəskin xolesistitin əsas əlaməti öd sancılarıdır – sağ qabırğa altında, qarının yuxarı hissəsində ifadə olunmuş ağrılar. Ağrı kürəyin sağ tərəfinə irradiasiya edə bilər. Nadir hallarda irradiasiya bədinin  sol tərəfinə verir. Spirtli içkilərin qəbulu, acı, yağlı qidalar, güclü stess kəskin xolesistitin əmələ gəlməsinə təkan verir. Ağrı sindromundan başqa, kəskin xolesistit öyümə (hətta ödlü qusma), subfebril temperaturla müşayiət oluna bilər. Kəskin xolesistitin ağırlaşmaları Əksər hallarda kəskin xolesistitin ağırlaşmaları  infeksiyaların inkişafı nəticəsində baş verir. Buraya öd kisəsinin empieması (irinli iltihab) və emfizema (köp), sepsis (infeksiyanın generalizə olunması), qarın boşluğunun iltihabını (peritonit) və s. aid etmək olar. Kəskin xolesistitin müalicəsi Kəskin xolesistitin ilkin diaqnostikası zamanı daşlar üzə çıxmazsa, gedişat ağır olmazsa, irinli ağırlaşmalar qeydə alınmazsa, müalicə qastroenteroloqun nəzarəti altında konservativ yolla həyata keçirilir. Bakterial floranın dəf edilməsi və ödün infeksiyalaşmasının profilaktikası məqsədilə antibiotiklər tətbiq olunur, ağrı sindromu və öd yollarının genişləndirilməsi üçün spazmalitiklərdən, orqanizmin ifadə olunmuş intoksikasiyası zamanı isə dezintoksikasiya terapiyasından istifadə edilir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 18.09.2018

Arterial hipotoniya
 hekimtap.az

Arterial hipotoniya

Arterial hipotoniya nədir? Arterial hipotoniya (arterial hipotenziya) arterial təzyiqin aşağı düşməsi sindromu olub, sistoloji təzyiqin (yuxarı təzyiqin) 100 mm.c.s, diastolik təzyiqin isə 60 mm.c.s.-dan aşağı olması ilə xarakterizə edilir. Bu sindromdan daha çox qadınlar və yeniyetmələr əziyyət çəkirlər. Arterial hipotoniyanın yaranma səbəbləri Arterial hipotoniyanı multifaktor vəziyyət kimi nəzərdən keçirmək lazımdır. Birincili arterial hipotoniyanın səbəbi 80% hallarda neyrosirkulyar distoniyadır. İkincili arterial hipotoniya artıq mövcud olan digər xəstəliklərin əlaməti kimi üzə çıxır. Buraya anemiyanı, mədə xoralarını, dempinq-sindromu, hipotireozu, kardiomiopatiyaları, miokardit, aritmiyaları, diabetik neyropatiyaları, boyun osteoxondrozunu və s. aid etmək olar. Kəskin arterial hipotoniya massiv qanaxma, susuzlaşma, travmalar, zəhərlənmələr, anafilkatik şok, ürək fəaliyyətinin qəfil pozulması fonunda yarana bilər. Xroniki arterial hipotoniya uzunmüddətli gedişata malikdir. Bu zaman orqanizm aşağı təzyiqə uyğunlaşır ki, bunun sayəsində kəskin ifadə olunmuş əlamətlər qeydə alınmır. Arterial hipotoniya, həmçinin B, C, E vitaminləri defisitindən, düzgün təyin olunmayan dietalardan, arterial hipertenziyanın müalicəsi üçün təyin edilmiş dərman preparatlarının doza aşmasından da yarana bilər. Arterial hipotoniyanın əlamətləri Kəskin formalı arterial hipotoniya özünü aşağıdakı əlamətlərlə büruzə verir: Baş gicəllənmə; Görmənin qısamüddətli pozulması; Səndələmə; Dəri örtüklərinin avazıması; Bayılmalar. Xroniki ikincili hipotoniyada əsas xəstəliyin simptomıları ön plana çıxır. Bundan başqa, pasiyentlərdə zəiflik, apatiya, yuxululuq, baş ağrıları, emosional ləbillik, yaddaşın pozulması, termorequlyasiyanın pozulması, ayaq və əllərin tərləməsi, taxikardiya müşahidə olunur. Arterial hipotoniyanın uzunmüddətli gedişatı qadınlarda menstrual tsiklin pozulmasına, kişilərdə isə erektil disfunksiyaya gətirib çıxara bilər. Arterial hipotoniyanın müalicəsi Arterial hipotoniyanın müalicəsinə arterial təzyiqin düşmə səbəbi dəqiq məlum olduqdan sonra başlanılır. İkincili simptomatik hipotenziyada təsir obyekti əsas xəstəlikdir. Neyrovegetativ genezli arterial hipotoniya vegetativ disbalansın korreksiyasını, medikamentoz və qeyri-medikamentoz müalicə tələb edir. Müalicəvi - sağlamlaşdırıcı tədbirlərə gündəlik rejimin normallaşdırılması, müxtəliv növ psixoterapiyalar, su prosedurları, hidromasaj, fizioterapiya, aromaterapiya və s. aiddir.     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 15.09.2018

HekimTap Pro
14627
Şəlpə qulaq əməliyyatı (otoplastika)
 hekimtap.az

Şəlpə qulaq əməliyyatı (otoplastika)

Xalq arasında şəlpə qulaq olaraq bilinən qulaqların plastikasında istifadə olunan otoplasti əməliyyatı, narahatlıq verən şəlpə görüntüsünü korreksiya etmək məqsədiylə olunur. Cərrahi müdaxilə ilə pasiyent bu vəziyyətdən həmişəlik xilas olur və psixoloji baxımdan da rahatlayır.  Şəlpə qulaq əməliyyatı üçün ən uyğun yaş neçədir? Qulaqların inkişafı (80%i) 5-6 yaşa qədər tamamlanır. Bu səbəbdən məktəbə başlamadan bu cür əməliyyatlar edilə bilər. Əməliyyatın bu yaşlarda olunması xüsusilə uşağın ruhi vəziyyətində meydana gələ biləcək mənfi halların qarşısnı ala bilər. Şəlpə qulaq əməliyyatı yuxarı yaşlarda oluna bilərmi? Şəlpə qulaq əməliyyatının daha yuxarı yaşlarda da edilməsi mümkündür. Kiçik uşaqlarda əməliyyat, ümumi anesteziya ilə, böyüklərdə isə yerli anesteziya ilə olunur. Ümumiyyətlə hər yaşda qulaqda estetik əməliyyat edilə bilər. Şəlpə qulaq kişilərdə niyə daha sıx rast gəlinir? Şəlpə qulaq əməliyyatına kişilərin daha sıx müraciət etdiyi doğrudur. Bunun səbəbi çox sadədir: eyni vəziyyətdəki qadınlar saçları ilə qulaqlarını asanlıqla gizləyə bildiyi halda, kişilərin əksəriyyətinin belə bir imkanı yoxdur. Şəlpə qulaq əməliyyatı necə aparılır? Bu əməliyyat qulaq arxasından edilən kiçik bir kəsiklə aparılır. Qulağın qığırdaq toxuması açılır. Qulaq seyvanının arxa hissəsinə doğru qıvrımını təmin etmək üçün həkim uyğun gördüyü yerlərdən qığırdaq törpüsü ilə qığırdaq toxumasını incəldir. Yenidən yaradılmış qıvrımın qalıcı olması üçün xüsusi tikişlər qoyulur. Əməliyyat sonrası hər hansı iz qalarmı? Xeyr, şəlpə qulaq əməliyyatı qulaq arxasından reallaşdığı üçün xaricdən hər hansı bir əməliyyat izi görünməz. Əməliyyat nə qədər çəkir? Şəlpə qulaq əməliyyatı təxminən 1saata qədər davam edir və pasiyent eyni gün evə yazılır. Hansı anesteziya tətbiq olunur? Şəlpə qulaq əməliyyatı yerli və ümimi anesteziya ilə icra edilir. Şəlpə qulaq əməliyyatı sonrası nə baş verir? Əməliyyat sonunda hər iki qulaq üzərinə möhkəm sarılmış təzyiqli sarğı qoyulur. Ertəsi gün sarğı üçün həkim ilə görüşülür. Əməliyyat sonrası 3-5 gün qulaqlarda qızartı və yüngül bir şişlik meydana gələ bilər. Əməliyyat sonrası ilk gün ağrı hiss oluna bilər, belə hallarda həkiminiz ağrıkəsici təyin edəcəkdir. Bir neçə gün sonra sarğılar çıxarıldıqdan sonra 2 həftə müddətlə qulaqların üzərinə gələcək şəkildə tenisçi bantı istifadə etmək məsləhət görülür.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 13.09.2018

Spinner