Bipolyar pozğunluqlar 
 hekimtap.az

Bipolyar pozğunluqlar 

Bu xəstəlik 100 il əvvəl təsvir edilmişdir.  Xəstəlik son 5-10 ilə qədər maniacal-depressiv psixoz adı ilə məşhur idi. Xəstəlik maniya və depressiya epizodları ilə cərəyan edir. Bipolyar pozğunluqların səbəbləri və inkişaf mexanizmi: 1.İrsi meyllik. Daha çox qadınlarda rast gəlinir : ana, qız, qız nəvə. Xəstəlik iris-dominant yolu ilə keçir.Əgər valideynlərdən biri xəstədirsə, uşaqların xəstələnmə faizi 96 faiz təşkil edir. 2.Bədən quruluşu. Kökəlməyə meylli, enlikürək, enli döş qəfəsinə malik, qısa boyunlu, dəyirmi sifətli insanlar əhvali-ruhiyyənin tez-tez dəyişməsinə meyllidirlər və bipolyar affektiv pozğunluqlar onlarda daha çox rast gəlinir. 3.Belə xəstələrin çoxunda erkən yaşlarında həddən artıq ehtiyatlılıq, hər şeydən şübhələnmə, fikirlərdə qətiyyətsizlik rast gəlinir. Lakin bütün bu xarakter pozğunluqları psixi travmalar nəticəsində BAP xəstəliyinə çevrilə bilir. Bipolyar pozğunluqların simptomları: Maniakal faza: eyforiya, əhvali-ruhiyyənin səbəbsiz yaxşılaşması, nitqin, təfəkkürün sürətlənməsi, hərəki oyanma, özünü böyütmə ideyaları müşahidə olunur. Xəstələrin əqli və fiziki iş qabiliyyəti artır. Onlar eyni zamanda bir neçə işdən yapışırlar, lakin heç birini axıra çatdırmırlar, çox danışırlar, ətrafdakılarla münasibətdə etik qaydaları pozurlar, tanımadıqları insanlara sən  deyə müraciət edirlər. Eyforiya daha çox səhərlər özünü göstərir. Seksual fəallığın artması, təsadüfi cinsi əlaqələr müşahidə olunur. Xəstələr özlərini tərifləməyə meylli olurlar, soaial və ictimai qaydaları pozur, ictimai təhlükəli əməllər edirlər. Depressiv epizod.Əlamətləri: Əhvali-ruhiyyənin enməsi, təfəkkürün, nitqin ləngiməsi, hərəki tormozlanma, suisidal ideyalarla müşayət olunan özünü günahlandırma fikirləri. Xəstələr qeyd edir ki, onlar sevinə bilmirlər, diqqət pozulur, hər şey qara rəngdə qavranılır, gələcək üçün heç bir planlar qurulmur.Depresseya çox vaxt həyəcanla müşahidə olunur. Buna həyəcanlı depressiya deyilir. Əgər xəstələrdə depressiv sindrom somatik şikayətlərlə özünü göstərirsə: ürək nayihəsində ağrılar, qarında xoşagəlməz hissiyyatlar, iştaha və yuxu pozğunluğu, cinsi həvəsin azalması olursa, belə depressiya maskalanmış depressiya adlanır. Bipolyar pozğunluqlar müalicəsi: BAP öz ciddi social və tibbi nəticələrinə görə ağır xəstəlik hesab olunur. Diaqnoz yalnız həkim-psixiatr tərəfindən kliniki-psixopatoloji müayinə nəticəsində qoyulur. Əgər depressiya maskalanmış formada keçirsə, həkim-kardioloq, həkim-cərrah, həkim-terapevt və başqa həkim mütəxəssislərin məsləhəti təşkil olunmalıdır. Yadda saxlamaq lazımdır ki, çox zaman bəzi səriştəsiz mütəxəssislər və xəstələrin özləri səhvən sadə əhvali-ruhiyyə dəyişməsinə maniya və ya depressiya kimi baxırlar. Ona görə də belə xəstələrin mütləq həkim-psixiatr tərəfindən müayinəsi aparılmalıdır. Müalicə: 1.Aktiv medikamentoz müalicə: yalnız mütəxəssis həkim-psixiatr tərəfindən aparılır. 2.Elektrik cəngolma müalicəsi: həkim-psixiatr və həkim-reanimatoloq tərəfindən aparılır. 3.Xəstəliyin sağalma müalicəsində həkim-psixoterapevt tərəfindən koqnitiv-bixeveoral metodla psixoterapiya aparılır.Bundan əlavə, həkim-psixoterapevt tərəfindən rasional psixoterapiya,artterapiya, zooterapiya metodları ilə reabilitasiya keçirilir.

Published: 07.08.2019

Altsheymer xəstəliyi  hekimtap.az

Altsheymer xəstəliyi

Təyinatı: Bu bölmədə geniş bir qrup xəstəliklər birləşir.Altsheymer xəstəliyi dedikdə 2 variant nəzərdə tutulur: 1-ci- altsheymer tipli qocalıq ağıl zəifliyi ; 2-ci: xüsusi altsheymer xəstəliyi. Xəstəlik 1907-ci ildə Alois Altsheymer tərəfindən təsvir edilmişdir. Altsheymer xəstəliyi səbəbləri: Altsheymer xəstəliyi zamanı olan demensiya beyin maddəsinin qlobal atrofiyası nəticəsində baş verir. Qarşısıalınmaz proqressivləşən yaddaş, təfəkkür pozğunluqları, nitqin, yazının, avtomatik hərəkətlərin pozulması ilə müşahidə olunur.ABŞ Milli Qocalma institutunun məlumatlarına görə, altsheymer xəstəliyi bütün demensiyaların 62 faizini təşkil edir və ən geniş yayılmış hesab olunur.Bu xəstəlik qocalıq önü və qoca yaşlarında olan insanları zədələyir. Bununla əlaqədar olaraq, erkən və gecikmiş AX  təyin olunur.Lakin patoloji anotomik məlumatlara görə 38 yaşında da AX təsadüf oluna bilər. Xəstəlik başlayandan 5-15 il sonra ölümlə nəticələnir.Xəstəliyin yaranmasında coğrafi amillərin heç bir əhəmiyyəti yoxdur. AX həm güclü inkişaf etmiş ölkələrdə, həm də həddən artıq zəif inkişaf etmiş ölkələrdə də rast gəlinə bilir. Kişilər və qadınlar eyni tərzdə və eyni tezliklə xəstələnirlər. Xəstəliyin yaranmasında peşənin, fiziki və ya əqli gərginliyin dərəcəsinin heç bir əhəmiyyəti yoxdur.Mütəxəssislərin fikrinə görə, AX ilə xəstə olan insanların sayı durmadan artır. Uzun illər aparılan titanik tədqiqatlara baxmayaraq, xəstəliyin  dəqiq səbəbləri indiyə qədər məlum deyildir. Xəstəlik zamanı ağıl zəifliyinin yaranması beyin toxumasında xüsusi qocalıq şişkinliyinin və toxumanın neyrofibrillərlə əvəz olunması ilə əlaqədardır. Beyində çoxlu ameloid yığılır, qan damarlarının divarları ameloidlə tam örtülmüş olur. Nəticədə qan dövranı pozulur, beynin qlobal atrofiyası inkişaf edir. Qlobal atrofiya nəticəsində lokalizasiyadan asılı olaraq yuxarıda göstərilən psixi pozğunluqlar inkişaf edir. Altsheymer xəstəliyinin simptonları ( əlamətləri): Xəstəliyin 3 mərhələsi ayırd edilir. 1-ci mərhələnin xarakterik əlaməti yaddaşın cari hadisələrə itməsidir. Buna fiksasion amneziya deyilir. Xəstələr gün ərzində edəcəkləri ardıcıl hərəkətləri unudurlar. Mağazaya girir, lakin nə almaq lazım olduğunu yadında sala bilmir. Gün ərzində xərclədiyi pulun miqdarını xatırlamır.Bəzi hallarda evdən nə üçün çıxdığını belə yadına sala bilmir. Təyin olunmuş görüşlər, ictimai işlər, iclaslar və onların vaxtı yadından çıxır. Tanış adamları təsadüfən görərkən onları tanımırlar. Lakin xəstəliyin ilk mərhələlərində onlara kömək olunduqda tanış insanların tanınması asanlaşır. Ətraf insanların nitqi başa düşülmür. Say, yazı, ev və professional işlərin görülməsində xəstələrin köməyə ehtiyacı olur. Xəstələr özlərini itirir, həyəcanlı olurlar.Amerika psixiatrlarının fikrinə görə, xəstələrdə bu mərhələdə tənqid qalır, onlar böyük bir təhlükənin onlara yaxınlaşdığını hiss edirlər. Lakin xəstəliyi qəbul etmək istəməyib onu yorğunluqla əlaqələndirirlər. 2-ci mərhələdə yaddaş pozğunluqları dərinləşir, xəstələrdə sensor, motor afaziya əmələ gəlir. Xəstələr öz övladlarını, qohumlarını tanımırlar. 3-cü mərhələ terminal mərhələdir. Yaddaş tam itir, xəstələr yataqdan qalxa bilmir, fiziki cəhətdən tam sönüklük yaranır, udqunma pozulur və ölüm baş verir. Belə xəstələrin tipik problemləri onların emosional və fiziki sferalarında baş verir. Altsheymer xəstəliyinin diaqnostikası : AX psixonevroloji xəstəlik olsa da, diaqnozun qəti qoyulması həkim-psixiatr tərəfindən həyata keçirilir. Diaqnoz kliniki ( psixopatoloji, psixonevroloji simptomların və sindromların aşkar edilməsi ) və instrumental ( beynin KT müayinəsi, MRT müayinəsi ) nəticəsində dəqiqləşdirilir. Altsheymer xəstəliyi müalicəsi: Psixofarmakoloji metodlarla həyata keçirilir.Müvafiq preparatların seçilməsi və təyin edilməsi yalnız həkim-psixiatr tərəfindən həyata keçirilir. Xəstələrə eyni zamanda beyin mübadiləsini və beyin qan dövranını yaxşılaşdıran  dərmanlar, ürək fəaliyyətinin tənzimləyiciləri müəyyən edilir. Altsheymer xəstəliyinin profilaktikası:          Xəstəliyin səbəblərinin naməlum qalması nəticəsində profilaktika tədbirlərinin işlənib hazırlanması qeyri-mümkündür.

Published: 07.08.2019

Qlaukoma hekimtap.az

Qlaukoma

Qlaukoma nədir? Qlaukoma xüsusi tipli optik neyropatiya və görmə sahəsinin xarakterik dəyişiklikləri ilə  rast gəlinən xəstəliklər qrupunun ümumi adıdır. Göz daxili  təzyiqin qalxması  qlaukoma üçün ən böyük risk faktorudur.  Buna səbəb göz daxili mayenin ( kamera mayesi) rahatliqla xaric ola bilməməsidir. Bu xəstəliyə el arasinda “qara su” da deyirlər. Qlaukoma  dünyada  korluğa səbəb xəstəliklər arasinda  ön sıralarda yer alır. Hal-hazırda  dünya əhalisinin  45 mln- u bu  xəstəlikdən  əziyyət  çəkir. 7 mln insanin kor olma səbəbi qlaukomadır. Buna əsasən müayinə və müalicəsi məhdud olan  Afrika  və Asiyada daha çox təsadüf edilir.  Qlaukomanın yaranma səbəbləri? Gözün kamera mayesinin (agueous humor) vəzifəsi  göz daxili təzyiqi  müntəzəm saxlamaq, buynuz qişa və büllura qlükoza oksigen və digər metabolik maddələri -mineralları çatdırmaq və parçalanma məhsullarını ön kameradan xaric etməkdir. Normal göz daxili təzyiqin ölçüsü  12-23 mm.c.s.-dur.  Kamera  mayesin  axınında yaranan dəyişikliklər  təzyiqin daimi yüksəlməsi  qlaukomaya  səbəb ola bilər. Qlaukomanin risk faktorlari Milyonları əhatə edən qlaukoma  hər bir insanda müşahidə  edilə bilər. Xəstəliyin konkret coğrafiyası kimi Afrika qitəsi göstərilir. Ən çox qlaukomalı xəstələrin bu qitədə yaşamasının səbəbi normal səhiyyənin olmaması və isti hava şəraitidir. Xəstəlik  əsasən  inkişaf  etməmiş ölkələrdə yayılsada dünyanin hər yerində  qlaukoma aktual xəstəlikərdəndir.  Əsas faktor genetika, şəkərli diabet və s.xəstəlikər  hesab olunur. 40  yaşdan yuxarı  hər kəsin  ildə  bir dəfə  göz təzyiqinin  ölçülməsi arzu olunandir. Qlaukomanın təsnifatı (növləri) Anadangəlmə qlaukoma Açıqbucaqlı qlaukoma Qapalı bucaqlı qkaukoma Normal təzyiqli qlaukoma Steroid   həssaslığı  nəticəsində yaranmiş qlaukoma  Fakogen qlaukoma Qlaukomanın müalicəsi Qlaukoma xəstəliyinin tam  müalicəsi yoxdur.    Bu səbəbdəndə xəstəlik nə qədər  tez aşkarlanarsa bir o qədər  göz sağlığını  qorumuş oluruq . Beləki qlaukoma xəstəliyi zamanı  yüksək  təzyiqin təsirindən  sinir hüceyrələri  məhv olur  və bu da görməyə ciddi  təsir edir. Qlaukomanın  xarakterik  xüsusiyyəti olaraq  görmə periferiyadan mərkəzə doğru daralır.  Əgər belə xəstələrdə  göz daxili təzyiq müşahidə altında saxlamazsa sonucda  korluğa  apara bilər. Müasir  dövrdə qlaukomanın müalicəsi   konservativ dərman preparatlari,lazer  və cərrahi əməliyyatlarla aparıla bilinir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az    

Published: 25.07.2019

Biorevitalizasiya
 hekimtap.az

Biorevitalizasiya

Biorevitalizasiya nədir? Biorevitalizasiya - gialuron turşusu mikroinyeksiyaları vasitəsi ilə dəri qocalmasının profilaktika metodudur. İnyeksiya terapiyasının ən müasir metodlarından hesab olunub, özündə son illərin tibbi innovasiyaların bütün nailiyyətlərini birləşdirir. Preparatların təkamülü, aktiv maddələrin kombinasiyası və inyeksiyalaşdırma metodlarınının təkmilləşməsi dərini cavanlaşdırmaq və tonlaşdırmaq baxımdan biorevitalizasiyanı unikal edir.Gialuron turşusu gözəl təbii nəmləndirici və dərinin təbii tərkibi olub, onun elastikliyini təmin edir. Yaşlandıqca gialuron turşusunun bərpa intesivliyi azalır. Buna səbəb  - dərinin öz nəmliyini itirməsidir.Biorevitalizasiya məhz elə bu vacib komponentin bərpa edilməsi üçün nəzərdə tutulub. Prosedurun nəticəsində gialuron turşusu toxumanın dərin qatlarına sirayət edərək, əyrilikləri düzəldir, qeyri-hamarlıqları aradan götürür, başqa sözlə desək, dərini təbii və təhlükəsiz yolla hamarlaşdırır.  Biorevitalizasiyaya göstərişlər Biorevitalizasiya dərinin sağlamlaşdırmaq baxımından həm qadınar, həm də kişilər üçün münasib metod olub, üz və bədənin bütün  nahiyələrinə tətbiq edilə bilər. Bundan başqa, biorevitalizasiya başın tüklü hissəsinə də tətbiq oluna bilər ki, bu da saçların qidalanması və uzanması üçün çox faydalıdır. Prosedur zamanı gialuron turşusuna insanın fərdi xüsusiyyətlərindən asılı olaraq, əlavə komponentlər: antioksidantlar, amin turşuları, vitamin və minerallar əlavə edilə bilər. Biorevitalizasiyanın klassik mezoterapiyadan fərqi Bu  cavanlaşdırma üsullarının hər ikisi mikroinyeksiya prosedurları qrupuna aiddir. Amma biorevitalizasiya bir növ, “gücləndirilmiş”mezoterapiyadır.Mezoterapiyada aktiv preparatlar vitaminli kokteyllər, minerallar və amin turşuları olduğu halda, biorevitalizasiyada başlıca komponent gialuron turşusudur. Bu maddə dəri hüceyrələrinə struktur baxımdan daha dərin təsir göstərir. Klassik mezoterapiya, əsasən, sönük dəri, “yorğun dəri”, akne və damar patologiyalarında istifadə edilir. Biorevitalizasiya isə suszuzlaşma, dərinin quruması, qocalma və qırışlara qarşı profilaka üçün tövsiyə edilir. Zərururət yaranarsa, bu metod plastik əməliyyatdan sonra reabilitasiya, dərin pilinq və s. məqsədlər üçün də uğurla tətbiq oluna bilər.   Biorevitalizasiyanın nəticələri Dəri təravətlənir və nəmlənir; Qan təminatı və mübadilə prosesləri yaxşılaşır; Dərinin tonusu artır: o, daha da elastik olur, sağlam görünüş alır, xırda qırışlar aradan qalxır; Prosedurdan demək olar ki, bir neçə saat sonra toxumaların liftinqi hiss olunur; Piqmentasiya azalır, dərinin rəngi normaya düşür; Dərinin ətraf mühitə qarşı müdafiə mexanizmi güclənir; Biorevitalizasiya qısa zaman tələb edən bir prosedurdur. Bunun üçün 15-30 dəqiqə vaxt kifayətdir.  Bununla belə, biorevitalizasiyanın effekti uzun müddət itmir. Dərinizi cavanlaşdırın, gözəl və təravətli qalın!    

Published: 24.07.2019

Yaddaş və onun pozulmaları
 hekimtap.az

Yaddaş və onun pozulmaları

Yaddaş insan orqanizminin ən böyük möcüzəsidir. Yaddaşsız indiki dövr ölü olardı və insan gələcək üçün yaşamazdı. Yaddaşsız insan alova doğru uçan və orada məhv olan bir günlik kəpənəyə bənzəyir. Ona görə də müdriklərdən biri çox düz qeyd etmişdir:”Hələ ki xatırlayıram, mən yaşayıram”. İnsan yaddaşı illər boyu dəyişir. Əgər cavanlıqda yaddaşın fiksasiya funksiyası güclüdürsə, sonralar bu başqa cür olur..Cavanlıqda olan emosional hadisələr: ilk məhəbbət, böyük bədbəxtlik daha tez yadda qalır. Qocalıqda bunun əksi yaranır. Retro yaddaş daha güclü olur.Qoca bir qarı dünın yediyi yeməyi xatırlamır,lakin qırx il əvvəl olan toyunu bütün təfsilatı ilə danışa bilir. Çünki bu toy onun cavanlığı dövrü, qavramanın parlaqlığı, seksual maraqların coşğunluğu şəraitində baş vermişdir. Lakin qocalıqda finsasion yaddaş pisləşir.Ona görə də insan cavanlıqda daha sürətlə, qocalıqda isə ləng danışır. Yaddaşın ümumi pozğunluğuna amneziya deyilir.     Amneziya retroqrad və anteroqrad olur. Birinci halda insan keçirilmiş orqanik xəstəlik nəticəsində xəstəliyin baş vermə anına qədər olan hadisələri yadından çıxarır.Məsələn, küçədə başına kərpic düşmüş adam huşunu itirir. Xəstəxanada ayıldıqdan sonra o yalnız küçədə necə getdiyini və başına nəyinsə dəydiyini xatırlayır. Onun necə aparılması, kimlər tərəfindən yardım edilməsi, hadisənin baş vermə şəraiti tam yaddaşdan silinir. Buna anteroqrad yaddaş pozulması deyilir.Bundan əlavə yaddaşın keyfiyyət pozğunluqları mövcuddur. Məsələn,konfabulyasiya. Bu, yalançı xatirələrdir. İnsan heç vaxt olmamış hadisələri öz şəxsi xatirələri kimi danışır. Yaddaş pozğunluqlarından biri də patoloji plagiatdır. Bir yazıçı L.Tolstoyun “Anna Karenina” əsərinin onun tərəfindən yazıldığını iddia edir.İntellekt, yaddaş biososial komponentlərə malikdir. Sosial komponentlər bioloji komponentlərin üzərində qurulur.

Published: 23.07.2019

Kontur plastikası
 hekimtap.az

Kontur plastikası

Kontur plastikası nədir? Kontur plastikası – yaşla bağlı dəyişikliklərin – burun-dodaq qırışlarının, göz ətrafında həlqələrin, mimik qatların, dəri dartılmalarının və s. aradan qaldırmaq üçün tətbiq olunan qeyri-cərrahi kosmetik prosedurdur.  Prosedur zamanı effektiv və təhlükəsiz olan preparatlardan – gialuron turşusundan hazırlanmış müxtəlif gellərdən istifadə olunur.Yaş ötdükcə üzün ayrı-ayrı nahiylərində həcm itkisi baş verir, bunun nəticəsində isə qırışlar əmələ gəlir. Kontur plastikasının başlıca məqsədi bu çatışmazlıqları aradan qaldırmaqdır. Yeniyetmə və gənclik yaşlarında insanın dərisi hamar, yumşaq və elastik olur. Bu, əsasən, üzdə dərialtı piy qatının bərabər paylanması sayəsində mümkün olur. İnsan yaşlandıqca piy toxumasını tədricən itirir - o, yanaqların alt nahiyəsi və çənəaltı hissəyə yığılaraq, yerini dəyişir. Bəzi hallarda yaşla əlaqədar dəyişikliklər həcmin total itirilməsinə gətirib çıxara bilər. Kontur plastikasının növləri : 1.Dodaqların korreksiyası İnsan üzində yaşlanma əlamətlərindən biri dodaqların nazikləşməsi və kiset qırışlarının (dodaq ətrafındakı qırışlar) əmələ gəlməsidir. Məhz fillerlərin peşəkarlıqla tətbiq olunması bu estetik çatışmazlıqları aradan qaldırmağa, dodaqların konturlarını bərpa etməyə, eləcə də onlara həcm verməyə gözəl imkanlar yaradır. Kontur plastikası vasitəsilə, həmçinin, dodaların asimmetriyasını aradan qaldırmaq mümkündür. 2.Almacıqların korreksiyası İnsan yaşlaşdıqca almacıq nahiyəsindəki dəri də müəyyən dəyişikliklərə məruz qalır - qırışır və ya sallaqlaşır, nəticədə almacıqlar həcmini itirmiş olur. Almacıqların korreksiyası məqsədilə daha qatı fillerlərdən istifadə olunur. Bu cür doldurma uzunmüddətli effekt verir (bir ilə yaxın), almacıqların dərisini dartır, onlara gözəllik və təravət verir. 3.Göz-burun şırımı korreksiyası Yaşlanma özünü göz-burun şırımında da göstərir. Burada baş verən neqativ dəri dəyişiklikləri gözlərin altında tünd rəngli həlqələrin əmələ gəlməsinə (bu da piy toxuması çatışmazlığı səbəbindən yaranır) səbəb olur. Göz-burun şırımı qırışları  burunun daxili küncündən başlayaraq, aşağı istiqamətdə uzanır. Dərinin belə forma alması üzə yorğun və qəmgin ifadə verir. Bir neçə il əvvəl bu problemin aradan qaldırmağın yeganə üsulu - blefaroplastika idi. Müasir kosmetologiya sayəsində bu estetik çatışmazlığı cərrahi üsulla deyil, gialuron turşusu əsasında filler doldurması vasitəsilə ilə korreksiya etmək imkanı var. 4.Burunun korreksiyası Müasir kosmetologiya tədricən plastik cərrahiyyənin “ərazilərini zəbt etməyə” başlayıb. Bir neçə il əvvəl burun korreksiyasını yalnız cərrahi üsulla həyata keçirmək mümkün idisə, bu gün kosmetoloji vasitələr rinoplastikanı demək olar ki, tam əvəz edir. Düzdür, fillerlər vasitəsilə burun formalarında radikal dəyişikliklər etmək çətindir, lakin bir çox qüsurları aradan qaldırmaq mümkündür. Burunun kontur plastikası onun simmetriyasını bərpa etməyə, müəyyən batıqlıqları aradan götürməyə, burun ucunun formasını dəyişməyə və s. imkan yaradır. Burun - aktivliyi az olan orqandır, ona görə də preparat gec sorulur və uzun müddətli effektini itirmir. Burun korreksiyasında 2-3 prosedurdan sonra burun lazımi formanı alır və həmin formanı itirmir. 5.Qaş formalarının dəyişdirilməsi Qaşların dərisi çox nazik və həssas olduğundan üzün digər nahiyələri ilə müqayisədə qocalmaya daha meyillidir. Qadınların əksəriyyəti bu problemlə üzləşir. Fillerlər və sapların köməyi ilə qaşların ətrafında yaranan qırışları asanlıqla aradan qaldırmaq mümküdür. Qaşların korreksiyasında müxtəlif qatılıqlı fillerlərdən istifadə olunur.    6.Alnın kontur plastikası Kontur plastikası alın nahiyəsinin də korreksiyasında geniş istifadə olunur. Lakin bu korreksiya metodunda təkcə fillerdən istifadə kifayət etmir. Mükəmməl və uzunmüddətli effekt almaq üçün gialuron və botulotoksin kombinasiyası tətbiq edilir. Dərin qırışları aradan qaldırmaq üçün sıxlığı çox olan gellərdən istifadə olunur. Prosedur 10-12 ay müddətində effektini itirmir. 7.Üz ovalının bərpası Yaşlanma üzün ovalında da əhəmiyyətli izlər buraxır. Gialuron turşusundan istifadə etməklə üz ovalında yaranmış estetik çatışmazlıqları asanlıqla aradan qaldırmaq olar.Üz ovalının bərpası aşağıdakı nəticələri göstərir: - Üz daha gənc görünür; - Vizual olaraq, boyun daha uzun görünür; - Yanaqların sallaqlığı aradan qalxır, yanaq öz formasını alır; - Dərin burun-dodaq büküşləri hamarlanır; - Yanaqların sallaqlığı aradan qalxır, almacıqlar lazımi formaya salınır; - İkiqat buxaq korreksiya olunur; - Üz dərisinin boşluğu aradan qalxır.  Kontur plastikası vasitəsilə MD kodlarla üzün cavanlaşdırılması Bəzən  düzgün texnika ilə icra olunmayan kontur plastikası orta üzün ön plana çıxması və xoşagəlməz görüntünün yaranması ilə nəticələnir. Bu zaman MD kodların hesbına üzün düzgün praporsiyalarla korreksiyasi həyata keçirilir.  Nəticədə çökmüş gicgah, həcmini itirmiş və önə gəlmiş yanaq, gözaltı çuxurlar, burun-dodaq şırımı və üz ovalı öz düzgün formasını alır. Ən önəmlisi isə üzün öz əvvəlki, yaşlanmamış formasına qayıtmasıdır. Kontur plastikası vasitəsilə nəticələr qısa zamanda əldə olunur, bununla belə, uzun müddət effektini itirmir. Bu qeyri-cərrahi və maddi cəhətdən əlçatan korreksiya metodu hər bir qadının ürəyincə olacaq. Gözəlliyinizi əminliklə kontur plastikasına etibar edə bilərsiniz. Daim gözəl qalmağınızı arzulayıram!   

Published: 23.07.2019

Uşaqlarda göz müayinəsi hekimtap.az

Uşaqlarda göz müayinəsi

 Pediatrik göz  müayinəsi  nədir? Uşaq gözü böyüyən dinamik  bir gözdür və bir çox  yöndən yetişkin  insanın  gözündən fərqlənir. Mərkəzi sinir sistemi (MSS) inkişaf dönəmindədir  ve  bu  inkişafı əngəlləyəcək  faktorlara qarşı həssasdır.  Usaqlarda zəif  görmənin sebebləri nələrdir? Çox  kiçik  okulyar anomaliyalar görmə  sisteminə təsir  edib,ambilopiyaya səbəb  ola   bilər . Gözün  inkişafı   bir çox  orqanların  inkişafı haqqında  məlumat   verir, beləki  pediatrik gözün dəyərləndirilməsi  bir çox  sistemik ve genetik  xəstəliklərin  xəbərçisi ola bilər.  Uşaqlarda göz  müayinəsinin profilaktikası: Doğum  anında  edilən  göz  müayinəsi  böyüklərdən  fərqli olaraq xarici  göz  müayinəsi  anadangəlmə  anomaliyaların ortaya çıxarılmasında böyük  rol oynayır. Bu göz  müayinəsi  üçün  işıq  mənbəyi  ve  görüntünü  böyütmək  üçün istifadə edilən  linzalar kifayət edir . Bu zaman göz  almasının  ölçüsü , simmetriyası , qapaqların  pozisiyası, korneanın horizontal ölçüsü , parlaqlığı , ön  kamera dərinliyi  iris dəyərləndirilir . Və mütləqdir  ki oftalmoskopik  baxış  həyata  keçirilir. Yarımcıq  doğulmuşlarda-  ROP müayinə dediyimiz  göz  müayinəsi  edilməlidir ki bu da    Prematur retinopatiyasi  riski daşıyan uşağın  doğumunun 4-cü həftəsində  həyata  keçirilir .Məqsəd  kornea, vitreus  ve fundusdakı  baş  verə  biləcək  problemləri erkən dönəmdə  aşkarlayıb  lazımi  tədbir görməkdir. Üç yaşında  bir usağın görmə  funksiyalarını dəyərləndirmək  üçün obyekti izləmə əhəmiyyətli  cavab verə  bilər.   Esas müayinə  olunacaq xüsus  binokulyar görmə və  konvergensiya  refleksidir. Tam göz müayinəsi  isə  yaşa uyğun  olaraq tam oftalmik müayinədir. 6-7 yaşında müayinə  standart Snelln cədvəli  ile tam  göz  müayinəsi  hesab olunur. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az    

Published: 22.07.2019

Bronxial astma
 hekimtap.az

Bronxial astma

Bronxial astma nədir? Bronxial astma  - tənəffüs yollarının obstruksiya və hiperaktivliyi ilə səciyyələnən xroniki iltihabi prosesdir.Bu zaman bronxların saya əzələləri spazma uğrayır, selikli qişalar ödemleşir və bu ödemdən bronx mənfəzinə sızan maye qatı bəlğəm şəklində tənəffüsün daha da çətinləşməsinə səbəb olur. Allergenlə təmas zamanı həssas insanlarda təngənəfəslik, fitverici tənəffüs, döş qəfəsində sıxılma və öskürək epizodları olur ki, heç bir dərman müdaxiləsi olmadan və müəyyən hallarda dərman müalicəsindən sonra aradan qalxır.Bu xəstəlik son illərdə sürətlə vüsət alır. Statistikaya görə, Avropada 30 mln, ABŞ-da isə 25 mln insan bu xəstəlikdən əziyyət çəkir. Hesablamalara görə, 2025-ci ildə xəstələrin 400 mln nəfərədək artacağı gözlənilir. Bronxial astmanın yaranma səbəbləri? Ətraf mühitin çirklənməsi, genetik meyillilik insanlarda etialoji amillərə qarşı hiperaktivlik  formalaşır.Təkanverici amillərə virus infeksiyaları (rioviris, respirator sintisial virus, insan metaonevmovirusu və qrip virusu), bakterial viruslar(Chlamydia pneumonie və ya Mycoplasma pneumoniae), peşə allergenləri (heyvan və ya kimyəvi maddələr), qida əlavələri və kimyəvi əlavələr, allergenlər(ağaclar, ot tozcuqları və məişət allergenləri),kif göbələkləri (aspergillus fumigatus, alternaria alternata),güclü emosional və fiziki gərginliklər, hava dəyişkənliyi, güclü külək də təkanverici amil ola biler.Xəstələrə ən çox allergiya verən ev tozu gənələridir ki, bu, D.Farinae və D.Pteroniyssinus adlanır. Əsasən,  məişətdə istifadə etdiyimiz yunda, tükdə ev tozunun tərkibində və heyvanların tükündə çoxluq təşkil edir və bunlarla qidalanır. Xəstələrin ən çox allergiya verdiyi allergenlərdən pişik və it tükünü göstərmək olar ki, bu hevanlarla təmas zamanı şikayətlər ortaya çıxır.Kif göbələklərinə allergiya da xəstələrdə tez-tez rast gəlinir və əsasən, nəmli mühitlərdə, çürümüş qidalarda daha çox olur. Bronxial astmanın simptomları Təkrarlanan ekspirator (nəfəsvermə) tipli təngənəfəslik , boğulma hissi, fitverici tənəffüs, döş qəfəsində sıxılma, çox zaman qeyri-produktiv öskürəklə müşayiət olunur.Öskürək produktiv olarsa, şəffaf lifli yapışqan bəlğəmli olur.Şikayətlər bəzən mövsimi xarakter daşıyır. Belə ki, fəsli tozlanan bitkilərin tozlarına allergiyası olanlarda yaz-payız aylarında kəskinləşmə müşayiət olunur. Şikayətlər, əsasən, gecələr - səhərə yaxın artır. Gecə öskürəkləri, əsasən, yatdıqdan bir-iki saat sonra olanlar bronxial astmanın əlamətləri kimi qiymətləndirilə bilər. Bronxial astmanın diaqnostikası Bronxial astmanın diaqnozu, əsasən, uşaqlarda xəstə ilə anamnez vasitəsi ile qoyulur. Çünki 6 yaşına qədər uşaqlarda spirometriya müayinəsini həyata keçirə bilmirlər. Lakin böyüklərdə spirometriya vasitəsi ilə diaqnozun təsdiqlənməsində böyük rolu vardır. Bronxların yüklənməsi spirometriyada dəyişiklik  aşkar edilmədikdə istifadə olunur. Belə ki, bronxların saya əzələlərinin yığılmasına birbaşa səbəb olan maddələrlə və tosqun hüceyrələri aktivləşdirən vasitə olmaqla, iki qrupa bölünür. Belə birbaşa və dolayı müayinələr tənəffüs yollarının hiperaktivliyinin yoxlanılmasında istifadə olunur.Qanda total igE, spesifik igE və dəri testləri allergik astmalarda allergenin təyini və imunoterapiya aparmaq üçün faydalıdır.Döş qəfəsinin rentgen müayinəsi digər ağırlaşmalarının diaqnostikası üçün vacibdir. Bronxial astmanın klinik təsnifatı Yüngül fasiləli; Yüngül davamlı; Orta davamlı; Ağır davamlı.  Bronxial astmanın müalicəsi Bronxial astmanın müalicəsi dərman dozası və sayı xəstəliyin mərhələlərinə görə verilir. Və bu zaman pilləli müalicə sxemindən istifadə olunur. Bronxial astmanın müalicə prinsipi iki yerə bölünür -  tutma zamanı aparılan müalicə və xəstəliyi nəzarətdə saxlayan müalicə. Xəstələr bəzən tutma zamanı olunan müalicədən sonra yaxşılaşma müşahidə edilən kimi dərman preparatlarının qəbulunu dayandırır, təkrar tutma baş verdikdə  yenidən müalicəyə başlayırlar. Lakin bilmək lazımdır ki, bronxial astmada saxlayıcı dərmanlar tutma olmadığı dövrdə də  həkim nəzarətində istifadə olunmalıdır ki, tutmalar yenidən baş verməsin. Çünkü  tez-tez təkrarlanan bronxoabstruksiyalar bronxların hipertrofiyasına və selik qişasının atrofiyasına səbəb olur. Buna görə də astmaya nəzarət, dərmanların xəstələr həkim təyinatı üzrə mütəmadi qəbul etməli və həkim kəsməyənədək dərman qəbulunu davam etməlidirlər. Əgər təyin olunan müalicə nəticəsi ən azı 3 ay ərzində müsbət qiymətləndirilirsə, növbəti pilləyə keçmək tövsiyə olunur. Bronxial astmanın profilaktikası Xəstələrin məlum allergeni təyin edilibsə, həmin allergenlə təmasdan uzaq durmaq lazımdır. Siqaret və digər zərərli vərdişlərdən çəkinmək lazımdır.Artıq çəki azaldılmalıdır, kimyəvi məhsullarla, toz, tüstü ilə əlaqəli peşələrdə işləmək məsləhət deyil.Xəstələr pikflometr vasitəsi ile ev şəraitində  PNVS (pik nəfəsvermə sürətini ) yoxlamalı və qeyd etməli, daha sonra həkim bunları dəyərləndirməlidir. Xəstə ildə iki dəfə həkim qəbulunda olmalı və mualicə müvafiq təyinatla davam etdirilməlidir.

Published: 19.07.2019

Spinner