Bel yırtığı ilə bağlı doğrü bilinən yanlışlar
 hekimtap.az

Bel yırtığı ilə bağlı doğrü bilinən yanlışlar

Yetişkin insanların 80%-i həyatlarında ən az bir dəfə bel ağrısından şikayətlənmişdir. Bel yırtığı adətən 30-60 yaş arası insanlarda sıx görülməsinə baxmayaraq hər yaşda da ortaya çıxa bilər. Bel yırtığı zamanı müşahidə olunan şikayətlər: - tək və ya hər iki ayağa vuran ağrılar - ayaqlarda keylik - hərəkət məhdudiyyəti - yerimə və oturmada çətinlik bel yırtığının əlamətləridir. Bel yırtığı irəliləyərsə iqtidarsızlıq, tez yorulma, sidik saxlaya bilməmək, yeriyə bilməmək kimi şikayətlər də əlavə olunur. Diaqnozu necə qoya bilərik? İndiki dövrün modern diaqnostika üsullarından olan MRT ilə bel yırtığının diaqnostikası asanlıqla qoyulur və dərəcəsi təyin edilir. Ancaq bel yırtığı diaqnostikasında qızıl standart kliniki müayinə və həkimin müşahidə etmək təcrübəsidir! Hər gün minlərlə xəstə bel yırtığı xəbərçisi ola biləcək bel və ya ayaq ağrıları şikayətləriylə həkimlərə müraciət etməkdədir. Dünyada olduğu kimi Azərbaycanda da bu cür şikayətlər yayılmış bir şəkildə insanların ailə və ictimai həyatlarını təsir edərkən, xəstəni bəzən həftələrcə yatağa bağlaya bilir. Fəqərələr arasındakı disklərin çölə doğru daşması və bu bölgədə olan sinirlərin və onurğa beyninin sıxışması ilə nüks edən bel yırtığı müalicələrində, doğru xəstələrə, doğru diaqnoz və düzgün müalicə tətbiq olunduğunda müvəffəqiyyətli nəticələr əldə edilə bilməkdədir. Lakin bel yırtığı zamanı xalq arasında sıx qarşılaşılan qulaqdan qulağa dolma məlumatlarla yanlış yönləndirmələr ola bilər. Həkimlə məsləhətləşmədən əldə edilən yanlış məlumat bədənə daimi ziyan gətirə bilər. Aşağıda bel yırtığı haqqında yanlış bilinənlər haqda məlumat verməyə çalışmışacam. 1. Fəqərəarasi disk yırtıgı LAZER lə əməliyyat olunurmu? Xeyr. Fəqərə arası dısk yırtığının cərrahiyyəsində muasir metodlardan esas mikrodiskektomiya və endoskopik diskekomiyadir. LAZERlə DİSK YIRTIĞININ CƏRRAHİYYƏSİ APARILMIR və nə Azərbaycanda nə də ki digər ölkələrdə icra olunmur. Bəzi "doktor"lar dəriyə qoyulan kosmetik tikişi xəstəyə lazer kimi təqdim edirlər. 2. Disk yırtığı əməliyyatı 15 dəqiqəlik əməliyyatdırmı? Xeyr. Bu deyim adətən xəstələrimizin bel yırtığının cərrahiyyəsidə istifadə edirlər. Qeyd edim ki, disk yırtığının cərrahiyyəsində 10-15 dəqiqə əməliyyatın tez və ya gec qurtarması əhəmiyyətli deyil. Önəmli olan disk kütləsinin tam təmizlənməsi və sinir kökcüyün tam sərbəstləşdirilməsidir. Ortalama bel nahiyyəsidə olan disk yırtığının cərrahiyyəsidəki vaxt 35 dəqiqədən 1 saat 10 dəqiqə arası olur. Bu vaxt çox ola bilir. ANCAQ DİSK YIRTIGININ XARİC EDİLMƏSİ 15 DƏQİQƏ OLMASI MÜMKÜN DEYİL. 3. Cərrahiyyə bel yırtığı və ya onurğa kirəcləşməsində son çarədir. Xeyr. Bilinənin əksinə, bəzi hallarda cərrahiyyə ilk seçim ola bilər. Xüsusilə uzun müddət davam edən şiddətli ağrılardan, ayaqlarda qüvvət itkisindən və sidik qaçırmaqdan şikayət edilirsə əməliyyata üstünlük verilir. 4. Bel yırtığı və kirəclənmə əməliyyatı çox riskli əməliyyatdır. Xeyr. İndiki dövrdə tətbiq olunan üsullarla risk faizi çox aşağa endirilib. Mikrodiskektomiya və mikrocərrahiyyə üsulları, yəni mikroskop istifadə edərək edilən əməliyyatlarda müvəffəqiyyət şansı 95% civarındadır. 5. Əməliyyatdan sonra xəstəliyin yenidən təkrarlanma faizi yüksəkdir. Xeyr. Əməliyyatdan sonra istirahət müddətinə əməl etdikdə, kilosu normal olduqda, vaxtaşırı məşqlər etdikdə, düzgün oturub qalxma üsullarına əməl etdiyi təqdirdə xəstələrdə xəstəliyin yenidən təkrarlanma faizi 5%-dən də az olur. Bel yırtığı onurğanın degenerativ bir xəstəliyidir. Bu səbəblə hansı üsulla müalicə olunursa olunsun risk faktorlarını azaldıb həyatını ona görə rejimə salmalıdır. 6. Bel yırtığından sonra xəstə iş həyatına davam edə bilər. Xeyr. Bel yırtığl əməliyyatından sonra xəstə müalicə müddətində əməl etməsi lazım olan həyat tərzini mənimsədiyi təqdirdə, təqribən 3-4 həftə içində işinin başına qayıda bilər və istədiyi qədər bu aktivliyi davam etdirə bilər. 7. Bel yırtığı əməliyyatı cinsi funksiyaya mənfi təsir göstərir. Xeyr. Bu əməliyyatların qəti sürətdə cinsi funksiyalara təsiri yoxdur. Ancaq gecikmiş və ayaqlarda iflic inkişaf etmiş xəstələrdə əməliyyatdan əvvəl ola bilən şikayətlər əməliyyatdan sonra tam düzəlməyə bilər. 8. Fiziki müalicə və məşqlər bel yırtığını tamamilə yox edə bilər. Xeyr. Fiziki müalicə və digər üsullar orijinal halını itirmiş toxumanı əvvəlki vəziyyətinə salmır. Bu tip müalicələrdə məqsəd əzələ və oynaqları qüvvətləndirib vücüd ağırlığını dağıtmaqdır. 9. Bel yırtığını masaj və bel çəkmə ilə yaxşılaşdırmaq mümkündür. Xeyr. Bu üsullar fiziki müalicə içində tərbiq olunan üsullardır. Ancaq bu xəstəyə görə fərqli tətbiq edilməsi və həkim nəzarəti altında edilməsi lazımdır. Kənarda sənədsiz insanlar tərəfindən edilən bu tip müalicə yüksək risk daşıyır. Yanlış tətbiq olunan bu tip müalicələr əlilliklədə nəticələnə bilər. 10. Onurğa problemi insanın kilolu və ya arıq olması ilə əlaqəlidir. Xeyr. Onurğa problemlərində kilo vacib rol oynayır. Ancaq əzələ gücü az və arıq olan insanlarda da onurğa problemi ortaya çıxa bilir. Boyun, kürək və bel əzələlərinin zəifliyi zamanı onurğanın sagittal balansı pozuldugundan vaxt keçdikcə onurğada yükün qeyri-bərabər paylanması nəticəsində fəqərəarası disklərdə degenerativ dəyişiklər əmələ gəlir ki, bu da boyun və bel ağrıların başlıca səbəblərindəndir. Dr.Behruz Eyvazov Neyrocərrah www.behruzeyvazov.com Tel: +994 50 466 36 46

Published: 25.09.2019

Bel ağrıların ən yayılmış səbəbləri
 hekimtap.az

Bel ağrıların ən yayılmış səbəbləri

Beliniz ağrıyırsa “mənə diqqət et, problemim var!” demək istəyir. Ancaq hər bel ağrısı bel yırtığı deyil.Cəmiyyətdə ən çox stress tipli bel ağrısı ilə qarşılaşırıq. Beyin stress zamanı bel və ya boyun əzələlərinə çoxlu siqnallar göndərir. Bu zaman əzələlər gərilir. Bu bölgələrdə sərtlik və ələ gələn yumrular meydana gəlir. Xəstə nevroloji olaraq rahat deyilsə, fiziki müalicə və ya əzələ yumşadıcı və ya isti müalicələr, məlhəmlərin istifadəsi effekt vermir. Yüngül antidepresant çox faydalıdır. Bundan əlavə əzələ yumşadıcılar və analgetik-antiinflamatuar preparatlar verilir. İkinci səbəb isə onurğaya düşən mexaniki yükün artmasıdır. Oturuş pozğunluğu, ağır qaldırma, gücə salmalar, kilo almalar, uzun müddət ayaqda qalma, uzun müddət ərzində oturmada bel ağrısı uzun müddətlidir. Soyuqdəymə, tənəffüs yolu infeksiyaları qısamüddətli ağrıya səbəb ola bilər. Çox az nisbətdə onurğa və ya onurğa beynində şiş, infeksiya (Brucella kimi onurğa infeksiyası və ya bədəndəki başqa bir orqan infeksiyası), skolioz (onurğa əyriliyi), onurğa oynaq xəstəliyi (sakroiletis və s), revmatizm və nadir hallarda onurğa beyini pərdəsinin içinə olan qanama (subaraxnoidal qanama) da ağrı yaradır və diaqnoz qoymaq çətinləşir. Qalan səbəblər isə onurğa dinamikasını pozan səbəblərdir. Yəni bel yırtığının başlanğıc mərhələdə bel ağrısı görülür və çox şiddətli olduğundan xəstə lazım olmadığı halda əməliyyatla ağrıdan xilas olmaq istəyir. Vaxt keçdikcə bel ağrısı azalır, amma bu dəfə ağrı qalça və ayaqlara enir. Bu qrupda ayağında qismən iflic olanlara əməliyyat məsləhətdir. Ancaq ayaq ağrısı bel ağrısından yüngül olduğundan xəstələr təəssüf ki, əməliyyata bu dövrdə laqeydlik edərlər. Bel ağrısı dar kanal, bel kirəcləşməsi, bel sürüşməsi zamanı müşahidə olunur. Ancaq bel ağrısı zamanı ayaq ağrısı və ya uyuşma, yerimə çətinliyi, ayaqlarda qüvvətsizlik əlamətləri müşahidə olunmursa əməliyyat ilk etapda düşünülməməlidir. Çünki tək başına əməliyyat bel ağrısını aradan qaldırmaz. Yaxşı bir əməliyyat olsa belə, xəstənin bel ağrısı tamamilə keçməsə, xəstə üçün əməliyyatın qiyməti qalmayacaqdır. Bel ağrısı üçün xəstə əməliyyat edilməsini istəsə belə həkim qəbul etməməlidir. Ya da beldə implant əməliyyatlarında (bel sürüşməsi və dar kanalda) bel ağrısının tamamilə keçəcəyi sözü xəstəyə verilməməli, əməliyyatı etmək istəməkdə əsl səbəbin “olanı” qorumaq, irəli ifliclərin qarşısını almaq və yeriyişi yaxşılaşdırmaq olduğu izah edilməlidir. Bəzi xəstələrdə nə qədər araşdırılsa da, bel ağrısının səbəbi tapılmır. Belə hallarda daban düşməsini araşdırmaq lazımdır. Beldə ağrı yaradan dabandakı ortopedik pozğunluqdur. Onurğadan əməliyyatından sonra ilk aylarda rahat olmuş, sonra isə beli ağrıyan xəstələr kilosuna diqqət etməlidirlər. Əməliyyat keçirmiş və yaxşılaşmaya çalışan bel bir kilo belə əlavə çəki qəbul etmir. Ağrı daha şiddətli şəkildə qayıdar. Buna görə də kilolu xəstələri əməliyyata sevinərək almırıq. Çünki əməliyyat əsnasında cərraha çətinlik yaratmalarından çox, əməliyyat sonrası onurğanın kiloya üsyan etməsi iki tərəfə də çətinlik yaradır. Dr.Behruz Eyvazov Neyrocərrah www.behruzeyvazov.com Tel: +994 50 466 36 46  

Published: 25.09.2019

Baş beyin şişinin ilkin əlamətləri
 hekimtap.az

Baş beyin şişinin ilkin əlamətləri

Hər bir beyin şişi xərçəng deyil! Beyin şişləri xoş xassəli və ya bəd xassəli ola bilər. Xoş xassəli beyin şişlərində xərçəng hüceyrələri yoxdur. Beyin şişlərinin müalicəsi (mümkün olduğu hallarda) cərrahiyyədir və xoş xassəli beyin şişləri tam çıxarıldıqdan sonra nadir hallarda təkrarlanır. Çox nadir hallarda xoş xassəli beyin şişləri zamanla bəd xassəli şişlərə çevrilə bilər. Bəd xassəli beyin şişlərində xərçəng hüceyrələri var. Malign beyin şişləri (bədxassəli) adətən daha təhlükəli olur və çox vaxt ciddi bir həyati təhlükədir. Bəd xassəli şişlər sürətlə inkişaf edir və ətraflarında sağlam toxumalara yayılırlar. Əgər bəd xassəli beyin şişləri çıxarıla bilən nahiyyələrdə olursa cərrahiyyə əməliyyatı icra olunur və əməliyyatdan sonra şüa və chemoterapiya aparılır. Bütün bu tədbirlərə baxmayaraq bedxasseli beyin şişləri yenidən inkişaf edirlər. Bədxassəli beyin şişlərində aparılan beyin əməliyyatlarının məqsədi pasientin keyfiyyətli həyatının uzaldılmasıdır.Bu səbəbdən beyin cərrahiyyəsində bədxassəli beyin şişlərində kobud əlilliyə səbəb olan radikallığa gedilmir. Beyin şişlərinin əlamətləri: - Səhər saatlarında baş ağrısı şiddətlənir. Şiddətlənmiş baş ağrısı ürək bulanma və qusma ilə müşayət olunur. Bir neçə saatdan sonra isə baş ağrıların azalması müşahidə olunur. Bu əlamətlər kəllə daxili təzyiqin artması hesabına baş verir və beyin şişlərin ilkin xəbərdaredici əlaməti ola bilir. - Ayaq üsdə durduqda və ya gəzinti zamanı müvazinətin pozulması. Gəzərkən hər hansi bir tərəfə sağa və ya sola bədənin çəkməsi. - Görmədə və danışmada pozğunluq şişin beyinin müvafiq nahiyyələrinə təzyiqi nəticəsində yaşanan problemlər. - Yaddaş problemləri. - Əzələlərdə səyirmə, gərilmə, spazmlar və ya qıcolmalar. - Qol və ayaqlarda uyuşma və qarışqa gəzmə hissi. - Beyin şişi böyüdükcə ətrafdakı toxumalara təzyiq edir və huşun dərinləşməsi ola bilir, daimi yuxululuq, halsızlıq müşahidə olunur. - Əzələlərdə yaşanan titrəmələr adətən qol və ayaqlarda görülür. Beyin şişlərinin diaqnostik üsulları: 1. Fiziki müayinə 2. Nevroloji Müayinə 3. Kompyuter tomoqrafiya (KT) 4. MRT 5. Angiografiya 6. Biopsiya Əgər yuxarıda qeyd etdiyimiz şikayətlər sizi narahat edirsə vaxtında həkim müayinəsindən keçməyiniz vacibdir! Hər vaxtında qoyulan diaqnoz həyat qurtarır! . Dr.Behruz Eyvazov Neyrocərrah www.behruzeyvazov.com Tel: +994 50 466 36 46 .  

Published: 25.09.2019

Turetta sindromu
 hekimtap.az

Turetta sindromu

Jilya  de  lya  Turetta  sindromu   ağır  xəstəlik  kimi Bu  simptomokompleks  polimorf xarakter daşıyan, mioklonusa oxşar hərəkətlərlə cərəyan edən, tədricən davranış pozğunluqlarının qoşulması ilə xarakterizə olunan ağır psixi pozuntudur.Xəstələr özlərindən asılı olmayaraq, qeyri-təbii səslər çıxarır, başqalarının sözlərini təkrar edir, öz nitqlərində çoxlu nalayiq sözlərdən və söyüşlərdən istifadə edirlər. Xəstəliyin ağırlığı onunla müəyyən olunur ki, bu vəziyyət məhz çoxlu miqdarda insan kütləsinin toplaşdığı yerlərdə baş verir. Məsələn, ictimai nəqliyyatda gedən insan qəflətən yanında dayanan başqa insanların öz aralarındakı söhbətlərin məzmunun söyüş sözlərlə qarışdırıb təkrar edirlər. Bu, xəstələrin özündən asılı olmayan bir vəziyyətdir. Onlar öz dedikləri sözlər üçün cavabdehlik daşımırlar və bu vəziyyət dərin psixi pozuntu əlaməti kimi xarakterizə edilir. Bütün bunlarla yanaşı xəstələrin mimiki üz əzələlərində, yuxarı ətraf qurşağı əzələlərində qeyri-iradi tiklər baş verir. Onlar başlarını qeyri-təbii şəkildə fırladır, tez-tez burunlarını çəkir, ağızlarını marçıldadır, öskürür, söyüş söyə-söyə ətrafdakıların üzünə tüpürür, sərt çiyin və əl hərəkətləri edirlər. Ətrafdakı insanlar bütün bunları ictimai-təhlükəli əməl hesab etsələr də, əslində bütün bunlar psixikanın bədənə diktə etdiyi zorakı hərəkətlərdir. Xəstələr bu vəziyyətdə heç bir kəsici alətlərdən, silahlardan istifadə etmirlər, başqalarına qarşı fiziki təcavüz faktları qeydə alınmır. Yalnız və yalnız onların dedikləri sözlərin məzmunu və bədən əzələlərinin tikləri qeyri-adi xarakter daşıyır, ətrafdakıları qıcıqlandırır və onlarda xəstə haqqında pis fikirlər yaradır. Belə simptomlar bir yerdə toplaşaraq koprolaliya ( söyüşlü danışıq ),exolaliya (başqalarının sözlərini təkrar etmək ), vokalizasiya ( qeyri-adi səslər çıxarmaq ), əzələ tikləri- bunlar hamısı bir yerdə məşhur fransız psixiatrının adı ilə Jilya de lya Turett sindromu adlanır.Xəstəliyin səbəbləri haqqında bir neçə versiya mövcuddur. Lakin dominant versiya orqanik xəstəliyin olması versiyasıdır. Ağır keçən doğuş, beynin hidrosefaliya ilə zədələnməsi, müxtəlif dövrlərdə keçirilən kəllə-beyin zədələnmələri, meningit, ensefalit, ağır cərəyan edən virus infeksiyaları (məs;qrip) bu xəstəliyin yaranmasına səbəb ola bilər. Neyrobioloqların fikrincə, beynin zolaqlı cismində yaranan patobioloji dəyişikliklər beyində purin, katexolamin, dofamin mübadiləsinin pozulmasına gəti- rib çıxarır və nəticədə bu sindrom onunla qohumluq təşkil edən Leş-Neyxen sindromu kimi illər ərzində çox ləng inkişaf edir. Bütün ruhi xəstəliklər kimi, bu xəstəlik də ən  çox cinsi yetkinlik dövründə özünü biruzə verir. İrsi  amillərin ( autoson-ressesiv mexanizmlər ), keçirilmiş vərəm xəstəliyinin çox böyük rolu vardır. Xəstəlik ilk dövrlərdə hipomaniakal oyanmalarla, şən əhvali-ruhiyyə ilə,ictimai təhlükəli əməllərlə başlaya bilir. Sonralar xəstələrdə yalnız tiklər, vokalizasiya, exolaliya və kaprolaliya qalır. Çox vaxt xəstələr bir neçə saat ərzində çox nalayiq söyüşlər söydükdən sonra rahatlaşırlar. Lakin bu söyüşləri onlar mütləq kütlə daxilində söyməlidirlər, təklikdə bu sindrom işləmir. Xəstəlik məhkəmə-psixiatrik və hərbi-psixiatrik ekspertiza baxımından böyük maraq kəsb edir. Diaqnostika və  müalicə həkim-psixiatr tərəfindən aparılır.

Published: 25.09.2019

Bel yırtığı
 hekimtap.az

Bel yırtığı

Bel yırtığı – fəqərə arası disk yırtığı Bel yırtığı beldəki fəqərələr arasinda yerləşən və bir növ amortizator kimi funksiyanı yerinə yetirən diskin degenerativ dəyişikliyi sonrası meydana gəlir. Fəqərə arası disk elastikliyə malik quruluşuyla onurğanın dayanıqlılığına, hərəkətliliyinə və yüklənmələrə qarşı davamlı olmasına, onurğaya təsir edən zərbə şəklindəki qüvvələrin dəf edilməsinə və qüvvətin ətraf toxumalara bərabər bir şəkildə ötürülməsinə xidmət edir.   Disklərin iç qismində pulpoz nüvə adlandırılan jeleyə bənzər yumuşaq bir sahə, bunun ətrafında daha sərt bir fibroz həlqə, fəqərələrə baxan səthlərdə isə hər iki tərəfdə hailin lövhələr adlandırılan qığırdaq toxuması vardır. Xaricdəki təbəqənin anatomik tamlığının pozulması nəticəsində içəridəki yumuşaq toxumanın xaricə doğru axmasına yırtıq deyilir. Bel yırıtıqları 4 mərhələdə formalaşır: bulging (qabarma), protruziya, ekstruziya və sekvestr yırtıqlaşan yəni xaricə doğru axan disk, daşma dərəcəsinə görə onurğa beyninin müvafiq sinirlərini sıxışdırır. Beləcə bel ağrısı ilə birlikdə sinir boyunca ayaqda ağrı, hissiyatın pozulması, ayaq zəifliyi kimi əlamətlər müşahidə olunur. Bundan başqa yırtıqlaşmış diskdən ifraz olunan bəzı kimyəvi maddələr də sinir köklərinə təsir edərək ağrıya səbəb olurlar. Orqanizm yaşlandıqca fəqərələr arasındakı disklər elastikliyini və zərbəni dəf edici özəlliklərini itirir və degenerativ disk xəstəliyi dediyimiz yaşlanmanın təbii bir nəticəsi olaraq ortaya çıxir.   Bel yırtığının əlamətləri   ⦁    Tək və ya hər iki aşağı ətrafa yayılan ağrılar ⦁    Bud və baldır əzələlərində olan ağrı ⦁    Ayaqlarda uyuşma, keylik, yandırma, göynəmə, soyuma hissiyyatı ⦁    Hərəkət məhdudluğu ⦁    Baldır əzələlərində qıcolma (kramp) ⦁    Antalgik pozisiya (ağrı ilə əlaqədar beldə əyrilik) ⦁    Yeriyən və oturan zaman ağrıların olması bel yırtğının ələmətləridir. Bel yırtığının pəncədə iflic, tez yorulma, sidik saxlaya bilməmək, yeriyə bilməmək kimi ağırlaşmaları meydana çıxa bilər.   Bel yırtığı diaqnozu necə qoyulur ? Bel yırtığı diaqnozu zamanı xəstənin şikayətləri və həkim tərəfindən icra olunan nevroloji müayinə çox vacibdir. Həkim baxışı sonrası lazım olarsa instrumental diaqnostik müayinələr (MRT, KT, EMQ və. s) tələb oluna bilər. Müasir diaqnostik metodlardan olan Maqnit Rezonans Tomoqrafiya (MRT) üsulu bel fəqərə arasi disk yirtıqlarının təyin edilməsində mühüm əhəmiyyətə malikdir. MRT vasitəsiylə onurğa beyni, sinir kokcükləri, fəqərələr, fəqərə arası disklər haqqında ətraflı informasiya almaq mümkündür. MRT müayinəsi zamani insan rentgen şüalanmasina məruz qalmaz. Bəzi xəstələr şüalanaram deyə əbəs yerə ehtiyyat edirlər. Buna görə qəti bir şəkildə MRT dən imtina etmək doğru deyildir. Bəzi hallarda bel nahiyyəsinin rentgen müayinəsində bel yırtığının olmasını, ölçülərini qeyd edirlər. Bu doğru deyil, çünki rentgenoqrafiya heç bir zaman disk yırtının varlığı haqqında dəqiq, bir başa məlumat verə bilməz. KT komputer tomoqrafiya onurğa sütunun sümük elementləri haqqinda daha informative məlumat very. Kanal darliği, bel sürüşməsi(listezis), kalsinatlaşmiş disk yirtıqları diaqnostik olaraq aşkarlana bilinir. Ancaq onurğa sütununda disk yirtiğınin təyin olunmasında MRT müayinəsi Komputer tomoqrafiyadan daha üstün müayinə hesab olunur. EMG (Sinir keçiriciliyinin təyin testi) də bəzi hallarda istifadə edilir. Bu müayinə vasitəsiylə sixilan sinir kökcüyünün ötürücülüyü təyin olunur. Ancaq bel yırtığının diaqnozunun və müalicə taktikasinin seçilməsində qızıl standart; həkimin kliniki müayinəsi və təcrübəsidir. Bel yırtığının müalicəsi Bel fəqərə arası disk yırtığının müalicəsi aşağıdakılardan ibarətdir: ⦁    Medikal (dərman) müalicəsi ⦁    Fizioterapiya ⦁    Epidural steroid inyeksiyası ⦁    Cərrahiyyə Dərman müalicəsi İlkin mərhələdə: Bel yırtığının müalicəsi yırtıqlaşmanın, yəni disk dediyimiz elastiki maddənin ayağa gedən sinirlərə etdiyi kompresiyyanın dərəcəsinə bağlıdır. Əgər sadəcə bel və ayaq ağrısı mövcuddursa, ancaq hər hansı bir keylik, ayaq zəifliyi,hərəkət məhdudluğu yoxdursa bu bel yırtığının başlanğıc mərhələsi deməkdir. Bu mərhələdə xəstəyə əzələ relaksasiya edici, qeyri-steroid iltihab ələyhinə dərmanlar verilir, qısa müddətli yataq istirahəti və belini narahat edə biləcək hərəkətlərdən uzaq olunmaması tövsiyyə olunur. Təbii ki, ağrısı olan xəstə ilk olaraq doğru mütəxəssisə müraciət etməlidir. Artıq həkim müayinə sonrası dərman müalicəsinin nə dərəcədə effektli ola biləcəyini, dərman müalicəsi ilə yanaşı fizioterapiyaya da ehtiyac olub olmadığı qərarı verilmiş olacaqdır. Ona görə bu tipli şikayəti olan insanların həkimsiz ağrıkəsici istifadəsi və ya qeyri tibbi olaraq bellərinin çəkdirilməsi və yaxud başqa tipli tibbi təsdiqi olmayan prosedurlarn icra olunması tövsiyyə olunmur. Çünki belə proseduralar insanlarin əlil olmasına gətirib çıxara bilər.   Neyrocərrah Əliosman Qədimbəyli Əlaqə telefonu: (055) 296 6668

Published: 20.09.2019

Diş kariyesi
 hekimtap.az

Diş kariyesi

Diş həkimin ziyarətinin ən çox  səbəblərindən biri diş çürükləridir, başqa söz ilə “kariyes “və onun ağırlaşmaları. Karies emalın parçalanması ilə başlayan, sərt toxumaların zədələnməsi ilə müşaiət olunan diş xəstəkiyidir. Heç bir tədbir görməyəndə və profilaktik tədbirlər etməyəndə  kariyes prosesi daha da yayılır.  Dişdə boşluqlar əmələ gəlir, bura müxtəlif fəsadlar da qoşula bilər.  Kariyesin mənfi bir gedişində hətta  dişin itkisi meydana gəlir. Diş çürüməsinə nə səbəb olur? Kariyesin səbəbi bakteriyaların dişin sərt toxumalarına dağıdıcı təsiridir.   Bir insanın ağzında çox sayda müxtəlif mikroorqanizmlər yaşayır; hərtərəfli fırçalandıqdan sonra 2-4 saat ərzində onların sayı 1 milyona çata bilər. Onlar emal səthə fəal şəkildə yapışırlar və diş çürüməsinə səbəb olurlar. Kariyesin əsas səbəbi streptokok Streptococcus mutans və Streptococcus sanguisdir.  Bundan əlavə, bakteriyaların aktivliyi və zərərli olması, bədənin müqavimətindən və meyllilik amillərin mövcudluğundan çox asılıdır. Bakteriyaların ən sürətli böyüməsi, onlar üçün əlverişli bir mühitdə meydana gəlir, bu da müxtəlif şərtlərdə yaranır.   Bunlara daxildir: • düzgün olmayan ağız gigiyenası, xüsusən nizamsız və ya kifayət qədər təsirli fırçalama; •yumşaq karbohidratlı qidaların çox olması və xam tərəvəzin olmaması ilə zəif qidalanma; •hipovitaminoz; •içməli suda müəyyən mineralların az miqdarı (flüor, fosfor və kalsium); •uşaqlıqda keçirilmiş raxit və ya vərəmlə əlaqəli olan dişlərin çıxmasının pozulması; •iminitetin  azalması; •mədə-bağırsaq traktının xəstəliklərinin olması.  Bu cür şərtlər emal tərkibinin dəyişməsinə, dişlərin  kifayət qədər təmizlənməməsinə və ağız boşluğunda bakteriyaların artmasına səbəb olur.   Kariyesin qarşısının alınması üçün bu  amillər aradan qaldırılmalıdır. Diş çürüməsini necə müəyyənləşdirmək olar ?   Bəzi hallarda  insanın özü dişlərin görünüşünün dəyişməsinə əsaslanaraq kariyesin olmasını muəyyən edə bilər.  Ancaq xəstəliyin etibarlı bir diaqnozu üçün stomatoloq  ilə məsləhətləşməyiniz lazımdır. Kariyesin diaqnostikası üçün 3 əsas metod istifadə olunur:  emalın vital boyanması, ultrabənövşəyi şüalanma testi və rentgenoqrafiya. Emalın boyanması kariyesin ilkin mərhələlərini təyin etməyə imkan verir, bunun üçün əvvəllər təmizlənmiş və qurudulmuş diş səthinə xüsusi bir boya tətbiq olunur.  Emalın zədələnən sahələri rəngini dəyişdirmir.  Bu cür pozuntular aşkar edilərsə, həkim səthi toxumaların quruluşunu bərpa etmək üçün remineralizasiya kursu təyin edə bilər.  Belə bir müayinə müntəzəm müayinələrdə kariyesin qarşısının alınması və erkən aşkarlanması üçün faydalıdır. Ultrabənövşəyi şualanmanın təsiri altında kariesin inkişaf sahələri, sağlam emaldan fərqli olaraq lyuministent bir parıltı yaymır. Kariesin mərhələləri.  Dişdə olan boşluğun dərinliyindən asılı olaraq kariesin inkişafı 3 mərhələ ayrılır: •ləkə və ya səthi kariyes xəstəliyin  ilkin mərhələsi,əvvəlcə ağ demineralizasiya ocağı əmələ gəlir, sonra zədələnmiş emal qaralır və kobudlaşır. • orta kariyes emalın altındakı dentin təbəqəsi zədələnir və karioz boşluq yaranır. •dərin kariyes iltihabın dentindən kənara çıxması və müxtəlif fəsadların inkişafı olan kariyesin forması. Kariyesun məhvedici dərəcəsi fərqli ola bilər.   Yetkinlərdə proses çox vaxt xroniki və ləng xarakter daşıyır. Uşaqlarda isə kariyes kəskin formada olur, bu da süd dişlərinin sürətli çürüməsinə səbəb olur. Kariyesin müalicəsi. Diş həkiminə mütəmadi ziyarətlə, diş çürükləri ilə zədələnmiş dişlər vaxtında aşkar olunur  və  kariyes fəsadlanmadan, diş sinirini çıxarılmadan  müalicəyə başlamaq olur, yəni  dişlər vital ( diri )saxlanılır.Həkim  prosesin şiddətini təyin edəndən sonra, zədələnmiş toxumaları təmizliyir  və lazımi müalicəni həyata keçirir – müalicəvi “yastıq” və estetik plomb ilə dişim formasını bərpa edir. Kariesin profilaktikası. •Dişlərinizi düzgün fırçalayın.Dişlər gündə iki dəfə fırçalanmalıdır, prosedur təxminən 2 dəqiqə çəkməlidir.  Daxili səthlərin, diş ətinin yaxınlığında, interdental boşluqların və dilin hərtərəfli təmizlənməsi diş kariesinin əsas səbəblərini aradan qaldırır.  Mexanik müntəzəm fırçalama diş çürüklərinin təsirli bir qarşısını alır.  Diş fırçası və diş pastasının düzgün seçimi bu prosesi daha da təsirli etməyə kömək edəcəkdir. •Ağız yaxalayıcılarından istifadə edin .Diş çürüməsinin qarşısını almaq üçün hər yeməkdən sonra ağzınızı yaxalamaq məsləhətdir.  Səhər və axşam diş fırçalamağı ağız yuyucusu istifadə edərək tamamlamaq lazımdır.  Ağız boşluğunun yaxalayıcılarının gündəlik istifadəsi  emalın möhkəmlənməsinə  kömək edir.  Diş çürüklərinin bu cür qarşısının alınması zərərli bakteriyaların riskini xeyli azalda bilər. •Fluorid çatışmazlığını bərpa edin .Bir çox bölgədə içməli suda kifayət qədər flüor yoxdur, bu da dişin emalına  qeyri-kafi təsir göstərir.  Bu  elementinin çatışmazlığını doldurmaq üçün içməli  suyun fluoridasiyası həyata keçirilir. Dişlərin müdafiyəsi üçün ftoe tərkibli  xüsusi duruladan istifadə etməli. Və əlavə olaraq menyuya daha çox dəniz məhsulları əlavə edə bilərsiniz; bu diş çürüklərinin təbii bir profilaktikasıdır. •Temperaturdan fərqli qidalar qəbul etməkdən çəkinin - Həddindən artıq soyuq, isti və ya ziddiyyətli qidaların istifadəsi emalın  vəziyyətinə mənfi təsir göstərir, bunun üzərində mikro çatlar əmələ gələ  bilər. Həmin çatlar isə  bakteriyaların qapısı olurlar. •Mütamadi həkim-stomatoloqun baxışı .Kariyesin qarşısının alınmasının vacib yollarından biri də diş həkimi ilə nəinki müxtəlif şikayətlər göründükdə məsləhətləşməlidir.  Bir mütəxəssis tərəfindən mütəmadi olaraq edilən müayinələr fəsadların qarşısını alır və erkən diş itkisinin qarşısını alır.  Emalın minerallaşdırılması və diş daşının meydana gəlməsi ilə müntəzəm peşəkar ağız gigiyenası aparmaq məsləhət görülür.  Yetkinlər altı ayda bir dəfə diş müayinəsindən keçməlidirlər.  Uşaqların isə hər 3 ayda bir həkimlə görüşməsi məsləhət görülür, çünki çürükləri ən qısa müddətdə təyin etmək lazımdır.

Published: 20.09.2019

3767
Boyun yırtığın cərrahiyəsi
 hekimtap.az

Boyun yırtığın cərrahiyəsi

Boyun yırtığının cərrahiyəsi Cərrahi müalicənin məqsədi, yırtılan qığırdağın onurğa beyni və sinir kökcüyünə olan sıxıcı təsirini aradan qaldırmaqdır. Beləcə xəstənin, ağrısının keçməsini, keylik, qüvvətsizlik kimi əlamətlərindən ən qısa zamanda xilas olmasına köməklik etmiş olmaqdır. Vaxtında olunan və təcrübəli əllərdə olunan bu tipli cərrahi müdaxilələr çox müsbət nəticələr verir. Bu gün üçün istifadı olunan ən müasir metod servikal mikrodiskektomiyadır. Bəzı xəstələrdə, mikrodiskektomiya ilə bərabər, çıxartılan qığırdağın yerinə vücutdan alınan bir sümük və ya sintetik protezlər istifadə olunur. Hansı xəstələr əməliyyat olumalıdır? ⦁    Onurğa beyninin kompressiyasına, sıxılmasına səbəb olan mərkəzi disk yırtığı; tam və ya qismi onurğa beyni zədələnməsi. ⦁    Artan və ya ani yaranan qüvvət itkisi ⦁    Onurğa beyni zədələnməsi ⦁    Dərman müalicəsinə davamlı, israrcı ağrı ⦁    Bir aydan çox konservativ dərman müalicəsinə baxmayaraq fayda görməyən xəstələr.   Qeyd: Sinir toxumasında uzun müddətli yaranmiş , yüksək dərəcəli zədələri,qalıq nevroliji defisitləri cerrahi müdaxiləylə düzəltilməz. Bu səbəblə uyuşma , hissəvi iflic kimi əlamətlər müşahidə olunduğunda erkən dövrlərdə icra olunan əməliyyatlar daha uğurlu olur. Boyun disk yırtıqlarının cərrahi taktikası Əməliyyat ümumi anesteziya ilə , boynun ön səthindən, əsasən sağ tərəfdən daxil olunur. Cərrahi sahəyə daxil olduqdan sonra, rentgenoskopiyanın nəzarətində disk yırtığı olan məsafə təyin olunur. Bu andan etibarən mikroskop vəya böyüdücü lupa istifadə edərək iki faqərə arasındaki qığırdağı təmizlənməya başlanılır. Ən sonunda, sinirə və ya haram iliyə kompressiya edən dis yırtığı götürülərək sinirlər təzyiqdən azad edilmiş olunur. Bundan sonra xaric edilmiş disk yatağindaki məsafəsinin hündürlüyün azalaraq koçməsiylə əlaqədar yarana biləcək sinir dəliklərindəki sinirlərin sıxışmasını aradan qaldırmaq və hündürlüyü bərpa etmək məqsədiylə sümük və ya protez greftlər disk yatağına yerləşdirilir. Yumuşak yırtıq dediyimiz və onurğada kirəclənmələrə yol açmamış boyun yırtığında bu müdaxilə gərəkli deyildir. Onurğada kirəclənməylə birlikdə müşahidə olunan boyun yırtıqlarında füzyon (sümük qaynaması) dediyimiz prosesin yaranması üçün protez yerləşdirilməsi lazımdır. Tərcih olunan və ən sıx istifadə olunan cərrahi texnikalar:   Sadə anterior (ön) diskektomiya (disk yırtığının xaric edilməsi): Boynun ön-yan bölgəsindən təqribən 3 cm lik bir kəsiklə servikal diskə ön səthdən ulaşılır və 2 fəqərə arasındaki sinirə təzyiq edərək sıxan disk yırtığı çıxarılır. Çıxarılan məsafəyə hər hansı bir materyal yerləşdirilməz, məsafə boş saxlanılır. Əməliyyat müddətinin qısalığı və füzyon (sümük qaynaması) olmadığından qonşu segment xəstəliyinin daha az görülməsi bu metodun üstünlüyüdür.. Ancaq kifoz (boyunda önə doğru əyilmə) yaranması və şiddətli boyun ağrılarına səbəb olma risqi vardır.   Diskektomiya və otogreft yerleşdirilməsi:(Cloward texnikası- Smith-Robinson texnikası). Xəstənin öz sümüyü (çanaq sümüyünün qanadından alınan sümük parçası,otogreft) 2 fəqərə arasından çıxarılan diskin yerinə qoyulur. Bu metodun üstünlüyü, füzyon nisbəti yüksəkliyi və infeksiya ehtimalının az olmasıdır. Ancaq, çatışmamazlığı, boyun yırtığı əməliyyatına əlavə olaraq xüsusiylə sağ qalça dış tərəfindan ikinci bir kəsiklə sümük alınması və əməliyyat sonrasında bu bölgədə hissedilen ağrıdır. Diskektomiya və allogreft yerleştirilməsi: Çıxarılan diskin yerine başqa bir insandan alınan və xüsusi üsullar ilə işlənən bir sümük (allogreft) yerləştirilir. Bu şəkildə digər əməliyyatdan fərqli olaraq çanaq nahiyyəsindən sümük götürülmədiyinə greft yerinə bağlı ağırlaşmalar olmaz. Ancaq sümük qaynaması daha uzun müddətdə olduğundan dolayı disk məsafəsinə qoyulan parça yerinden çıkaraq ön tərəfə yer dəyişdirib imənfi nəticələrə səbəb olabilir. Ayrıca virus infeksiyaları ola bilir.   Diskektomiya və keyc yerləşdirilməsi: Titanium və ya neft məhsullarından istehsal olunan tibbi qəfəslər (keyc) yerleşirilə bilinir. İçərisinə sümük material qoyulur ki, bu da sümük qaynamasını daha da sürətləndirir. Üzərlərindəki çıxıntılar sayəsində üst və alt fəqərəyə daha yaxşı pərçiləndiyindən qaynama müddəti tamamlanana qədər vaxt ərzində ön tərəfə doğru sürüşərək yer dəyiştirmı ehtimalı daha az izlənməkdədir. Ayrıca sərt maddə olduğuna görə greft çökməsi də olmaz. Ayrıca bəzi hallarda keyc yerləşdirildikdən sonra plak taxılmalıdır. Bu yöntəmdə qaynama daha yüksek nisbətdə müşahidə olunur. Greftin yer dəyiştirməsinin qarşısı alınmış olunur.Bu tipli əməliyyatın maddi məsrəfləri çoxdur.   Diskektomiya və disk protezi yerləşdirilməsi: Diskektomiya edildikdən sonra məsafəyə, oynaq hərəkətini qoruyan material yerləşdirilir. Qonşu segment xəstəliyinin qarşısı alınır və boyun ağrısı əməliyyat sonrası müddətdə daha az olmaqtadır. Digər yöntəmlərə göre çox bahalı bir protez istifadə olunmaqdadır. Kimlərə bu əməliyyat oluna bilinər? Qırx yaş altı, tək məsafəyə boyun yırtığı olan, aktiv olaraq işləyən, boynunda kirəclənməsi olmayan, onurğa beyni zədələnməsi olmayan xəstələrə uyğun olabilir. Ancaq ciddi bir çatışmamazlığı, hələlik yeni çıxan bir protez olmasıyla əlaqədar uzun müddət sonrası nəticələri bilinməməkdədir. Servikal (boyun) mikrodiskektomiyanın üstünlükləri: Mikroskopik üsulla boyun disk yırtıqlarının xaric edilməsinin özünə məxsus üstünlükləri var.   ⦁    Əməliyyata bağlı toxuma xəsarətinin,qan itkisinin və infeksiya riskinin ən az olması. ⦁    Mikroskop altında yırtılan qığırdağın tam olaraq çıxartılabilinməsi. ⦁    Əməliyyat sonrası ağrı və hərəkət məhdudiyyətinin olmaması. ⦁    Əməliyyat sonrası xəstə 3 saat sonra ayağa qaldırılır, akşamüstü və ya sabahısı evə göndərilir. ⦁    Xəstənin qısa müddətdə evinə və işinə dönə bilməsi. ⦁    1-3 həftə arası boyunluq taxmasının kifayət etməsi, ⦁    Qısa müddətdə (10 gün sonra) işinə dönəbilməsidir.   Neyrocərrah Əliosman Qədimbəyli Əlaqə telefonu: (055) 296 6668

Published: 20.09.2019

Boyun yırtığı nədir?
 hekimtap.az

Boyun yırtığı nədir?

Boyun yırtığı nədir? Fəqərələri bir birinə bağlayan disklər ,fəqərələr arasındaki bir yastıq ya da amortizator funksiyasını yerinə yetirərək, boynumuzun əyilməsini və döndürülməsini təmin edir. Disk ‘anulus fibrosus’ adı verilən sərt xarici təbəqədən ibarətdir. Yaşlanmayla bərabər diskin mərkəz elementi olan “pulpoz nüvə” su tərkibini itirməyə başlayabilir və diskin funksiyalarında pozulmaya yol açabilir. Disk mərkəz təbəqəsində pozulmalar olabiləcəyi kimi xarici təbəqədə də zədələnmə və yırtılmalar meydana gələbilir. Bu vəziyyətdə, diskin merkəzi elementi çöl təbəqədəki çatlaq yerlərdən sinirlər və onurğa beyninin keçdiyi kanalla doğru axmasına səbəb olabilir və hala servikal disk (boyun yırtğı, “qrija”) adı verilir.   Boyun yırtığının əlamətləri Boyun yırtığı iki fəqərə arasındakı qığırdağın degenerasiya sonrası sürüşərək onurğa beyninə və ya qola doğru gedən sinirləri sıxışdırması halıdır. Sıxışdırmanin kompressiya derecesi və müddəti artdıqca cıddı problemlər müşahidə olunmağa başlayır.Belə ki, aşağıdaki simptomlar özünü biruzə verir:   ⦁    Ənsədə ağrı, əzələlərdə spazm, boyun hərkətlərində məhdutluq ⦁    Ənsəden başa doğru yayıla bilən ağrı ⦁    Baş hərlənməsi, qulaqda səs -küy, göz qarşısında qara nöqtələrin uçuşması, bulantı, diqqət pozuntusu ⦁    Boyun və qol ağrısı ⦁    Kürək arasi və döş qəfəsinin önünə yayılan ağrı ⦁    Qol və/vəya əl əzələlərində güc və qüvvət itkisi (əl əzələlərində arıqlama,əlindən tez tez bir şeylər düşürmə, hərəki qavrama azalması) ⦁    Qollar və/vəya əllərdə uyuşma,keylik hissi (iynə batma,yandirma ,göynətmə, qarışqa gəzmə və.s tipli hissi pozuntular) ⦁    Ağrı adətən gecə yuxuda artmağa meyilli olur Sidik ifrazı funksiyalarının saxlamamazlıq və ya ləngimə tipli pozulması Ayaqlarda hissiyyatın pozulması Ayaqlarda qüvvətsizlik Ayaqlarda sərtlik və müvazinətsizlik ⦁    Yürümə çətinliyi   Kürək sümüyü alt nahiyyəsinə, öndə döş qəfəsinə vuran ağrılar ola biləcəyindən, insanlar ürək xəstəsi olduqlarını zənn edəbilirlər. Buna servikal anjina adı verilir və bu ağrı dil altı “nitroqliserin” qrupu ürək -qan damar tipli dərmanla əsla keçməz, infark və ya stenokardiya ilə bu şəkildə differensasiya edilirlər.   Boyun yırtıqların diaqnozunun qoyulması İlk növbədə yuxarıda qeyd olunan tipdə şikayəti olan xəstələr mütləq həkimə (nevropatoloq,neyrocərrah ) müraciət etməlidirlər. Həkiminiz sizə bəzi suallar verəcəkdir. Unutmayın ki, doktorunuza verəcəyiniz cavabları öncədən diqqətlə düşünməli və şəkildə ifadə etməlisiniz. Çünki, verəcəyiniz cavablar durumunuza uyğun ən doğru, dürüst diaqnozun qoyulmasında köməklik edəcəkdir. Doktorunuzun sizə bu sualları soruşması ehtimali yüksəkdir (diqqətlə oxuyun və bunları düşünərək durumunuzu təkrar gözdən keçirin) ⦁    Ağrınız nə zamandan etibarən var? ⦁    Ağrılar nədən sonra başlamışdır? ⦁    Ağrıyla yanaşı hansı şikayətlər var (qızdırma,üşütmə-titrətmə, arıqlama, udqunma problemləri və.s)? ⦁    Ağrılarınız boyunun hansı bölgəsində daha sıx görülür? ⦁    Ağrılarınız qola vurur mu (yayılır mı)? ⦁    Ağrılar sutkanin hansı vaxtı daha çox olur (səhər,günorta ,axşam, gecə yarısı, bütün günü) ? ⦁    Ağrı olarkən hansi pozisiyada ağrılarınız bir qədər rahatlayar (və ya artar)? ⦁    Daha öncə müalicə aldınızmı? ⦁    Əlinizdə və ya qolunuzda uyuşma,keylik var mı? ⦁    Uyuşma hansı barmaqlarda daha çoxdur? ⦁    Yürüyərkən və ya bir şeyi əlinizlə tutarkən əzələlərinizə tam hökm edəbilirsinizmi? ⦁    Sidik ifrazı pozuntusu varmi? Həkim nevroloji müayinə sonrası sizdən bəzi müayinələr istəyə bilər. Bunlar: ⦁    Qan və biokimyəvi laborator analizlər ⦁    Rentgen filmi ⦁    Komputer Tomografiya (KT) ⦁    Maqnit Rezonans Tomoqrafiya (MRT) ⦁    Elektomioqrafiya (EMG) Bunlardan “labarator ananizlər” qanınızla əlaqədar bəzi lazımlı məlumatların toplanması üçün vacibdir. Bəzı hallarda şəkər xəstəliyi, tiroid (qalxanabənzər) vəzin xərçəngi və ya udlaq,qırtlar kanseri boyun ağrılarına səbəb olabilməkdədir bu halda analizlər doktorunuza yol göstərəcəkdir. Rentgen filmi boynunuzla əlaqəli ümumi bir məlumat verə bilir. Belə ki;travmatik dəyişiklik,osteoxonroz,lordozun itməsi,disk məsafəsinin azalması,əməliyyat sonrasi keycin vəziyyəti haqqında və.s məlumat verəcəkdir.Ancaq disk yırtığı,onurğa beyni xəstəlikləri,iltihabi dəyişikliklər,şiş xəstəlikləri haqqda məlumat vermə qabiliyyəti azdır.Çunki boyun nahiyyəsində olan yumuşaq toxumalarin (disk ,sinir, haram ilik,damar və.s) görüntüləməsində rentgen acizdir. Ona görə dəqiq görüntü üçün KT və ya MRT şərtdir.   Komputer Tomoqrafiya (KT) onurğa kanalının,fəqərələrinin dəyərləndirilməsində istifadə olunur.Yumuşaq toxumalarinın dəyərləndirilməsində bir o qədər informativ deyildir.Stenozda onurğa kanalına kontrast maddə inyeksiya sonrasi myeloqrafik Kt icra oluna bilinir ki.bu daha çox informasiya verməyə yardım etmiş olur. Maqnit Rezonans Tomoqrafiya ( MRT) texnologiyanın son nemətlərindəndir. Bu cihazlar sayəsində sümüklərlə birlikdə yumuşaq toxuma rahatlıqla və ətraflı görülə bilməktədir. Disk yırtığı və onurğa beyni haqqinda tam məlumatin əldə edilməsi mümkündür. Belə ki MRT ni dısk yırtığının diaqnozunda əvvəzsiz əhəmiyyətə malikdir.MRT müayinəsi zamani xəstə heç bir şüalanmaya məruz qalmir.   Elektromiyografiya ( EMG ) əlinizdən və ya qolunuzdan keçen elektrik siqnallarını ölçülmə işidir. EMG (elektromiyografi) xalq arasındaki adıyla sinir ölçüm testi kimi tanınmaqdadır. Bu sayədə sinirlərdə nə qədər hissiyyat itkisi varsa onun təyinində mühüm əhəmiyyətə malikdir. Birdən çox boyun yırtığı olduğunda hansı yırtığın kliniki olaraq daha çox problem yaratdığını təyin etmədə,cərrahi göstərişin qoyulmasında , diaqnozun dəqiqləşdirilməsinə yardımcı olur. Eyni zamanda elektromyogram (EMG) boyun fəqərə arası disk yırtığı ilə əlaqədar olan radikülopatiya ( boyun köklerine bağlı rahatsızlık) ilə karpal (ulnar) tunel kimi qolda olan tuzak neyropatik sinir xəstəliklərinin birbirinden ayıraraq ,differensasiya olunmasında yardımcı olur.   Somatik Sensorial Oyandırılmış Potansiyal (SSEP), onurğa beyin içində siqnal ötürülməsini incələyən elektrik testleri olub, servikal myelopatiyası olan bəzi xəstələrdə icra olunur. Boyun yırtığına kimlər namizəddir? Duruş və oturuşuna diqqət etməyən hərkəs boyun narahatçılığı hiss edər. Boyun yırtığına potensial namizəd olan peşə sahibləri vardır. Onlar aşağıdakılardır: ⦁    Sürücülər ⦁    Müəllimlər ⦁    Sekretarlar (Katibələr) ⦁    Bilgisayar başında çalışanlar ⦁    Stol arxası iş çalışanlarlar ⦁    Telefon operatorlari ki, bəzən işin çoxluğuyla əlaqədar iki telefonu birdən idarə etməyə çalışarkən, telefonu başıyla çiyin arasında tutmaq için boynunu bükerlər ki, bu çox yanlış bir hərəkətdir ⦁    Kompressor kimi titrəşimli cihaz istafadə edərək vücudunu işlədən tikinti işçiləri ⦁    Boynu sağa sola, önə arxaya hərəkət ettirməyən olan peşə sahibləri ⦁    Aşırı stres içərsində işləyənlər    Neyrocərrah Əliosman Qədimbəyli Əlaqə telefonu: (055) 296 6668

Published: 20.09.2019

Spinner