Əl dərisinin FOTONA Lazerlə gəncləşməsi
 hekimtap.az

Əl dərisinin FOTONA Lazerlə gəncləşməsi

Əllərin  dərisi daima xoşagəlməz faktorların təsirinə məruz qalır. Ona görə də əl dərisinin  gəncləşməsi və əl dərisinin yaşlanmasının qarşısını almaq üçün profilaktik tədbirlərin görülməsi hər bir qadın üçün vacibdir.  Fotona lazer texnalogiyalarının köməyi ilə hiperpiqmentasiya, qırışlar, tonusun zəifləməsi, yaşlılıq ləkələri  kimi xoşagəlməz əlamıtləri aradan qaldırmaq və mükəmməl nəticələr almaq mümkündür.  Prosedurlar: 1. Fotona lazer yüngül cilalanma Dəri relyefini hamarlamaq, gəncləşmə, müdafiə qabiliyyətinin artması məqsədi ilə aparıllr. Dəri zədələnmir. Reabilitasiya dövrü yoxdur. Prosedurun davam etmə müddəti 10 dəqiqədir.  2.Əl dərisinin Frak 3 lazer cavanlaşması. Fotona lazerlə üçlü modelləşdirmə Frak3 dərinin 3D həcmində gəncləşmə proseduruduru olub dəri səthinin tamlığını pozmadan dəridə fraksional mikrozədələnmələr yaradan və yeni kollagen əmələ gəlməsini təmin edən prosedurdur.  Yeni kollagen yaranmasına xidmət edir. Lazer şüasının enerjisindən kollagen lifləri  bərkiyir, yeni kolkagen liflərinin yaranması üçün şərait yaranır. Dəridə görünə biləcək gəncləşmə və liftinq yaranır. Rabilitasiya dövrü yixdur. Prosedur il ərzində 4-6dəfə aparıllr.  Prosedurun davam etmə müddəti 30dəqiqədir.  3.Əl dərisinin Fotona lazer fraksional cavanlaşması .  Reabilitasiya dövrü çox qısa olur. Bu üsuldan dəridə ləkələr varsa, dəridə yaşlanma əlamətləri varsa istifadə olunur. Dərinin keyfiyyəti yaxşılaşır. Prosedurdan sonra yüngül qızartı və ödem olur. 3cü sutka yüngül qabıqlanna müşahidə olunur. 4-5ci günlər əl dərisi tam bərpa olunur. Prosedurun davam etmə müddəti anesteziya müddəti daxil olmaqla 45dəqiqədir.  4.Fotona Smooth hands. Fotona lazer ekspres cavanlaşma.  Reabilitasiya dövrü çox qısa olur. Güclü cavanlaşma effekri dərhal əmələ gəlir. Dəri tamlığı pozulmadan epidermis və dermanın səthi qatlarına təsir etmiş oluruq. Prosedurun davam etmə müddəti 10dəqiqədir.

Published: 06.11.2019

Kəskin xolesistit hekimtap.az

Kəskin xolesistit

Kəskin xolesistit nədir?  Xolesistit, yəni öd kisəsinin kəskin iltihabı ,öd daşı xəstəliyinin ən çox rast gəlinən fəsadlarındandır. Etiologiyasında öd daşlarının öd kisəsinin boynunda pərçim olunması mühim yer alır.  Kəskin xolesistitin simptomları: Xəstədə ürək bulanması, sağ qabırğaaltı nahiyyədə ağrıların olması, bədən hərarətinin artması kimi simptomlar baş verir. Ağrılar xüsusən yağlı yeməkdən sonra baş verir. Xəstəliyə daha çox qadınlar meyllidirlər, xüsusən hamiləlikdən sonra, bədən çəkisi artığı olan insanlarda. Kəskin xolesistitin diaqnostikası: Diaqnostikasında laborator müayinələr, USM, sarılığı olarsa MRT xolangioqrafiya mühim yer alır. Kəskin xolesistitin müalicəsi: Konservativ müalicə əsasən infeksiyaya qarşı yönəldilir.spazmolitiklər və antibiotiklər təyin olunur. Ümumiyyətlə kəslin kalkulyoz xolesistit zamanı müalicə konservativ üsullar ilə başlanılır.Bu zaman həm müalicə, həm də diaqnostik müayinələr aparılır.Öd kisəsinin iltihabının səbəbləri kalkulyoz olarsa, xəstəyə cərrahi əməliyyat təklif olunur. Əməliyyatlar həm təcili (peritoneal simptomları olarsa və ya konservativ müalicənin effekti olmazsa) həm də planlı şəkildə həyata keçirilir. Şəkərli diabet hallarında xəstəyə əməliyyatönü hazırlıqdan sonra, təxirəsalınmaz əməliyyat göstərişdir. Cərrahi əməliyyatlar: Müasir dövrdə kəskin kalkulyoz xolesistit zamanı Laparoskopik Xolesistektomiya əməliyyatı aparılır. Yəni öd kisəsi endoskopik üsul ilə xaric olunur.Laparoskopik xolesistektomiya əks göstəriş varsa- qarın boşluğunda bitişmələr, IV dərəcə piylənmə və  yanaşı gedən bir sıra xəstəliklər ( ÜİX, Keçirilmiş insultlar), mexaniki sarılıq- o zaman açıq üsul ilə xolesistektomiya icra edilir. Laparoskopik xolesistektomiyanın üstünlükləri: Əməliyyatın az travmatik olması, əməliyyat müddətinin 30-40 dəqiqə olması, kəsiklərin olmaması və buna görə əməliyyatdan sonrakı yırtıq əmələ gəlməməsi ehtimalı və xəstənin qısa müddətdə əmək qabiliyyətinin bərpa olunması.(3-4 saat sonra xəstə gəzir, səhəri gün evə yazılır və 4-5 gün sonra əmək fəaliyyətini dəvam edə bilər.) Öd daşı xəstəliyinin profilaktikası: Qeyd olunduğu kimi qadınlar kalkulyoz xolesistitə daha meyllidirlər, bu da əksər hallarda hamiləlik zamanı və sonra baş verir. Hamiləlik zamanı öd durğunluğu baş verir və bu da daşların əmələ gəlməsində mühim əhəmiyyət kəsb edir.Bunu nəzərə alaraq öd qovucular məsləhət olunur.( Bu şərtlə ki, USM zamanı öd kisəsində daşlar inkar olunmuş olsa). USM zamanı kalkulyoz təsdiq olunsa, öd qovucuların qəbulu əks göstərişdir.

Published: 05.11.2019

Piqment ləkələrinin lazerlə müalicəsi hekimtap.az

Piqment ləkələrinin lazerlə müalicəsi

Piqment ləkəlıri dəridə melanin piqmentinin artıq miqdarda toplanması nəticəsində əmələ gəlir. Piqment ləkələrinin ən çox  rast gəlinən səbəbləri dərinin yaşlanması, günəş şüalarının uzun müddət təsiri, solyaridə qaralma, hamiləlik, orqanizmin hormonal dəyişiklikləri, maddələr mübadiləsi pozgunluqları, müxtəlif xəstəliklər və s.  Lazer ağardıcı prosedurlarına göstərişlır: Piqmentləşmiş çapıqlar Çillər Yaşlılıqla əlaqədar piqment ləkələri  Seboreyalı keratoz Epidermal xallar Günəş ləkələri Travmatik piqmentasiya Piqment ləkələrindən azad olmanın bir sıra yolları vardır ku, bunlara da müxtəlif ağardıcı vasitələrin krem, losyin, maska şəklində istifadə olunması, kimyəvi pilinqlər, inyeksion üsullardan plazmaterapiya, mezoterapiya, mexaniki üsullardan dermobraziya, aparat kosmetologiyası üsullarından ultrasəs dalğalarının və ya ionafarez vasitəsilə ağardıcı maddələrin dərin qatlarına yeridilməsidir. Bu günkü gün üçün müxtəlif səbəbləri olan, müxtəlif dərinlikdə və ağırlıqda olan, müxtəlif ölçüdə olan piqment ləkələri ilə mübarizədə ən effektiv və üsul Fotona lazer texnologiyasıdır. Fotona Star Walker Sloveniyanın cihazıdır. Dünyada ilk dəfə olaraq bu aparatda pikosaniyə lazer nanosaniyə lazerin rekord eneryji impulsu ilə qibrid olunmuşdur və bu patent texnologiyadır.İlk dəfə olaraq bir aparatda piko-,nano-,mikro-və millisaniyə  diapazinlar istifadə olunmuşdur ki, bu da lazer şüasının toxumalara təsir edərək müxtəlif effektlərin alınması üçün vacibdir. Fotona Star Walker lazer piqment ağarması proseduru tez başa gələn, komfortlu, təhlükəsiz, effektiv üsul olub bütün digər müalicə üsullarından öndə durur.  Prosedurdan 1həftə sonra artıq piqment ləkəsinin rənginin açılmasını görürük.Hər bir pasient üçün müalucə proqramı individual seçilir. Fotona lazer piqment ləkəkərinin ağarması proseduru zamanı lazer şüası melanin hissəciklərinə təsir edərək , onları hər qatda növbə ilə parçalayır. Lazer şüasının təsirindən sonra dəridə yeni cavan hüceyrəkır yaranır ki, bunlar da lazımı miqdarda melanin toplayır və nıticədə müalucə olunmuş hissə daha açıq rənglə əvəz olunur. Prosedura anesteziya olunmadan aparılır və mənfi təsirləri yoxdur. 2həftə sonra müalicə olunmuş piqment xaric olur. Müalicə kursu individualdlr. Seans sayı adətən 3dən çox olur. Kurs müalicə 3-4həftəlik intervalla aparıllr. 

Published: 04.11.2019

Dərinin Lazer cilalanma proseduru hekimtap.az

Dərinin Lazer cilalanma proseduru

Lazer cilalanmanın köməyi ilə eyni vaxtda iki məsəlıni həll etmək olar. Köhnə deformasiyaya uğramış ,zədələnmiş toxumaların xaric edilməsi və yeni dərinin stimulyasiyası.  Lazer cilalanmaya göstərişlər: Dəri relyefinin nahamarlığı  Yaglı,məsaməli, kobud dəri Dəridə qırışlar Üz dərisinin rənginin solğun olması Qaz ayağı pəncəsi qırışları Üz ovalının nahamar olması Aknelərdən sonra qalan çapıq izləri Bu məqsədlərə çatmaq üçün ən yeni texnologiyalara malik lForona azer aparatında - Fotona lazer cilalanma proseduru aparılır. Məhz Fotina lazer aparatının köməyi ilə işıq dalğasının hansı dərinlikdə yerləşməsini kontrol edərək ,təhlükə riskini sıfra çatdırmaq olur.  Fotona lazer çilalanmanın köməyi ilə yaşlanma əlamətləri, dərinin nahamarlığı , dəridə olan törəməlırin təmizlənməsi kimi problemləri həll etmək mümkündür. Bundan əlavə Lazer cilalanma çapıq izlərinin , striyaların müalucəsundə də geniş tətbiq olunur.  Bu üsulla dəri cavanlaşması və liftinqi mümkündür. Lazer şüasının köməyi ilə epidermisin üst qat hüceyrələri əriyir. Toxumaların qızması nəticəsində dəri gəncləşməsi və liftinqi  əldə olunur.  Yeni kollagen və elastin lifləri sintez olunur. Nəticədə qırışlar hamarlanır, liftinq yaranır. Çapıqların xaric edilməsi.Lazer cilalanma zamanı üst qat toxumaları şüanın təsirindən əriyir. Nəticədə dəri hamarlanır. Çapıqlar görünməz olur.  Striyaların müalicəsində də çilalanma geniş tərbiq olunur.  Bərpa: Adətən tam sağalma üçün 7-14 gün vaxt lazımdır. Dəri qabıqla örtülür və bu qabıqlar 10-14 gün ərzində tökülür. Müalicə kursu -1seansdır

Published: 03.11.2019

Aknelərin müalicəsi hekimtap.az

Aknelərin müalicəsi

Aknelərin müalicəsi. Fotona lazer sterilizasiya proseduru.  Akne nədir?  Akne tük follikullarının və onunla yanaşı yerləşən piy vəzilərinin iltihablaşmasıdır. Aknelər yayılmış dəri xəstəliyi olub, adətən piy vəzilərinin çox toplandığı nahiyyələrdə əmələ gəlir. İlk növbədə üz, sinə və kürək nahiyyələri zədələnir. Adətən aknelər cinsi yetişkənlik və gənclik dövründə əmələ gəlir. Lakin bəzi hallarda yaşlı şəxslərdə də aknelərlə rastlaşa bilirik. Dəridə mövcud olan mikrobların (Propionibacterium acnes, Staphylococcus epidermidis ve Pityrosporum ovale) ifraz etdiyi bəzi maddələrin də prosesə qoşulması nəticəsində iltihab yaranır. Aknelər dəri yağlılığının artması, dəridə qara nöqtələrin əmələ gəlməsi, qırmızı irinli səpgilırin yaranması, çapıqlar və ləkələr əmələ gəlməsi ilə müşayət olunur. Aknelərin yaranma səbəbləri: Hormonal pozğunluqlar Steroid preparatların istifadəsi Qeyri düzgün qidalanma Avitaminoz Gigiyena qaydalarına riayət olunmaması İnfeksiya İrsi faktorlar İmunitetin zəifləməsi Daxili orqanların xəstəlikləri Stres hallarıı Aknelərin profilaktikası: Yağlı dəri üçün nəzərdə tutulmuş vasitələrlə dəri təmizlənməlidir. Dıri gündən qorunmalıdır. Kamedonları sıxmaq olmaz! Aknenin müalicəsi: Yüngül aknelər zamanı sadəcə təmizləyici məhsullar ve kremler kifayət edərkən, orta-ağır dərəcəli aknelər zamanı dərman istifadəsinə ehtiyac var.  Akenin müalicə zamanı : Komedolitiklər (azelaitlər, retinoidlər,benzıl peroksid, salisilil turşusu, ve s.) Antibiyotiklər (tetrasiklin, klindamisin, azitromisin, sulfanilamidlər və ya bunların kombinasiyaları. Bu dərmanlar həkim kosmetoloq və dermatoloq nəzarətində istifadə olunmalıdır. Fotona lazer sterilizasiya proseduru ilə aknelərin müalicəsi. Bu müalicə üsulu aknelərlə mübarizədə güclü kosmetoloji və müalicəvi effekt alınması üçun tətbiq olunan yeni lazer texnologiyasıdır.  Göstərişlər: aknelər, irinli səpgilər,aknelərdən sonra qalan capıq izləri, yaglı, məsaməli dəri, ləkələr. FOTONA lazer texnologiyası bu problemi həll edən yeganə güclü vasitədir. Güclü effekt hətda 1ci proseduradan sonra da görünür. Aknelerin lazerlə müalicəsi istənilən akne formasında effektivdir. Fotona texnologiya təkcə aktiv forma aknelerin müalicəsində deyil, həmçinin  aknelerin əmələ gəlməsinin profilaktikası və aknelərdən yaranmış capıqların müalicəsində geniş tətbiq olunur.  Bu zaman dəri zədələnmir. Aknelərdən sonra yaranmış çapıqlar hamarlanır, onlar yumşalır və elastikləşir, gözə görünməz olurlar. Prosedur dərinin yaglılıgını maksimum dərəcədə azaldır və mədaçələrin yıgılmasına səbəb olur. Bu kosmetologiyada yenilik və çox böyük uğurdur. Prosedur zamanı  lazer şüası dəriyə keçir, xəstəlik əmələ gətirən bakteriyaları məhv edir . Proses agrısızdır. Proseduradan sonra iltihab və qızartılar yox olmaga başlayır. Prosedur bütün fəsillərdə aparıla bilər. Müalicə həftədə 1-3 dəfə aparılır. Prosedur 15 dəq davam edir. Prosedurdan sonra qızartı və digər əlamətlər olmur, həkimin göstərişi ilə makiyaj istfadəsinə icazə verilir. Prosedur pasientlıri işdən və digər aktiv həyatdan məhtud etmir. Lazer şüası (Nd: YAG) bu xəstəliyi törədən Propionibacterium, Stafilacoccus epidermidis və s. mikroorqanizmləri  örtən qılafı, əridərək onları məhv edir və yaratdığı iltihabı, qızartını aradan götürür. Piy vəzilərinin sekresiyası azalır, piy vəzi axarlarının dəri səthindəki məsamələri daralır. Dəridə maddələr mübadiləsi bərpa olunur,  və ölmüş epidermis  hüceyrələrdən ibarət kirəcləşmiş  buynuz təbəqə təmizlənir. Nəticədə yeni, parlaq, səpkilərsiz, iltahabsız dəriyə malik olursuz.  Müalicə kursu 10 seansdan ibarətdir. 

Published: 03.11.2019

Botoks inyeksiyaları hekimtap.az

Botoks inyeksiyaları

Botulotoksin preparatları sinir əzələ ötürməsini blok edən dərman maddələridir. Onlar Clostridium botulinum bakteriyalarından alınır və tərkubi A tipli neyrotoksindən və başqa zülallardan ibarətdir.  Botulotoksin müalicəvi və kosmetoloji məqsədlərlə istifadə olunur. Kosmetologiyada mimiki qırışların hamarlanması məqsədi ilə, təbabətdə nevroliji xəstəliklərdə(uşaq beyin ifluci, əyriboyunluluq, insulrdan sonra) qolaltına, ovuc, pəncə,qasıq nahiyyəsinə artıq tərləməni müalicə məqsədi ilə istifadə olunur.  Botoks inyeksiyalarınln məqsədi əzələləri boşaldaraq mimik qırışların qarşısını almaqdır.  Botulotoksin tərkibli bir çox preparatlar vardlr. Məsələn: Botoks, Disport, BTXA, Botulax, Neyeanox, Kseomin və.s  Botulotoksin əzələ yığılmasını yaradan sinir impulslarını blok edir. Nəticədə əzələlər uzun müddət boşalmış vəziyyətdə qalırlar. Vaxt keçdikcə impuls bərpa olunur.  Preparat nazik iynə vasitəsi ilə qırış əmələ gətirən əzələyə vurulur.  Botulotoksin aşağıdakı qırışlara vurulur: Alın nahiyyəsi horizontal qırışlar Qaş arası vertikal qırışlar Göz ətrafında olan “qazayağı pəncəsi” qırışları İnyeksiyanın effekti 24-72 saat sonra əmələ gəlir.  Hiperhidrozun (artıq tərləmənin) müalucəsi zamanı botoks inyeksiyaları aşağıdakı nahiyyələrə vurulur.  Qolaltı nahiyyə Ovuclar Pəncələr Üz Qasıq nahiyyəsi Kürək  Maksimal effekt inyeksiyadan 2həftə sonra yaranır.  Prosedurun effekti mimiki əzələrin korreksiyası zamanı 4-6ay , hiperhidrozun müalicəsi zamanı 8-12ay davam edir.  Prosedur 10-30 dəqiqə davam edir. 

Published: 03.11.2019

Biorevitalizasiya hekimtap.az

Biorevitalizasiya

Müasir kosmetologiyada biorevitalizasiya cavanlaşdırıcı prosedurlar içərisində ən təhlükəsizidir.  Biorevitalizasiya nədir?  Dermanın səthi və dərin  qatlarını inyeksion və ya stimulyasiya edici faktorların təsiri ilə (çərəyan, ultrasəs, lazer, maqnit və s) zənginləşdirən bir üsuldur. Biorevitalizasiya etmək məqsədi ilə ən geniş yayılmış preparat tərkibində hialuron turşusu olan preparatlardır. Hialuron turşusu dərinin tıbii elementidir. Gənc yaşlarda o lazımı miqdarda sintez olunur. Yaşlandıqca isə vəziyyət dəyişir. İlk yaşlanma əlamətləri də hialuron turşusunun sintezinin azalması ilə bağlıdır. Bu müalucə üsulundan həm gənc, həm də yaşlı xanımlar istifadə edə bilər. Biorevitalizasiya müalicə kursundan sonra dərimuzin sağlamlığı artır və həmçinin qırışlar hamarlanır. Dəri daha təravətli, görünür və əsas məsələ nəmliliyi yüksəlir.  Biorevitalizasiyaya göstərişlər:  Nəmliliyi azalan quru dəri Yaşlanma və süstləşmə, solğunlaşma əlamətləri olan dəri Dəri elastikliyinin itməsi Gözaltı ödemlər, tünd kölgələr  Dəridə damar torunun olması. Kuperoz Genişlənmiş dəri  məsamələri Dəri səpgiləri, aknelər Çatlar, striyalar, çapıqlar Üz ovalının pozulması ,ptoz ,sallanma  Qırışlar Quruluq Üz rənginin bozarması Piqmentasiya  Biorevitalizasiya kurslarla aparılır. Adətən seanslar iki həftədən bir olur. Müalicə kursu adətən. 4 seansdan ibarətdir. Prosedurun davam etmə müddəti 45dəqiqədir. Adətən 30dəqiqə anesteziya və 15 dəqiqə  prosedurun icrasına sərf olunur.

Published: 03.11.2019

Qıcıqlanmış bağırsaq sindromu
 hekimtap.az

Qıcıqlanmış bağırsaq sindromu

Qıcaıqlanmış bağırsaq sindromu nədir? Qarında defekasiyadan sonra keçən ağrı və ya diskomfortla təzahür edən funksional pozğunluqların davamlı cəmidir. bu nəcisin tezliyinin və konsentrasiyasının dəyişilməsi ilə müşahidə edilir. Qıcaıqlanmış bağırsaq sindromunun simptomları: Qıcıqlanmış bağırsaq sindromundə bağırsaq funksiyasının pozğunluğunun ən azı iki davamlı simptomu birgə olur: -nəcisin ifrazı tezliyinin dəyişməsi -defekasiya aktının özünün dəyişkinliyi -nəcisin konsentrasiyasının dəyişkənliyi -selikli nəcisin ifraz olunması -meteorizm. Qıcıqlanmış bağırsaq sindromunun diaqnostikası: Bu pozğunluqlar son 12 ay ərzində, 12 həftədən az olmayaraq davam edərsə, qıcıqlanmış bağırsaq sindromu diaqnozu öz təsdiqini tapmış olur. Defekasiya aktının pozğunluqları arasında imperativ çağırışlara, tenezmlərə, bağırsağın tam boşalması hissinə, defekasiyadan əlavə gücənməyə böyük əhəmiyyət verilir. Patoloji prosesə başlıca olaraq yoğun bağırsaq cəlb olunur. Xəstəlik insanlar arasında geniş yayılmış xəstəliklərdəndir. Dünya statistikasının hesablamalarına görə dünya əhalisinin 20%-ə qədəri qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkir. Qadınlar kişilərə nisbətən 2-4 dəfə çox xəstələnirlər. Qıcaıqlanmış bağırsaq sindromunun əmələ gəlməsinin səbəbləri : 1.Xəstəliyin inkişafında şəxsiyyətin tipi böyük əhəmiyyətə malikdir. Pasiyentlər üçün isterik, aqressiv reaksiyalar, depressiya, asılılıq, kansentrofobiya, ipoxondrik təzahürlər xarakterikdir. 2.Bağırsaq funksiyasının tenzimində iştirak edən bioloji aktiv maddələrin (serotonin, histamin, bradsikinin, xolesistokinin, neyrotenzin, vazoaktiv intestinalpolipeptidlər, enkefalinlər və endorfinlər) tarazlığının pozulması əhəmiyyətli rol oynayır. 3.Xəstəliyin əmələ gəlməsində rejim və qidalanma xarakteri mühüm rol oynayır. Qeyri-müntəzəm qida qəbulu, rəfinə olunmuş qidaların  həddindən çox qəbulu bağırsağın mator-evakuator fuksiyasının, mikroflorasının dəyişməsinə, bağırsaqdaxili təzyiqin artmasına səbəb olur. 4.Qıcıqlanmış bağırsaq sindromunun inkişafında sonradan əmələ gələn bağırsaq disbakteriozunun yaranmasına səbəb olan keçirilmiş bağırsaq infeksiyaları da böyük əhəmiyyətə malikdir. Qıcıqlanmış bağırsaq sindromunun  şikayətləri: Qarında baş verən ağrılardan olur. Ağrılar küt, təzyiqedici gərilmədən tutmuş, dözülməz tutmaşəkilli ağrılara qədər ola bilir. Ağrılar qaraciyər və dalaq nahiyyəsinə irradiasiya edə bilirlər. Ağrının əmələ gəlməsi qidanın qəbulu, stress, fiziki gərginliklə bağlı olur. Xəstələrdə qəbizlik olur, xəstədə defekasiyaya çağırışlar saxlanılır, lakin bağırsağın tam boşalması hissi olması xəstəni tərk etmir. Meteorizm və qarının köpməsi disbakterioz nəticəsində bağırsaqlarda qıcqırma və çürümə prosesinin artmasına səbəb olur. Xəstəliyə diaqnoz qoymaq çətinlik törətmir. Qıcaıqlanmış bağırsaq sindromunun müalicəsi: Müalicə dərman preparatları və bəzi məhsulların qida rasionundan çıxarılmasından ibarətdir. Bu qidalara aşağıdakılar aiddir: - süd - qazlı içkilər - heyvani yağlar - kələm - paxlalılar - alkohol.

Published: 30.10.2019

Spinner