Implant diş hekimtap.az

Implant diş

İMPLANT DİŞ NƏDİR? Müasir dövrdə implantasiya itirilmiş dişləri bərpa etmək üçün ən mükəmməl bir üsuldur. İmplant çəkilmiş dişlərin yerinə, dişin funksiyasını yerinə yetirməsi üçün çənə sümüyünə yerləşdirilən süni diş köküdür. Bu dişlər estetik olaraq heç bir problem yaratmır. İmplantlar əksər hallarda titan elementindən hazırlanır. Bəzi növ implantlar da var ki onlar titan və zirkon elementlərinin qarışığından hazırlanır. Yalnız diş implantları, ətraf dişlərə zərər vermədən, kök də daxil olmaqla, dişin işləmə funksiyasını tamamilə bərpa etməyə imkan verir.  İMPLANTLAR TƏHLÜKƏSIZ VƏ UZUN ÖMÜRLÜDÜRMÜ? İmplantlar uzun ömürlüdürlər sümük toxumasında hər hansı bir problem yaratmırlar. İmplantın ömrü bir çox faktorlardan asılıdır: - Həkim sistemi yaxşi bilən təcrübəli cərrahlar tərəfindən qoyulmalıdır. - Keyfiyyətli implant markası istifadə edilməlidir. Satışda çox implant markaları var bunlar keyfiyyətinə görə bir birindən fərqlənir. - Pasient implanta təbii dişləri kimi baxmalı və implant üzərinə qoyulan diş fırçalanmalı. - Pasient ildə iki dəfə panorama rentgeni ilə müayinə edilməlidir. İMPLANT DİŞLƏRİN NÖVLƏRİ: İmplant dişlərin bir neçə növləri var, ancaq indiki vaxtda ən böyük üstünlük “vint” şəkilli olan implantlara verilir. İMPLANTLAR ÜÇÜN YAŞ MƏHDUDİYYƏTİ VARMI? Qadınlarda 16, kişilərdə isə 18 yaşdan sonra implant qoyulması məsləhət görülür. Bu isə sümük inkişafına bağlı olaraq müəyyənləşdirilib. İMPLANT DİŞLƏRİN MÜSBƏT TƏRƏFLƏRİ: 1.İmplant dişlər bərk (qatı) yeməkləri çeynəməyə imkan verir; 2.İmplantasiya diş ətləri üçün daha faydalıdır; 3.Diş boşluğundan yaranan çökmüş üz quruluşunun bərpası; 4.Gözəl və rahat şəkildə gülümsəmə hissi; 5.Daha gözəl estetik görünüş; 6.Süni diş implantasiyası üçün ətraf dişlərə zərər dəymir; 7.Diş implantları istənilən sayda diş ilə yerləşdirilə bilər.

Published: 11.11.2019

Fotona lazer gəncləşmə, üz gərilməsi və liftingi
 hekimtap.az

Fotona lazer gəncləşmə, üz gərilməsi və liftingi

Lazer cavanlaşma üz dərisinin gəncləşməsinin ən effektiv, təhlükəsiz və müasir metodu olub dünya kosmetologiyasında geniş tətbiq olunur. Fotona 3D, 4D, 5D, 6D, 7D, 8D, 9D üsulları tətbiq olunmaqla 3, 4, 5, 6, 7, 8, 9 üsulun eyni anda kombinasiyası tətbiq olunur. Hər pasient üçün həkim proqramı individual seçir. Bu zaman pasientin yaşı, dərinin turqoru, tonusu, elastikliyi, nəmliliyi, həssaslığı nəzərə alınır. Prosedurların tətbiqi zamanı ağız içi smooth, frak3, T9, Smooth face, Piano face, fraksional gəncləşmə, lazer pilinq, Smooth eye, Smooth lips kimi patent almış proqramlar tətbiq olunur. Bu texnologiyalar bir birinin təsirini daha da artırır və eyni vaxtda tətbiq olunması nəticənin daha mükəmməl olmasına zəmanət verir.  Fotona lazer gəncləşmə, üz gərilməsi və liftinqi nədir?  • Çoxlaylı lazer üz qaldırılması və liftinqi   • Üz toxumalarının enməsinin profilaktikasi   • Dırinin dərin derma qatlarına qədər gəncləşməsi  • “Burun dodaq üçbucağı” probleminin həlli  • Dəri relyefinin bərpası, xırda qırışların hamarlanması  • Volumizasiya, dolğu effektinin yaranması (təbii yolla)   • Üz ovalının bərpası  • Göz qapaqlarının liftinqi və göz ətrafı nahiyyədə bərpa, gəncləşmə və qırışların hamarlanması   • Dodaq nahiyyəsinin gəncləşməsi, təbii həcmin verilmısi, pilinqi, rəngin və dodaq konturunun bərpası.   • Buxaq probleminin həlli Prosedur zamanı lazer, üz toxumalarının qlobal yenidən qurulması məqsədi ilə dermanın bütün təbəqələrini və  həmçinin  yanaqların daxili səthini bütün qatlarda emal edir.Güclü istilik çox səviyyəli dəri cavanlaşmasına səbəb olur:  fibroblast hüceyrələri oyanır və aktivləşir, intensiv olaraq gənc kollagen istehsal edir, hialuron turşusu daha böyük həcmdə sintez olunur, qırışlar azalır və toxuma sıxlığı artır. Lazer cavanlaşma üzün orta və aşağı 1/3 hissələrində dəri sıxılmasına nail olmağa, dərinin daha dərin qatlarında yaşlanma əleyhinə proseslərə başlamağa, "məxmər" və baxımlı dərinin təsirini yaratmağa imkan verir. Fotona lazer gəncləşmə, çox qatlı üz gərilməsi və liftinqi proseduru dermanın dərin qatlarına qədər təsir edən prosedur olub kosmetologiyada bir inqilabdır. Fibroblastları aktivləşdirmək və ağız və yanaqlarda kollagen liflərini yeniləmək üçün yanaqların submukozal təbəqəsində Er Yag lazerdən istifadə olunur. Bu, qırışları hamarlaşdırmağa və üzün aşağı 1/3 hissəsindəki toxumaların həcmini artırmağa və üzün qalxmasına imkan verir. Dərin lazer cavanlaşdırma proseduru olan FRAC3 nəticəsində yeni bir kollagen dəri skeleti meydana gəlir, dərinin daha dərin qatlarında qocalma əleyhinə proseslər başlayır, xarici görünüşdə dəri elastikliyinin tonusunun və turgorunun artması, məsamələrin daralması, dəri toxumasının və rənginin bərpası, qırışların və dərinin hamarlanması prosesləri başlayır.  Lazer texnikalarının birləşməsi və bir birinin ardınca yerinə yetirilməsi görünən və qalıcı bir nəticə verir.  Prosedur zamanı kollagen skeleti yenidən qurulur, toxumaların həcmi doldurulur, üzün dərisinin tonu və turqoru bərpa olunur, elastikliyi artır, qırışlar yox olur, piqment ləkələri az nəzərə çarpır. Nəticə bir neçə gündən sonra nəzərə çarpır, maksimum təsir 2-4 həftədən sonra əldə edilir və 1,5 ilədək davam edir. Prosedur xüsusi  hazırlıq tələb etmir, anesteziya olmadan aparılır. Adi həyat tərzindən uzun bir ayrılma tələb etmir - bərpa müddəti əksər prosedurlarda yoxdur (3D,4D,5D) və yalnlz 6D zamanı 48 saatdır, 7D zamanı 3-4gündür. Mövsümi deyil və hiperpiqmentasiya riski olmadan il boyu həyata keçirilə bilər.(7D xaric)  Prosedurun davam etmə müddəti seçilın metodikadan asılı olaraq 1-2,5saat davam edə bilər.  

Published: 11.11.2019

Pielonefrit
 hekimtap.az

Pielonefrit

Pielonefrit böyrək ləyəni və kasacıqlarının, böyrək parenximasının, xüsusən ara toxumanın qeyri-spesifik iltihabi prosesidir. Xəstəliyə ən  çox uşaq yaşlarında təsadüf olunur. Yaşlılarda isə uşaq vaxtı sağalmamış piolelonefritin davamı müşahidə olunur. 40 yaşa qədər qadınlar daha tez xəstəliyə tutulur, bu da hamiləlik və aşağı sidik yollarının anatomik xüsusiyyətilə əlaqədardır, ahıl yaşlarda isə kişilər arasında xəstəliyin çox yayılmasını prostat vəzisinin adenoması nəticəsində baş verən sidik stazı ilə izah etmək olar. Pielonefrit ən çox təsadüf olunan böyrək xəstəliyi olub,Gedişinə görə, kəskin və xronik pielonefrit ayırd edilir. Kəskin pielonefrit böyrəklərdə gedən müxtəlif intensivlikdə irinli iltihabi prosesdir. Xronik pielonefrit süstgedişli, arabir kəskinləşmə verən, böyrək parenximasının və ləyən-kasacıq sisteminin bakterial iltihabi prosesi olub, böyrək toxumasının sklerozu ilə nəticələnir. Xronik pielonefrit kəskin pielonefritin xronik hala keçməsi nəticəsində və ya başlanğıcdan xronik proses kimi inkişaf edə bilər. Pielonefritin aqırlawması: Pielonefrit birincili, ağırlaşmamış və ya hematogen və ikincili, ağırlaşmış və ya obstruktiv olmaqla iki qrupa ayrılır. Mündəricat • 1Birincili pielonefrit • 2İkincili pielonefrit • 3Xronik pielonefrit • 4Kəskin pielonefrit • 5İstinadlar • 6Xarici keçidlər Birincili pielonefrit Birincili pielonefritdə xəstəliyin başlanğıcında böyrək və yuxarı sidik yollarında urodinamik dəyişiklik əsasən müşahidə olunmur, ikincili pielonefritdə isə əksinə, xəstəliyin əmələ gəlməsinin əsas şərtlərindən biri böyrək və yuxarı sidik yollarında urodinamikanın uzvi və funksional pozulmasıdır. Bunun müəyyənləşməsinin böyük klinik əhəmiyyəti vardır, çünki xəstəliyin gedişi, müalicə üsulları və proqnozu bir-birindən fərqlənir. İkincili pielonefrit İkincili pielonefritin baş verməsində yuxarı sidik yollarında urodinamık pozğunluqlarla yanaşı, böyrək, qan və limfa dövranı pozğunluqları böyük rol oynayır. Sidik kisəsi-sidik axarı-böyrək reflyuksu və s. böyük rol oynayır. Çox zaman böyrək daşı xəstəliyi zamanı aşkar edilmiş pielonefriti ikincili pielonefrit qrupuna aid edirlər. Lakin müəyyən olunmuşdur ki bu xəstələrin 1/3 hissəsində əvvəl pielonefrit, sonra isə böyrək daşı müşahidə olunur. Pielonefritin baş verməsinin əsas şərtlərindən biri orqanizmin ümumi vəziyyəti və müəyyən yerli (mikroflora) faktorların olmasıdır, çünki hələ mikroorqanizmlərin böyrəyin interstisial toxumasına keçməsi heç də həmişə xəstəliklə nəticələnmir. Orqanizmin immun proseslərinin zəifləməsi xəstəliyin baş verməsində əsas şərtlərdən biridir. Həmçinin yorğunluq nəticəsində orqanizmin infeksiyaya qarşı müqavimətinin zəifləməsi, keçirilmiş xəstəliklər, hipovitaminoz pielonefritin inkişafına şərait yaradır. Xronik pielonefrit Xronik pielonefritdə iltihab nəticəsində dəyişmiş nahiyələr sağlam böyrək toxuması ilə növbələşir. Ona görə də böyrəklərdə proses asimmetrik gedir. Histoloji olaraq, xronik pielonefritin 4 mərhələsi aşkar edilir. 1-ci mərhələdə ara toxumanın leykositar infiltrasiyası, yığıcı kanalcıqların atrofiyası baş verir. 2-ci mərhələdə yumaqcıqların hialinozu, kanalcıqların atrofiyası, çapıq toxumanın inkişafı aşkar edilir. 3-cü mərhələdə yumaqcıqların məhv olması ilə yanaşı kanalcıq epitelinin az diferensiasiya etməsi və mənfəzi kolloid kütlə ilə dolması aşkar olunur. 4-cü mərhələdə böyrəyin qabıq maddəsi azalır, böyrəklərdə birləşdirici toxuma inkişaf edir, ikincili büzüşmüş böyrək müşahidə olunur. Kəskin pielonefrit Kəskin pielonefritin klinik mənzərəsi ağır intoksikasi ya ilə gedən ümumi ağır infeksion prosesin və yerli əlamətlərin birgə təzahurundən ibarətdir. Xəstəlik kəskin başlayır, yüksək temperatur, üşütmə  və həddən artiq tərləmə çox vaxt bel nahiyəsində ağrılar olur. Pielonefritin diaqnozu kliniki, laborotor və instrumental müayinələrlə aparılır. Pielonefritin müalicəsi medikamentoz yolla aparılır. Nəticəsi Kəskin vəziyyətdə 100 faiz sağalma, xroniki vəziyyətdə kəskinləşmə vaxtı uzun müddətli yaxşılaşma

Published: 10.11.2019

Göbək yırtığı
 hekimtap.az

Göbək yırtığı

Göbək yırtığı qarın əzələlərinin və birləşdirici toxumanın qüsurdur ki, bunlar ya anadan gəlmə göbək ətrafında düzgün şəkildə birləşmirlər yada sonradan siqaret çəkilməsi , öskürək, qəbizlik, mütamadi ağırlıq qaldırma, piylənmə, qarın boşluğunda çox miqdarda sərbəst maye olması( qaraciyər sirrozu xəstələrində), hamiləlik kimi səbəblərlə qarın boşluğu daxili təyziqin artması nəticəsində qazanılmış ola bilər.  Bu zaman göbək nahiyyəsində şişlik müşahidə edilir. Şişkinliyin ölçüsü xəstə uzandıqda kiçilir, ayağa alxdıqda (uşaqlar ağladıqda) böyüyür. Əllə toxunduqda bəzən içində maye, bəzən qaz curultusu, bəzən yumşaq, bəzəndə çox sərt olduğu hiss edillə bilər. Şişkinliyin səbəbi əzələ və birləşdirici toxumada olan qüsurun böyüyərək dəlik şəklini alması və bu dəlikdən piy və bağırsaqların keçərək dəri altında kisə formasını almasındadır. Yırtıq ilkin dövrlərdə üzərin təyziq edilərkən geriyə qayıdır, və kiçilir. Bu mərhələdə xəstələrin şikayyəti sadəcə şişkinlikdən olur.  Əgər xəstə əməliyyat olunmazsa zaman keçdikcə şişkinlik nahiyyəsində ağrılar olur. Bu ağrılar yırtıq kisəsi ilə yıtıq möhtəviyatı arasında iltihabi proses nəticəsində meydana gələn bitişmələrlə əlaqədardır. Əməliyyat olunmayan xəstələrdə proses daha da dərinləşərək yırtığın boğulmasına səbəb olur. Yırtığın boğulması zamanı yırtıq möhtəviyyatı bağırsaq olarsa, bir müddət sonra boğulmuş bağırsaq qanqrena olaraq deşilir və irinləməyə səbəb olur. Bu mərhələdə də əməliyyat olmayan xəstə ölümə məhkum edildi. Bəs göbək yırtığı olduqda nə etməli?  Göbək yıtığı və digər yırtıqlar həkim tərəfindən müayinə olunaraq yırtığın hansı mərhələdə olduğu təyin edilməlidir.  Uşaqlarda bitişmə və boğulma yoxdursa 5 yaşına qədər  yırtıq defekti öz özünə sağala bilər.  5 yaşına qədər düzəlməyən yırtıqların müaslicəsi cərrahi üsulla edilir. Yetkin xəstələrdə şikayət verməyən çox kiçik yırtıqlar mütamadi izlənilir, əgər yırtığın ölçüsü artar və ağrı meydana gələrsə bu yırtıq mütləq cərrahi olaraq bərpa ediməlidir. Cərrahi bərpa açıq və qapalı üsulla edilə bilər. Yırtığın  bərpası üçün nəzərdə tutulan xüsusi yamaq materiallları var. Bu tor şəklinədə olub xüsusi  materialdan hazırlanır. Süni  və ya heyvan toxumasından hazırlanan yamaq materialları olur. Yamaq materiallarının istifadəsi yırtığın təkrarlanmasının qarşısını alır. Bütün bunları nəzərə alaraq yırtıq xəstələrinə mütləq həkim nəzarətində olmaqları tövsiyyə edilir. Sağlam olun Opr. Dr. Bəhruz Səlimov  

Published: 09.11.2019

Karies
 hekimtap.az

Karies

Karies nədir? Diş həkiminə ən çox müraciət etmə səbəblərindən biri də dişlərin kariesindən bağlıdır. Karies – sərt toxumaların zədələnməsidir. Diş emalının məhv olunmasından başlayır. Əgər siz heç bir tədbir görməsəz karies daha da dərinə yayılır. Dişdə boşluqlar yaranır. Pis tədbirdə dişi itirmər olar. Kariesin yaranması: Kariesin yaranma səbəbi bakteriyaların diş emalına təsirindən başlayır. İnsan ağzında çox miqdarda bakteriya mövcuddur. Diş təmizləməsindən 2-4 saat sonra belə bakteriaların sayı bir milliona çata bilər. Bakterialar diş səttinə yapışır, emala təsir görsədir və bunun nəticəsində karies yaranır. Kariesin əsas səbəbi streptokok Streptococcus Mutans və Streptococcus Sangiusdur.  Bakterialrın sürətli çoxalması onlar üçün əlverişli mühitdə müydana gəlir, bu da müxtəlif şərtlərlə yaranır. Onlar aşağıdakılardı: Ağız boşlugunun səhv qiqiyenası, xüsusən nizamsız və ya effektsiz diş fırçalama. Karbohidratlı qidalardan çox qidalanma və tərəvəzin rasionda az olması. Hipovitaminoz. İçməli suda müəyyən mineraların az olması (ftor, fosfor, kalsium) İmmunitetin zıifləməsi. Mədə-bağırsaq traktınında xəstəliklərin olması. Kariesin ilkin əlamətləri meydana çıxan kimi stomatoloqa müraciət edin. Beləki karies dişin kənar tərəfində də meydana çıxa bilər. Stomatoloq kariesin dərəcəsini müəyyən edəcək və müvafiq müalicə metodu seçəcək. Müalicə nə qədər tez başlansa bir o qədər yaxşıdır. Ləkə mərhələsində remineralizasiya aparmaq( xüsusi məhlul vasitəsi ilə )kifayətdir. Səthi , orta və dərin karies zamanı karioz boşluq xüsusi plomblama ilə işlənilməlidir. Daha dərin karies zamanı tərkibində kalsium hidro oksid olan dərman bezlərindən istifadə olunur ki, bu da dişin sinirini qoruyan 2- ci dentinin əmələ gəlməsinə səbəb olur . Profilaktika. Profilaktika ağız boşluğuna düzgün gigiyenik qulluqdan, düzgün qidalanmadan və müntəzəm olaraq stomatoloqa müraciət etməkdən ibarətdir. Ağız boşluğunda gigiyena gündə 2 dəfə ( səhər və axşam yeməyindən sonra ) 3-5 dəq dişlərin təmizlənməsi, sonra yaxalanmasında ibarətdir. Bundan əlavə ildə 2 dəfə stomatoloqa müraciət edib dişləri peşəkarcasına təmizlətmək lazımdır.

Published: 08.11.2019

5 D Cavanlaşdırma proseduru
 hekimtap.az

5 D Cavanlaşdırma proseduru

5 D cavanlaşdırma proseduru nədir? Üz dərisi cavanlaşdırılmasının ən müasir üsullarından biri də - 5 D cavanlaşdırmadır. Bu prosedurun digər cavanlaşdırma üsullarından fərqi və üstünlüyü odur ki, bu zaman göz qapaqları və gözətrafı hissələr də daxil olmaqla, üzün bütün nahiyələrinə kompleks lazer təsiri göstərilir. 5 D cavanlaşdırma prosedurunun nəticələri: - Konturların formalaşması; - Üz ovalı və göz qapaqları dərisinin liftinqi; - Xırda qırışların hamarlanması; - Dərinin keyfiyyəti və tonusunun yaxşılaşması; - Məsamələrin daralması; - Piqmentasiyanın azalması; - Hamar və parlaq dəri; 5D cavanlaşdırma proseduru necə həyata keçirilir? Həkim müxtəlif uzunluqlu lazer şuası ilə üzün və göz qapaqlarının bütün nahiyələrinə dəri ve selikli qişa tərəfindən təsir edir. Bu zaman göz qapağı, buxaq, yanaqlarda piy təbəqəsi azalır, üzün dərin qatlarında kollagen əmələ gəlir, burun- dodaq büküşü hamarlanır, mimiki qırışlar azalır, üz dərisi dartılır.  Siz  cəmi 1-1.5 saat davam edən bir seansa əhəmiyyətli nəticə əldə edəcəksiniz. Bir prosedir fasiləsiz, ard-arda beş mərhələli prosesdən ibarətdir. Effekt iki həftə ərzində yaranır və bir neçə ay tam şəkildə təzahür edir. 1-ci mərhələ - fraksion erbi lazeri vasitəsilə burun- dodaq zonası və yanağın içəridən işlənilməsi; 2-ci mərhələ - fraksion erbi lazeri vasitəsilə göz qapaqlarının içəridən işlənilməsi; 3-cü mərhələ - neod qeyri-fraksion lazerlə üzün  və göz qapaqları dərisinin işlənilməsi; 4-cü mərhələ - neod fraksion lazer şuası ilə dermanın  səthi və orta qatlarının işlənilməsi; 5-ci mərhələ - dəri səthini erbi fraksion lazer vasitəsilə cilalanması. 5D lazer cavanlaşdırılmasının üstünlükləri 5 D lazer cavanlaşdırılmasının bir sıra üstünlükləri var. Onlara aşağıdakıları aid etmək olar:  Ağrısız olması: lazerin təsiri ağrısızdır, selikli qişa zədələnmir, gözlərə, diş və damağa təsir etmir. Effektivlik: nəticə dərhal görünür! Dərinin tonus və rəngi bərpa olunur, dəri hamarlaşır, mat və incə olur. Bərpa dövrünün qısa olması: prosedurun səhəri günü adəti kosmetoloji vasitələrdən istifadə etmək, işə cıxmaq olar. Nəticənin davamlı olması: maxsimal effekt 2-4 həftəyə özünü büruzə verir və nəticə 1,5 ilə qədər  saxlanılır. Proseduru yay aylarında da həyata  keçirmək mümkümdür, beləki, hiperpiqmentasiya riski yoxdur. 5 D cavanlaşdırma prosedurunda FOTONA lazer aparatının istifadəsi FOTONA - 5 D cavanlaşdırma prosedurunda geniş istifadə olunan yüksək texnoloji xüsusiyyətlərə malik, effektiv və təhlükəsiz lazer aparatıdır.  FOTONA şirkətinin unikal fraksion  lazeri öz imkanlarına görə bütün digər fraksion lazerləri geridə qoyur.  Turbo rejimində fraksion lazer dərinliyi 5 mk-dən 5 mm-dək olan ideal slindrik fraksion kolonlar yarada bilir. FOTONA lazer aparatı SmoothEye adlanan daha bir unikal texnologiyaya malikdir. Onun vasitəsilə göz qapağı dərisinin rekonstruksiyası və paroorbital nahiyənin cavanlaşdırılmasını həyata keçirmək mümkündür.  SmoothEye texnologiyasının üstünlükləri: • Bir prosedur çərçivəsində patentləşmiş lazer metodikalarının kombinasiyası; • Yerli anesteziya; • Reabilitasiya periodu -3 gün; • Mövsüm məhdudiyyəti yoxdur; • Analoqu olmayan anti-aging terapiyası.  Qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunan prosedurları yalnız FOTONA cihazında yerinə yetirmək mümkündür və bu, yeganə avadanlıqdır ki, bütün sadalanan funksiyaları protokollaşdırıb.  FOTONA estetik tibb lazerlərinə cidd keyfiyyət nəzarəti onu rəqiblərindən daha üstün və etibarlı edir.   

Published: 07.11.2019

Çapıqların lazer vasitəsilə aradan qaldırılması hekimtap.az

Çapıqların lazer vasitəsilə aradan qaldırılması

Çapıqlar haqqında umumi məlumat İnsanların zahiri görünüşündə yaranan çapıqlar diskomforta və komplekslərə səbəb olan ən ciddi kosmetik problemlərdən biridir.  Çapıqlar görünüş və rənginə görə müxtəlif olur. Məsələn, görünməz dərəcədə və ya çox qabarıq, enli və ya batıq, qırmızı və ya avazımış rəngdə və s.  Çapıqlar bir birilərindən, həmçinin ətrafda yerləşən sağlam toxumaların teksturası, yerləşmə nahiyəsinə görə də fərqlənirlər. Çapıqların zahiri görünüşünə bir sıra faktorlar təsir göstərə bilər: -dərinin qalınlığı və rəngi; -çapığın dərinliyi və ölçüsü; -çapıq nahiyəsindəki qan dövranı; -mapığın istiqaməti; -yaş həddi; -genetika; -cins və s. Çapıqları ciddi problemə çevirən məqam onların elastik olmaması, eləcə də tər və piy vəzilərinə malik olmamasıdır.  Məhz elə bu səbəbdən çapıqlar formalışdıqdan sonra dəridə ömürlük iz buraxır.      Çapıqları aradan qaldırmaq üçün ən müasir və effektiv üsul - lazer aparatının tətbiqidir. Bu baxımdan FOTONA cihazının imkanları çox geniş və əvəzolunmazdır.  Onun vasitəsilə lazer dəridə kollagen istehsalı stimullaşdırılır və bunun sayəsində çapığın içərisi yeni kollagenlə “dolur”, zədələnmiş yerdə dərinin elastikliyi artır. FOTONA-nın fraksion lazeri dəridə minlərlə perpendikulyar formalı mikrosütunlar yaradır, onlar bərpa olduqca, ətrafdakı toxumaları özlərinə tərəf çəkir, nəticədə yeni hüceyrə sütuncuqları formalaşır - çapıq korreksiya olunur.    Bu qayda ilə həm batıq, həm də qabarıq çapıqları aradan qaldıraraq, dərini hamarlaşdırmaq mümkündür.  Bundan əlavə, FOTONA-nın köməkliyi ilə dərinin melanin piqmentinə və kiçik qan damarlarındakı hemoqlobinə lazer təsiri göstərmək olur. Beləliklə, çapığın qırmızı və ya çəhrayı rəngi tezliklə dərinin normal rənginə çevrilir. Çapığın aradan qaldırılması üçün nə qədər vaxt tələb olunur? Bu, konkret olaraq çapığın növündən, onun xüsusiyyətlərindən və yarannma müddətindən asılıdır, başqa sözlə, lazer terapiyası hər pasiyentə fərdi olaraq təyin edilir.  Adətən, çapığın korreksiyası üçün hər 1-1.5 aydan bir olmaq şərtilə, 3-5 prosedur tələb olun. Onun rənginin korreksiyası üçün isə 1-2 prosedur kifayər edir.   Prosedurlar arasında zaman çox da ola bilər, amma bir qayda olaraq, az olmur.

Published: 07.11.2019

Byutifikasiya (3D Cavanlaşma)
 hekimtap.az

Byutifikasiya (3D Cavanlaşma)

Byutifikasiya (3d cavanlaşma) nədir? Byutifikasiya əməliyyat olmadan üzdə yaş ilə əlaqədar  və üzün anadangəlmə quruluşundakı dəyişikləri maksimal dərəcədə xoşagəlimli edə bilən estetik tibbin müasir istqamətidir. 3d cavanlaşma – gənc üzə xas olan struktur və həcmi bərpa edən yeni prosedur metodikasıdır.Kompleks cavanlaşma elə bir yeni yanaşmadır ki, həkim kosmetoloq hər hansı bir qırış üzərində deyil, qırışı yaradan səbəbi araşdırır və korreksiya edir. Byutifikasiya metodu 3d cavanlaşma üzərində qurulur və vizual olaraq 5-10 yaş daha gənc görünməyə imkan yaradır.Yeni preparatların istifadəsi sayəsində əlavə təsirlər minimuma enir, effekt dərhal və daha uzun müddətli olur. Byutifikasiyada bir neçə proqram var: Baby face proqramı- üzün 25 yaşdan sonra modelləşdirilməsi Göstəriş     -Üzün assimmetriyası -Zəif nəzərə çarpan üz konturu(yanaq,q/düzgün formalı çənə)     -Nazik, yayılmış dodaqlar -Burun belinin, ucunun,qanadlarının defekti -Zəif mimik qırışlar    Dərinin hamar relyefi Nəticə -İdeal üz cizgiləri -Həddində nəzərə çarpan üz konturu ( yanaq ,çənə) -Gözəl ,dolğun dodaqlar -Burunun korreksiyası, burun belində olan hündürlüyün vizual itməsi Üzün harmonizasiya ve strukturlaşdırılması proqramı- 35 yaşdan sonra üzün modelləşdirilməsi. Göstəriş Üzün assimmetriyası və zəif konturu,ağız ətrafı dərinin boşalması     İkincili çənəaltı nahiyə    Alında horizontal qırışlar, ağiz ətrafı və göz ətrafı mimik qırışlar Burun dodaq qırışları, ağız bucağının düşməsi     Gözaltı qaraltılar, yuxarı göz qapağı dərisinin sallanması Nəticə -Harmonik və simmetrik üz cizgiləri:kəskin çənə konturu, həddində nəzərə çarpan yanaqlar -Ovalın korreksiya və liftinqi -Ağız, alın, göz ətrafı qırışların hamarlaşdırılması -Burun dodaq qırışlarının korreksiyası -“Açıq baxış”, təravətli və cavanlaşmış üz Kompleks cavanlaşma proqramı – 45 yaşdan sonra üzün modelləşdirilməsi Göstəriş Üzün q/kəskin konturu, boyun əzələsinin sallanması     Yanaqların həcminin azalması və dərisinin boşalması Gözaltı torbalar və sallanmış göz qapaqları   Burun dodaq qırışları, ağız bucağının düşməsi Ağız ətrafı qırışlar, dodaq həcminin azalması Piqmentasiya Nəticə -Üz ovalının liftinqi ,nəzərə çarpan üz konturu - İtirilmiş həcmin bərpası  -  “Açıq baxış “ -Burun dodaq qırışlarının korreksiyası -Ağız ətrafı qırışların hamarlaşdırılması, dolğun dodaqlar -Bərabər dəri tonu, dərinin təravətli görünüşü Prosedur necə həyata keçirilir : -Üzün yuxarı , orta, aşağı 1/3 nahiyəsindəki mimik qırışlar botulinoterapiya ilə aradan qaldırılır. -İtirilmiş həcmləri 3D bərpa etmək və üz konturlarını həddində nəzərə çarpan etmək üçün hər bir nahiyə üçün ayrılıqda göstəriş olan yüksək keyfiyyətli və təmizlənmiş hialuron turşusu əsaslı dolğulardan istifadə olunur. -Dərini cavanlaşdirmaq üçün xüsusi biorevitalizant, bioreparant preparatlardan , skinbusterlerden istifade olunur. -Dəri sallanmaları göstərişə görə pdo və plla tərkibli liftinq saplarla aradan qaldırılır. Byutifikasiya metodu əsasında bu prosedurlar 1 seansda müxtəlif nahiyələrdə istifadə oluna bilər. Byutifikasiya metodunun üstünlükləri: Dərhal effektin olması! Ağrısız olması! Az invaziv olması! Uzun müddətli reabilitasiyanın olmaması!  Prosedur 40-60 dəq davam edir. Prosedur sayını həkim kosmetoloq konsultasiyadan sonra təyin edir. Adətən nəticə üçün 1 seans da yeterli olur.

Published: 06.11.2019

Spinner