Byutifikasiya (3D Cavanlaşma)
Byutifikasiya (3d cavanlaşma) nədir?
Byutifikasiya əməliyyat olmadan üzdə yaş ilə əlaqədar və üzün anadangəlmə quruluşundakı dəyişikləri maksimal dərəcədə xoşagəlimli edə bilən estetik tibbin müasir istqamətidir.
3d cavanlaşma – gənc üzə xas olan struktur və həcmi bərpa edən yeni prosedur metodikasıdır.Kompleks cavanlaşma elə bir yeni yanaşmadır ki, həkim kosmetoloq hər hansı bir qırış üzərində deyil, qırışı yaradan səbəbi araşdırır və korreksiya edir. Byutifikasiya metodu 3d cavanlaşma üzərində qurulur və vizual olaraq 5-10 yaş daha gənc görünməyə imkan yaradır.Yeni preparatların istifadəsi sayəsində əlavə təsirlər minimuma enir, effekt dərhal və daha uzun müddətli olur.
Byutifikasiyada bir neçə proqram var:
Baby face proqramı- üzün 25 yaşdan sonra modelləşdirilməsi
Göstəriş
-Üzün assimmetriyası
-Zəif nəzərə çarpan üz konturu(yanaq,q/düzgün formalı çənə)
-Nazik, yayılmış dodaqlar
-Burun belinin, ucunun,qanadlarının defekti
-Zəif mimik qırışlar Dərinin hamar relyefi
Nəticə
-İdeal üz cizgiləri
-Həddində nəzərə çarpan üz konturu ( yanaq ,çənə)
-Gözəl ,dolğun dodaqlar
-Burunun korreksiyası, burun belində olan hündürlüyün vizual itməsi
Üzün harmonizasiya ve strukturlaşdırılması proqramı- 35 yaşdan sonra üzün modelləşdirilməsi.
Göstəriş
Üzün assimmetriyası və zəif konturu,ağız ətrafı dərinin boşalması
İkincili çənəaltı nahiyə
Alında horizontal qırışlar, ağiz ətrafı və göz ətrafı mimik qırışlar
Burun dodaq qırışları, ağız bucağının düşməsi
Gözaltı qaraltılar, yuxarı göz qapağı dərisinin sallanması
Nəticə
-Harmonik və simmetrik üz cizgiləri:kəskin çənə konturu, həddində nəzərə çarpan yanaqlar
-Ovalın korreksiya və liftinqi
-Ağız, alın, göz ətrafı qırışların hamarlaşdırılması
-Burun dodaq qırışlarının korreksiyası
-“Açıq baxış”, təravətli və cavanlaşmış üz
Kompleks cavanlaşma proqramı – 45 yaşdan sonra üzün modelləşdirilməsi
Göstəriş
Üzün q/kəskin konturu, boyun əzələsinin sallanması
Yanaqların həcminin azalması və dərisinin boşalması
Gözaltı torbalar və sallanmış göz qapaqları
Burun dodaq qırışları, ağız bucağının düşməsi
Ağız ətrafı qırışlar, dodaq həcminin azalması
Piqmentasiya
Nəticə
-Üz ovalının liftinqi ,nəzərə çarpan üz konturu
- İtirilmiş həcmin bərpası
- “Açıq baxış “
-Burun dodaq qırışlarının korreksiyası
-Ağız ətrafı qırışların hamarlaşdırılması, dolğun dodaqlar
-Bərabər dəri tonu, dərinin təravətli görünüşü
Prosedur necə həyata keçirilir :
-Üzün yuxarı , orta, aşağı 1/3 nahiyəsindəki mimik qırışlar botulinoterapiya ilə aradan qaldırılır.
-İtirilmiş həcmləri 3D bərpa etmək və üz konturlarını həddində nəzərə çarpan etmək üçün hər bir nahiyə üçün ayrılıqda göstəriş olan yüksək keyfiyyətli və təmizlənmiş hialuron turşusu əsaslı dolğulardan istifadə olunur.
-Dərini cavanlaşdirmaq üçün xüsusi biorevitalizant, bioreparant preparatlardan , skinbusterlerden istifade olunur.
-Dəri sallanmaları göstərişə görə pdo və plla tərkibli liftinq saplarla aradan qaldırılır.
Byutifikasiya metodu əsasında bu prosedurlar 1 seansda müxtəlif nahiyələrdə istifadə oluna bilər.
Byutifikasiya metodunun üstünlükləri:
Dərhal effektin olması!
Ağrısız olması!
Az invaziv olması!
Uzun müddətli reabilitasiyanın olmaması!
Prosedur 40-60 dəq davam edir. Prosedur sayını həkim kosmetoloq konsultasiyadan sonra təyin edir. Adətən nəticə üçün 1 seans da yeterli olur.