Çapıqların lazer vasitəsilə aradan qaldırılması hekimtap.az

Çapıqların lazer vasitəsilə aradan qaldırılması

10070
Author: Həkim-Kosmetoloq Günay Əhmədova Əlaqə: 055 478-90-75

Published: 07.11.2019
Age Revolution

Çapıqlar haqqında umumi məlumat

İnsanların zahiri görünüşündə yaranan çapıqlar diskomforta və komplekslərə səbəb olan ən ciddi kosmetik problemlərdən biridir. 
Çapıqlar görünüş və rənginə görə müxtəlif olur. Məsələn, görünməz dərəcədə və ya çox qabarıq, enli və ya batıq, qırmızı və ya avazımış rəngdə və s. 
Çapıqlar bir birilərindən, həmçinin ətrafda yerləşən sağlam toxumaların teksturası, yerləşmə nahiyəsinə görə də fərqlənirlər.

Çapıqların zahiri görünüşünə bir sıra faktorlar təsir göstərə bilər:

-dərinin qalınlığı və rəngi;
-çapığın dərinliyi və ölçüsü;
-çapıq nahiyəsindəki qan dövranı;
-mapığın istiqaməti;
-yaş həddi;
-genetika;
-cins və s.

Çapıqları ciddi problemə çevirən məqam onların elastik olmaması, eləcə də tər və piy vəzilərinə malik olmamasıdır.  Məhz elə bu səbəbdən çapıqlar formalışdıqdan sonra dəridə ömürlük iz buraxır.     

Çapıqları aradan qaldırmaq üçün ən müasir və effektiv üsul - lazer aparatının tətbiqidir. Bu baxımdan FOTONA cihazının imkanları çox geniş və əvəzolunmazdır. 

Onun vasitəsilə lazer dəridə kollagen istehsalı stimullaşdırılır və bunun sayəsində çapığın içərisi yeni kollagenlə “dolur”, zədələnmiş yerdə dərinin elastikliyi artır. FOTONA-nın fraksion lazeri dəridə minlərlə perpendikulyar formalı mikrosütunlar yaradır, onlar bərpa olduqca, ətrafdakı toxumaları özlərinə tərəf çəkir, nəticədə yeni hüceyrə sütuncuqları formalaşır - çapıq korreksiya olunur.   
Bu qayda ilə həm batıq, həm də qabarıq çapıqları aradan qaldıraraq, dərini hamarlaşdırmaq mümkündür. 
Bundan əlavə, FOTONA-nın köməkliyi ilə dərinin melanin piqmentinə və kiçik qan damarlarındakı hemoqlobinə lazer təsiri göstərmək olur. Beləliklə, çapığın qırmızı və ya çəhrayı rəngi tezliklə dərinin normal rənginə çevrilir.

Çapığın aradan qaldırılması üçün nə qədər vaxt tələb olunur?

Bu, konkret olaraq çapığın növündən, onun xüsusiyyətlərindən və yarannma müddətindən asılıdır, başqa sözlə, lazer terapiyası hər pasiyentə fərdi olaraq təyin edilir. 
Adətən, çapığın korreksiyası üçün hər 1-1.5 aydan bir olmaq şərtilə, 3-5 prosedur tələb olun. Onun rənginin korreksiyası üçün isə 1-2 prosedur kifayər edir.  
Prosedurlar arasında zaman çox da ola bilər, amma bir qayda olaraq, az olmur.