Rinoplastika
Rinoplastika əməliyyatı burunun formasının yenidən planlaşdırılıb şəkilləndirilməsinə deyilir. Estetik görüntü ilə yanaşı sağlamlıq problemləri də rinoplastika əməliyyatı ilə həll olunur. Burunun içindəki əyriliklərin düzəldilməsi, hava yolunun açılması, daha rahat nəfəs alınmasını təmin edilir.
Bu əməliyyatla burunla əlaqəli istənilən cür narahatlıq və əyriliklər aradan qaldırılır. Burun ölçüləri böyüdülür və ya kiçildilir, burun üzə daha uyğun hala gətirilir, burun ucu (tip plasti) və ümumi forması dəyişdirilə bilər, geniş olan burun dəlikləri daraldılır və ya burun ilə üst dodaq arasındakı bucaq yenilənir, burnun üstündəki sümük çıxıntılar alınaraq buruna daha gözəl və estetik forma verilir. Rinoplastika əməliyyatı zamanı estetik forma ilə yanaşı hava yollarının açılması və ya bərpası, travma nəticəsində yaranan deviasyonlar aradan qaldırıla bilir.
Estetik burun əməliyyatına qərar vermədən əvvəl pasiyentin istəkləri mütləq soruşulmalı və dəyərləndirilməlidir.
Əməliyyat yaşı qadınlarda 16 yaşdan, kişilərdə isə 17 yaşdan başlayaraq oluna bilər. Estetik rinoplastika əməliyyatı insanın üz görünüşünü dəyişdirərək özünə güvəni artırır.
Müasir estetik əməliyyatlarda yanaşma təbii bir görünüş təmin etməkdən ibarətdir. Əhəmiyyətli olan burun tənəffüsünü pozmadan, burnun hər nahiyyəsinə balanslı və zərif bir görünüş qazandırmaqdır. Rinoplastika əməliyyatında da bəlli olmayan, təbii bir burun görüntüsü məqsəd qoyulur.
Rinoplastika əməliyyatı ümumi anesteziya ilə icra edilir.
Ümumi anesteziya almış xəstələrin əməliyyat gecəsi xəstəxanada qalması məsləhət görülür, əhəmiyyətli bir problem yoxsa, ertəsi gün evə yazılır.
Əməliyyat tamamlandıqdan sonra burun içinə silikon borular (nazal spint) yerləşdirilir. Bu borular daha sonra həkim tərəfindən xaric edilir, alınması ağrılı deyil. Əməliyyat bitdikdən sonra burunun üstünə sarğı gips qoyulur. Bu gips 7-10 gün sonra tamamilə çıxarılır. Xəstənin göz qapaqları və ətrafında meydana gələ gələn şişlik və bənövşəyi rəngdə kölgələr zamanla tamamilə itir. Burunun özündə olan şişliklərin böyük qismi 20-30 gün içində, qalan şişlər isə 6-12 ay içində tədricən itir.
Erkən yaşlarda olunan rinoplastika əməliyyatı dəri və digər toxumalarda davam edən yaşlanmanın təsirlərini durdurmaz. Əməliyyat sonrası burunun yeni şəklinin ömür boyu eyni şəkildə qalıb qorunmasını gözləmək əslində doğru bir yanaşma deyil. Yaşlanma və yerin cazibəsinin təsirindən zaman içində dəyişikliklər baş verə bilər. Üzdəki digər toxumaların yaşlanmasıyla birlikdə burun toxumaları da zamanla xüsusiyyətini dəyişə bilər.
Əməliyyatın təcrübəli həkim tərəfindən olunması fəsadların ehtimalını azaldır. Əməliyyat sonrası infeksiya, müvəqqəti burun qanaması və ya bədənin anesteziyaya göstərdiyi reaksiya kimi fəsadlar hər zaman ola bilər. Bu tərz ehtimalların meydana gəlməməsi üçün, əməliyyat öncəsi və sonrası verilən tövsiyələrə əməl etsəniz riskləri azaltmış olarsınız. Əməliyyat sonrası sızıntı şəklində qanamalar görülə bilər və bunlar bir iki gün içində tamamilə dayanacaqdır.
Estetik burun əməliyyatında əgər bəhs edilən "açıq texniki" istifadə olunarsa və ya yan burun dəliklərinin daraldılması lazımdırsa kiçik bir kəsik meydana gələ bilər. Bu kəsik burun döşəməsində üst dodaq ilə burun arasında qalar və çox az bilinər. Uyğun görülən xəstələrdə bu hissəni kəsilmədən də açıq rinoplastika əməliyyatı tətbiq oluna bilər.
Əməliyyat sonrasında çox aşağı nisbətdə meydana gələ bilən kiçik bir deformasiyalarda (istənilməyən qalıcı şişliklər kimi) ikinci (Seconder) bir əməliyyat ehtiyacı ola bilər. Bu əməliyyat, ilk əməliyyata görə çox daha qısa çəkər.
Kiçik miqyaslı deformasiyalar üçün təkrar əməliyyat 3 ay sonra oluna bilər. Digər bütün hallarda həkiminizin qərarı ilə hərəkət etməniz tövsiyyə olunur. Çünki burunun tam şəklini alması 6-12 ayın sonunda baş verir. Bu səbəbdən vaxtından əvvəl müdaxilə məsləhət deyil.
Həkim pasiyentə əməliyyata necə hazırlanacağı mövzusunda dəstək verir. Qidalanmada diqqət edilməsi lazım olan məqamları bildirir. Əgər siqaret adəti varsa, ən az 1 həftə əvvəldən azaldılması, hətta tamamilə buraxılması məsləhətdir. Xəbərdarlıqlara riayyət etdikdən sonra, əməliyyat daha asan şərtlər altında icra olunacaq.
Əgər həkim əlavə əməliyyatlara ehtiyac hiss etməzsə, əməliyyat 1 saat müddətində tamamlanır.
Rinoplastika əməliyyatında burun dərisi altındakı qığırdaq və sümük toxumaları bir-birindən ayrılır və istənilən formaya gətirilir. Şəkilləndirmə əməliyyatı xəstənin probleminə və həkimin seçdiyi texnikaya bağlıdır. Toxumalar çox kiçik parçalar halında və çox həssas kəsiklərlə çıxarılır. Burundan çıxarılan toxumalar bəzi hallarda burunun başqa bir hissəsində mövcud olan nöqsanların tamamlanması üçün istifadə oluna bilir. Bu səbəbdən rinoplastika əməliyyatının tək seansda olunması, həm içinin, həmdə xarici görünüşünün korreksiyası üçün doğru olan yanaşmadır.
Anesteziya təsiri keçdikdən sonra başlayan 24 saatlıq müddət içində üzdə şişmə hiss olunur. Burunda ağrı və diskomfort hiss oluna bilər. Ağrılar baş ağrısı ilə müşayət olunur. Həkiminizin təklif edəcəyi ağrıkəsici rahatlaçmağınız üçün tam kifayət edir. Anesteziya təsiri keçdikdən 6 saat sonra sulu qidalar,18 saat sonra normal qidalar qəbul edə bilər. Əməliyyatın ertəsi günü göz qapaqlarında göyərmə və şişliklər ola bilər. Ancaq bu vəziyyət 10-15 gün müddətində sürətli bir şəkildə düzəlir. İlk günlər başın yüngül yuxarıda olacaq şəkildə üfüqi mövqedə yataqda keçirilməsi faydalıdır. Əməliyyat günü axşam, ümumi ehtiyacları ödəmək üçün pasiyentə gəzməyə icazə verilir.
Şişlik və bənövşəyi kölgələrin böyük qisimi ilk iki həftə içində keçəcək. Geri qalan qalan şişliklərin 70%-i 1 ay içində keçir. 1 ay sonra şişlik yenə hiss edilirsə, 6-12 aya kimi gözləməyiniz məsləhət görülür.
Əgər əməliyyat açıq üsulla icar edlilibsə, o zaman burun ucu dərisinə qoyulmuş tikişlər ağrısız şəkildə alınır.
Əhəmiyyətli şişliklər iki həftəyə kimi itər. Qoyulan gips 10-cu gün tamamilə çıxarılır. Pasiyent 10-14 gün içində məktəbinə və ya işinə geri dönə biləcək hala gəlir. Tamamilə normal həyata dönüş bir neçə həftə sonra ola bilər. İdman fəaliyyətlərinə başlamağınızı həkiminiz ilə müzakirə edə bilərsiniz.
Əməliyyat sonrası toxumaların yaxşılaşma müddətində ən az 1 ay zərbələrə qarşı qorunması tövsiyə edilir. Qan təzyiqini artıran idman fəaliyyətlərindən iki həftə uzaq durmanız tövsiyə edilir.
Pasient əməliyyat sonrası özünü yaxşı hiss etdiyi andan təkrar kontakt linzalarını istifadə edə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az