rinoplastika burun əməliyyatı haqqında

Rinoplastika

7560
Müəllif: Plastik-estetik cərrah Nəzmin Musayeva

Paylaşıldı: 24.09.2018
Nəzmin Musayeva

Rinoplastika əməliyyatı burunun formasının yenidən planlaşdırılıb şəkilləndirilməsinə deyilir. Estetik görüntü ilə yanaşı sağlamlıq problemləri də rinoplastika əməliyyatı ilə həll olunur. Burunun içindəki əyriliklərin düzəldilməsi, hava yolunun açılması, daha rahat nəfəs alınmasını təmin edilir.

Rinoplastika əməliyyatı ilə nə kimi dəyişikliklər oluna bilər?

Bu əməliyyatla burunla əlaqəli istənilən cür narahatlıq və əyriliklər aradan qaldırılır. Burun ölçüləri böyüdülür və ya kiçildilir, burun üzə daha uyğun hala gətirilir, burun ucu (tip plasti) və ümumi forması dəyişdirilə bilər, geniş olan burun dəlikləri daraldılır və ya burun ilə üst dodaq arasındakı bucaq yenilənir, burnun üstündəki sümük çıxıntılar alınaraq buruna daha gözəl və estetik forma verilir. Rinoplastika əməliyyatı zamanı estetik forma ilə yanaşı hava yollarının açılması və ya bərpası, travma nəticəsində yaranan deviasyonlar aradan qaldırıla bilir.

Rinoplastika əməliyyatı üçün ən uyğun namizədlər kimlərdir?

Estetik burun əməliyyatına qərar vermədən əvvəl pasiyentin istəkləri mütləq soruşulmalı və dəyərləndirilməlidir.

Rinoplastika əməliyyatı neçə yaşdan sonra olunmalıdır?

Əməliyyat yaşı qadınlarda 16 yaşdan, kişilərdə isə 17 yaşdan başlayaraq oluna bilər. Estetik rinoplastika əməliyyatı insanın üz görünüşünü dəyişdirərək özünə güvəni artırır.

Rinoplastika əməliyyatı sonrası yeni burun forması necə olmalıdır?

Müasir estetik əməliyyatlarda yanaşma təbii bir görünüş təmin etməkdən ibarətdir. Əhəmiyyətli olan burun tənəffüsünü pozmadan, burnun hər nahiyyəsinə balanslı və zərif bir görünüş qazandırmaqdır. Rinoplastika əməliyyatında da bəlli olmayan, təbii bir burun görüntüsü məqsəd qoyulur.

Hansı anesteziyadan istifadə olunur?

Rinoplastika əməliyyatı ümumi anesteziya ilə  icra edilir.

Rinoplastika əməliyyatından sonra xəstəxanada nə qədər qalmaq lazımdır?

Ümumi anesteziya almış xəstələrin əməliyyat gecəsi xəstəxanada qalması məsləhət görülür, əhəmiyyətli bir problem yoxsa, ertəsi gün evə yazılır.

Rinoplastika əməliyyatı sonrası pasiyentləri nə gözləyir?

Əməliyyat tamamlandıqdan sonra burun içinə silikon borular (nazal spint) yerləşdirilir. Bu borular daha sonra həkim tərəfindən xaric edilir, alınması ağrılı deyil. Əməliyyat bitdikdən sonra burunun üstünə sarğı gips qoyulur. Bu gips 7-10 gün sonra  tamamilə çıxarılır. Xəstənin göz qapaqları və ətrafında meydana gələ gələn şişlik və bənövşəyi rəngdə kölgələr zamanla tamamilə itir. Burunun özündə olan şişliklərin böyük qismi 20-30 gün içində, qalan şişlər isə 6-12 ay içində tədricən itir.

Rinoplastika əməliyyatının yaşlanmaya təsiri varmı?

Erkən yaşlarda olunan rinoplastika əməliyyatı dəri və digər toxumalarda davam edən yaşlanmanın təsirlərini durdurmaz. Əməliyyat sonrası burunun yeni şəklinin ömür boyu eyni şəkildə qalıb qorunmasını gözləmək əslində doğru bir yanaşma deyil. Yaşlanma və yerin cazibəsinin təsirindən zaman içində dəyişikliklər baş verə bilər. Üzdəki digər toxumaların yaşlanmasıyla birlikdə burun toxumaları da zamanla xüsusiyyətini dəyişə bilər.

Rinoplastika əməliyyatının fəsadları nələrdir?

Əməliyyatın təcrübəli həkim tərəfindən olunması fəsadların ehtimalını azaldır. Əməliyyat sonrası infeksiya, müvəqqəti burun qanaması və ya bədənin anesteziyaya göstərdiyi reaksiya kimi fəsadlar hər zaman ola bilər. Bu tərz ehtimalların meydana gəlməməsi üçün, əməliyyat öncəsi və sonrası verilən tövsiyələrə əməl etsəniz riskləri azaltmış olarsınız. Əməliyyat sonrası sızıntı şəklində qanamalar görülə bilər və bunlar bir iki gün içində tamamilə dayanacaqdır.

Rinoplastika əməliyyatından sonra iz qalırmı?

Estetik burun əməliyyatında əgər bəhs edilən "açıq texniki" istifadə olunarsa və ya yan burun dəliklərinin daraldılması lazımdırsa kiçik bir kəsik meydana gələ bilər. Bu kəsik burun döşəməsində üst dodaq ilə burun arasında qalar və çox az bilinər. Uyğun görülən xəstələrdə bu hissəni kəsilmədən də açıq rinoplastika əməliyyatı tətbiq oluna bilər.

Rinoplastika əməliyyatı sonrası ikincili əməliyyat lazımdırmı?

Əməliyyat sonrasında çox aşağı nisbətdə meydana gələ bilən kiçik bir deformasiyalarda (istənilməyən qalıcı şişliklər kimi) ikinci (Seconder) bir əməliyyat ehtiyacı ola bilər. Bu əməliyyat, ilk əməliyyata görə çox daha qısa çəkər.

İkincili əməliyyatı nə zaman olunması uyğundur?

Kiçik miqyaslı deformasiyalar üçün təkrar əməliyyat 3 ay sonra oluna bilər. Digər bütün hallarda həkiminizin qərarı ilə hərəkət etməniz tövsiyyə olunur. Çünki burunun tam şəklini alması 6-12 ayın sonunda baş verir. Bu səbəbdən vaxtından əvvəl müdaxilə məsləhət deyil.

Rinoplastika əməliyyatından əvvəl nələrə diqqət olunmalıdır?

Həkim pasiyentə əməliyyata necə hazırlanacağı mövzusunda dəstək verir. Qidalanmada diqqət edilməsi lazım olan məqamları bildirir. Əgər siqaret adəti varsa, ən az 1 həftə əvvəldən azaldılması, hətta tamamilə buraxılması məsləhətdir. Xəbərdarlıqlara riayyət etdikdən sonra, əməliyyat daha asan şərtlər altında icra olunacaq.

Rinoplastika əməliyyatı nə qədər çəkir?

Əgər həkim əlavə əməliyyatlara ehtiyac hiss etməzsə, əməliyyat 1 saat müddətində tamamlanır.

Burun şəkilləndirmə əməliyyatı necə aparılır?

Rinoplastika əməliyyatında burun dərisi altındakı qığırdaq və sümük toxumaları bir-birindən ayrılır və istənilən formaya gətirilir. Şəkilləndirmə əməliyyatı xəstənin probleminə və həkimin seçdiyi texnikaya bağlıdır. Toxumalar çox kiçik parçalar halında və çox həssas kəsiklərlə çıxarılır. Burundan çıxarılan toxumalar bəzi hallarda burunun başqa bir hissəsində mövcud olan nöqsanların tamamlanması üçün istifadə oluna bilir. Bu səbəbdən rinoplastika əməliyyatının tək seansda olunması, həm içinin, həmdə xarici görünüşünün korreksiyası üçün doğru olan yanaşmadır.

Rinoplastika sonrası ilk gün necə keçər?

Anesteziya təsiri keçdikdən sonra başlayan 24 saatlıq müddət içində üzdə şişmə hiss olunur. Burunda ağrı və diskomfort hiss oluna bilər. Ağrılar baş ağrısı ilə müşayət olunur. Həkiminizin təklif edəcəyi ağrıkəsici rahatlaçmağınız üçün tam kifayət edir. Anesteziya təsiri keçdikdən 6 saat sonra sulu qidalar,18 saat sonra normal qidalar qəbul edə bilər. Əməliyyatın ertəsi günü göz qapaqlarında göyərmə və şişliklər ola bilər. Ancaq bu vəziyyət 10-15 gün müddətində sürətli bir şəkildə düzəlir. İlk günlər başın yüngül yuxarıda olacaq şəkildə üfüqi mövqedə yataqda keçirilməsi faydalıdır. Əməliyyat günü axşam, ümumi ehtiyacları ödəmək üçün pasiyentə gəzməyə icazə verilir.

Rinoplastika sonrası şişliklər nə zaman gedir?

Şişlik və bənövşəyi kölgələrin böyük qisimi ilk iki həftə içində keçəcək. Geri qalan qalan şişliklərin 70%-i 1 ay içində keçir. 1 ay sonra şişlik yenə hiss edilirsə, 6-12 aya kimi gözləməyiniz məsləhət görülür.

Rinoplastika əməliyyatı sonrası tikişlər alınırmı?

Əgər əməliyyat açıq üsulla icar edlilibsə, o zaman burun ucu dərisinə qoyulmuş tikişlər ağrısız şəkildə alınır.

Rinoplastika əməliyyatı sonrası normal həyata nə zaman dönmək mümkündür?

Əhəmiyyətli şişliklər iki həftəyə kimi itər. Qoyulan gips 10-cu gün tamamilə çıxarılır. Pasiyent 10-14 gün içində məktəbinə və ya işinə geri dönə biləcək hala gəlir. Tamamilə normal həyata dönüş bir neçə həftə sonra ola bilər. İdman fəaliyyətlərinə başlamağınızı həkiminiz ilə müzakirə edə bilərsiniz.

Rinoplastika əməliyyatı sonrası nələrə diqqət olunmalıdır?

Əməliyyat sonrası toxumaların yaxşılaşma müddətində ən az 1 ay zərbələrə qarşı qorunması tövsiyə edilir. Qan təzyiqini artıran idman fəaliyyətlərindən iki həftə uzaq durmanız tövsiyə edilir.

Kontakt linza istifadəsi rinoplastika əməliyyatına mane olurmu?

Pasient əməliyyat sonrası özünü yaxşı hiss etdiyi andan təkrar kontakt linzalarını istifadə edə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az