Кольпит
 hekimtap.az

Кольпит

Что такое кольпит? Кольпит – распространенное заболевание, которому подвержена исключительно прекрасная половина человечества. И затрагивает оно довольно интимную область, а именно – область влагалища. Как показывает статистика, кольпит (в гинекологии также известный под названием вагинит) в той или иной форме переносили 60% женщин. Таким образом, данное заболевание можно считать самым распространенным среди гинекологических заболеваний. Причины кольпита Уменьшение численности полезной микрофлоры влагалища связано с нарушениями благоприятных условий для ее существования. Эти нарушения могут быть вызваны различными факторами: ухудшение кровообращения в области малого таза, изменение гормонального фона, недостаток витаминов и микроэлементов в организме женщины, проникновение агрессивных микроорганизмов, аллергические реакции, травмы поверхности влагалища (при половом акте либо неправильном введении гинекологических инструментов), нарушение кровоснабжения тканей слизистой оболочки, массивные кровотечения (например, после родов или абортов). Именно эти факторы и являются определяющими в развитии кольпита. В большинстве случаев кольпит влагалища не является заразным заболеванием. Как правило, он возникает из-за ослабления иммунитета или гормональных нарушений в организме женщины. Причины кольпита К факторам, увеличивающим риск развития неспецифического вагинита, относятся: острые и хронические заболевания внутренних органов, ведущие к снижению иммунных реакций организма (в том числе воспалительные процессы в яичниках, матке и маточных трубах); инфекции с половым путем передачи (трихомониаз, хламидиоз, микоплазмоз, уреаплазмоз); нарушения в работе эндокринной системы (ожирение, сахарный диабет, гипофункция яичников); чрезмерное употребление лекарственных средств, в том числе длительные курсы лечения антибиотиками; аллергические реакции на гигиенические и контрацептивные средства (тампоны, презервативы, свечи и т.п.); химические, механические или термические травмы слизистой гениталий (при проведении медицинских манипуляций: миниаборт, медаборт, введение внутриматочных спиралей, спринцевание и т.д.); анатомические изменения влагалища (снижение тонуса и опущение его стенок, зияние половой щели); нарушения питания и атрофические процессы в слизистой оболочке влагалища при сосудистых нарушениях и в период менопаузы; несоблюдение правил личной гигиены. Симптомы кольпита В зависимости от возбудителя, степени тяжести и остроты заболевания симптомы кольпита могут различаться. Для острого неспецифического вагинита характерны: выделения в большом количестве (слизистые, слизисто-гнойные, иногда кровянистые) с неприятным (иногда зловонным) запахом; зуд и жжение, вызванные раздражающим действием патологических выделений; отечность и покраснение слизистых оболочек влагалища и наружных половых органов; болевые ощущения внизу живота и половых органах (чувство распирания, давления); болезненность при мочеиспускании. Лечение кольпита Лечение кольпита – процесс достаточно серьезный, если не сказать важный и длительный. Помимо внутреннего дискомфорта, женщина начинает испытывать психологические затруднения в общении с партнером. Что особенно негативно сказывается на супружеских парах. Поэтому, в случае проявления заболевания, необходимо обращаться к врачу за квалифицированным лечением. Самолечения кольпит не приемлет. К тому же можно просто снять внешние проявления, залечить болезнь, что может привести к развитию ее хронической формы. Чаще всего на способ лечения влияют следующие факторы: Возраст пациентки. Действительно, у женщин в разном возрасте совершенно разная чувствительность к препаратам, особенно местного значения. Состояние заболевания. Насколько тяжелых характер проявлений носит инфекция в конкретном случае. Общие особенности организма. Проявление аллергических реакций на разного рода медикаменты. Видео по теме: © Использование материалов разрешено только при наличии активной ссылки на источник. https://hekimtap.az

Published: 06.08.2018

Uşaqlarda mikrosefaliya
 hekimtap.az

Uşaqlarda mikrosefaliya

Mikrosefaliya nədir? Mikrosefaliya – əqli gerilik və nevroloji kənaraçıxmalarla müşayiət olunan kəllə sümüyü və baş beyinin inkişafdan qalmasıdır. Mikrosefaliya kəllə sümüyünün kiçik ölçülü olması, kəllə sümüyü tikişlərinin erkən birləşməsi və əmgəyin tutma sindromu, motor inkişafın ləngiməsi, intellektual defekt, inkişafdan qalma və ya nitqin olmaması ilə xarakterizə olunur.  Mikrosefaliya – mərkəzi sinir sisteminin ağır qüsurudur, bunun əsasında baş beyin kütləsinin azalması və kəllə sümüyü dairəsinin orta göstəricilərdən iki-üç siqmal kənara çıxması dayanır. Mikrosefaliyanın rastgəlmə tezliyi təqribən 1:10000-dir, oğlan və qızlarda rastgəlmə tezliyi eynidir. Mikrosefaliya 10% hallarda oliqofreniyaya səbəb olur. Mikrosefaliya ilə doğulan uşaqların baş dairəsi 25-27 sm (norma 35-37 sm), baş beyinin kütləsi isə 250 qr (norma 400 qr) civarında dəyişir. Mikrosefaliyanın yaranma səbəbləri Yaranma vaxtından və səbəblərindən asılı olaraq, pediatriya və uşaq nevrologiyasında mikrosefaliya birincili (irsi, həqiqi) və ikincili (sindromal və embriopatik) növlərə bölünür.  Birincili mikrosefaliya irsiyyət tipləri ilə əlaqədar  autosomno-resessiv və resessiv irsi xəstəliklər kompleksidir. Həqiqi mikrosefaliyanın payına bu patologiyanın bütün formalarının 7-34%-i düşür. İkincili mikrosefaliya xromosom aberrasiyaları, irsi enzimopatiya, patoloji hamiləlik və doğuş zamanı üzə çıxır. Sindromal mikrosefaliya 125-dən çox xromosom anomaliyalarında rast gəlinir, onlardan daha çox rastlananlardan Daun xəstəliyi, Edvards sindromu, Patau sindromu və s. misal göstərmək olar. Mikrosefaliyanın əlamətləri Mikrosefaliyalı uşağın kəllə sümüyü artıq doğuşdan sonra kiçilmiş olur və o, sonralar yaş normalarından əhəmiyyətli dərəcədə geri qalır. Mikrosefaliyalı xəstənin tipik görünüşü ensiz və əyimiş alın, qaşüstü qövslərin irəli çıxması, qulaqların böyük olması ilə xarakterizə olunur. Gələcəkdə mikrosefaliyalı uşaqlar adətən çəki və boyda geri qalırlar. Mikrosefaliyanın nevroloji pozuntularına əzələ distoniyası, spastik parezlər, ataksiyalar, tutmalar, çəpgözlük aid ola bilər. Bəzi hallarda mikrosefaliyalı uşaqlar epilepsiya və uşaq serebral iflicindən  əziyyət çəkirlər. Bu xəstəlikdən əziyyət çəkən uşaqlar başlarını gec saxlamağa başlayır, oturma, iməkləmə və yeriməsi ləngiyir. Nitq inkişafının kobud ləngiməsi, artikulyasiyanın qeyri-dəqiqliyi, söz ehtiyatının ciddi məhdudluğu, anlama pozuntusu qeydə alınır. Mikrosefaliyanın müalicəsi Mkrosefaliyanın patogenetik müalicəsi yoxdur, ona görə tibbi yardım xəstələrin simptomatik dəstəklənməsinə yönəldilir. Bundan başqa, korreksiya tədbirləri görülür, adaptasiya yaxşılaşdırılır. Reabelitasiya tədbirləri çərçivəsində mikrosefaliyalı uşaqlara müalicəvi bədən tərbiyəsi, massaj, əmək terapiyası vacibdir. Mikrosefaliyalı uşaqlar pediatr və uşaq nevroloqunun nəzarəti altında dispanser nəzarətində olmalıdırlar. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 03.08.2018

HekimTap Pro
12059
Uşaqlarda travma sonrası stress  pozuntusu (TSSP)
 hekimtap.az

Uşaqlarda travma sonrası stress  pozuntusu (TSSP)

Uşaqlarda TSSP nədir? TSSP hər hansı stress və ya həyəcan situasiyalarına qarşı yönəlmiş mürəkkəb psixoloji prosessdir. Bunun gedşatı uşaqlarda xüsusilə ağır olur. Belə ki, onların şəxsiyyət formalaşması hələ başa çatmamış və bu cür pozuntuların qarşısını alan müdafiə mexanizmləri kifayət qədər inkişaf etməmişdir. Pozuntu yaşanmış streslə bağlı qəfil xatirələr, qorxu və vahimənin təkrar-təkrar yaşanmasından, həmçinin daimi hədələr fonunda yarana bilir.    TSSP olan uşaqlarda emosional pozuntu baş verir ki, bunun nəticəsində ətraf mühitə qarşı marağın, həyat eşqinin itməsi müşahidə oluna bilər. Bu cür uşaqlar başqa insanlarla yaxınlıq etmir, gələcək haqqında düşünmə qabiliyyətinə malik olmurlar. Yaşanan travmatik situasiyadan sonra onlarda qısa müddətli yaddaş pozuntusu qeydə alına bilər.   Uşaqlarda TSSP-nin diaqnostikası Uşaqlarda TSSP-nin diaqnostikası keçirilən psixoloji trvmadan sonra 3 ay müddətində qoyulmalıdır. Xəstəliyin simptomları diqqətdən kənarda qalarsa, ciddi fəsadlar yarana bilər. “Aysmed” klinikasında TSSP-nin diaqnostikası məqsədilə diaqnostik kliniki müsahibə alınır – həm uşaqdan, həm də onun valideynlərindən. Həmçinin, TSSP-nin daha dəqiq xarakteristikası üçün xüsusi anketlər vasitəsilə sorğular aparılır. Diaqnostika zamanı əmin olmaq lazımdır ki, burada söhbət uşaqlara xas olan digər psixi pozuntulardan getmir. Uşaqlarda TSSP-nin müalicəsi Koqnitiv-davranış psixoterapiyası Bu texnika ağrılı xatirələrin intensivliyni  qısa müddət ərzində aradan qaldırmağa, nəticədə isə uşağı bu problemdən azad etməyə imkan yaradır. Uşaq müalicə prosesində bu metodla ona travma yetirən hadisələrlə müstəqil mübarizə aparmağı, narahatlıq, qorxu və fobiyalara qalib gəlməyi öyrənir. O, daha adekvat olur, rəftarı sakitləşir. Psixoterapiya uşağa normal uşaqlığını qaytarır, əvvəlki məşğuliyyətlərinə həvəsi bərpa edir. Oyun terapiyası TSSP zamanı uşaqların müalicəsində onun psixikasına və ətraf mühiti qavramasına xüsusi yanaşma tələb olunur. Uşaq oyunlarn sayəsində inkişaf edir, ətraf aləmi anlayır, öyrənir və nəhayət müalicə olunur. Müalicənin əvvəlində balaca pasiyent hələ ki, keçirdiyi travma nəticəsində baş verən raksiyaları dərk edtmir. Uşaqla iş prosesində - xüsusi şəkil və oyun metodikalarının köməkliyi ilə uşağın onun normal həyatına mane olan xatirələrə başqa cür yanaşmasına köməklik edir. Ailə terapiyası Ailənin dəstəyi uşaq üçün böyük əhəmiyyət kəsb edir və təbii ki, müalicə prossesinə ciddi təsir görstərir. Bəzən TSSP zamanı valideynlər yanlış mövqe tutur – uşağın hiss-həyəcanını qəbul etmir və guya bununla onu keçmiş xatirələrə qaytarmamağa çalışırlar. Lakin bu, o demək deyil ki, uşaq özü bu barədə düşünmür - əksinə o, hiss edir ki, keçirdiyi iztirabları ifadə edə bilmir, belə ki, onu başa düşmürlər. Ona görə də mütəxəssis uşağın valideynləri ilə işləyir və onlara övladlarının vəziyyətinə düzgün qiymət verməyin yollarını göstərir, lazımi kontakt və atmosfer yaratmağı tövsiyə edirlər.  Bununla belə, mütəxəssis uşağın qorxu və həyəcanlarını inkar etmir, onlara qalib gələrək ciddi problemdən qurtulmağa kömək edir. Medikamentoz terapiya TSSP-nin müalicəsində yanaşı olaraq, medikamentoz müalicənin də aparılması tövsiyə oluna bilər. Bu, uşağn davranışında güclü ifadə olunmuş problemlər zamanı, izafi aqressiya, depressiya və ya təşviş zamanı daha effektlidir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 03.08.2018

Xolangit
 hekimtap.az

Xolangit

Xolangit nədir? Xolangit – öd kisəsi yollarının kəskin və xroniki gedişata malik qeyri-spesifik iltihabi zədələnməsidir. Xolangit zamanı sağ qabırğa altında ağrılar, qızdırma, dispepsik pozuntu, sarılıq müşahidə edilir. Xəstəlik daha çox 50-60 yaşlı qadınlarda rast gəlinir. Xolangitin yaranma səbəbləri Xolangitlərin əksəriyyəti bakterial törədicilərin (daha çox – bağırsaq çöpü, proteya, stafilokkok, enterokokk və s.) öd yollarına düşməsi nəticəsində yaranır. Parazitar xolangitlər daha çox yanaşı gedən opistorxoz, askaridoz, lyablöz, stronqiloidoz, klonorxoz, fasiolyoz fonunda inkişaf edir. Aseptik fermentativ xolangit öd yolları divarlarının aktivləşmiş pankreatik şirə ilə zədələnməsindən yarana bilər. Belə olan halda, əvvəlcə aspetik iltihab yaranır, daha sonra isə infeksiyaların qoşulması prosesi başlanır. Aspetik növ, həmçinin, öd yollarının autoimmun iltihabı ilə şərtləndirilən sklerozlaşdırıcı xolangitlə yanaşı gedə bilər. Bu zaman sklerozlaşdırıcı xolangitlə yanaşı, tez-tez qeyri-spesifik xora koliti, Kron xəstəliyi, vaskulit, revmatoid artrit, tireoidit və s. qeyd olunur.    Xolangitin simptomları Xolangitin simptomatik əlamətləri Şarko triadasının (hərarətin yüksəlməsi, sarılıq, sağ qabırğa altında kəskin ağrılar) yaranması ilə xarakterizə olunur. Bu forma sürətlə irəliləyir, xəstənin iştahası pisləşir, ümumi zəiflik və başağrıları, diareya, ürəkbulanma, qusma, dəridə göynəmə yaranır. Xroniki formanın gedişatı daha zəif ifadə olunur, sağ qabırğaaltındakı ağrılar inildəyən və küt xarakterə malik olur, epiqastral nahiyədə dartılma hissi müşahidə edilir. Xolangitin diaqnostikası Diaqnoz qoymaq məqsədilə bir sıra laborator və instrumental müayinələr həyata keçirilir: qanın biokimyəvi analizi, fraksion duodenal zondlama, ödün baktereoloji əkilməsi, nəcisin qurd yumurtalarını aşkar etmək üçün müayinəsi, qaraciyər və öd yollarının ultrasəs müayinəsi, qarın boşluğunun USM-i, KT metodu, öd yollarının ultrasonaqrafiyası, maqnit-rezonans pankreato-xolanqioqrafiya aparılır.   Xolangitin müalicəsi Xolangitin müalicəsində dezintaksion terapiya tətbiq olunur, öd yollarının endoskopik əməliyyat vasitəsi ilə dekompressiyası həyata keçirilir. Medikamentoz müalicə zamanı antibiotiklər, parazit əleyhinə dərmanlar, spazmolitik preparatlar, hepatoprotektorlar təyin edilir, infuzion terapiya aparılır. Remissiya dövründə fizioterapevtik müalicə effektli təsir göstərir. Ağırlaşmaların inkişafı mümkündür: qaraciyər sirrozu, qaraciyər çatışmazlığı, absess, sepsis. Xolangitin profilaktikası Qida rejiminə əməl etmək, sağlam qidalanmaq, spirtli içkiləri və siqaret çəkməyi istisna etmək. Həzm traktının istənilən pozuntuları zamanı onları vaxtında müalicə etmək. Müalicə həkim-qastroenteroloq tərəfindən aparılır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 31.07.2018

İnfeksion endokardit
 hekimtap.az

İnfeksion endokardit

Endokardit nədir? Endokardit – ürəyin birləşdirici (daxili) qişasının iltihabıdır. Özünü bədən hərarətinin yüksəlməsi, zəiflik, titrətmə, təngənəfəslik, öskürək, döş qəfəsində ağrı ilə büruzə veirir. Bəzi hallarda ürək klapanlarının (əksər hallarda aortal və mitral) zədələnməsinə, ürək qüsuru və ürək çatışmazlığına gətirib çıxarır. Residivlər mümkündür, endokardit 30% hallarda ölümlə nəticələnir. İnfeksion endokardit aşağıdakı səbəblərdən yarana bilir: Tranzitor bakteriyalar; Endokard və damarların endotelinin zədələnməsi; Hemostaz və hemodinamikanın dəyişməsi; İmmunitetin pozulması. Bakteriemiya mövcud xroniki infeksiya ocaqları və ya tibbi invaziv manipulyasiyalar səbəbindən yaranır. Yarımkəskin infeksion endokarditin inkişafında yaşıllaşan streptokokk, kəskin hallrda (məsələn açıq ürək əməliyyatından sonra)  - qızılı stafilokokk, daha az hallarda enterokokk, pnevmokokk, bağırsaq çöpü aparıcı yol oynayır. Son illərdə endokarditin infeksion törədicilərinin tərkibi dəyişib: stafilokokk təbiətli kəskin gedişatlı birincili endokarditlərin miqdarı artıb. Qızılı stafilokokklu bakteriemiya zamanı infeksion endokardit demək olar ki, 100% hallarda inkişaf edir. Yarımkəskin infeksion endokarditlərin əksəriyyəti anadangəlmə ürək qüsurları və ya ürək klapanlarının revmatik zədələnmələri zamanı inkişaf edir. Ürək qüsurları tərəfindən törədilən hemodinamik pozuntular klapanların mikrotravmalarına (daha çox mitral və aortal) səbəb olur. İnfeksion endokarditin simptomları İnfeksion endokarditin gedişatı xəstəliyin yaranma müddəti, pasiyentin yaşından, törədicinin növündən, həmçinin əvvəllər aparılmış antibakterial terapiyadan asılı ola bilər. Yüksək patogen törədici fonunda, adətən, infeksion endokarditin kəskin forması müşahidə olunur və poliorqan çatışmazlıq qeydə alınır, bununla əlaqədər, kliniki mənzərə polimorfizmlə xarakterizə edilir. İnfeksion endokarditin kliniki əlamətləri, əsasən, bakteriemiya və toksinemiya ilə şərtləndirilir. Xəstə ümumi zəiflik, təngənəfəslik, iştah pozuntusu, bədən kütləsinin azalmasından şikayətlənir. İnfeksion endokarditin digər simptomları bədən hərarətinin yüksəlməsi, anemiyanın inkişaf etməsi, həmçinin, ürək əzələsinin (miokardit) zədələnməsidir. İnfeksion endokarditin diaqnostikası İnfeksion endokardit diaqnozunu dəqiq qoymaq üçün instrumental və laborator müayinələr aparılır. Qanın kliniki analizində çox miqdarda leykositoz və erotrositlərin çökmə sürətinin kəsin artması qeydə alınır. İnfeksiya törədicisini aşkara çıxarmaq üçün qanın bakterioloji əkməsini aparmaq diaqnostik baxımdan çox vacibdir. İnfeksion endokarditin instrumental müayinəsində daha bir dəyərli üsul ExoKQ-dir. Bunun sayəsində ürək klapanlarındakı vegetasiyaları aşkara çıxarmaq mümkündür.    Daha dəqiq diaqnostika metodu ürəyin MRT və MSKT-sidir. İnfeksion endokarditin müalicəsi İnfeksion endokarditin müalicəsi mütləq qaydada stasionarda aparılır, pasiyentin vəziyyəti yaxşılaşana kimi yataq rejimi, pəhriz təyin edilir. İnfeksion endokardit zamanı müalicə, əsasən, medikamentoz, xüsusən də antibakterial üsulla aparılır. İnfeksion endokarditin terapiyasında penisilin qrupundan olan antibiotiklər (aminoqlikozidlərlə kombinasiyada)  yaxşı effekt verir.    Göbələk endokarditi müalicəyə çətin tabe olduğundan amfoterisin B preparatı təyin edilir (bir neçə həftə və ya ay). Həmçinin, antimikrob xüsusiyyətli digər vasitələrdən (dioksidin, antistafilokokk qlobulin) və qeyri-medikamentoz müalicə metodları – plazmaferez, autotransfuziya təyin edilir. Yanaşı gedən xəstəliklər (miokardit, poliartrit, nefrit) zamanı müalicəyə iltihab əleyhinə qeyri-hormonmal əlavə edilir – diklofenak, indometasin. Medikamentoz müalicə effekt verməzsə, cərrahi müdaxilə göstərişdir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 30.07.2018

Лечение альгодисменореи
 hekimtap.az

Лечение альгодисменореи

Альгодисменорея  – болезненные менструации, сопровождающиеся нарушением общего состояния. Возникают при аномалиях развития матки, гормональных нарушениях, повышенной возбудимости ЦНС, органических поражениях матки вследствие некоторых воспалительных и невоспалительных заболеваний, абортов и осложненных родов. Для альгодисменореи характерны ноющие либо схваткообразные боли в нижней части живота в первые дни менструации. Возможны слабость, тошнота, отеки, головные боли, головокружения, потливость, нарушения стула и снижение работоспособности. Диагноз устанавливается на основании анамнеза, жалоб и данных объективных исследований. Тактика лечения зависит от причины заболевания. Причины альгодисменореи Причины развития первичной альгодисменореи могут быть механическими, эндокринными, нейропсихогенными и конституциональными. К числу механических причин относят аномалии развития матки, нарушения положения матки (гиперантефлексия), атрезию шейки матки и другие патологические состояния, создающие препятствие для нормального оттока менструальной крови. Эндокринной причиной альгодисменореи является чрезмерно активный синтез и замедленный процесс распада простагландинов. В числе нейропсихогенных причин развития альгодисменореи специалисты называют индивидуальное снижение порога болевой чувствительности, скрытое неприятие своей женской сущности, отрицание сексуальных аспектов жизни и самой себя, как женщины и матери. Вторичная (симптоматическая) альгодисменорея возникает в результате воспалительных и невоспалительных заболеваний женских половых органов, оперативных вмешательств, спаек в малом тазу, осложненных родов и повреждений шейки матки при выскабливании. Самой распространенной причиной развития вторичной альгодисменореи являются аденомиоз и внешний эндометриоз. Боли во время менструаций при этих заболеваниях обусловлены десквамацией гетеротопических участков эндометрия. Симптомы альгодисменореи Первичная альгодисменорея обычно выявляется у чувствительных, эмоционально неустойчивых девушек астенического телосложения со склонностью к дефициту массы тела. Вторичная альгодисменорея чаще диагностируется у женщин в возрасте старше 30 лет. В анамнезе у пациенток выявляются аборты, установка внутриматочной спирали, роды, операции на органах малого таза, бесплодие, воспалительные (эндометрит, цервицит, аднексит, сальпингит, оофорит) и невоспалительные (аденомиоз, интерстициальная фиброма матки, эндометриоз, поликистоз яичников) заболевания женских половых органов. Больные предъявляют жалобы на боль и ухудшение общего состояния. Болевой синдром при альгодисменорее возникает одновременно с началом менструации либо за несколько часов до ее начала. Боли чаще схваткообразные, реже – тянущие, ноющие либо распирающие. Возможна иррадиация в область поясницы, область паха, промежность, прямую кишку или верхнюю часть внутренней поверхности бедер. Интенсивность болевого синдрома при альгодисменорее может различаться. Возможны как умеренные боли, не оказывающие существенного влияния на трудоспособность, хорошо устраняющиеся обычными анальгетиками или спазмолитиками, так и чрезвычайно интенсивные, требующие оказания профессиональной медицинской помощи. Диагностика альгодисменореи Диагноз выставляется на основании жалоб, анамнеза и данных дополнительных исследований. Гинеколог выясняет, когда у больной альгодисменореей впервые возникли боли при менструации, какова продолжительность болей, сопровождаются ли боли нарушением общего состояния, страдает ли пациентка с альгодисменореей гинекологическими заболеваниями, были ли в анамнезе роды, аборты и операции на женских половых органах. В ходе опроса врач устанавливает, в каком возрасте начались менструации, какова продолжительность цикла, часто ли возникают нарушения цикла и насколько обильны менструации. После сбора жалоб и выяснения анамнеза специалист проводит гинекологический осмотр, берет мазок из цервикального канала, влагалища и уретры. Затем женщину с альгодисменореей направляют на обследование, включающее в себя УЗИ органов малого таза, общие анализы крови и мочи, анализ на заболевания, передающиеся половым путем и исследование уровня гормонов. Для уточнения данных УЗИ применяют КТ и МРТ малого таза. Лечение альгодисменореи Лечение альгодисменореи осуществляют в амбулаторных условиях. Классическим методом лечения является фармакотерапия в сочетании с физиотерапией. При наличии гинекологических заболеваний тактику определяют в зависимости от основной патологии. Больным альгодисменореей назначают нестероидные противовоспалительные средства, подавляющие синтез простагландинсинтетазы. Прием препаратов при альгодисменорее рекомендуют начинать за 2-4 суток до начала менструации и прекращать через 2-4 суток после ее начала. Используют аспирин, парацетамол, ибупрофен, напроксен, диклофенак и их аналоги. При альгодисменорее также широко применяют комбинированные средства, в состав которых входит анальгетик и спазмолитик. Если альгодисменорея сопровождается очень интенсивным болевым синдромом, препараты в течение 3 или 4 циклов вводят внутривенно либо внутримышечно, иногда – в сочетании с успокоительными и антигистаминными средствами. При отсутствии эффекта от анальгетиков и спазмолитиков пациенткам с альгодисменореей назначают оральные контрацептивы, содержащие этинилэстрадиол и левоноргестрел.   © Использование материалов разрешено только при наличии активной ссылки на источник. https://hekimtap.az

Published: 30.07.2018

Uşaqlarda epidemik parotit
 hekimtap.az

Uşaqlarda epidemik parotit

Epidemik parotit nədir? Parotit tüpürcək vəzilərində iltihabi proseslə xarakterizə olunan virus xəstəliyidir. Statistikaya görə, bu xəstəlikdən daha çox 5-15 yaşlı uşaqlar əziyyət çəkirlər, çox nadir hallarda parotit böyüklər də xətər yetirir. Bu, kifayət qədər ağır xəstəlik olub, ağır fəsadlara yol aça bilər.     Epidemik parotitin dərəcə və əlamətləri  Epidemik parotitin simptomları kifayət qədər öyrənilib – bu xəstəlik tibbə iki əsrdir ki, məlumdur. Ağırlıq dərəcəsinə görə xəstəliyi üç qrupa ayırırlar: Yüngül dərəcə - iltihabi prosesin məhz tüpürcək vəzilərində inkişaf etməsi xarakterikdir. Bu zaman uşağın bədən temperaturu qəfil və sürətlə qalxmağa başlayır (orta göstəricilərədək).   Orta dərəcə - hərarətin qalxması ilə yanaşı, epidemik parotitin bu dərəcəsində uşaq “titrədir”. Xəstəliyin orta dərəcəsində təkcə tüpürcək vəzilərinin zədələnməsi deyil, həmçinin digər vəzilərin zədələnməsi qeydə alınır.  Pasiyent baş ağrısından, iştahanın itməsindən, öyümə və qusmadan, yuxu pozuntusundan şikayət edir. Ağır dərəcə. Nəzərdən keçirdiyimiz virus xəstəliyinin bu dərəcəsi uşağın səhhəti, hətta həyatı üçün təhlükəli hesab olunur. Çünki bu zaman həm tüpürcək vəziləri, həm də sinir sistemi zədələnir.  Xəstəlik həmişə qəfil yaranır və sürətlə inkişaf edir: temperatur kritik göstəricilərədək yüksəlir, uşaq bütün bədənində əzginlik hiss edir. elementar udma və çeynəmə hərəkətləri çox ağrı verir. Hipertermiya (bədən hərarətinin yüksəlməsi) Bu simptom xəstəliyin ilk mərhələsindən yaranır və yalnız ifadə olunmuş simptomlar aradan qalxdıqdan sonra itir. Bu baxımdan valideynlər narahatlıq keçirməyə bilərlər – bu, hətta uşaq qızdırma əleyhinə vasitələr qəbul etsə belə norma hesab olunur. Lakin hipertermiya simtomlar keçdikdən sonra aradan qalxmazsa, dərhal müalicə həkiminə müraciət etmək lazımdır – bu əlamət orqanizmdə yeni patoloji prosesin inkişafından xəbər verə bilər. Həkim və alimlər belə bir maraqlı müşahidə aparıblar – sən demə, xəstə uşağın orqanizmi parotit virusu ilə spesifik antitellər ifraz edərək, müstəqil mübarizə aparmağa çalışır. Qulaq arxasında şişkinlik. Uşaqlarda parotitin ən ifadə olunmuş əlaməti  - qulaq arxasında şişkinlikdir. Özü də bu şişkinlik böyük ölçülərə çatıb, çeynəmə və danışmağa mane olur. Bəzi hallarda qulaq arxasındakı şişkinlik boyun nahiyəsinə də yayılır – bu da norma hesab olunur və əlavə tədbirlər tələb etmir. Epidermik parotit uşağın zahiri görkəminə kifayət qədər ciddi təsir göstərir – uşaqın yanaqları sanki şişərək aşağı düşür, qulaq arxasındakı şiş qulaqların önə əyilməsinə səbəb olur.  Qulaq arxasındakı şişkinlik təqribən 8 günlük müalicədənn sonra tamamilə çəkilir.   Epidemik parotitin müalicəsi Epidemik parotit diaqnozlu xəstələrin demək olar ki, hamısı müalicə kursunu ev şəraitində keçirlər. Hospitallaşma yalnız xəstəliyin ağır gedişatı zamanı tövsiyə olunur. Parotitin hər hansı xüsusi müalicə üsulu yoxdur. Sadəcə aşağıdakılara əməl etmək yetərlidir: Xəstə 10 gün ərzində yataq rejimini gözləməlidir. Uşaqlara bunu nə üçün etməli olduqlarını başa salmaq çətin olsa da, valideynlər buna ciddi cəhd göstərməlidirlər.  Qidalanma süd və bitki mənşəli olmalıdır. İş burasındadır ki, epidemik parotit virusu təkcə tüpürcək vəzilərində deyil, digər vəzi orqanlarında, o cümlədən mədəaltı vəzidə iltihabi proses yarada bilər ki, buraya pankreatit də aiddir. Təəccüblü deyil ki, parotit fonunda tez-tez pankreatit inkişaf edir. Məhz buna görə xəstə bütün müalicə dövründə qeyd olunan pəhrizə əməl etməli, qida rasionuna mütləq süd məhsulları, həmçinin tərəvəz və meyvə daxil olunmalıdır. Bundan başqa, periodik olaraq hərarətsalıcı preparatlar qəbul edilməlidir.  Əgər yüksək temperatur bir neçə saat ardıcıl olaraq enməzsə və uşaqda intoksikasiya əlamətləri (öyümə, başgicəllənməsi, qusma, diareya) müşahidə olunarsa, ona hərarət əleyhinə preparatlar (Parasetamol, Panadol, İbuprofen ) vermək məqsədəuyğundur. Əgər epidemik parotit ağır forfmalı gedişata malik olarsa və həkim uşağa ağır intoksikasiya (zəhərlənmə) diaqnozu qoyarsa, bu halda müalicə müəssisəsində dezintoksikasiya terapiyası aparılmalıdır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 28.07.2018

HekimTap Pro
16969
Salpinqooforit
 hekimtap.az

Salpinqooforit

Salpinqooforit nədir? Elmi-tibbi ədəbiyyatda uşaqlıq yolu və artımlarının, həmçinin yumurtalıq və yumurtalıq borularının iltihabı “qadınlarda kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri” adlandırılır. Eyni zamanda, uşaqlıq boruları və uşaqlığın iltihabına adneksit və ya salpinqoofrit də deyilir. Ginekoloqlar xəstəliyi iki növə ayırırlar: Kəskin; Xroniki. Lokalizasiyasına görə artımların iltihabının aşağıdakı formaları var: Birtərəfli; İkitərəfli (iltihabi xəstəlik iki yumurtalıqda inkişaf edir, patoloji gedişat zamanı uşaqlıq borularının yapışması və onlarn keçiriciliyinin zəifləməsi, hətta sonsuzluq baş verə bilər). Artımaların iltihabının səbəbləri Artımlardakı iltihabi prosesi patogen və şərti-patogen mikroorqanizmlər yaradır, onlar müəyyən şəraitdə - ağrıverici olur. Spesifik salpinqooforit aşağıdakı səbəblərdən yarana bilər: Qonokokklar; Vərəm çöpü; Difteriya bakteriyaları. Qeyri-spesifik salpinqooforitə aşağıdakılar səbəb ola bilər: Xlamidiyalar; Mikoplazmalar; Stafilokokklar; Streptokokklar; Bağırsaq çöpləri; Göbələklər; Virus və digər mikroorqanizmlər. Xəstəliyin yaranmasına şərait yaradan faktorlara həkimlər aşağıdakıları aid edirlər: Nizamsız intim həyat; İntim gigiyena qaydalarının pozulması; Stresslər; Soyuqdəymə; Uşaqlıqdaxili əməliyyat və prosedurlar – abort nəticələri, həmçinin uşaqlıq səthinin qaşınması, spiralların daxil və xaric edilməsi, metrosalpinqoqrafiya, histeroskopiya. Müxtəlif xəstəliklər nəticəsində immunitetin aşağı düşməsi, yaxın vaxtlarda keçirilmiş infeksion xəstəliklər; Appendektomiya. Salpinqooforitin diaqnostikası Dəqiq diaqnoz qoymaq üçün aşağıdakılar həyata keçirilməlidir: Həkim-ginekoloqun müayinəsi; Uşaqlıq artımlarının USM-diaqnostikası; Qan və sidiyin analizi; Uşaqlıq yolu və uşaqlıq boynu yaxmasının müayinəsi. Daqnostikanın maksimum dəqiq metodu – boruların mikroflorasının laparoskopiya və ya laparotomiya vasitəsilə müayinəsidir. Bununçün mütəxəssis USM nəzarəti altında uşaqlıq yolunun arxa divarından punksiya götürür və laporoskopiya proseduru aparır. Salpinqooforitin müalicəsi Əgər pasiyentə “kəskin salpinqooforit” diaqnozu qoyularsa, həkim hospitallaşdırma, fiziki sakitlik, xüsusi dieta, həmçinin iltihab əleyhinə preparatlar və ağrıkəsicilər, antibiotiklər təyin edir. Xəstəliyin kəskin əlamətləri aradan qaldırıldıqdan sonra fizioterapevtik prosedurlar aparılır, ağrıkəsici və sovurucu effekt verən biostimulyatorlar təyin edilir.    Xroniki salpinqooforitin kəskinləşməsi zamanı parafinoterapiya, ozokeritlə isitmə və s. prosedurlar həyata keçirilir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 28.07.2018

Spinner