Xroniki bronxit
 hekimtap.az

Xroniki bronxit

Xroniki bronxit nədir? Xroniki bronxit – bronxların uzunmüddətli iltihabıdır. Əgər iki il ərzində öskürək üç aydan az olmayaraq davam edirsə, bunu xroniki bronxit adlandırmaq olar. Xroniki bronxitdən daha çox yaşlı insanlar əziyyət çəkirlər. Siqaret çəkən və çirkli havası olan istehsalat sahələrində çalışan insanlar risk qrupuna daha çox aiddirlər. Xoniki bronxit bronxların uzunmüddətli qıcıqlanması (siqaret çəkmək,toz, tüstü və s.) fonunda yaranır, bu isə onların selikli qişasında dəyişikliklərə səbəb olur və infeksiyanın (virus, bakteriya, göbələklər) daxil olmasını asanlaşdırır. Xroniki bronxit necə inkişaf edir? Xroniki bronxit tədricən inkişaf edir. Zədələnmiş qişa daha çox bəlğəm ifraz etməyə başlayır və onu daha pis xarc edir. Bu, əvvəlcə səhər vaxtı öskürək yaradır. Tədricən öskürək insanı həm gecələr, həm də  gündüzlər narahat etməyə başlayır, soyuq və nəm havada kəskinləşir. İllər keçdikcə öskürək daimi xarakter alır.   Xroniki bronxit zamanı daim artıq miqdarda bəlğəm ifraz olunur (şəffaf və qoxusuz). Kəskinləşmə periodunda bəlğəm qişalı-irinli və ya irinli-bulanıq, daha qatı olur, sarımtıl və ya yaşımtıl, pis qoxulu olması da mümkündür. Xrnoniki bronxit uzun müddət davam edərsə, bronxlar daralır və daha az hava keçirir, tədricən təngənəfəslik tutmaları əmələ gəlir (boğulmayadək), xəstəliyin yeni mərhələsi - ağciyərlərin xroniki obstruktiv xəstəliyi başlanır. Əvvəllər bu xəstəlik xroniki obstruktiv bronxit adlanırdı, lakin yeni ad xəstəliyin mahiyyətini daha dəqiq ifadə edir – bu zaman təkcə bronxlar deyil, ağciyərlər də zədələnir (emfizema inkişafı səviyyəsinədək). Nəticədə qanın, bunun nəticəsi olaraq, bütün orqanizmin oskigenlə qidalanması zəifləyir – tənəffüs çatışmazlığı inkişaf edir. Xroniki bronxitin diaqnostikası   Xroniki bronxit diaqnozunu terapevt və ya pulmanoloq ən azı iki illik müşahidədən sonra qoyur. Xroniki bronxiti astma, bronxoektatik xəstəlik və s. ilə səhv salmamaq üçün həkim döş qəfəsinin rentgenini, qanın ümumi və biokimyəvi analizini, bəlğəmin baktereoloji əkmə və antibakterial həssaslıq testi vasitəsilə müayinəsini, bronxoskopiya təyin edə bilər.    Tənəffüs funksiyasının müayinəsi zamanı havanı xüsusi alətin içərisinə üfürmək tələb olunur ki, bunun vasitəsilə ağciyərlərin həcmi və digər parametrləri müəyyənləşdirilir. Bronxoskopiya – endoskopik müayinədir. Bunun üçün tənəffüs yollarına xüsusi nazik boru yeridilir və bronxlar daxildən müayinə edilir. Bu prosedur narahatçılıq yaratsa da, tez və yerli ağrıkəsici vasitəsilə həyata keçirilir. Bronxoskopiya çox vacib prosedurdur, çünki xroniki bronxit bronx keçilməzliyinə və digər ağırlaşmalara gətirib çıxara bilər. Bundan başqa, bronxoskopiya zamanı müxtəlif manipulyasiyalar – biopsiayalar, dərmanların daxil edilməsi və s. həyata keçirmək mümkündür. Xroniki bronxitin müalicəsi Xroniki bronxitin müalicəsinə erkən mərhələdə başlayırlar və bu, uzun müddət davam edir – həm kəskin, həm də xəstəliyin simptomlarının aradan qalxdığı periodda. Xroniki bronxitin kəskinləşmə periodunda həkim antibiotik, bəlğəmgətirici və iltihabəleyhinə vasitələr, immuniteti qaldırmaq üçün preparatlar təyin edir. Həmçinin, müalicəvi bronxoskopiya aparılır. Bu zaman xüsusi boru tənəffüs yollarına daxil edilir və bronxlar müxtəlif məhlul və maddələrlə yuyulur ki, iltihab və selik azalsın. Bundan başqa, xüsusi tənəffüs gimnastikası, fizioterapevtik müalicə (inqalyasiya, elektroprosedurlar) təyin olunur. Kəskinləşmə olmazsa, selik ifrazı və bronx daralmasının qarşısını almaq məqsədilə müntəzəm olaraq xüsusi inqalyasiyalar təyin edilir. Bu, selikli qişanın vəziyyətini yaxşılaşdıra, kəskinləşmələrin sayını azalda, tənəffüs çatışmazlığını ləngidə, hətta qarşısını ala bilər.  Xroniki bronxitin profilaktikası Xroniki bronxitin profilaktikası ilk növbədə, sağlam həyat tərzi sürməkdən (siqaret çəkməkdən imtina, bədən tərbiyəsi ilə məşğul olmaq və s.), xroniki infeksiya ocaqlarının aradan qaldırılmasından ibarətdir. Bronxit artıq mövcuddursa, soyuqdəymədən qorunmaq, yuxarı tənəffüs yollarnı vaxtında müalicə etmək vacibdir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 27.07.2018

HekimTap Pro
14062
Uşaqlarda inkişaf çətinliklərinə yanaşma
 hekimtap.az

Uşaqlarda inkişaf çətinliklərinə yanaşma

Beyin inkişafı dedikdə nə başa düşürük? İnkişaf fasiləsiz prosesdir. İnkişaf dedikdə, mayalnmadan yetkinlik yaşına kimi emosional, sosial, koqnitiv, nitq, hərəkət, münasibət sahələrində gedən proseslər nəzərdə tutulur. Beyin inkişafı üçün ən önəmli yaş 3 yaşa qədər olan dövrdür ki, bu vaxt beyin qabığında neyronlar arasında sinaptik əlaqələr sürətlə yaranır. Vaxt keçdikcə, ikstifadə edilməyən sinaptik əlaqələr itir. Bu dövrdə uşağa şəfqətli baxış, qayğı, onunla oyunlar oynamaq, öyrədici məşğələlər aparmaq bu sinaptik əlaqələrin artmasına, möhkəmlənməsinə dəstək olur. Əgər bu stimulyasiyalar olmasa, sinaptik əlaqələr itir. 2-3 yaşa qədər uşağa öyrədə bildiklərimizi yuxarı yaşlarda öyrətmək çətin olur. Bizim artıq tez öyrənə bilməyəcəyimiz xarici dili 3 yaşlı uşaq oxuyub-yazmaq bilmədən tez bir zamanda öyrənir. Bu da sinaptik əlaqələrin budanmasına bir sübutdur. İnkişaf çətinliklərinin olduğu nədən bilinir? Günümüzün aktual problemlərindən biri – inkişaf çətinlikləridir. Uşaqların inkişafına təsir edən risk faktorları var ki, bunlar inkişafın ləngiməsinə səbəb olur. Bu risk faktorlarına perinetal problemlər, qidalanma çatışmazlığı, xroniki xəstəliklər, infeksion xəstəliklər, görmə və eşitmə zəifliyivə s. aiddir. Bilmək lazımdır – uşağın göz kontaktı necədir, ifadə və anlama dili, hərərkətləri, oyunları, münasibət qurması necədir. Əgər bu sahələrin hansındasa ləngimə varsa, həkimə müraciət olunmalıdır. İnkişaf çətinliklərində hansı müdaxilələr aparılır? Erkən diaqnostika erkən müdaxiləyə - bərpa müalicəsinə tez başlamağa kömək edir. Risk amillərinin azaldılması, qoruyucu amillərin artırılması əsas şərtdir. Erkən bərpa müalicəsi dedikdə, inkişaf ləngiməsi aşkarlanan kimi başlanan, ləngimə olan sahələrə dəstək məqsədilə edilən müalicə başa düşülür. Massaj, müalicə idmanı, psixoloq, loqoped, defektoloq yardımı ilə inkişaf ləngiməsi olan uşaqlara kömək etmək olur. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 27.07.2018

Uşaqlarda amyöbiazın müalicəsi
 hekimtap.az

Uşaqlarda amyöbiazın müalicəsi

Amyöbiaz nədir? Amyöbiaz amyöbanın (birhüceyrəli orqanizm) bağırsağın zədələnməsinə, nəticədə isə onun selikli qişasında xoraların yaranmasına səbəb olan təhlükəli infeksion xəstəlikdir. Xəstəliyə daha çox  sosial-iqtisadi və sanitar durumu aşağı olan ölkələrdə rast gəlinir. Amyöbiazın təhlükəsi ondan ibarətdir ki, o, ilkin mərhələlərdə əlamət biruzə vermir, ayrı-ayrı hallarda amyöba digər orqanlarda, xüsusən də qaraciyərdə parazitlik edə bilir. Amyöbaya uşaqlarda da tez-tez rast gəlinir, ona görə də valideynlər xəstəliyin mənbəyi, əlamətləri və müalicəsi barədə məlumatlı olmalıdırlar. Uşaq amyöbiaza necə yoluxur? Amyöbiaz fektal-oral yolla yoluxur. Bu, su, qida və ya daşıyıcı ilə birbaşa kontakt vasitəsilə baş verə bilər. Xəstəliyin mənbəyi, əsasən, qidalar, bundan daha az su, həmçinin qablar, qapı tutacaqları, oyuncaqlar və digər əşyalardır. Amma yenə də əsas mənbə sistaların məskunlaşdığı qida və su hesab edilir. Sözügedən parazit yalnız 55C – də məhv olur. Lakin suyun dizinfeksiyası üçün istifadə edilən xlorun konsentrasiyası və ya soyuq temperatur törədicini məhv etməyə kifayət deyil. Amyöba bağırsağın divarına keçdikdə dizinteriya inkişaf edir. Statistika göstərir ki, parazitin digər orqanlara keçmə halları uşaqlarda böyüklərə nisbətən daha azdır. Xəstəliyə yoluxmuş pasiyentlər il boyu qeydə alınır, baxmayaraq ki, onun aktivliyi yay aylarında daha çox müşahidə edilir.    Yoluxmuş adamlar sistaları yayır. Onların sayı illərlə arta bilər, cəmi 24 saata daşıyıcı fekaliya ilə 300 mln sista ifraz edə bilər.  Yoluxmuş insanın qida hazırlanması, xüsusilə bunu təhsil müəssisələrinin, uşaq baxçalarının yeməkxanalarnda etməsi çox təhlükəlidir.   Bağırsaq amyöbiazının əlamətləri Təəssüf ki, infeksiya hər hansı simptom büruzə vermir. Ona görə yeganə əlamət onun nəcisdə aşkar edilməsidir. Lakin sonrakı inkişaf mərhələsində əlamətlər yoluxma vaxtından bir neçə həftə və bir neçə ay sonra üzə çıxa bilər. İlk şübhələr qarın nahiyəsində kəsici ağrıların olması, həmçinin,  peristaltikanın güclənməsidir. Ancaq elə hallar da olur ki, əlamətlər titrətmə, hərarətin yüksəlməsi və ifadə olunmuş diareyadan başlanır. Xəstəliyin ən qabarıq əlaməti defekasiyanın pozulmasıdır - getdikcə nəciz ifrazının sayı artır. Əvvəlcə gün ərzində göstərici 4-6 dəfəyə çatır, nəcisin miqdarı çox, selikli və kəskin iyli olur. Daha sonra nəcis ifrazı tezliyi gün ərzində 10-20 dəfəyə çatır, nəcis kal xarakterini itirir. Kəskin əlamətlər bir qayda olaraq, 6 həftə davam edir. Bu, nəcisdə qanın və çox miqdarda seliyin olması ilə özünü göstərir. İştahanın aşağı düşməsi, dildə yanma və ağrı hissinin olması, həmçinin ağızda xoşagəlməz dadın yaranması da simptom sayıla bilər. Müalicə olunmazsa, xəstəlik illərlə davam edə, residivləşə və xroniki hal ala bilər. Amyöbiazın təhlükəsi Bağırsaq amyöbiazı kəskin formaya keçdikdə qarciyərə daxil ola bilir. Bu, xəstəliyin ciddi təhlükəsi hesab edilir. Belə vəziyyətin simtomlarına qızdırmanı, hərarət düşən zaman çox miqdarda tərləməni aid etmək olar. Bu zaman qarn köpür və orada ağrılar yaranır, bu ağrılar dərindən nəfəs aldıqda şiddətlənir, sağ çiyinə irradiasiya edir. Prosesin belə inkişaf etməsinin təhlükəsi ondan idarətdir ki, qarciyərin amyöb absesi xroniki hala keçir – bu zaman absesin qarın və plevral boşluğa keçməsi mümkündür. Uşaqlarda amyöbiazın müalicəsi Əgər profilaktik tədbirlərin həyata keçirilməsi yoluxmanın qarısını almazsa, özünümüalicə ən pis variant hesab edilir. Belə olan təqdirdə, həkim konsultasiyası zəruridir. Çünki dərman preparatlarının düzgün qəbul olunmaması və infeksiyanın məhv edilməməsi hətta beyinin zədələnməsinə gətirib çıxara bilər. O ki qaldı bağırsaq amyöbünün müalicəsinə, bu, stasionar şəraitdə aparılır, terapiya parazitin məhv edilməsi yönəldilir. Uşaqlarda absess qeydə alınarsa, cərrahi müdaxilə tövsiyə edilmir. Həkimlər, adətən, absessin punksiyası, USM və ya kompüter tomoqrafiyası ilə kifayətlənirlər. Sağaldıqdan sonra pasiyentlər bir müddət həkim-infeksionistin nəzarəti altında olmalıdırlar.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 26.07.2018

Servisitin müalicəsi
 hekimtap.az

Servisitin müalicəsi

Servisit nədir? Servisit uşaqlıq boynunun uşaqlıq yolu seqmentində iltihabi prosesdir. Gedişatı selikli və ya irinli axıntılar, qarının aşağı nahiyəsində dartıcı və küt ağrılar, sidik ifrazı və cinsi akt zamanı ağrılarla xarakterizə olunur. Davamlı xroniki sersevit eroziyanın inkişafına, həmçinin cinsi aparatın yuxarı şöbələrinə infeksiya yayılmasına səbəb olur. Uşqaqlıq boynu infeksiyanın uşaqlığa və cinsiyyət yollarının yuxarı şöbələrinə daxil olmasının qarşısını alır. Müəyyən faktorların təsirindən onun müdafiə funksiyalarının pozulması, yad mikrofloranın daxil olması və iltihabi proses – özündə ekzoservisit və endoservisiti birləşdirən servisitin inkişafına səbəb olur. Ekzoservisit dedikdə, uşaqlıq boynu seqmenti və ya ekzoserviksin iltihabı nəzərdə tutulur. Endoservisit  - uşaqlıq boynu servikal kanalının daxili qişasının iltihabıdır.     Servisitin yaranma səbəbləri Servisit şərti-patogen mikrofloranın (stafilokokk, bağırsaq çöpü, streptokokk göbələk), spesefik virusların (xlamidiya, mikoplazma, qonokokk, sifilis, trixomonad), həmçinin, bəzi parazitar və protozoy infeksiyaların (amebiaz) təsirindən yarana bilər. Sersivit törədən şərti-patogen mikroflora uşaqlıq boynuna düz bağırsaqla kontakt,  qan və ya limfa vasitəsilə, spesifk isə - cinsi yolla keçir. Servisitin inkişafına müəyyən faktorlar - uşaqlıq boynunun doğuş travmaları, diaqnostika və ya abort məqsədilə aparılan qaşıma, kontraseptiv vasitələrin istifadəsi səbəb ola bilər. Bundan başqa, uşaqlıq boynunun çapıqlı deformasiyası, uşaqlıq boynunun xoşxassəli şişləri və immunitetin aşağı düşməsi də servisitin yaranması üçün zəmin yaradır. Servisit, adətən, cinsiyyət sisteminin yanaşı gedən xəstəliklərilə inkişaf edir. Buraya aiddir: vulvit, vaginit, bartolinit, uşaqlıq boynu psevdoeroziyaları,  ektropion. Servisit daha çox reproduktiv yaş həddinə çatmış qadınlarda (70%-dək), daha az hallarda menopauza dövründə rtast gəlinir. Servisit tez-tez erkən doğuşlara və yarımçıq hamiləliyə səbəb olur. Servisit uşaqlıq boynunun polipləri və uşaqlıq boynu eroziyaları, cinsiyyət sisteminin yuxarı şöbələrinin iltihabına gətirib çıxarır.   Servisitin simptomları Gedişatından asılı olaraq, servisiti kəskin və xroniki, zədələmə səviyyəsinə görə isə ocaq və diffuz növlərə ayırırlar. Kəskin servisit zamanı çox miqdarda selikli və irinli axıntılar, bəzən qarının aşağı nahiyəsində küt ağrı müşahidə olunur. Servikal kanalın xarici dəliyində şişkinlik və hiperemiya qeydə alınır. Servisit törədicinin xarakteri və immunitetin vəziyyətindən asılı olaraq, özünü müxtəlif cür büruzə verir. Məsələn, qonoreya təbiətli servisit adətən kəskin, dəqiq ifadə olunmuş əlamətli gedişata malik olur, xlamidiya infeksiyası zamanı isə əlamətlər daha az nəzərə çarpır. İnsan papilloma virusu kondilomaların əmələ gəlməsinə və uşaqlıq boynunda müxtəlif ölçülü yaralara səbəb ola bilər. Kəskin mərhələdə servisitin aşkara çıxarılıb, müalicə olunmaması xəstəliyin uzunmüddətli xroniki prosesə keçməsilə nəticələnir. Xroniki mərhələdə iltihab əlamətləri daha zəif ifadə olunur. Lakin iltihab ətraf toxuma və vəzilərə yayılaraq, infiltrat, kistalar yarada, uşaqlıq buynunun bərkiməsinə səbəb ola bilər. Servisitin diaqnostikası Servisit çox vaxt simptomsuz gedişata malik olur və buna görə də pasiyentlər həkimə müraciət etmirlər. Xəstəlik əksər hallarda ginekoloq konsultasiyası zamanı təsadüfən üzə çıxır. Servisitin diaqnostikası hər şeydən əvvəl uşaqlıq boynu iltihabını törədən səbəblərin aşkara çıxarılmasına yönəldilir. Servisitin diaqnostikası aşağıdakı metodlarla aparılır: Uşqalıq boynunun güzgülər vasitəsilə müayinəsi; Kolkoskopiya; Laborator metodlar. Servisitin müalicəsi         Müasir ginekologiyada servisitin müalicəsi üçün bir sıra müxtəlif metodlar mövcuddur. Lakin hər şeydən əvvəl xəstəliyin müalicəsi yaranma səbəblərinin (hormonal, mübadilə, immun pozuntuları) və yanaşı gedən xəstəliklərin aradan qaldırılmasına yönəldilir. Servisitin müalicəsi özündə antibakterial, virusəleyhinə və törədicidən asılı olaraq digər preparatların tətbiqini birləşdirir. Servisitin terapiyasında kombinə edilmiş yerli preparatlardan da geniş istifadə edilir. Buraya şam və kremlər şəklində olan dərman preparatları aiddir. Servisitin xronki mərhələsində konservativ müalicə o qədər də effekt vermir. Ona görə də bu zaman cərrahi metodlardan  - diatermokauqulyasiya, krioterapiya, lazeroterapiyadan istifadə edilir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 26.07.2018

Yaşla bağlı makulodegenerasiya
 hekimtap.az

Yaşla bağlı makulodegenerasiya

Yaşla bağlı makulodegenerasiyanın nə olduğunu yaşı 60-dan yuxarı olan insanlar yaxşı bilirlər. Statistikaya görə, yer üzündə 30 milyon adam sonadək öyrənilməmiş bu xəstəlikdən əziyyət çəkir. Son məlumatlara görə, makulyar degenerasiya gəncləşir və artıq 40 yaşlı qadın və kişilərə xətər yetirir. Xəstəliyin əsas əlaməti bir və ya hər iki gözün mərkəzi görməsinin zəifləməsidir. Ona görə də görmə kəskinliyi pisləşərsə, vaxtında oftalmoloqa müraciət etmək lazımdır. Ola bilsin ki, siz yaxından görmədən əziyyət çəkirsiniz, lakin bu, makulodegenerasiyanın ilkin əlamətləri də ola bilər. Yaşla bağlı makulodegenerasiyanın yaranma səbəbləri Makulodegenerasiyanın yaranma səbəblərini asanlıqla izah etmək olar: Yaş artdıqca, görmə orqanlarının müdafiə elementləri olan karotinoidlərin miqdaarı azalır; Nəticədə ğözlər günəş radiasiyası və ultarabənövşəyi şüalara qarşı həssaslaşır. Əvvəlcə mərkəzi görmənin ayrılmaz hissəsi olan makula zədələnir. Görmə aparatının bu elementinin sayəsində biz  kiçik detalları ayırd edir, bizi əhatə edən aləmi bütün çalarları ilə görürük. Yaşla əlaqədar olaraq, görmə oxunun fəaliyyətində qüsur yaranır – buna degenerasiya deyirlər. Söhbət gənc insanlardan gedərsə, oftalmoloqlar “makulanın distrofiyası” diaqnozu qoyurlar. Yaşla bağlı makulodegenerasiyanın cəmi iki növü var: Quru forma – bu ağırslaşmış forma hesab edilir, müalicəyə tabe olmur və tədricən inkişaf edir; Eksudativ forma – korreksiyası və inkişafının dayandırılması mümkündür. Əgər quru forma diaqnozu qoyularsa, söhbət nahiyənin atrofiyası sayəsində torlu qişanın nazilməsi və bunun nəticəsi olaraq qan dövranının çatışmazlığından gedir. Makula üzərindəki piqment toxuması ölür -bunun nəticəsində atrofiyaya uğramış hüceyrələr ləkələr əmələ gətirir ki, onlar həkim müayinəsi zamanı görünür.   Eksudativ formaya daha az – pasiyentlərə yaşla bağlı makulyar degenerasiya diaqnozu qoyulduqda -  rast gəlinir. Buna səbəb torlu qişanın daxilinə sirayət edən, lakin makulaya yaxın anomal damarların həcm artımıdır. Qatların defekti makulanın şişkinliyini formalaşdıran mayenin xaricə axmasına səbəb olur, bunun nəticəsində isə insan görməsini itirir. Yaşla bağlı makulodegenerasiyanın əlamətləri Makula degenerasiyasını ilkin mərhələlərdə aşkara çıxarmaq vacib şərtdir. Belə olan təqdirdə, xəstəliyi sağaltmaq və ya heç olmazsa, inkişafının qarşısını almaq daha asandır. Yaşla bağlı makulodegenerasiyadan əziyyət çəkən pasiyentlər, adətən, aşağıdakı, simtomlardan şikayətlənirlər: Əşya və ya təsvirlərin ikiləşməsindən; Düz xətlərin əyilmiş görünməsindən; Təsvirlərin dəqiq forma və cizgilərinin müəyyən edilməməsindən; İşığa qarşı həssaslığın inkişaf etməsindən. Bir çox insanlar ağrı hissi olmadığından görmənin zəifləməsini gözlərin yorulması və ya yorğunluğu ilə əlaqələndirib, həkimə müraciət etmirlər. Onlar tədricən daha bir əlamətlə - görmə mərkəzində qara ləkənin yaranması ilə üzləşirlər. Bu simtom oxumaq, yazmaq, avtomobil sürməkdə çətinliklər yaradır.  Yaşla bağlı makulodegenerasiyanın diaqnostikası Yaşla bağlı makulodegenerasiya diaqnozunu dəqiq qoymaq üçün aşağıdakı müayinələrdən keçmək lazımdır: Oftalmoskopiya – xəstə gözün torlu qişasının vəziyyətini dəyərləndirir; Tomoqrafiya – normadan kənaraçıxmaları xəstəliyin hələ erkən mərhələlərində üzə çıxarmağa şərait yaradır; Amsler testi – bu testi ev şəraitində aparmaq mümkündür. İnsan qarşısındakı xüsusi tor üzərindən baxır və yayılmaların olub-olmadığını müəyyənləşdirir. Yaşla bağlı makulodegenerasiyanın müalicəsi Yaşla bağlı makulodegenerasiyanın müalicəsi özündə bir neçə terapiyanı birləşdirir. Buraya aiddir: Lazer müdaxiləsi. Patologiyanın inkişafı ləngidilir, həmçinin, cərrah torlu qişadan çapığı kənarlaşdırmaq imkanı əldə edir. Lazerlə fotodinamik müdaxilə. Pasiyentin qanına xüsusi tərkib yeridilir ki, bunun sayəsində lazer aktivləşir və patoloji qan damarlarını sıradan çıxarır.   Antiangiogenez. Zədələnmiş damarların artmasının qarşısını alan preparat. Görməni yaxşılaşdıran vasitələr. Makulodegenerasiya əşyaları yaxşı görməyə mane olur və bəzi vasitələr, eləcə də linzalar obyektləri dəqiq görməyə imkan yaradır.Yaşla bağlı makulodegenerasiyanın ən yeni müalicə üsulları hələ ki, eksperiment mərhələsindədir. Buraya aiddir: Damarları xaric edən əməliyyat; Torlu qişanın translokasiyası. torlu qişanın altında yerləşən damarların xaric edilməsi.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 25.07.2018

Uşaqlarda pararektal fistulun müalicəsi
 hekimtap.az

Uşaqlarda pararektal fistulun müalicəsi

Uşaqlarda pararektal fistul nədir? Pararektal fistul uşaqlarda anus nahiyəsində kiçik nöqtənin olması, bu nöqtənin düz bağırsaqla əlaqəsi və buradan irinli möhtəviyyatın axmasıdır. Pararektal fistula “klassik formada” (bağırsaqdaxili dəliyin yaranması) az-az rast gəlinir. Uşaqlarda belə perarektal fistul yalnız böyük yaşlarda qeydə alınır, körpələrdə isə xarici dəlik adətən olmur. Uşaqlarda pararektal fistulun yaranma səbəbləri 3-4 gün davam edən böyümə fazasından sonra yetişmə fazası başlanır. Bu zaman fistul artıq düz bağırsaqla birləşmənin əsasında yaranır və absess onun formaşmasında aralıq  mərhələ sayılır. Bu baxımdan fistulların yaranmasının irsi xarakter daşıdığını ehtimal etmək olar. Yeni doğulmuş körpələrdə bu fistullar qısa müddət ərzində boş formada, simtomsuz olur, lakin sonra yaranmış iltihab nəticəsində onun içi dolur, bəzən simmetrik yerləşir.     Uşaqlarda pararektal fistulun əlamətləri Simtomatika periodik kəskin iltihabi proseslə xarakterizə olunur. Xarici dəlik nahiyəsinə üzəri nazik epidermal pərdə ilə örtülmüş irinli maye yığılır. Bu pərdə tez cırılma xüsusiyyətinə malikdir və damcı-damcı xaric olunur. Bundan bir neçə gün sonra isə irin fistul dəliyindən xaric olunur.   Fistul dəliyi ətrafında ağrılıq və hiperemiya kifayət qədərdir. Qısa müddətdən sonra fistul yenidən qapanır. Bu cür “kəskinləşmə” arasında intervallar bir neçə həftədən bir neçə aya, hətta ilədək davam edə bilər. Uşağın ümumi vəzziyyəti qənaətbəxşdir.   Çoxsaylı kəskinləşmələrə baxmayaraq, yeni əmələ gəlmiş fistul şaxələnmələri və ya xarici fistul dəlikləri əmələ gəlmir, bəzən bir neçə residivdən sonra fistul uzun müddət özünü büruzə vermir. Görünür fistulun daxili dəliyi qapanır, yaxud da mikroskopik ölçüyə malik olur ki, bunun da sayəsində yenidən infeksiyalaşma baş vermir. Uşaqlarda pararektal fistulun diaqnostikası Uşqlarda pararektal fistulun diaqnostikası anamnez, palpasiya və rektal müayinə əsasında aparılır. Böyüklərdə tez-tez istifadə edilən metodlar (fistul yolunun instrumental zondlanması, rengenofistuloqrafiya və s.) nadir hallarda, birbaşa göstərişlə yalnız böyükyaşlı uşqlarda istifadə olunur. Kiçikyaşlı uşaqlarda qeyd olunan metodlar mənasız sayılıb, heç bir diaqnostik əhəmiyyət kəsb edtmir. Müayinə zamanı xarici fistul dəliyinin lokalizasiyası, çapıqların olub-olmaması dəqiqləşdirilir. Palpasiya vasitəsilə fistul ətrafındakı toxumaların nə dərəcədə bərkiməsi yoxlanılır. Sonuncu əlamət xüsusilə əhəmiyyətlidir, o, fistul yolunun tamamilə formalaşmasına dair məlumat verir və onun forması, eləcə də xarici sfinkrterlə əlaqəsi haqda təsəvvür yaradır. Eyni zamanda, uşaq vaginal güzgüsü vasitəsilə rektal kanalın müayinəsi vacibdir. Bunun vasitəsilə fistulun daxili dəliyini nəzərdən keçirmək mümkündür. Bəzi hallarda fistul yoluna təzyiq göstərdikdə daxili dəlikdən irinli maye damcısı axır. Uşaqlarda pararektal fistulun müalicəsi Fistul bağırsaq daxilinə açılmırsa, öz-özünə keçib gedə bilər. Yox əgər bağırsaq daxilinə açılmış olarsa və çox miqdarda mötəviyyat, irinli maye axıntısı qeydə alınarsa, müalicə yalnız cərrahi üsulla aparılır, həmin yol kəsilərək götürülür. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 25.07.2018

Uşaqlarda obsessiv-kompulsiv pozuntunun müalicəsi
 hekimtap.az

Uşaqlarda obsessiv-kompulsiv pozuntunun müalicəsi

Obsessiv-kompulsiv pozuntu  (OKP), həmçinin sarışan hallar nevrozu kimi də tanınınır. Bu pozuntudan uşaqların 1%-4%-i əziyyət çəkir. Onlardan təxminən yarısında xəstəlik uşaq yaşlarında başlanır və böyük yaşlarda davam edir. OKP 2 hissədən ibarətdir: Obsessiya və ya sarışan ideyalar. Uşaq eyni fikri dəfələrlə təkrar edir, tez-tez hər hansı xatirələri yada salır. Onu çirklənmə haqda sarışan fikirlər narahat edə bilər. O, daim yuyunmaq istəyir, çirkli yerlərə yaxın durmaqdan boyun qaçırır. Uşaq, həmçinin evdə ciddi səliqə, müxtələif əşyaların simmetrik dayanmasını tələb edə bilər. Əgər onun vərdişlərində hər hansı dəyişiklik baş verərsə, bu uşaqda təşviş yarada bilir. O, habelə özünün və ya yaxınlarının sağlamlığı üçün daim narahatlıq keçirə bilər. Kompulsiv hərəkətlər. Kompulsiv hərəkətlər və ya sarışan davranış – sözügedən sindromun ikinci hissəsidir. Burada söhbət təkrarlanan davranış rituallarından və onlara ciddi riayət olunmasından gedir. Xəstə bu ritualları ciddi şəkildə həyata keçirir və düşünür ki, hər hansı “qayda” pozuntusu olarsa, nə isə bir pis hadisə baş verə bilər. Bu rituallara əllərin daim yuyulmasını, əlləri hər hansı əşyalara müəyyən qayda çərçivəsində toxunuşu və s. aid etmək olar. Qeyd etmək lazımdır ki, uşaqlar böyüklərdən fərqli olaraq, çalışırlar ki, öz ritualları barədə valideynlərlə söhbət etsinlər. Bu da öz növbəsində, sağalma şansını artırır. Təəssüf ki, bir çox hallarda valideynlər uşaqların şikayətlərini ciddi qəbul etmirlər və bu da  pozuntunun gələcək inkişafına şərait yatadır.    Uşaqlarda OKP-nin yaranma səbəbləri Uşaqlarda OKP-nin əsas yaranma səbəbi beynin ön payı fəaliyyətinin struktur və ya funksional dəyişiklikləri  ola bilər. Beynin bu hissəsi insan davranışında  təkrarlanan hərəkərlərə, rituallara cavabdehdir. Təkrarlanan hərəkətlərdən asılılığın inkişafı ilə bağlı patologiya məhz elə burada lokallaşır. Bu nahiyə emosiya, həyəcan, düşüncə və meyilliliyə cavab verən hissə ilə əlaqələnir. Beləliklə, OKP-ni yardan şəbəkə əmələ gəlir. Bu səbəb FMRT (funksional maqnit-rezonans tomoqrafiyası) müayinəsi zamanı aşkara çıxa bilər.   Uşaqlarda OKP-nin müalicə metodikası Koqnitiv-davranış psixoterapiyası Müasir dövrdə xəstəliyin ən effektli metodu koqnitiv-davranış psixoterapiyası hesab olunur ki, onun köməkliyi ilə OKP-nin simtomları tezliklə ardan qalxır. Psixoterapiya uşağın düşüncə obrazını, onun emosional və davranış reaksiyalarını dəyişir. Tədqiqatlar göstərib ki, OKP-nin inkişafında beynin emosiya və davranışa cavabdehlik daşıyan limbik sisteminin rolu var. Koqnitiv-davranış terapiyasının aparılması zamanı beynin bu nahiyələrində funksional dəyişikliklər, habelə limbik sistemin OKP- ni dəstəkləyən müxtəlif xüsusiyyətləri qeydə alınmışdır.   OKP-nin koqnitiv-davranış psixoterapiyası ilə müalicəsi artıq ilk aydan  beyin fəaliyyətinin optimallaşmasına şərait yaradır. Medikamentoz müalicə OKP-nin simptomları pasiyentin normal həyatına mane olarsa və o, sarışan hərəkətlərdən əziyyət çəkərsə, bu zaman serotoninin geri udulma selektiv inhibitorları təyin edilir. Neyromediatorlara təsir göstərən serotonin OKP-nin əsasında dayanan təşviş hissini azaldır və öz növbəsində pozuntu simptomlarının aradan qalxmasına şərait yaradır. Depressiya qeydə alınarsa, antodepressantlar təyin edilir ki, bu da OKP-nin simtoplarını azaldır. Ailə terapiyası Öz övladının sarışan ideyalrdan əziyyət çəkdiyini, onun dolğun həyat sürə bilməyib, həmyaşıdları ilə ünsiyyətdə çətinlik çəkdiyini görmək valideynlər üçün asan deyil.   Belə olan halda, valideynlər də uşaqla birgə qorxu, həyəcan , yorğunluq və əlacsızlıq hissi keçirirlər. Mütəxəssislər bu məqama da ciddi fikir verir, qeyd olunan terapiyalarla yanaşı, valideyn-övlad münasibətlərini lazımi qaydada tənzimləyirlər. Bəli, uşaq müalicə kursundan sonra xəsətəliyin simptomlarından həmişəlik yaxa qurtara bilər, lakin baş verənlər şübhəsiz ki, onun psixiki inkişafında öz izini qoyacaq. Ona görə də valideynlər bu izi necə aradan qaldırmağı, övladını yeni həyacan və xəstəliyin residivlərindən hansı yollarla qorumağın yollarını dəqiq bilməlidirlər. Bunun üçün mütəxəssis valideynə lazımi təlimatlar verir, həyəcanı aradan qaldırmağın texnikalarını öyrədir. Beləliklə, növbəti stress situasiyasında valideyn xəstəliyin kəskinləşməsi və ya qayıdışının qarşısını artıq müstəqil ala bilir.  Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 24.07.2018

USM müayinəsinə hazırlıq
 hekimtap.az

USM müayinəsinə hazırlıq

Pasiyentin ultrasəs müayinəsinə (USM) hazırlığı böyük əhəmiyyət kəsb edir, belə ki, bu, alınan təsvirin keyfiyyətinə və nəticə olaraq, müayinənin nəticələrinə təsir göstərə bilər. USM – müxtəlif orqan və ya oqran sistemlərinin – həm qarın boşluğu, həm də kiçik çanaq orqanları, damarlar və s. müayinəsi üçün tətbiq olunan metodikadır. Lakin bu metod daha çox məhz qarn boşluğu orqanlarının müayinəsində tətbiq edilir. Qarın boşluğu orqanlarının (qaraciyər, öd kisəsi və dalaq) USM-inə hazırlıq: Müayinəyə 2-3 gün qalmış şlaksız pəhrizə keçmək, rasiondan bağırsaqda qaz əmələ gətirən qidaları (çiy tərəvəzlər, süd, qara çörək, qazlı sular və s.), habelə, kaloriliyi yüksək olan şirniyyat məhsullarını (pirojna, tort və s.) çıxarmaq tövsiyə edilir. Mədə-bağırsaq traktı ilə problemi (qəbizlik) olan pasiyentlərə müəyyən müddət ərzində ferment preparatları və enterosorbentlər (məsələn, festal, mezim-forte, aktivləşdirilmiş kömür) qəbul etmək məqsədəuyğundur. Bunlar meteorizmi aradan qaldırmaq üçün tətbiq edilir. Qarın boşluğunun USM-i acqarına aparılmalıdır (yüngül səhər yeməyi yolveriləndir). Əgər dərman vasitələri qəbul edirsinizsə, bu haqda USM həkiminə məlumat verməlisiniz. Fibro-qastro- və kolonoskopiya, həmçinin mədə-bağırsaq traktının rentgenoloji müayinəsindən sonra USM müayinəsi aparmaq olmaz. Qadınlarda kiçik çanaq orqanlarının (sidik kisəsi, uşaqlıq, artımlar) USM-inə hazırlıq: Müayinə sidik kisəsi dolu olarkən aparılmalıdır. Ona görə də prosedurdan 3-4 saat əvvəl sidiyə getmək olmaz , prosedura 1 saat qalmış 1L qazsız su içmək vacibdir. Transvaginal USM üçün xüsusi hazırlığa ehtiyac yoxdur. Pasiyentin mədə-bağırsaq traktında problem varsa, müayinədən əvvəl təmizləyici imalə olunmalıdır. Kişilərdə sidik kisəsi və prostatın USM müayinəsinə hazırlıq: Müayinə sidik kisəsi dolu olarkən aparılmalıdır. Ona görə də prosedurdan 3-4 saat əvvəl sidiyə getmək olmaz, prosedura 1 saat qalmış 1L qazsız su içmək vacibdir. Prostatın transrektal müayinəsi zamanı təmizləyici imalə etmək vacibdir.  Süd vəzilərinin USM-inə hazırlıq Yaxşı olar ki, süd vəzilərinin müayinəsi menstrual tsiklin ilk 7-10 günündə aparılsın. Müayinədən  2 gün əvvəl fizioprosedurlar, banka müalicəsi, şüa və kimya terapiyası aparmaq olmaz. Qalxanvari və tüpürcək vəzilərinin, eləcə də limfa düyünləri və böyrəklərin USM-i: Bu müayinələr xüsusi hazırlıq tələb etmir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Published: 24.07.2018

Spinner