Uşaqlarda pararektal fistulun müalicəsi
 hekimtap.az

Uşaqlarda pararektal fistulun müalicəsi

6637
Author: Uşaq cərrahı Toğrul Ömərov

Published: 25.07.2018
Togrul Omerov

Uşaqlarda pararektal fistul nədir?

Pararektal fistul uşaqlarda anus nahiyəsində kiçik nöqtənin olması, bu nöqtənin düz bağırsaqla əlaqəsi və buradan irinli möhtəviyyatın axmasıdır.

Pararektal fistula “klassik formada” (bağırsaqdaxili dəliyin yaranması) az-az rast gəlinir. Uşaqlarda belə perarektal fistul yalnız böyük yaşlarda qeydə alınır, körpələrdə isə xarici dəlik adətən olmur.

Uşaqlarda pararektal fistulun yaranma səbəbləri

3-4 gün davam edən böyümə fazasından sonra yetişmə fazası başlanır. Bu zaman fistul artıq düz bağırsaqla birləşmənin əsasında yaranır və absess onun formaşmasında aralıq  mərhələ sayılır. Bu baxımdan fistulların yaranmasının irsi xarakter daşıdığını ehtimal etmək olar. Yeni doğulmuş körpələrdə bu fistullar qısa müddət ərzində boş formada, simtomsuz olur, lakin sonra yaranmış iltihab nəticəsində onun içi dolur, bəzən simmetrik yerləşir.    

Uşaqlarda pararektal fistulun əlamətləri

Simtomatika periodik kəskin iltihabi proseslə xarakterizə olunur. Xarici dəlik nahiyəsinə üzəri nazik epidermal pərdə ilə örtülmüş irinli maye yığılır. Bu pərdə tez cırılma xüsusiyyətinə malikdir və damcı-damcı xaric olunur. Bundan bir neçə gün sonra isə irin fistul dəliyindən xaric olunur.  
Fistul dəliyi ətrafında ağrılıq və hiperemiya kifayət qədərdir. Qısa müddətdən sonra fistul yenidən qapanır. Bu cür “kəskinləşmə” arasında intervallar bir neçə həftədən bir neçə aya, hətta ilədək davam edə bilər. Uşağın ümumi vəzziyyəti qənaətbəxşdir.  
Çoxsaylı kəskinləşmələrə baxmayaraq, yeni əmələ gəlmiş fistul şaxələnmələri və ya xarici fistul dəlikləri əmələ gəlmir, bəzən bir neçə residivdən sonra fistul uzun müddət özünü büruzə vermir. Görünür fistulun daxili dəliyi qapanır, yaxud da mikroskopik ölçüyə malik olur ki, bunun da sayəsində yenidən infeksiyalaşma baş vermir.

Uşaqlarda pararektal fistulun diaqnostikası

Uşqlarda pararektal fistulun diaqnostikası anamnez, palpasiya və rektal müayinə əsasında aparılır. Böyüklərdə tez-tez istifadə edilən metodlar (fistul yolunun instrumental zondlanması, rengenofistuloqrafiya və s.) nadir hallarda, birbaşa göstərişlə yalnız böyükyaşlı uşqlarda istifadə olunur.

Kiçikyaşlı uşaqlarda qeyd olunan metodlar mənasız sayılıb, heç bir diaqnostik əhəmiyyət kəsb edtmir.

Müayinə zamanı xarici fistul dəliyinin lokalizasiyası, çapıqların olub-olmaması dəqiqləşdirilir.

Palpasiya vasitəsilə fistul ətrafındakı toxumaların nə dərəcədə bərkiməsi yoxlanılır.

Sonuncu əlamət xüsusilə əhəmiyyətlidir, o, fistul yolunun tamamilə formalaşmasına dair məlumat verir və onun forması, eləcə də xarici sfinkrterlə əlaqəsi haqda təsəvvür yaradır.

Eyni zamanda, uşaq vaginal güzgüsü vasitəsilə rektal kanalın müayinəsi vacibdir. Bunun vasitəsilə fistulun daxili dəliyini nəzərdən keçirmək mümkündür. Bəzi hallarda fistul yoluna təzyiq göstərdikdə daxili dəlikdən irinli maye damcısı axır.

Uşaqlarda pararektal fistulun müalicəsi

Fistul bağırsaq daxilinə açılmırsa, öz-özünə keçib gedə bilər. Yox əgər bağırsaq daxilinə açılmış olarsa və çox miqdarda mötəviyyat, irinli maye axıntısı qeydə alınarsa, müalicə yalnız cərrahi üsulla aparılır, həmin yol kəsilərək götürülür.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az