USM müayinəsinə hazırlıq
Pasiyentin ultrasəs müayinəsinə (USM) hazırlığı böyük əhəmiyyət kəsb edir, belə ki, bu, alınan təsvirin keyfiyyətinə və nəticə olaraq, müayinənin nəticələrinə təsir göstərə bilər.
USM – müxtəlif orqan və ya oqran sistemlərinin – həm qarın boşluğu, həm də kiçik çanaq orqanları, damarlar və s. müayinəsi üçün tətbiq olunan metodikadır. Lakin bu metod daha çox məhz qarn boşluğu orqanlarının müayinəsində tətbiq edilir.
Müayinəyə 2-3 gün qalmış şlaksız pəhrizə keçmək, rasiondan bağırsaqda qaz əmələ gətirən qidaları (çiy tərəvəzlər, süd, qara çörək, qazlı sular və s.), habelə, kaloriliyi yüksək olan şirniyyat məhsullarını (pirojna, tort və s.) çıxarmaq tövsiyə edilir.
Mədə-bağırsaq traktı ilə problemi (qəbizlik) olan pasiyentlərə müəyyən müddət ərzində ferment preparatları və enterosorbentlər (məsələn, festal, mezim-forte, aktivləşdirilmiş kömür) qəbul etmək məqsədəuyğundur. Bunlar meteorizmi aradan qaldırmaq üçün tətbiq edilir.
Qarın boşluğunun USM-i acqarına aparılmalıdır (yüngül səhər yeməyi yolveriləndir).
Əgər dərman vasitələri qəbul edirsinizsə, bu haqda USM həkiminə məlumat verməlisiniz.
Fibro-qastro- və kolonoskopiya, həmçinin mədə-bağırsaq traktının rentgenoloji müayinəsindən sonra USM müayinəsi aparmaq olmaz.
Müayinə sidik kisəsi dolu olarkən aparılmalıdır. Ona görə də prosedurdan 3-4 saat əvvəl sidiyə getmək olmaz , prosedura 1 saat qalmış 1L qazsız su içmək vacibdir.
Transvaginal USM üçün xüsusi hazırlığa ehtiyac yoxdur. Pasiyentin mədə-bağırsaq traktında problem varsa, müayinədən əvvəl təmizləyici imalə olunmalıdır.
Müayinə sidik kisəsi dolu olarkən aparılmalıdır. Ona görə də prosedurdan 3-4 saat əvvəl sidiyə getmək olmaz, prosedura 1 saat qalmış 1L qazsız su içmək vacibdir.
Prostatın transrektal müayinəsi zamanı təmizləyici imalə etmək vacibdir.
Yaxşı olar ki, süd vəzilərinin müayinəsi menstrual tsiklin ilk 7-10 günündə aparılsın.
Müayinədən 2 gün əvvəl fizioprosedurlar, banka müalicəsi, şüa və kimya terapiyası aparmaq olmaz.
Bu müayinələr xüsusi hazırlıq tələb etmir.
Mövzu ilə bağlı video:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az