Ürək problemindən xəbər verən 11 əlamət
 hekimtap.az

Ürək problemindən xəbər verən 11 əlamət

Ürtək problemlərini dərhal hiss etmək o qədər də asan deyil. Bəzən filmlərdə əli ilə sinəsini tutub yerə yıxılan insan mənzərəsini görürsüz, lakin reallıqda ürək-damar problemləri özünü tamamilə başqa cür də büruzə verə bilər. Xoşagəlməz hisslər ürək ağrısı və ürək nahiyəsi ilə əlaqədar olmaya da bilər. Lakin tövsiyə edərdim ki, aşağıdakı 11 əlamətə diqqət yetirəsiniz, xüsusən də yaşınız 60-dan yuxarıdırsa, yaxud da şəkərli diabet, yüksək təzyiq, yüksək xolesterin və ya artıq çəki probleminiz varsa. Risk faktoru yüksək olduqca, aşağıda sadalanan əlamətlərin ürək və damar problemi yaratma ehtimalı bir o qədər yüksəkdir. Sinədə narahatlıq Bu, ən çox rast gəlinən simptomdur. Əgər sinənizdə ağrı və ya sıxılma, təzyiq hissi hissi varsa, bu, kardioloqa müraciət etmək üçün səbəbdir.   Mütəxəssislər qeyd edirlər ki, bu narahatlığı hərə bir cür ifadə edir, kimi daxildə sanki çimdikləndiyini, bəziləri sinədə yanğı hissi olduğunu, digərləri isə sinələrində ağır yük hiss etdiyini bildirir. Bu hisslər bir neçə dəqiqədən çox davam edir, insanı həm sakit, həm də fiziki aktivlik vəziyyətində narahat edə bilər.    Ürəkbulanma, qıcqırma, mədə pozulması və həmin nahiyədə ağrı Bəzi pasiyentlərdə bu cür problemlər ürək xəstəliyinə dəlalət edə bilər. Belə vəziyyətlərə daha çox qadınlarda rast gəlinir. Əlbəttə ki, mədə pozulmasının ürəklə heç bir əlaqəsi olmaya da bilər. Lakin risk qrupuna daxilsinizsə, yaxşı olar ki, həkimə müraciət edəsiniz.    Qola yayılan ağrı Bu, klassik əlamətlərdən biridir. Əgər ağrı sinədən başlayıb, bədənin sol tərəfi ilə yayılırsa və qola verərsə - ehtimal ki, söhbət kəskinləşmiş xəstəlikdən gedir. Bəzi hallarda qol sinədən daha çox ağrıya bilər. Başgicəllənməsi Başgicəllənməsi bir çox səbələrdən yarana bilər – məsələn, ola bilsin ki, az yeyib və ya maye qəbul edibsiniz, yaxud da qəfildən ayağa durubsunuz. Lkin digər simptomlarla birlikdə bu da ürəyin funksiyasının lazımınca yerinə yetirməməsindən xəbər verə bilər. Boğaz və ya çənədə ağrı Bu cür ağrılar müxtəlif səbəblərdən yarana bilər, lakin onlar boğaza və daha yuxarı nahiyələrə yayılarsa, yaxşı olar ki, həkimə müraciət edəsiniz.  Yorğunluq Əgər tez yorulursunuzsa, məsələn adi hərəkətlərdən sonra (ərzaqları maşından evə gətirdikdə, nəfəsinzi normal dərə bilmirsinizsə) və s. – həkimə gedin. Bu simptomlar çox vacib ola bilər. Yorğunluq həddindən artıqdırsa və bunun səbəbini başa düşə bilmirsinizsə - ürəyinizi yoxladın.   Xorultu İnsan normal xoruldayarsa, bu, normaldır. Amma həddindən artıq möhkəm xorultu tənəffüs problemindən xəbər verir, bu da ürək fəaliyyətinə təsirsiz ötüşmür. Soyuq tər Əgər bədəninizə gözlənilmədən soyuq tər gələrsə və bununla yanaşı yuxarıdakı simptomlardan biri müşahidə olunarsa, həkim çağırın, onun yanına özünüz getməyə çalışmayın. Bu, infarkt əlamətləri ola bilər. Ara verməyən öskürək Bu cür öskürək ağciyərlərin qanla normal qidalanmamasından xəbər verə bilər. Belə olan təqdirdə də həkimə müraciət edin. Ayaqların şişməsi Ürək qanı lazım olan intesivliklə vurmadıqda ayaq damarlarda dayana bilər ki, bu da ətrafların şişkinliyi ilə nəticələnə bilər. Bundan başqa, ürək çatışmazlığı zamanı börəklər pis işləyir ki, bu da ayaqlarda şişkinlik formasında özünü büruzə verir. Aritmiya Əsəbləşdiyiniz anda ürək öz ritmini dəyişə bilər. Yox əgər bu, bir neçə saniyədən artıq və həddindən artıq tez –tez baş verirsə, bu halda kardiloqa məlumat verin.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 03.07.2018

Kobud çapıqların götürülməsi hekimtap.az

Kobud çapıqların götürülməsi

Çapıqlar haqqında umumi məlumat İnsanların zahiri görünüşündə yaranmış çapıqlar əlbəttə ki, böyük narahtçılığa və kompleksə səbəb olur. Bu problemin aradan qaldırılması üçün ən effektiv metod plastik cərrahiyyədir. Çapıqlar görünməz dərəcədən bşalayaraq,  çox pis görkəmli formada ola bilər. Pis görkəmli çapıqların enli, batıq, qırmızı rəngli, qabarıq, avazımız olması mümkündür.  Onlar bir-birindən rənginə və ya ətrafda yerləşən sağlam toxumaların teksturası ilə fərqlənir, görünmə dərəcəsi isə ölçüsünə, forma və ya yerləşmə nahiyəsinə görə dəyişir. Çapıqların zahiri görkəminə aşağıdakı faktorlar təsir göstərir: Yaranın dərinliyi və ölçüsü; Nahiyədə olan qan dövranı; Dərinin qalınlığı və dərinin rəngi; Çapığın istiqaməti; Yaş həddi; Genlər; Cins. Çapıqlar elastik deyildir, tər və piy vəziləri yoxdur. Müalicə olunmadıqda qan damarları ilə 3 aydan sonra təchiz olunur. Çapıq formalışdıqdan sonra dəri üzərində həmişəlik qalır.      Tipindən və dərəcəsindən asılı olaraq, çapıqların müalicə variantları özündə aşağıdakıları birləşdirir: Konservativ yerli müalicə; Minimal invaziv prosedurlar; Cərrahi müdaxilə. Əməliyyatdan əvvəlki mənzərə Cərrah çapığı öyrənir, müalicə strategiyasını müəyyənləşdirir və pasiyenti gözlənilən nəticələrdən xəbərdar edir. Çapıqlar çox fərdi olduğundan maksimal nəticə almaq məqsədilə birdən çox metdoddan istifadə edilə bilər. Çapıqların konservativ metodlarla müalicəsi Bəzi pasiyentlər üçün konsrevativ terapiya metodları daha effektiv ola bilər. Steroid inyeksiyaları keloid və hipertrofik çapıqlar üçün tətbiq edilir. Hormonlar çapığın daxilinə yeridilir, bu da kollagen ifrazını azaldır. Kollagenin və ya doldurucuların qialuron turşusu əsasında daxil edilməsi bəzi tip çapıqlarda effektli ola bilər. Bu prosedur daimi nəticə vermir və hər 4-12 aydan bir təkrar olunmalıdır.   Okklyuzion terapiya zamanı çapıqların yumşaldılması üçün qel və hermetik sarğılardan istifadə oluna bilər. Plastr və sarğılar dərinin təzyiq və temperaturunu qaldırır, onu nəmləndirir. Effekt özünü tədricən göstərir. Bu, adətən bir neçə həftədən bir neçə ayadək davam edə bilər. Çapıqların cərrahi metodla aradan qaldırılması Əksər çapıqların xarici görünüşünü korreksiya etmək üçün çapıq toxumasının aradan qaldırılması və yaranın yenidən qapadılması kifayət edir. Əgər çapıq ətrafında kifayət qədər dəri varsa, cərrahi kəsik vasitəsilə çapıq toxuması kənarlaşdırılır, daha sonra dəri səliqə ilə tikilir. Nəticədə çapığın az nəzərə çarpan izi qalır.     Z-plastika Z-plastika çapığın istiqamətini dəyişmək üçün istifadə olunan cərrahi metoddur. Bu zaman çapığın istiqaməti dərinin təbii qatları arasında elə gizlədilir ki, o demək olar ki, görünmür. Bundan başqa, cərrahi metodların W-plastika, dəri transplantasiyası növləri var ki, onların hər biri fərdi qaydada tətbiq olunur. Əməliyyatdan sonrakı mənzərə Hər bir əməliyyatda olduğu kimi çapıqların götürülməsi əməliyyatından sonra da pasiyent müəyyən narahatçılıqlar keçirə bilər. Buraya şişkinliklər, qızrtılar, dərialtı qanaxmalar və s. aiddir. Əsas odur ki, həkimin göstərişlərinə əməl edəsiniz. Belə olan təqdirdə, əməliyyatdan sonrakı ağırlaşmalar minimuma enər. Əməliyyatdan sonra həkim adətən, aktivliyi azaltmağı tövsiyə edir. Pasiyent uzanılı vəziyyətdə olarsa, başını dik tutmalıdır. Şişkinliyi azltmaq üçün soyuq kompreslərdən istifadə etmək olar.   Paiyent nəzərində saxlamalıdır ki, çapığı bütünlüklə aradan qaldırmaq mümkün deyil, lakin onun pis görkəmini əhəmiyyətli dərəcədə azaldıb, simanızın yaraşığını xeyli bərpa etmək olar.    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 02.07.2018

Uşaqlarda enurez hekimtap.az

Uşaqlarda enurez

Uşaqlarda enurez – ümumi məlumat Enurez tipli sidik ifrazı aktının pozontusu insanlara hələ qədim zamanlardan məlumdur. Bunun haqqında mlumata eramızdan əvvəl 1550-ci ilə təsadüf edən Misir papiruslarında rast gəlinir. “Enurez” termini (yunan dilindən “sidiyə getmə” mənasını verir) sidiyin saxlanmaması deməkdir. Gecə enurezi müəyyən yaş həddində – yəni sidiyə getmənin kontrola alınma dövründə sidiyin saxlanılmamasına deyilir. Hazırki dövrdə bu meyar 6 yaş müəyyən edilib.            Oğlanlar qızlara nisbətən gecə enurezindən iki dəfə çox əziyyət çəkirlər. Ümumiyyətlə, hesab olunur ki, enurez xəstəlik yox, fizioloji prosesə nəzarət mərhələsidir.         Enurezin müxtəlif aspektləri ilə ayrı-ayrı ixtisas həkimləri – uşaq nevroloqları, pediatrlar, homeopatlar, psixiatrlar, endokrinoloqlar, nefroloqlar, uroloqlar, fizioterapevtlər və s. məşğul olurlar.  Gecə enurezini probleminin həllində bu qədər mütəxəssisin iştirak etməsi problemin mənbəyinin müxtəlifliyindən xəbər verir. Əgər 4 yaşından böyük uşaq 21 gündə yerini bir dəfədən çox isladarsa, bu, artıq həkimə müraciət üçün səbədir.   6-10 yaşından yuxarı uşaqlar enurezdən əziyyət çəkirlərsə, onlar uroloji müayinədən keçməlidirlər. Bu məqsədlə: Urofloumetriya (sidik kisəsinin funksionallığını yoxlamaq üçün); Sitoqrafiya (içərisi xüsusi kontrast maye ilə doldurulmuş sidik kisəsinin rentgenoqrafiyası); Böyrək və sidik kisəsinin USM-i; Təyinata uyğun – sitoskopiya aparılır. Bu gün enurezin müalicəsi üçün 300-dən çox müalicə metodu mövcuddur. Buraya fizioterapiya, xüsusi pəhrizlər, autotreniniq və iynəbatırma kursları, dərman preparatları, hətta, hipnoz aiddir.  Bütün bunlar həkim tərəfdən təyin edilməlidir. Valideynlər üçün ümumi məsləhətlər Valideynlər üçün ümumi məsləhətlərə aşağıdakılar aiddir: Uşağa dəstək – ona izah etmək lazımdır ki, dünyada bu problemdən əziyyət çəkən çoxlu uşaqlar var; Uşaq paltarı nəm ayılarsa, onu qətiyyən danlamaq və cəzalandırmaq olmaz. Bu, onun günahi deyil və problemi bir yerdə həll etmək lazımdır. Axşam və gecə saatlarında maye qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur (yuxudan 4 saat əvvəl). Lazımi maye normasını uşaq günün birinci yarısında və ya günorta yeməyindən sonra qəbul etməlidir. Yuxu qabağı tualetə getmək lazımdır. 6-7 yaşlı uşaq rejimə ciddi əməl etməli və saat 21.00-dan gec olmayaraq yatmağa getməlidir. Yuxu qabağı əlavə oyanıqlığının qarşısını almaq lazımdır: aktiv idman oyunları, qorxulu filmlər və s. istisna olunmalıdır. Bəzi hallarda valideynlər uşağı tualetə aparmaq üçün onu gecə yuxusundan ayıldırlar ki, səhərə qədər quru qalsın. Belə halda, demək olar ki, uşaq fizioloji baxımdan ayılmır – yarıyuxulu vəziyyətdə onu tam oyatmaq kifayət çətindir. Həkimlər adətən, bunu məsləhər görmürlər.Yox əgər uşağı oyatmaq qərarına gəmisinizsə, onu tam oyatmaq lazımdır, əks halda enurez mexanizmini daha da möhkəmləndirmiş olacaqsınız. Uşaq qaranlıq və ya tək yatmaqdan qorxursa, onun otağındakı gecə lampasını söndürməyin və ya uşağın ayrıca otağa keçirilməsini müvəqqəti olaraq təxirə salın. Əgər uşaq bir gecə olsa belə “quru” ayılıbsa, onu tərifləməyi unutmayın. Enurezin dərman preparatları ilə müalicəsi Dərman preparatları ilə müalicəni yalnız həkim təyin etməlidir. Buraya aşağıdakılar aiddir: Hormonal preparatlar; Psixostimulyatorlar; Kofein; Antidepressantlar; Adrenomimetiklər. Düzgün müalicə zamanı xəstələrin 30%-ində enurez tamailə sağalır. Digər uşaqlarda xəstəlik əlamətləri əhəmiyyətli dərəcədə aradan qalxır.   Enurezin dərmansız müalicə metodları Enurezin müalicəsində psixoterapiyanın xüsusi rolu var. Burada onun bir çox üsullarından istifadə edilir. Bir çox hallarda fitoterapiya – dərman otları vasitəsilə müalicə tətbiq olunur.  Ailə daxilndə münasibətlərin normallaşdırılması – emosional problemlərin həlli enurezin müalicəsinə müsbət təsir göstərir. Unutmayın ki, uşaqda enurez probleminə məsuliyyətlə yanaşmaq lazımdır. Əks halda, yarımçıq saxlanılmaış müalicə kursu xəstləyin bərpa olunması ilə nəticələnə bilər.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 30.06.2018

Menstrual tsikllar və ovulyasiya
 hekimtap.az

Menstrual tsikllar və ovulyasiya

Menstrual tsikllar və ovulyasiya – ümumi məlumat Yəqin ki, öz menstrual tsikliniz, məsələn ,menstruasiyanın intensivliyi barədə yetərincə məlumatınız var. Bu məqalədə qeyd olunan mövzu haqqında daha ətraflı məlumat alacaqsınız. Qadın tsiklinin müddəti eyni deyil. Ən geniş yayılmış tsikl müddəti 21-35 gün arasında dəyişir. Menstrual tsiklin müddəti bir qayda olaraq, ovulyasiya dövründən (follikulin və ya follikulyar faza) dövürndən asılıdır. Qadınların əksəriyyətində ovulyasiyadan (yumurta hüceyrənin yumurtalıqdan çıxması) menstruasiyanın başlanmasınadək 12-16 gün keçir (lütein fazası). Menstrual tsikl fazaları Menstrual tsiklin birinci günü – menstruasiyanın birinci günüdür. Daha sonra menstruasiya 3 gündən 7 günədək davam edir. Yəqin ki, güclü menstrual ağrıların aybaşının ilk günlərinə təsadüf etdiyini bilirsiniz.  Bu, ona görə baş verir ki, sizin hormonlarınız uşaqlıq seliyinin ayrılmasına səbəb olur, bu da növbəti menstrual tsiklə hazırlıqdır.         Ovulyasiyaya hazırlıq Tsiklinizin əvvəlində hipofiz – baş beyində yerləşən vəzi -follikulostimullaşdırıcı hormon (FSH) ifraz edir. Bu, yumurtalıqların yumurta hüceyrənin formalaşmasını stimullaşdıran hormondur. Follikullar – yumurtalıqda yerləşən, içərisində maye olan qabarcıqlardır. Hər bir follikulda yetişməmiş yumurta hüceyrə olur. FSH bir qism follikulun yetişməsinə və estrogen hormonu ifrazına birbaşa təsir göstərir. Menstruasiyanın ilk günü estrogen ən aşağı səviyyədə olur. Daha sonra fullikullar yetişdikcə onun da səviyyəsi artmağa başlayır. Follikullar inkişaf etdikcə, bir qayda olaraq, onlardan biri “dominant” olur və bu büyük follikulda yumurta hüceyrə yetişir. Elə bu zaman orqanizmdə miqdarı artan estrogen uşaqlıq səthi qişasının qidalandırıcı maddələr və qanla təchizini təmin edir.  Bu, ona görə baş verir ki, hamiləlik zamanı mayalanmış yumurta hüceyrə böyümək üçün zəruri olan qida maddələri ilə təmin olunsun.   Ovulyasiya Estogenin səviyyəsi orqanizmdə dayanmadan artır və elə həddə çatır ki, lütein hormonunun (LH) səviyyəsi qəfil artır. LH-nin sıçrayışı dominant follikulun dağlmasına və oradan yetişmiş yumurta hüceyrənin çıxmasına şərait yaradır, o isə öz növbəsində uşaqlıq borusuna düşür. Bu proses ovulyasiya adlanır. Çox qadınlar hesab edirlər ki,  ovulyasiya 14 günə baş verir, lakin 14 gün – orta göstəricidir və əksər qadınlarda ovulyasiya bir qayda olaraq, menstrual tsiklin başqa günü baş verir. Ovulyasiya günü menstrual tsikldən-tsiklə dəyişir. Bəzi qadınlar iddia edirlər ki, ovulyasiya dövrü ağrı spazmları keçirirlər, əksəriyyəti isə heç bir şey hiss etmir və ovulyasiya əlamətsiz keçir.     Ovulyasiyadan sonra Azad olmuş yumurta hüceyrə Fallop borusu ilə uşaqlığa doğru irəliləyir. Onun həyat tsikli – 24 saatdır. Spermatozoidin həyat tsikli dəyişkəndir, bir qayda olaraq, 3-5 sutka davam edir. Beləliklə, ovulyasiyanın əvvəlindən ovulyasiyayadək müddət ən fertil perioddur – məhz bu aralıqda hamilə qalmaq ehtimalı ən yüksəkdir. Əgər hamiləlik baş verzməzsə, endometriyanın qopmasi yaranır və ovulyasiyadan     təqribən 2 həftə sonra menstrual qanaxma baş verir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 29.06.2018

HekimTap Pro
14547
Övrə
 hekimtap.az

Övrə

Övrə – ümumi məlumat Uşaqlar erkən yaşlarında müxtəlif infeksion xəstəliklərə daha həssas olurlar. Övrə allergik dermatitin bir növüdür. Bu zaman uşağın bədənində ağ-cəhrayı suluqlar əmələ gəlir. Övrə simtomları eyni olan (dəri üzərində çoxlu suluqların əmələ gəlməsi) bir çox xəstləiklərin ümumi adı hesab olunur. Xəstəlik bir qayda olaraq, orqanizmin hər hansı maddəyə qarşı allergik reaksiyası fonunda yaranır. Bu, uşağın immun və endokrin sisteminin aktiv inkişafı ilə əlaqədardır.     Statistikaya görə, insanların 30% övrə əlamətləri ilə üzləşib. Adətən, xəstəlik bir neçə gün ərzində özü keçib gedir. Bu, immun sistemin qıcıqlandırıcını məhv etməsi ilə izah olunur. Əgər bu, 45  gün ərzində baş verməzsə, xroniki övrə diaqnozu qoyula bilər. Övrə – xəstəliyin növləri Həkimlər övrəni gedişatı və simptomlarına görə bir neçə növə bölürlər: kəskin forma, xroniki residivedici forma və xroniki papulyoz dayanıqlı forma. Övrə müəyyən qıcıqlandırıcıların təsiri olmadan müvəqqəti xarakter də daşıya bilər. Bu halda göynəmə olmur, simptomatika isə bir sutkadan artıq davam edir.   Kəskin övrə diaqnozu xəstəlik 6 həftədən az davam etdikdə qoyulur. Əgər əlamətlər bu müddət ərzində aradan qalxmazsa, bu, artıq xroniki övrə hesab olunur. Övrə fiziki təsirlər nəticəsində də baş verə bilər buraya günəş şüaları, vibrasiya, temperatur, demoqrafik (dəri cırmaq izləri ilə örtülür), ləngimiş növlər aiddir. Övrə – əlamətləri Qeyd olunduğu kimi, övrə əksər hallarda orqanizmin hər hansı allergenə (şəkər, yun və s.) qarşı reaksiyası nəticəsində yaranır. Müdafiə reaksiyasının başlanması zamanı körpənin orqanizmində serotonin, asetilxolinin və başqa maddələrin qana ifrazı ilə əlaqədar damar keçiriciliyi artır. Bunun nəticəsində al-qırmızı və açıq çəhrayı rəngdə suluqlar və piqment ləkələri, göynəmə, suluq və piqment ləkələrinin bütün bədənə yayılması özünü büruzə verə bilər. Allergen məhv edildikdən sonra dəri normallaşır, ləkə və çapıq  qalmır. Suluqlar adətən, simmetrik, dairəvi və ya oval formada olur, temperatur yüksəlir, qaz ayrılması artır, mayeyə tələbat artır, başgicəllənməsi, zəiflik, oynaq ağrıları, dodaq, dilin və damağın şişməsi, tənəffüs və udma zəifləyir, ürək döyüntüsünün artması (taxikardiya)  müşahidə edilir.    Övrə – diaqnostikası Övrə təkcə orqanların işinin pozuntusu deyil, həmçinin, müstəqil xəstəlik kimi də inkişaf edir. Ona görə də dəqiq diaqnostika aparılmalıdır ki, xəstəliyin yaranma səbəbi aydınlaşdırılsın. Əvvəlcə xəstəxanada, ilkin müayinə zamanı səpgilərin lokalizasiyası və əmələgəlmə tezliyi müəyyənləşdirilir. Bunun sayəsində xəstəliyin yaranma səbəbi aydınlaşdırılır. Daha sonra uşağın valideynindən səpgilərin forması, göynəməsi, müşahidə edilən simptomları haqında məlumat toplanır ki, övrəni digər dəri xəstəlikləri ilə differinsasiya etmək mümkün olsun. Daha sonra həkim müvafiq müalicə taktikası seçir.                      Övrə – müalicəsi Xəstəliyin ağırlaşması və yaranma səbəblərindən asılı olaraq, övrənin müalicəsi müxtəlif ola bilər. Əgər səpgi autoimmun xəstəliklər (immunitetin qeyri-düzgün işləməməsi) sayəsində yaranıbsa, pasiyentə antihistamin preparatlar təyin edilir. Bundan başqa, immun sistemi korreksia olunur ki, onun düzgün fəaliyyəti bərpa olunsun.   Kəskin övrənin yenidən yaranmaması üçün uşağa aşağıdakı prosedurları təyin edirlər: Allergiya yaradan faktroların müəyyənləşdirilməsi və məhv edilməsi; Qida rasionundan allergenlərin istisnası. Uşaq hipoallergen pəhrizə əməl etməlidir; Xəstəyə çoxlu alma, armud,qaynadılmış ət, kəsmik, bitki yağları və digər qida məhsulları qəbul etmək tövsiyə olunur; Antihistamin preparatların qəbul olunması. Kurs 10 sutka davam edir; Kartikosteroidlərin tətbiq edilməsi. Ağır hallarda əzələdaxili və venadaxili yeridilir. Müalicə kursu 7 günə qədərdir, fərdi qaydada həkim tərəfindən təyin olunur. Suluqların yerinə müxtəlif mazlar tövsiyə edilir. Ziyanverici qıcıqlandırıcıları orqanizmdən çıxarmaq üçün sidikqovucu dəmləmələr və dərmanlardan istifadə olunur. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 29.06.2018

HekimTap Pro
17461
Ürək anevrizmi
 hekimtap.az

Ürək anevrizmi

Ürək anevrizmi – ümumi məlumat Anevrizm – arteriya divarlarının (az hallarda venalar) nazikləşməsi və uzanması nəticəsində arteriyaların şişməsi və qabarmasıdır. Nəticədə də "anevrizmatik kisə" yaranır ki, bu da öz növbəsində yaxınlıqda yerləşən toxumaların sıxılmasına gətirib çıxarır. Anevrizm çox vaxt anadangəlmə olur. Bununla belə, yenidoğulmuşlarda  bu qüsur bilinmir və uşaq normal inkişaf edir. Ürək anevrizmi miokard infarktı keçirmiş pasiyentlərin 10-35%-də rast gəlinir. Anevrizm daha çox 40-70 yaşlı kişilərdə müşahidə olunur. Əksər hallarda anevrizm sol mədəciyin divarında əmələ gəlir, bundan başqa mədəcikarası arakəsmələrdə formalaşır. Ürək anevrizminin diametr ölçüləri 1-20 sm arasında dəyişir. Ürək anevrizmi – yaranma səbəbləri Ürək anevrizmi əksər hallarda bu transmural miokard infarktı sayəsində yaranır. Adətən anevrizm sol mədəciyin ön-yan və ya təpə hissəsində müşahidə olunur.    Massiv miokard infarktı zamanı miokard strukturunun sıradan çıxması baş verir. Ürəkdaxili təzyiq nəticısində ürək divarının ölü divarı nazilir və dartılır. Ürək anevrizminin formalaşmasında mədəcikdaxili təziyiqin artması və ürəyə düşən təzyiqin böyük rolu var - buraya arterial hipertenziya, taxikardiya, təkrar infarkt, irəliləyən ürək çatışmazlığı aiddir. Ürək anevriziminin anadangəlmə, infeksion və travmatik təbiətinə az hallarda rast gəlinir.   Ürək anavrizminin əlamətləri Ürəyin kəskin anevrizmini xarakterizə edən simptomlar – təngənəfəslik, uzunmüddətli qızdırma, izafi tərləmə, ürək ritminin pozuntusudur. Kəskinliköncəsi anevrizm qan dövranı çatımazlığı ilə xarakterizə olunur. Xroniki anevrizm özünü ürək çatışmazlığı ilə büruzə verir. Buraya təngənəfəslik, ürək fəaliyyətinin pozuntusu, stenokardiya aiddir. Xəstəliyin gecikmiş mərhələsində boyun damarlarının şişməsi, hidrotoraks, assit, hepatomeqaliya qeydə alınır. Ürək anevrizmi – diaqnostika Ürək anevrizminin tipik əlaməti patoloji prekordial pulsasiyadır. Elektrokadioqrammada (EKQ) transmural miokard infarktı əlamətləri qeydə alınır ki, bu, uzun müddəti dayanıqlı formada qalır. ExoKQ (exokardioqrafiya) anevrizmin səthini müayinə etməyə şərait yaradır, onun ölçülərini, konfiqurasiyasını, mədəciyin səthinin trombozunu təyin etməyə imkan verir. PET (pozitor-emission tomoqrafiya) və stress-Exo-KQ anevrizm nahiyəsində miokardın həyat fəaliyyətini dəyərləndirməyə şərait yaradır. Ürək anevrizmini müayinə etmək üçün, həmçinin, rentgenoqrafiya, MRT, MSKT (multispiral kompüter tomoqrafiyası) və s. üsullardan istifadə olunur.     Ürək anevrizmi – müalicə Kəskin və ya ksəkinliköncəsi ürək anevrizminin cərrahi müalicəsi sürətlə irəliləyən ürək çatışmazlığının və anevrizmatik kisənin dağlmasının qaşısının almaq məqsədilə aparılır. Xroniki anevrizmdə cərrahi müdaxilə tromboembolik ağırlaşma, miokardın revaskulyarizasiyasının qarşısın almaq xarakteri daşıyır. Əməliyyatdan öncə ürək qlikozidləri, antikoaqulyant (qeparin), oksigenobaroterapiya təyin edilir. Radikal əməliyyatlara anevrizm rezeksiyası, Kuli üsulu ilə septoplastikanı aid etmək olar.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 28.06.2018

Uşaqlarda febril qıcolmalar hekimtap.az

Uşaqlarda febril qıcolmalar

Febril qıcolmalar nədir? Febril qıcolmalar Mərkəzi sinir sisteminin infeksiyası olmadan digər qızdırmalı xəstəliklərdə ortaya çıxan tutmalardır.Uşaqlarda ən çox rast gəlinən qıcolmalardandır. Hansı xəstəliklər fonunda meydana gəlir? Yuxarı tənəffüs yollarının,orta qulagın  iltihabı,Roseola(Məxmərək) infension xəstəliyi zamanı və s. xəstəliklərdə. Uşaqlarda nə zaman görülür? Uşaqlarda 9 ay- 5 yaş arası görülə bilər.Daha çox isə 14-18 ay arası ortaya çıxır. Hansı növləri vardır? Sadə və mürəkkəb növü var.Sadə növ temperatur 38 dərəcəni kecdiyi zaman meydana çıxır,özündən sonra nevroloji defisit qoymur,tutmanın davametmə müddəti bir neçə saniyədən 10 dəqiqəyə qədər davam edir. Mürəkkəb tip tutmalar daha çox 9 aydan kiçik 5 yaşdan böyük uşaqlarda ortaya çıxır,özündən sonra nevroloji defisit qoyur,tutmanın davam etmə müddəti 15 dəqiqədən çox olur. Febril qıcolmaların Diaqnostikası Diaqnostikası Elektroensefaloqrafiya və klinikaya əsasan qoyulur. Febril qıcolmaların Müalicəsi  Febril qıcolmaların müalicəsi var.Son zamanlar sadə tutmalarda intermintant müalicə tədbiq olunur.Yəni qizdirmalı xəstəlik fonunda antikonvulsant təyin olunur.Sagalma baş verdikdən sonra dərman istifadəsi kəsilir. Lakin mürəkkəb tutmalarda epilepsiya əmələ gəlmə riski 5-20% oldugu üçün arakəsilmədən dərman terapiyası verilir. Mövzu ilə bağlı video:     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 27.06.2018

Dirsək ağrıları hekimtap.az

Dirsək ağrıları

Dirsək ağrıları nədir? Dirsək oynağı orqanizmdə əlin kontrol mərkəzi adlandırsaq yanılmarıq. Dirsək ağrısı olduqda idman etmək bir yana, yemək yemək, maşın sürmək, bir əşyanı yerdən qaldırmaq kimi sadə hərəkətləri belə pasiyent edə bilmir. Əldə nəsə götürüb qaldırmaqla dirsəyin xarici tərəfində ağrı olur. Dirsək ağrılarının səbəbləri: Tenisçi dirsəyi (lateral epikondilit); Qolfçu dirsəyi (Medial epikondilit); Tendenitlər və bursitlər; Yumuşaq toxumaların zədələnməsi; Sinir sıxışması sindromları (tunel sindromları və.s); Boyundan və ya çiyindən gələn ağrılar; İltihabi revmatik xəstəliklər; Duzlaşma, kirəcləşmə (osteoartrit). Dirsək ağrılarının əlamətləri? Dirsək ağrıları səbəbinə görə müxtəlif klinik şəkil göstərə bilir. Dirsək ağrılarının diaqnostikası: Dirsek oynağının rentgeni EMQ MRT Dirsək ağrılarının müalicəsi Konservativ müalicə Fizioterapiya Cərrahi müdaxilə Proloterapiya Proloterapiya ilə  dirsək ağrılarının əməliyyatsız  müalicəsi: Proloterapiya cərrahi müalicəyə alternativ bir müalicə metodu olub, əzələ-oynaq xəstəliklərində, eləcə də dirsək ağrılarında çox effektivdir. Proloterapiyanın vətəni Amerikadır. Hal-hazırda bir çox avropa ölkələrində, eləcə də qardaş ölkə Türkiyədə geniş istifadə edilir. Ölkəmizdə Proloterapiya ilk dəfə mənim tərəfimdən edilmişdir. Artıq 5 ildən çoxdur minlərlə pasiyentlərə bu metodla əməliyyatsız sağaltmışıq. Proloterapiyanın ən böyük üstünlüyü onun zərərsiz olmasıdır və cərrahiyəyə alternativ olmasıdır. Lakin təcrübəsiz həkim əlində çox böyük fəsadlar verə bilir. Ona görə hər edilən iynə proloterapiya deyildir, hər iynə edən həkim də proloterapiya mütəxəssisi deyildir. Proloterapiya iynə vasitəsi ilə  yeridilən proliferativ, sağaldıcı məhlulun zədələnmiş toxumaları bərpa etməsinə, yeniləməsinə və sağaltmasına əsaslanır. Dirsək ağrısı olan pasiyentlər artıq ilk seansdan ağrılarında əhəmiyyətli dərəcədə azalma, oynaq hərəkətliliyinin artması müşahidə edilir. Proloterapiya ilə zədələnmiş oynağı tam bərpa etmək mümkündür. Nə qədər erkən dövrdə müalicəyə başlanılsa o qədər effektivlik yüksək olacaqdır. Proloterapiya etdirmədən əməliyyat qərarı almayın! Ağrısız, zərərsiz və tam sağalma!   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az    

Published: 27.06.2018

Spinner