Kardioskleroz
Kardioskleroz – ürək əzələsi hüceyrələrinin çapıq toxuması ilə əvəzlənməsi nəticəsində baş verən patoloji haldır. Çapıq hüceyrəsi ürək döyünməsi prosesində iştirak etmədiyindən, miokard artıq yüklənmə ilə işləməyə başlayır.
Ürək əzələsinin ölçüləri tədricən böyüyür, sol mədəciyin, daha sonra isə ürəyin digər şöbələrinin hipertrofiyası inkişaf edir. Tədricən hepertrofiyaya uğramış miokardın resursları tükənir, bu isə ürəyin döyünmə qabiliyyətini azalmasına (o, qanı normal cərəyan etdirə bilmir) və qan dövranı çatışmazlığına, yəni ürək çatışmazlığına gətirib çıxarır.
Kardioskleroz miokard infarktı, ateroskleroz, miokardit və müxtəlif makrodiodistrofiyalar nəticəsində yaranır.
Bu xəstəliklər, əsasən, qeyri-düzgün həyat tərzindən irəli gəlir:
Kardiosklerozun əlamətləri birləşdirici toxumanın miokardın sağlam toxumasına nisbətən yayılmasından asılıdır. Çapıq toxuması çox olduqca, ürək çatışmazlığı və onun əlamətləri bir o qədər çox ifadə olunur: təngənəfəslik, ödem, ürək ritminin pozulması (səyirici aritmiya və ekstrasistoliya).
Kardiosklerotik dəyişikliklər elektrokardioqrafiya, həmçinin exokardioqrfaiya və miokardın radionuklid müayinəsi nəticəsində yaxşı müayinə edilir.
Kardioloq kardioskleroz diaqnozu qoyduqda, əvvəlcə anamnez (aterosklerozun, ürəyin işemik xəstəliyinin, əvvəllər miokard infarktının, revmatizm və s. olub-olmamasını), ürək çatışmazlığının nisbi stabilliyini (səyirici aritmiya, ekstrasistoliya) nəzərə alır. Diaqnoz EKQ, ExoKQ, MRT nəticələrinə görə dəqiqləşdirilir.
Konservativ müalicə xəstəliyin simptomlarının və ürək çatışmazlığının aradan qaldırılmasına yönəldilir. Ürəkdə metabolizmi yaxşılaşdıran, ritm və keçiriciliyi normallaşdıran, təngənəfəslik və ödemi aradan qaldıran preparalar təyin edilir.
Xəstəyə fiziki aktivliyi məhdudlaşdırmaq tövsiyə olunur.
Ürək anavrezmi yalnız cərrhi yolla müalicə edilir, ritmin geri dönməz pozuntuları zamanı elektrokardiostimulyator yerləşdirilməsi mütləq göstərişdir.
Kardioskleroz zamanı dozalaşdırılmış fiziki yüklənmələr tövsiyə olunur ki, anevrizm yaranmasın. Bundan başqa, xüsusi pəhriz təyin edilir – heyvan mənşəli piylərin, xörək düzunun və gündəlik içilən suyun miqdarının minimuma endirilməsi tövsiyə olunur.
Kardioskleroz zamanı qəbul edilən prosedurlar:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az